Məhkəmə qərarları › İş №1(106)-15/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-15/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-15/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçisi-Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə. xx xxxxxx 1986-cı ildə Lənkəran rayonunun Viravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1(099)-31/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq 9 ədəd bükümdə olmaqla cəmi, külli miqdarda-2,775 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayıb daşımış, 04 fevral 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində həmkəndlisi Şahid4 əldə etdiyi heroindən 4 ədəd bükümdə olmaqla cəmi 1,230 qram hissəsini 30 manata satmış, ayrı-ayrılıqda 0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram və 0,340 qram olmaqla cəmi 1,545 qram olan hissəsini üzərində saxlamaqla daşımış və həmin gün saat 13:00-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 4 ədəd bükümdə cəmi 1,230 qram heroin aşkar edilib götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin gün saat 14:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində hərəkətdə olarkən saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 5 ədəd bükümdə cəmi 1,545 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istifadəsi, habelə həmkəndlisi Şahid4 xahişi ilə narkotik maddə alması üçün ona verdiyi 30 manatın üzərinə təxminən 20 manat pul əlavə edib 9 ədəd bükümdə olmaqla cəmi, külli miqdarda-2,775 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb daşımış və həmin narkotik vasitənin 04 ədəd bükümdə-0,254 qram, 0,239 qram, 0,411 qram və 0,326 qram olmaqla cəmi 1,230 qram heroini 04 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri ərazisində Şahid4 vermiş, qalan 05 ədəd bükümdə olan heroini üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 04 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 05 ədəd bükümdə-0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram və 0,340 qram olmaqla cəmi 1,545 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İİ.APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, birinci instansiya məhkəməsində çıxışında X1 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, X2 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət və Cinayət Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməsini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittihama aid hissədə ibtidai istintaq zamanı verdiyi ifadələrini tam təkzib edərək həmkəndlisi Şahid4 narkotik maddə satmadığını və ya vermədiyini bildirmiş, habelə Şahid4 da məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təkzib edərək üzərində aşkar olunmuş narkotik maddəni həmkəndlisi Emildən pulla almamasını, Emilin ona narkotik maddə satmamasını, lakin üzərində aşkar olunmuş 4 ədəd bükümdə heroini ona həmkəndlisi Emilin alıb gətirib verdiyini, yəni o, narkotik maddə alması üçün Emilə 30 manat pul verdiyini və Emilin də 20 manat pul qnyııh gedih həm onun üçün həm də özü üçün narkotik məddə alıb gətirdiyini və ona 4 bükümdə heroini verdiyini bildirmişdir. Həmçinin məhkəmə hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən hallar, yəni 4 ədəd bükümdə heroini həmkəndlisi Şahid4 30 manata satmasına dair xüsusatlar (Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf edib özünün əleyhinə ifadəsi verməsi və bu ifadəsinin ona qarşı verilmiş ittihamın əsası kimi qəbul edilməsi nəzərə alınaraq) məhkəmə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən- 4 ədəd bükümdə heroini həmkəndlisi Şahid4 30 manata satmasına dair xüsusatları təkzib edən ifadə verməsi və Şahid4 məhkəmədə verdiyi ifadəsi (həmkəndlisi Emil ona narkotik maddə satmamış, o özü narkotik maddə alması üçün Emilə 30 manat pul vermiş və Emil də narkotik maddə alıb gətirib ona vermişdir) ilə tam təkzib olunduğundan, başqa hər hansı sübutlarla, o cümlədən mötəbər hesab edilə biləcək sübutlarla təsdiq olunmadığına görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün əleyhinə verdiyi ifadələri ona qarşı verilmiş ittiham üzrə sübut kimi qəbul edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməsini hökmdə yalnız şahid qismində məhkəmə istintaqında dindirilmiş Şahid4 ifadəsi ilə əsaslandırmış, şəxsin əməlini tövsif etməsini əsası kimi başqa hər hansı bir sübuta istinad edə bilməmişdir. İş üzrə aşağıda sadalanan və məhkəmə istintaqında araşdırılmış çoxsaylı istintaq sübutları ilə məhkəmənin yanlış qənaətə gəlməsi öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə verdiyi təqsirləndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabani küçəsində olarkən ünvanını və mobil nömrəsinin bilmədiyi, ona adının Rəşad olduğunu bildirən şəxsdən şəxsi istifadəsi üçün 50 manata 9 ədəd bükümdə narkotik vasitə heroini alaraq üzərində saxlamışdır. Həmin şəxsdən ayrıldıqdan bir qədər sonra həmin küçədə İqballa rastlaşmışdır. İqbal ondan bu əraziyə narkotik vasitə almaqdan ötrü gəlsə də özünə narkotik vasitə ala bilmədiyini və bədənində ağrılar çoxaldığını bildirirək ondan narkotik vasitə istəmişdir. O, İqbala az öncə şəxsi istifadəsi üçün 9 bükümdə heroin aldığını demiş, İqbal da ondan 4 bükümünü verməyini xahiş etmiş və əvəzində 30 manat verəcəyini demişdir. O da razılaşmışdır. O, İqbaldan 30 manat alıb 9 bükümdən 4 bükümünü sonuncuya vermişdir. Sonra onunla sağollaşıb ayrılmışdır. Həmin gün saat 14 radələrində əldə etdiyi narktoik vasitədən qəbul etmək üçün yer axtararkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirmişdir. Şöbədə üzərində şəxsi axtarış aparılan zaman 5 ədəd bükümdə heroini polis əməkdaşlarının üzərində axtarış keçirtdiklərində aşkar ediləcəyini bilib şalvarının sağ yan cibindən çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarışın aparılmasına dair videoçəkilişdən görünür ki, həmin videoçəkiliş zamanı o, Şahid4 30 manat müqabilində narkotik vasitə verməsini heç bir təzyiq və təsir olmadan könüllü şəkildə bildirir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən 2 ay 7 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə yenidən təqsirləndirilən şəxs qismində dindirilən zaman əvvəlki ifadələrini əsasən təsdiq edərək yalnız narkotik vasitəni Şahid4 pulla satdığını deyil, ona verdiyi 4 büküm narkotik vasitənin müqabilində pul almadığını göstərmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabani küçəsində yerləşən, şəhərin “kiçik bazar” adlanan ərazisinə özünə narkotik vasitə almaq üçün getmişdir. Lakin əvvəllər aldığı, üzdən tanıdığı şəxlərlə rastlaşa bilməmişdir. O, hamin küçədə təsadüfən Emil ilə rastlaşmışdır. Emil həmkəndlisidir, aralarında heç bir düşmənçilik və qərəzçilik yoxdur. O, Emilə bu əraziyə narkotik vasitə almaqdan ötrü gəlsə də özü üçün narkotik vasitə ala bilmədiyini və bədənində ağrıların çoxaldığını bildirmiş, Emildən qəbul etmək üçün narkotik vasitə istəmişdir. Emil də ona az öncə şəxsi istifadəsi üçün 9 bükümdə heroin aldığını dedikdən sonra sonuncudan xahiş etmişdir ki, 4 bükümünü ona versin. O da ona əvəzində 30 manat verəcəyini əlavə etmişdir. Emil də onunla razılaşaraq ondan 30 manat alıb əvəzinə 4 büküm heroin vermişdir. Sonra Emillə sağollaşıb ayrılmışdır. Həmin gün saat 13:00-da həmin küçədə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra həmni şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirmiş, üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilən zaman 4 ədəd bükümdə heroini polis əməkdaşlarının üzərinə axtarış keçirdiklər zaman aşkar ediləcəyini bilib şalvarının sağ yan cibindən çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş, Şahid4 üzərinə şəxsi-axtarışın aparılmasına dair videoçəkilişdən görünür ki, həmin videoçəkiliş zamanı Şahid4 üzərindən aşkar olunan narkotik vasitəni 30 manat müqabilində Təqsirləndirilən şəxs almasını heç bir təzyiq və təsir olmadan könüllü şəkildə bildirir. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair iş üzrə Lənkəran rayon məhkəməsində onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özündə əks etdirən məhkəmə baxışının iclas protokolunun surəti məhkəmə tərəfindən ünvanlanmış sorğu əsasında götürülərək cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş və müəyyən edilmişdir ki, İqbaq Qafarov özünün CM-in 234.1-ci maddəsilə təqsirləndirildiyi iş üzrə Lənkəran rayon məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də, üzərindən aşkar olunmuş narkotik vasitəni məhz Təqsirləndirilən şəxs 30 manat pul müqabilində əldə etməsini məhkəmədə heç bir kənar təzyiq və ya təsir olmadan bildirmişdir. Həmçinin, Şahid4 barəsində hazırki cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Şahid4 ondan aşkar olunmuş 4 bükümdə 1,230 qram narkotik vasitə heroini məhz həmkəndlisi Emil adlı şəxsdən 30 manat pul qarşılığında əldə etmişdir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli, 19/157 nömrəli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 aşkar edilmiş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,239 qram, 0,411 qram, 0,326 qram, ümumi təmiz çəkisi 1,230 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli, 19/158 No- li tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkisi 0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram, 0,340 qram, ümumi təmiz çəkisi 1,545 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ...” və “Şahid4 üzərindən aşkar edilmiş 4 büküm heroin Rəy No19/157...” sözlər və imzalar olan iki ədəd zərfdəki, cəmi 9 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Göründüyü kimi cinayət işi üzrə məhkəmə istintaqı zamanı araşdırılmış çoxsaylı sübutlar yəni, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, İqbaq Qafarovun ibtidai istintaq zamanı verdiyi ifadələri və özünün təqsirləndirildiyi iş üzrə Lənkəran rayon məhkəməsində verdiyi ifadəsi, Təqsirləndirilən şəxs və Şahid4 üzərlərinə şəxsi-axtarışın aparılmasına dair videoçəkilişlərlə, məhkəmə-fiziki kimyəvi ekspertizalrımn rəyləri ilə məhkəmə istintaqı zamanı tam olaraq sübut edilmişdir ki, Şahid4 aşkar olunmuş narkotik vasitə heroini ona məhz Təqsirləndirilən şəxs 30 manat pul müqabilində satmışdır. Məhkəmə hökmdə Şahid4 məhkəmə istintaqı zamanı həqiqəti əks etdirməyən ifadəsini (Emil özü üçün narkotik vasitə almağa gedirdi, məndə 30 manat verdim ki, mənədə alıb gətirsin) nəyə görə sübut kimi qəbul etməsini və nəyə görə onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etməsini, eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini nəyə görə sübut kimi qəbul etməməsini heç bir halla təsdiq edə bilməmişdir. Əksinə iş materiallarında olan və məhkəmə istintaqında araşdırılmış digər sübutlarla təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindəki, şəxsi-axtarış zamanı göstərdiyi xüsusatların tam olaraq təsdiq olunmasına baxmayaraq məhkəmə yanlış nəticəyə gəlmiş, iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrində göstərilən xüsusatların məhz hazırki sübutlarla uyğunlaşmasını nəzərə almamış və hökmdə göstərdiyi- ittihamın mülahizələrə əsaslanması mövqeyini məhz özü nümayiş etdirərək, təqsirləndirilən şəxsin əməlini hüquqi tövsifini sübutlar əsasında deyil, məhz özünün mülahizəsinə əsasən müəyyən etmiş, məhkəmə özü istintaq orqanı tərəfindən əldə edilərək məhkəməyə təqdim edilmiş, məhkəmədə tədqiq edilmiş qeyd olunan sübutları hansı digər sübutla təkzib etməsini heç nə ilə izah edə bilməmişdir. Göründüyü kimi məhkəmə qeyd olunan işin bütün bu faktiki hallarım, nəzərə almayaraq yanlış nəticəyə gəlməklə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməklə onun daha ağır cəzadan kənarda qalmasını təmin etmiş olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsi, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökm çıxarılması xahiş olunur. Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, 04 fevral 2023-cü il tarixdə Lənkəran xiyabani deyilən ərazidə tanımadığı mülki formada bir nəfər ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirərək maşınla Lənkəran RPŞ-yə aparmışlar. Sonra ümumi çəkisi 1,7 qram olan, ayrı-ayrılıqda 5 büküm narkotik vasitəni üzərinə götürməsə ailəsi ilə birlikdə bu işə qarşıdıracağanı deyib hədə-qorxu gəlmişlər. O, öz hüquqlarını bilmədiyi üçün onu aldadıb 6 aylıq müalicəyə gedəcəyini söyləmişlər və qeyd olunan narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Barəsində iki dəfə axtarış və iki dəfə videoçəkiliş aparılmışdır. Qeyd edilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1(099)-31/2024 saylı hökmünün ləğv edilərək, barəsində bəraət verilməsi xahiş olunur. İİİ.PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya protestinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1(099)-31/2024 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində qanununun müddəalaırna uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və Müdafiəçi3 apellyasiya protestinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmişlər və müdafiəçi Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. İV. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Apellyasiya müraciətlərinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Cinayət kollegiyası əvvəlcə apellyasiya protestinin dəlillərinə qiymət verərək qeyd edir: -Qismən istintaqla keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəyə uyğun ifadə vermişdir. Belə ki, onun birinci instansiya məhkməsində verdiyi ifadədən görünür ki, 04 fevral 2023-cü il tarixdə, saat 12 radələrində İqbal zəng edib onu kəndin ərazisindəki Xəqani adlı şəxsin işlədiyi “Bərbərxana”ya çağırmış, o da bərbərxanaya getmiş, İqbal saçını qırxdırdıqdan sonra onlar bərbərxana yanındakı boş otaqda bərbərdən gizli narkotik qəbul etmək istəsələr də, orada narkotikdən istifadə edə bilmədiklərinə görə İqballa birlikdə kənd ərazisindən keçən çay qırağına gedib orada narkotik qəbul etmişlər. Həmin vaxt İqbal uşağının xeyir işi ilə bağlı bankdan kereditə pul götürdüyünü və pulu olduğunu bildirib Lənkəran şəhərinə birlikdə gedib narkotik almağı təklif etmiş, o da razılaşmışdır. Həmin gün saat 13-14 radələrində o və İqbal yaşadıqları kənddən Lənkəran şəhərinə sərnişin daşıyan “Qazel” markalı mikroavtobusa minib Lənkəran şəhərinə gəlib şəhərdə “Şəhidlər Xiyabanında” mikroavtobusdan düşərkən polis əməkdaşı Nəvai və başqa iki nəfər polis əməkdaşları onu və İqbalı tutub ayrı-ayrı maşınlarda onları rayon polis şöbəsinə aparmışlar. Tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində yalnız üç manat pul və rus qəpikləri olmuşdur. Həmçinin polis şöbəsinə gətirilərkən yolda maşında Nəvai adlı polis əməkdaşı onun üzərində olan “Samsung” marakalı mobil telefonunu götürmüşdür. Polis şöbəsində bir otağa aparılmış, sonra İqbalı da onun yanına gətirmişlər, həmin vaxt İqbal heç nə deməmiş, bundan sonra onların üzərində axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. İqbal otaqdan aparıldıqdan sonra Nəvai və başqa polis işçiləri 5 ədəd bükümdə narkotiki qarşısına qoyub üzərinə götürməsini, əks təqdirdə evindən daha çox narkotik maddə çıxacağı ilə hədələmiş, orada onu döyməsələr də, ona qarşı təzyiqlər olmuş, həm də polislərin ona “narkotikin yanına tərəzi qoymuruq, tutulandan 6 ay sonra buraxılacaqsan” dediklərindən, sonra işi aparan müstəntiq Elgünün də ona “İqballa bir yerdə tutulsanız, işiniz bir yerdə sənədləşsə, qrup halında daha ağır cəza ala bilərsiniz, bu da sizə pis olar” dediyindən, həm də müstəntiq onu aldadıb müalicəyə göndəriləcəyini bildirdiyindən o, polislərin dediyi ilə razılaşıb qarşısına qoyulmuş 5 ədəd bükümdə narkotikin özünə məxsus olmasını, həmçinin guya aldığı 9 ədəd bükümdə olan narkotikdən İqbala da 30 manata 4 ədəd bükümdə narkotik maddə satmasını bildirməyə razılaşmış, daha sonra isə sənədləşmə bu qaydada aparılmışdır. ....Hələ tutulmamışdın bir müddət əvvəl İqbal ona polis əməkdaşı Nəvainin “Emili də tutacam” dediyini bildirmiş, o da “Nəvainin duxusu çatmaz ki, məni tutsun” cavabını vermişdir. Bundan sonra İqbal Nəvai ilə telefonla danışıb ondan xahiş etmişdir ki, anası xəstə olduğu üçün onu tutmasın. Lənkəran şəhərində mikroavtobusdan düşən kimi polis əməkdaşı Nəvai yaxınlaşıb onu tutmuş və ona əvvəldən onu tutacağını dediyini bildirmişdir. Tutulduqdan sonra bacısı yanına gəlib “sən İqbal ilə tutulsan səni yaxın qohum kimi silərik” dediyindən və ailəsi ondan narazı olması səbəbindən polis şöbəsində qarşısına qoyulan 5 bükümdə narkotiki üzərinə götürməyə razılaşmışdır. Tutulan gün İqbal ona narkotik maddə almaq üçün 30 manat pul verməmiş və o, nə özü üçün, nə də İqbal üçün narkotik maddə almamış, “Rəşad” adlı şəxsi tanımamış və belə bir şəxsdən narkotik maddə almamışdır. Birinci instasniya məhkəməsinin istintaqı zamanı Şahid4 ilkin və təkrarən verdiyi ifadələrində bildirmişdir ki, “Təqsirləndirilən şəxs həmkəndlisidir və onunla münasibətləri yaxşı olmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotik maddəni Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Həmçinin həmkəndlisi Emil də narkotik istifadəçisidir və onlar dəfələrlə birlikdə narkotik maddədən istifadə etmişlər. 04 fevral 2023-cü il tarixdə o, kənddə bərbərxanada saçını qırxdırmış, saat 12 radələrində o, dişini müalicə etdirmək, həm də “Topaz”da mərc oyununa variant yazdırmaq məqsədilə Lənkəran şəhərinə getmək üçün mikroavtobusa minmiş, həmin vaxt Emil də mikroavtobusda olmuşdur. Kənddə o və Emil ayrı-ayrı yerlərdə (dayanacaqlarda) mikroavtobusa minmişlər və Lənkəran şəhərində, “Mikrorayon” adlanan ərazidə (Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsində) onlar mikroavtobusdan düşmüşlər. Həmin vaxt Emil narkotik maddə almaq üçün getdiyindən o, Emilə narkotik satan “Arzuman” adlı şəxsi görüb-görmədiyini soruşmuş, o da hələ görmədiyini demişdir. Sonra o, Emilə sabah qızının xeyir işi olacağını, indi “Topaz”a variant yazmağa gedəcəyini, əgər narkotik satan “Arzuman” adlı şəxs gəlsə, onun üçün də narkotik almasını xahiş edib ona 30 manat pul vermişdir. Sonra “Arzuman” adlı şəxs də gəlib 30 manatlıq narkotiki (heroini) Emilə vermiş, Emil özü üçün də 20 manata narkotik (heroin) almış, bundan sonra Emil yanına gəlib onun üçün aldığı 4 ədəd bükümdə heroini ona vermiş, sonra onlar ayrılmışlar. O, Emildən ayrılıb “Topaz”a variant yazmaq üçün gedərkən polis əməkdaşları küçədə onu saxlayıb üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışlar. Polis şöbəsinə aparılan vaxt üzərində 4 ədəd bükümdə heroin olmuşdur. Polis şöbəsində olarkən Emil də tutulub polisə gətirilmiş və onlar əvvəl bir otaqda saxlanılmış, sonra polis əməkdaları onu başqa bir otağa aparmış və orada onun üzərində videoçəkilişlə axtarış keçirilmişdir. Üzərində axtarış zamanı cibində saxladığı 4 ədəd bükümdə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin heroini bir gün əvvəl həmkəndlisi Emildən 30 manata aldığı, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə o, tutulduğu gun (04 fevral 2023-cü il tarixdə) günorta saatlarında Emilə heroin almaq üçün 30 manat pul vermiş, Emil də gedib onun üçün 4 bükümdə heroini alıb gətirib ona vermiş və üzərində aşkar olunan heroin də Emilə pul verib aldırdığı həmin heroindir. Həmin vaxt Emil yalnız onun üçün yox, özü üçün də heroin almışdır, yəni o, Emilə heroin almaq üçün 30 manat pul vermiş, Emil də onun verdiyi pulun üzərinə 20 manat da qoyub heroin almışdır. Ona heroin almasına görə Emilin heç bir şəxsi marağı olmamış, yoldaşlıq edib onun üçün də heroin almışdr. Polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində mobil telefon olmamışdır. Nəvai adlı polis əməkdaşı ilə hər hansı münasibəti olmamış və həmin şəxs Emili tutacağı barədə ona heç nə deməmişdir. Polis əməkdaşları onu və Emili bir yerdə tutmamış, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiqlər olmamışdır. Emil ona narkotik vasitə satmamış, Emil narkotiki başqasından götürüb gətirib ona vermişdir...” -Apellyasiya baxışında tədqiq edilmiş Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi barədə kompakt diskdə olan videodan görünür ki, Lənkəran rayon-şəhər polis şöbəsində Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman, o, şalvarının sağ yan cibindən 4 büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq bildirir ki, “Yaxın qonşum Emillə bir yerdə getmişik, pulun ya o verib, ya mən vermişəm. Emil gedib götürüb gətirib verib mənə, 30 manat pul vermişdim.” Cinayət işi materiallarına olan 04 fevral 2023-cü il tarixdə şəxsi axtarış aparılması haqqında kompakt diskdən və həmin tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-də təhqiqatçı Şahid10 tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 05 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin heroin olduğunu, 1 gün əvvəl Şahid4 30 manata 4 büküm narkotik vasitə heroin satmasını söyləyir. CPM-in 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya protestinin dəlillərində CM-in 234.4.3-cü maddəsində qeyd olunan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqələrinin sübuta yetirilməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, protestin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139-cu madəsində təsbit olunmuş halların müəyyən edilməsi baxımından, həmin ittihama münasibətdə iş üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Sübutların mümkünlüyünə dair Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinin tələblərinə görə, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Cinayət Prosessual Məcəlləsinin yuxarıda isnad edilmiş sübutlarlarla bağlı müddəalarının tələblərinə əsasən qismən istintaqla apellyasiya protestinin dəlilləri işin faktiki halları ilə qarşılıqlı bir daha təhlil edilmiş, araşdırılmış, bu barədə sübutlar yoxlanılmış və kollegiya bu qənaətə gəlmişdir ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini təsdiq edən mötəbər, təkzibolunmaz sübut müəyyən olunmur. İstintaq orqanının bu barədə əsas sübutları baxış və götürmə protokolu, şahid ifadələridir. Lakin birinci instansiya məhkəməsinin istintaqı, eləcə də apellyasiya baxışının nəticələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə etməsi barədə toplanmış sübutlarda qeyd olunanlar işin faktiki halları ilə ziddiyət təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs və Şahid4 barəsində şəxsi axtarışla bağlı videoda və protokolda qeyd olunanlar, əməliyyat müvəkkili Şahid1 Lənkəran şəhər-rayon polis şöbəsinin rəisinə yazdığı raportlar, Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satması halının doğru olmasını şübhə altına alır. Həmin ziddiyyətli hallar aşağıdakılardır: 1.Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 5 büküm heroini 50 manata aldığını bildirir. Halbuki, işin halların görə o, Şahid4 tutularaq üzərinə şəxsi axtarış keçirildikdən sonra saxlanılmışdır. Yəni, artıq şəxsi axtarışlarda iştirak edən eyni təhqiqatçı və əməliyyat müvəkkili Şahid4 ondan 30 manata heroin almasından məlumatlı idilər. Bu vəziyyətdə Emin Baxışov 5 bükümü deyil, 9 bükümü 50 manata aldığını bildirməli idi. 2.Təqsirləndirilən şəxs tutulması və üzərinə şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, o, 04 fevral 2023-cü il tarixdə, saat 14:10 şübhəli şəxs kimi tutulmuşdur. Onun şübhəli şəxs və təqsirləndirilıən şəxs qismnində ifadələrində də o, narkotik vasitəni elə həmin gün Şahid4 satmasını bildirir. Lakin videogörüntüdə qeyd edir ki, o, Şahid4 bir gün əvvəl, yəni 03 fevral 2023-cü il tarixdə 30 manata heroin satmışdır. 3.Bundan başqa əməliyyat müvəkkili Şahid1 03 fevral 2023-cü il tarixli raportundan görünür ki, o, Emil Baxşıyevin 03 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində saxlanılmasını polis şöbə rəisinə məruzə etmişdir. 4.Qeyd olunan vəziyyət əsas verir ki, Emil Baxşıyev faktiki olaraq 03 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində saxlanılmış və 24 saata yaxın müddətdə polisin nəzarəti altında müdafiə hüququndan məhrum qalmışdır. 5.Apellyasiya müraciətlərinin obyektiv araşdırılması məqsədi ilə Şahid4 barəsində olan cinayət işi sorğu əsasında Lənkəran rayon məhkəməsindən götürülmüş və cinayət işi materialları öyrənilmişdir. Müəyyən olunmuşdur ki, əməliyyat müvəkkili Şahid1 həmin cinayət işində olan raportu da 03 fevral 2023-cü il tarixdə yazılmış, Şahid4 03 fevral 2023cü il tarixdə, saat 13:00 radələrində saxlanılması haqqında polis şöbə rəisinə məruzə etmişdir. 6.Şahid4 barəsində şəxsi axtarışla bağlı videogörüntüdə o, əvvəlcə “...Yaxın qonşum Emillə bir yerdə getmişik, pulun ya o, verib, ya mən vermişəm. Emil gedib götürüb gətirib verib mənə, 30 manat pul vermişdim.” bildirsə də, sonradan təhqiqatçının təkidi ilə Emil Baxşıyevdən bir gün əvvəl 30 manata aldığını bildirir. Lakin onun tutulması və şəxsi axtarışla bağlı protokoldan məlum olur ki, o, 04 fevral 2023-cü il tarixdə, saat 13:10-da tutulmuş və həmin tarixdə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələrində də o, narkotik vasitəni elə həmin gün Emil Baxşıyevdən almasını bildirir. Bu vəziyyət də Şahid4 faktiki olaraq 03 fevral 2023-cü il tarixdə, saat 13:00 radələrində saxlanılmasını və 24 saata yaxın müddətdə polisin nəzarəti altında müdafiə hüququndan məhrum olmasına tam əsas verir. Beləliklə hər iki şəxsin 24 saat müddətində polisin nəzarəti altında müdafiə hüququndan məhrum qalmaları onların həmin ifadələri məhz təsir altında vermələrinə kifayət qədər qənaət yaradır və bu vəziyyət onların ifadələrinin narkotik vasitənin alışı və satışı hissəsinin həqiqət olmasına şübhə yaradır. Həmin şübhələrin aradan qaldırılması üçün ittiham tərəfinin hər hansı dəlili müəyyən olunmur. Bundan başqa şəxsi axtarış zamanı Şahid4 narkotik vasitəni kimdən alması barədə suala ilkin cavabında “...Yaxın qonşum Emillə bir yerdə getmişik, pulun ya o, verib, ya mən vermişəm. Emil gedib götürüb gətirib verib mənə, 30 manat pul vermişdim.” bildirməsi də şübhə yaradır, hətta onun cavabı bu cinayət işinin məhkəmə istintaqında verdiyi ifadəyə uyğun hesab oluna bilər. Belə ki, Şahid4 ilkin və təkrar ifadələrində aşkar qeyd edir ki, “...Həmin günü işi olduğu üçün o, 30 manat pulu Emilə vermişdir ki, onun üçün də narkotik maddə alsın, həmin vaxt Emil özü üçün də narkotik alacağından onun üçün də narkotik maddə almağa razılaşmışdır. Səhərisi gün evində xeyir işlə bağlı başı qarışıq olacağından o, bir gün əvvəl narkotik almaq istəmiş və bu səbəbdən də Emilə pul vermişdir ki, özü üçün narkotik alanda, onun üçün də narkotik maddə alsın. Həmin vaxt o, Emilə 30 manat verib demişdir ki, onun üçün narkotik alsın və orada onu gözləsin, sonra özü işinin dalınca getmiş və qayıdandan sonra Emil 30 manata aldığı narkotiki “Mikrorayon” ərazisində ona vermiş, sonra o, Emildən ayrılmışdır ki, “Topaz”a gedib variant yazdırsın, lakin gedib ora çata bilməmiş, küçədə polislər onu tutub polis şöbəsinə aparmış, yarım saatdan sonra polislər Emili də tutub polis şöbəsinə gətirmişlər...” Yuxarıda qeyd olunan əhəmiyyəti hallar apellyasiya protestinin dəlilərinə əsasən Şahid4 CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair qanuni qüvvəsini almış ittiham hökmündə olan ifadəsinin narkotik vasitəni 30 matana Emildən alması hissəsinin preyudisiyal əhəmiyyətinə təsir edir. Belə ki, Şahid4 həmin iş üzə təqsirləndirilən şəxs olmuş, hər hansı məzmunda ifadə verməsi məsuliyyətə səbəb olmur, qeyd olunan ziddiyətli və şübhə yaradan hallar onun ifadəsinin həmin hissəsinin doğru olmadığı qənaətini qətiləşdirir. Konvensiyanın 6-cı maddəsinin əhatə dairəsi ilə bağlı Avropa Məhkəməsi vurğulayır ki, məhkəmənin rolu, prinsip etibarilə, müəyyən növ sübutların -məsələn, milli qanunvericiliyə görə qeyri-qanuni əldə edilmiş sübutun mümkün olub-olmadığını müəyyən etməkdən deyildir. Cavab verilməli olan sual bütövlükdə məhkəmə icraatının, o cümlədən sübutun əldə edilmə üsulunun ədalətli olub-olmamasıdır. Bura iddia olunan qanunsuzluğun, başqa Konvensiya hüququnun pozulması halında müəyyən edilmiş pozuntunun xarakterinin nəzərə alınması daxildir (X3rşı, § 34;). Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən,ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilib-verilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və səhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Əldə edilmiş sübut başqa materialla dəstəklənmədikdə, ədalətlilik problemi mütləq surətdə ortaya çıxmasa da, qeyd edilə bilər ki, sübut çox güclü olduqda və etibarlı olmamaq riski daşımadıqda, dəstəkləyici sübuta olan ehtiyac da müvafiq olaraq zəif olur. (Bıkov Rusiyaya qarşı [BP], § 89). Konvensiyanın zəmanət verdiyi əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində təmin edilmiş belə sübutdan istifadə (belə sübutun mümkün hesab edilməsi ittiham hökmü üçün həlledici olmadıqda belə) hər zaman məhkəmə icraatının ədalətliliyi ilə bağlı ciddi suallar ortaya çıxarır. 3-cü Maddənin ziddinə qeyri-insani rəftar kimi təsnif edilən, lakin işgəncə olmayan hərəkətlər nəticəsində əldə edilmiş belə sübutun mümkün hesab olunması yalnız o halda 6-cı Maddənin şərtlərini pozur ki, Konvensiyanın 3-cü maddəsinin pozuntusu təqsirləndirilən şəxsə qarşı aparılan icraatın nəticəsinə, yəni ittiham hökmünə və ya cəzalandırılmasına təsir göstərdiyi sübut olunsun (X6rşı, § 85;) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. Nəzərə alınmalıdır ki, məhkəməyədək icraatda məhkumun polis tərəfindən saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiasını cinayət işinə mahiyyəti üzrə baxan məhkəməni CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Belə ki, CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə sübutlardan istifadə etməklə əsaslandırsın. Beləliklə birinci instansiya məhkəməsinin istintaqı ilə müəyyən edilmiş hallara əsasən apellyasiya baxışının nəticələri ilə aşağıdakılar üçün kifayət qədər qənaət yaradır: 1) Təqsirləndirilən şəxs təxminən 24 saat müddətdə müdafiəçi ilə təmin olunmaq (özünü şəxsən müdafiə etmək, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək və müəyyən şərtlər çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi), eləcə də ona qarşı istinad edilən sübutların həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanından məhrum edilmişdir; 2) Qeyd olunan müddət ərzində təzyiqə məruz qalmışdır; 3)İbtidai istintaqla verilmiş ittihamda qeyd olunan CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməlinin törədilməsi barədə sübutlar qeyri-qanuni yolla əldə olunmuşdur. Beləliklə apellyasiya baxışında məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Emil Baxşıyevin təqsirinə görə birinci intsansiya məhkəməsində CPM-in 351.3.1-351.3.4-cü maddələrində və 346.1.1-346.1.6-cı maddələrində təsbit edilən tələblər düzgün müzakirə edilmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-ci maddələrinin tələblərinə uyğun təhlil edilmişdir. Yuxarıda təhlil edilən, o cümlədən şərh edilən xüsusatlar barədə məlumatların real olmasını təsdiq edən hallar bu qənaətə əsas verir ki, birinci instansiya məhkəməsinin istintaq orqanının mövqeyi ilə razılaşmayaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsi əsası ilə ittiham hökmü verməsi, cinayət-prosessual qanunun yuxarıda qeyd edilən normalarının tələblərinə cavab verən, xüsusilə də istintaq orqanı tərəfindən verilmiş ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında olan izaha əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Nəticə olaraq, Cinayət Kollegiyasının qeyd etdiyi hallar protestin dəlillərini təkzib edir, odur ki, apellyasiya protesti əsassız hesab olunmalıdır. Cinayət kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir: -Apellyasiya şikayətində qeyd olunanlara əsasən təqsirləndirilən şəxs bəraət hökmününü çıxarılmasını tələb edir. Lakin birinci intansiya məhkəməsinin araşdırması ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid4 xahişi ilə sonuncuya narkotik vasitə heroin alarkən, özü üçün də narkotik vasitə almış və bununla da satış məqsədi olmadan ümumi çəkisi 2,775 qram olan külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Həmin hal isə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib hissəsini yaradır. Müdafiə tərəfinin bu halı təkzib edən mötəbər sübutu yoxdur və birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına tam uyğundur. Apellyasiya protestinin dəlillərinin hüquqi qiymətləndrilməsi ilə bağlı qeyd olunanlara əsasən, kollegiya apellyasiya şikayətinin dəlillərinə əlavə hüquqi qiymət verməsinə zərurət görmür və hesab edir ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası CPM-in 397.2.-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun maddi və prosessual normalarına riayət edilməsini yoxlayaraq, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İttiham hökmünün təsviri əsaslandırıcı hissəsindən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü dəqiqləşdirərkən, müəyyən etdiyi cəzalarını yüngülləşdirən bütün halları Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq nəzərə alınmışdır. Cinayət Prosessual Məcəlləsinin 401.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız aşağıdakılara təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir: -401.1.1. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə. Cinayət Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti və apellyasiya protesti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 1(099)-31/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli,1(099)-31/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar