Məhkəmə qərarları › İş №1(106)-151/2024

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-151/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-151/2024 14.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – X3 və X4 ibarət tərkibdə məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri – Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi4 və «Prospekt» vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmünə əsasən (hakimlər: X15 (sədrlik edən), X11 və X5 ibarət tərkibdə) xx xxxx 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 19,866 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 730 qram çəkidə qurudulmuş marixuana əldə edib üzərində və yaşadığı Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra – Baş Narkotiklərlə Mübarizə İdarəsi) əməkdaşları tərəfindən 20 dekabr 2022-ci il tarixdə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20-də Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında saxlanılıb Abşeron Rayon Polis İdarəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 19,866 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 20 dekabr 2022-ci il tarixdə saat 19:30-dan etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağından 01 ədəd qara rəngli torbada külli miqdarda 730 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə – heroinə və fərdi yaşayış evindən götürülmüş narkotik vasitə – qurudulmuş marixuanaya aidiyyəti yoxdur. O, polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün ibtidai araşdırmanın ilkin vaxtlarında əleyhinə ifadələr vermişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış reallıqda Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında aparılsa da, iş materiallarına əsasən guya onun üzərində həmin istintaq hərəkəti Abşeron Rayon Polis İdarəsinin binasında keçirilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış formal keçirilmiş və onun ailə üzvləri baxışa buraxılmamışdır. Polis əməkdaşları faktiki olaraq evə qoyduqları narkotik vasitəni götürmüşlər. Ümumiyyətlə əməliyyat orqanı tərəfindən işin faktiki halları təhrif olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, habelə birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etdiyini bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, onun müdafiəçiləri – Müdafiəçi4 və Müdafiəçi3 apellyasiya müraciətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək, bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmaması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə tam, hərtərəfli və obyektiv münasibət bildirmək üçün məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsinin əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi aparılmalıdır. İ. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamın və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin əsaslandığı sübutlar dairəsinin dəqiqləşdirilməsi mərhələsi:

1. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş 20 dekabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.

2. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 20 dekabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs barəsində güdülmə və yaşayış yerinə baxış əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır.

3. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 20 dekabr 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir.

4. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş 20 dekabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 12.20-də Əliyev X6 rayonu Masazır qəsəbəsində yerləşən “Masazır dairəsi”nin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir.

5. «Şəxsi axtarış və götürmə aparılması barədə» 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X2 iştirakı ilə həmin tarixdə saat 14.35-dən saat 14.44-dək olan dövrdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında videoçəkilişlə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli uzunqol qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd sellofan bükümdə qablaşdırılmış narkotik vasitə – heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasına dair protokol 20 dekabr 2022-ci ildə saat 14.50-dən saat 15.15-dək olan dövrdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında tərtib edilmişdir. İstintaq hərəkətinin videoçəkilişindən görünür ki, sonda təhqiqatçı Vüsal Həsənquliyev şəxsi axtarış qurtardıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Ağcabədi rayonu Avşar kəndində yerləşən fərdi yaşayış evinə sonuncunun, onun müdafiəçisi X2 və əməliyyat qrupunun iştirakı ilə baxış keçirilməsi üçün həmin şəxslərin qeyd olunan ünvana yollanacaqlarını bildirir.

6. “Baxış keçirilməsi və götürmə barədə” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19.30-dan saat 19.38-dək olan dövrdə Təqsirləndirilən şəxs yaşadığı – Ağcabədi rayonu Avşar kəndində yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmişdir. Baxışa başlamamışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs evdə kiminlə yaşamasını soruşsa da, sonuncu tək yaşadığını və ailə üzvlərinin hazırda evdə olmadığını bildirmiş, lakin videoçəkilişdən evin çölündən açıq-aşkar yüksək səs tonu ilə qışqırtı səsləri eşidilir. Baxış zamanı evin yataq otağında – sol tərəfdə yerləşən yataq dəstinin altından 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən təqribi çəkisi 780 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra evin digər otağlarına ümumiyyətlə baxış keçirilməmişdir.

7. Məhkəmə – kimyəvi ekspertizasının 21 dekabr 2022-ci il tarixli 6/7113 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi №7” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz 19,866 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir”.

8. Məhkəmə – bioloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli 7/1427 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi – 730,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”.

9. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixli izahatında, həmin tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci ildə üzərindən aşkar olunmuş heroin və evindən aşkar olunmuş qurudulmuş marixuana ona məxsusdur.

10. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində yenidən ifadə verərkən xx.xx.2022-ci il tarixli izahatında, həmin tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiyi halları inkar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci ildə yaşadığı Avşar kəndində olan zaman həmkəndlilərindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının kənd ərazisində narkotik vasitədən istifadə edənlərə qarşı əməliyyat keçirdiklərini, eləcə də onun fotosunu bir neçə şəxsə göstərərək onunla maraqlandıqlarını, hətta artıq bir neçə nəfərində saxlanıldığını eşitmişdir. Narkotik vasitə – qurudulmuş marixuanadan istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən yaxalanmamaq üçün həmin gün saat 08 radələrində taksiyə əyləşərək Bakı şəhərinə getmiş və saat 12 radələrində Abşeron rayonu “Masazır dairəsi” deyilən yerə çatmışdır. “Masazır dairəsi”nin yaxınlığında yerləşən “Ağ hotel”ə daxil olmaq istəyərkən dörd nəfər mülki geyimdə olan polis əməkdaşları onu saxlayıb avtomobilə mindirərək Abşeron Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Orada bir neçə sənədə imza etdirdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Orada polislərdən biri bir bükümdə heroini cibinə qoymuş və videoçəkiliş vaxtı həmin maddənin özünə məxsus olmasını deməsini tələb etmişlər. İlk olaraq buna etiraz etdikdə polis əməkdaşları onu döyməyə başlamışlar. Fiziki zorakılıqdan canını qurtarmaq üçün polislərin təklifi ilə razılaşmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirilən videoçəkiliş zamanı həmin maddənin özünə məxsus olmasını və İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsdən aldığını, hətta yaşadığı fərdi yaşayış evində də narkotik vasitə – qurudulmuş marixuana olduğunu demişdir. Reallıqda nə üzərində, nə də ki yaşadığı evdə narkotik vasitə olmamışdır. Bundan sonra polis əməkdaşları onu yaşadığı Ağcabədi rayonu Avşar kəndinə aparmışlar və orada da, evdən aşkar olunan maddənin özünə məxsus olmasını videoçəkiliş zamanı etiraf etməsini tapşırmışlar, əks halda onun ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələmişlər. Bununla yanaşı evin yanında polis əməkdaşları hələ avtomobildən düşürtməmiş sifətinə bir neçə şillə də vurmuşlar. Məhz polis əməkdaşlarının fiziki zorakılığına məruz qaldığı üçün həmin maddələrin özünə məxsus olmasını etiraf etmişdir.

11. Canlı şəxsin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 18 yanvar 2023cü il tarixli 598 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – hər iki almacıq-yanaq nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 2. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilərdi”.

12. Şahidlər Şahid1 və X12 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs üzərindən heroin və yaşadığı evdən isə qurudulmuş marixuana aşkar olunduğunu bildirmişlər.

13. Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi tərəfindən qəbul olunmuş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 10 aprel 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən zorakılıq, fiziki təzyiq və işgəncə hərəkətlərinə məruz qaldığı üçün məcburiyyət qarşısında qalaraq ibtidai araşdırma dövründə həmin maddənin ona məxsus olması barədə izahat və ifadələr verməsi xüsusatı üzrə araşdırma aparılmış və həmin hal təsdiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsində qismən məhkəmə istintaqı aparılmaqla toplanmış sübutlar:

1. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ara-bir narkotik vasitədən istifadə etmişdir. 20 dekabr 2022-ci ildə 08 radələrində evə gələn zaman həmkəndilərindən polis əməkdaşlarının kənd ərazisində narkotik vasitə istifadə edənlərə qarşı tədbir keçirdiyini və fotosunu göstərməklə onu da axtardıqlarını eşitmişdir. Yaşadığı evə çatdıqdan sonra bibisi qızı da arvadına zəng edərək polislərin onu axtardığını demişdir. Belə olan halda polis təqibindən qurtarmaq üçün bir müddət sonra taksiyə əyləşərək Bakı şəhərinə getmiş və yolboyu mobil telefondan sərbəst surətdə istifadə etmişdir. Dostu ilə görüşmək üçün Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Ağ hotel”ə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış və Abşeron Rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Orada vəkillə təmin olunmamış və qısa müddət qaldıqdan sonra polislər onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən inzibati binasına gətirmişlər. Orada polislərdən biri ona bir bükümdə heroin verərək videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etməsini tapşırmışdır. İlk olaraq bundan qəti formada imtina etsə də, polis onu şiddətli formada döymüş və nəticədə huşunu itirmişdir. Yalnız bundan sonra onların təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq ilk dəfə videoçəkiliş aparılan zaman yenə də üzərinə qoyulmuş maddənin ona məxsus olmamasını bildirmişdir. Belə olan halda polislər ona qarşı şiddəti bir qədər də artıraraq, hətta etiraf etmədiyi halda ailə üzvlərini həmin narkotik vasitə ilə rəsmiləşdirəcəklərini demişlər. Yalnız bundan sonra çarəsiz qalaraq videoçəkiliş zamanı polislərin diktə etdiyi məzmunla izahat, sonra isə ifadələr vermişdir. Cinayət işinin materiallarında şəxsi axtarışın Abşeron Rayon Polis İdarəsində keçirilməsi qeyd olunsa da, reallıqda həmin istintaq hərəkəti Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı Ağcabədi rayonu Avşar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirmək üçün onu rayona aparmışlar. Evə çatmağa az qalmış polis əməkdaşları ondan tələb etmişlər ki, evindən aşkar olunacaq qurudulmuş marixuananın özünə məxsus olmasını etiraf etsin, əks halda ailə üzvləri də cinayət məsuliyyətinə cəlb olunacaqdır. Bununla yanaşı polislərdən biri onun sifət nahiyəsinə bir neçə şillə vurmuşdur. Evə çatdıqdan sonra ailə üzvləri onun əsassız tutulmasına etiraz edərək, baxışda şəxsən özlərinində iştirak etmək istədiklərini israr etsələr də, polis əməkdaşları evə kənar şəxs buraxmamışdırlar. Əvvəlcədən narkotik vasitənin oluduğu yeri ona deyərək çəkiliş zamanı içərisində mariuxana olan torbanı götürməyi tapşırmışlar. Çarəsiz olduğundan evə baxış zamanı da polislərin diktə etdiyi formada izahat vermişdir. Reallıqda nə üzərindən, nə də ki evindən aşkar olunmuş maddənin ona aidiyyəti yoxdur. Polis təqibindən qaçan şəxsin üzərində və evində narkotik vasitə saxlaması tamamilə absurddur. Buna görə də, ona bəraət verilməsini xahiş edir.

2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Orxan 20 dekabr 2022-ci ildə səhər saatlarında evə gələrək kənddə çoxlu polis olduğunu və polislərin digər şəxslərlə yanaşı onu da axtardığını, hətta bir neçə şəxsi tutduqlarını demişdir. Bundan qısa müddət sonra Orxanın bibisi qızı da zəng edərək polis əməkdaşlarının Orxanı axtardığını bildirmişdir. Belə olan halda Orxan əsassız yerə tutulacağından qorxduğu üçün taksi ilə Bakı şəhərinə yola düşmüşdür. Orxan yolda olduğu vaxt bir neçə dəfə onunla əlaqə saxlamış və saat 12-dən əlaqələri kəsilmişdir. Həmin gün saat 15-16 radələrində evlərinə çoxlu polis əməkdaşları gəlmiş və yalnız bundan sonra Orxanın tutulduğunu bilmişlər. Axşam hava qaralandan sonra Orxanı Bakı şəhərinə gətirərək evə baxış keçirmişlər. Orxanı evə gətirdikdən sonra polis əməkdaşları onların hamısını evdən çıxarmış və heç kimi içəri buraxmamışdır. Böyük qaynı buna etiraz edən kimi onu polislərin gəldiyi avtobusa mindirərək çəkiliş qurtarana qədər buraxmamışlar. Videoçəkiliş qurtardıqdan sonra Orxanı aparmışlar. Yalnız hadisədən bir neçə gün sonra Orxanla telefon əlaqəsi saxlayan zaman sonuncu əsassız yerə tutulduğunu, üzərindən və evdən, yəni yataq otaqlarındakı çarpayının altından çıxan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Şahid qeyd edir ki, evdə körpə uşaq olduğu üçün hər gün bir neçə dəfə öz yataq otağını təmizləyir. 20 dekabr 2022-ci ildə polis əməkdaşları evlərinə gələnə qədər narkotik vasitə aşkar olunan çarpayının altını süpürüb-silsədə, orada heç bir kənar əşya olmamışdır. Buna görə də, Orxanın onlara bildirdiklərinin həqiqət olmasına inanır.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 20 dekabr 2022-ci ildə səhər saatlarında Baş Narkotiklərlə Mübarizə İdarəsi yaşadıqları Avşar kəndində narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirmiş və əməliyyat zamanı bir neçə nəfər şəxsi, o cümlədən X1. Həmin gün saat 15-16 radələrində xeyli sayda polis əməkdaşlarının Təqsirləndirilən şəxs evinin ətrafına yığışdıqlarını görmüş və bunun səbəbini bilmək üçün ora getmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri evdə olsa da, kənar şəxsləri polislər həyətə buraxmamışlar. Hava qaraldıqdan sonra Təqsirləndirilən şəxs evə gətirmişlər və bu zaman onun bütün ailə üzvlərini evdən çıxarılmışdır. Təqsirləndirilən şəxs böyük qardaşı evə baxışda iştirak etmək istədiyini bildirsə də, polislər buna icazə verməmiş, hətta onuda avtobusa salaraq buraxmamışlar. Polis əməkdaşlarının bir neçəsi Orxanla birlikdə evə daxil olaraq qısa müddət sonra çıxmışlar.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid5 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir.

5. Müdafiə tərəfinin vəsatəti əsasında ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiəçisi olmuş X2 istifadəsində olan ***-***-**-** nömrənin xx.xx.2022-ci il saat 09.00-dan həmin gün saat 16.00-dək olan dövr üçün anten məlumatları götürülmüş və həmin məlumatların ardıcıl təhlili ilə aşağıdakılar müəyyən edilmişdir: Anteni qeydə Antenin qeydə Antenin Müddət və Antenin qeydə alınma alınan nömrə alınma üsulu qeydə anteni məkanı alınma vaxtı qeydə alınan nömrə Xirdalan seh, Shamax? xx.xx.2022

1. ***-***-**-** internet 374 shossesi ,1Carlsberg pive 14:36:27 zavodu xx.xx.2022

2. ***-***-**-** internet 205 Hirdalan - Baku road 14:37:52 xx.xx.2022

3. ***-***-**-** internet 205 Hirdalan - Baku road 14:37:56 xx.xx.2022

4. ***-***-**-** internet 205 Hirdalan - Baku road 14:40:28 Xirdalan sh., Z.Tagiyev xx.xx.2022

5. ***-***-**-** internet 948 kuc., "AVTOYUMA" 14:41:55 Menteqesi Xirdalan sh., Z.Tagiyev xx.xx.2022

6. ***-***-**-** internet 948 kuc., "AVTOYUMA" 14:42:45 Menteqesi Xirdalan sh., Z.Tagiyev xx.xx.2022

7. ***-***-**-** internet 948 kuc., "AVTOYUMA" 14:49:57 Menteqesi Xirdalan sh., Z.Tagiyev xx.xx.2022

8. ***-***-**-** internet 948 kuc., "AVTOYUMA" 14:51:12 Menteqesi Xirdalan sh., Z.Tagiyev xx.xx.2022

9. ***-***-**-** internet 948 kuc., "AVTOYUMA" 14:51:33 Menteqesi Xirdalan seh, Shamax? xx.xx.2022

10. ***-***-**-** internet 7 shossesi ,1Carlsberg pive 14:57:28 zavodu xx.xx.2022

11. ***-***-**-** internet 58 Hirdalan - Baku road 14:57:36 xx.xx.2022

12. ***-***-**-** internet 4 Xirdalan 14:58:33 xx.xx.2022

13. ***-***-**-** internet 403 Xirdalan qes 15:00:18 xx.xx.2022

14. ***-***-**-** internet 403 Xirdalan qes 15:04:41 xx.xx.2022

15. ***-***-**-** internet 19 Baki Xirdalan yolu 15:06:58 xx.xx.2022

16. ***-***-**-** internet 19 Baki Xirdalan yolu 15:06:59 xx.xx.2022

17. ***-***-**-** ***-***-**-** 19 Hirdalan - Baku road 14:57 Xirdalan seh, Shamax? xx.xx.2022

18. ***-***-**-** ********** ***-***-**-** shossesi ,1Carlsberg pive 14:58 zavodu xx.xx.2022

19. ***-***-**-** ********** ***-***-**-** Hirdalan - Baku road 14:59 xx.xx.2022

20. ***-***-**-** **********6350 18 X14 H.T 15:06 xx.xx.2022 Yasamal r-nu, "İpek Yolu"

21. ***-***-**-** internet 18 15:11:39 magistrali Abbasqulu Abbas zade kuc xx.xx.2022

22. ***-***-**-** internet 982 TELEQULLE-nin 15:11:48 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

23. ***-***-**-** İnternet 982 TELEQULLE-nin 15:11:49 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

24. ********** ***-***-**-** ***-***-**-** TELEQULLE-nin 15:28 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

25. ********** ***-***-**-** ***-***-**-** TELEQULLE-nin 15:36 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

26. ********** ***-***-**-** ***-***-**-** TELEQULLE-nin 15:39 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

27. **********31 0099********** ***-***-**-** TELEQULLE-nin 15:40 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

28. ********** ***-***-**-** ***-***-**-** TELEQULLE-nin 15:46 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

29. ********** ***-***-**-** ***-***-**-** TELEQULLE-nin 15:53 yaxinliginda Abbasqulu Abbas zade kuc xx.xx.2022

30. ********** ***-***-**-** ***-***-**-** TELEQULLE-nin 15:57 yaxinliginda

6. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrənin xx.xx.2022-ci il tarixinə olan anten məlumatlarının ardıcıl təhlili ilə aşağıdakılar müəyyən edilmişdir: Anteni Antenin Zəngi qəbul qeydə Antenin qeydə alınma s/s Zəng edən qeydə alınma edən alınan məkanı vaxtı nömrə xx.xx.2022

1. ***-***-**-** ***-***-**-** ***-***-**-** Agcebedi r-nu 08:52:57 xx.xx.2022 Qobustan qes, Salyan

2. ***-***-**-** ***-***-**-** ***-***-**-** 11:23:53 shos. Qaradag r-nu, Salyan xx.xx.2022

3. ***-***-**-** ***-***-**-** ***-***-**-** shossesi 22 km, RGS 11:41:56 company

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasının 29 fevral 2024-cü il tarixli 20-12/105 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci ildə Bakı istintaq təcridxanasının Tibbi-sanitar hissəsində təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş və sorğu edilərkən həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədən səthinin müayinəsi zamanı sol döş nahiyyəsinin yumşaq toxumalarının əziyi, sol diz nahiyəsində köhnə çapıq toxuma, sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi aşkar edilmişdir.

8. Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci ildə Bakı istintaq təcridxanasının rəisinə verdiyi izahatında üzərində aşkar olunmuş xəsarətləri məhz həbs olunarkən aldığını qeyd etmişdir.

9. Canlı şəxsin əlavə məhkəmə-tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 07 mart 2023-cü il tarixli 258 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədlərdə yazılanlara əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasının Tibbisanitar hissəsində tibbi baxışdan keçirilərkən ona “sol döş nahiyyəsinin yumşaq toxumalarının əziyi, sol diz nahiyəsində köhnə çapıq toxuma, sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi” diaqnozu təyin edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malikdirlər və qaydalara uyğun sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda qeyd olunan xəsarətlərin xarakteri və morfoloji xüsusiyyətləri tam dolğun və ətraflı (qançır, sıyrıq, yara və sair, eləcə də onların rəng göstəriciləri, formaları, ətraf sağlam dəri səviyyəsinə uyğun yerləşmələri, üzərində qartmağın olub-olmaması və. s) təsvir olunmadığı üçün törənmə müddətləri və törənmə şəraiti haqqında fikir söyləmək mümkün olmadı”. İİ. Sübutların qiymətləndirilməsi mərhələsi: Apellyasiya şikayətinin dəlillərində həm cinayət hadisəsinin baş vermə faktı və halları, həm də təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqələrinin sübuta yetirilməməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139-cu madəsində təsbit olunmuş halların müəyyən edilməsi baxımından iş üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0.1 və 139.02-ci maddələrinə əsasən cinayət təqibi zamanı aşağıdakılar yalnız sübutla müəyyən edilir: 139.0.1. Cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. Şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; Müdafiə tərəfi aşağıdakı dəlilləri irəli sürməklə Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin törədilməməsini və aşkar olunması qeyd olunan narkotik vasitələrlə onun əlaqəsinin olmamasını iddia etmişlər.

1. Təqsirləndirilən şəxs 20 dekabr 202-ci ildə məhz əsassız polis təqibindən yaxa qurtarmaq üçün Ağcabədi rayonundan Bakı şəhərinə getmişdir;

2. Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsində saxlanılıb ilk olaraq Abşeron Rayon Polis İdarəsinə aparılsa da, cinayət işinin materiallarında qeyd olunanların əksinə olaraq onun üzərində şəxsi axtarış orada deyil, məhz Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsində keçirilmişdir;

3. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində və evində narkotik vasitələr olmamış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında polis əməkdaşları tərəfindən fiziki işgəncəyə məruz qaldığı üçün üzərindən aşkar olunması qeyd edilən narkotik vasitə – heroinin və evindən aşkar edilməsi qeyd olunan narkotik vasitə – qurudulmuş marixuananın özünə məxsus olmasını etiraf etmişdir. Müdafiə tərəfinin qeyd olunan məzmunlu iddiası özü-özlüyündə faktiki olaraq ittiham tərəfinin Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə, habelə həmin cinayət hadisəsi ilə onun əlaqəsinə dair təqdim etdiyi sübutların həqiqiliyini əsaslı şübhə altına alır. Məhz buna görə də, hər bir dəlilin dəqiqliklə araşdırılması aparılmalıdır. 1-ci dəlilin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı 17 mart 2023-cü il tarixli ifadəsi, həm birinci, həm də apellyasiyada verdiyi ifadələri, eləcə də şahidlər – Şahid4, Şahid5 və Şahid3 ifadələri ilə müəyyən olunur ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 20 dekabr 2022-ci ildə səhər saatlarında Ağcabədi rayonu Avşar kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbiri keçiriblər. Qeyd olunan şəxslərin müvafiq məzmunlu məlumatlarının həqiqiliyi həmin kənd sakini X13 barəsində 23 may 2023-cü ildə təsdiq olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş ittiham aktı ilə sübuta yetirilir. Belə ki, Aslan Hüseynova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan görünür ki, o, 20 dekabr 2022-ci ildə saat 05.50-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu Avşar kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 20 dekabr 2022-ci il tarixinə olan anten məlumatları ilə müəyyən olunur ki, o, həmin gün saat 09 radələrində Ağcabədi rayonunda olmaqla, növbəti saatlarda Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. İşin mübahisəsiz qaydada müəyyən edilən bu halı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən axtarıldığını bilən Təqsirləndirilən şəxs, məhz bu səbəbdən Ağcabədi rayonundan Bakı şəhərinə getməsini təsdiq edir. Buna görə də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı axtarılan Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitə saxlamaqla hüquq mühafizə orqanından yayınması ağlabatan və inandırıcı deyil. Kollegiyanın bu qənaəti həmçinin ona əsaslanır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi vaxtdan onun saxlanıldığı vaxtadək təxminən beş saata qədər vaxt keçmiş, həmin müddət ərzində o, evində sərbəst hərəkət etmiş və evi tərk edib Abşeron rayonu Masazır qəsəbəsinə çatanadək mobil telefondan sərbəst formada istifadə etmişdir. Bu müddət ərzində onun evində və üstündə olması iddia olunan qanunsuz əşyanın müqəddəratını bu və ya digər formada həll etmək imkanı olmuşdur. 2-ci dəlilin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs 17 mart 2023-cü ildən başlayaraq cinayət təqibinin hazırki vaxtınadək verdiyi bütün ifadələrində onun üzərində 20 dekabr 2022-ci ildə şəxsi axtarışın Abşeron Rayon Polis İdarəsinin inzibati binasında deyil, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirildiyini bildirmişdir. Həmin dəlilin yoxlanılması üçün müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin müdafiəçisi X2 istifadəsində olmuş ***-***-**-** nömrənin xx.xx.2022-ci il saat 09.00-dan həmin gün saat 16.00-dək olan dövr üçün anten məlumatları götürülmüşdür. «Şəxsi axtarış və götürmə aparılması barədə» 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Abşeron Rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Rasim Almuradovun iştirakı ilə şəxsi axtarış xx.xx.2022-ci ildən saat 14.35-də başlayıb və saat 14.44-də qurtarıb. Şəxsi axtarışa dair protokol həmin binada saat 14.50 – 15.15 aralığında tərtib olunaraq proses iştirakçıları tərəfindən imzalanmışdır. Müdafiəçisi Rasim Almuradovun istifadəsində olan mobil nömrə tərəfindən qeyd alınmış antenlə müəyyən olunur ki, o, saat 14:36 – 14.40 aralağında müvafiq olaraq Xirdalan – Şamaxı şossesi və Xırdalan – Bakı yolunda olmuş, yalnız 14.41 – 14.51-də Abşeron Rayon Polis İdarəsinin yaxınlığındakı küçədə (Xirdalan şəhəri Z.Tagiyev küçəsi), saat 14.51-dən sonra Bakı şəhəri Səbail rayonu istiqamətində hərəkət etməklə, saat 15.11-də artıq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında (Abbasqulu Abbas zade kuc TELEQULLE-nin yaxinliginda) olmuşdur. Rasim Almuradovun mobil nömrəsinin anteni saat 15.57-dək həmin binada qeydə alınmışdır (anten məlumatı yalnız saat 09.00 – 16.00 aralığı üçün götürülmüşdür). Müdafiəçi Rasim Almuradovun mobil telefon nömrəsi tərəfindən qeydə alınmış anten məlumatlarının təhlili ilə müəyyən olunur ki, o şəxsi axtarışın keçirilməsi qeyd olunan saatlarda (saat 14.35 –14.44; 14.50 – 15.15 aralıqlarında) Abşeron Rayon Polis İdarəsində olmamış, saat 15.11 – 15.57 aralıqlarında Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olmuşdur. Artıq bu hal müdafiə tərəfinin qeyd olunan dəlilini – Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci ildə şəxsin axtarışın Abşeron Rayon Polis İdarəsinin inzibati binasında deyil, məhz Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirilməsini təsdiq edir. Məhz bu, eləcə də polis təqibindən yayınan şəxsin beş saat ərzində sərbəst hərəkət imkanın olması faktları «Şəxsi axtarış və götürmə aparılması barədə» 20 dekabr 2022-ci il tarixli protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, onun həqiqi olmadığını təsdiq edir. Məhkəmə kollegiyası həmçinin “Baxış keçirilməsi və götürmə barədə” 20 dekabr 2022-ci il tarixli protokola münasibətdə qeyd edir ki, həmin tədbirin nəticəsində əldə edilmiş materialın mötəbərliyi də kifayət qədər şübhəlidir. Belə ki, həmin tədbir zamanı evin yataq otağındakı yataq dəstinin altından içərisində narkotik vasitə – qurudulmuş marixuana olan qara rəngli sellofan aşkar olunsa da, apellyasiya baxışı zamanı Şahid3 həmin otağın onların yataq otağı olduğunu bildirmiş və orada yeni doğulmuş körpəsini saxladığı üçün qeyd olunan otağı polis əməkdaşları gələnədək süpürüb-sildiyini və yataq dəstinin altında hər hansı bir sellofan torba olmadığını qeyd etmişdir. Şahid3 ifadəsini məhkəmə kollegiyası işin faktiki hallarına uyğun gələn mötəbər ifadə hesab edir. Belə ki, birincisi yuxarıda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci ildə səhər saatlarında evə gəlmiş və polis tərəfindən axtarıldığını ailə üzvlərinə bildirmiş, eləcə də onun bibisi qızı da arvadı Şahid3 zəng edərək eyni məzmunlu məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin vaxtda evdə sərbəst davranış imkanı, yəni evində narkotik vasitənin olması fərz olunsa belə onun müqəddəratına istənilən formada sərəncam vermək səlahiyyəti olmuşdur. İkincisi Təqsirləndirilən şəxs evi tərk etdikdən sonra polislə təmasına qədər keçən təxminən beş saat ərzində sərbəst formada mobil telefondan istifadə etmiş, hətta unudqanlığa yol vermiş olsa da belə bu müddət ərzində ailə üzvləri vasitəsi ilə evində olan istənilən qanunsuz əşyanın taleyini həll etmək imkanına malik olmuşdur. Üçüncüsü evə baxış keçirilərkən polis əməkdaşları Təqsirləndirilən şəxs ailə üzvlərinin israrlı tələbləri olsa da baxışda onlardan hər hansı birinin iştirakı təmin olunmamışdır. Kollegiyanın bu qənatəi baxış zamanı qeydə alınmış videogörüntüyə baxılarkən evin bayır hissəsindən gələn narazılıq səsləri ilə təsdiq olunur. Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur”, “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Məhkəmə kollegiyası qanunun qeyd olunan normalarını əsasən hesab edir ki, «Şəxsi axtarış və götürmə aparılması» və «Baxış keçirilməsi və götürmə» barədə 20 dekabr 2022-ci tarixli protokolların həqiqiliyinə şübhə olduğundan onlar sübut kimi qəbul edilməməlidir. 3-cü dəlilin qiymətləndirilməsi: Müdafiə tərəfi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» və «Baxış keçirilməsi və götürmə» barədə 20 dekabr 2022-ci tarixli protokollarındakı izahatları, 21 dekabr 2022-ci il tarixli izahatı, həmin tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri pis rəftarın təsiri ilə verməsini iddia etməklə həmin sübutlarıın sübutlar siyahısından xaric olunmasını xahiş etmişlər. Müdafiə tərəfi bu mövqeyini məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 18 yanvar 2023-cü il tarixli 598 nömrəli və əlavə məhkəmə-tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 07 mart 2023-cü il tarixli 258 nömrəli rəylərinə istintad etməklə əsaslandırmışlar. İttiham tərəfi hələ ibtidai araşdırma zamanı müdafiə tərəfinin bu iddiası ilə razılaşmamasını əsaslandırarkən “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2023cü il tarixli qərarda həlledici şəkildə ona istinad etmişdir ki, Orxan Abasovun pis rəftara məruz qalmasına dair iddiası üzrə məhkəməyədək icraat dövründə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və prokurorun böyük köməkçisi tərəfindən cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 aprel 2023-cü il tarixli (Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan) qərar çıxarılmışdır. Bu səbəbdən ittiham tərəfi qeyd edilən izahat və ifadələri, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evində baxış aparılmasına, ondan və evindən narkotik vasitələrin götürülməsinə dair protokolları mümkün və mötəbər sübutlar kimi qəbul etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, Cinayət- Prosessual Məcəlləsinin 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda Təqsirləndirilən şəxs polis tərəfindən 20 dekabr 2022-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsini yuxarıda təsvir edilən Cinayət- Prosessual Məcəlləsinin 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. İttiham tərəfi faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etməklə mövqeyini əsaslandırarkən Cinayət- Prosessual Məcəlləsinin qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərələliliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3- cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. İttiham tərəfinin qənaətinə görə Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduğu Bakı şəhəri Nərimanov rayonu prokurorunun böyük köməkçisinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqelərinin əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi müəyyən edilir. Belə ki, qərarın təsviri-əsaslandırıcı hissəsində onun çıxarılmasını şərtləndirən əsaslar kimi müstəsna olaraq aşağıdakı iki materiala istinad olunmuşdur:

1. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə və fiziki zorakılığa məruz qalmasına dair Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətinə;

2. Təqsirləndirilən şəxs hər iki almacıq-yanaq nahiyələrinin qançırlar şəklində dərəcəsi təyin edilməyən xəsarətin aşkarlanması, bu xəsarətin küt əşyanın təsirindən törənməsi və müayinədən 1-2 gün əvvəl yetirilməyə xarakterik olması barədə məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2023-cü il tarixli 598 nömrəli rəyinə. Qeyd olunur ki, Təqsirləndirilən şəxs müraciəti üzrə Bakı şəhəri Nərimanov rayonu prokurorluğunda olduqca səthi və natamam araşdırma aparılmış, onun ümumiyyətlə izahatı alınmamış, yalnız Təqsirləndirilən şəxs cinayət işi üzrə müstəntiqə verdiyi ifadələrinə istinad olunmuş, halbuki, Təqsirləndirilən şəxs həmin ifadələri məhz polisin pis rəftarı ilə ondan alındığını bildirmişdir. Bununla yanaşı məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs polisin nəzarəti altında olduğu zaman xəsarət aldığı müəyyən olunsa da, prokurorun böyük köməkçisi bunu təkzib edən hər hansı bir başqa material əldə etmədən cinayət tərkibinin olmaması haqqında nəticəyə gəlmiş və Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasa formal şəkildə, yəni heç bir fakt və sübut gətirmədən istinad etməklə cinayət işinin başlanmasını rədd etmişdir. Bununla yanaşı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs həbs olunan zaman bədəni üzərində məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2023-cü il tarixli 598 nömrəli rəyində qeyd olunandan əlavə sol döş nahiyyəsinin yumşaq toxumalarının və sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarətlərinində olması müəyyən olunmuşdur. Əlavə məhkəmə-tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 07 mart 2023-cü il tarixli 258 nömrəli rəyə əsasən həmin xəsarətin əmələ gəlmə müddətini müəyyən etmək mümkün olmasa da, Təqsirləndirilən şəxs həmin xəsarətləri də məhz polis nəzarət altında olan zaman almışdır. Məhkəmə kollegiyasının bu qənaəti ona əsaslanır ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci ildə məhkəmə-tibb eksperti tərəfindən müayinə olunmuş və onun bədəni üzərində yalnız hər iki almacıq-yanaq nahiyələrinin qançırları akşar olunmuşdur. Lakin, o, 20 dekabr 2022-ci ildə Bakı istintaq təcridxanasının Tibbi-sanitar hissəsində tibbi müayinədən keçirilərkən onun bədəni üzərində sol döş nahiyyəsinin yumşaq toxumalarının və sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarətləri aşkar edilmişdir. Məhz bu hal onu təsdiq edir ki, Təqsirləndirilən şəxs sol döş nahiyyəsinin yumşaq toxumalarının və sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarətlərini 21 dekabr 2022-ci ildə məhkəmətibb ekspertinin müayinəsindən sonra almışdır. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsinə əsaslanmaqla işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra pis rəftara məruz qalmış, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən və evindən aşkar olunmuş narkotik vasitlərlə ilə bağlı etirafedici izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan müddəasını nəzərə alaraq kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» və «Baxış keçirilməsi və götürmə» barədə 20 dekabr 2022-ci tarixli protokollarındakı izahatları, 21 dekabr 2022-ci il tarixli izahatı, həmin tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri də sübutlar siyahısından çıxarılmalıdır. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara – şahid qismində dindirilmiş polis əməkdaşlarının, məhkəmə-kimyəvi və bioloji ekspertizalarının rəylərinə gəldikdə, onlardan birincilər (polis əməkdaşlarının ifadələri) müstəsna olaraq Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin, “Şəxsi axtarış və götürmə”, “Baxış və götürmə”nin gedişində baş verənlərə aid olmaqla, eləcə də narkotik vasitənin məhkəməkimyəvi və bioloji tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə cinayət əməli – Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (əməliyyat-axtarış tədbirinin əhatəsindən kənarda olan) hərəkətləri – barədə məlumat vermirlər. Cinayət-Prosessual Məcəlləsinin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutub, işin məhkəmə baxışı zamanı müəyyən edilmiş hallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halı sübuta yetirilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin “təqsirliliyi sübuta yetirilmədikdə” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən bəraət verilməsi qənaətinə gəldiyini və cinayəti törətmiş şəxs(lər)in müəyyən edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan şəxs(lər)in cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlanılan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 729,9 qram olan narkotik vasitə – qurudulmuş marixuana, 19,816 qram olan narkotik vasitə – heroin həmin İdarədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə olan 86 (səksən altı) manat ekspertiza xərcinin ödənilməsindən azad olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayəti təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ləğv olunmalı və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin maddələrinin 397-399, 404-405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlanılan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 729,9 qram olan narkotik vasitə – qurudulmuş marixuana və 19,816 qram olan narkotik vasitə – heroin həmin İdarədə saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə olan 86 (səksən altı) manat ekspertiza xərcinin ödənilməsindən azad olunsun. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar