Məhkəmə qərarları › İş №1(106)-155/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-155/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-155/2023 25.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Bəşirov Kamil Sucəddin oğlu (sədrlik edən), X9 və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X49, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçiləri-“Müdafiəçi3 və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(099)96/2021 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X36 (sədrlik edən), X25 və X19 ibarət tərkibdə) 07 may 2021-ci il tarixli, 1(099)96/2021 saylı hökmü ilə xx xxxxxxx 1999-cu ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatda olan və Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, 6 saylı evin 4 saylı mənzilində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 iyul 2020-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmiş, habelə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 1(106)13/2022 saylı qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(099)96/2021 saylı hökmü dəyişdirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri-“Müdafiəçi3 və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022ci il tarixli, 1(102)1329/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 1(106)13/2022 saylı qərarı ləğv edilərək yeni apellyasiya baxışına təyin edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Lənkəran şəhər sakinləri olan tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və sonuncunun dostu, Əli kimi tanıdığı Bakı şəhər sakini X42 ilə 17 iyul 2020-ci il tarixdə saat 00 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 7 saylı binanın yanında rastlaşıb, görüşərkən hər üçünün onu həmin yerdə tək qoyub getmələrini, Zərərçəkmiş şəxs1 əvvəlki günlərdə də ona etinasız yanaşmasını özünə təhqir kimi qəbul edib, onların bu hərəkətlərindən əsəbiləşərək, 18 iyul 2020-ci il tarixdə saat 19:40 radələrində istifadəsində olan mobil telefonun “Whatsapp” proqramı ilə Zərərçəkmiş şəxs2 mobil telefonuna nalayiq ifadələrdən ibarət çoxsaylı yazılı və səsli mesajlar göndərmiş, həmin vaxt sonuncudan bu barədə məlumat alan Zərərçəkmiş şəxs1 onunla eyni proqram vasitəsi ilə əlaqə saxlayarkən aralarındakı münasibətə “aydınlıq gətirmək” üçün sonuncu ilə Lənkəran şəhəri, Sahil küçəsində görüşmək barədə razılaşdıqdan sonra yaşadığı evdən özü ilə mətbəx bıçağı götürüb həmin gün saat 23:30 radələrində qeyd edilən yerə getmişdir. Zərərçəkmiş şəxs2la söhbət edərkən ondan təhqir olunmasının səbəbini soruşan Zərərçəkmiş şəxs2 aqressiv cavab vermiş, bu vaxt Zərərçəkmiş şəxs1 onların söhbətinə müdaxilə etdiyinə görə xuliqanlıq niyyəti ilə, sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan, zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 125 mm, eni əsasında 22 mm, ortada 21,5 mm və ucunda 1 mm təşkil edən, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs1 həyatı üçün əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsi və qarın boşluğu nahiyələrinə bir dəfə zərbə endirərək, ona döş və qarın boşluqlarına nüfuz edib, sol plevra, ürəyin sol mədəciyini və nazik bağırsağı zədələyən, daxili və xarici qanaxma ilə müşayiət olunan, dərəcəsinə görə hər biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid iki ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarətlər yetirmiş, niyyətini başa çatdırmaq üçün növbəti zərbəni vurarkən Zərərçəkmiş şəxs1 onu özündən kənara itələməsi, Zərərçəkmiş şəxs2 isə hadisənin gedişinə müdaxilə edib əlində olan bıçağı almaq məqsədi ilə cəld şəkildə onun arxasına keçib hər iki bilək nahiyəsindən tutaraq özünə tərəf çəkib saxlaması səbəbindən Zərərçəkmiş şəxs1 oradan kənarlaşdığına görə sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilmədiyini görüb, ictimai borcunu yerinə yetirməklə Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşmasına şərait yaradan Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1 müdafiə etməsini bəhanə edib heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs2 müqavimətini qıraraq əlində tutduğu həmin bıçaqla sonuncunun əvvəlcə sol bud nahiyəsinə, zərbənin təsirindən müvazinətini itirərək arxası üstə yerə yıxılmasından sonra həyat üçün əhəmiyyətli olan döş qəfəsi, sol bud, sol baldır və sağ əl nahiyələrinə qəsdən zərbələr endirib, ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol bud və sol baldır nahiyələrində kəsilmişdeşilmiş yaralar, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən döş qəfəsi və əl nahiyələrində kəsilmiş yaralar, hər iki dirsək nahiyəsində sıyrıqlardan ibarət xəsarətlər yetirmiş, bədən səthinə yenidən bıçaqla nizamsız zərbələr vurarkən Zərərçəkmiş şəxs2 yerdə arxası üstə uzanıqlı vəziyyətdə ayaqları ilə aktiv müqavimət göstərərək həmin zərbələrin qarşısını aldığından, hava şəraitinin qaranlıq olmasından, habelə şəxsiyyətləri müəyyən edilməyən kənar şəxslərin səs-küy salaraq hadisə yerinə doğru gəldiklərini görüb, hadisə yerindən qaçmış, bu zaman Zərərçəkmiş şəxs2 özü də Zərərçəkmiş şəxs1 avtomobili ilə vaxtında xəstəxanaya çatdıraraq sonuncuya ixtisaslı tibbi yardım göstərildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək, iki şəxsi - Zərərçəkmiş şəxs1 Rafəddin oğlunu və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Apellyasiya şikayətinin dəlilləri Müdafiəçi1 apellyasiya şikayətində Məhkum barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən və təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığından dəyişdirilərək, onun əməli CM-in 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələrindən CM-in 126.1-ci maddəsinə tövsif edilməklə, aşağı həddə cəza təyin olunmasını və barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək, azadlıqdan şərti məhkum edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, «Məhkum elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, yalnız özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilmişdir. O, məhkəmə iclaslarında verdiyi ifadəsində göstərmişdir ki, onun nə Ruslan Rəhmanovu, nə də ki, Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamışdır. Belə ki, zərərçəkmiş şəxslərin hər ikisi idmançı olmaqla professional boksçudurlar. Fiziki cəhətdən ondan güclüdürlər. Eləcə də, onlar tək olmamışlar. Yəni həmin Ruslan və Məhərrəməlidən başqa da onlarla digər 3-4 nəfər şəxs olmuşdur. Həmin şəxslərin onu vurub öldürə biləcəklərini düşünüb, əvvəlcədən evdən bıçaq götürmüşdür ki, lazım gələrsə, vəziyyətə uyğun olaraq bıçağı çıxarıb onları qorxudub əllərindən qurtula bilər. Bu səbəbdən də Zərərçəkmiş şəxs2 ilə irəlidə gedib hansı səbəbdən dostları Əli adlı şəxsin digər bir şəxslə onların məhəllələrinə gəlib onunla dalaşmalarını və daha sonra da ondan nə istədiklərini, hansı səbəbdən məhəllələrinə və hətta evlərinə gələrək dəfələrlə telefonuna zəng edərək, onu evdən cəzalandırmaq məqsədi ilə çıxartdıqlarını soruşarkən arxada gələn X2 etməli olduğunu deyərək çağırarkən Murad ona, «sənlik deyil, mən Məhərrəməli ilə məsələni həll edərəm»- sözlərindən əsəbiləşərək, arxadan onun başından yumruqla vurmuş, həmin zərbənin təsirindən Murad səndələmiş, artıq vurulduğunu və digərlərinin də onu vuracaqlarını düşünərək, şalvarının sağ yan cibindən bıçağı çıxararaq arxaya baxmadan sol qolunun aşağı və yuxarısından bıçaq zərbələri atmış, həmin zərbələrdən Ruslan kənara çəkilərək maşınına oturmuş, daha sonra isə onun üstünə gələn Məhərrəməlini də qorxudub özündən kənarlaşdırmaq məqsədi ilə onun ayağından vurmuş, Məhərrəməli yerdən daş götürüb ona atmış, yenidən daşla onu vurmaq istəyərkən bıçaqla yenidən onun ayağından 2 dəfə zərbə vurmuşdur. Məhkəmə-tibbi ekspertizası ilə də müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkum zərərçəkmiş şəxsləri vurub öldürmək niyyəti olmamışdır. Üzləşmə zamanı Ruslan Rəhmanov özü də bildirmişdir ki, ona bıçaq zərbələri dəydikdən sonra özündə olmamış, yalnız özünü maşınına çatdırmış və maşında oturub qalmışdır. Belə olan vəziyyətdə Murad istəsəydi, artıq Zərərçəkmiş şəxs2 da ayağından 3 zərbə vurduğu halda, hərəkəti məhdudlaşdığı üçün gəlib Ruslan Rəhmanova, həmçinin Zərərçəkmiş şəxs2 yenidən zərbələr vura bilərdi. Bunun üçün ona heç kim mane olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər də bu və ya digər formada göstərilənləri təsdiq etmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadələrinin bəzilərində üçbucaq şəklində dayanıb söhbət etdiklərini, dəgər zərərçəkmiş şəxs Ruslan Rəhimov isə 02 oktyabr 2020-ci il tarixdə üzləşdirilərkən Məhərrəməli ilə Muradın qabaqda söhbət edərək getdiklərini, onun özünün də onların arxaları ilə getdiyini göstərmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Ruslan Rəhimovla üzbəüz olarkən onu vurmadığı, baxmadan geriyə tərəf əlinin aşağı və yuxarısı ilə zərbələr endirdiyi təsdiq olunur. Yəni Məhkum Ruslanı məhz ürəyindən vurmaqla onu öldürmək niyyətində olmadığı işin faktiki halıdır. İş üzrə dindirilmiş zərərçəkmiş şəxslər bildirmişlər ki, həmin vaxt onların üçündən başqa hadisə yerində heç kim olmamışdır. Ancaq istintaq zamanı sonuncu dəfə dindirilərkən təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, hadisə vaxtı Ruslan və Məhərrəməlidən başqa da hadisə yerində onlarla birlikdə gəlmiş 3-4 nəfər şəxs olmuşdur. Həmin hal məhkəmənin nəzərinə çatdırılsa da, heç bir əhəmiyyəti olmamış, hətta verdikləri vəsatətlər də təmin edilməmişdir. Bundan başqa, hazırkı hadisə məhz Məhkum ilə onların məhəllələrinə gələrək onunla dalaşan Əli adlı şəxs və onunla birlikdə olan digər uzun, saqqallı bir gənc oğlanın onunla dalaşması ilə başlamış və zərərçəkmişlər də həmin məsələ ilə əlaqədar Muradı evlərindən çağıraraq kənara aparmışlar ki, həmin məsələni araşdırsınlar, yaxud da onu cəzalandırsınlar. Yoxsa zərərçəkmiş şəxslər inzibati orqanların səlahiyyətlərinə aid olan məsələni nə üçün öz üzərilərinə götürərək Məhkum dəfələrlə zənglər etmiş, onunla haqqhesab etmək istəmişlər. İş üzrə dindirilmiş şahidlərdən Kəmalə Hənifəyeva və Nüşabə Şabanova da təqsirləndirilən şəxs Məhkum ilə adını sonradan bildikləri Bakı şəhər sakini Əli adlı şəxslə arıq, uzun, saqqallı bir oğlanın məhəllələrində dalaşdığını gördüklərini bildirmişlər. Yəni işin məğzi həmin dalaşmadadır. Belə olan halda maraqlıdır ki, istintaqçı adları çəkilən Kəmalə Hənifəyeva və Nüşabə Şabanovanı şahid qismində dindirərək adlarını məhkəməyə çağırılacaq şəxs kimi ittiham aktına salsa da, hazırkı işin «yaradıcısı» olan Əli adlı şəxsin, yəni X26 adı şahidlərin siyahısına salınmamış, eləcə də həmin şahidin dindirilməsi ilə əlaqədar verdikləri vəsatət təmin edilməmişdir. Hadisə yerində olan digər 3- 4 nəfərin kim olmaları müəyyən edilməli, eləcə də, göstərilən xüsusatları araşdırmaq məqsədi ilə zərərçəkmiş şəxslər yenidən dindirilməli, hadisənin başlanmasına səbəb olmuş Əli adı ilə tanınan X42 və onunla birlikdə Məhkum ilə dalaşaraq onu döymüş şəxslərin məhkəmə iclasında iştirakları təmin edilməli idi. Hazırkı hadisədən dərhal sonra hadisəni törətmiş şəxs kimi Lənkəran şəhər sakini X43 adlı şəxs şübhəli şəxs qismində saxlanılaraq saat 03-40 dəqiqədən 04-25 dəqiqəyədək müdafiəçi İ.Hüseynovun iştirakı ilə prokurorluğun müstəntiqi Həmid Hüseynov tərəfindən dindirilmişdir. Həmin ifadəsində Murad Əsədzadə hazırkı hadisə ilə əlaqədar etirafedici ifadə verərək hansı səbəbdən, hansı şəraitdə və harada zərərçəkmiş şəxslər Ruslan Rəhimov və Zərərçəkmiş şəxs2 bıçaqla necə vurduğunu göstərmiş, ifadənin sonunda isə öz əlyazması ilə hərəkətindən peşman olduğunu bildirmiş, hətta cinayətin aləti kimi bıçağı da istintaqa təqdim etmiş və daha sonra istintaqçı tərəfindən Murad Əsədzadənin bıçağı kimdən aldığı müəyyənləşdirilmiş və həmin şəxs də müəyyən edilərək dindirilmişdir. O da maraqlıdır ki, həmin şəxs ifadəsində Zərərçəkmiş şəxs2 ilə WhatsApp yazışmasında olan sözləri birə-bir olaraq eynilə ifadəsində qeyd etmişdir. Ancaq sonradan məlum olur ki, həmin cinayəti etiraf edən Murad o Murad, yəni hadisəni törədən Murad deyilmiş, istintaq böyük səhvə yol verərək heç bir günahı olmayan şəxsi saxlamış, heç bir hadisədən xəbəri olmadığı, zərərçəkmiş şəxsləri belə tanımadığı halda, həmin şəxsdən etirafedici ifadə almağa nail olmuşdur. Bütün bunlardan sonra zərərçəkmiş şəxsin qohumu tərəfindən Muradın hadisəni törədən Murad olmadığı bildirildikdən sonra 20 iyul 2020-ci il tarixdə Murad Əsədzadə əlavə olaraq dindirilir və həmin vaxt bildirir ki, həmin zərərçəkmiş şəxsləri tanımamış, onlarla heç vaxt heç bir münasibəti olmamış, heç bir cinayət hadisəsi də törətməmişdir. Məhkum verilən ittiham nə istintaq zamanı, nə də ki, məhkəmə iclasında ona sübut edilməmişdir. Onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin əməli yalnız və yalnız CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli idi. Zərərçəkmiş şəxslərin istintaq zamanı verdikləri ifadələr biri-digərinə zidd olmaqla onların yalnız istintaqı aparan şəxsin təsiri altında olmaları nəticəsində sonrakı ifadələrində Məhkum onları öldürmək istəməsi barədə görünüş yaradılmasına xidmət edir. Ruslan Rəhmanovun 22 iyul 2020-ci il tarixdə verdiyi ifadəsində Muradın onları hansı səbəb üzündən vurduğunu bilmədiyini göstərmişdir. Həmin ifadəsində Ruslan Rəhmanova verilən sual-cavabda Muradın Zərərçəkmiş şəxs2 da öldürməyə cəhd edib-etmədiyini bilmədiyini göstərmişdir. Bunun nəticəsidir ki, sonrakı ifadələrdə artıq zərərçəkmiş şəxslər Muradın onları öldürmək məqsədi ilə vurduğunu qeyd etmişlər. Məhkum təkidlə Zərərçəkmiş şəxs2 döş qəfəsindən bıçaqla vurmadığını və uzun illərdir ki, dostluq etdiyi bir şəxsi vurmaqda məqsədinin yalnız onların hər ikisinin professional boksçu olaraq fiziki cəhətdən güclü olmaqla onları qorxutmaq məqsədi ilə vurduğunu göstərmişdir. Muradın Ruslanı görmədən ona arxaya dönmədən zərbələr atmasını istintaq zamanı vermiş olduqları ifadələrində bu və ya digər formada zərərçəkmiş şəxslərin özləri də təsdiq etmişlər. Zərərçəkmiş şəxslərə məhkəmə iclasında verilən - Muradla aranızda hər hansı bir qərəzçilik olmadığı halda, onun sizi öldürməsi üçün hər hansı bir səbəb var idimi - sualına onlar tərəfindən tutarlı bir cavab verilə bilməmişdir. Nəzərə almaq lazımdır ki, baş vermiş hadisənin motivi zərərçəkmiş tərəfin qeyrihüquqi hərəkətləri ilə bağlı olmuşdur. Bütün bunlara əsasən Məhkum əməli düzgün tövsif edilməmişdir. Ona görə də onun əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 2-ci bəndinə əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər.Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtınd tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 03 may 1993-cü il tarixli, 2 saylı Qərarında qeyd edilir ki, adam öldürməyə sui-qəsd yalnız birbaşa qəsdlə ola bilər, çünki bu halda təqsirkar ölümün baş verəcəyini qabaqcadan görür, bunu arzu edir, lakin onun iradəsindən asılı olmayan səbəbdən baş vermir. Təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün cinayət törədən zaman onun qəsdinin məzmunu və istiqaməti dəqiq aydınlaşdırılmalıdır.Təqsirləndirilən şəxsin qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən törədilmiş cinayətin bütün hallarının məcmusu əsas tutulmalı və xüsusilə cinayətin üsulu və aləti, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayı, xarakteri və bədənin hansı nahiyəsinə yetirildiyi, cinayət hərəkətlərinin kəsilməsinin səbəbləri araşdırılmalı, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisə vaxtı davranışı haqqında məlumatlar tədqiq edilməlidir. Əgər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən başqa sübutlar yoxdursa, zərərçəkmiş şəxsə zərər vurulması əməli qəsdən adam öldürməyə cəhd (sui-qəsd) kimi deyil, baş vermiş faktiki nəticələrə görə məsuliyyətə səbəb olacaqdır. Bundan başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin onları öldürmək məqsədi ilə vurduğunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişlər. «Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən də cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkum uzun müddətə azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə də əlavə məhrumiyyətlər gətirmişdir ki, bu da cəzanın məqsədinə müvafiq deyildir. Belə ki, o, gənc ailə olmaqla himayəsində xəstə və əlil valideynləri vardır, ailədə yeganə qazanc gətirən şəxs olmuşdur. İş materiallarından görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Hər iki valideyni ağır formada şəkər və təzyiq xəstələridirlər, əlillikləri vardır ki, bütün bunlarla əlaqədar sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət hadisəsi zərərçəkmiş şəxslərin qeyri-qanuni hərəkətlərinin təsiri altnda baş vermişdir. Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin bilavasitə təsiri altında törədilməsi cəzanı yüngülləşdirən haldır. Hansı ki, həmin hala da məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslərin barışmaları da Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə əməli düzgün tövsif etməklə əlaqədar verdikləri vəsatətlərini təmin etməməklə yanaşı, hökmdə Məhkum cəza təyin edərkən qeyd edilən yüngülləşdirici halları da kifayət qədər nəzərə almamışdır». Proses iştirakçılarının çıxışları və təqsirləndirilən şəxsin son sözü Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X49 çıxışında apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(099)96/2021 saylı hökmünün dəyişdirilməməsini xahiş etdi. Məhkum edilmiş şəxs Məhkum son sözündə onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəlki məhkəmə iclaslarında iştirak etsələr də hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışında işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirildiyindən Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Azərbaycan Respublikası CM-in 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmiş şəxsə cəza təyin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməllərinin Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 126.1 və 128-ci maddələrinə tövsif edilməsi və CM-nin 128-ci maddəsi ilə Məhkum barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı yekun nəticəyə gələrkən aşağıdakı sübutlara istinad edir: Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ruslanı və Məhərrəməlini uşaqlıqdan tanımış, münasibətləri həmişə yaxşı olmuşdur. 18 iyul 2020-ci il tarixdə saat 21 radələrində Məhərrəməlinin qohumu olan Əli adlı şəxslə heç bir səbəb olmadan dalaşmışdır, Əli onu döymüşdür. Həmin vaxt Məhərrəməli orada olmamış, buna görə bir neçə dəqiqədən sonra Məhərrəməli ona zəng edib Əli ilə nə üçün dalaşmasının səbəbini soruşmuş və onu görüşə çağırmış, həmin gün saat 22 radələrində Lənkəran şəhəri, keçmiş hərbi hissənin binasının yanında dəniz kənarında Məhərrəməli və Ruslanla görüşmüşlər. Evdən çıxanda özü ilə bıçaq da götürmüşdür. Həmin vaxt Əli orada olmamış, Ruslan Məhərrəməli ilə birlikdə saat 23 radələrində görüş yerinə “VAZ 21010” markalı maşınla gəlmişdir. Məhərrəməli ilə yan-yana gedərkən o, tanışı Əli ilə bu cür davrandığının səbəbini soruşmuş, həmin vaxt arxadan gələn Ruslan qəflətən onu yumruqla başından vurarkən aşağı əyilmiş və özünü qorumaq üçün əlindəki bıçaqla Ruslanı vurmuş, bıçağın hara dəydiyini və neçə zərbə vurduğunu xatırlamır. Əlindəki bıçaq hətta onun sol qolunu kəsmişdir. Bu zaman Məhərrəməli onun hər iki əllərini arxadan tutub belinə təpiklə vurmuş, qolunu Məhərrəməlinin əlindən çıxarıb onunla üzbəüz dayanmış və sinəsindən təpiklə vurmuş, Məhərrəməlinin özü də büdrəyərək yerə yıxılmış, Məhərrəməlini özündən uzaqlaşdırmaq üçün onun üstünə getmiş, bu vaxtı Məhərrəməli yerdən daş götürüb ona atmış, lakin yayındığından daş ona dəyməmişdir. Bundan sonra isə bıçaqla Məhərrəməlinin budundan üç dəfə vuraraq ona xəsarət yetirmişdir. Səs-küyə adamların yığışmasından qorxub hadisə yerindən qaçmış, bıçağı əmisigildə gizlətmişdir. Orada üçündən başqa heç kim olmamışdır. Hadisədən sonra onlardan ayrılmış və evə getmişdir. Hadisə vaxtı özü də sol qolundan xəsarət almışdır. Hadisədən sonra tibbi müayəinədən keçmiş, ekspert onun qoluna baxmamışdır. Ruslanı vurarkən bıçaq sağ əlində olmuş, sol qolunda olan xəsarəti Ruslanı vurarkən almışdır. Məhərrəməlini və Ruslanı öldürmək niyyətində olmamış, məqsədi özünü qorumaq və onları qorxutmaq olmuşdur. Heç vaxt narkotikdən istifadə etməmişdir. Narkoman olmasına dair ekspertizanın rəyi ilə razı deyil. Törətdiyi əməldən çox peşman olmuş, zərərçəkmiş şəxslərdən üzr istəmiş və onu bağışlamalarını xahiş etmişdir. İbtidai istintaq zamanı Məhkum 20 və 21 iyul 2020-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərmişdir ki, 2020-ci ilin iyul ayının ortalarından başlayaraq Ruslanın ona münasibəti dəyişmiş, soyuqluq hiss etmiş, sonuncunun danışıq tərzi xoşuna gəlməmişdir. Hadisə baş verməmişdən bir gün əvvəl, yəni 17 iyul 2020-ci il tarixdə gecə saatlarında yaşadığı evə gedərkən Məhərrəməli və Ruslanla rastlaşmış, onların yanında Bakıdan gələn Əli adlı şəxs də olmuşdur. Həmin şəxsin də danışıq tərzi, tonu onun xoşuna gəlməmişdir. Məhərrəməli, Ruslan və Əli ona qarşı saymazyana davranaraq rastlaşdıqları yerdə tək qoyub getdiklərinə görə özünü təhqir olunmuş kimi hiss etmiş və bu ona çox pis təsir etmişdir. 18 iyul 2020-ci il tarixdə saat 19 radələrində “Whatsapp” proqramı vasitəsi ilə Məhərrəməliyə nalayiq sözlər işlədərək qonağının gebid-getməməsini soruşmuş, Məhərrəməli isə onun söyüşünə öz narazılığını bildirmişdir. Sonra ümumiyyyətlə onlardan narazı, incimiş olduğu üçün ünvanlarına söyüş mesajını “Whatsapp”la göndərmişdir. Həmin gün saat 21 radələrində Əli adlı şəxslə məhlədə rastlaşaraq onu kənara çağırmış, aralarında mübahisə yaşanmış və dalaşmışlar, bundan sonra ayrılaraq çıxıb getmişlər. 18 iyul 2020-ci il tarixdə saat 22 radələrində Məhərrəməli və Ruslan ona «Əliyə qarşı niyə belə davranmış, nə istəyir onlardan» yazmış və səsli mesaj atmışlar. Atası Əliqismətin istifadəsində olan +99***-***- **-** nömrəli telefonla Ruslanın istifadə etdiyi, nömrəsini xatırlamadığı telefona zəng edib onunla görüşmək istədiyini bildirmiş, sonuncu da buna etiraz etməmişdir. 18 iyul 2020-ci il tarixdə saat 23.30 radələrində Lənkəran şəhərində mərkəzdə dəniz kənarında dəmiryolunun yaxınlığındakı keçmiş hərbi hissənin sağ tərəfində Ruslan və Məhərrəməli ilə görüşmüş, onlar Ruslanın “VAZ 21010” markalı maşını ilə gəlmişlər. Məhərrəməli ilə yan-yana söhbət edə-edə gedərkən Məhərrəməli Əlidən nə istədiyini, niyə belə etdiyini ondan soruşmuş, bu vaxt həmin sualı arxalarında bir-iki metr məsafədə gələn Ruslan da vermişdir. Ruslanın danışıq tonu xoşuna gəlmədiyinə görə o, arxaya çönmədən Ruslana həmin söhbətə aidiyyətinin olmadığını sərt şəkildə bildirmişdir. Bundan sonra Ruslan arxadan onun çiynindən yüngül itələmiş, həmin vaxt Ruslanın onu vuracağını düşünüb cibindəki bıçaqla yanı üstə dayanıb sağ əlini qoltuğunun altı ilə aparıb Ruslanın sinəsinə bir dəfə zərbə ilə vurmuş, sonra cəld həmin bıçağı çıxarıb sonuncunun bədəninin yan hissəsinə soxmuşdur. Bu vaxt Məhərrəməli Ruslanı müdafiə etmək üçün onun qarşısına keçmiş və iki əlini arxaya buraraq bıçağı əlindən almağa çalışmışdır. O, qolunu cəld hərəkətlə Məhərrəməlinin əlindən çıxarmış və bıçaqla bir dəfə Məhərrəməlinin sol baldırına vurmuş, aldığı bıçaq xəsarətindən Məhərrəməli arxası üstə yerə yıxılmış, ona bir neçə bıçaq zərbəsi vurmuş və kənar şəxslərin gəlməsindən qorxub oradan qaçıb Lənkəran şəhəri, S.Vurğun küçəsində yaşayan nənəsi Mirnənəşin evinə oradan isə xəstəxana tərəfə getmiş, bir neçə saat Lənkəran şəhərində gəzdikdən sonra səhərə yaxın yaşadığı evə gəlmiş, həmin vaxt evlərində heç kim olmamışdır. 19 iyul 2020-ci il tarixdə, saat 15 radələrində Şilavar kəndində yaşayan əmisi Bəxtiyarın evinə getmiş, cinayət hadisəsini törədərkən istifadə etdiyi bıçağı nənəsigildəki mətbəxdən götürdüyü ağ sellofan paketin içərisinə qoymuş, əmisinin evinin altında gizlətmiş və gecəni orada qalmışdır. Əlavə olaraq Məhkum ifadəsində göstərmişdir ki, hadisə vaxtı Ruslanın və Məhərrəməlinin əlində hər hansı kəsici deşici alət olmamış, sadəcə, mübahisə zamanı Ruslan onun sağ çiyninə yumruq atandan sonra Ruslan ondan fiziki cəhətdən qüvvətli olduğuna görə cibindəki bıçaqla ona iki dəfə sinəsinə və qarnına zərbələr vurmuşdur. Onları ayrımağa çalışan Məhərrəməlinin isə sol ayağına üç dəfə həmin bıçaqla vurmuşdur. Ruslanın ürəyinə zərbə endirdiyi üçün hadisədən sonra onun öldüyünü düşünmüş, hadisə zamanı özündə olmadığına görə əsəbindən əlindəki bıçaqla dayanmadan Ruslana və Məhərrəməliyə zərbələr vurmuşdur. Məhərrəməli qarşısına çıxdığından və Ruslana həmin bıçaq ilə növbəti üçüncü, dördüncü zərbəni yetirməyə imkan vermədiyindən Ruslana növbəti zərbələri vura bilməmişdir. Məhərrəməlinin buduna iki, baldırına bir dəfə bıçaqla zərbə endirmişdir. Məhərrəməlini öldürmək niyyəti olmamışdır. Hadisə vaxtı Ruslan və Məhərrəməli tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt hadisə yerində Ruslandan, Məhərrəmlidən və özündən başqa heç kim olmamışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, 18 iyun 2022-ci il tarixdə saat 21 radələrində mağazadan evə qayıdanda yolda əlində ağır çanta olan bir qadın görüb evlərinə aparmağa kömək etmişdir. Gedərkən yolda məhəllənin qırağında Vüsalı görmüş, salamlaşıb keçəndə Nurəli ona “məhəllədəyik” demişdir. Ona əhəmiyyət verməmiş, çantaları qoyub qayıdandan sonra Nurəli ilə Vüsal onun qabağını kəsmişdir. Nurəli ilə Vüsal onu məhlənin yaxınlığında yerləşən zibil qutusuna tərəf aparmışdır. Nurəli ondan “onu və Vüsalı tanıyıb-tanımadığını soruşmuşdur. Nurəlinin danışığı xoşuna gəlmədiyinə görə ona irad bildirmişdir. Nurəli ona əl atdığına görə onlar dalaşmışdır. Dalaşan zaman Vüsal özün elə göstərmişdir ki, güya onları ayırır amma Muradı tutmaqla istər istəməz Nurəlinin onu vurmasına şərait yaratmışdır. Səs-küyə qonşuda yaşayan insanlar gəlib onları ayırmışdır. Daha sonra üst-başını təmizləyib evə getmiş, evə çatdıqdan biraz keçmişdir ki, Vüsaldan ona ardıcıl zənglər gəlməyə başlamışdır. O zənglərə cavab verməyəndə atasına zəng vurmuş, dalınca onun yaşadığı məhəlləyə gəlmişlər. O isə məcbur qalıb zənglərə cavab vermişdir. Ruslan ilə Məhərrəməli onu görüşə çağırmışdır. Məhərrəməlinin telefonu ilə Ruslan onu yığmış, yəni onların birbirlərindən xəbərləri olmuşdur. Ruslan ilə Məhərrəməli onu qisas almaq üçün görüşə çağırmışdır. Məhərrəməli ilə danışıb barışıq əldə edə biləcəyini düşünmüşdür. Bu məqsədlə onlarla görüşməyə razılıq vermişdir. 18 iyun 2020-ci il tarixdə 23:30-da radələrində Lənkəran şəhər sportşkolanın arxasına (köhnə idman məktəbi) deyilən yerə gəlmişdir. Həmin vaxt “Astma” xəstəsi olduğundan, güclə nəfəs alıdığından fikirləşmişdir ki barışıq əldə edə bilməsə onun üçün ağır nəticələri ola bilər. Ona görə də evdən çıxarkən özünü müdafiə eləmək məqsədi ilə mətbəxdən bıçaq götürmüş və onların təyin etdiyi yerə getmişdir. Həmin yerə çatdıqda oranın həddən artıq qaranlıq olduğundan oradan qaçıb uzaqlaşa bilməyəcəyini düşünmüşdür. Dəmiryolu tərəfə gedib açıqlıq yerə çıxaraq yerini bildirmişdir. Onlar Ruslanın maşını ilə gəlmiş və maşında Ruslandan başqa dörd nəfər də olmuşdur. Onlar Ruslanın maşınından düşəndən sonra o maşına arxa oturacağa oturmuş, Ruslan maşını 15-20 metr qabağa verəndən sonra saxlamışdır. Maşından düşəndə o fürsətdən istifadə edib Məhərəməliyə “biz bir-birimizi yaxşı başa düşərik gəl bu məsələni ikimiz aydınlaşdıraq” demişdir. Məhərəməli də onunla razışlaşmışdır. Həmin vaxt bir addım atmışdır ki, arxadan güclü yumruq zərbəsi dəydiyindən özünü itirib yarı oturaq vəziyyətdə qalmışdır. Onu öldürəcəklərindən qorxub Ruslanı özündən uzaqlaşdırmaq məqsədi ilə üstündə götürdüyü bıçaqla sol qolu tərəfindən iki dəfə zərbə vurmuşdur. Oturacaqlı vəziyyətdə bıçağı cibindan çıxararaq sol qolu tərəfindən özündən arxa tərəfə 2 zərbə vurmuşdur. Həmin vaxt qaçmağa fürsəti olmamışdır. Məhərrəmli arxadan onun əllərindən tutmuş və Məhərrəmlidən xilas olaraq onunla üz-üzə vəziyyətdə dayanmışdır. Daha sonra Məhərrəməli onun sinəsində təpiklə vurub özü yerə yıxılmışdır. Daha sonra Məhərrəməli yerdən daş götürüb ona tərəf atmış, 1-ci daş dəymədiyindən Məhərrəməli təkrar ona daş atmış, daha sonra Məhərrəməlinin üzərinə gedərək bud nahiyyəsindən 3 bıçaq zərbəsi vurmuş, yaranmış vəziyyətdən istifadə edib qaçıb uzaqlaşmışdır. Ruslan və Məhərrəmli ilə münasibətləri yaxşı olmuşdur. Onları öldürmək niyyəti olmamışdır. Münasibətləri Məhərrəməlıinin qohumu olan Nurəli ilə həmin gün bu hadisədən təxminənm 2 saat əvvəl dalaşdıqlarına görə korlanmışdır. Onları dava vaxtı ayıran olmamış, həmçinin ətrafdada səs küyə qaçan şəxslər olmamışdır. Onlardan canını qurtarmaq üçün qaçıb getmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Muradı uşaqlıq illərindən tanıyır, münasibətləri həmişə yaxşı olub. Murad 17 iyul 2020-ci il tarixdə günorta saatlarında ona heç bir səbəb olmadan “Whatsapp”-la təhqiredici səs mesajı atmış, lakin buna əhəmiyyət verməmişdir. Ümumiyyətlə, heç bir səbəb olmadan Murad son vaxtlar ona qarşı aqressiv davranmış, onun bu hərəkətlərinin səbəbini anlaya bilməmişdir. Muradın narkoman olduğunu bildikdən sonra ondan uzaqlaşmış, lakin əlaqəni tam kəsməmişdir. 17 iyul 2020-ci il tarixdə gecə saatlarında Lənkəran şəhəri, mikrorayon ərazisində, “Qara” bina adlanan yerin yaxınlığında Ruslan və Bakı şəhərindən gəlmiş dostu Əli ilə birlikdə söhbət edən zaman Murad onlara yaxınlaşıb yanlarında əyləşmiş, lakin vaxt gec olduğundan onlar Muradı həmin yerdə tərk edib evlərinə getmişlər. 18 iyul 2020-ci il tarixdə saat 19:40 radələrində Murad ondan “Whatsapp” proqramı vasitəsi ilə Əli adlı qonağının ünvanına nalayiq sözlər işlədərək onu yola salıb-salmadığını soruşmuşdur. Muradın bu hərəkətinə təəcüblənmiş və bunun səbəbini soruşanda Murad səbəbsiz olaraq onun ünvanına nalayiq sözlər işlətmişdir. Muradla yazışarkən Əli yanında olmuş, Əlidən Muradla aralarında hər hansı problemin, mübahisənin olub-olmadığını soruşmuş, Əli ona demişdir ki, mikrorayonda Muradı görüb onunla söhbət etmək istəmiş, sonuncu isə Əlini öz binalarının yanında zibilliyə tərəf aparmış və Murad heç bir söz demədən Əlinin başına yumruqla vurmuşdur. Bunu bildikdən sonra o, Murada zəng etmiş və Əliyə qarşı niyə belə aqressiv olduğunu, Əli ilə niyə dalaşdığını soruşmaq istəmiş, Murad isə cavabında onun və Əlinin ünvanına yenidən nalayiq ifadələr işlətmişdir. Bu barədə həmin vaxt yanında olan Ruslana məlumat vermiş, Ruslan Muradı sakitləşdirmək üçün onun telefonu ilə “Whatasapp”la Murada səsli mesaj atmış, həmin mesajda Muradı dostcasına sakitləşdirməyə çağırmışdır. Murad da cavabında özü zəng edəcəyini yazmışdır. Bundan bir qədər sonra Murad zəng edərək onunla və Ruslanla 10 dəqiqədən sonra görüşmək istədiyini bildirmişdir. 18 iyul 2020-ci il tarixdə saat 22:30 radələrində Lənkəran şəhərinin mərkəzində 4 nömrəli məktəbin arxasında görüşməyi deyərkən Muradla razılaşmamış, niyə adam olmayan qaranlıq yerə çağırdığını Muraddan soruşmuş, lakin o, suala cavab verməmişdir. 4 nömrəli məktəbin yanına çatıb maşında Muradı gözləmişlər. Təxminən 15 dəqiqədən sonra Murad ona zəng edib bir qədər qabağa, dəmiryolunun yanında olan əvvəllər hərbi hissənin yerləşdiyi istiqamətə gəlmələrini demiş, Ruslan maşını sürüb deyilən yerdə saxlamış, Murad maşına oturaraq bir qədər qabağa sürməyi tapşırmışdır. Ruslanla birlikdə maşından düşərək Murada yaxınlaşmışlar. Muradla üzü köhnə hərbi hissənin yerləşdiyi istiqamətə getmiş, Ruslan isə onların söhbətinə qarışmadan təxminən 1,5-2 metr qabaqda həmin istiqamətdə getmiş, Murad həmin vaxt onun sağ tərəfində olmuş, Muraddan dostcasına niyə ona qarşı əsəbi olduğunu, qonağı Əli ilə niyə dalaşdığını, nə probleminin olduğunu soruşmuş, cavabında Murad əsəbi tonla nalayiq söyüşlərdən istifadə edərək yaxşı elədiyini demişdir. Bu vaxtı Ruslan Muraddan niyə hörmətsizlik etdiyini soruşanda sonuncu heç nə deməyib qəfildən bıçaqla Ruslanın döşünə və qarınına vurmuşdur. Ruslan bükülərək qarnını tutmuş, ikinci zərbədən sonra isə əli ilə Muradı özündən itələmiş, lakin Murad Ruslana bıçaqla növbəti zərbələri vurmağa cəhd etmişdir. Murad Ruslanı bıçaqla ardıcıl vurarkən qorxub qışqırmış, cəld Muradın arxasına keçərək onun biləklərindən tutmuşdur. Ruslan Muradı özündən itələdiyinə və Muradın biləklərindən tutduğuna görə Murad Ruslana növbəti bıçaq zərbələrini vura bilməmişdir. Muradı tutub saxlayarkən Ruslan yaralı vəziyyətdə gedib maşında oturmuş, Muradın əlindəki bıçağı almaq məqsədi ilə onun əllərini arxaya burmuş, həmin vaxt Murad biləyini onun əlindən çıxarıb qəfildən əlindəki bıçaqla onun sol budunun yuxarı hissəsinə güclü bir zərbə endirmiş, o, arxası üstdə yerə yıxılmış, Murad ona hücum edib bıçaqla onun bədəninə, qarnına, döşünə çoxsaylı zərbələr endirmişdir. Yerdə uzanıqlı vəziyyətdə olarkən özünü müdafiə etmək üçün təpiklər atmışdır ki, Muradı özündən uzaqlaşdırsın. Lakin Murad fürsət tapıb əlindəki bıçaqla onun döşünə bir neçə zərbə vurmuşdur. Murad bıçaqla onun ayaqlarına da zərbələr endirmiş, yəni onun müqavimətini tam qırıb bədəninin yuxarı hissəsini bıçaqlamaq istəmişdir. Ayağına atılan bıçaq zərbələrindən ikisi sol buduna və sol baldırına dəymişdir. Sonra Murad onun üstünə çıxmış və o, əlləri ilə müqavimət göstərməyə çalışmışdır. Artıq Murada müqavimət göstərə bilmədiyinə görə daha da həyacanlanıb, qorxub qışqırmış, qışqırıq səsinə dəmiryolu tərəfdən qaça-qaça səs küy salaraq bir neçə tanımadığı şəxslər hadisə yerinə tərəf gəlmişlər. Murad da həmin şəxslərin səs küylə onlara doğru gəldiyini görüb onu bıçaqlamağı dayandıraraq hadisə yerindən qaçıb uzaqlaşmışdır. Dərhal Ruslanı maşını ilə Lənkəran Mərkəzi Rayon xəstəxanasına çatdırmışdır. Bundan sonra Ruslanın qohumu Vüsalgilə gedib onlarda paltarını dəyişmiş, qanlı paltarla evə gedib evdəkiləri qorxutmaq istəməmişdir. Ayağındakı yaralardan axan qan dayanmadığına görə Lənkəran MRX-nə getmiş və ona orada tibbi yardım göstərilmişdir. Hadisədən sonra evdə paltarını dəyişəndə bədəninin döş hissəsində bıçaq zədəsinin olduğunu, həmin yerdən xeyli qan gəldiyini görmüşdür. Bundan başqa o, ifadəsində göstərmişdir ki, hadisə yerində başqa şəxslər olmamış, həmin vaxt ətraf qaranlıq olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisəni kiminsə görüb-görmədiyini bilmir, çünki hadisə yerinə gələn şəxsləri gözləmədən Zərərçəkmiş şəxs1 xəstəxanaya çatdırmışdır. Onun və Ruslanın Muradla dalaşmaq niyyətləri olmamış, əksinə Muradı sakitləşdirməyə çalışmışlar. Lakin, Murad həmin vaxt çox aqresiv olmuşdur. Hadisə vaxtı Muradı vurmamışlar. Hazırda Murdla barışmış, onu bağışlayır, şikayəti və tələbi yoxdur. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakıdan Nurəli adlı qonağı gəlmişdir. Nurəli ilə Əsgərzadə Murad arasında olan söz-söhbət olmuş və həmin məsələni aydınlaşdırmaq üçün Muradla görüşmüşdür. Nurəli özü ona Muradla aralarında sözsöhbət olduğunu demişdir. O bununla bağlı Murada zəng etmiş, həmin vaxt Ruslan da onun yanında olmuşdur. Görüşəcəkləri ünvan müxtəlif olmuş daha sonra dəniz kənarında razılaşmışlar. Murad onların maşınına minərək arxada oturmuş, o özü qabaqda əyləşmiş, Ruslan isə maşını idarə etmişdir. Daha sonra o və Murad maşından enib məsələni aydınlaşdırmağa getmişdir. Daha sonra Ruslan onların dava etdiyini düşünüb yanlarına gəlmişdir. Bu hadisəyə qədər Muradla 10 il dost olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Aralarındakı söz-söhbətin səbəbi Murad ilə Nurəli arasındakı mübahisə olmuşdur. Belə ki Nurəli ona zəng edərək Muradla dava etdiklərini bildirmiş, o isə Nurəliyə məsələni qaydasına qoyacağını demişdir. Muradla, onun Nurəli ilə dalaşmasının səbəblərinə aydınlıq gətirmək üçün onların məhəllələrinə getmiş, həmin vaxtı Muradın atası da onu görmüşdür. Daha sonra o, Murada idman məktəbinin yanında görüşməyi təklif etmiş, Murad isə razılaşmamışdır. Onlar dəniz qırağında görüşməyə razılaşmışlar. Ruslan onun Muradla dava etdiyini zənn edib yanlarına gəlmiş və Murada arxadan qapaz vurmuşdur. Həmin vaxt hava qaranlıq olduğundan Muradın bıçaqla Ruslanı vurmasını bilməmişdir. Murad onun üstünə bıçaqla gəldiyindən o daş atmışdır. Hadisə ilə bağlı yaranmış səs küyə oraya adamların gəlməsi yalandır. Həmin yer küçədir ola bilsinki kənarda adamlar olsun amma səs küyə kimlərinsə gəlməsini xatırlamır. Muradın əlində bıçaq görsəydi heç vaxt Ruslanı vurmasına da icazə verməzdi. Zərərçəkmiş şəxs2 ifadələri və Murad Əsgərzadə ilə aralarında olan telefon danışıqları elan olunduqdan sonra Zərərçəkmiş şəxs2 Murad Əsgərzadəni görüşə təkidlə çağırdığını, Muradın əlindən bıçağı almağa çalışdığını daha sonra daş atdığını, Muradın həmin vaxt onu istəsəydi öldürə bilcəyəni, boğazını belə kəsə biləcəyəni, lakin etmədiyini, həmçinin hadisədən əvvəl maşının arxa oturacağındaoturan Muradın onu və Ruslanı asanlıqla bıçaqla vurmaq imkanın olduğunu, lakin bunu etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 əlavə olaraq qeyd etmişdir ki, hadisədən sonra Ruslanı xəstəxanaya o, aparmış, aparanda maşını bordiyora çırpmışdır. Maşını necə sürətlə sürdüyünü xatırlamır. Yanında xəsarət alan olduğundan fikri dağınıq olmuşdur. Əzilmiş maşının şəkillərini müstəntiq çəkmişdir. Muradın narkotik almasının, istifadə eləməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı müstəntiq belə bir söhbət etmiş, o isə görmədiyini bildirmişdir. Müstəntiq ona ibtidai istintaq zamanı “Murad sizi vurmaq istəyirmi, vurmaq istəsəydi vura bilərdimi?!” deyə sual vermiş, o isə cavabında “məni öldürmək istəsəydi, öldürə bilərdi amma öldürmədi” demişdir. Zərərçəkmiş şəxs2 daha sonra Murad Əsgərzadə ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 18 iyul 2020-ci il tarixdə saat 23 radələrində Lənkəran şəhərinin mərkəzində olan 4 saylı məktəb tərəfdən dənizkənarında yerləşən köhnə hərbi hissə istiqamətinə gedərkən Məhkum heç bir səbəb olmadan qəflətən bıçaqla ona döşündən və qarnından bədən xəsarətləri yetirdiyini, bu zaman orada olan dostu Məhərrəməli özünü qabağa verərək Muradın ona növbəti bıçaq zərbələrini endirməsinin qarşısını aldığını, Muradın həmin vaxt Məhərrəməlini də bıçaqla vurduğunu, sonra hadisə yerindən qaçıb getdiyini, hazırda Muradla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, X13 ilə Məhərrəməlinin bibisi oğlu arasında Muradgilin evinin yaxınlığında mübahisə, dava dalaş olmuşdur. Murad mübahisə nəticəsində özü istəmədən ona xəsarət yetirmişdir. Murad onu üz-üzə vurmayıb, vurandan sonra üz üzə dayanmış, vurandan sonra Murad ona tərəf çönmüşdür. Hadisə vaxtı Muradı vurmamışdır. Məhərrəməli ilə Murad mübahisə etmək istəyəndə mübahisəyə girmək istəyərkən bıçaq ona dəymişdir. Murad onu vurmaq niyyəti olmamışdır. Hadisə istəmədən olmuşdur. O Muraddan aralandıqdan sonra Murad onun üstünə gəlməmişdir. Əgər Murad onu vurmaq istəsəydi maşında da vura bilərdi, ən azından xəsarət yetirə bilərdi. Üzbəüz olsaydı Murad onu vura bilməzdi. Muradla əvvəllərdə heç bir problemi olmamış, halhazırda da heç bir problemi yoxdur. Hadisə Məhərrəməlinin yaxın qohumu olan Nurəli adında şəxsə görə olmuşdur. Deməsinə görə hadisə baş verməmişdən əvvəl maşını o idarə edirmiş. Hadisə yerində Məhərrəməli, Murad və ondan başqa heç kim olmamışdır. Hal-hazırda Muradla barışmış aralarında heç bir problem yoxudur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X42 ifadəsində, müharibə zamanı aldığı travmaya görə çox şeyi xatırlamasa da hadisə günü saat 21 radələrində onunla Murad arasında mübahisə olduğunu, onunla tutaşıb itələşdiklərini bildirmiş və bundan sonra Muradla aralarında olan dava dalaş barəsində Ruslan və qohumu Məhərrəməliyə demişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X44 ifadə verərək bildirmişdir ki, Lənkəranda rayon X38 xidmətində sürücü işləyir. İşdə olan zaman Masallı seriyalı VAZ 010 markalı xatırladığına görə nömrəsinin sonu 850 olan bir maşının onun maşına tərəf gəldiyini və çırpıldığını görmüşdür. Sonradan bilmişdir ki, maşında xəsarət alanlardan biri onların əməkdaşı olan Ruslandır. Maşın sürülən zaman bordiyora çırpılmışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, hadisə olan günü səhər vaxtı ona zəng gəlmiş və zəng edən ona Muradın lazım olduğunu bildirmişdir. Danışanın kim olduğunu soruşduqda Məhərrəməli olduğunu bilmişdir. Məhərrəməli ona Muradın lazım olduğunu demiş, o isə Muradın xəstə olduğunu və yatdığını bildirmişdir. Məhərrəməlinin danışıq tonu xoşuna gəlməmişdir. Axşam vaxtı işdən evə gələn zaman Murad mağazaya getmiş və mağazadan gələndə üst-başının pis gündə olduğunu görmüşdür. Murada nə baş verdiyini soruşduqda həyətdə dava olduğunu və Muradın dava edənləri ayırdığını bildirmişdir. Sonra Murada zəng gəlmiş və ona, “götürün bunu aparın burdan, lazım deyil” deyilmişdir. Daha sonra o Məhərrəməliyə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Məhərrəməli isə gəlməsini demişdir. Onların yanına getdikdə Məhərrəməlini və tanımadığı 1 şəxsi görmüşdür. Daha sonra o Məhərrəməlidən Muradın onunla dava edib-etməməsini soruşmuş, Məhərrəməli isə Muradla dava etmədiyini bildirmişdir. Daha sonra onlardan ayrılıb evə girərkən Muradın telefonla danışdığını, “mən gəlmirəm” dediyini eşitmişdir. Yenə şübhəyə düşüb Məhərrəməliyə zəng edib gəlməsini və ona sözünün olduğunu demişdir. Məhərrəməliyə kimlərinsə Murada zəng elədiyini demiş və dost olduqlarını əgər bir şey olarsa Məhərrəməliyə qarşısını alması üçün zəng edəcəyini demişdir. Həmin vaxt yuxarı qalxmış, Muradın harasa getdiyini görmüş və ondan bu barədə soruşduqda Murad ona “həyətə düşdüyünü, nəsə biraz nastreniyasının olmadığını bildirmişdir. Daha sonra Məhərrəməliyə zəng edərək Muradın aşağı düşdüyünü bildirmişdir. Onun səsindən də şübhəyə düşmüşdür. Daha sonra küçəyə düşüb baxdıqda onların olmadığını görmüşdür. Daha sonra bir neçə dəfə Məhərrəməliyə zəng etmiş, Məhərrəməli isə zəngləri açmamışdır. Səhər yuxadan duranda Muradın yatdığını görüb evdən çıxmışdır. Təxminən 2-3 gün keçəndən sonra tanımadığı bir nəfər qapıya gələrək Nuradın onun qardaşı oğlunu vurduğunu və Muradın əvəzində başqasını tutduqlarını bildirmişdir. Daha sonra onlar prokurorluğa getmiş, o oğlu Muradın adam vurduğunu və onun yerinə başqasının tutulduğunu bildirmişdir. Həmin gün ondan izahat alınmamış, bir neçə gün sonra izahat alınmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci il tarixdə özünü Məhərrəməli kimi təqdim edən şəxs mobil telefonla zəng edərək Muradın harada olduğunu soruşmuş, Məhərrəməliyə Muradın səhətinin pisləşdiyini bildirmişdir. Evdə olarkən Murad niyə Məhərrəməliyə onun xəstə olduğu barədə dediyini ona irad tutmuşdur. Həmin gün saat 21 radələrində Murad mağazaya gedəcəyini deyərək evdən çıxmış, təxminən yarım saat sonra evə qayıtmış, sir-sifətinin şişdiyini, paltarının toz- torpaq olduğunu görmüşdür. Muraddan kiminlə dalaşdığını soruşmuş, oğlu cavabında guya iki nəfərin dalaşdığını və onları ayırarkən xəsarətlər aldığını bildirmişdir. Murada inanmadığı üçün Məhərrəməli ilə dalaşıb-dalşamadığını aydınlaşdırmaqdan ötrü sonuncu ilə görüşmüş, Məhərrəməlinin yanında tanımadığı oğlan olmuşdur. Məhərrəməli Muradla dalaşmadığını bildirmişdir. Bundan sonra Murad yenidən harasa getmişdir. Məhərrəməliyə zəng edərək Muradın evdən çıxdığını deyib ondan Muradın kiminləsə dalaşmağa qoymamasını xahiş etmişdir. 19 iyul 2020-ci il tarixdə səhər saat 06 radələrində Muradın yatağında yatılı vəziyyətdə olduğunu görmüş və saat 08-də işə getmiş, saat 20 radələrində evə qayıtmış, evdə olarkən tanışı, Telman onlara gələrək Muradın onun qardaşı oğlu Ruslanı ürəyindən bıçaqladığını bildirmişdir. Bundan sonra Murad tutulmuşdur. Sonra ona məlum olmuşdur ki, Murad eyni zamanda Məhərrəməlini də bıçaqla vurub ona bədən xəsarəti yetirmişdir. Muradın narkotikdən istifadə etməsini bilmir, oğlunun narkoman kimi qeydiyyatda olmasından məlumatı yoxdur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı mütəxəssis qismində dindirilmiş Lənkəran Rayonlararası Məhkəmə Tibbi Ekspertiza və X51 Mərkəzinin rəisi X45 ifadəsində bildirmişdir ki, zərərçəkmiş Şahid1 bədəni üzərində olan xəsarətin alınma müxanizminin sağ əllə sol qolun aşağı hissəsindən arxa istiqamətə yetirilməsi istisna edilmir. Üz üzə yetirilən xəsarətlərdə əlin istiqaməti əsasən 1 hissəyə yönəlir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və apellyasiya məhkəmə baxışı zamanı ifadələri elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısı oğludur. 19 iyul 2020-ci il tarixdə gecə saatlarında evdə olarkən tanışı Zərərçəkmiş şəxs2 onun yaşadığı evə gəlmiş və paltarını dəyişmək üçün ondan şalvar istəmişdir. Məhərrəməli bildirmişdir ki, Murad adlı şəxs onu və Ruslanı bıçaqlamış, o, Ruslanı xəstəxanaya aparmış, özü də xəstəxanaya gedəcəkdir. Bundan sonra Məhərrəməli qanlı və kəsilmiş paltarını onların evində soyunub saxlamış, özü isə xəstəxanaya gedəcəyini söyləyərək çıxıb getmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Məhərrəməli onun oğul nəvəsidir, bir evdə yaşayılar. X30 yaxın dostdur, bütün günü bir yerdə keçirirlər. 2020-ci ilin iyul ayının 18-dən 19-a keçən gecə ona məlum olmuşdur ki, Murad adında şəxs nəvəsi Məhərrəməliyə və onun dostu Ruslana bıçaqla xəsarət yetirib. Məhərrəmli həmin gecə evə gəlmiş və onun ayağından qan axdığını və ovcunun içində bıçaq xəsarətlərinin olduğunu, əynində olan paltarların isə toza-torpağa bulaşdığını görmüşdür. Səhərisi gün hadisə vaxtı Məhərrəməlinin əynində olan qısaqol koftanı yararsız olduğu üçün yandırmışdır. Murad nəvəsi Məhərrəməli ilə əvvəllər yoldaşlıq etmiş, sonradan Muradın narkoman olduğunu bilmiş və nəvəsi ondan uzaqlaşmış, lakin münasibət saxlamamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X27 şahid X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, evlərində cəmi üç ədəd bıçaq vardır. Həmin bıçaqlardan qəhvəyi rəngli taxta qulplu bıçağı küt olduğu üçün mətbəxdə mətbəx mebelinin dolabında saxlayır, həmin bıçaqdan mətbəxdə istifadə etmir. Evlərində üç ədəd bıçağın hamısının yerində olub olmadığını yoxlamayıbdır. Oğlu heç vaxt narkotikdən istifadə etməmiş, onun narkoman kimi qeydiyyatda olmasından məlumatı yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Murad onun doğma qardaşı oğludur. 19 iyul 2020-cu il tarixdə Məhkum onlara gəlmiş, səhəri gün çıxıb getmiş, hara gedəcəyi barədə ona və ailə üzvlərinə heç bir söz deməmişdir. Bundan sonra qardaşı Əliqismət Muradın iki nəfəri bıçaqladığını ona telefonla məlumat vermişdir. Murad onlarda olarkən sonuncunun hərəkətlərində, davranışında qeyri-adilik hiss etməmiş, Murad ona və ailə üzvlərinə cinayət törətməsi barədə heç nə deməmiş, ümumiyyətlə, bu barədə məlumatı olmamışdır. Murad cinayəti törətdiyi bıçağı onun evinə gətirərkən, gizlədərkən nə o, nə də ki ailə üzvləri görməmiş, bu barədə məlumatları olmamışdır. Sonradan eşitmişdir ki, Murad tanışları Ruslana və Məhərrəməliyə bir neçə bıçaq zərbəsi vuraraq onlara bədən xəsarəti yetirmişdir. Muradın narkotikdən istifadə edib-etməməsindən məlumatı yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci il tarixdə saat 21 radələrində «Refem» mağazasından bazarlıq edib evə qayıdarkən qonşusu Muradla rastlaşmış, Murad əlindəki bazarlıq setkaları götürüb evə aparmağa ona köməklik etmişdir. Evə gəldikdən sonra Murad çıxıb getmiş, təxminən 2-3 dəqiqə sonra həyətdə oturan qonşusu Təranənin qışqırıq səslərini eşitmiş, səsə həyətə çıxmış, Muradın zibbilik tərəfdə iki nəfər tanımadığı şəxslərlə tutaşdığı görmüş, Təranə onları aralamış, həmin tanımadığı iki nəfər şəxs nalayiq sözlər işlədərək oradan uzaqlaşmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş X21 ifadəsində şahid Nüşabə Şabanovanın ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin qəbul şöbəsinin həkim terapevti X28 ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci il tarixdə saat 23:40 radələrində növbədə olarkən sonradan ad və soyadının Zərərçəkmiş şəxs2 olduğu bildiyi şəxs səs küylə Zərərçəkmiş şəxs1 bıçaq xəsarətləri ilə xəstəxanaya gətirmiş, sonuncuya ilkin tibbi yardım göstərilmiş və Cərrahiyə şöbəsinə əməliyyata götürülmüşdür. 19 iyul 2020-ci il tarixdə saat 01:20 radələrində Zərərçəkmiş şəxs2 özü bədən xəsarətləri ilə Lənkəran MRX-nə gəlmiş, xəstəxanada Məhərrəməliyə ilkin tibbi yardım göstərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 iyul 2020-ci il tarixli, 543 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol bud, sol baldır nahiyələrində kəsilmiş-deşilmiş yaralar, döş qəfəsi, sağ əl nahiyələrində kəsilmiş yaralar, hər iki dirsək nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sol bud, sol baldır nahiyələrində kəsilmiş-deşilmiş yaralar, döş qəfəsi, sağ əl nahiyələrində kəsilmiş yaralar iti kənarları və ya uclu alətin, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilməsi inkar olunmur, hər iki dirsək nahiyələrində sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sol bud, sol baldır nahiyələrində kəsilmiş-deşilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 iyul 2020-ci il tarixli, 542 nömrəli ekspert rəyindən görünür ki, Məhkum bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli 526 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Məhkum çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 avqust 2020-ci il tarixli, 628 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, ürəyin sol mədəciyini və nazik bağırsağı zədələyən, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim edilmiş bıçaqla döş və qarın nahiyələrinə vurma nəticəsində əmələ gəlməsi inkar olunmur, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-kompüter-texniki ekspertizasının 24 avqust 2020-ci il tarixli 5/508 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchi olunmuş “X65 8” markalı arxa tərəfindəki məlumat lövhəsinə görə “M1908C3JG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Rəyin tədqiqi hissəsinin 2-ci bəndin də göstərilən səbəblərə görə mobil cihazın yaddaşından götürülməsi mümkün olan məlumatlar (“Whatsapp” proqramı təminatında 106 ədəd whatsapp istifadəçi ilə aparılmış məlumat mübadiləsi (çat, audio, foto fayllar) müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-508” adlı iş çantasında rəqəmsal sübutların saxlanması üçün nəzərdə tutulan üzərində “hp” yazısı olan bir ədəd DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş mobil smartfon daxilindəki “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşında (250 ədəd kontaklar, 50 ədəd SMS mesajlar, 15 ədəd zəng qeydləri) məlumatlar müəyyən edildi və həmin müəyyən edilmiş məlumatlar “Ekspertiza 5-508” adlı iş çantasında rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulan üzərində “hp” yazısı olan bir ədəd DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. İş materiallarında olan məhkəmə-kompüter-texniki ekspertizasının 24 avqust 2020-ci il tarixli 5/510 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensorlu ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J3” markalı “SM- J320H” modelli “**********912003, **********911201” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır, təqdim edilmiş “Samsung Galaxy J3” markalı “SM-J320H” modelli mobil smartfonun yaddaşından “Fiziki məlumatın əldə edilməsi metodu” ilə toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (report-hesabat) “Ekspertiza 5- 510” adlı iş çantasında üzərində “hp” yazısı olan rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş iki ədəd DVD-R tipli disklərə köçürülərək ekspert rəyinə əlavə olundu. İş materiallarında olan məhkəmə-kompüter-texniki ekspertizasının 24 avqust 2020-ci il tarixli 5/509 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A20S” markalı arxa tərəfindəki məlumat lövhəsinə görə “SM A207F/DS” modelli “3532xx/xx/563529/8, 3532xx/xx/563529/3” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Rəyin tədqiqi hissəsinin 2-ci bəndin də göstərilən səbəblərə görə təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açar” tipli ekran kilidini keçmək mümükün olmadı. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş mobil smartfonun yaddaşında mövcud olan və silinmiş hər hansı bir məlumatların müəyyən edilməsi üzrə təqdiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş mobil smartfonun daxilindəki “Nar” mobil operatoruna məxsus “**********9129103” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşından (143 ədəd kontaktlar, 25 ədəd SMS mesajlar, 10 ədəd zəng qeydləri) məlumatlar, “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşında (66 ədəd kontaktlar) məlumatlar müəyyən edildi və həmin müəyyən edilmiş məlumatlar “Ekspertiza 5-509” adlı iş çantasında rəqəmsal sübutların saxlanması üçün nəzərdə tutulan üzərində “hp” yazısı olan bir ədəd DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 24 avqust 2020-ci il tarixli, 587/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qan qrupu-AB/İV/, Zərərçəkmiş şəxs2 qan qrupu –A/İİ/, Məhkum qan qrupu –B/İİİ/-dür. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus idman şalvarı, qısaqol köynək, trusik üzərindəkii ləkələrdə və hadisə yerindən №1, №2, №3 sayla işarələnmiş kağız paketlərə qablaşdırılan pambıq topaları üzərində hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və B antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə bu qan ləkələri AB/İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Göstərilən maddi sübutlar üzərindəki ləkələrdə qarışıq qanın olduğu halında həmin ləkələrdə həmçinin zərərçəkmiş şəxs A/İİ/ qruplu Zərərçəkmiş şəxs2 və B/İİİ/ qruplu təqsirləndirilən şəxs Məhkum Əliqimsət oğlunun qarışmış qanlarıın olması da ABO sistemi ilə inkar olunmur. Təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus şalvar üzərindəki ləkələrdə, hadisə yerindən 4 № ilə işarələnmiş kağız paketə qablaşdırılmış pambıq topalarında və maddi sübutlar üzərində olan izləri götürmək üçün nəzərdə tutulmuş 01 ədəd ağ rəngli plastik çubuğun bir azad ucuna sarınmış pambıq üzərinə hobpdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə A antigeni, şalvar üzərindəki ləkələrdə həmçinin beta aqqlyuitinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Bu ləkələrdə AB/İV/ qruplu Zərərçəkmiş şəxs1 və B/İİİ/qruplu Məhkum qanları ABO sistemi ilə inkar olunur. Təqdim edilən təqsirləndirilən şəxs Məhkum məxsus şalvar və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup göstəriciləri təyin edildikdə yalnız B antigeni alındı. Belə olan halda bu qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Məhkum məxsus ola bilər. Şalvar və mayka üzərindəki ləkələrdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanlarının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən bir ədəd bıçaqda zəif intensivlikli insan qanı ləkələri aşkar olundu. Qanın qrup göstəriciləri təyin edildikdə qrup antigenləri alınmadığı üçün bıçaq üzərindəki qanın qrup mənsubiyyəti barədə fikir söyüləmək mümkün deyil. Təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus bir tay corab, Zərərçəkmiş şəxs2 məxsus kəmər, Məhkum məxsus qısaqol mayka və trusik üzərində qan şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan kompleks məhkəmə-tibbi-bioloji və məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 avqust 2020-ci il tarixli, 384-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarından idman şalvarının sol ayaqlığının ön səthinin yuxarı hissəsində bir ədəd və köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol səthindin aşağı hissəsində kafi itilikli kənarı olan hər hansı bir iti alətin təsirindən əmələ gəlmiş bir ədəd kənarı kəsilmiş zədə vardır. Zərərçəkmiş şəxs1 məxsus köynək və idman şalvarının üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələr və kənarı kəsilmiş zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarından bir ədəd tuman və bir tay corabın, eyni zamanda bir ədəd bez parça fraqmentinin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus geyim əşyalarından şalvarın sol ayaqlığının ön səthinin yuxarı hissəsində bir ədəd, şalvarın sol ayaqlığının arxa səthinin yuxarı hissəsində bir ədəd və sol ayaqlığının ön səthinin aşağı hissəsində bir ədəd (cəmi üç ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 məxsus şalvarın üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 məxsus geyim əşyalarından bir ədəd kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və təqsirləndirilən şəxs Məhkum məxsus geyim əşyalarından cins şalvarın sağ ayaqlığının arxa səthinin orta hissəsində, şalvarın sağ ayaqlığının müvafiq hissəsinin kəskin gərilib-dartılması nəticəsində əmələ gəlmiş və küt yaranma mexanizminə malik bir ədəd cırılma zədəsi vardır. Məhkum məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazılanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli, 1568 saylı rəyindən görünür ki, Məhkum hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ondan xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin, həmin ekspertiza rəyindən görünür ki, Məhkum intellektual–amnestik imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkum qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı emosional halından intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Belə qənaətə gəlinir ki, hadisə baş verən zaman Məhkum psixiemosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri ilə şərtləşmişdir. O, cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan 19 iyul 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus VAZ 21010 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən həmin avtomaşında ön oturacaqda qanabənzər ləkələr aşkar olunmuş, onlardan nümunə götürülmüşdür. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 19 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış keçirilərkən asfalt üzərində hündürlükdən düşməyə xarakterik, dairəvi damcı şəklində qanabənzər ləkələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «götürmə və baxış keçirilməsi haqqında» 19 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 Zərərçəkmiş şəxs2 məxsus və hadisə vaxtı əynində olmuş arxa hissəsində “Zilli” yazısı olan cins şalvarı təqdim etmişdir. Həmin cins şalvara baxış keçirilərkən sol ayağında üç ədəd deşilmiş izlər və həmin zədələrin ətrafında qanabənzər ləkələr olduğu müəyyən edilmişdir. İş materiallarında olan «götürmə və baxış keçirilməsi haqqında» 19 iyul 2020-ci il tarixli protokoldan görünür ki, X1 Ruslan Rafaddin oğluna məxsus və hadisə vaxtı əynində olmuş iç tərəfində etiketində “sportaims” yazısı olan idman şalvarını, həmin idman şalvarın cibində olan “Samsung J3” markalı mobil telefonu, bir ədəd etiketində “KAİDATE” yazısı olan göy rəngli qısaqol köynəyi, üzərində “Renk man” yazısı olan bir ədəd trusiyi, bir tay qara rəngli corabı təqdim etmişdir. Həmin idman şalvarına, qısaqol köynəyə və trusikə baxış keçirilərkən üzərlərində qanabənzər ləkələrin, habelə köynək üzərində deşik izlərinin olduğu müəyyən edilmişdir. Götürülmüş Zərərçəkmiş şəxs1 məxsus “Samsung J3” markalı mobil telefona baxış keçirilərkən həmin mobil telefonda +99***-***-**-** nömrənin olduğu və 18 iyul 2020-ci il tarixdə saat 23:34 dəqiqədə “Heci Ruslan” adı ilə qeyd olunmuş +99***-***-**-** mobil nömrəsindən, həmin gün saat 23:30 dəqiqədə “Elşad Prakror” adı ilə qeyd olunmuş +99***-***-**-** mobil nömrəsindən buraxılmış zənglərin olduğu, bundan başqa həmin gün saat 23:17 dəqiqədə +99***-***-**-** mobil nömrəsi ilə danışıqlar aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Məhkum oluna məxsus «mobil telefona baxış keçirilməsi haqqında» 19 iyul 2020-ci il tarixli, həmçinin təkrar baxış keçirilməsi haqqında 21 iyul 2020-ci il tarixli protokollardan görünür ki, Murad Əskrəzadə 18 iyul 2020-ci il tarixdə müxtəlif vaxtlarda iş üzrə Zərərçəkmiş şəxs2 itifadəsində olan +9***-***-**-** nömrəli mobil telefona Whatsapp” proqramı vasitəsi ilə təhqiredici səslər göndərərək və mesajlar yazaraq təhqiredici ifadələr işlətmiş və görüş barədə razılaşmışdır. İş materiallarında olan 19 iyul 2020-ci il tarixli «evə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, X11 yaşadığı evinə baxış zamanı evin mətbəxində üç ədəd bıçaqdan iki ədəd bıçağın olduğu aşkar edilmişdir. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli «əşyanın tanınmaya təqdim edilməsi haqqında» protokoldan görünür ki, cinayətin aləti olan bıçağın X27 və X5 tanınmaya təqdim olunarkən, Məhkum təqdim etdiyi bıçaq oxşar bıçaqlarla tanıyaraq, həmin bıçağın mətbəxlərinə aid olduğunu bildirmişlər. İş materiallarında olan «əşyanın könüllü təqdim olunması, götürülməsi və baxış keçiriməsi haqqında» 21 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum könüllü təqdim etdiyi və hadisə vaxtı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd qısaqol köynək, bir ədəd ağ mayka və bir ədəd trusik götürülərək baxış keçirilmiş, həmin paltarlara baxış keçirilərkən cins şalvarın ayaq hissəsində dartılmaya xarakterik zədənin olduğu müəyyən edilmişdir. Məhkum həmin zədənin tutulanadək yarandığını bildirmişdir. Bundan başqa, götürülmüş bir ədəd maykanın kürək hissəsində dairəvi kiçik həcmdə qanabənzər ləkənin olduğu müəyyən edilmiş, Məhkum həmin qanabənzər ləkənin onun belindəki sızaqlardan yarandığını demişdir. İş materiallarında olan «ifadənin yerində yoxlanılması haqqında» 21 iyul 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri və hadisənin baş verdiyi mexanizmi əyani şəkildə göstərərək, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq və etiraf etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 22 iyul 2020-ci il tarixli Zərərçəkmiş şəxs2 məxsus və istifadəsində olan mobil telefona dair götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Samsung A20 markalı mobil telefona baxış keçirilərkən həmin mobil telefonun yaddaşında “Mure” adı ilə qeyd olunmuş +99***-***-**- ** mobil nömrəsi aşkar olunmuşdur. Zərərçəkmiş şəxs2 həmin mobil telefon nömrəsinin Məhkum istifadəsində olduğunu bildirmişdir. İş materiallarında olan DVD-R diskinə «baxış keçirilməsi haqqında» 27 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, orada olan məlumatlar Məhkum mobil telefonuna baxış keçirilərkən aşkar edilmiş məlumatlarla eynilik təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsinə dair 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə baş verən günü 18 iyul 2020-ci il tarixdə saat 23:18:11-də 16 saniyə müddətində Lənkəran rayonu, Digah kənd sakini X22 istifadəsində olan +99***-***-**-** mobil nömrəsi ilə danışığın aparıldığı, danışıq aparılarkən +99***-***-**-** mobil nömrə istifadəçisinin "Lənkəran TKQ" anten dairəsində olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsi ilə 18 iyul 2020-ci il tarixdə X16 məxsus +99***-***-**-** mobil nömrəsi ilə danışıqlar aparıldığı müəyyən olunmuşdur. +99***-***-**-** mobil telefon nömrəsinin +99***-***-**-** mobil nömrəsi ilə danışıq apararkən “Lənkəran TKQ” anten dairəsində olduğu müəyyən olunmuşdur. Hadisədən əvvəlki günlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrələr ilə iş üzrə əhəmiyyət kəsb edən hər hansı danışıqların aparılması və SMS mətnlərinin olması müəyyən edilməmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya xəstəxanasının 12 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Məhkum Lənkəran şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 14 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Məhkum Lənkəran rayonlararası Psixiatriya xəstəxanasında qeydiyyatda durmur və Lənkəran MRX-na xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır. İş materiallarında olan Lənkəran şəhər Narkoloji xəstəxanasının 12 avqust 2020-ci il tarixli 276 saylı məktubundan görünür ki, Məhkum 2020-ci ildən Lənkəran şəhər narkoloji xəstəxanasında profilaktik qeydiyyatda durur. Lənkəran Şəhər-Rayon polis şöbəsinin 28 avqust 2020-ci il tarixli məktubuna əsasən, keçirilmiş məliyyat-axtarış tədbirləri nəticəsində 18 iyul 2020-ci il tarixdə Lənkəran şəhəri Sahil küçəsində hadisə baş verərkən orada təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 başqa kimsə olmamışdır. Əvvəllər təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında mübahisə, dava-dalaş olmamışdır. 08 oktyabr 2020-ci il tarixli qərarla ləkələrdən götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs1 məxsus idman şalvarı, göy rəngli qısaqol köynək, bir ədəd trusik, bir tay qara rəngli corab, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd cins şalvar, Məhkum məxsus bir ədəd cins şalvar, bir ədəd qısaqol köynək, bir ədəd ağ mayka və bir ədəd trusik, cinayətin aləti olan bir ədəd üzərində «X41» yazıları olan, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmışdır. 20 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Məhkum haqqında şikayət və təqsirləndirici material olmadığından o, müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin X8 İdarəsindən alınmış məhkumluq haqqında tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X6 məhkəməyə təqdim etdiyi 13 oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, hazırda təqsirləndirilən şəxs Məhkum şikayəti yoxdur, gələcəkdə də maddi-mənəvi şikayəti olmayacaq. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs Məhkum yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 17 noyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, hazırda təqsirləndirilən şəxs Məhkum şikayəti yoxdur, gələcəkdə də maddimənəvi şikayəti olmayacaq. Təqsirləndirilən şəxs Məhkum yüngül cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İşin faktiki hallarından, habelə zərərçəkmiş şəxslərin verdiyi ifadələrdən məlum olur ki, Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X23 hadisə baş verən günə qədər 10 illik dostluq münasibətində olmuşdur. Onların arasında münasibətlərin pozulmasına səbəb cinayət işinin materiallarında adı Əli kimi hallanan və Bakı şəhərindən Zərərçəkmiş şəxs2 qonaq gəlmiş X42 ilə Məhkum arasında xx.xx.2020-ci il tarixdə baş verən mübahisə olmuşdur. Belə ki, apellyasiya məhkəmə baxışı zamanı ifadə vermiş X7 Əskərzadə ilə mübahisə etdiklərini, bir-birilərini itələdiklərini, həmçinin ibtidai istintaq zamanı şahid qismində ifadə verən X32 da Məhkum bazarlıq etdikdən sonra ona kömək etdiyini, daha sonra səs-küyə həyətə çıxdığını və Məhkum 2 nəfər tanımadığı şəxslə mübahisə etdiyini ifadələrində bildirmişdir. Baş vermiş mübahisədən sonra Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X23 arasında münasibətlər gərginləşmiş, daha sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X23 təkidlə, hətta Məhkum onların zənglərini açmamasına baxmayaraq atası X4 vasitəçəliyi ilə Muradı sözdə məsələni həll etmək üçün görüşə dəvət etmişlər. Daha sonra Məhkum zərərçəkmiş şəxslərlə əlaqə saxlamış və ilkin görüş yeri zərərçəkmiş şəxslər tərəfindən Lənkəran şəhərində yerləşən sportşkola deyilən yer olmuşdur. Daha sonra Məhkum havanın qaranlıq olmasından və həmin ərazinin də işıqlandırması olmadığından ehtiyyat edib görüş yerini dəyişmişdir. Hadisələrin inkişafı mexanizmindən görünür ki, Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X23 arasında xx.xx.2020-ci il tarixdə mübahisə baş verənə qədər, yəni həmin ana qədər onlar arasında münasibətlər artıq pisləşmiş, həmin görüşə qədər bir-birlərinin ünvanına nalayiq ifadələr işlədərək şəxsi münasibətlər zəmində hadisənin baş verməsini daha da sürətləndirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X23 arasında münasibətlərin pisləşməsinə səbəb olmuş Məhərrəməliniun qohumu olan Əli adı ilə tanınan Nurəli Əliyev ilə Məhkum mübahisənin baş verməsi, daha sonra həmin mübahisədən Zərərçəkmiş şəxs2 və Ruslan Rəhmanovun xəbər tutaraq təkidlə Məhkum məsələni həll etmək görüşə çağırması, bu zaman telefon danışıqları zamanı bir-birlərinə nalayiq ifadələr işlətmələrini məhz onların arasında mübahisənin şəxsi münasibətlər zəminində baş verdiyini bir daha təsdiq edir. İbtidai istintaq orqanın təqsirləndirilən şəxs hərəkətlərini xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi qiymətləndirməsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CMnin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. İşin faktiki hallarının müqayisə təhlili onu göstərir ki, Məhkum X12 bıçaq zərbəsi ilə vurduqdan sonra Zərərçəkmiş şəxs2 Məhkum arxadan qollarından tutaraq kürək nahiyyəsindən təpiklə vurmuş, bundan sonra Murad onun əlindən çıxaraq üzbəüz dayanmış, daha sonra Zərərçəkmiş şəxs2 Məhkum sinəsindən təpiklə vurmuş və zərbədən özü yerə yıxılmış, daha sonra yerdən daş götürüb Məhkum tərəf atmış, bundan sonra Məhkum bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə getmiş, bununla da onların arasında olan mübahisə dalaşmaya çevrilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş hadisədə Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirən şəxs kimi deyil, baş vermiş dalaşmada iştirak edən şəxs kimi qəbul edib ona vurulmuş zərərin xarakterindən və dərəcəsindən asılı olaraq əməl qiymətləndirilməlidir.Beləliklə, qeyd edilən vəziyyətdə əməlin CM-nin 29,120.2.3-cü maddəsi ilə tövsif edilməsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı və ümumiyyətlə adam öldürməyə cəhdlə bağlı aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X23 arasında olan mübahisə şəxsi münasibətlər zəminində baş verdiyindən və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri öldürməkdən ibarət niyyəti olmadığından onun əməli bir başa qəsdlə 2 və daha çox şəxsi öldürməyə cəhd kimi deyil vurulmuş xəsarətlərin xarakteri və dərəcəsindən aslı olaraq müstəqil əməllər kimi CM-nin 126.1 və 128-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, hadisənin inkişaf mexanizmi onu göstəririr ki, Məhkum iş üzrə zərərçəkmiş şəxs olan Məhərrəməlinin qohumu olan Nurəli adlı şəxslə mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs2 və Ruslan Rəhmanovla görüşmək istəməmiş, zərərçəkmiş şəxslərin təkidli çağırışlarından sonra məcburən onlarla görüşmüş, onların təyin etdiyi görüş yerinin qaranlıq olmasından görüş yerini özü dəyişmiş, həmin yerə çatdıqdan sonra Ruslan Rəhmanovun idarə etdiyi maşınla 3-ü birlikdə hərəkət etmiş, daha sonra Məhkum özü Zərərçəkmiş şəxs2 təklikdə məsələni aydınlaşdırmağı təklif etmiş, Ruslan Rəhmanov söhbətə qoşulmaq istədikdən sonra o bunu qəbul etməmiş, bundan sonra Ruslan Rəhmanov onu arxadan yumruqla vurduqdan sonra kortəbii şəkildə arxadan önə doğru 2 fərqli istiqamətə bıçaqla zərbələr vurmuş, bundan sonra Zərərçəkmiş şəxs2 onu arxadan tutub kürəyini təpiklə vurmuş, daha sonra Məhkum ilə üzbəüz vəziyyətdə onun sinəsindən təpiklə vurmuş, lakin zərbənin təsirindən özü yerə yıxılmış, bundan sonra Məhkum doğru daş atmış, Məhkum isə ona bıçaq ilə yüngül xəsarətlər yetirib daha sonra hadisə yerindən qaçıb getmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin barəsində CM-nin 29,120.2.7-ci maddəsi ilə ittiham irəli sürərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri həyatdan məhrumetməyə yönəlmiş niyyətinin olub-olmamasını düzgün araşdırmamışdır. Belə ki, zərərçəkmiş şəxslər də öz ifadələrində Məhkum ilə nəqliyyat vasitəsində tək olduqlarını, Məhkum arxada oturduğundan onların hər ikisini də öldürmək üçün real imkan və şəraitinin olduğunu, həmçinin hadisə baş verən vaxtda istər Ruslan Rəhmanovu, istərsə də Zərərçəkmiş şəxs2 öldürməsi üçün real imkanı olduğunu, lakin bunu etməyərək qaçıb getdiyini bildirmişlər. Həmçinin ibtidai istintaq orqanı ən önəmli məqam kimi təqsirləndirilən şəxsin qəsdini başa çatmayan qəsd kimi qiymətləndirmək üçün guya Məhkum Zərərçəkmiş şəxs2 vurduqdan sonra kənar şəxslərin səs-küyə gəldiyini görüb həmin adamların onu görməsindən ehtiyyat üçün öz cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməməsi kimi işin faktiki hallarına uyğun olmayan ifadələr almışdır. Lakin apellyasiya məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslər hadisə baş verən vaxt və bundan sonra ətrafdan heç kimin gəlmdəyini, Məhkum Zərərçəkmiş şəxs2 vurduqdan sonra özünün qorxub qaçıb getdiyini, Ruslan Rəhmanovu da xəstəxanaya məhz elə Zərərçəkmiş şəxs2 apardığını bildirmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri öldürməkdən ibarət niyyəti olmadığı halda sübutları öz mülahizəsinə uyğun qiymətləndirməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham irəli sürmüş, işə baxan birinci instansiya məhkəməsi isə həmin ittiham üzrə Məhkum təqsirli bilib cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum əməli Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 126.1 və 128-ci maddələrində tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından, habelə Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, Məhkum ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin məcəllənin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum ilə Zərərçəkmiş şəxs2 barışdığından, ona dəymiş ziyan ödənildiyindən və zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından Məhkum barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə CPMnin 43.1.2-ci maddəsinə əsasən xitam verilməli, Murad Əsgərzadəyə CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxs X23 barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən CM-in 59.1.12-ci maddələrində nəzərdə tutulan hallar olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında qəsdən sağlamlığa ağır zərər vurmaya görə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum aşağı həddə yaxın həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Məhkum ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Həmin məcəllənin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(099)96/2021 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 126.1 və 128-ci maddələrinə tövsif edilməli, Məhkum ilə Zərərçəkmiş şəxs2 barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən və zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından Məhkum barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilməli, Murad Əsgərzadəyə CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(099)96/2021 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 126.1 və 128-ci maddələrinə tövsif edilsin. Məhkum ilə Zərərçəkmiş şəxs2 barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən və zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından Məhkum barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin. Məhkum CM-nin 126.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(099)96/2021 saylı hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar