Məhkəmə qərarları › İş №1(106)-168/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-168/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-168/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X61 şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Şirvan regional vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə. xx xxxxxxx 1971-ci il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, Baki şəhəri, Nərimanov rayonu, X41 küçəsi, 933-cü məhəllə, ev 16, mənzil 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4.-cü maddələri ilə, 31 avqust 1971-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləmiş, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X61 Şəxsin 2 saylı X2 direktorunun müavini vəzifəsində işləyən, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs2 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4,308.1, 312-1.1-ci maddələri ilə təqsirli bilinmələrinə dair Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(050)-159/2023 nömrəli hökmündən zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X61 şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının departament müdiri X47 və mütəxəssis Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(050)-159/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim Zeynal Zeynalov) Təqsirləndirilən şəxs1 Cinayət 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4,308.1 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 179.2.1,179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat, Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat və Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə və əsas cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hər iki təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 308.1.-ci maddəsi ittihamdan xaric edilmiş, həmin Məcəllənin 313-cü maddəsi üzrə verilmiş ittihamda təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, qeyd olunan maddə üzrə onlara cəza təyin edilməmişdir. Hökmlə 75.407,43 manat maddi ziyanla bağlı mülki iddia təmin olunmamışdır. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə- bilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 avqust 2016-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən həmin tarixdən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 01 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən qeyd olunan dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli, 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, şöbənin fəaliyyətinə rəhbərlik edilməsi, vəzifə və funksiyalarına uyğun olaraq işinin təşkil edilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, şöbənin sektorlarının və ayrı-ayrı işçilərin iş planının təsdiq edilməsi və onların həyata keçirilməsinə nəzarət edilməsi, müavinətlərin sosial yardımların və digər ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsi işinin təşkil edilməsi, vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin təşkil edilməsi, pensiyaların maliyyə təminatı və ödənişinə nəzarət üzrə tədbirlərin yerinə yetirilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişləri təyin edən komissiyanın işinə rəhbərlik etməklə onun çıxardığı qərarların düzgünlüyünün təsdiq edilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişlərin təyin olunması üçün müraciət edən vətəndaşların pensiya, müavinət, sosial yardım və digər ödənişlərlə təmin olunması məsələlərinə baxılması və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Azərbaycan Respublikası Qanunu, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olan sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddətinin daxil edilməli olması, həmçinin, həmin Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyasının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilməli olması barədə olan imperativ normaların tələblərini pozmaqla təyinat apararaq, o cümlədən Şahid12 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 114251 nömrəli pensiya işində olan 18 may 2017-ci il tarixli, 10 və 10/1 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid12 həmin müəssisədə işlədiyi illərdən 1989-cu ilin 07 ayı, 1990-cı ilin 03 ayı, 1991-ci ilin 04 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 05 ayı, 1994-cü ilin 06 ayı, 1995-ci ilin 10 ayı, 1996-cı ilin 11 ayı, ümumilikdə 48 ay, yəni 04 ili əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı almasına dair qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid12 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 11 il 08 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 19 may 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 19 may 2017-ci il tarixli, 476 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid12 15 il 08 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid12 ümumilikdə 5.559,22 manat, eyni niyyətlə, X31 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumilikdə 25 il sosial sığorta stajının mövcudluğu tələb olunduğu halda sonuncunun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də və həmin QSC-nin hüquqi varisi olduğu müəssisələrdə işlədiyi illər üzrə Mehman Nəzərova əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə dəqiqləşdirmə aparılmadan faktiki olaraq vətəndaşın 16 il 06 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər də hesablandıqdan sonra 08 sentyabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 08 sentyabr 2017-ci il tarixli, 524 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Mehman Nəzərovun 27 il 05 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Mehman Nəzərova ümumilikdə 7.531,01 manat, eyni niyyətlə, Şahid10 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il sosial sığorta stajı tələb olduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 095823 nömrəli pensiya işində olan 14 may 2018-ci il tarixli, 06 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid10 həmin müəssisədə işlədiyi illərdən 1984-cü ilin 02 ayı, 1985-ci ilin 10 ayı, 1986-cı ilin 02 ayı, 1988-ci ilin 02 ayı, 1990-cı ilin 04 ayı, 1991-ci ilin 02 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 03 ayı, 1994-cü ilin 07 ayı, 1995-ci ilin 09 ayı, 1996-cı ilin 10 ayı, 1997-ci ilin 09 ayı, ümumilikdə 62 ay, yəni 05 il 02 ayı əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid10 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 16 il 11 ay sosial sığorta stajı olduğu halda, tələb olunan 14 il sosial sığorta stajının tamamlanmasına baxmayaraq sözügedən 16 il 11 ay üzrə hesablanan pensiya kapitalının təyinat üçün əsas verməməsinə baxmayaraq yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 25 may 2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 may 2018-ci il tarixli, 232 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid10 22 il 01 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Natıq Sadıqovun imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid10 ümumilikdə 3.148,54 manat, eyni niyyətlə, X19 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 948095 nömrəli pensiya işində olan 24 may 2018-ci il tarixli, 373/1 nömrəli Masallı Rayon Dövlət Arxivinin arayışına əsasən sonuncunun “Krupskaya” adına sovxozda işlədiyi 1988-ilin ilk ayından 1989-cu ilin son ayı da daxil olmaqla bütövlükdə, eyni zamanda 1987-ci ilin 04 ayı, 1990-cı ilin 07 ayı, 1992-ci ilin 01 ayı, 1993-cü ilin 02 ayı, 1994-cü ilin 05 ayı da daxil olmaqla ümumilikdə 03 il, 07 ayı əhatə edən dövrdə faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman kəsimində əmək haqqı almasını, dolayısı ilə Sənubər Nuriyevanın sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 07 il sosial sığorta stajı olduğu halda 1988-ci və 1989-cu illər bütövlükdə, eyni zamanda yuxarıda göstərilmiş digər illər üzrə aylar da əsassız olaraq hesablandıqdan sonra 25 yanvar 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 yanvar 2019-cu il tarixli, 442 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Sənubər Nuriyevanın 10 il 07 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2015-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Sənubər Nuriyevaya ümumilikdə 3.781,63 manat olmaqla, qeyd edilən qaydada 4 pensiya işi üzrə ümumilikdə 20.020,4 manat (iyirmi min iyirmi manat qırx qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş plastik kart hesablarına köçürülməklə həmin şəxslər tərəfindən nağdlaşdırılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə Şahid8 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21-ci bölməsinin 2-ci bəndinə əsasən doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsaz işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid8 “Kaspneftqazflot” gəmiçiliyində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “malyar” vəzifəsində işlədiyi 04 il 10 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 11 il 01 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 21 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 21 aprel 2017ci il tarixli, 340 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid8 15 il 11 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid8 ümumilikdə 9.282,95 manat, həmçinin, eyni niyyətlə Şahid9 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 29-cu bölməsinə əsasən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində tikinti və quraşdırma işləri üzrə usta və ya iş icraçısı vəzifəsində işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid9 “Azselstroymexanizasiya” trestində xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək usta vəzifəsində işlədiyi 07 il 04 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 09 il 02 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 14 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 14 aprel 2017-ci il tarixli, 317 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid9 16 il 06 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid9 ümumilikdə 6.921,35 manat, eyni niyyətlə, Şahid7 Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu və sonuncunun işlədiyi dövrün hər ilinin hər ayı üçün çöl şəraitində işlədiyi günlər hesablanmaqla təyinat aparılmalı olduğu halda və Şahid7 faktiki güzəştli şərtlərlə sosial sığorta stajının 08 il 08 ay təşkil etməsinə baxmayaraq sonuncunun adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işində olan müvafiq İnstitutun 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışı əsas götürməklə vətəndaşın həmin vəzifədə işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə bütünlüklə, yəni Şahid7 14 il müddətində güzəştli sosial sığorta stajı olması barədə yalan məlumatların 09 iyun 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 09 iyun 2017-ci il tarixli, 461 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Natiq Hüseynovun imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid7 ümumilikdə 7.557,33 manat olmaqla, qeyd edilən qaydada 3 pensiya işi üzrə 23.761,63 manat (iyirmi üç min yeddi yüz altmış bir manat altmış üç qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kart hesabına köçürülüb həmin şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada 7 pensiya işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 43.782,03 manat (qırx üç min yeddi yüz səksən iki manat üç qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləyən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 07 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 15 aprel tarixli 643 nömrəli “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanı, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 1039İİQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı Dövlət Sosial Yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları” və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə təkrarən talamaq məqsədilə özü, həmin şöbənin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləyən Şahid1, həmin sektorun baş məsləhətçisi vəzifəsində işləyən Şahid2 və həmin sektorun məsləhətçisi vəzifəsində işləyən X20 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə verildiyi halda, işləyən şəxslərə və ya həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən müvafiq hüququn yarandığı halda əvvəlki 3 il üçün ödənilmə barədə qərar qəbul edilən vaxt təyinatın aparıldığı dövrü əhatə edən zaman zərfində həmin şəxslərin işləmələrini nəzərə almadan təyinat apararaq, o cümlədən, X32 xx.xx.2016xx.xx.2017-ci il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 359 nömrəli xx.xx.2018-ci il tarixli “sosial müavinətin təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2017-ci il tarix əvəzinə xx.xx.2016-cı il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2017-ci il tarixədək Dilrubə Ağayevaya 712,44 manat, eyni niyyətlə, X48 xx.xx.2018xx.xx.2018-ci il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 14 nömrəli, xx.xx.2019- cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2018-ci tarixdən xx.xx.2018-ci il tarixədək Rəna Həsənovaya 38,93 manat, eyni niyyətlə, X11 xx.xx.2008-xx.xx.2018-ci il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 128 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2017-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2018-ci il tarixədək Nəzakət Bəndalıyevaya 1.582,35 manat, eyni niyyətlə, X13 xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə Masallı İsti-Su Sanatoriyası ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 124 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Fazilə Allahyarovaya 80,06 manat, eyni niyyətlə, X37 xx.xx.2015-xx.xx.2019-cu il tarixlərdə “ATİLLA” X65 Birliyi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 241 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yənixx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Nayidə Əliyevaya 484,33 manat, eyni niyyətlə, X14 xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 448 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019- cu il tarix əvəzinə xx.xx.2019-cu il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2019-cu il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Təhminə Məhərrəmovaya 31,28 manat, eyni niyyətlə, Şahid14 Rahib qızı xx.xx.1997-xx.xx.2019-cu il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 560 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2019-cu il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2019-cu il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Şahid14 203 manat, eyni niyyətlə, X8 xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 763 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara biləbilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Məhbubə İbrahimovaya 606,66 manat olmaqla, qeyd edilən qaydada 8 sosial müavinət işi üzrə, cəmi 3.739,05 manat (üç min yeddi yüz otuz doqquz manat beş qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə işləyən şəxslərin özlərinə münasibətdə sosial müavinət təyinatı aparılmamalı olduğu halda müvafiq təyinat apararaq, o cümlədən, X38 xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 337 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavidan Nəzərova 197,20 manat, eyni niyyətlə, X5 xx.xx.2015-dən Məhkəmə Tibbi Ekspertiza və X30 ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 914 nömrəli, xx.xx.2018-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinəxx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Şəlalə Eynullayevaya 348,77 manat olmaqla, qeyd edilən qaydada 2 sosial müavinət işi üzrə 545,97 manat (beş yüz qırx beş manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq həmin Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edildiyi halda müvafiq təyinat apararaq, o cümlədən, İİ dərəcə əlilliyə görə sosial müavinət üzrə X21 şöbənin əməkdaşı Şaiq Muxtarlı tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 403 nömrəli, xx.xx.2017-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni vətəndaş ərizəni xx.xx.2017- ci il tarixdə verdiyinə görə əvvəlki 3 il, yəni xx.xx.2014-cü il tarixdən deyil, xx.xx.2014-cü il tarixdən təyinatın aparılması barədə məlumatların daxil edilməsinə nail olub həmin qərarın sonuncu və Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 imzası ilə təsdiq edilərək həmin müddət üzrə Afətdin Dadaşova 89,27 manat, eyni niyyətlə, X22 şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 332 nömrəli, xx.xx.2018-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni vətəndaş ərizəni xx.xx.2018- ci il tarixdə verdiyinə görə əvvəlki 3 il, yəni xx.xx.2015-ci il tarixdən deyil, xx.xx.2010-cu il tarixdən təyinatın aparılması barədə məlumatların daxil edilməsinə nail olub həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək həmin müddət üzrə Suliddin Alışova 2.318,51 manat olmaqla, qeyd edilən qaydada 2 sosial müavinət işi üzrə cəmi 2.407,78 manat (iki min dörd yüz yeddi manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.4-cü maddəsində göstərilmiş şöbənin ünvanlı sosial yardım üzrə işçisinin “Ailənin maddi-məişət şəraitinin müayinəsi”nin (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter vasitəsilə həyata keçirilməsi və nəticələrinin gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində X49 və X55 (VEMTAS) ötürməsi barədə olan tələblərinə əməl edilməyərək Masallı rayonu Gəyəçöl kənd sakini X39 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizəbəyannamədə ailə üzvü qismində əri barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 19 dekabr 2019-cu il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun əri ilə birlikdə yaşaması barədə Sosial Yardım və müavinət sektorunun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək İradə Rəhimlinin adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 227,01 manat olmaqla, ümumilikdə 681,03 manat məbləğində pul vəsaitinin İradə Rəhimlinin özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, X15 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizə-bəyannamədə ailə üzvü qismində əri barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 04 may 2018-ci il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun əri ilə birlikdə yaşaması barədə sektorun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək Rufanə Hüseynovanın adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 94,36 manat olmaqla, ümumilikdə 2.075,92 manat məbləğində pul vəsaitinin Rufanə Hüseynovanın özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, Şahid13 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizə-bəyannamədə ailə üzvü qismində atası və anası barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 13 dekabr 2019-cu il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun atası və anası ilə birlikdə yaşaması barədə sektorun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək Şahid13 adına rəsmiləşdirilmiş müvafiq bank kartına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay köçürülmüş 227,42 manat olmaqla, ümumilikdə 454,84 manat məbləğində pul vəsaitinin Şahid13 özü tərəfindən çıxarılaraq onun şəxsi ehtiyaclarına sərf edilməsi ilə qeyd edilən qaydada 3 ünvanlı sosial yardım işi üzrə cəmi 3.211,79 manat (üç min iki yüz on bir manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 9.904,59 manat (doqquz min doqquz yüz dörd manat əlli doqquz qəpik) məbləğində pul vəsaitini Şahid1, Şahid2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən talamış, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, Şahid1, Şahid2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin və informasiya resurslarının məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin iyun- iyul aylarında müraciət etmiş və İİ dərəcə əlilliyi müəyyən edilmiş Masallı rayonu, Sərçuvar kənd sakini Şahid5 xx.xx.1993cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmamasına baxmayaraq məhkəmə orqanı tərəfindən həmin iş yerinin təsdiq olunacağı təqdirdə həmin məhkəmə qərarı ilə kifayətlənilməklə və apelyasiya şikayəti verilməyərək əmək pensiyasının təyin edilməsinə dair elə həmin zaman kəsimlərində, yəni 2017-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən qaydada özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə əlaqədar üçüncü şəxslər olan Təqsirləndirilən şəxs2 və Şahid5 üçün qanunsuz üstünlük əldə etmək, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Təqsirləndirilən şəxs2 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid5 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid5 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 636 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid5 12 il 11 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid5 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 7.928,74 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 7.928,74 manat (yeddi min doqquz yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən suiistifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar X28 müdiri Təqsirləndirilən şəxs2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin iyun-iyul aylarında müraciət etmiş Masallı rayonu, Təzəkənd kənd sakini Şahid6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmamasına baxmayaraq məhkəmə orqanı tərəfindən həmin iş yerinin təsdiq olunacağı təqdirdə həmin məhkəmə qərarı ilə kifayətlənilməklə və apelyasiya şikayəti verilməyərək əmək pensiyasının təyin edilməsinə dair elə həmin zaman kəsimlərində, yəni 2017-ci ilin iyun- iyul aylarında Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən qaydada özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə əlaqədar üçüncü şəxslər olan Təqsirləndirilən şəxs2 və Şahid6 üçün qanunsuz üstünlük əldə etmək, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və X28 müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid6 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı bir rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 629 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid6 26 il 10 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X28 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid6 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 6.372,36 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 6.372,36 manat (altı min üç yüz yetmiş iki manat otuz altı qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən suiistifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 övladları X12 və X9 görə həmin uşaqların atası Şahid11 24 noyabr 2017-ci il tarixli, 848 nömrəli qərara əsasən ailə başçısını itirməyə görə sosial müavinət təyin edildiyi halda Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 nömrəli sərəncamı ilə Süleyman Abdullayev və İbrahim Abdullayevin qəyyumluğuna verildiyi X33 xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərar əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edərək sonuncunun adına rəsmiləşdirilmiş plastik kart hesabına 5.081,71 manat (beş min səksən bir manat yetmiş bir qəpik) məbləğində pul vəsaitinin ödənilməsi və həmin miqdarda pul vəsaitinin sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərarla xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş X1, 26 iyul 2019-cu il tarixli, 189 nömrəli qərarla İİ dərəcə əlilliyə görə əmək pensiya təyin edilən vaxt müvafiq hesablanma zamanı təyinatı xx.xx.2016-cı il tarixdən hesablanılması ilə həmin dövrlərdə aldığı sosial müavinət məbləğinin tutulmasını həyata keçirməli olduğu halda bunu etməyərək nəticədə Kəmalə Əliyevanın adına rəsmiləşdirilmiş plastik kart hesabına 2.338 (iki min üç yüz otuz səkkiz manat) məbləğində pul vəsaitinin artıq ödənilməsini həyata keçirməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui- istifadə etmişdir. Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs2 vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına təkrarən qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə təkrarən daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 avqust 2016-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən həmin tarixdən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsinə təyin edilməklə 24 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli, 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, sektorun fəaliyyətinin təşkil edilməsi və sektora rəhbərlik edilməsi, pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi və digər təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Azərbaycan Respublikası Qanunu, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olan sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddətinin daxil edilməli olması, həmçinin, həmin Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyasının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilməli olması barədə olan imperativ normaların tələblərini pozmaqla təyinat apararaq, o cümlədən Şahid12 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 114251 nömrəli pensiya işində olan 18 may 2017-ci il tarixli, 10 və 10/1 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid12 həmin müəssisədə işlədiyi illərdən 1989-cu ilin 07 ayı, 1990-cı ilin 03 ayı, 1991-ci ilin 04 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 05 ayı, 1994-cü ilin 06 ayı, 1995-ci ilin 10 ayı, 1996-cı ilin 11 ayı, ümumilikdə 48 ay, yəni 04 ili əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı almasına dair qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid12 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 11 il 08 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 19 may 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 19 may 2017- ci il tarixli, 476 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid12 15 il 08 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid12 ümumilikdə 5.559,22 manat, eyni niyyətlə, X31 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumilikdə 25 il sosial sığorta stajının mövcudluğu tələb olunduğu halda sonuncunun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də və həmin QSC-nin hüquqi varisi olduğu müəssisələrdə işlədiyi illər üzrə Mehman Nəzərova əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə dəqiqləşdirmə aparılmadan faktiki olaraq vətəndaşın 16 il 06 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər də hesablandıqdan sonra 08 sentyabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 08 sentyabr 2017-ci il tarixli, 524 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Mehman Nəzərovun 27 il 05 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Mehman Nəzərova ümumilikdə 7.531,01 manat, eyni niyyətlə, Şahid10 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il sosial sığorta stajı tələb olduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 095823 nömrəli pensiya işində olan 14 may 2018-ci il tarixli, 06 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid10 həmin müəssisədə işlədiyi illərdən 1984-cü ilin 02 ayı, 1985-ci ilin 10 ayı, 1986-cı ilin 02 ayı, 1988-ci ilin 02 ayı, 1990-cı ilin 04 ayı, 1991-ci ilin 02 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 03 ayı, 1994-cü ilin 07 ayı, 1995-ci ilin 09 ayı, 1996-cı ilin 10 ayı, 1997-ci ilin 09 ayı, ümumilikdə 62 ay, yəni 05 il 02 ayı əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid10 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 16 il 11 ay sosial sığorta stajı olduğu halda, tələb olunan 14 il sosial sığorta stajının tamamlanmasına baxmayaraq sözügedən 16 il 11 ay üzrə hesablanan pensiya kapitalının təyinat üçün əsas verməməsinə baxmayaraq yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 25 may 2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 may 2018-ci il tarixli, 232 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid10 22 il 01 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid10 ümumilikdə 3.148,54 manat, eyni niyyətlə, X19 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 948095 nömrəli pensiya işində olan 24 may 2018-ci il tarixli, 373/1 nömrəli Masallı Rayon Dövlət Arxivinin arayışına əsasən sonuncunun “Krupskaya” adına sovxozda işlədiyi 1988- ilin ilk ayından 1989-cu ilin son ayı da daxil olmaqla bütövlükdə, eyni zamanda 1987-ci ilin 04 ayı, 1990-cı ilin 07 ayı, 1992-ci ilin 01 ayı, 1993-cü ilin 02 ayı, 1994-cü ilin 05 ayı da daxil olmaqla ümumilikdə 03 il, 07 ayı əhatə edən dövrdə faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman kəsimində əmək haqqı almasını, dolayısı ilə Sənubər Nuriyevanın sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 07 il sosial sığorta stajı olduğu halda 1988 və 1989-cu illər bütövlükdə, eyni zamanda yuxarıda göstərilmiş digər illər üzrə aylar da əsassız olaraq hesablandıqdan sonra 25 yanvar 2019- cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 yanvar 2019-cu il tarixli, 442 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Sənubər Nuriyevanın 10 il 07 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2015-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Sənubər Nuriyevaya ümumilikdə 3.781,63 manat olmaqla, qeyd edilən qaydada 4 pensiya işi üzrə ümumilikdə 20.020,4 manat (iyirmi min iyirmi manat qırx qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş plastik kart hesablarına köçürülməklə həmin şəxslər tərəfindən nağdlaşdırılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə Şahid8 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21-ci bölməsinin 2-ci bəndinə əsasən doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsaz işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid8 “Kaspneftqazflot” gəmiçiliyində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “malyar” vəzifəsində işlədiyi 04 il 10 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 11 il 01 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 21 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 21 aprel 2017ci il tarixli, 340 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid8 15 il 11 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid8 ümumilikdə 9.282,95 manat, həmçinin, eyni niyyətlə Şahid9 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 29-cu bölməsinə əsasən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində tikinti və quraşdırma işləri üzrə usta və ya iş icraçısı vəzifəsində işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid9 “Azselstroymexanizasiya” trestində xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək usta vəzifəsində işlədiyi 07 il 04 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 09 il 02 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 14 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 14 aprel 2017-ci il tarixli, 317 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid9 16 il 06 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid9 ümumilikdə 6.921,35 manat, eyni niyyətlə, Şahid7 Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu və sonuncunun işlədiyi dövrün hər ilinin hər ayı üçün çöl şəraitində işlədiyi günlər hesablanmaqla təyinat aparılmalı olduğu halda və Şahid7 faktiki güzəştli şərtlərlə sosial sığorta stajının 08 il 08 ay təşkil etməsinə baxmayaraq sonuncunun adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işində olan müvafiq İnstitutun 03 sentyabr 2015- ci il tarixli, 350 nömrəli arayışı əsas götürməklə vətəndaşın həmin vəzifədə işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə bütünlüklə, yəni Şahid7 14 il müddətində güzəştli sosial sığorta stajı olması barədə yalan məlumatların 09 iyun 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 09 iyun 2017-ci il tarixli, 461 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid7 ümumilikdə 7.557,33 manat olmaqla, qeyd edilən qaydada 3 pensiya işi üzrə 23.761,63 manat (iyirmi üç min yeddi yüz altmış bir manat altmış üç qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kart hesabına köçürülüb həmin şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada 7 pensiya işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 43.782,03 manat (qırx üç min yeddi yüz səksən iki manat üç qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş və İİ dərəcə əlilliyi müəyyən edilmiş Masallı rayonu, Sərçuvar kənd sakini Şahid5, sonuncunun tanışları Şahid3 və Şahid4 həmin şəxslərlə 2017-ci ilin iyun-iyul aylarında işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağındakı görüşləri zamanı Şahid5 xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmaması, gələcəkdə Şahid5 həmin müəssisədə işləməsi faktını təsdiq edən rayon məhkəməsinin qətnaməsinin olacağı təqdirdə belə bu barədə ərazi aidiyyəti üzrə İnzibati İqtisad məhkəməsinin qətnamə çıxarmalı olması və sonuncu məhkəmənin müvafiq qətnaməsində pensiya təyinatı barədə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin üzərinə öhdəlik qoyulması haqqında qeydlərin olmasının zəruriliyi, həmçinin Şahid5 müvafiq müəssisədə işləməsi faktının birinci instansiya məhkəməsi tərəfindən müəyyən ediləcəyi halda belə işlədiyi Şöbənin rəhbərliyi tərəfindən apelyasiya şikayəti verilərək həmin məhkəmə qətnaməsinin ləğvi məsələsinin qaldırıla biləcəyi barədə məlumat verməklə DSMF-nin Masallı Rayon Şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində işləməsi ilə əlaqədar həmin Şöbənin rəhbəri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin Şöbənin rəisi olmaqla təşkilati- sərəncamverici funksiyaları yerinə yetirən şəxs olan Təqsirləndirilən şəxs1 müvafiq müəssisə tərəfindən Şahid5 üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə baxmayaraq müəssisənin yerləşdiyi yer üzrə ərazi aidiyyəti olan Lənkəran rayon məhkəməsinin vətəndaşın işləməsi faktını təsdiq edən qətnaməsi ilə kifayətlənilməklə apelyasiya şikayətinin verilməməsi və pensiya təyinatının həyata keçirilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib bunun üçün Şahid5 tanışları cinayətdən xəbərsiz Şahid3 və Şahid4 vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini 2017-ci ilin iyun-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla istəyib, həmin tarixdə və yerdə Şahid3 və Şahid4 maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid5 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid5 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 636 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid5 12 il 11 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid5 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 7.928,74 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 7.928,74 manat (yeddi min doqquz yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs1 əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfuz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş Masallı rayonu, Təzəkənd kənd sakini Şahid6 və sonuncunun tanışı Şahid3 sonuncu ilə 2017-ci ilin iyun-iyul aylarında işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağındakı görüşləri zamanı Şahid6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmaması, gələcəkdə Şahid6 həmin müəssisədə işləməsi faktını təsdiq edən rayon məhkəməsinin qətnaməsinin olacağı təqdirdə belə bu barədə ərazi aidiyyəti üzrə İnzibati İqtisad məhkəməsinin qətnamə çıxarmalı olması və sonuncu məhkəmənin müvafiq qətnaməsində pensiya təyinatı barədə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin üzərinə öhdəlik qoyulması haqqında qeydlərin olmasının zəruriliyi, həmçinin Şahid6 müvafiq müəssisədə işləməsi faktının birinci instansiya məhkəməsi tərəfindən müəyyən ediləcəyi halda belə işlədiyi Şöbənin rəhbərliyi tərəfindən apelyasiya şikayəti verilərək həmin məhkəmə qətnaməsinin ləğvi məsələsinin qaldırıla biləcəyi barədə məlumat verməklə DSMF-nin Masallı Rayon Şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində işləməsi ilə əlaqədar həmin Şöbənin rəhbəri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin Şöbənin rəisi olmaqla təşkilatisərəncamverici funksiyaları yerinə yetirən şəxs olan Təqsirləndirilən şəxs1 müvafiq müəssisə tərəfindən Şahid6 üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə baxmayaraq müəssisənin yerləşdiyi yer üzrə ərazi aidiyyəti olan Lənkəran rayon məhkəməsinin vətəndaşın işləməsi faktını təsdiq edən qətnaməsi ilə kifayətlənilməklə apelyasiya şikayətinin verilməməsi və pensiya təyinatının həyata keçirilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib bunun üçün Şahid6 cinayətdən xəbərsiz Şahid3 vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini 2017-ci ilin iyun-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla təkrarən istəyib, həmin tarixdə və yerdə Şahid3 maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla təkrarən alaraq şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid6 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı bir rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 629 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid6 26 il 10 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid6 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 6.372,36 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 6.372,36 manat (altı min üç yüz yetmiş iki manat otuz altı qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs1 əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa biləbilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini istəməklə alaraq təkrarən nüfuz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 övladları X12 və X9 görə həmin uşaqların atası Şahid11 24 noyabr 2017-ci il tarixli, 848 nömrəli qərara əsasən ailə başçısını itirməyə görə sosial müavinət təyin edildiyi halda Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 nömrəli sərəncamı ilə Süleyman Abdullayev və İbrahim Abdullayevin qəyyumluğuna verildiyi X33 xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərar əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edərək sonuncunun adına rəsmiləşdirilmiş plastik kart hesabına 5.081,71 manat (beş min səksən bir manat yetmiş bir qəpik) məbləğində pul vəsaitinin ödənilməsi və həmin miqdarda pul vəsaitinin sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərarla xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş X1, 26 iyul 2019-cu il tarixli, 189 nömrəli qərarla İİ dərəcə əlilliyə görə əmək pensiya təyin edilən vaxt müvafiq hesablanma zamanı təyinatı xx.xx.2016-cı il tarixdən hesablanılması ilə həmin dövrlərdə aldığı sosial müavinət məbləğinin tutulmasını həyata keçirməli olduğu halda bunu etməyərək nəticədə Kəmalə Əliyevanın adına rəsmiləşdirilmiş plastik kart hesabına 2.338 (iki min üç yüz otuz səkkiz manat) məbləğində pul vəsaitinin artıq ödənilməsini həyata keçirməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 elan olunan ittihamdan, ailə tərkibinin düzgün göstərilməməsi və ya ailə tərkibində dəyişikliyin baş verməsi ilə əlaqədar olan 3 ünvanlı sosial yardım işi, X25 681,03 manat, X10 2.075,92 manat, Şahid13 454,84 manat vəsaitin israf olunması epizodları ittihamdan xaric edilməli və ödənilmiş vəsaitlər maddi ziyan kimi qəbul edilməməlidir. Belə ki, qeyd olunan 3 ÜSY işi ƏƏSMN-nin yanında DSMF-nun Masallı rayon şöbəsinin Sosial Yardım və Müavinət sektorunun müdiri vəzifəsində işləmiş Şahid1 və qeyrilərinin Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.1, 313 və 314.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 1(050)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ittihamdan xaric edilməsi nəzərə alınmalıdır. Bundan başqa 1 sosial müavinət işi üzrə X22 2.318,51 manat artıq vəsait ödənilməsi epizodu üzrə ziyanın ƏƏSMN-nin yanında DSMF-nun Masallı rayon şöbəsinin Sosial Yardım və Müavinət sektorunun müdiri vəzifəsində işləmiş Şahid1 və qeyrilərinin Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.1, 313 və 314.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Masallı rayon məhkəməsinin 1(050)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə dövlət büdcəsinə ödətdirilməsi nəzərə alınmalı və hazırkı iş üzrə istintaq tərəfindən ittiham üzrə verilmiş ümumi israf edilmiş ziyandan çıxarılmalıdır. Bundan başqa Şahid6 və Şahid5 əmək pensiyalarının təyin edilməsi epizodları verilmiş ittiham tam əsaslı və qanuni oldugundan ittihamdan xaric edilməməli, lakin 2 pensiya işi üzrə Şahid6 tərəfindən ödənilmiş 6.372,36 manat, Şahid5 hesablanmış 7.928,74 manat məbləğində vəsait artıq ödənilmiş vəsait kimi qəbul edilməməli, Şahid6 tərəfindən ödənilmiş vəsait cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən tam şəkildə Şahid6 geri qaytarılmalı, Şahid5 hesablanmış 7.928,74 manat məbləğində vəsait artıq ödənilmiş vəsait hesab olunmamalıdır. Məhkəmə qeyd etmişdir ki, istintaq orqanı tərəfindən iş üzrə vurulmuş ziyan 75.407,43 manat müəyyən edilsə də, 3 ünvanlı sosial yardım işi üzrə, X25 681,03 manat, X10 2.075,92 manat, Şahid13 454,84 manat, 1 sosial müavinət işi üzrə X22 2.318,51 manat, 2 əmək pensiyası işi üzrə Şahid6 6.372,36 manat, Şahid5 7.928,74 manat ödənilmiş, cəmi 19.831,40 manat məbləğində pul vəsait artıq ödənilmiş, yəni israf edilmiş vəsait kimi nəzərə alınmamalıdır. Bununla da, məhkəmə iş üzrə vurulmuş ziyanın ümumi məbləğinin 55.576,03 manat olmasını müəyyən etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində tabeliyində Dövlət Sosial Müdafiə X61 şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının departament müdiri X47 və mütəxəssis Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib-qiymətləndirməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 75.407.,43 manat təşkil edir. Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddianı vurulmuş ziyan “artıqlaması ilə” ödənildiyi üçün rədd etmişdir. Belə ki iş üzrə Fonda vurulmuş ziyan ümumillikdə 75,407,43 manat təşkil edir ki, bu ziyanın 59.710,69 manat hissəsi vətəndaşlardan tutulmaqla istintaq dövründə ödənilmişdir. Məhkəmə X23, Şahid13 və X6 ünvanlı dövlət sosial yardımı işləri epizodlarını ittihamdan xaric edərək həmin epizodlar üzrə vurulmuş ziyanı, həmçinin X17 müavinət işi epizodu üzrə Şahid5 və Şahid6 pensiya işləri ilə bağlı epizodları ittihamdan xaric etmədən həmin epizodlar üzrə vurulmuş ziyan ümumillikdə 19.831,40 manat məbləği ümumi vurulmuş ziyandan (75.407,43 manat) çıxmaqla 55.576,03 manat real ziyan müəyyən etmiş, istintaq dövründə vətəndaşlardan tutulmuş 59.710,69 manat məbləğin müəyyən etdiyi real ziyandan çox olduğu üçün mülki iddianı ödənilmiş hesab edərək rədd etmişdir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış və dəqiq hesablamalar aparmadan ehtimallara əsaslanmaqla mülki iddianı rədd etmişdir Zərərçəkmiş şəxs apellyasiya şikayətlərində göstərilənlərə Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(050)-159/2023 saylı hökmünün ləğv edilməsini, zərərçəkmiş şəxs dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 11 iyul 2023cü il tarixli 3-17-1/12-153792Ə2023 nömrəli mülki iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb bildirdi ki, apellyasiya şikayəti təmin olunamalıdır. Lakin hal-hazırda dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş tərəf barışıq ərizəsi vermiş və şikayətləri yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs1 dəymiş ziyanın özünə düşən paya münasibətdə 25 faizini dövlət büdcəsinə ödəmiş və cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Ona görə də Masallı Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair hissəsində ləğv edilməli, cəza təyininə dair müddəalar hökmdən xaric olunmalı, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Hökm Təqsirləndirilən şəxs1 aid qalan hissədə, həmçinin Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə2 bildirdi ki, dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmişdir. Hal-hazırda maddi ziyanla bağlı tələbləri, şikayətləri yoxdur, və bununla bağlı barışıq ərizəsi verilmişdir. Qanuni qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs1 bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə vurulmuş ziyanın ümumi məbləğinin 55.576,03 manat olması müəyyən edilmiş, həmin məbləğ tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs2 ilə aralarında razılığa gəlmişlər ki, maddi ziyana bərabər paylarla məsuliyyət daşıyırlar. O, öz payına düşən 27788,015 manat maddi ziyanın 25 faizini, yəni 6950 manat pulu X4 hesabına ödəmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və cinayət məsuliyyətinən azad olunmasını xahiş etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə vurulmuş ziyanın ümumi məbləğinin 55.576,03 manat olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 ilə aralarında razılığa gəlmişlər ki, maddi ziyana bərabər paylarla məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin təmin olunmamasını və sonuncuya münasibətdə cinayət məsuliyyətindən azad olunmasına dair qərar qəbul edilməsinə etirazı yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». İş materiallarında olan Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X61 şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialın 16 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Fonda vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3744,29 manat məbləğində vəsait xx.xx.2024cü il tarixdə AZ40CTRE******************** nömrəli hesaba Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmiş və iş materiallarına əlavə edilmiş 13114 nömrəli qəbzlə ödəniş təsdiq olunmuşdur. Cinayət işi üzrə Fonda vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə təqsirləndirilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 17 may 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurduğu maddi ziyanın, yəni 55576,03 manatın 27788,015 manat hissəsinin 25 (iyirmi beş) faizini yəni, yəni 6950 manat pulu X4 hesabına ödəmişdir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir”. İsitnad olunan Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, qanunverici imperativ qayda müəyyənləşdirməklə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş halları şəxs barəsində cinayət təqibinin başlanılmamasına və ya başlanmış cinayət təqibinə xitam verilməsinə əsas verən hal kimi göstərməklə, bunu müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya məhkəmənin vəzifəsi olaraq təsbit etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.5-ci maddəsinin tələbinə görə, Cinayət Məcəlləsinin 72–73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə kollegiyası Qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ittiham hökmünə əsasən təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ümumi məbləği 55.576,03 manat təşkil edir. Bundan başqa təqsirləndirilən şəxslər qarşılıqlı razılaşma ilə maddi ziyana görə bərabər surətdə məsuliyyət daşıdıqlarını ifadə edirlər. Belə olan halda dəymiş ziyana görə onların hər birinin payı 27788,015 manat olması müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs1 maddi ziyanın 25 faizini, yəni 6950 manat pulu X4 hesabına ödəmişdir. Belə olan halda o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunmalı, Təqsirləndirilən şəxs2 münasibətdə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması hissəsində ləğv olunmalı, həmin maddələr üzrə cəza təyininə dair müddəalar hökmdən xaric olunmalı və onun barəsinə cinayət təqibinə xitam verilməli, hökm Təqsirləndirilən şəxs1 aid qalan hissədə, o cümlədən Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(050)-159/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv olunsun. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric olunsun. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri üzrə müəyyən edilmiş ittiham üzrə dəymiş maddi ziyanın tamamilə ödənilməsinə, zərərşəkmiş şəxslə barışmasına və məhkəmə tərəfindən müəyyən edilmiş pay üzrə 27788,015 manat maddi ziyanın 25 faizini, yəni 6950 manat məbləği X4 hesabına ödədiyinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən qeyd olunan maddələr üzrə verilmiş ittihama görə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(050)-159/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid qalan hissədə, o cümlədən Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Elçin Xasməmmədov Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar