Məhkəmə qərarları › İş №1(106)-169/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-169/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-169/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun vəkili X2, Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(099)-100/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(099)-100/2023 saylı hökmü ilə (sədrlik edən hakim Cəlil Nəbiyev) xx xxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsi, ev 39-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonunda yaşamış, barəsində 21 avqust 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1996-cı ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Həsənabad qəsəbəsi, Z.Məcidov küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 8, mənzil 31-də yaşamış, barəsində 21 avqust 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2,177.2.3, 177.2.4, 185.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2022-ci ildən hesablanmaqla cinayətlərin məcmusu qaydasında 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2022-ci ildən hesablanmaqla ona 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayının ortalarında qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin narkotik vasitə və psixotrop maddəni əldə etmələri üçün istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi "Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən, şəxsiyyəti məlum olmayan şəxslə danışaraq sonuncunun dediyi yerdən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlayıb daşıdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə satıb pulunu onunla böləcəkləri barədə sonuncu ilə razılaşmış, məlum olmayan tarixdə və vaxtda Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində yerləşən üzərində 52 sayı yazılmış işıq dirəyinin yanına qoyulmuş külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün qabaqcadan razılaşdığı Təqsirləndirilən şəxs1lə birlikdə həmin əraziyə gəlib içərisində iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olmaqla, ümumi təmiz çəkisi 2970 qram külli miqdarda narkotik vasitə heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla, ümumi təmiz çəkisi 1240 qram külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 835 qram külli miqdarda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin, iki ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla, ümumi təmiz çəkisi 5030 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd torbanı Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən uzaqlaşmaq istəyərkən bir neçə addım kənara daşımış, 19 avqust 2022-ci ildə, saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində hadisə yerində Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilib sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əldə etdikləri bir ədəd qara rəngli torbanın içərisindən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olmaqla, ümumi təmiz çəkisi 2970 qram külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla, ümumi təmiz çəkisi 1240 qram külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eyni olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 835 qram külli miqdarda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla, ümumi təmiz çəkisi 5030 qram külli miqdarda xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eyni olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 "Xan Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 02 may 2022-ci ildə saat 05 radələrində ünvan 1 ünvanında yerləşən MMC-nin ofisinin yanına gəlib, ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra ofisin plastik materialından olan qapısının açarını yerdən götürdüyü və məlum olmayan dəmir parçası ilə sındırmaqla binaya qanunsuz daxil olaraq oradan 600 manat dəyərində 500 GB həcmli, "Hikvision” markalı videomüşahidə kamerasının yaddaş kartınıaparatını, yardımçı otaqda olan masanın siyirməsini açıb oradan 300 manat nağd pulu oğurlamış, yəni gizli olaraq talamış, siyirmədə avtomobilə məxsus açarların olduğunu görüb qeydiyyat şəhadətnaməsi ilə "Azərmaş Alyans” MMC-nin mülkiyyətində olan "Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili oğurlamaq qərarına gəlmiş, açarları siyirmədən götürüb daxil olduğu qapıdan çıxdıqdan sonra ofisin həyətində dayanmış vəziyyətdə olan "Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq ofisdən götürdüyü açarla işə salıb kirayə yaşadığı ünvan 2 ünvanına gətirib orada avtomobilin arxa və ön qeydiyat nömrə nişanlarını açıb yük yerində gizlətməklə iki gün müddətində yaşadığı ünvanda saxlayıb ələ keçirməklə həmin avtomobilin tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq götürülməsindən və bu əmlakın özünün xeyrinə yönəldilməsindən ibarət hərəkətlər edərək, qeydiyyat şəhadətnaməsi ilə "Azərmaş Alyans” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat dəyərində 2020-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 63702 km yürüşlü, mühərrik həcmi 1485 sm3 XWBTF69V9LA050124 ban nömrəli, "Ravon Nexia r3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili və "Xan Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə 900 manat dəyərində əmlakı gizli talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi2 apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində olan hökmlə razılaşmır. Belə ki, təqsirləndirilən şəxslərə qarşı verilmiş ittihamın son dərəcədə saxta və uydurma olduğu birinci instansiya məhkəməsinin məhkəmə araşdırmasında açıq-aşkar üzə çıxdığı halda məhkəmə onun bu halların üzə çıxarılmasına yönəlmiş vəsatətlərini təmin ediİməmişdir. Məhkəmə 06 noyabr 2021-cü ii tarixli məhkəmə çıxışları mərhələsinə qətiyyən hazırlanmamış, cinayət işi üzrə, işdə olan sənədləri ümumiyyətlə elan etmədən, müdafiə tərəfinin buna qəti etirazlarına baxmayaraq sədrlik edən hakim məhkəmə tərkibinə daxil olan digər hakimlərin dəstəyi ilə tələm-tələsik olaraq məhkəmə istintaqının bitməsini və məhkəmə çıxışlarına keçirilməsini elan etmiş və bununla da açıq-aşkar özünün hazırki işin nəticəsində birbaşa subyektiv marağının olmasını nümayiş etdirmişdir. Qeyd edir ki, məhkəmə tərkibinə sədrlik edənin qanunsuz davranışlarına bütünlüklə açıq- aşkar dəstəyini nümayiş etdirən məhkəmə tərkibi aşağıdakı kobud qanun pozuntularına yol vermişdir. Birincisi Müdafiəçi2 onun təqsirləndirilən şəxsə keyfiyyətli hüquqi yardım göstərilməsinin, təqsirləndirilən şəxsin ədalətli və açıq məhkəmə araşdırması hüququnun və digər insan hüquq və azadlıqlarının müdafiə edilməsinin qarşısını Babayevə qarşı nümayişyanə hörmətsiz davranışları və onun ünvanına aşağılayıcı ifadələri və fikirləri, ona qarşı səsini ucaltmağı, ona qarşı “sən” deyə müraciət etməsi, “otur yerinə”, “sus”, “danışma”, “tez elə” kimi müraciətlər etməsi, müdafiəçinin vəsatətlərini səsləndirməyə və əsaslandırmağa belə imkan verməmişdir. İkincisi - Qeyd edir ki, cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd etməklə bərabər, həmçinin, müdafiə tərəfinin məhkəməyə verdiyi əsaslı vəsatətlərinə münasibətdə özünün qəbul etdiyi qərarları əslandırılmamış və həmin qərarlarda müdafiə tərəfinin dəlillərinə verildiyi qiyməti qeyd etməmişdir. Hazırkı' apellyasiya şikayəti üzrə məhkəmə araşdırmasının TAM MƏHKƏMƏ İSTİNTAQİ KEÇİRİLMƏKLƏ APARİLMASİNİ və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmasından imtina edilmiş, həmçinin qüvvədə olan qanunvericiliyimizin tələblərinə uyğun şəkildə araşdırılmamış hazırkı işin hallarının, toplanmasında birinci instansiya məhkəməsi tərəfindən imtina edilmiş sübutların toplanması və tədqiq edilməsi, həmçinin, müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiq edilməsi ilə keçirilməsini xahiş edir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30.11,2023-ci il tarixli, 1(099)-100/2023 saylı hökmünü çıxarmış birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, həmin məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini, məhkəmə tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini, həmçinin, yuxarıda göstərilən digər halları nəzərə alaraq və AR CPM-in 381-407-ci addələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasından Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30.11,2023-ci il tarixli, 1(099)-100/2023 saylı hökmünün ləgv edilməsini, Təqsirləndirilən şəxs2 tərəfindən hər-hansı cinayət əməli törədilmədiyindən, həmçinin, baş vermiş cinayət hadisəsinə aidiyyəti və təqsirliliyi sübuta yetirilmədiyindən, onun, aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsini və ona məhkəmənin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə.işdə olan faktiki halları tam araşdırmadan ona ağır cəza təyin etmişdir. Onun bu işlə heç bir əlaqəsi yoxdur. Aqşin qonşusu olduğundan ondan ona yol yoldaşı olmağı təklif etmişdir. Ancaq hansı məqsədlə və hara getməsi barədə ona heç nə deməmişdir. O bunu məhkəmədə etiraf etmişdir. İbtidai istintaq zamanı ifadəsini fiziki təzyiq altında verib . İzahat və ifadələri polis əməkdaşlarının sözləri ilə yazılıb və ona imza etdirilib. Himayəsində bir azyaşlı uşağı var. Ailəsinə ondan başqa qazanc gətirən yoxdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(099)-100/2023 saylı hökmünün ona aid olan hissədə ləğv edilməsini günahsız olmasını nəzərə alaraq ona münasibətdə cinayət işinə xitam verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin tövsifinin və onlara təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edildiyini göstərərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vəkili çıxışında Təqsirləndirilən şəxs2 Fədail oğlunun barəsində verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 vəkili çıxışında məhkəmə Təqsirləndirilən şəxs1 barəsində verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ona bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş əməlinin tövsifini həmin maddələrdən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə, Təqsirləndirilən şəxs1 əməlinin isə Azərbaycan Respublikası CM-in 177.2.2,177.2.3, 177.2.4, 185.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 177.2.2,177.2.3, 177.2.4, 185.1, 234.4.1 və 234.4.3-cü maddələrinə dəyişdirməsi düzgün olmuşdur. Onların qeyd edilən cinayətləri törətmələri onların özlərinin istintaq zamanı verdikləri etiraf edici ifadələri, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, X6, Şahid2, X7 və Şahid3 oğlunun ifadələri, və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin istintaqında Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılmazdan 2 gün öncə iran vətəndaşı olan adını Mənsur kimi bildiyi şəxs ona vatsap vasitəsilə zəng edərək narkotik vasitələrin satışı ilə məşğul olmasını təklif etsə də bundan imtina etmiş, sonradan Mənsur adlı şəxs ona şəxsi istifadəsi üçün narkotik vasitə göndərəcəyini demiş, sonuncuya Cəlilabad rayonuna gedəcəyini demiş, Mənsur şəxsi istifadəsi üçün göndərəcəyi narkotik vasitəni 52 saylı nişanın yanına qoyduracağını demiş, 19 avqust 2022-ci ildə səhərə yaxın tanışı Fədaillə həmkəndlisi, eləcə də birgə məhkumluq həyatı yaşadığı dostu Mahirin onları qonaq çağırması ilə bağlı Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Lökbatan dairəsindən taksiyə minərək Cəlilabad rayonu Ocaqlı kəndinə getmiş, yolda iranlı ilə vatsap vasitəsiə danışmış, 52 saylı nişanın yanına çatdıqda Fədailə düşüb həmin yerə baxmasını demiş, sonucu maşından düşməmiş 10 nəfər mülki geyimli polis əməkdaşları onları əhatəyə alıb saxlayaraq polis şöbəsinə aparmış, şöbədə videoçəkiliş aparılmaqla aşkar olunmuş 10 kiloqram narkotik vasitəyə baxış keçirilmiş, polis əməkdaşları onları 19 avqust 2022-ci ildə saxladıqdan sonra, günorta saatlarında şöbəyə aparmış, şöbədə MSY-nin jurnalına adları qeyd olunmamış, 18-19 avqust 2022-c il tarixlərdə heç kimə zəng etməmiş, yalnız səhər saatlarında Bakı şəhərindən çıxarkən dostu Mahirə zəng edərək yola düşqdüyünü bildirmiş, saxlanıldıqdan bir gün sonra üzərinə baxış keçirilmişdir. Cəlilabad rayonuna getməkdə məqsədi həmkəndlisi və birgə məhkumluq həyatı yaşadığı Mahirin onları qonaq dəvət etməsi olmuş, 10 kiloqram narkotik vasitədən məlumatı olmamış, Fədailin narkotik vasitə götürməsini görməmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməli barəsində ətraflı ifadələr vermiş və ifadəsində göstərmişdir ki, 19 avqust 2022-ci ildə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1lə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Lökbatan dairəsi adlanan yerdən taksiyə minərək Cəlilabad rayonu istiqamətində yola düşmüş, Salyan rayonu ərazisinə az qalmış iran vətəndaşı Mənsur ona vatsap vasitəsilə zəng etmiş, sonuncuya Cəlilabad rayonuna getdiyini demiş, Mənsur onun üçün Cəlilabad rayonuna 10-15 paket narkotik vasitə qoyduracağını bildirmiş, sonuncu ilə razılaşmış, paketlərin hər birinin bir istifadəlik kimi başa düşmüş, yolda narkotik vasitə barəsində tanışı Fədailə demiş, Cəlilabad rayonu Ocaqlı kəndi ərazisinə çatmış, Fədaillə birlikdə kənd ərazisində piyada gəzməyə başlamış, Mənsurun dediyi kimi dirəyə yazılmış 52 saylı nişana yaxınlaşmış, Fədail ətrafı axtarmış, az keçmiş orada bir ədəd qara rəngli yekə torbanın olduğunu bildirmiş, sonuncu torbanı götürüb onun yanına gəlmiş, həmin vaxt 4 nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə üzərlərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərlənindən qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, şifahi sorğu zamanı iran vətəndaşı Mənsur adlı şəxsin narkotik vasitə göndərdiyini, bu barədə yolda gələn zaman tanışı Təqsirləndirilən şəxs1 bildirdiyini, Fədailin onunla razılaşdıqdan sonra birlikdə narkotik vasitələri götürməyə getdiklərini, narkotik vasitəni Fədail götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 185.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilərək Təqsirləndirilən şəxs2lə eyni məzmunlu ifadə verərək ifadəsində əlavə olaraq göstərmişdir ki, qeyd olunan çəkidə narkotik vasitədən xəbəri olmamış, yalnız yolda olarkən Salyan rayonu ərazisinə çatdıqda Təqsirləndirilən şəxs2 Cəliliabad rayonu ərazsində şəxsi istifadəsi üçün haradansa 2 qram narkotik vasitə götürəcəyini bilmiş, polis əməkdaşları qeyd olunan narkotik vasitəni saxlanıldıqdan 3 gün sonra onlara göstərmiş, Akşinlə bir yerdə narkotik vasitə qəbul etməmiş, narkotik vasitənin olduğu yeri bilməmiş, Cəlilabad rayonuna qonaq çağırıldığı üçün getmişdir. 12 mart 2022ci ildə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhərində yerləşən "Xan Taksi” MMCdən müqavilə əsasında gündəlik 25 manat ödəniş etmək şərtilə "Xəzər Lada” markalı **- PF-*** nömrə nişanlı avtomaşın götürmüş, sonucu dəfə avtomobili ofisdən götürərkən oradan videokamera götürmüş, həmin videokameranı istintaq zamanı qaytarmışdır. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməli barəsində Təqsirləndirilən şəxs2lə eyni məzmunlu ətraflı ifadələr vermiş və ifadəsində əlavə olaraq göstərmişdir ki, narkotik vasitədən yalnız Salyan rayonu ərazisinə çatdıqda məlumatı olmuş, bu işə Akşinlə aralarında olan yoldaşlıq münasibətinə görə razılaşmışdır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün "Xan Taksi” MMCdən müqavilə əsasında günü 25 manat müqabilində götürmüş olduğu "Xəzər Lada” markalı **-PF-*** nömrə nişanlı avtomaşında nasazlıq olduğundan son bir həftənin kirayə pulunu ödəyə bilməmiş, ofisin Əlizamin adlı əməkdaşı ona zəng edərək özünün ofisin texniki problemlərinə məsul olduğunu deyərək maşını ofisə gətirməsini demiş, sonuncu ilə razılaşaraq avtomobili "Xan Taksi” MMC-nin ofisinə aparmış, bir neçə nəfər əllərində mobil telefon ilə videoçəkiliş apararaq avtomaşını ondan almış, Əlizaminə əvvəlcədən ödəmiş olduğu 500 manat depozit pulu verməsini tələb etdikdə sonuncu həmin pula maşını təmir etdirəcəyini bildirərək pulu verməkdən imtina etmiş, 2 may 2022-ci ildə saat 05 radələrində "Xan Taksi” MMC-nin ofisinə gedərək ofisin bayır tərəfdən olan plastik qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə sındırmış, içəriyə daxil olaraq masanın siyirməsindən "Ravon Nexia” markalı **-PH-*** nömrə nişanlı avtomaşının açarlarını eləcə də müdiriyyətin otağına keçərək pəncərinin yanından videomüşahidə kamerasının yaddaş blokunu oğurlamış, yaddaş blokunu oğurlamaqda məqsədi videoçəkilişin silinməsi olmuş, maşına əyləşərək birbaşa kirayə yaşadığı binanın qarşısında gələrək avtomobili orada saxlamışdır. İş materiallarında olan kompleks məhkəmə- kimyəvi və məhkəmə - bioloji ekspertizasının 20 avqust 2022-ci il tarixli, 19/866 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr” sözlər və imzalar olan kisədəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olmaqla ümumi təmiz çəkisi 2970 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla ümumi təmiz çəkisi 1240 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd bağlamada təmiz çəkisi 835 qram olan ağ rəngli kristalşəkilli maddə metamfetamindir, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla ümumi təmiz çəkisi 5030 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə birbirləri ilə eynidirlər. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 2268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 əqli intellektual imkanları normaya uyğundur. Eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 2269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli intellektual imkanları normaya uyğundur. Ünsiyyətçilik, emosional sabitlik, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14.11 2022-ci il tarixli 19/1140 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2020-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 63702 km yürüşlü, mühərrik həcmi 1485 sm3 XWBTF69V9LA050124 ban nömrəli, “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 15000,0 manat müəyyən edilir. Təqdim edilməyən “Hikvision” markalı, 500 GB həcmli videomüşahidə kamerasının yaddaş aparatının 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 80,00 manat müəyyən edilir. İş materiallarında olan Cəlilabad rayon Mərkəzi xəstəxanası X15 08 sentyabr 2022-ci il tarixli, PHŞ/6-32-2-2022-236 saylı məktubundan görünür ki, Qəniyev X5 RMX-nın polikinika şöbəsinin narkoloji və psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan Neftçala rayon Mərkəzi xəstəxanası X15 14 sentyabr 2022-ci il tarixli, PHŞ/6-63-2-2022-184 saylı məktubundan görünür ki, Qəniyev X8 RMX-nın polikinika şöbəsinin narkoloji və psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 855 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 857 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, F.TQəniyev bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 2 may 2022-ci ildə saat 05 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən "Xan Taksi” MMC-nin ofisinin bayır tərəfdən olan plastik qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə açmaqla qanunsuz olaraq binaya daxil olub oradan müdiriyyətin otağına keçərək pəncərinin yanından videomüşahidə kamerasının yaddaş blokunu masanın üzərindən açarları götürərək bayırda dayanmış vəziyyətdə olan "Ravon Nexia” markalı **-PH-*** nömrə nişanlı avtomaşını gizli olaraq taladığı yeri əyani göstərmişdir. İş materiallarında olan Giriş-çıxış və qeydiyyat” İAMAS-ın sərhədkeçmə altsistemi üzrə olan hesabatdan görünür kui, Təqsirləndirilən şəxs1 07 sentyabr 2019-cu ildə, saat 07:58:13-də Qırmızı Körpü DSBM-dən Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçib Gürcüstan Respublikasına getmiş, 09 sentyabr 2022-ci ildə, saat 02:40:12-də Qırmızı Körpü DSBM-dən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçməmişdir. İş materiallarında olan əməliyyat tapşrşığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etdikləri şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Mənsur adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan "baxış keçirilməsi haqqında” 02 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən "Xan Taksi” MMC-nin ofisidir. Bu barədə müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan "avtomobilə baxış keçirilməsi haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, "Xan Taksi” MMC-nin ofisindən gizli yolla oğurlanmış "X18 R3” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 5 ünvanda aşkar edilmişir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 5(073)-181/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında İ9 avqust 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2969,8 qram narkotik vasitə heroin, qalıq çəkisi 1239,8 qram narkotik vasitə tiryək, qalıq çəkisi 5029,9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 834,9 qram psixotrop maddə metamfetamin Cəlilabad rayon polis şöbəsində saxlanılır. Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərindən götürülmüş qızılı rəngli "Samsung J2” markalı **********44881 və **********44888 imei kodlu mobil telefon aparatı, eləcə də Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərindən götürülmüş "Samsunq” markalı mobil telefon Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan qərardan və qəbzdən görünür ki, "X18 R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmiş hüquqi şəxsə qaytarılmışdır. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara şamil edilən əməlləri törətmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sellofan torbadan aşkar olunan narkotik vasitələr və psixotrop maddələrin onlara məxsus olmaması, narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən tutulandan bir gün sonra onlara göstərilməsi, qeyd olunanların polis əməkdaşları tərəfindən üzərlərinə qoyulması ilə bağlı göstərdikləri xüsusatlar ibtidai istintaq zamanı özlərinin şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici izatat və ifadələri ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barələrində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən təhqiqatçının suallarına cavab olaraq «bu barədə yol gələrkən Akşinin telefonda iranlı ilə danışarkən bildim» deməsinə müdafiəçisi «nə barədə bildin» sualına təqsirləndirilən şəxs ayağının yanında, içində narkotik vasitələr və psixotrop maddələr olan qara sellofan torbanı göstərərək - narkotik barədə yol gələrkən bildim deyərək cinayət hadiəsini etiraf edir, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətlərində məhkum edilmiş şəxslərdən istintaq zamanı fiziki və psixi zorakılıq yolu ilə etirafedici ifadələrin alınmasına, onların saxlanıldıqdan xeyli müddət sonra şəxsi axtarışının aparılmasına, onların məhkəmədə verdikləri ifadələrinə qiymət verilməməsinə istinad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki işdə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək onların istintaq zamanı verdiyi ifadələrinin işdə olan həmin sübutlara uyğun olmasını müəyyən edərək düzgün olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürmüşdür. Başqa bir tərəfdən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 25-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərkən istintaq zamanı verdikləri ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alındığını göstərsələr də onlar ibtidai araşdırma zamanı məruz qaldıqları hallar barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Başqa bir tərəfdən onların istintaq zamanı verdikləri ifadələr işdə olan digər sübutlarla da üst üstə düşür və onları tamamlayır. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə çağırılaraq dindirilmiş, Təqsirləndirilən şəxs2 öz ifadəsində onları Cəlilabad rayonuna evinə qonaq çağıran şəxs kimi göstərdiyi, keçmişdə birlikdə məhkumluq həyatı yaşadığı Cəlilabad rayonu Ocaqlı kənd sakini X12 şahid qismində dindirilmişdir. Şahid Mahir Rzayev ifadəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə məhbus həyatı yaşadığını, azadlığa çıxdıqdan sonra münasibət saxladıqlarını, Akşinin hətta onun toyuna gəldiyini, ailə üzvlərini tanıdığını Akşinin tutulduğu gün onlara gəlməli olduğunu təstiq etsə də, Təqsirləndirilən şəxs2 onun tərəfindən dəvət edilməyib onlara öz təşəbbüsü ilə qonaq gəldiyini bildirmişdir. Müdafiə tərəfinin Mahir Rzayevin şahid kimi ifadəsinin alınmasında məqsədi onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayətə təhrik etmək məqsədinin, yaxud onların cinayət törətmək niyyətinin olması barədə polisə məlumat verməsi halının olubolmamasını aydınlaşdırmaq olduğundan ona bu yöndə suallar verilmişdir. Şahid ona verilmiş, “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində bildiriblər ki, onlar narkotik vasitə olan torbanı götürməmiş polis əməkdaşları onları saxlayıblar. Onların Cəlilabada gəlməsindən Sizdən başqa heç kimin məlumatı olmamışdır. Bu barədə nə deyə bilərsiniz” sulaına cavab olaraq göstərmişdir ki, onun Akşinin Cəlilabada nə məqsədlə gəlməsindən məlumatı olmamışdır. O telefonla danışarkən Akşindən Cəlilabada nə məqsədlə gəlməsini soruşarkən o “gəlib atanla bir stəkan çay içmək istəyirəm” deyə cavab vermişdir. Beləliklə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələri barədə hökm çıxararkən səhv etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi də işin hallarına, əməlin xarakterinə və ictima təhlükəliliyinə, onların şəxsiyyətinə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələrin növünə və miqdarına uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(099)-100/2023 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı onlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddində çəkməsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin olunmaması barədə rəyini, müdafiəçilərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(099)-100/2023 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(099)-100/2023 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar