Məhkəmə qərarları › İş №1(106)-18/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-18/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-18/2023 06.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X11 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X11 şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmündən dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmü ilə (sədrlik edən hakim Oruc Cəlilov, hakimlər Xamməd Nuriyev və Əli Əliyev) xx xxxxxxx 1990-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatında olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3, 264 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələri tətbiq edilərək təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 avqust 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi, Təqsirləndirilən şəxs cəza çəkərkən narkomaniyadan (toksikomaniyadan) məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmündən dövlət ittihamçısı Valeh Şabanov tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi, habelə yol-nəqliyyat hadisəsi yerindən qaçma, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, özünə məlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda-46,786 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda-2,124 qram narkotik vasitə olan heroin və 12,08 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlamış, daşımış və həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə və bir ədəd kibrit qutusuna qablaşdırıb üzərində və idarə etdiyi VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Hacıqabul- Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində yolun sağ çiynində tanışı X12 ilə görüşüb bir ədəd kibrit qutusunda qablaşdırılmış 5,80 qram narkotik vasitə olan qurudulmuş marixuananı Eynur Hüseynova 50 (əlli) manata satdıqdan sonra, həmin yerə yaxınlaşan mülki geyimli şəxslərin polis əməkdaşları olmasını bilib idarə etdiyi avtomobillə həmin yerdən Hacıqabul-Mincivan magistral yolu ilə uzaqlaşarkən qeyd edilən asfalt yolun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub, psixotrop maddə olan metamfetamin istifadə etməsi nəticəsində sərxoş halda hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda həmin tədbirləri görməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması ”yol nişanı ilə 50 km/saat sürətlə məhdudlaşdırılmış) həmin qaydalara əməl etməyərək yolu sağdan sola keçən piyada X26 yolun sağ çiynindən 2,5 metr məsafədə avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurduqdan sonra idarə etdiyi VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa istiqamətlənib yolun sağ çiynində dayanmış piyada X27 avtomobilin sağ yan tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə X44 çanaq və hər iki bud sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş, çoxsaylı qəlpələnmiş, xətti açıq sınıqları, ənsə, sol said, sol əl pəncəsi və bud-çanaq oynağı nahiyələrinin əzilmiş yaraları xəsarətləri ilə xarakterizə edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan çanaq və hər iki bud sümüyünün çoxsaylı sınıqları səbəbindən törənmiş ağır travmatik şokdan yol-nəqliyyat hadisəsi yerində ölmüş, X9 təpə-gicgah nahiyəsində çapıq, sağ körpücük sümüyündə sınıq, sol dirsək oynağı nahiyəsində isə sıyrıqlarla xarakterizə edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən avtomobili yolun sağ çiynində qoyub yol-nəqliyyat hadisəsi yerindən qaçmış, daha sonra Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 19 radələrində Füzuli rayonunun Arayatılı kəndinin ərazisində tutulub üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd salfet bükümdə 2,879 qram psixotrop maddə olan metamfetamin, habelə yol-nəqliyyat hadisəsi yerində qoyub qaçdığı VAZ 21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ ayaqaltı rezin döşəkçənin altından bir ədəd salfet bükümdə 43,44 qram psixotrop maddə olan metamfetamin, bir ədəd polietilen bükümdə 0,464 qram psixotrop maddə olan metamfetamin olmaqla cəmi 43,907 qram psixotrop maddə olan metamfetamin, bir ədəd salfet bükümdə 2,124 qram narkotik vasitə olan heroin və bir ədəd salfet bükümdə 6,28 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN və PROTESTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264, 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetmədiyinə görə Təqsirləndirilən şəxs bəraət verilməsini, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, «cinayət işinin materialları və məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Füzuli RPŞ-nin DYPŞ-nin əməkdaşı polis inspektoru Paşa Muxtarov heç bir qanuni əsas olmadan, müdafiəçisi olduğum Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili 8-10 km məsafədə təqib etmiş və polisin bu qanunsuz əməli nəticəsində baş vermiş yolnəqliyyat hadisəsində 1 nəfər həyatını itirmiş, 1 nəfər isə xəsarət almışdır. Polis əməkdaşları öz qanunsuz fəaliyyətlərini pərdələmək üçün, təqsirləndirilən şəxs avtomobilini tərk etdikdən sonra onun avtomobilinə narkotik vasitə yerləşdirmişlər. Yol nəqliyyat hadisəsinin baş verdiyi yerin yaxınlığında olan ticarət obyektinin təhlükəsizlik kamerasının iş materiallarında olan görüntülərindən də aydın görünür ki, hadisə baş verdiyi vaxt biri Mercedes, digəri isə Ford markalı olmaqla 2 ədəd DYP maşını təqsirləndirilən şəxsin idarə etdiyi avtomoili təqib edir, hadisə baş verdikdən dərhal sonra Təqsirləndirilən şəxs öv avtomobilini tərk edərək xəsarət alan şəxslərə yaxınlaşır. Lakin təhlükəsizlik kameralarının yaddaşının bundan sonra baş verən hissəsi polis əməkdaşları tərəfindən ticarət obyektindən götürülsə də qəsdlə və bilə-bilə itirilir və ya silinməklə yoxa çıxarılır və cinayət işinin materiallarına əlavə edilmir. Məqsəd isə, yuxarıda da qeyd etdiyim kimi polisin öz qanunsuz əməllərini pərdələmək olur. Məhz kamera görütülərinin silinən hissəsində polis əməkdaşlarının təqsirləndirilən şəxs olan müdafiəçisi olduğum Təqsirləndirilən şəxs məxsus avtomobilə narkoltik vasitələrin necə yerləşdirildiyi əks etdirilirdi. Kamera görüntülərinin bu hissəsinin isə cinayət işinin materiallarında saxlanılması polis əməkdaşlarının qanunsuz əməllərinin aşkar edilməsi ilə nəticələnə bilərdi. Bundan başqa, iş materiallarıdan da göründüyü kimi, yol nəqliyyat hadisəsi 01 avqust 2021ci il saat 17 radələrində baş vermiş, Təqsirləndirilən şəxs hadisə yerində həlak olmuş şəxsin qohumlarının ona zərər yetirəcəklərindən ehtiyat edərək oradan uzaqlaşmış və saat 18 radələrində Füzuli RPŞ-yə gedərək könüllü təslim olmuşdur. Bundan sonra, yəni saat 19 radələrində polis əməkdaşları təqsirləndirilən şəxsin iştirakı olmadan hadisə yerinə gedərək baxış keçirmiş, bu baxışı rəsmiləşdirməmişlər. Hər kəsə məlum olduğu kimi, təqvim ilinin 01 avqust tarixinin hava qaralma vaxtı təxminən saat 20:30 radələrinə təsadüf edir. Yəni, təqsirləndirilən şəxsin Polis Şöbəsində olma vaxtı ilə havanın qaralması vaxtınadək 2,5 saat müddət olmasına baxmayaraq, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan da göründüyü kimi, hadisə yerinə günün qaranlıq hissəsinə təsadüf edən saat 22:10-da baxış keçirilmişdir. Məqsəd isə, narkotik vasitələrin təqsirləndirilən şəxsin avtomobilinə rahat yerləşdirilməsi olmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.2-ci maddəsinə əsasən, "Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır". İstintaq orqanı tərəfindən CPM-nin qeyd edilən maddəsinin tələblərinin qəsdən pozulduğu da, bunun səbəbləri də yuxarıda göstərilənlərdən bəlli olur. İş materiallarında olan, müdafiəçisi olduğum Təqsirləndirilən şəxs saxlanılması haqqında olan "əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə" 01 avqust 2021-ci il tarixli qərar da tamamilə qanunsuz və əsassız olmuş, qərarın qanuniliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Belə ki, qərarda əməliyyat axtarış qrupunun tərkibi və rəhbəri qeyd edilməmişdir. Məhkəmə iclasında dindirilmiş polis əməkdaşları X13 və digəriləri öz ifadələrində bildirmişlər ki, DYP əməkdaşları əməliyyat axtarış qrupunun tərkibinə daxil edilməyiblər və əməliyyat axtarış tədbirlərində iştirak etməyiblər. Lakin həm Təqsirləndirilən şəxs, həm də məhkəmə iclasında dindirilmiş şahidlər X12, X29 və X30 öz idafələrində bildirdilər ki, DYP əməkdaşları əməliyyat axtarış tədbirlərində iştirak etmişlər, hətta onları Füzuli RPŞ yə də məhz DYP əməkdaşları öz xidməti avtomobillərində aparmışlar. X1 məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Lakin məhkəmə hökmünü rəsmi qaydada aldıqdan sonra hökmlə tanış olarkən bizə məlum oldu ki, guya şahid Eynur Hüseynov məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında verdiyi ifadəsini təsdiqləmədiyini, həmin ifadəni təqsirləndirilən şəxsin qohumlarının təzyiqi altında verdiyini, əslində isə Təqsirləndirilən şəxs narkotik vasitəni 50 manata aldığını qeyd etmişdir. Əvvəla, şahid Eynur Hüseynov məhkəmə iclasında ifadə verərkən heç bir təzyiq altında olmamışdır. İkincisi, şahidin məhkəməyə ünvanladığı ərizədə, ona qarşı edilən təzyiqin nədən ibarət olduğu və bu təzyiqlərin hansı formada aradan qaldırıldığı göstərilməyib və əsaslandırılmayıb. Üçüncüsü, məhkəmənin, məhkəmə iclasında canlı olaraq sərbəst ifadə verən bir şahidin həmin ifadəsinə deyil, məhkəmə iclasında iştirak etmədən yazılı ərizədə göstərdiklərinə inanması və bu ərizəni daha mötəbər hesab etməsi başa düşülən deyil və tamamilə əsassızdır. Dördüncüsü isə, şahid Eynur Hüseynovun həmin ərizəsi məhkəmə iclasında sədrlik edən tərəfindən elan edilməmiş və orada yazılanlar tərəflərin iştirakı ilə iş materiallarına münasibətdə müzakirə edilməmişdir. Müdafiəçisi olduğum Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi də iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsə həmin maddə ilə ittiham elan etmək üçün məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli heç bir əsası olmayan rəyinə istinad edərək, belə qənaətə gəlmişdir ki, guya Təqsirləndirilən şəxs hadisə vaxtı nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Ekspert rəyinin nəticə hissəsindən də aydın olur ki, ekspert onun qarşısına qoyulmuş suallara tam dolğun və aydın cavab verə bilməmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi haqqında: qərarda ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: "Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti, narkotik va psixatrop maddə varmı, əgər varsa hadisə zamanı o, hansı sərxoşluq dərəcəsində olmuşdur?". Ekspert isə öz rəyinin nəticə hissəsində göstərmişdir: "Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində fenilalkinamin qrupuna aid olan metamfetamin aşkar edildi". Lakin ekspert müstəntiqin qərarında olan digər suallara, xüsusilə də "hadisə zamanı hansı sərxoşluq dərəcəsində olmuşdur?" sualına heç bir cavab verməmişdir. Halbuki, təqsirləndirilən şəxsin hadisə zamanı sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün məhz həmin suala cavab verilməsi xüsusilə zəruri olmuşdur. Çünki, ittihamın əsaslarından biri də Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş halda olmasıdır. Rəyi vermiş ekspertin məhkəmə iclasına çağırılaraq dindirilməsi barədə verdiyim vəsatət məhkəmə tərəfindən əsaslı hesab edilərək təmin olunsa da, ekspert məhkəmənin çağırışına gəlməmişdir. Halbuki, ekspertin məhkəmə iclasında dindirilməsi iş üzrə obyektiv araşdırma aparılması və düzgün nəticəyə gəlinməsi üçün zəruri olmuşdur. Məhkəmə isə, ən azından, məhkəmənin çağırışına gəlməkdən imtina etdiyinə görə ekspertin məhkəmə iclasına məcburi şəkildə gətirilməsi məqsədi ilə heç bir tədbir görməmiş və rəyin əlavə yoxlanılmasını təmin etmədən, qanunsuz və əsassız ittiham hökmü çıxarmışdır. Çünki, tibb elmi tərəfindən təsdiq edilmişdir ki, şəxs tərəfindən qəbul edilmiş narkotik və ya psixotrop maddələr insan qanında 6 ayadək qala bilir. İndiki halda, Təqsirləndirilən şəxs qanında metamfetaminin aşkar edilməsi, heç də onun hadisə baş verdiyi vaxt sərxoş vəziyyətdə olduğu anlamına gəlmir. Təqsirləndirilən şəxs hadisə baş verməzdən bir neçə ay və ya bir neçə gün əvvəl metamfetamin qəbul etməsi, hətta bu, cinayət hesab edilsə belə, onun hadisə baş verdiyi vaxt nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmamış, öz bitərəfliyini qorumamışdır. Yalnız ittiham tərəfinin təqdim etdiyi sübutları mötəbər hesab etməklə, qanunsuz hökm qəbul etmişdir. Belə ki, ittiham tərəfinin təqdim etdiyi şahidlərdən əməliyyata birbaşa rəhbərlik etmiş Füzuli RPŞ-in rəis müavini X16 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, lakin ittiham aktı məhkəməyə təqdim edilərkən onun adı şahidlər siyahısına əlavə edilməmişdir. X6 məhəkəmə iclasında şahid qismində dindirilməsi barədə vəsatətim məhkəmə tərəfindən əsaslı hesab edilərək təmin olunsa da, onun məhəkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən hər hansı qanuni tədbirlər görülməmişdir. Məhkəmə iclasında verdiyim "əlavə şahidlərin məhkəmə iclasına çağırılaraq dindirilməsi" barədə vəsatətimi məhkəmə heç bir əsas götürmədən rədd etmişdir. Halbuki, həmin şahidlər məhkəmə iclasıda dindirilsəydi, polis əməkdaşlarının hadisə baş verdiyi gün saat 19 radələrində Təqsirləndirilən şəxs iştirakı olmadan hadisə yerinə, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirdikləri sübuta yetiriləcəkdi.» Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmündən dövlət ittihamçısı Valeh Şabanov apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünün ona həmin maddələr üzrə, eləcə də cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzasının həddinə münasibətdə daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onlar tərəfindən törədilən CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayətin obyektinin yol hərəkətinin və ya nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyi qaydaları, əlavə obyektini insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olmasını, CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlər olmasını eləcə də, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla, birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin ağır, CM-in 264cü maddəsində nəzərdə tutulmuş cinayətin isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə heroinin çəkisinin 2,124 qram, psixotrop maddə metamfetaminin çəkisinin 46.786 qram, qurudulmuş marixuananın çəkisinin 12.08 qram olmaqla, qurudulmuş marixuananın 5,80 qram hissəsinin faktiki olaraq satışının hayata keçirilməsini, satış məqsədilə əldə olunmuş narkotik vasitənin 2 növdə, psixotrop maddənin 1 növdə, ümumilikdə 3 növdə olmasını, bu halların öz-özlüyündə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədilə əldə edilmiş heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan 1 dəfədən, şəxsi istehlak miqdarından isə 14 dəfədən çox olmasını, satış məqsədilə əldə olunmuş metamfetaminin həmin psixotrop maddə üçün müəyyən edilmiş külli miqdardan 23 dəfədən, şəxsi istehlak miqdarından isə 311 dəfədən çox olmasını, satış məqsədilə əldə olunmuş qurudulmuş marixuananın həmin narkotik vasitə üçün müəyyən edilmiş şəxsi istehlak miqdarından 2 dəfədən çox olmasını, onlardan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə insanın həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Təqsirləndirilən şəxs tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsindən ibarət cinayət əməllərinin, eləcə də törədilmiş digər cinayətlərin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusu Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə ona həm hər bir maddə üzrə həm də qəti cəzanın həddinə münasibətdə məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Təqsirləndirilən şəxs əldə etdiyi ümumi çəkisi 2,124 qram olan narkotik vasite heroinin 1 ədəd bükümdə, 46,786 qram metamfetamin isə 2 ədəd bükümdə, qurdulmuş marixuananın 2 bükümdə ümumilikdə 12,08 qram olmaqla onun 5,80 qram hissəsinin Təqsirləndirilən şəxs tərəfindən faktiki olaraq satışını həyata keçirib Eynur Hüseynova satmasını, heroinin və qurudulmuş marixuananın hər birinin 1 bükümdə, metamfetaminin isə 2 bükümdə olan hissəsinin ondan aşkar olunub götürülməsini, məhz ifşa olunduğuna görə geri qalan bükümlərdəki narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirə bilmədiyini, qeyd olunan ümumilikdə 1 bükümdə heroinin, 1 bükümdə qurudulmuş marixuananın və 2 bükümdə metamfetaminin də satışını həyata keçirəcəyi halda onlardan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla ən azı 4 nəfər insanın həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını ümumiyyətlə nəzərə almamışdır. Məhkəmənin hökmündən görünür ki, bir şəxsin ölümünə, digər şəxsin isə sağlamlığına az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuş yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən qeyd-olunan yol-nəqliyyat hadisəsinin necə və hansı şəraitdə törədilməsi, Təqsirləndirilən şəxs hadisədən əvvəlki vəziyyətinin nədən ibarət olması onun hadisədən sonra hansı hərəkətlər etməsi ilə bağlı məhkəmə öz hökmündə heç bir hüquqi təhlil aparmamış, adıçəkilən Plenum qərarından da göründüyü kimi məhkəmə bu məsələlərə məcmu halında yanaşıb hazırki iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul etməli olduğu halda Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddinə münasibətdə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı yuxarıda çəkilən Qərarından irəli gələrək Təqsirləndirilən şəxs hadisədən əvvəlki hərəkətlərini ətraflı şəkildə analiz etdikdə görmək olar ki, Təqsirləndirilən şəxs, tanışı Eynur Hüseynova 5,80 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satan zaman, onun cinayət başında yaxalanmasından ötrü müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat tədbiri zamanı Eynur Hüseynov hadisə yerində saxlanılsa da, Təqsirləndirilən şəxs polis əməkdaşlarına tabesizlik göstərərək idarə etdiyi VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən qaçmağa müyəssər olmuş, daha sonra Hacıqabul-Mincivan magistral yolu ilə uzaqlaşarkən 50 km/saat sürətlə məhdudlaşdırılmış yolda yüksək sürətlə hərəkət edib qeyd edilən asfalt yolun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyində ilkin olaraq yolu sağdan sola keçən piyada X26, onu vurması nəticəsində idarəetməni itirib digər piyada X31 vurmuş və nəticədə Rəfi Aslanov hadisə yerində aldığı xəsarətlərdən ölmüş, Asif Aslanov isə az ağır dərəcəli bədən xəsarəti almış, Təqsirləndirilən şəxs hadisə yerində qalmalı olduğu halda bunu etməyərək hadisə yerindən qaçaraq uzaqlaşmış, yalnız həmin günü keçirilmiş tədbirlər zamanı o saat 19 radələrində saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun hadisədən öncə avtomobili psixotrop maddə olan metamfetamində istifadə etməsi nəticəsində sərxoş halda idarə etməsini, yol nəqliyyat hadisəsi cinayətinin baş verməsinə səbəb onun ilkin kriminal əməlinə görə hadisə yerindən yayınması olmasını (yəni Eynur Hüseynova narkotik vasitə satması, eləcə də avtomobilində və üzərində satış məqsədilə külli miqdarda narkotik vasitə saxlaması), hadisədən sonra zərərçəkmiş şəxsə heç bir yardım göstərməyərək hadisə yerindən qaçmasını və bu kimi bilavasitə Təqsirləndirilən şəxs ədalətli cəzanın təyini üçün mühüm halları nəzərə almamışdır. Bütün sadalananlara əsasən məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi onun tərəfindən törədilən cinayətlərin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq aydın ədalətsiz olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmışdır. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ və TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN SON SÖZÜ: Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı çıxış edərək bildirmişdir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, keçirilən qismən məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsində və ibtidai istintaqda olduğu kimi Təqsirləndirilən şəxs əməli bütünlüklə sübuta yetirildiyini, əməlinin tövsifində heç bir əsasların olmadığını, yalnız onun cinayətlərin məcmusu və hər bir maddə üzrə cəza təyini hissəsində hökmün dəyişdirilərək daha ağır cəza təyin edilməsini, təqsirləndirilən şəxsə cəza təyin edilərkən yüngülləşdirici və ağırlaşdırıcı halların kifayət qədər nəzərə alınmadığını, ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünün ona həmin maddələr üzrə, eləcə də cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzasının həddinə münasibətdə daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya icraatı zamanı apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin isə təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264, 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetmədiyinə görə Təqsirləndirilən şəxs bəraət verilməsini, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı son sözlə çıxış edərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 264, 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetmədiyinə görə bəraət verilməsi, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin isə həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilərək cəzalandırılması məsələsi, apellyasiya protestinin dəlillərində isə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinə münasibətdə daha ağır həddə təyin edilməsi məsələsi mübahisələndirildiyindən CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə ona təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını, təqsirləndirilən şəxsin son sözünü dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmü dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protestinə əsasən məhkuma cəza təyini hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməsi ilə bağlı yekun rəyə gələrkən aşağıdakı sübutlara istinad edir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində ibtidai istintaq düzgün aparılmamışdır. Eynur Hüseynova heç nə verməmiş və ondan heç nə almamışdır. Həmin vaxt yanında adam olmuşdur. Eynur Hüseynov kamera qarşısında da bu sözləri demişdir. Nəqliyyat vasitəsi ilə adam vurmaqda özünü təqsirli bilir. Heç kimə narkotik vasitə satmamışdır. Hadisə baş verən zaman sərxoş vəziyyətdə olmamaşdır. Nəqliyyat vasitəsindən tapılan narkotik vasitə ona məxsus deyildir. Narkotik istifadəçisi olsa da həmin vaxt narkotik vasitə istifadə etməmiş və onda narkotik vasitə olmamışdır. Yol nəqliyyat hadisəsini törətməyinə səbəb isə DYP əməkdaşlarının onun arxasınca gəlmələri olmuşdur. Dostunu Fin qəsəbəsinə düşürən zaman DYP əməkdaşları onun maşınının önünü kəsmişdir. DYP əməkdaşlarının hərəkətindən qorxub təşvişə düşdüyü üçün maşını sürmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3, 264 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib (yol-nəqliyyat hadisəsinə münasibətdə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilib, CM-nin 234.4.3 və 264-cü maddələri ilə özünü təqsirli bilməyib) ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayır, evlidir, himayəsində bir azyaşlı xəstə uşağı vardır. X24 adına olmaqla özünə məxsus VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobili idarə etməyə B1, B, C1 və C dərəcələri olan sürücülük vəsiqəsi vardır. İstifadəsində 050/555-52-06, 050/391-11-16 və 050/619-19-02 saylı mobil telefon nömrələri olmuşdur. O, 01 avqust 2021-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək məqsədilə tək Beyləqan rayonunun Daşburun qəsəbəsinə getmiş, avtomobilinin “razvalını” təmir edə bilən usta tapa bilmədiyinə görə Füzuli rayonuna qayıdarkən istifadəsində olan 050/391- 11-16 №-li telefonuna baxanda Beyləqan rayonu, İ Şahsevən kənd sakini olan tanışı, narkotik istifadəçisi Eynur Hüseynovun unutduğu nömrəsindən onun telefonuna zəng gəlməsini görüb sonuncunun telefonuna zəng etmiş, Eynur ondan soruşmuşdur ki, nəysə oralarda tapmaq olar?. O, Eynurun ondan narkotik maddə istəməsini başa düşmüş və ona bir şey yoxdur, hazırda asfalt yolun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində olmasını, tapsa ona zəng edib deyəcəyini bildirmişdir. O, Füzuli rayonunun Qayıdış qəsəbələrinə dönən yola çatanda asfalt yolun kənarında bir nəfər piyadanın dayanmasını və həmin şəxsə yaxınlaşdıqda əvvəllərdən tanıdığı Fin qəsəbəsində yaşayan İlkin adlı tanışının olmasını görüb avtomobili onun yanında saxlamış, İlkin avtomobilin qabaq oturacağına minəndən sonra yoluna davam etmişdir.O, İlkinin yaşadığı evə dönən yolu keçib getdiyinə görə asfalt yolun içərisində avtomobilini döndərib geriyə Fin qəsəbəsinə dönən yola sürmüş, bu vaxt Hacıqabul-Mincivan yolu ilə hərəkətdə olan Eynur Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin işıqlarını yandırıb söndürməklə ona “saxla” işarəsi verməsini görüb avtomobilini asfalt yolun sağ ehtiyat hissəsində saxlamışdır. Eynur əks istiqamətdən gəldiyinə görə avtomobilini hərəkəti istiqamətində yolun sağında saxlayıb avtomobildən yerə düşmüşdür. Eynurun avtomobilində iki nəfər tanımadığı şəxslər olmuşdur. Eynur yolu keçib onun idarə etdiyi avtomobilə yaxınlaşıb avtomobilin qapısının açıq şüşəsindən ondan hələ tapmadığını, yəni narkotik maddə tapmadığını soruşmuş, o da tapmadığını, özü üçün də axtardığını demişdir. Eynur geri qayıdıb avtomobilinə minmiş, özü də İlkini evlərinə düşürmək üçün avtomobilini Fin qəsəbəsinə sürmüş, qəsəbədə məktəbin yanında İlkin avtomobildən düşüb evlərinə tərəf getmişdir. Sonra o, qəsəbə arası yolda avtomobilini geri döndərib hərəkət edərkən tanıdığı, Füzuli RPŞ-nin yol patrul xidmətinin Paşa adlı əməkdaşı idarə etdiyi “Ford Ranger” markalı xidməti avtomobilini onun idarə etdiyi avtomobilin qabağına sürüb yolunu kəsmiş, o da avtomobilini saxlamışdır. Paşa avtomobildən yerə düşüb onun avtomobilinin qabaq sağ qapısını açmaq məqsədilə avtomobilin əl tutacağından yapışıb özünə tərəf çəksə də, avtomobilin qapısında texniki nasazlığa görə qapı açılmadığından qapının pəncərəsinin şüşəsinə yumruqla vurmuşdur. O, Paşanın bu hərəkətlərindən həyəcanlanmış və heç nə başa düşməmiş, qorxduğuna görə avtomobilini 2-3 metr arxaya sürüb sağ tərəfdəki qəsəbə arası yola girib sürətlə Hacıqabul-Mincivan yoluna çıxaraq avtomobilini yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində sürmüşdür. O, asfalt yola çıxandan sonra avtomobilin güzgüsündə Paşanın idarə etdiyi “Ford Ranger” markalı avtomobillə onu təqib etdiyini görüb avtomobili asfalt yolla 110 km/saat sürətlə idarə etməklə hərəkətini davam etdirmişdir. Təxminən 6-7 km irəlilədikdən sonra Füzuli RMX-na çatanda əks istiqamətdən Füzuli RPŞ-nin yol patrul xidmətinə məxsus “Mercedes” markalı avtomobilin polis sürücüsünün avtomobilin işıqlarını yandırıb-söndürməklə ona “saxla” işarəsi verməsinə baxmayaraq o, hərəkətinə davam etmiş, sonra həmin yol patrul xidmətinə məxsus “Mercedes” markalı avtomobilin sürücüsü də arxadan onun avtomobilini təqib etməyə başlamışdır. O, avtomobilinin yan güzgüsündə yol patrul xidmətinə məxsus hər iki avomobillərin onun arxasınca sürətlə hərəkətdə olmalarını görmüş, lakin bu avtomobillərin heç biri onu saxlatmaq üçün səs gücləndiricidən istifadə etməmişlər. Onun fikri həmin avtomobillərdə olduğundan asfalt yolun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisində olan “Dörd yol” ayrıcını keçəndən sonra yolu asta yerişlə sağdan sola keçən piyada, sonradan adının Rəfi olmasını bildiyi kişini vurmuş, sonra avtomobilin üzərində idarəetməni itirdiyinə görə avtomobil asfalt yolun sağ ehtiyat hissəsinə çıxmış və asfalt yolun sağ kənarında dayanmış uşağı, sonradan adının Asif olmasını bildiyi şəxsi avtomobilin sağ yan qapısı ilə vuraraq yerə yıxmışdır. Bir az irəli gedəndən sonra avtomobili saxlayıb yerə düşüb əvvəl vurduğu kişinin yolun kənarında ağzıüstə uzanılı vəziyyətdə olmasını görüb həmin şəxsə yaxınlaşmış və orada olan tanımadığı şəxslərdən yaralı şəxsin xəstəxanaya aparmalarını xahiş etsə də, ona kömək edən olmamışdır. O, bu şəxsin artıq öldüyünü görmüş, həmin vaxt rayonun Bala-Bəhmənli kəndi tərəfdən bir neçə nəfərin qışqıra-qışqıra onun üzərinə gəlmələrini görüb həmin adamların Rəfinin qohumları olmalarını başa düşüb qorxub oradan təxminən 100 metr uzaqlaşıb yolun kənarında dayanmış, sonra yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsünə əl edib saxladıb həmin avtomobillə Böyük Bəhmənli kəndinə yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində dayısı Şamilin avtomobilini görmüş, evə daxil olub ailə üzvlərinə və dayısı X61 kəndinin ərazisindən keçən asfalt yolda bir nəfər şəxsi avtomobillə vurduğunu bildirib, onlarla görüşüb polisə gedəcəyini demiş və paltarını dəyişmiş, elə həmin vaxt yeznəsi Nail atası Səfərlə birlikdə evə daxil olmuşlar.O, hadisəni onlara da danışmış, sonra yeznəsi Nailin dostu Hacı adlı şəxs idarə etdiyi “Mercedes” minik markalı avtomobillə onlara gəlmiş və o, Hacının avtomobilinə minib onu Füzuli RPŞ-nə aparmasını xahiş etmişdir. Dayısı Şamil öz avtomobili ilə, yeznəsi Nail də öz avtomobili ilə onların arxasınca gələrmişlər. Füzuli rayonunun Arayatılı kəndinin içərisində Hacı dayısı Şamilin göstərişi əsasında avtomobili orada dayanmış polislərə məxsus “Şhevrolet Niva” markalı avtomobilin yanında saxlamış və o, avtomobildən yerə düşüb, əvvəllərdən tanıdığı Füzuli RPŞ-nin əməkdaşları Azər, Seymur və Elşənə yaxınlaşıb həmin avtomobilə minmiş, Polis əməkdaşları onu Füzuli RPŞ-nə aparıb müvəqqəti saxlama otağına salmışlar. Bir neçə dəqiqə sonra Füzuli rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinin əməkdaşı Rahib adlı tibbi işçisi ora gəlib onun sərxoşluq vəziyyətinin yoxlanılması üçün 10 qram qan nümunəsi götürmüşdür. Təxminən 10 dəqiqə sonra Elşən adlı polis əməkdaşı iki nəfər başqa tanımadığı mülki geyimli polis əməkdaşları müvəqqəti saxlama yerinə daxil olmuş, həmin polis əməkdaşlarından biri cibindən bir büküm salfeti çıxarıb ona “bunu al boynuna” demiş, o, salfet bükülüdə olan maddəni görməsə də, narkotik maddə olmasından şübhələnib salfet bükülüdə olan maddənin, yəni narkotik maddənin ona aid olmamasını, nəyə görə boynuna götürməli olmasını soruşmuş, onların üçü də ona “Gör nətəhər boynuna qoyacayıq” demişlər. Həmin vaxt rəis müavini Vüsal da onlara qoşulmaqla onlar onun əlqolunu bağlayıb bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vuraraq döyərək ona xəsarətlər yetirmişlər. Sonra o, məcbur qalıb salfet bükülüdə olan maddənin ona məxsus olmasını deyəcəyinə razılaşmış, bundan sonra onlar onun əl və ayağını açmışlar. Sonra onlar ona demişlər ki, “salfet bükülünü cibinə qoy və kameranın qabağına çıxarılanda orada deyərsən ki, mənə məxsusdur, məhlədən tapmışam, qabağına qoyulan sənədlərə də imza et və ayrı söhbət etmə”, o da razılaşmış və salfet bükülüdə olan maddəni əynindəki şalvarın cibinə qoymuşdur. Həmin gün vəkilin (müdafiəçi Hikmət Heydərovun) iştirakı ilə və videoçəkilişlə polis əməkdaşları onun üzərində axtarış aparılarkən o, qorxduğuna görə cibindən həmin salfet bükümü çıxarıb stolun üstünə qoyub bükümdə olan maddənin, yəni metamfetaminin özünə məxsus olmasını, yaşadığı məhəllədən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən o, yol-nəqliyyat hadisəsi törətdiyi yerə aparılmış, orada maşınla iki nəfər şəxsi vurduğu yerləri göstərmiş, sonra özünün iştirakı ilə polis əməkdaşları tərəfindən viddeoçəkilişlə avtomobilinə baxış keçirilmişdir. Həmin vaxt o, avtomobilinin əvvəl saxladığı yerdən 10-15 metr irəli sürüldüyünü görmüşdür. Avtomobilinə baxış zamanı avtomobilinin salonundan özünə məxsus bir ədəd məişət bıçağı və sağ qabaq oturacağın rezin döşəkçəsinin altından polis əməkdaşı bir ədəd sellofan torbanı tapıb çıxarmış, həmin torbanın içərisində narkotik maddələr (4 ədəd bükümdə) olmuşdur. Həmin narkotik maddələr ona məxsus deyildir. Həmin vaxt o, aşkar olunmuş maddələrin ona məxsus olmadığını bildirmişdir. Onun idarə etdiyi avtomobilin qapılarının heç biri bağlanmır, avtomobilinə baxış keçirilən vaxtı da avtomobilin qapıları açıq olmuşdur. O, avtomobillə vurduğu şəxsləri tanımamış, sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Füzuli rayonunun Bala Bəhmənli kənd sakinləri Rəfi Aslanov və onun qardaşı oğlu Asif Aslanov olmuşdur. O, 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Hacıqabul- Mincivan yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində Eynur Hüseynovla görüşərkən ona narkotik vasitə, yaxud psixotrop maddə satmamışdır. Həmçinin o, yolnəqliyyat hadisəsi törətməmişdən əvvəl spirtli içki, narkotik və psixotrop maddə qəbul etməmiş, qanunında metamfetamin aşkar olunması ilə bağlı verilmiş ekspert rəyi ilə razılaşmır. Yol-nəqliyyat hadisəsindən bir az əvvəl polis əməkdaşları onu arxadan təqib etdikləri üçün o, avtomobili sürətlə sürmüş, “Dörd yol” adlanan yeri keçəndən sonra yolu sağdan sola keçən şəxsi görmüş, lakin maşını saxlaya bilməyib onu maşınla vurmuş, sonra idarəetməni itirdiyindən maşın asfalt yolun sağ ehtiyat hissəsinə çıxmış və maşının sol tərəfi yolun sağ kənarında dayanmış digər şəxsə dəymişdir. Buna görə o, özünü təqsirli bilir və əməlindən peşmandır. X54 hüzr mərasimində qohumları iştirak edib üzrxahlıq etmiş və mərhumun ailəsinə maddi köməklik edilmişdir. Həmçinin qohumları tərəfindən xəsarət almış Asif Aslanovun müalicəsi ilə bağlı maddi köməklik edilmişdir.Hadisədən sonra mərhumun ailəsi ilə, zərərçəkmiş şəxsin hüquqi varisi, həm də zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Bir daha o, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə üzrxaqlıq edib bu hadisənin ehtiyatsızlığı nəticəsində baş verdiyini və hazırda belə bir hadisinin baş verməsinə görə peşmançılıq çəkdiyini bildirir. Törətdiyi hadisəyə görə ona cəza verilərkən hazırda ailəli olmaqla, himayəsində bir azyaşlı xəstə uşağının olmağı, həmçinin əmisinin şəhid olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Baş vermiş hadisədən bir müddət sonra istintaq orqanı tərəfindən özünə məxsus VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Amil Kazımova qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə ekspert qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X20” X48 ekspert-kimyaçısı X32 ifadə verərək təqsirləndirilən şəxsin sərxoşluq dərəcəsini ölçə bilmədiklərini, həmin anda qanında narkotik vasitə və ya psixotrop maddə olubolmamasını yoxladıqlarını bildirmişdir. Müstəntiq vəsatətdə narkotik vasitənin olub-olmamasını soruşmuşdur. Narkotik maddəni istifadə edəndən sonra hansı müddətə şəxsin qanının tərkibində aşkar olunması indevidualdı, yəni hər bir insanda fərqlidir. Ümumi təcrübədə biz bir çox hallarla qanda narkotik maddənin aşkar olunması təxmini 3-4 gün, bəzən 18 saat olur. Qanda bir neçə ay qalması mümkün deyil. Şəxsdən götürülən qan nümunəsi bir neçə gün sonra göndərilərsə belə yenə müəyyən edilə bilir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə ekspert qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X20” X48 kimya şöbəsinin rəisi X14 ifadə verərək bildirmişdir ki, sualın birinci hissəsində Təqsirləndirilən şəxs qanının tərkibində narkotik vasitənin, psixotrop maddənin, etil spirtinin olub-olmamasının müəyyən edilməsi və əgər vardırsa sərxoluğun dərəcəsinin təyin edilməsi sualı qoyulmuşdur. Müstəntiq tərəfindən qoyulan sualın birinci hissəsində narkotik, psixotrop və etil spirtinin olub-olmamasını ekspert yoxlayıb və tədqiqata əsasən bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin ekspertizaya təqdim olunan qanında etil spirti aşkar edilməmiş, lakin metanfetamin aşkar edilmişdir. Digər suala cavab vermək onların səlahiyyətinə aid deyil. Müstəntiq və ya təhqiqatçı narkologiyaya da göndərə bilərdi və ya ümumi ekspertə göndərə bilərdi. Onların səlahiyyətinə aid olan sual cavablandırılmışdır. Qan nümunəsi ayın 1-də götürülübsə, onlara ayın 30-da gəlsə belə həmin qanın tərkibini müəyyən edilə bilir. Onlara təqdim olunan qan nümunəsinin hamısı tədqiqat zamanı istifadə edilmişdir. Təqdim edilən qan nümunəsindən çıxarışlar hazırlanır. Həmin çıxarışları bir neçə dəfə təkrarən işlənir. Qan nümunəsi bir neçə növ üsullarla işlənilir. 10 ml qanın hamısı istifadə olunub. Onun qanında bütün növ narkotik vasitələr və etil spirti yoxlanılıb. Müstəntiq tərəfindən şəxsin sərxoşluq dərəcəsinin müəyyən edilməsi ilə bağlı əlavə sual qoyulsaydı onlar bunu müəyyən edərdi. Şəxsin narkotik maddədən avqust ayının 1-də istifadə edib-etməməsi barədə heçnə deyə bilmir. Öz verdiyi rəyin obyektivliyini təsdiq edir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən X12 ifadə verərək bildirmişdir ki, Lənkəran Ağır cinayətlər Məhkəməsində izahat verib gedəndən sonra səhərisi gün gecə saat 00:30-da 8-10 nəfər onu gəlib Füzuli rayonuna aparmışdır. Məhkəmə baxışı zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Birinci instansiya məhkəməsinə poçt vasitəsi ilə göndərdiyi ərizəsini müstəntiq kompyuterdə çap edərək ona vermiş və köçürməsini demişdir. Bütün gecə əlləri bağlı qalmışdır. Həmin ərizəni müstəntiqin göstəri ilə yazıb poçt vasitəsi ilə göndərmişdir. Gecə ərzində polis əməkdaşları onu döydüyü üçün ərizəyə imza atmışdır. Döyənlərdən birinin adı Rahib idi digərinin isə Vüsal olmuşdur. Təqsirləndirilən şəxs avqustun birində narkotik vasitə almamışdır. Ümumiyyətlə Kamildən narkotik vasitə almamışdır. Ondan aşkar olunan narkotik vasitəni Vüsal müəllim bilər ona görə ki, birinci cibinə adi çayır-ot qoymuşdular. Əlini şalvarının cibinə salanda adi ot, yəni çayır çıxdığını görmüşdür. Daha sonra onun cibinə çəkiliş zamanı göy rəngli bilmədiyi bir şey qoyulmuşdur ki onu Kamildən aldığını desin. Vüsal və Bahadur Hüseynovun onunla hər hansı bir ədavəti, düşmənçiliyi, qərəzçiliyi yoxdur. O Kamil ilə yolda rastlaşmış və hər ikisidə maşını saxlamışdır. Kamilin maşınına yaxınlaşmağa az qalmış DYP işçiləri onu saxlamışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən Ağcabədi rayon Polis Şöbəsində şəxsi heyət üzrə rəisin köməkçisi X16 ifadəsində bildirmişdir ki, xatırladığına görə hadisə çoxdan, yəni 2021-ci ildə olub. Deməsinə görə, Təqsirləndirilən şəxs narkotik satacağı barədə Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Dəqiq xatırlmasa da cinayət axtarış bölməsinin rəisinin raportu əsasında olmuşdur. Ondan sonra əməliyyat əməkdaşlarını təlimatlandırmış və əməliyyatın keçirilməsi üçün həmin əraziyə göndərmişdir. Əməkdaşlar tərəfindən rabitə vasitəsi ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verildikdən sonra hadisə yerinə getmişdir. Əməliyyata raport verən şəxs rəhbərlik edir. O, əməliyyat üzrə rəis müavini olduğuna görə əməkdaşları təlimatlandırıb göndərmişdir. Təqsirləndirilən şəxsin tutulmasında iştirak etməmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qəbul olunmuş qərar raport əsasında qəbul olunur. Əməliyyat əməkdaşları qərarda yoxdursa ola bilər raportda olsun. DYP əməkdaşlarını ola bilsin ki, ərazidə xidmət edən olublar. DYP əməkdaşları əməliyyat xidmətinə dəvət edilmir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin idarə etdiyi avtomobilin qəza törətməsi ilə bağlı rabitə vasitəsi ilə məlumat vermişdir, ola bilsin ki DYP əməkdaşları ona görə hadisə yerinə yaxınlaşıb. Rabitə vasitələri bütün əməkdaşlarda var. DYP əməkdaşının nəqliyyat vasitəsini təqib etməsi yalnız o hallarda olur ki, şəxs ağır cinayət və ya qətl hadisəsi törətsin. Kiminsə Təqsirləndirilən şəxs DYP avtomobilinə mindirməsini görməmişdir. 2 nəfər piyadının vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsinin törədilməsi barədə rabitə vasitəsi ilə məlumat verilmişdir. Həmin vaxt avtomaşın hadisə yerində olmuşdur. Həmin vaxt hadisə yerində 1 nəfər dünyasını dəyişmiş, digər isə ağır yaralı olduğuna görə onların xəstəxanaya çatdırılmasını təmin etmişdir. Hadisə yerinin mühafizəsini təmin etmiş, sürücü hadisə yerindən qaçdığına görə əməliyyat rəhbərinə bu barədə məlumat vermiş, sürücünün tapılması istiqamətində əməliyyat iştirakçılarına məlumat vermiş, ərazi axtarılmışdır. Növbətçi hissəyə rabitə vasitəsi ilə hadisə barədə məlumat verilmişdir. Bahadur Hüseynovun hadisə barədə bilməsi ola bilsin ki növbətçi hissə tərəfindən deyilib. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarışda iştirak edib-etməməyini dəqiq xatırlamır. Şəxsin üzərində narkotik vasitə tapılarkən o tərəzidə çəkilərək ekspertizaya göndərilir, ekspert tərəfindən dəqiq çəki deyilir. Eynur Hüseynovun narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını deməsini xatırlayır. X25 Ağır Cinayətlər Məhkəməsində ifadə verəndən sonra gecə saat 1-2 radələrində evindən çox pis bir vəziyyətdə polis şöbəsinə, onun otağına gətirilməsi ilə bağlı dediklərini təkzib edir. Eynur Hüseynovun döyülməsi, ona təzyiq göstərilməsi ilə bağlı dedikləri yalandır. Təqsirləndirilən şəxsin kürəyində qançır izlərinin yaranması barədə heç bir söz deyə bilmir. Ona heç kim təzyiq etməyib. Yol nəqliyyat hadisəsi zamanı ola bilsinki xəsarət alıb, yəqin ki, ekspert də bu barədə rəy verib. Təqsirləndirilən şəxslə və şahidlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən Füzuli rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı X17 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs və X4 barəsində olan cinayət işinin istintaqını aparmış, hazırki cinayət işindən CM-nin 234.1-ci maddəsi ilə X4 barəsində cinayət işi ayrılıb və rayon məhkəməsinə göndərilmişdir. Eynur Hüseynova qarşı hər hansı zorakı hərəkətləri olmamışdır. Hüseynov Eynura qarşı hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 01 avqust 2021-ci ilə kimi Eynur Hüseynovu tanımamışdır. Eynur Hüseynov polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılmış, üzərindən kibrit qutusunda marixuana aşkar edilmiş, özü də ifadə verərək, “mən bunu Kamil adlı adamdan almışam” demişdir. Həmin vaxta qədər Eynur Hüseynovun narkotik vasitəni Təqsirləndirilən şəxs aldığın bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sürücü olduğuna görə qan nümunəsi götürüldü ki həmin vaxtı spirtli içki, narkotik qəbul edib-etməməsi müəyyən edilsin. Protokol yazılaraq 10 qram qan nümunəsi götürülmüşdür. 01 avqustda Təqsirləndirilən şəxs ilə Eynur Hüseynov hər ikisi vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzləşdirilmişdir. İş materiallarında olan video diskdən də görünür ki, X63 Kazımova, “Kamil məni zibilə salan sənsən. Bunu sən satdın mənə 50 manata və mən də aldım” demişdir. Həmin gün saat 18 radələrində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi və hadisə yerindən qaçması barədə Polis Şöbəsinə məlumat daxil olmuşdur. Hadisə yerinə gedən zaman maşın orda olsa da sürücü orda olmamışdır. Bundan sonra polis əməkdaşları X55 Şöbəsinə gətiriblər. Eynur Hüseynova şəxsi axtarış keçirilib, daha sonra Kamil gətirlib, Kamilə də şəxsi axtarış keçirilib və həmin vaxt Eynurdan narkotik çıxanda həmin anda Eynur narkotik vasitəni Təqsirləndirilən şəxs ona satdığını demişdir. Həmin gün şübhəli şəxs kimi vəkillərin iştirakı ilə təqsirləndirilən şəxslərin hər ikisi videoçəkiliş vasitəsi ilə üzləşdirilmişdir. Eynur Hüseynovun adından Lənkəran Ağır Cinayətlər Məhkməsinə göndərilən teleqramdan xəbəri yoxdur. X42 qohumları təzyiq və təsir ediblər. Hər dəfə məhkəmədən 1 gün qabaq Təqsirləndirilən şəxs qohumları Eynur Hüseynovu aparıb necə izahat verməsini bildirirlər. Halbuki o, narkotik aludəçisidir. Sonuncu dəfə mənə Eynur Hüseynovun yol pulu olmadığı üçün məhkəmə iclasına birlikdə gedicəkləri deyilsə də Eynur Hüseynova təzyiq göstərildiyi üçün onunla birlikdə gəlməmişdir. Ekspertin məhkəmə iclasına şəxsin narkotik vasitənin təsiri altında olubolmaması müəyyən edə bilməməsi və bu müstəntiqin səhvinin olmasını deməsi yanlışdır, çünki bu müstəntiqin səhvi deyil. Nazirlər Kabinetinin Sərəncamın əsasən, yəni alkoqol sərxoşluğu 0,3 promil etil spirti aşkarlanırsa həmin şəxs sərxoş hesab olunur. Amma qandan metanfetamin aşkar olunduqda bu psixotrop maddənin təsiri altında olma kimi qiymətləndirilir. Eynur Hüseynov və Təqsirləndirilən şəxs hər ikisindən dərhal həkimin iştirakı ilə qan nümunələrinin götürülməsi ilə bağlı iş materiallarında protokol vardır. Hər ikisinin qanından psixotrop maddə aşkar olunmuşdur. Hər ikisi narkotik vasitənin təsiri altında avtomobil idarə etmişdir. Şəxsin qanından psixotrop maddə aşkar olunursa o şəxs sərxoş hesab olunur. Bütün yol nəqliyyat hadisələrində sürücülərdən 10 qram qan götürülür və orada sual qoyulur ki qanın tərkibində etil spirti, narkotik vasitə, psixotrop maddə varmı?! Vardırsa onun sərxoşluq dərəcəsi müəyyən olunsun. Alkoqolda yazılır ki, minimum 0,3 promil etil spirti aşkar olunduqda tərkib yaradır. Amma psixotrop maddə və narkotik vasitədə yazılmır ki, bu sərxoşdur ya sərxoş deyil. Yazılır ki, şəxsin qanından metanfetamin aşkar olundu, yəni onun miqdarı yoxdur. Aşkar olundusa deməli şəxs psixotrop maddə və ya narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edir. Qərar ekspertə düzgün göndərmişdir və orada heç bir səhv yoxdur.Hadisə baş verən günü dəqiq saatı xatırlamasa da yol nəqliyyat hadisəsi yerində olmuş, piyadanın harada vurulması ilə bağlı hadisə yerinə baxış keçirtmiş, hadisə yerinin mühafizəsi təşkil olunduqdan sonra Polis Şöbəsinə qayıtmışdır. Həmin gün Eynur Hüseynovun şəxsi axtarışın apardıqdan sonra Təqsirləndirilən şəxs gəlmiş və həmin gün Təqsirləndirilən şəxs da şəxsi axtarışın aparmış, daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə hadisə yerinə qayıdaraq vəkilin iştirakı ilə videoçəkilişlə hadisə yerinin baxışı keçirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində saat neçədə olmasını xatırlamır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Özü də, evə gedib paltarını dəyişdiyini sonra polis şöbəsinə gəldiyini bildirmişdir. Polis şöbəsində şəxsi axtarışı keçirilmiş, şəxsi axtarış təxminən 40 dəqiqə, bir saat çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerinə-avtomobilin yanına gətirilmişdir. Hadisə yerində təxminən saat 22:00 radələrində olmuşdur. Hadisə yerinə ilk dəfə baxış keçirilərkən avtomobildə axtarış aparılmamış, avtomobilə hal şahidlərinin iştirakı ilə çöldən çölə baxış keçirilmiş, əziklərinə baxılıb şəkilləri çəkilmiş, piyadaların harada vurulması ilə bağlı hadisə yerinə baxılmış, həmin piyadalardan biri ölmüş, digəri isə yaralanmışdır. Avtomobil hadisə yerində qalmış və hadisə yerinə nəzarət üçün polis qoymuşdur. Eynur Hüseynov və Təqsirləndirilən şəxs əməliyyatla tutulmuşdur, onların telefon danışıqları çıxmış, bir birləri ilə həmin günü danışmışlar. Eynur ifadəsində əvvəllərdə Kamildən narkotik aldığını bildirmişdir. Hadisə yerinə gələn zaman avtomobil orada olmuş, heç bir yerə çəkilməmişdir. Hadisə barədə Polis Şöbəsinə məlumat verilmişdir ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X45 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonunun Bala Bəhmənli kəndində valideyinlərinin himayəsində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. X66 əmisidir. 01 avqust 2021-ci il tarixdə, axşam saatlarında velisopedlə yaşadığı kəndin içərisindən keçən asfalt yolla (Hacıqabul- Mincivan magistral yolu) hərəkətdə olarkən ondan bir az irəlidə əmisi Rəfinin yolu soldan sağa keçmək istəməsini görmüş, elə həmin vaxt Hacıqabul istiqamətindən sürətlə gələn (hərəkətdə olan) ağ rəngli “07” (“VAZ-2107”) markalı avtomobilin əmisi Rəfini vurmasını görüb tez velisopeddən yerə düşmüş, bu anda həmin avtomobilin onun üzərinə gəlməsini görüb kənara qaçsa da, avtomobilin yan hissəsi (qabaq sağ qapısı) zərblə ona dəymiş və o, yerə yıxılaraq qollarından, çiyinindən və hər iki dizlərindən xəsarətlər alsa da, tez ayağa qalxıb yolun kənarında yerdə ağzıüstə uzanılı vəziyyətdə olan əmisi Rəfiyə yaxınlaşmış və onun qan içində huşsuz vəziyyətdə olmasını görmüşdür.Sonra orada olan şəxslər, həm də həmin yer gəlmiş əmisi Osman tərəfindən əmisi Rəfi və o, avtomobillə Füzuli rayon xəstəxanasına aparılmış, orada ona tibbi yardım göstərilmiş, həmin vaxt əmisi Rəfinin aldığı xəsarətlərdən vəfat etdiyi bilmişdir. Həmin gün əmisi Rəfi dəfn edilmiş, özü isə 03 avqust 2021-ci il tarixədək xəstəxanasında müayinə və müalicə olunub evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, əmisi Rəfini və onu avtomobillə vurub hadisə yerindən qaçmış şəxs Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Kamil adlı şəxsdir. Bu hadisəsini törətməkdə Təqsirləndirilən şəxs barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxs Asif Aslanov və onun qanuni nümayəndəsi Yasəf Aslanovun birgə birinci instansiya məhkəməsinə ünvanladığı 21 dekabr 2021-ci il tarixli ərizə ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X36 ifadəsində göstərmişdir ki, o, X66 qardaşıdır, zərərçəkmiş şəxs Asif Aslanov qardaşı oğludur. Qardaşı Rəfi evli olmuş, arvadı 2020-ci ildə xəstəlikdən vəfat etmiş və onların övladları olmamışdır.Rəfi onunla birlikdə eyni evdə yaşamış və Füzuli rayonunda yerləşən dost mərkəzində fəhlə işləmişdir. 01 avqust 2021-ci il tarixdə, axşam saat 18 radələrində yaşadığı kəndin ərazisində “Dörd yol” ayrıcında yerləşən çayxanada olarkən Hacıqabul istiqamətindən sürətlə hərəkətdə olan bir minik avtomobilinin nəyəsə çırpılması səsini eşidib çayxanada olan adamlarla birlikdə tez ayağa durub asfalt yola tərəf qaçmışdır. Həmin yer çatanda bir nəfərin asfalt yolun sağ tərəfində yerdə ağzıüstə uzanılı vəziyyətdə olduğunu görüb ona yaxınlaşmış və həmin şəxsin qardaşı Rəfi Aslanovun olmasını görmüşdür.Rəfi qanın içərisində huşsuz vəziyyətdə olmuşdur. Az sonra ona məlum olmuşdur ki, Hacıqabul istiqamətindən sürətlə gələn “07” (“VAZ-2107”) markalı avtomobil əvvəl qardaşı Rəfini, sonra isə qardaşı oğlu Asifi vurmuş, sonra sürücü avtomobili hadisəsi yerində qoyub oradan qaçıb getmişdir. Sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib qardaşı Rəfi və qardaşı oğlu Asif Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır.Orada həkimlər Rəfinin artıq öldüyünü bildirmiş, Asifə isə tibbi yardım göstərilmişdir.Sonra Rəfinin meyiti gətirilib kənd qəbirstanlığında dəfn edilmişdir.Sonradan ona məlum olmuşdur ki, qardaşı Rəfini və qardaşı oğlu Asifi avtomobillə vurub hadisə yerindən qaçmış şəxs Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Kamil adlı şəxsdir. Qardaşı Rəfinin hüzr mərasimində Kamilin qohumları iştirak edib üzrxaqlıq etmiş və hüzrla bağlı onlara maddi köməklik edilmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxsla barışıq olmuş, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı X1 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik maddə olan marixuanadan istifadə etsə də, sonradan tərgitmiş və hazırda da istifadə etmir. Marixuananı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs tanısa da, aralarında yaxın münasibətləri olmamışdır. O, əvvəllər, həmçinin 01 avqust 2021-ci il tarixdə Kamildən narkotik maddə, o cümlədən marixuana almamışdır. Həmin gün idarə etdiyi “VAZ-2107” markalı maşınla həmkəndliləri Samir və Rövşənlə Füzuli rayonunun Fin qəsəbəsinə getmiş, həmin vaxt təsadüfən yolda Kamillə rastlaşıb salamlaşmışdır. Həmin vaxt o, öz maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən Kamilin maşının gəlməsini görüb siqnal vermiş, sonra hər ikisi maşını saxlamışdır. Sonra o, maşından düşüb Kamilin maşınına yaxınlaşıb əl verib Kamillə görüşüb ondan nəşə (marixuana) olub-olmamasını soruşmuş, Kamil də nəşə (marixuana) olmadığını, lazım olsa təşkil etmək olar demişdir. Həmin vaxt o, Kamildən narkotik maddə almamışdır. Sonra Kamil maşını sürətlə sürüb oradan getmiş, özü isə qayıdıb maşınına minmiş, az sonra yol polisinin əməkdaşları maşınını saxlayıb onu, Samiri və Rövşəni polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş, sonra arxa cibinə nəşə qoyulmasını hiss etmiş, başa düşmüşdür ki, cibinə narkotik maddə qoyulmuşdur. Bundan sonra üzərində axtarış zamanı cibindən bir ədəd kibrit qutusunda marixuana aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşların ona təzyiqləri olduğu üçün o, aşkar olunmuş marixuananı Kamildən almasını demişdir. X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində, həmçinin Kamillə üzləşdirilərkən üzərində aşkar olunmuş bir ədəd kibrit qutusunda olan marixuananı Kamildən 50 manata aldığını demişdir. Əslində isə o, Kamillə görüşərkən ondan nəşə (marixuana) istəsə də, ondan marixuna almamışdır. Daha sonra şahid Eynur Hüseynov birinci instansiya məhkəməsinə ünvanladığı 07 mart 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, o, məhkəmədə verdiyi ifadəsini təsdiq etmir, həmin ifadəsini Təqsirləndirilən şəxs qohumlarının təzyiqi altında vermişdir. Belə ki, təqsirləndirilən şəxsin qohumları ona qarşı təzyiq etdikləri üçün o, məhkəmədə Təqsirləndirilən şəxs narkotik maddə almadığını bildirmiş, lakin həqiqətdə isə o, 01 avqust 2021-ci il tarixdə narkotik maddəni Təqsirləndirilən şəxs 50 manata almışdır. Eynur Hüseynov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, aradabir qurudulmuş marixuanadan istifadə etmiş, istifadəsində 051/322-75-28 saylı mobil telefon nömrəsi vardır. Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitənin alverçisi kimi tanıyır. O, bir il əvvəl Kamildən 10 manata qurudulmuş marixuana alıb istifadə etmişdir. 01 avqust 2021-ci il tarixdə, saat 10 radələrində istifadəsi üçün narkotik maddə almaq məqsədilə mobil telefonla Kamilə zəng etmiş, lakin Kamil telefonu açmamışdır. Həmin gün saat 17 radələrində Kamil ona zəng edib hal-əhval tutmuş və Kamil ona bir neçə dəqiqə sonra Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən asfalt yolun kənarına gələcəyini və orada ondan mal götürə biləcəyini demiş, o da Kamilə bir ədəd kibrit qutusu marixuana almaq istədiyini demişdir. Həmin gün saat 18 radələrində idarə etdiyi avtomobillə yaşadığı Beyləqan rayonunun İ Şahsevən kəndindən Füzuli rayonu istiqamətində yola düşərkən kəndin içərisində həmkəndliləri Samir və Rövşəni görüb onları avtomobilə götürmüş, onlar da Fin qəsəbəsinə getdiklərini, yolda düşəcəklərini demişlər. O, idarə etdiyi avtomobillə Hacıqabul-Mincivan magistral yolu ilə Fin qəsəbəsinin ərazisinə çatanda əks istiqamətdən ağ rəngli “VAZ-2107” markalı avtomobilin sürücüsünün işıqlarını yandırıb-söndürməsini görüb, həmin avtomobilin Kamil olmasından əmin olub avtomobilini yolun sağ ehtiyat hissəsində saxlamış, Kamil də avtomobilini öz hərəkəti istiqamətində yolun kənarında saxlamışdır.O, avtomobilindən yerə düşüb asfalt yolu keçib Kamilin avtomobilinə yaxınlaşmış, avtomobildə kənar sərnişin olmamış, Kamil avtomobilin qapısının şüşəsindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı ona vermiş, o da ona 50 (əlli) manat pul verib kibrit qutusunu şalvarın cibinə qoyub qayıdıb gəlib avtomobilinə oturmuşdur. Kamil avtomobilini idarə edib oradan uzaqlaşmış, özü isə avtomobilin mühhəriki işə salmağa çalışsa da, mühərrik işə düşməmiş, sonra Samir və Rövşən avtomobili arxadan itələmiş və o, mühəriki işə salıb hərəkət etmək istəyərkən əks istiqamətdən yol polisinə məxsus “Ford Ranger” markalı avtomobili idarə edən polis əməkdaşı avtomobilin sayrışan işıqlarını yandırıb saxla işarəsi verməsinə görə avtomobili saxlamış, sonra polis əməkdaşları onları Füzuli RPŞ-nə gətirmişlər.Ondan bir saat sonra polis əməkdaşları Təqsirləndirilən şəxs da rayon polis şöbəsinə gətirilmişlər. Şöbədə olarkən eşitmişdir ki, Kamil ona narkotik maddə satdıqdan sonra idarə etdiyi avtomobillə yolda iki nəfər şəxsi vurmuş, həmin şəxslərdən biri ölmüş, digəri yaralanmış, Kamil isə hadisə yerindən qaçmış, sonra polis əməkdaşları onu tutub şöbəyə gətirmişlər. Şöbədə müdafiçənin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış zamanı özü şalvarının cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim edib şəxsi istifadəsi üçün tanışı Kamil adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş marixuana elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib edilmişdir. İş materiallarında olan üzləşdirmə protokolu ilə müəyyən edilir ki, ibtidai istintaq zamanı müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxsla üzləşdirilən Eynur Hüseynov üzərində aşkar olunmuş narkotik maddəni Kamildən pulla aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid X30 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonunun İ Şahsevən kəndində yaşayır. Eynur Hüseynov həmkənlisidir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonradan polis şöbəində olarkən adını eşitmişdir.01 avqust 2021-ci il tarixdə, axşam saatlarında tanışı Rövşənlə birlikdə mobil telefonun üzlüyünü dəyişmək üçün Beyləqan rayonunun PMK-14 qəsəbəsindəki telefon təmiri ustasına gedərkən yolda həmkəndlisi Eynur “VAZ-2107” markalı maşını saxlayıb onları maşına götürmüşdür. Sonra maşında olarkən telefonu ilə mesaj yazdığına görə başı qarışmış və telefon təmiri mağazasını yanından ötəndən sonra o, Eynura mağazanın yanından ötüb keçdiklərini demiş, Eynur da avtomobilini sürətlə idarə etdiyindən tələsdiyini, Füzuli rayonunun Fin qəsəbəsinə dəyib qayıdarkən avtomobildən düşmələrini təklif etmiş, o da razılaşmışdır.Onlar Fin qəsəbəsinə çatanda Eynur avtomobili yolun sağında kənarda saxlamış, həmin vaxt əks istiqamətdən gələn “VAZ-2107” markalı avtomobilin sürücüsü də avtomobilini yolun sol tərəfindən saxlamışdır.Sonra Eynur avtomobildən düşüb həmin sürücüyə yaxınlaşmış və sürücü ilə nəsə söhbət etdikdən sonra qayıdıb avtomobilinə oturmuş, digər sürücü isə Hacıqabul istiqamətində avtomobilini sürüb getmişdir. Sonra Eynur avtomobilini işə salmaq istəsə də, mühərrik işə düşməmiş, özü və Rövşən maşından yerə düşüb arxadan itələmiş və Eynur avtomobili işə salıb yola düşən vaxt arxadan yol polisinin maşını onlara yaxınlaşıb Eynurun avtomobilini saxlamış, sonra polis əməkdaşları Eynuru, onu və Rövşəni polis şöbəsinə aparmışlar. Şöbədə olarkən Eynurun üzərindən narkotik maddə aşkar olunduğunu, həmçinin bir az əvvəl Eynurun yolda görüşdüyü şəxsin, yəni sonradan adının Kamil olduğu bildiyi şəxsin də yolda maşınla iki nəfər şəxsi vurmasına görə saxlanılıb polis şöbəsinə gətirilməsini eşitmişdir. Araşdırmadan sonra həmin gün o və Rövşən polis şöbəsindən buraxmışlar. Maşınla gələrkən Eynurun maşını yolda saxlayıb Kamil adlı şəxslə nəyə görə görüşmələri barədə məlumatı olmamış, Eynur da bu barədə heç nə deməmişdir. Həmin vaxt Eynurun Kamildən narkotik maddə almasını bilməmiş, həmçinin Eynurun hansı şəraitdə narkotik maddə əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid X33 şahid Samir Tapdıqovun ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid X18 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs, Kamilin yeznəsi, yaxın münasibətlə olduğu Nail Bayandurovun vasitəsilə tanımışdır. 01 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Nail ona zəng edib qayını Kamilin yaşadığı evə gəlməsini xahiş etmiş, o da Kamilin evinə getmiş, orada Kamilin dayısı Şamil və yeznəsi Nailin Kamillə həyət qapılarının qarşısında söhbət etmələrini görmüşdür. Sonra Nail ona Kamili avtomobililə Horadiz şəhərinə aparmasını xahiş etmiş, sonra Kamil maşına oturmuş və onlar Horadiz şəhəri istiqamətində getmiş, arxadan isə Şamil və Nail öz maşınları ilə gəlmişlər. Kərimbəyli kəndinin ərazisinə çatanda Nail ona zəng edib avtomobili Babı kəndinin içərisi ilə sürməsini və Arayatılı kəndinin içərisində Füzuli RPŞnin əməkdaşlarının Kamili gözləmələrini, Kamili orada atomobilindən düşürməsini demişdir.Həmin vaxt Kamilin əhvalının yaxşı olmadığına görə ondan heç nə soruşmamış, Araytılı kəndinin çıxışında yolun sağ tərəfində “Şhevrolet Niva” markalı avtomobilin dayanmasını və bir neçə nəfər mülki geyimli polis əməkdaşlarını görüb avtomobilini onların yanında saxlamış, Kamil avtomobildən yerə düşmüş, həmin vaxt Şamil və Nail də ora çatmış, sonra Kamil polislərin avtomobilə minmişdir.O, Naildən nə baş verdiyini, Kamilin nəyə görə polis avtomobilinə minməsinin səbəbini soruşmuş, Nail də Kamilin idarə etdiyi avtomobillə Bala Bəhmənli kəndinin ərazisində iki nəfər şəxsi vurduğunu, bir nəfərin öldürdüyünü, buna görə Kamilin polisə təslim olmaq üçün gəldiyini demişdir. Sonradan həmin hadisəyə görə Kamilin həbs olundğunu eşitmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid X13 ifadəsində göstərmişdir ki, o, Füzuli RPŞ-nin əməkdaşıdır.Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs Beyləqan və Füzuli rayon sakinlərinə narkotik vasitələr satacağı barədə əməliyyat məlumatı daxil olduqdan sonra 01 avqust 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və özü də daxil olmaqla əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində əməliyyat qrupu və digər xidmət sahələrin polis əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsinə gedib orada Beyləqan rayonunun İ Şahsevən kənd sakini Eynur Hüseynovla görüşüb narkotik vasitə satarkən polis əməkdaşlarının ona yaxınlaşmalarını görüb avtomobilini sürətlə idarə edib oradan qaçmış, Eynur isə uzaqlaşa bilməmiş avtomobilində olan sərnişinlərlə birlikdə saxlanılıb polis şöbəsinə aparılmışlar.O, polis şöbəsinə gedərkən Kamilin idarə etdiyi avtomobillə Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində, “Dörd yol” adlanan yerdə iki nəfər şəxsi vurmasını, həmin şəxslərdən birinin ölməsi, digərinin yaralanması, Kamilin isə avtomobilini hadisə yerində qoyub qaçması barədə məlumat almışdır. Bundan sonra o, verilmiş göstərişi əsasən yol-nəqliyyat hadisəsi yerinə getmiş, Kamilin avtomobilini yolun sağ ehtiyat hissəsində Təyyar adlı rayon sakininin tikinti materialları mağazasının qarşısında qabaq və sağ yan tərəfinin əzilmiş vəziyyətdə orada olduğunu görmüşdür.Sonra o, müstəntiq tərəfindən yol-nəqliyyat hadisəsi yerinə keçirilən baxışında iştirak etmiş, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmış Təqsirləndirilən şəxs tapılması istiqamətində tapşırıq almışdır. Bundan sonra Təqsirləndirilən şəxs tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs “Mercedes-190” markalı avtomobillə Füzuli rayonunun Araytılı kəndi ərazisində hərəkətdə olması müəyyən edilmişdir. Sonra o, şöbənin əməkdaşı Seymur Xəlilovun idarə etdiyi “Şhevrolet Niva” markalı avtomobillə Araytılı kəndinə getmiş, orada Təqsirləndirilən şəxs onları görüb gəldiyi avtomobildən yerə düşüb onlara yaxınlaşıb təslim olmuş və onlar Təqsirləndirilən şəxs şöbəyə gətirib aidiyyəti üzrə təhvil vermiş, sonra o, bu barədə raport tərtib etmişdir.Bundan sonra şöbədə müstəntiq Bahadur Hüseynov tərəfindən onun və digər polis əməkdaşlarının, həmçinin Kamilin və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxi axtarışı aparılmış, axtarış zamanı Kamilin əynindəki şalvarın cibindən bir ədəd salfet bükümdə metamfetaminə oxşar kütlə aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Kamil həmin maddəni yaşadığı kənddə yoldan tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra onlar yol-nəqliyyat hadisəsi yerinə getmiş, orada müstəntiq Bahadur Hüseynov tərəfindən onun və digər polis əməkdaşlarının, həmçinin Kamilin və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi yerində qoyub qaçdığı VAZ2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ ayaqaltı rezin döşəkçənin altından bir ədəd torba götürülmüş, həmin torbanın içərisində bükümlər və bu bükümlərin içərisində narkotik maddələrə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Kamil avtomobilində aşkar olunmuş narkotik və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Aşkar edilmiş narkotik və psixotrop maddələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra bu barədə protokol tərtib edilmişdir. Həmçinin o, polis şöbəsində Eynur Hüseynovun üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir.Şəxsi axtarış zamanı Eynur Hüseynovun üzərindən bir ədəd kibrit qutusu və həmin kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Eynur kütlənin marixuana olduğunu, öz istifadəsi üçün tanışı Kamil adlı şəxsdən 50 manatla aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı heç bir təzyiq və zorakılıq hallarına yol verilməmiş, özünün iştirak etdiyi axtarış və baxış müstəntiq tərəfindən, müdafiəçinin iştirakı ilə keçirimişdir.Axtarış və baxış zamanı Kamil polis əməkdaşlarının ona qarşı hər hansı bir təzyiq və ya zorakıılıq etmələri barədə heç nə deməmiş, şikayəti olmamışdır. Məhkəmə iclasında şahidlər X46, X37 və X38 şahid Elşən Şıxəliyevin ifadəsinə uyğun ifadələr vermişlər. X2 ibtidai istinaq zamanı şahid Elşən Şıxəliyevin ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid X19 ifadəsində göstərmişdir ki, o, Füzuli RPŞ-nin DYPB-nin yol patrul xidmətinin əməkdaşıdır.01 avqust 2021-ci il tarixdə axşam saatlarında xidmət yoldaşı Elnur Məmmədovla birlikdə X74nə məxsus “Ford Ranger” markalı avtomobildə xidmətdə olarkən efirdə radioqəbuledici vasitəsilə VAZ21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı əməliyyat-axtarış tədbiri keçiirilməsi barədə məlumatı eşitmiş, bu məlumatdan az sonra VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə onların dayandıqları yerdən ötüb keçərək Bala Bəhmənli kəndi istiqamətində getdiyini görmüş, həmin vaxt onlar da xidməti avtomobillə həmin istiqamətində hərəkət etsələr də, əməliyyat tədbirinə cəlb olunmadıqlarına görə qeyd olunan avtomobili təqib etməmişlər.01 avqust 2021-ci il tarixdə, Füzuli rayonunun Fin qəsəbəsinin ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən saxlanılmamış, həmçinin bu avtomobili saxladıb qapısını zorla açmağa çalışmamış, sonradan həmin avtomobili təqib etməsi halları olmamış, digər yol patrul xidmətinə aid avtomobilin də onu təqib etməsi barədə məlumatı olmamışdır. İşdə olan, Füzuli RPŞ-nin əməkdaşının 01 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq əldə etdiyi narkotik və psixotrop maddələri üzərində və idarə etdiyi etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıması və həmin maddələri 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Füzuli rayonu ərazisində Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini “Eynur” adlı şəxsə satacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, Füzuli RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Müşfiq Qarayevin 01 avqust 2021-ci il tarixli “Raprot”ları müəyyən olunur ki, 01 avqust 2021-ci il tarixdə, saat 18:50-də və saat 19:20-də Füzuli RMX-dan telefonla məlumat verilib bildirilmişdir ki, 01 avqust 2021-ci il tarixdə baş vermiş yol-nəqldiyyat hadisəsi nəticəsində xəsarətlər almış X44 vəfat etmiş və xəsarətlər almış X45 xəstəxanaya daxil olmuşdur. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 avqust 2021- ci il tarixli, protokol, protokola əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yernin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyində baş vermişdir. Həmin yer asfalt örtüklü olmaqla düz, hamar və quru vəziyyətdədir. Asfalt yolun eni 7 metr, sağ və sol ehtiyat hissələrin eni 2 metrdir. Hadisə yerində müəyyən yerləri əzilmiş və zədələnmiş vəziyyətdə VAZ- 21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İşdə olan, Füzuli RPŞnin əməkdaşının 01 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun “4 yol” adlanan ərazidə hərəkətdə olarkən Füzuli rayonunun Bala Bəhmənli kənd sakinləri X44 və X27 vuraraq hadisə yerindən qaçmış və Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdə, saat 19:15-də Füzuli rayonunun Arayatılı kəndinin ərazisində tutulub Füzuli RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarışın aparılması, avtomobilə baxış keçirilməsi və götürmə barədə” 01 avqust 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Füzuli RPŞdə müstəntiq Bahadur Hüseynov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamə oxşar kütlə aşkar edilmişdir.Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisinə aparılmış və orada müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə yol-nəqliyyat hadisəsi yerində qalmış VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir.Baxış zamanı avtomobilin qabaq sağ ayaqaltından bir ədəd polietilen torbanın içərisində iki ədəd bükümdə psixotrop maddə olan metamfetaminə, bir ədəd bükümdə narkotik vasitə olan heroinə və bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Habelə avtomobildə bir ədəd bıçaq aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr və bir ədəd bıçaq qablaşdırılıb götürülmüş və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 18/814-815 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı ” sözləri yazılmış kağız paketdə 01 ədəd salfet bükümdə təmiz çəkisi-2,879 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs idarə etdiyi ” sözləri yazılmış kağız paketdə 01 ədəd salfet bükümdə təmiz çəkisi 43,443 qram, 01 ədəd şəffaf polietilen bükümdə-0,464 qram, ümumi təmiz çəkisi-43,907 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 ədəd salfet bükümdə təmiz çəkisi-2,124 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd salfet bükümdə təmiz çəkisi-6,28 qram olan yaşılılmtıl rəngli, bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 03 ədəd bükümdə olan metamfetamin eyni tərkiblidir. Tədqiqata sərf olunduqdan sonra qalıq marixuana 6,26 qram, qalıq heroin 2,074 qram, qalıq metamfetmin 46,636 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 qəpik təşkil edir. İşdə olan, Füzuli RPŞ-nin əməkdaşının 01 avqust 2021-ci il tarixli “Raport”un surəti ilə müəyyən olunur ki, Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində X4 idarə etdiyi VAZ-21051 markalı, H- 000110 dövlət qeydiyyat nişanlı avtomobil Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisində saxlanılmış və Eynur Hüseynov avtomobillə birlikdə Füzuli RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarışın aparılması, avtomobilə baxışın keçirilməsi və götürmə haqqında” 01 avqust 2021-ci il tarixli protokolun surəti ilə müəyyən edilir ki, həmin tarixdə, Füzuli RPŞ-də müstəntiq Bahadur Hüseynov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla X4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Eynur Hüseynovun əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Eynur Hüseynov üzərində aşkar olunmuş kibrit qutusunun içərisində olan marixuananı bu gün (01 avqust 2021-ci il tarixdə) asfalt yolun (Hacıqabul-Mincivan magistral yolunun) Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində tanığı Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Kamil adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş və şəxsi axtarışının keçirilməsi ilə bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 18/816 №-li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində“ X4 şəxsi axtarışı zamanı ” sözləri və imzalan olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,80 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X4 üzərindən aşkar edilmiş marixuana ilə Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş marixuana ilə eynilik təşkil edir. İşdə olan, “Nümunələrin götürülməsi haqqında” 01 avqust 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən tibb işçisinin iştirakı ilə Təqsirləndirilən şəxs tədqiqat üçün 10 qram qan nümunəsi götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Metil,etil, propil,butil, amilspirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin,pirazalon,1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan, məcburi narkoloji tibbi yoxlamanın 26 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdə müayinə olunarkən bioloji mühitində psixotrop maddə metamfetamin aşkar olunduğundan onun psixotrop sərxoşluq vəziyyətində olması hesab edilir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 07 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserlərində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 21 avqust 2021-ci il tarixli rəyi il müəyyən olunur ki, X21 çanaq və hər iki bud sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş, çoxsaylı qəlpələnmiş, xətti açıq sınıqları,ənsə, sol said, sol əl pəncəsi və bud-çanaq oynağı nahiyələrinin əzilmiş yaraları aşkar edilmişdir.Rəfi Aslanovun meyitində aşkar olunmuş xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 avqust 2021-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Rəfi Aslanovun ölümünə səbəb çanaq və hər iki bud sümüklərinin çoxsaylı sınıqları səbəbəindən törənmiş ağır travmatik şok olmuşdlur.Rəfi Aslanovun meyitində nəqliyat travmalarından savayı digər hər hansı xəsarət aşkar olunmamışdır. Rəfi Aslanovun meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı zamanı etil spirti aşkar olunmamışdır. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Rəfi Aslanovun ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, X5 təpə-gicgah nahiyəsində çapıq, sağ körpücük sümüyündə sınıq, sol dirsək oynağı nahiyəsində isə sıyrıqlar olmuşdur. Qeyd olanan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 30 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, VAZ-21070 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı), 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitəsinin və psixatrop maddəsinin təsiri altında idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan,“Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 29 sentyabr 2021-ci il il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara əsasən 050/391-11-16 saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adınadır. 051/322-75-28 saylı mobil telefon nömrəsi X4 adınadır. 31 iyul 2021-ci il tarixdə, saat 13:01-də Eynur Hüseynovun istifadəsində olan 051/322-75-28 saylı nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi 050/391-11-16 saylı nömrəyə boş SMS göndərilmişdir. 01 avqust 2021-ci il tarixdə, saat 16:27-də Təqsirləndirilən şəxs istifadə etdiyi 050/391-11-16 saylı nömrədən Eynur Hüseynovun istifadə etdiyi 051/322-75-28 saylı nömrəyə zəng edilmiş və 25 saniyə danışıq olmuşdur. İşdə olan, AD 407192 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən edilir ki, 1993-cü il buraxılışlı VAZ-21070 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini X3 mülkiyyətindədir. İşdə olan, ƏN-Vİİ 811448 nömrəli etibarnamənin surəti ilə müəyyən edilir ki, X10 VAZ- 21070 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 1 il müddətinə etibar etmiş və 06 iyul 2022-ci il tarixədək qüvvədədir. Etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. İşdə olan, BD 801240 №-li sürücülük vəsiqəsinin surəti ilə müəyyən edilir ki, xx xxxxxxx 1990-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X74 İdarəsinin İmişli RQİTBŞ-dən 12 iyul 2021-ci il tarixdə 12 iyul 2031-ci ilədək qüvvədə olan B1, B, C1, C dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İşdə olan, Füzuli RPŞ-nin X74 Bölməsinin 04 sentyabr 2021-ci il tarixli, məlumatı ilə müəyyən edilir ki, Baş X74 İdarəsinin Mərkəzi İnformasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyndə yerləşir. Yol-nəqliyyat hadisəsi yerində videokamera quraşdırılmamışdır. Həmin yerdə maksimum sürət həddi 50 kilometr/saatdır. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 02, 04 avqust, 15 və 25 oktyabr 2021-ci il tarixli qərarlarla və 15 oktyabr 2021-ci il tarixli Qəbzlə, habelə, “Sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,879 qram, 43,443 qram və 0,464 qram metamfetamin (cəmi 43,907 qram metamfetamin), 2,124 qram heroin, 6,28 qram qurudulmuş marixuana, bir ədəd bıçaq və VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi subut kimi tanınmış, həmin maddi sübutlardan narkotik və psixotrop maddələr və bir ədəd bıçaq saxlanılması üçün Füzuli RPŞ-nin maddi sübutlar otağına, VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qardaşı Amil Kazımova təhvil verilmiş, habelə yol-nəqliyyat hadisəsinin baş vermə anı ilə bağlı 01 (bir) ədəd, şəxsi axtarış və avtomobilə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk, həmçinin üzləşdirmə zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk, habelə telefon danışıqların yazıldığı 01 (bir) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, Füzuli rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsindən prokurorluğa məhkəmə iclasında Təqsirləndirilən şəxs Füzuli RPŞ-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən zorakılağa məruz qalmasını, habelə Füzuli RPŞ-nin Yol Patrul Xidməti bölməsinin əməkdaşlarının xidməti avtomobillə onu təqib etmələri nəticəsində yol-nəqliyyat hadisəsi törətməsini bildirməsi barədə daxil olmuş məlumat prokurorluq tərəfindən araşdırılmışdır.Araşdırma zamanı həm də Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizadan keçirilmiş və həmin rəydə Təqsirləndirilən şəxs hər iki çiyin qurşağı nahiyələrində piqmentasiya sahələri (sıyrıq izləri) aşkar olunmuş və qeyd olunan xəsarətlərin bərk küt əşyanın təsiri nəticəsində, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilməsi, sağlamlığa zərər vurmayan xəsarət olduğunu üçün dərəcəsin təyin edilməməsi göstərilir.Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş sıyrıq izlərinin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalarkən deyil, yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində alması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətməzdən əvvəl idarə etdiyi avtomobillə hərəkətdə olarkən yol polisi əməkdaşı Paşa adlı şəxsin idarə etdiyi yol polisinə aid xidməti avtomobillə onun qarşısını kəsməsi, sonra onun avtomobilinin qapısını açmağa çalışması, bu zaman onun təşvişə düşüb avtomlobili sürüb oradan uzaqlaşması, arxadan Paşa adlı şəxsin idarə etdiyi yol polisinə aid avtomobilin, sonra digər bir yol polisinə aid avtomobilin onu arxadan təqib etmələri və bu təqibdən qurtarmaq üçün avtomobili sürətlə sürərək tez-tez güzgü ilə onu təqib edən avtomobillərə baxması və məhz bu səbəbdən yol-nəqliyyat hadisəsi törətməsi, eləcə də yol polis əməkdaşlarının xidməti avtomobilləri ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili təqib etmələri təsdiq olunmamışdır. Aparılmış araşdırma materialı üzrə Füzili RPŞ-nin əməkdaşları X16, X15, X38, X23 və X7 əməlində CM-nin 309-cu maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin şəxslərin barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 26 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan,“Sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən və avtomobilindən aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərinin hüquqi tövsifi ilə bağlı nəticəyə gələrkən aşağıdakılara istinad etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3, 264 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, yəni yol-nəqliyyat hadisəsinə münasibətdə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilib, CM-nin 234.4.3 və 264-cü maddələri ilə özünü təqsirli bilməsə də, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkəti protokolları, maddi sübutlarla, ekspert rəyləri, iş materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən vaxt hər hansı narkotik və psixotrop maddə qəbul etməməsi və nəqliyyat vasitəsini idarə edərkən narkotik və ya psixotrop maddələrin təsiri altında olmaması, yolnəqliyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmaması, polis şöbəsinə özünün könüllü getməsi və saxlanılarkən üzərində psixotrop maddənin olmaması, şəxsi axtarış zamanı üzərində aşkar olunmuş psixotrop maddəni cibinə polis əməkdaşının qoyması, tanışı Eynur Hüseynova narkotik vasitə satmaması, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik və psixotrop maddələrin ona aidiyyətinin olmaması, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamasına dair dəlilləri işin faktiki hallarına uyğun olmayan dəlillər hesab etməklə təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmasına, ittiham olunduğu cinayət əməllərinə münasibətdə müstəsna hüquqlarından istifadə etməklə ortaya qoyduğu özünü müdafiə xarakterli dəlillər hesab edir. Qeyd olunan dəlillərlə bağlı Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni yol-nəqliyyat hadisəsi törədən vaxt hər hansı narkotik və psixotrop maddə qəbul etməməsi və nəqliyyat vasitəsini idarə edərkən narkotik və ya psixotrop maddələrin təsiri altında olmaması, yol-nəqliyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmaması, polis şöbəsinə özünün könüllü getməsi və saxlanılarkən üzərində psixotrop maddənin olmaması, şəxsi axtarış zamanı üzərində aşkar olunmuş psixotrop maddəni cibinə polis əməkdaşının qoyması, tanışı Eynur Hüseynova narkotik vasitə satmaması, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik və psixotrop maddələrin ona aidiyyətinin olmaması, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs Asif Aslanov, şahidlər Eynur Hüseynov, Elşən Şıxəliyev, Seymur Xəlilov, Adil Səmədov, Alpər Umudlu, Hacı Hacıyev, Vüsal Mirzəyev, Bahadır Hüseynov və Paşa Muxtarovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, o cümlədən məhkəmə ktimyəvi və narkoloji ekspertizasının rəyləri (həmin rəylərə əsasən yol-nəqliyyat hadisəsi törədən vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətində olmuşdur), habelə müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarışa dair protokollar (şəxsi axtarış zamanı Eynur Hüseynov üzərində aşkar olunmuş narkotik maddəni Kamil adlı şəxsdən 50 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs da üzərində aşkar olunmuş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 sentyabr 2021ci il tarixli qərarla (həmin qərara əsasən Füzuli rayon prokurorluğunda aparılmış yoxlama zamanı Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq hallarının olması təsdiq olunmamışdır), eləcə də ibtidai istintaq zamanı Eynur Hüseynovun verdiyi ifadələri və onun Təqsirləndirilən şəxsla üzləşdirilmə zamanı verdiyi ifadəsi ilə tam təkzib olunur. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində, DYP əməkdaşlarının Təqsirləndirilən şəxs təqib etməsi, polis əməkdaşlarının qanunsuz hərəkəti nəticəsində 1 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, daha sonra polis əməkdaşlarının təqsirləndirilən şəxsin avtomobilinə narkotik vasitə yerləşdirməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kolegiyası qeyd edir ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən X6 və X8 ifadələri, həmçinin yuxarıda sadalanan işin faktiki hallarını özündə ifadə edən dəlillərlə qeyd edilən xüsusatlar tam təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai istintaq aparan müstəntiq X17 yol-nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş və təqsirləndirilən şəxs hadisə yerindən qaçdığına görə yalnız nəqliyyat vasitəsinin hal şahidlərinin iştirakı ilə videoçəkilişlə xarici müayinəsi aparılmışdır. İşin hallarından da görünür ki həmin vaxt müstəntiq tərəfindən nəqliyyat vasitəsində hər hansı axtarışla bağlı istintaq hərəkəti həyata keçirilməmişdir. Narkotik vasitənin polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə yerləşdirilməsi ilə bağlı qeyd edilən hal, işin faktiki hallarına uyğun olmamaqla baş vermiş yol-nəqliyyat hadisəsindən biraz əvvəl narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs məhz elə polis əməkdaşlarından yayınarkən törətdiyi yol-nəqliyyat hadisəsi zamanı həmin narkotik vasitə artıq onun idarə etdiyi nəqliyyat vasitəsində idi ki həmin narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən öz nəqliyyat vasitəsində daşınması halını təkzib edə bilməz. Həmçinin şahid qismində dindirilən X6 ifadəsindən də görünür ki, rayon polis şöbəsinə yol-nəliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmişdir ki DYP əməkdaşlarının öz xidməti vəzifəsinə uyğun olaraq hadisə yerinə getməsi işin halları ilə tam uyğunluq təşkil edir. Həmçinin müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində yol nəqliyyat hadisəsinin 01 avqust 2021-ci il saat 17 radələrində baş verməsi, Təqsirləndirilən şəxs hadisə yerində həlak olmuş şəxsin qohumlarının ona zərər yetirəcəklərindən ehtiyat edərək oradan uzaqlaşması və saat 18 radələrində Füzuli RPŞ-yə gedərək könüllü təslim olması ilə bağlı dəlilləri də iş materialları ilə təkzib olunur ki qeyd olunan hallar təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 16-cı bəndində qeyd olunmuşdur ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Təqsirləndirilən şəxs hadisə yerində həlak olmuş şəxsin qohumlarının ona zərər yetirəcəklərindən ehtiyat edərək oradan uzaqlaşması məhz elə hadisə nəticəsində vəfat edən və ağır yaralanan zərərçəkmiş şəxslərin həyatını töhlükədə qoymaq idi ki təqsirləndirilən şəxsin CM-nin 264-cü maddəsi ilə məsuliyyəti istisna oluna bilməz. Təqsirləndirilən şəxsin könüllü gəlib təslim olması ilə bağlı müdafiəçinin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, CPM-nin 134.3-cü maddəsinə əsasən təqsirini boynuna alaraq könüllü gəlmə protokolu faktı təsdiq edən sübut növü kimi qəbul olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan da görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:15-də Füzuli rayonu, Arayatıllı ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-nin 263.2-ci maddəsi ilə təqsirli bildiyi halda və CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilmədyi halda, habelə 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində yolun sağ çiynində tanışı X12 ilə görüşüb bir ədəd kibrit qutusunda qablaşdırılmış 5,80 qram narkotik vasitə olan qurudulmuş marixuananı Eynur Hüseynova 50 (əlli) manata satdıqdan sonra, həmin yerə yaxınlaşan mülki geyimli şəxslərin polis əməkdaşları olmasını bilib idarə etdiyi avtomobillə həmin yerdən qaçdığı halda onun könüllü gəlib təslim olması ilə bağlı müdafiəçinin dəlilləri formal mülahizəli dəlillər kimi qəbul edilməlidir. Könüllülük meyarı heç bir təzyiq və təsir olmadan şəxsin törətdiyi və ya iştirak etdiyi cinayət barədə təhqiqat, istintaq və ya əməliyyat orqanına bu barədə məlumat verməsidir. İşin hallarından da görünür ki, Təqsirləndirilən şəxs nə mülki geyimdə polis əməkdaşları ona yaxınlaşarkən, nə də yol-nəqliyyat hadisəsini törətdikdən sonra könüllü olaraq təslim olmamış, əksinə hadisə yerindən qaçaraq cinayət məsuliyyətindən yayınmağa cəhd etmişdir. Həmçinin müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin və həmin tədbirin keçirilməsinə dair qərarın qanuniliyi mübahisələndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67- 69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X34rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır (24 dekabr 2021-ci il tarixli, 15 nömrəli “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli Füzuli RPŞ-nin CAB-nin rəisi Adil Səmədov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etməsi, yəni narkotik satışı ilə məşğul olması və özünün də narkotik aludəçisi olmasını nəzərə alıb Təqsirləndirilən şəxs və Eynur adlı şəxsin saxlanması və Təqsirləndirilən şəxs idarə etdiyi "Vaz-21074" markalı, ** BK *** dövlət nömrə nişanlı avtomaşına Azərbaycan Respublikası ƏAF haqqında qanunun 10-cu maddəsinin, 7-ci bəndinə tələblərinə əsasən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri qismində nəqliyyat vasitələrinə baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin keçirilməli olması zəruliliyi əsaslandırılmışdır. Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən həmin qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8, 9 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsinin, haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsvirinin və.s məlumatlar göstərilməlidir. Adı çəkilən qanundan görünür ki, Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı qəbul edilən qərarlarda əməliyyat qrupunun üzvləri haqqında, onların şəxsiyyəti haqqında məlumatların göstərilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat-axtarış tədbirinin iştirakçılarının adlarının həmin qərarda göstərilməməsi, həmçinin DYP əməkdaşlarının əməliyyat qrupuna daxil edilməsi ilə bağlı dəlilləri işin faktiki hallarına uyğun olmamaqla keçirilmiş əməliyyat axtarış tədbirinin qanunsuz hesab edilməsi üçün əsas deyildir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilən narkotik vasitə heroin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan 1 dəfə, şəxsi istehlak miqdarından 14 dəfə, satış məqsədi ilə əldə edilmiş metamfetamin həmin psixotrop maddə üçün müəyyən edilmiş külli miqdardan 23 dəfə, şəxsi istehlak miqdarından isə 311 dəfə, satış məqsədi ilə əldə edilən qurudulmuş marixuananın həmin narkotik vasitə üçün müəyyən edilmiş şəxsi istehlak miqdarından 2 dəfədən çox olması, külli miqdarda-2,124 qram narkotik vasitə olan heroinin onda aşkar olunması Təqsirləndirilən şəxs 3 növdən ibarət həmin narkotik maddələri və psixotrop maddəni üzərində və idarə etdiyi avtomobildə saxlayıb daşıması, eləcə də həmin maddələrin bir hissəsni tanışı Eynur Hüseynova pulla satması, onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıması, həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələr,“Metamfetamin” olan maddə psixotrop maddədir.Heroinin və metamfetaminin 0,15 qramdan, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin və metamfetaminin 2 qramı və ya ondan artıq hissəsi, qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Apellyasiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən təqsirləndirilən şəxsə CM-nin 264, 234.4.3-cü maddələri ilə bəraət verilməsi, habelə CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan əməlinin həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd olunur ki, Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 09 iyun 2022-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməllərini CM-nin 263-1.3, 264, 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir az yaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməyərək təqsirləndirilən şəxsə CM-nin 263-1.3-cü maddəsi ilə aşağı həddə yaxın həddə azadlıqdan məhrumetmə cəzası, CM-nin 264-cü maddəsi ilə orta həddə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə isə aşağı həddə yaxın azadlıqdan məhrumetmə cəzası təyin edərək CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxsə 7(yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini məsələsinin həlli zamanı CM-nin 2, 8, 41.2 və 58-ci maddələrinin tələblərinə əməl etməyərək törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almamışdır. Belə ki, CM-nin 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İşin hallarından isə görünür ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilməmiş, məhkəmə CM-nin 263-1.3, 264, 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edərkən işin faktiki hallarını, ondan aşkar olunan narkotik vasitənin 2 növdə, psixotrop maddənin 1 növdə olmaqla ümumilikdə 3 növdə olması və şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını nəzərə almamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verməmiş, cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələrini nəzərə almamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi azadlıqdan məhrum etmə cəzası ilə sosial ədalət bərpa olunmadığından, habelə törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan yüngül cəza olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, yəni cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təyin edilmiş cəzanın yüngül olması barədə dəlilləri əsaslıdır və ona görə də apellyasiya protesti təmin olunaraq birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş əsas cəza hissəsində dəyişdirilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunanlara əsasən və CPM-nin 397 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmü dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protestinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş əsas cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmü dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar