Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-182/2025 07.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X1 şöbəsinin prokuroru X4 Ağa ğlunun və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 12 iyul 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 04 noyabr 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında videkonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 12 iyul 2023-cü il tarixli hökmü hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 12 iyul 2023-cü il tarixli hökmündən 04 oktyabr 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 04 noyabr 2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 04 noyabr 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müdətin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yazıb-oxuya bilmir, hökmdən 20 gün müddətpndə apellyasiya şikayəti verməli olması barədə məlumatı olmamışdır.hüquqi savadı olmadığından vaxtında apellyasiya şikayəti verə bilməməsi ilə əsaslandırmsışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 04 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmünün surəti 02 avqust 2023-cü il tarixdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qəbzə imza etməklə qəbul etmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti və apellyasiya şikayətini hökmün çıxarılmasından 1 il 3 ay 12 gün vaxt keçdikdən sonra vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum olunmuş şəxsin, müdafiəçinin birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifdə edə bilərdi. Bu hüququndan istifadə etməmiş məhkum olunmuş şəxsin törətdiyi cinayətin afektindən çıxa bilməməsini, həmçinin qarşı tərəfin ona qarşı neqativ ünsiyyətdə olduğu üçün müddəti ötürməsi və hazırda qarşı tərəflə barışması kimi hallar üzülü səbəb kimi qəbul edilə bilməz və müddətin bərpasını tələb etməsinin heç bir hüquqi və real əsası olmamaqla yanaşı, müddətin bərpa edilməməsi onun, hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Apellyasiya şikayətində göstərilən hallar da müddətin bərpa edilməsinə əsas vermir. Beləliklə apellyasiya məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmənin hökmü elan ediləndən 20 gün müddətində apellyasiya şikayəti verməli olmasına baxmayaraq, apellyasiya şikayəti vermək üçün qanundla nəzərdə tutulmuş prosessual müddət bitdikdən 1 il 3 ay 12 gün vaxt keçdikdən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 04 noyabr 2024-cü il tarixli qərarı ilə müddətin bərpasından imtina edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 12 iyul 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 04 noyabr 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətitəmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 531/2023 saylı, 04 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2023 saylı, 04 noyabr 2024-cü il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(106)-182/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-182/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver