Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-184/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X8 Üzrə şöbəsinin prokuroru X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci madddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-827/2023 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apllyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-827/2023 nömrəli hökmü (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə) ilə xx xxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixdək həbsdə olduğu 6 (altı) ay 15 (on beş) gün müddət ona təyin edilmiş 6 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilməsi, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin ləğv edilməsi və saxlanıldığı Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad olunması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci madddəsi ilə təqsirli bilinib ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd polietilen bükümdə təmiz çəkisi- 0,354 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 30 may 2023-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu X3 idarə etdiyi «Opel Astra» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 02:50-dən 03:25-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi-0,354 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs ona verilmiş ittiham həcmində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan raporta əsasən 30 may 2023-cü il tarixdə Şirvan ŞPŞ-yə Təqsirləndirilən şəxs və X3 üzərlərində qanunsuz yolla əldə etdikləri narkotik vasitəni gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan digər raportdan görünür ki, 30 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, Samir Əbdürəhimov və sonuncunun istifadəsində olan “Opel Astra” markalı **-UJ-*** nömrəli avtomobil Şirvan ŞPŞ-yə gətirilmişdir. Şəxsi axtarış və götürmə haqqında 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə psixotrop maddəyə oxşar maddə aşkar edilmişdir. Həmin protokola əlavə edilmiş diskdəki videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Emil Quliyevin iştirakı ilə suallara cavab verərkən göstərmişdir ki, “iranlı ona (Samir Əbdürəhimov nəzərdə tutulur)” ot atmışdı, onu götürmək məqsədilə gəlmişlər, Samirin ot dalınca gəldiyini bilmişdir, özü və Samir aradabir marixuana istifadə edirlər”. Daha sonra Təqsirləndirilən şəxs müdafəçi Emil Quliyevin sualına cavab olaraq göstərmişdir ki, Bakı şəhərindən çıxan zaman Samirin marixuana dalınca gəlməyindən xəbəri olmasa da yolda olan zaman bu barədə bilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahatından görünür ki, 30 may 2023-cü il tarixdə Samir Əbdürəhimovla birlikdə Şirvan istiqamətində gedən zaman sonuncudan nə üçün bu istiqamətə getdiyini soruşmuş, Samir ona iran vətəndaşının marixuana göndəridiyini, həmin marixuananı götürmək üçün getdiklərini bildirmişdir. Baxış keçirmə haqqında 31 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, X5 məxsus “Opel Astra” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqaj yerində olan ehtiyat təkər saxlanması üçün nəzərdə tutulmuş yerdən 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 05 ədəd yapışqan lentli bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının 31 may 2023-cü il tarixli 18/567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Müvsüm qızının üzərindən aşkar edilmiş çəkisi 0,354 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə bioloji ekspertizasının 31 may 2023-cü il tarixli 18/566 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: "...X3 üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-2,28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda"...X3 avtomobilindən..." sözləri yazılmış və imzalar olan sintetik torba bağlamada 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1030,0 qram, 1000,0 qram, 945,0 qram, 1070,0 qram, 1110,0 qram, ümumi çəkisi- 5155,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş X3 üzərindən və avtomobilindən aşkar olunmuş ümumi çəkisi 5157,28 qram olan marixuanalar eyni tərkiblidir. Məhkəmə narkoloji ekspertizasının 02 iyun 2023-cü il tarixli 3417 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi guya Samir Əbdürəhimovun narkotik vasitə marixuana götürmək üçün gəlməsindən xəbərinin olmaması inandırıcı deyildir, nəzərə alınsa ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Samirin də narkotik vasitə istifadə etdiyini bildirmişdir, bu onu demyə əsas verir ki, onlar birlikdə də narkotik vasitə istifadə etmişlər, deməli onun sonuncunun narkotik vasitə götürmək üçün Şirvan şəhərinə gəlməsindən məlumatı olmuşdur. Bunu həmçinin məhkəmə narkoloji ekspertizasının yuxarıda qeyd edilən rəyi, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı arabir marixuanadan istifadə etməsini bldirməsi təsdiq edir ki, məhz narkotik vaxitə qurudulmuş marixuanadan istifadə etmələri üçün hər iki şəxs Şirvan şəhərinə getmişlər. Bundan başqa, məhkəmə istintaqında dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Samirlə birlikdə “sumka”-çanta götürmək üçün Şirvan şəhərinə birlikdə gəldiklərini dediyini göstərmişdir. Əməliyyat məlumatından da görünür ki, həm Təqsirləndirilən şəxs həm də Samir Əbdürəhimovun satış məqsədi ilə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə Şirvan ŞPŞ-yə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatını iş üzrə dindirilmiş əməliyyat müvəkkili Şahid1 də təsdiq edərək ona hər iki şəxsin satış məqsədi ilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat aldğını məhkəmədə dindirilən zaman bildirmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxsın birinci instansiya məhkəməsində hüquqlarını müdafiə edən Müdafiəçi apellyasiya protestinə etiraz verərək, Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti təmin edilməməsini xahiş etmişdir. Etriaz onunla əsaslandırılışdır ki, iş materiallarında olan həmin raportlar şablon şəkildə yazılmışdır, demək olar ki, Şirvan ŞPŞ-dən daxil olmuş əksər raportlar analoji şəkildə yazılır. Hesab edir ki, realizə olunmayan və ehtimallara əsaslanan şablon xarakterli raportlar ittihamın əsaslılığına dəlalət edə bilməz, tam əksinə cinayət prosessual qanunvericiliyin və eləcə də konstitusiyamızın tələblərinə əsasən aradan qaldırılması mümkün olmayan şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, eləcə də satış faktı realizə edilməmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsinin MSY-də polis nəfəri vəzifəsində işləyən Şahid2 da eyni məzmunlu ifadə vermiş və Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, eləcə də satış faktı realizə edilməmişdir. Göründüyü kimi, iş materiallarında olan sübutlar, şahid ifadələri, işin faktiki halları və Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hazırkı dövrədək sonuncu tərəfindən narkotik vasitələrin satışını təstiq edən faktların realizə edilməməsi həmin raportun ittihamyönümlü mövqeyini və bütövlükdə ( Təqsirləndirilən şəxs ilə bağlı hissədə) həmin raportu təkzib edir. Dövlət ittihamçısının həmin raportu istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın əsaslarından biri kimi qəbul etməsi ilə müdafiə tərəfi razı deyil. Hesab edir ki, məhkəmə yekun qərar qəbul edərkən həmin raporta müşavirə otağında düzgün hüquqi qiymət vermişdir. Dövlət ittihamçısı daha sonra protestdə qeyd edir ki, şəxsi axtarış və götürmə haqqında 31 may 2023-cü il tarixli protokola əlavə edilmiş diskdəki videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Emil Quliyevin iştirakı ilə suallara cavab verərkən göstərmişdir ki, “iranlı ona (Samir Əbdürəhimov nəzərdə tutulur)” ot atmışdı, onu götürmək məqsədilə gəlmişlər, Samirin ot dalınca gəldiyini bilmişdir, özü və Samir aradabir marixuana istifadə edirlər”. Daha sonra Təqsirləndirilən şəxs müdafəçi Emil Quliyevin sualına cavab olaraq göstərmişdir ki, Bakı şəhərindən çıxan zaman Samirin marixuana dalınca gəlməyindən xəbəri olmasa da yolda olan zaman bu barədə bilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahatından görünür ki, 30 may 2023-cü il tarixdə Samir Əbdürəhimovla birlikdə Şirvan istiqamətində gedən zaman sonuncudan nə üçün bu istiqamətə getdiyini soruşmuş, Samir ona İran vətəndaşının marixuana göndərildiyini, həmin marixuananı götürmək üçün getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, o, Samirin Şirvan şəhərinə hansı məqsədlə getdiyini bilməmişdir. Samirlə (qeyri rəsmi ər-arvad münasibətlərində olmuşlar) münasibəti olan zaman nəsə sual verdikdə Samir ona sual verməməsini bildirmişdir. Samirlə bir yerdə narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməmişdir. Psixotrop maddə olan metamfetamini yaşadığı yerdən əldə etmişdir. Patı dediyi psixotrop maddə metamfetamini gözəllik salonunda qızlardan almışdır. Samirlə onun arasında narkotik vasitə və psixotrop maddə ilə bağlı söhbət olmamışdır. Samirin narkotik vasitədən və ya psixotrop maddədən istifadə etdiyini görməmişdir. Samir Şirvan şəhərində maşını yol qırağında ağaclığın kənarında saxlamış, həmin vaxt saat 8-9 olardı və hava artıq qaralmışdır. Samir onun telefonu ilə danışmış, “əmi mən çatıram” demişdir. Samir narkotik vasitə ilə bağlı telefonda heç nə danışmamışdır. Polislər onları saxlayan zaman özü maşında əyləşmiş, Samir isə maşından düşmüşdür. Samir maşından düşəndən heç iki dəqiqə keçməmiş polislər gəlmişdir. Şəxsi axtarış zamanı video 5-6 dəfəyə çəkilmiş, onu məcbur etmişlər ki, onlar dediyi ifadəni versin, ancaq onun heç nədən, yəni Samirin narkotik vasitə marixuana dalınca Şirvan şəhərinə getməsindən xəbəri olmamışdır. Polis əməkdaşlarından Namazla İsmayılı tanımışdır.. İsmayıl ona “eşidirsən Samirin səsini, boynuna almasan sən də belə döyüləcəksən” demişdir. Özünü metamfetaminə, yəni 0.3 qram metamfetaminə görə təqsirli bilmiş, Samirin marixuana əldə etməsindən xəbəri olmamışdır. Polislər onu döyməmişlər, lakin boynuna almasa onu da Samir kimi döyəcəklərini deməklə hədələmişlər. Müdafiəçi olaraq hesab edir ki, həmin hədələr real olduğundan Təqsirləndirilən şəxs etriafedici ifadə vermiş, və dövlət ittihamçısının qeyd etdiyi şəxsi axtarış və götürmə haqqında 31 may 2023-cü il tarixli protokola əlavə edilmiş diskdəki videoçəkiliş məhz real təzyiqin və təsirin nəticəsidir. Təzyiq anlayışı təkcə fiziki anlayış olmamaqla geniş anlama malikdir və psixi təzyiqin nə dərəcədə real olması iş materiallarından da aydın görünür. Belə ki, Şirvan şəhər prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, Samir Əbdürəhimovun barəsində alınmış məhkəmə-tibbi ekspertizasının 28 iyun 2023-cii il tarixli, 13 nömrəli rəyində onun bədən səthində aşkar olunan xəsarətlər: -sol bazunun yuxarı 1/3-nin ön səthində, sağ çiyinüstü nahiyədə, sol dizdə, sol baldırın aşağı 1/3-nin ön səthində sıyrıqlar sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər aşkar olunmuş, həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti müayinədən 12 gün əvvələ uyğun gəlir, ölümlə səbəbli əlaqəsi yoxdur. Hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi məqamlar həqiqəti əks etdirir və ekspert rəyi ilə təsdiqini tapmış olur. Sözügedən ekspert rəyi Samir Əbdürəhimovun kim tərəfindən döyülməsini sübuta yetirməsə də, sonuncunun əslində işgəncəyə məruz qaldığını təsdiq edir. Samir Əbdürəhimovun məhz polis əməkdaşları tərəfindən döyülməsini isə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir. Məhkəmə döyülmə faktını təkzib edən hökm çıxarmış olsa da, Təqsirləndirilən şəxs həmin ifadəsi iş üzrə mötəbər sübut hesab edilən Samir Əbdürəhimovun barəsində alınmış məhkəmə-tibbi ekspertizasının 28 iyun 2023-cü il tarixli, 13 nömrəli rəyi ilə üst-üstə düşür.Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında 31 may 2023-cü il tarixli protokolda olan etirafedici ifadəsi və eləcə də videoçəkilişdəki etirafı məhz Samir Əbdürəhimovun döyülməsi və onun qışıqırıq səslərinin Təqsirləndirilən şəxs nəzərinə çatdırılmaqla sonuncunun real təzyiqə və psixi zorakılığa məruz qalması ilə birbaşa bağlı olmuşdur. Həmçinin müdafiəçi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə saat 20-21 radələrində faktiki tutulmuş olsa da iş materiallarından görünür ki, o, 31 may 2023-cü il tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuşdur və tutma protokolu ilə rəsmiləşdirilmişdir. Bundan sonra isə həmin tarixdə saat 02:50-dən saat 03:25-ə qədər olan müddət ərzində şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilmişdir. Deməli Təqsirləndirilən şəxs təxminən 6-7 saat polis şöbəsində heç bir istintaq hərəkətinə məruz qalmamış, həmin müddət ərzində də hədələrə, psixi təzyiqlərə məruz qalması ilə bağlı onun iddiası reallığı əks etdirmiş olur. Hesab edir ki, məhkəmə “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinə tamamilə obyektiv və ədalətli münasibət bildirmiş, işin faktiki halları ilə uzlaşmadığına görə həmin istintaq hərəkəti zamanı əldə olunmuş etirafcdici ifadələri haqlı olaraq qəbul etməmişdir. Məhz bu baxımdan və yuxarıda sadalananlara əsasən hesab edir ki, dövlət ittihamçısının istinad etdiyi “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və protokola əlavə edilmiş diskdəki videoçəkiliş istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Ona görə də dövlət ittihamçısının protestində qeyd etdiyi həmin dəlillə də razı deyil və müdafiə tərəfi hesab edir ki, məhkəmənin mövqeyi əsaslıdır. Göründüyü kimi, həmin protokolda təsbit olunur ki, X15 Nağıyeva ilə bağlı heç bir məlumat verməmiş, Vüsalənin həmin narkotik vasitələrdən xəbərinin olması və ya marixuananın əldə olunması ilə bağlı ona hər hansı yardımın göstərilməsi, eləcə də Vüsalənin onun niyyətindən, məqsədindən xəbərdar olması barədə heç bir fikir yoxdur. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, nə təhqiqat nə də istintaq orqanları həmin şübhəli məqamlara aydınlıq gətirməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X17 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış etmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs ona verilmiş ittiham həcmində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə daha ağır cəza təyin edilməklə məhkum olunmasına dair yeni hökm çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X18 apellyasiya protestini qəbul etməyib, apellyasiya protestinin əsassız olduğunu, buna görə də apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X10 çıxışı ilə razı olduğunu bildirib, apellyasiya protestinin təmin olunmamasını, birinci istansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsinə dair məsələlər mübahisələndildiyindən, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, apellyasiya protestinin dəlillərinə uyğun olaraq ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kоllegiyаsı məhkəmə istintаqı аpаrmаdan cinаyət işinin mаteriаllаrını və apellyasiya protestinin və apellyasiya protestinə verilmiş etirazın dəlillərini аrаşdırıb, dövlət ittihamçısının apellyasiya protestinin birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və həmin əsaslarla da Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmasının qanunsuz olması barədə dəlillərinə (qeyd olunan dəlillər qərarın “Apellyasiya protestinin dəlilləri” hissəsində ətraflı şəkildə göstərildiyindən, məhkəmə kollegiyası həmin dəlləri təkrar sadalamağa zərurət görmür) məcmu halında qiymət verərək, hesab edir ki, həmin dəlillər aşağıda qeyd olunanlarla təkzib olunan dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunaraq Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunması və onun həmin maddlərlə təqsirli bilinərək cəzalandırlması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 5157,28 qram narkotik vasitə qurudulmuş marixuananı və 0,354 qram psixotrop maddə metamfetamini əldə edib, həmin çəkidə psixotrop maddə metamfetamini üzərində, Samir Əbdürəhimov isə narkotik vasitə qurudulmuş marixuananın 2,28 qramını üzərində və qalan 5155.0 qramını idarə etdiyi “Opel Astra” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 30 may 2023-cü il tarixdə saat 23:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs və X16 şəhəri Hacıqəhrəmanlı qəsəbəsi “Opel Astra” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq avtomobillə birlikdə Şirvan şəhər polis şöbəsinə gətirilmiş, onun üzərində 31 may 2023-cü il tarixdə saat 02:50-dən saat 03:25-də olan müddət ərzində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd polietilen torbacıqda təmiz çəkisi-0,354 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Samir Əbdürəhimovun isə üzərində 00:15-dən saat 00:50-dək olan müddət ərzində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,28 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və saat 01:10-dan saat 01:55-dək olan müddət ərzində sonuncuya məxsus “Opel Astra” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerində olan ehtiyat təkər saxlanılan hissədən 5 (beş) ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1030,0 qram, 1000.0 qram, 945,0 qram, 1070,0 qram, 1110,0 qram, ümumi çəkisi-5155,0 qram bitki mənşəli kütlələr tərkibli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş metamfetamin özünə məxsusdur, marixuana isə ona məxsus deyildir. Qeyri-rəsmi yaşadığı Samir Əbdürəhimov ona zəng edib rayona getdiyini demiş, Samirə onu da özü ilə aparmasını bildirmişdir. Samir yolda avtomobili bir ağaclığın dibində saxlayıb «ayaq yoluna» gedib-gələcəyini demiş və avtomobildən düşüb getmişdir. Bundan sonra polis əməkdaşları avtomobilə yaxınlaşıb onu saxlamışlar və o, həmin vaxt Samiri görməmişdir. Polis əməkdaşlarından biri avtomobili sürmüş, digəri isə qabaqda oturmuşdur. Polis Şöbəsində o, hansı səbəbdən saxlandığını soruşmuş, heç bir qanunsuz hərəkət etmədiyini, heç nədən xəbərinin olmamasını bildirmişdir. Daha sonra Samir polis şöbəsinə gətirilmiş, orada polis əməkdaşları X21 döymüşlər. Samirin döyülməsini onun qışqırıq səslərindən bilmişdir. Həmin vaxt İsmayıl və Namaz ona demişlər ki, "səs tanış gəlir sənə?". İttiham aktında yazılanlar düzgün deyil, vəkil gəlməmişdən əvvəl ona sənədlərə imza etdirmişlər. Samirlə 2023-cü ilin aprel ayının 16-da tanış olmuş, may ayının 30-da isə tutulmuşlar. Təxminən 6 ay olardı ki, psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, Samirin Şirvan şəhərinə hansı məqsədlə getdiyini bilməmişdir. Samirlə bir yerdə narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməmişdir. Samir hava limanında işləmiş, «Azal»ın işçisi olmuşdur. Samirin yanında psixotrop maddədən istifadə etməmişdir. Patı dediyi psixotrop maddə metamfetamini gözəllik salonunda qızlardan almışdır. Samirlə onun arasında narkotik vasitə və psixotrop maddə ilə bağlı söhbət olmamışdır. Samirin narkotik vasitədən və ya psixotrop maddədən istifadə etdiyini görməmişdir. Samir Şirvan şəhərində maşını yol kənarında ağaclığın altında saxlamış, həmin vaxtı saat 20-21 olardı və hava artıq qaralmışdı. Samir onun telefonu ilə danışmış, «əmi mən çatıram» demişdir. Samir narkotik vasitə ilə bağlı telefonda heç nə danışmamışdır. Samir maşından düşəndən heç iki dəqiqə keçməmiş polislər gəlmişlər. Şəxsi axtarış zamanı video 5-6 dəfəyə çəkilmiş, onu məcbur etmişlər ki, onlar dediyi ifadəni versin, ancaq onun heç nədən, yəni Samirin narkotik vasitə marixuana dalınca Şirvan şəhərinə gəlməsindən xəbəri olmamışdır. Polis əməkdaşlarından Namazla İsmayılı tanımışdır. İsmayıl ona «eşidirsən Samirin səsini, boynuna almasan sən də belə döyüləcəksən» demişdir. Özünü metamfetaminə, yəni 0,3 qram metamfetaminə görə təqsirli bilmiş, Samirin marixuana əldə etməsindən xəbəri olmamışdır. Samirin narkotik vasitə marixunana dalınca getməsi ilə bağlı onda heç bir şübhə yaranmamışdır. İki gündən sonra vəkil yanına gəlmişdir. İstintaq zamanı müdafiəçisinə heç nədən xəbəri olmadığını demişdir. Polislər onu döyməmişlər, lakin boynuna almasa onu da Samir kimi döyəcəklərini deməklə hədələmişlər. Şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntüyə baxmamış, ilk dəfə məhkəmə iclas zalında baxmışdır. Saxlanılan zaman Samirin idarə etdiyi «Opel Astra» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şirvan ŞPŞ-də baxış keçirilməsinə dair videogörüntüyə istintaq zamanı baxmamış, iş materialları ilə tanış olan zaman həmin videogörüntü ona nümayiş etdirilməmişdir. Həmin avtomobildə aşkar olunmuş marixuanaları baxdığı videogörüntüdən əvvəl görməmişdir. Samir öldükdən sonra polis əməkdaşları onu Şirvan ŞPŞ-nin rəisinin qəbuluna aparmışlar, polis rəisi ona Samirin öldüyünü, bu səbəbdən də onun barəsində olan cinayət işini Samirin barəsində olan cinayət işindən ayıracaqlarını demişdir. Lakin sonradan heç bir təqsiri olmadığı halda Samirin üzərindən və idarə etdiyi «Opel Astra» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş marixuanaların əldə edilməsində, saxlanmasında və daşınmasında onun da Samirlə qabaqcadan əlbir olmaqla razılaşmasını yazmışlar. Heç bir qanuni əsas və sübut olmadığı halda xəbəri olmayan narkotik vasitə marixuananın Samirlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınmasına görə ona ittiham verilmişdir. Bunda onun heç bir təqsiri olmamış, Samirin satış məqsədi ilə qanunsuz külli miqdarda marixuana əldə etməsi, saxlaması və daşımasından məlumatı belə olmamışdır. Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 yalan ifadə vermişlər, şəxsi axtarış zamanı dediyi sözləri bildirməsə, onu da Samir kimi döyəcəklərini demişlər. O da hədələrdən qorxduğu üçün özünün ziyanına ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində bildirmişdir ki, 30 may 2023-cü il tarixdə xidmətdə olarkən ona Samir Əbdürəhimov və Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə saxlamaları, gəzdirmələri və istifadə etmələri barədə əməliyyat məlumatı daxil olmuş, tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuş, təxirəsalınmaz tədbirlər keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil olunmuşdur. Şahid2 və digər polis əməkdaşları əməliyyat qrupunun üzvü olmuşlar və həmin polis əməkdaşları ilə birlikdə Hacıqəhrəmanlı qəsəbəsinə getmişlər. «Opel Astra» markalı avtomobilə yaxınlaşıb özlərini təqdim edib Samir Əbdürəhimov və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində müdafiəçilərlə təmin olunmuşlar, Samirin üzərində videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, üzərindən marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmuşdür. Samir Əbdürəhimov bildirmişdir ki, kibrit qutusunda narkotik vasitəni tanımadığı sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürmuşdur. Həmin narkotik vasitə marixuana kütlələrinin qalan hissəsi də idarə etdiyi avtomobildədir. Daha sonra avtomobilə baxış keçirilmiş avtomobilin yük hissəsindən 5 bükümdə marixunaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən metamfetamin kütləsi aşkarlanmış, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni Bakı şəhərində Digah qəsəbəsində yerdən tapmış və istifadəsi üçün üzərində saxlamışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Samir Əbdürəhimov və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaları, gəzdirmələri və istifadə etmələri barədə olmuşdur. Samir Əbdürəhimov və Təqsirləndirilən şəxs barəsində əvvəllər onlara heç bir məlumat daxil olmamışdır, əməliyyat məlumatı yanlız bir dəfə həmin vaxt daxil olmuşdur ki, onlar da Samir Əbdürəhimov və Təqsirləndirilən şəxs birlikdə saxlayaraq Şirvan ŞPŞ-nə aparmışlar. ŞPŞ-də Təqsirləndirilən şəxs hədələməmişlər, ona qarşı heç bir təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs Samir Əbdürəhimovu döydükləri üçün etiraf edir, səni də belə döyərik deməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və ona təqdim olunan tərəfindən yazılmış "raport" və şahid qismində verdiyi ifadəsindəki imzalar özünə məxsusdur, həmin imzaların fərqli formada olmalarının səbəbi kimi imzaları tələsik çəkməsini göstərmişdir. Tərəfindən yazılmış "raport" və şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatın daxil olması ümumi olaraq, yəni digər raportlar ilə eyni məzmunda yazılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, belə bir məlumat daxil olsa da, həmin məlumat realizə edilməmişdir. Birinci instansiya məhkəməsində Şahid Şirvan Şəhər Polis Şöbəsinin MSY-də polis nəfəri vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş; - "cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında" 31 may 2023- cü il tarixli qərardan görünür ki, X9 və X6 qanunsuz olaraq narkotik vasitə gəzdirmələri, saxlamaları barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. - Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 30 may 2023-cü il tarixli raportda göstərilmişdir ki, Samir Əbdürəhimov və Təqsirləndirilən şəxs üzərlərində qanunsuz yolla əldə etdikləri narkotik vasitəni gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmaqları barədə əməliyyat məlumatı daxil olmuşdır. - "təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" 30 may 2023- cü il tarixli qərardan görünür ki, Samir Əbdürəhimov və Təqsirləndirilən şəxs üzərlərində qanunsuz yolla əldə etdikləri narkotik vasitəni qəbul etməkdə, üzərlərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduqlarında, onların ətrafında təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri keçirməklə yoxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. - "cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Samir Əbdürəhimov həmin tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur. - "şəxsi axtarış və götürmə aparılması haqqında" 31 may 2023-cü il tarixliprotokoldan və həmin protokola əlavə olunmuş 1 ədəd DVD diskdə olan video görüntü ilə müəyyən edilir ki, şübhəli şəxs Samir Əbdürəhimov üzərində bir ədəd kibrit qurusunda narkotik vasitə marixuana olduğunu bildirmiş və əynində olan qara rəngli üzərində ağ zolaqlar olan idman şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Samir Əbdürəhimov həmin 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı sosial şəbəkədə tanış olduğu Loğman adlı İran İslam Respublikası vətəndaşından 30 may 2023-cü il tarixdə sosial şəbəkədə məkan olaraq göndərdiyi Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən ərazidən götürdüyünü, həmin marixuanaya bənzər kütlənin 100 qramını aldığını, yerdə qalan hissəsini Loğman adlı İran vətəndaşının dediyi yerə qoyacağını bildirmişdir. Elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin kütlənin çəkisinin4,54 qram olduğu müəyyən edilmişdir. - "baxış keçirməsi haqqında" 31 may 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş 1 ədəd DVD diskdə olan video görüntü ilə müəyyən olunur ki, Samir Əbdürəhimova məxsus «Opel Astra» markalı, **-UJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa baqaj yerində olan ehtiyat təkər saxlanması üçün nəzərdə tutulmuş yerdən 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 05 ədəd yapışqan lentli bağlama narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, çəkisi 5460 qram olmuşdur. - "şəxsi axtarış və götürmə aparılması haqqında" 31 may 2023-cü il tarixliprotokoldan və həmin protokola əlavə olunmuş 1 ədəd DVD diskdə olan video görüntüdən bəlli olur ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Elektron tərəzi vasitəsi ilə həmin psixotrop maddəyə bənzər kütlə çəkilən zaman onun çəkisinin 0,75 qram olduğu müəyyən edilmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa cibindənona məxsus olan "Samsung" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 1 ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddəni 30 may 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən evinin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Samir Əbdürəhimovla bir müddətdir ki, qeyri-rəsmi münasibətdə olmasını, Samir Əbdürəhimovun da narkotik vasitə istifadəçisi olmasını, 30 may 2023-cü il tarixdə Samir Əbdürəhimov ilə birlikdə Samirin idarə etdiyi avtomobil ilə tanımadığı İran İslan Respublikası vətəndaşının Samir üçün göndərmiş olduğu marixuananı götürmək məqsədilə Şirvan şəhərinə gəlmələrini bildirmişdir. Həmin vaxtı müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq isə Təqsirləndirilən şəxs Samir Əbdürəhimovun nəyin dalınca gəldiyini yolda bildiyini, Bakıdan çıxan zaman bilmədiyini soradan bildiyini demişdir. - məhkəmə kimyəvi ekspertizasının 31 may 2023-cü il tarixli, 18/567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd polietilen torbacıqda təmiz çəkisi-0,354 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - “ambulator məhkəmə narkoloji ekspertizası”nın 02 iyun 2023-cü il tarixli, 3417 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Vüsal Nağıyevada kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - məhkəmə bioloji ekspertizasının 31 may 2023-cü il tarixli, 18/566 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «...X4 üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-2,28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda «...X3 avtomobilindən...» sözləri yazılmış və imzalar olan sintetik torba bağlamada 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1030,0 qram, 1000,0 qram, 945,0 qram, 1070,0 qram, 1110,0 qram, ümumi çəkisi 5155,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş X3 üzərindən və avtomobilindən aşkar olunmuş, ümumi çəkisi 5157,28 qram olan marixuanalar eyni tərkiblidir. - "cinayət təqibinə hissəvi xitam verilməsi haqqında" 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Samir Əbdürəhimov barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. - "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, Samir Əbdürəhimovun ölümü ilə bağlı cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların müqayisəli təhlilini aparıb, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı əldə olunmuş sübutlara onların mənsubiyyəti, mötəbərliyi, yaranma və əldə olunma mənbəyinə Cinayət-Prosessual Qanunvericiliyin sübutetmə əsaslarına dair prinsipləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən istinad edilən əməli, yəni Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi ittiham tərəfindən təqdim olunmuş və birinci və apellyasiya məhkəmə baxışında tədqiq olunmuş sübutlarla təsdiq olunmur və bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün olmamaqla yanaşı ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməklə onun əməllərinin istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə səhv tövsif olunmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı cinayət hüquq nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinəyət əməlinin və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin mümkünlüyünə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrinin dispozisiyasından aydın olur ki, həmin maddələrlə nəzərdə tutulan cinayət əməli o zaman cinayət məsuliyyətinə səbəb olur ki, təqsirləndirilən şəxsin davranışı maddənin dispozisiyaında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma ilə nəticələnmiş olsun. Qeyd olunan maddələrlə nəzərdə tutulan cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrdə nəzərdə tutulan hərəkətləri törətməsi faktını müəyyən etmək kifayətdir. Şərh olunan cinayətlərin kriminal nəticələri isə cinyət tərkibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir. Həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası isə yuxarıda qeyd olunan davarnışın qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə və külli miqdarda narkotik vasitəyə münasibətdə törədilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin görə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinyət hüquq nəzəriyyəsinə görə cinayətdə iştirakçılığın formaları dəstə üzvləri arasında əlbirlik və müətəşəkillik əlamətlərinə görə fərqlənir. Qüvvədə olan cinayət qanununda cinayətdə iştirakçılığın bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) formaları fərqləndirilir. Cinayət törədən dəstə üvləri arasındakı əlbirlik səvəyyəsinə görə onlar qabaqcadan əlbir olmayan və qabaqcadan əlbir olan dəstəyə ayrılır. Cinayətin qabaqcadan əlbir olan dəstə tərəfindən törədilməsinin də aşağıdakı formalrı fərqləndirilir: - cinayətin mürrəkkəb iştirakçılıqla törədilməsi; - əməlin kriminal dəstə tərəfindən törədilməsi; - cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi; - əməlin cinayətkar birlik tərəfindən törədilməsi. Müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı olan iştirakçılıqda iştirakçılardan biri bilavasitə cinayəti törədir, başqaları ona kömək edir. Cinayətin icraçısına göstərilən yardım müxtəlif ola bilər. Mürəkkəb iştirakçılıqda cinayətin iştirakçıları müxtəlif vəzifələr yerinə yetirsə də, bunların hamısı nəticə etibarı ilə cinayətin icraçısının fəaliyyəti ilə yaxından və yaxud uzaqdan rabitədə olur və iştirakçıların cinayətdə birgə fəaliyyətini yaradır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunun normaları şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə törədilmiş cinayətə görə məsuliyyətini şəxsin cinayət barədə onun digər iştirakçıları ilə qabaqcadan əlbirliyi və cinayətin törədilməsində Cinayət Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş hər hansı formada iştirakı ilə əlaqələndirmişdir. Lakin iş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun təqsirləndirlən şəxs X9 ilə qabaqcadan əlbir olmasını qeyd etsə də bu əlbirliyin nədə ifadə olunduğu, nə vaxt, harada və hansı qaydada baş verməsinə dair heç bir sübuta istinad etməmiş, ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla da bu əlbirlik təsdiq olunmamışdır. İbtidai istintaq orqanı yalnız Təqsirləndirilən şəxs Samir Əbdürəhimovun idarə etdiyi avtomobildə olmasını və Samir Əbdürəhimovun üzərində, eləcə də avtomobilində narkotik vasitə marixuana aşkar edilməsini əsas götürərək Vüsalə X1baqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə olan marixuananı satış məqsədi ilə qənaətinə gəlsə də, bu hal hər hansı sübutla öz təsdiqini tapmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq külli midarda qabaqcadan əlbir olan bir qrupda əldə edilməsi, saxlanması, daşınması cinayəti dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışını verən CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Birinci instansiya məhkəməsində tədqiq edilən sübutlardan Samir Əbdürəhimovun üzərindən aşkar olunan 2,28 qram və idarə etdiyi avtomobilin arxa baqajında ehtiyat təkər saxlanması üçün nəzərdə tutulmuş yerdən aşkar olunan 5155,0 qram narkotik vasitə marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsində Təqsirləndirilən şəxs ilə qabaqcadan hansı razılığının olması, aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs rolunun nədən ibarət olması, istintaq orqanı tərəfindən cinayətin bilavasitə icraçısı kimi qəbul edilən X12 Nağıyevanın hansı köməkliyi etməsi kimi hallar hər hansı sübutla müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunalara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Samir Əbdürəhimovun niyyətindən, o cümlədən onun külli miqdarda narkotik vasitə marixuana əldə etmək məqsədi və bu cinayətləri müzakirə etməsində nəinki iştirakı, bundan məlumatı belə olması barədə istintaq orqanı tərəfindən mötəbər sübutlar əldə edilmədiyi halda onun bu cinayət əməllərini Samir Əbdürəhimovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi barədə istintaq orqanının gəldiyi nəticə əsaslı sayıla bilməz. Bundan başqa, dövlət ittihamçısı apellyasiya protestinin dəlillərində "əməliyyat məlumatında həm Təqsirləndirilən şəxs, həm də Samir Əbdürəhimovun satış məqsədi ilə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə Şirvan ŞPŞ-yə məlumat daxil olduğunu, həmin əməliyyat məlumatını iş üzrə dindirilmiş əməliyyat müvəkkili Şahid1 də təsdiq etdiyini" qeyd etsə də, Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, onun tərəfindən yazılmış "raport" və şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatın daxil olması ümumi olaraq, yəni digər raportlar ilə eyni məzmunda yazılmış, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, belə bir məlumat daxil olsa da, həmin məlumat realizə edilməmişdir. Həmçinin, dövlət ittihamçısının "Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Samirin də narkotik vasitə istifadə etdiyini bildirməsi, onların birlikdə narkotik vasitə istifadə etmələri, buna görə də Samir Əbdürəhimovun narkotik vasitə götürmək üçün Şirvan şəhərinə gəlməsindən Təqsirləndirilən şəxs məlumatı olması, bununla bağlı onun etirafı, həmçinin Təqsirləndirilən şəxs barəsində olan məhkəmə narkoloji ekspertizasının işdə olan rəyi ilə təsdiq edilməsi " barədə apellyasiya protestinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində icra olunmuş "şəxsi axtarış və götürmə aparılması haqqında" istintaq hərəkəti nəticəsində tərtib olunmuş protokolda həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs dediyi fikirlər tam şəkildə yazılmamış, protokolun həmin hissəsi aparılmış videogörüntüdəki kimi qeyd edilməmişdir. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə Samir Əbdürəhimov ilə birlikdə Samirin idarə etdiyi avtomobil ilə tanımadığı İran İslam Respublikası vətəndaşının Samir üçün göndərmiş olduğu marixuananı götürmək məqsədi ilə Şirvan şəhərinə gəlmələrini bildirsə də, müdafiəçisi tərəfindən verilmiş dəqiqləşdirici suala cavab olaraq Samir Əbdürəhimovun nəyin dalınca gəldiyini yolda bildiyini, Bakıdan çıxan zaman bilmədiyini demişdir. Buna baxmayaraq təhqiqatçı tərəfindən həmin istintaq hərəkəti icra olunarkən Təqsirləndirilən şəxs fərqli fikirlər deməsinin səbəbi aydınlaşdırılmamış, bu aydınlaşdırmanın aparılmasında heç maraqlı belə olmamış, bununla kifayətlənməyərək təhqiqatçı protokolu təhrif edilmiş şəkildə yazmış, istintaq orqanı tərəfindən isə həmin videogörüntüyə baxılaraq bununla bağlı müvafiq istintaq hərəkətləri aparılmamışdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarından da görünür ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edildiyini, son altı ay ərzində narkotik vasitə istifadə etməyə başladığını, Samir Əbdürəhimov ilə sosial şəbəkədə tanış olduğunu, söhbət zamanı onun rayona getdiyini bildiyini, Samir Əbdürəhimova evdə sıxıldığını və onu da rayona aparmasını dediyini, Samir Əbdürəhimov ilə birlikdə Şirvan şəhərinə gəldiyini, lakin Samir Əbdürəhimovun üzərində və avtomobilində narkotik vasitə olmasından xəbərsiz olduğunu bildirmişdir. Bundan başqa, ibtidai istintaq dövründə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin ona məxsus olmasını, lakin Samir Əbdürəhimovun üzərində və avtomobilində narkotik vasitə olmasından xəbərsiz olduğunu bildirmiş, istintaq orqanı isə onun bu ifadəsini təkzib edəcək sübut əldə edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cinayət- Prosessual Məcəllənin 126.6-cı maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs barəsində icra olunmuş "şəxsi axtarış və götürmə aparılması haqqında" istintaq hərəkəti zamanı onun 30 may 2023-cü il tarixdə Samir Əbdürəhimov ilə birlikdə Samirin idarə etdiyi avtomobil ilə tanımadığı İran İslam Respublikası vətəndaşının Samir üçün göndərmiş olduğu marixuananı götürmək məqsədi ilə Şirvan şəhərinə gəlmələrini bildirməsi barədə etirafedici ifadə verməsi barədə göstərdiklərini işin faktiki hallarına uyğun olmadığına və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyinə görə iş üzrə sübut kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması barədə göstərilənlər, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsi ilə bağlı ona elan olunmuş ittiham üzrə təqsirliliyini və onun həmin cinayət əməllərini törətməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəlıi sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 5157,28 qram narkotik vasitə qurudulmuş marixuananı və 0,354 qram psixotrop maddə metamfetamini əldə edib, həmin çəkidə psixotrop maddə metamfetamini üzərində, Samir Əbdürəhimov isə narkotik vasitə qurudulmuş marixuananın 2,28 qramını üzərində və qalan 5155.0 qramını idarə etdiyi “Opel Astra” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımaları barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiahm tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunan maddələrin mənasına görə şəxsin təqsirli olduğuna (ittihamın sübuta yetirilməsində) şübhələr olduqda məhkəmə ya bu sübutları aradan qaldırmalı, ya da onları təqsirləndirilən şəxsin xeyrinə həll etməlidir. Qanunun tələbinə görə belə əsaslı şübhələr digər şəkildə həll ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq apellyasiya protestinin dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərini kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutları bir daha araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi- 0,354 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üstündə saxlaması, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması onun özünün etirafedici ifadəsi, iş materiallarında olan şahid ifadələri, baxış, axtarış aparılması haqqında protokol, ekspert rəyləri, maddi sübut və digər sənədlərlə yanaşı işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası məkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdiriən halları və şəxsiyyətini nəzərə almaqla ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən onun himayəsində yetkinlik yaşına çatmayan qızının, xəstə anasının olması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən hallar, ailə, maddi və sosial vəziyyəti cəzasını yüngülləşdirən hallar kimi və Cinayət Məcəlləsinin 61-cı maddəsində nəzərdə tutulmuş əsasən cəzasnı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin etmiş, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən onun həbsdə olduğu 6 (altı) ay 15 (on beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla o, cəzasını çəkib qurtarmış hesab edilməsi, barəsində seçilmiş "həbs" növündə qətimkan tədbirinin ləğv edilərək və saxlanıldığı İstintaq Təcridxanasından həbsdən dərhal azad edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olubolmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni hökm çıxarılması üçün əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya protesti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 1(099)-827/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 1(099)-827/2023 nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-184/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-184/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver