Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-185/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 1(099)-251/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 1(099)-251/2024 nömrəli hökmü ilə (hakimlər X11 (sədrlik edən), X10 və X7 ibarət tərkibdə) xx xxxxxx 1992-ci ildə Salyan rayonun Beşdəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Salyan rayonun Beşdəli kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 31 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Təqsirləndirilən şəxs2 ilə öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə olunması, saxlanması və daşınaraq həmin maddələrin cinayətkar qrupun digər üzvlərinə çatdırılması müqabilində 1000 (bir min) manat pul və istifadələri üçün müəyyən miqdarda narkotik maddə almalarına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü və ya üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbada qablaşdırılmış, üç ədəd bağlamada külli miqdarda-5240,0 qram narkotik vasitə olan heroin, beş ədəd bağlamada külli miqdarda-8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə külli miqdarda-47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərinin Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən “Turist” adlı restoranın həyətyanı sahəsində yerləşən sanitar qovşağında gizlədilməsi barədə məlumat verilməsindən sonra 30 avqust 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Bakı şəhərindən Cəlilabad rayonu, Göytəpə şəhərinə gəlib, 31 avqust 2023cü il tarixdə, saat 01 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən fəaliyyət göstərməyən “Turist” adlı restoranın ərazisinə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbanın içərisində üç ədəd bağlamada külli miqdarda-5240,0 qram narkotik vasitə olan heroin, beş ədəd bağlamada külli miqdarda-8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə külli miqdarda-47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində saxlanılıb üzərilərində şəxsi axtarış zamanı onlara məxsus olmaqla Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd sellofan torbanın içərisində üç ədəd bağlamada ayrı-ayrılıqda 2100,0 qram, 1895,0 qram və 1245,0 qram olmaqla cəmi külli miqdarda-5240,0 qram (5 kq 240,0 qram) narkotik vasitə olan heroini, beş ədəd bağlamada ayrı-ayrılıqda 940,0 qram, 2080,0 qram, 2120,0 qram, 2150,0 qram və 1050,0 qram olmaqla cəmi külli miqdarda-8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə külli miqdarda-47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü şıxarılmasını, əgər Təqsirləndirilən şəxs1 təqsirli olduğu müəyyən edilərsə, onun onun İİ Qarabağ müharibəsində döyüşməsini və digər yüngülləşdirici halları nəzərə alaraq aşağı həddə cəza verilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, şəxsin saxlanılması, tutulması, şəxsi axtarışın keçirilməsi hərəkətlərinin baş vermə vaxtlarında əhəmiyyətli dərəcədə ziddiyyətlər mövcuddur. Məhkəmə iclası zamanı əməliyyat müvəkkili müdafiəçinin “nə üçün şəxsləri saxladığınız yerdə şəxslərin üzərlərinə baxış keçirmədiniz” sualına cavab olaraq əlverişli şərait olmadığını bildirmişdir. Halbuki, həmin şəxslərin üzərlərinə saxlanıldığı yerdə baxış keçirməli idilər. Çünki həmin vaxt hava qaranlıq olmuş, ətrafda insanlar olmamış və əməliyyatçıların baxış keçirmələrinə mane ola biləcək heç bir hal olmamışdır. Bundan əlavə, əməliyyatçı “bəs nə üçün əməliyyatı sona qədər davam etdirib həmin şəxslərin kimə isə narkotik vasitə satıb-satmadıqlarını və ya daha əvvəldən müşahidəyə götürüb kimin həmin şəxslərə narkotik vasitə verdiyini müəyyən etmədiniz” sualına cavab olaraq “həmin şəxslər qaçıb gedə bilərdilər və əməliyyat pozula bilərdi” cavabını vermişdir. Əməliyyat müvəkkilinin müşahidəyə götürdüyü yerdən şəxs harasa qaça bilməzdi. Həmçinin Bəhruzdan aylıq qazancını soruşduqda müəyyən olunmuşdur ki, onun aylıq qazancı 300-400 manatdır. 300-400 manat aylıq qazancı olan şəxs qiyməti yüz minlərlə ölçülən narkotik vasitəni ala bilməzdi. Bundan əlavə, İranlı olan həmin şəxsin qiyməti yüz minlərlə manat olan bir əşyanı heç vaxt tanımadığı şəxsə göndərməsi qətiyyən mümkün deyildir. Deməli heç bir İranlı heç kəsə narkotik vasitə göndərməmişdir. Müdafiəçi vəsatət verərək İranlı deyilən şəxsə məxsus mobil nömrənin hansı imei kodlu telefonda işlənməsi, eləcə də həmin imei kodlu telefonda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hansı mobil opretarora məxsus nömrənin istifadə edilməsi, həmin mobil nömrənin kimin adına qeydə alınmasının müəyyənləşdirilməsi ilə bağlı "xxxx" MMC-yə "xxxx" MMC-yə və "xxxx" MMC-yə sorğu göndərilməsini xahiş etmiş, lakin məhkəmə həmin vəsatəti də rədd edərək işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmuşdur. Həmçinin müdafiəçi vəsatət verərək Cavidin mobil telefonunda olan yazışmalar pozulduğu üçün həmin yazışmaları bərpa edilməsi üçün ekspertiza mərkəzinə göndərərək ekspertiza təyin edilməsini və ekspert qarşısında pozulmuş yazışmaların bərpa edilməsi tapşırığının qoyulmasını xahiş etmişdir. Belə ki, Cavidin bildirdiyinə görə o, həmin yerə 50 qram narkotik vasitəyə görə gəlmiş və İranlı ilə yazışmalarında da İranlıdan 50 qram narkotik vasitə istəmiş və İranlı da Cavidə 50 qram narkotik vasitəni artıq göndərdiyini qeyd etmişdir, lakin iş materiallarına Cavidin telefonunda olan yazışmalar əlavə edilməmiş, mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından isə görünür ki, Cavid və Təqsirləndirilən şəxs1 5239,7 qram (5 kq 239,7 qram) narkotik vasitə olan heroin, 8339,5 qram (8 kq 339,5 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 47,439 qram psixotrop maddə olan metamfetamin və 90 ədəd narkotik vasitə olan metadon həblərini satmaq niyyəti ilə üzərlərində daşımağa görə ittiham edilmişlər. Bu xüsusatın araşdırılması olduqca vacib olmasına baxmayaraq məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəməyə daxil olmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 anten dairəsinin göstərdiyi yerə görə Təqsirləndirilən şəxs2 saat 20:50 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında olmuşdur. Maraqlıdır ki, Cavid və Bəhruz 20:50 radələrində polis şöbəsində olmuş, onların saxlanıldığı vaxt isə saat 01 radələri kimi göstərilmişdir. Deməli buradan da aydın olur ki, Bəhruz və Cavid saat 20:50 radələrindən saat 01 radələrinə qədər işgəncələrə məruz qalmış, nəhayət işgəncələrə dözməyərək polis əməkdaşlarının istədikləri kimi ifadə verəcəklərini dedikdən sonra işgəncələr dayandırılmış və sənədləşmə işlərinə başlanılaraq şəxslərin saxlanılma radələri həmin saatdan yazılmışdır. Saat 20 radələrindən saat 01 radələrinə qədər olan müddət kəsimi 3 saat təşkil edir. Bu üç saat istənilən şəxsə ən şiddətli və ağrılı işgəncələr verərək həmin şəxsdən istənilən törədilməmiş cinayəti belə öyləməsinə gətirib çıxara bilən bir müddətdir. Lakin məhkəmə tərəfindən bu hala ümumiyyətlə qiymət verilməmişdir. Müdafiə etdiyi şəxslə konfidensial görüş zamanı ona fiziki zor tətbiq edilməsi və təzyiqlərə məruz qalması haqqında məlumatlara söykənərək məhkəmədən həmin məlumatların dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə vəsatətləri rədd edilmişdir. Yuxarıda qeyd olunan faktlardan da aydın olur ki, şəxsin saxlanılma və tutulma vaxtları, şəxsi axtarış və götürmə protokolunun tərtib edilmə vaxtı saxtalaşdırılmışdır və həqiqəti əks etdirmir. Odur ki, cinayət işi materiallarında sübut kimi qiymətləndirilə bilməzdi. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan maddi sübutlar saxlanma kamerasında saxlanılır. Həmin narkotik vasitələrin polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə təqdim edilibedilməməsi və ya üzərinə (cibinə) qoyulub-qoyulmaması faktının aydınlaşdırılması üçün maddi sübutun məhkəməyə gətiriləndən sonra papilyar naxış izlərinin daktiloskopik ekspertizası təyin edilməsi və həmin bükümün üzərində olan barmaq izləri ilə izi qoyan şəxsin barmaq izlərinin eynilik təşkil edib-etməməsinin müəyyən etməsi üçün Lənkəran ŞRPŞ-nın maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübutun məhkəməyə gətirilməsinin təmin edilməsi zəruridir. Cəlilabad Rayon Polis Şöbəsinə gətirilən şəxslərin qeydiyyat jurnalından 30 avqust 2023-cü il tarixdə və 31 avqust 2023-cü il tarixdə olan çıxarışın göndərilməsi və şöbənin giriş hissəsində quraşdırılmış videokameralar vasitəsilə həmin tarixdə lentə alınmış videoyazının elektron daşıyıcıya köçürülərək göndərilməsinin müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd edilən sübutların əldə edilməsi həqiqətən təqsirləndirilən şəxsin saat neçədə şöbəyə gətirilməsi, ümumiyyətlə İranlının mövcud olub-olmaması, həmin şəxsin Cavid ilə əlaqədə olub-olmaması, Cavidə nə qədər narkotik vasitə göndərəcəyini dediyini müəyyən etmək üçün Təqsirləndirilən şəxs2 məxsus 1 (bır) ədəd “Redmi” markalı mobil telefonun Məhkəmə Ekspertiza Mərkəzinə göndərilərək 25 avqust 2023-cü il tarixdən etibarən həmin mobil telefon vasitəsi ilə edilmiş danışıqların və yazılmış mesajların bərpa olunmasının müəyyən edilməsi zəruridir. Bu hal müəyyən edilərsə, bu zaman Təqsirləndirilən şəxs2 iranlıdan hansı miqdarda narkotik vasitə istədiyini, iranlının ona hansı miqdarda narkotik vasitə göndərəcəyini və İranlının deyilən vaxtda narkotik vasitə göndərib-göndərmədiyini müəyyən etmək üçün qeyd edilən vəsatətin təmin edilməsi zərurəti yaranmışdır. Bundan başqa, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuş, həmin qərarda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə göstərilmiş əsas şübhəli olmuş, qərarda belə tədbirin zəruriliyi əsaslandırılması qeyd olunsa da sözügedən qərarda bu öz əksini tapmamış, hansı əməliyyat-axtarış tədbirinin həyata keçiriləcəyi öz əksini tapmamışdır. Cinayət işi materiallarından qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın kobud pozuntulara yol verilməklə qəbul edildiyini nəzərə alaraq həmin qərar sübut kimi yolverilməz olduğundan cinayət işi materialından xaric edilməli idi. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X12 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmamışdır. Bu səbəbdən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli, yaxud sonuncunun təqsirli olması müəyyən edilərsə, cəzası yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. CM-in 234.4-cü maddəsinin dispozisiyasından isə görünür ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: -qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-in 234.4.1-ci maddəsinin: -külli miqdarda törədildikdə CM-in 234.4.3-cü maddəsinin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Onu da qeyd etmək lazımdır ki, əməlin cinayət olub-olmaması, habelə cinayət tərkibinin əlamətləri Cinayət Qanununun Xüsusi hissəsinin normalarında təsbit edilsə də, bu əməllərin sübuta yetirilməsinin hüquqi proseduru Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4 və Şahid5 ifadələri, 31 avqust 2023-cü il tarixli “Raport” və “Akt”, 15 və 23 avqust 2024-cü il tarixli məlumat arayışları, eləcə də əlavə edilmiş tibbi kitabçaların surətləri, “şəxsi axtarış və götürmə barədə” 31 avqust 2023-cü il tarixli protokol, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 31 avqust 2023-cü il tarixli rəyi, “mobil telefona baxış keçirilməsi” haqqında 27 noyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəl, habelə iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, qurudulmuş marixuanadan istifadə etməyə başlamış, tanışı Cavid də marixuana istifadəçisi olmuşdur. Tutulmamışdan iki gün əvvəl, yəni 28 və ya 29 avqust 2023-cü il tarixdə Cavidlə söhbət zamanı Cavid ona Cəlilabad rayonunda olan dostu ona 50 qram marixuna verəcəyini bildirib birlikdə gedib həmin marixuananı götürməyi təklif edib götürəcəyi marixuanadan da ona istifadəsi üçün pay verəcəyini demiş, o da razılaşmışdır. 30 avqust 2023-cü il tarixdə, axşam saatlarında taksi ilə o, Cavidlə birlikdə, həm yoldaşlıq, həm də 50 qram marixuananı götürmək üçün Cəlilabad rayonuna getmişlər. Həmin gün gecə saatlarında Cəlilabada çatandan sonra Cavidin dediyi yerə, yəni yolun kənarında olan köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətinə daxil olmuşlar ki, orada harasa qoyulmuş 50 qram marixuananı götürsünlər. Kafenin həyətində marixuananı axtarıb tapa bilmədiklərinə görə oradan çıxıb yolun kənarına gəlmişlər ki, Bakıya gedən taksi tapıb geri qayıtsınlar. Onlar yolun kənarında olarkən bir qrup polis əməkdaşı gəlib onu və Cavidi tutub əvvəl olduqları kafenin həyətinə aparmış, kafenin həyətində olan sanitar qovşağının yanında, 5-6 metr yaxınlığında yerdə bir ədəd ağ rəngli sellofan bağlama olmasını görmüş, sonra polislər həmin bağlamanı götürüb bağlamanın içərisində olan narkotiklərin ona və Cavidə məxsus olmasını bildirmişlər. O, bağlamanın içərisində nə olmasını bilməmişdir. Sonra polislər onları Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edərək kafenin həyətində olan sanitar qovşağının yanından götürülmüş ağ rəngli sellofan bağlamanın ona məxsus olmasını bildirmiş, o isə həmin bağlamanın ona məxsus olmadığını, Cavidlə birlikdə 50 qram marixuana götürmək üçün gəldiklərini bildirsə də, polislər ona inanmamışlar və onu ailəsi ilə hədələyərək bağlamanı aparıb həyətlərinə qoyub, sonra həyətindən bu bağlama aşkar edilib götürəcəklərini dediklərindən o da razılaşıb bildirmişdir ki, həmin bağlamada olan narkotiklər ona və Cavidə məxsusdur. Bundan sonra veideoçəkilişlə bağlamaya baxış keçirilmiş və bağlamanın içərisindən narkotik maddələr aşkar edilmişdir. Polis əməkdaşlarının ona qarşı təzyiqlər olduğu üçün o, bağlamada aşkar olunmuş narkotik maddələrin ona və Cavidə məxsus olmasını, bağlamanı köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətində olan sanitar qovşağından götürdüklərini bildirmişdir. Əslində isə həmin bağlama və bağlamanın içərisində aşkar olunmuş narkotik maddələr ona məxsus deyil. Tutularkən onun əlində heç bir bağlama olmamışdır. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Cavid iranlı bir nəfərlə danışdıqdan sonra narkotik maddə götürmək üçün Cəlilabad rayonuna gəlmişdir. O, Cavidin danışdığı şəxsi, o cümlədən iranlı olan şəxsi tanımamış, telefonla heç kimlə də danışmamış və Cavidin narkotiklə bağlı kiminləsə danışmasını bilməmişdir. O, Cavidlə birlikdə 50 qram marixuana götürmək üçün Cəlilabad rayonuna gəlmiş, köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətinə girsələr də, oradan marixuananı tapıb götürməmişlər. Sonra da polis əməkdaşları tərəfindən tutulmuşlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, təxminən bir ildir qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 iki ildir ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. 30 avqust 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı ünvanda Təqsirləndirilən şəxs2la görüşıb söhbət edərkən Cavid ona 5-6 ay müddətdir ki, “Şahin” adlı İran vətəndaşı ilə vatsapla danışdığını, həmin şəxsin Cəlilabad rayonunda gizlədildiyi yerdən narkotik və psixotrop maddələri götürüb onun dediyi yerə çatdırmağı və bunun müqabilində ona 1000 manat pul və istifadə etməsi üçün 50 qram qurudulmuş marixuana verəcəyini təklif etməsini demiş, o da Cavidə iranlı ilə danışmasını və bu gün gedib həmin narkotik və psixotrop maddələri götürmələrini, həm də iranlının ona verəcəyi 1000 manat pulu yarı bölmələrini və istifadəsi üçün də 50 qram qurudulmuş marixuana da verməsini iranlıya deməsini Cavidə bildirmiş, Cavid də onunla razılaşıb iranlıya zəng edib onunla dediyi şəkildə razılaşmışlar. İranlı Cavidə narkotik və psixotrop maddələrin Cəlilabad rayonunda Göytəpə adlanan ərazidə gizlədildiyini və oraya getmələrini demişdir. Bundan sonra onlar həmin gün, yəni 30 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhərindən tanımadığı bir taksi avtomobilinə əyləşib Cəlilabad rayonuna getmişlər və saat 23 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinə çatmışlar. Orada taksidən düşüb yaxınlıqdakı parka gedib bir müddət orada oturub gözləmiş, sonra Cavid iranlı ilə telefonla danışıb həmin narkotik və psixotrop maddələrin qoyulduğu yeri öyrənmişdir. İranlı Cavidin telefonuna narkotik və psixotrop maddələrin gizlətdiyi yerin şəkillərini göndərib həmin yerə necə getməli olduqlarını izah etmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində o, Cavidlə birlikdə narkotik və psixotrop maddələrin gizlədildiyi yerin, yəni fəaliyyət göstərməyən “Turist” adlı yeməkxananı tapıb onun yaxınlığına getmişlər. Orada Cavid ona iranlının şəkil göndərdiyini, narkotik və psixotrop maddələrin ağ rəngli bağlamada yeməkxananın həyətində olan tualetdə gizlədildiyini bildirib ona gedib tualetdən bağlamanı götürməyi demişdir. Sonra o, Cavidlə birlikdə yeməkxananın həyətinə daxil olmuş, Cavid həyətdə gözləmiş, o, isə yeməkxananın həyətində olan tualeti tapıb içəri daxil olub divarın küncündə olan ağ rəngli bağlamanı götürüb həyətə çıxıb həyətində onu gözləyən Cavidin yanına getmişdir. Sonra Cavidlə qərara gəlmişlər ki, gəldikləri yola çıxıb Bakıya getmək üçün taksi tapsınlar və onlar bu məqsədlə avtomobil yoluna doğru piyada getməyə başlamışlar. Həmin zaman içərisində narkotik və psixotrop maddələr olan bağlama onun əlində olmuşdur. Onlar təxminən 50 metr gedib avtomobil yoluna çatdıqdan sonra onları beş nəfər mülki geyimdə olan polis əməkdaşı saxlayıb üzərilərində narkotik və psixotrop maddələr saxlamaqda şübhəli olduqlarını bildirib üzərilərində qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuş, bu zaman o, əlində olan torbada narkotik və psixotrop maddələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad RPŞ-nə aparmışlar. Cəlilabad RPŞ-də vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik və psixotrop maddələr varsa təqdim etməsi təklif olunduqdan sonra o, üzərində narkotik və psixotrop maddələr olmadığını demiş, daha sonra isə əlindəki bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən narkotik və psixotrop maddələr aşkar olunmamış, daha sonra təqdim etdiyi bir ədəd ağ rəngli bağlamaya baxış keçirilmiş və baxış zamanı həmin bağlamadan üç ədəd bükülüdə heroin, beş ədəd bükülüdə qurudulmuş marixuana, bir ədəd bükümdə metamfetamin və 100 ədəd metadon həbləri aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Cavidin dediyi iranlı “Şahin” adlı şəxslə Cavidin əlaqəsi olmuş və həmin iranlı heroin, qurudulmuş marixuana, metadon həbləri və metamfetamin qoyulduğu yer barədə Cavidə məlumat vermiş, həmin iranlı ilə onun heç bir əlaqəsi olmamış və narkotik maddələrin qoyulduğu yer barədə məlumatı da olmamışdır. Sadəcə olaraq Cavid onunla danışarkən “Şahin” adı şəxsin dediyi yerdən narkotik və psixotrop maddələri götürməyə onunla birlikdə getməkdə məqsədi pul və narkotik vasitə əldə etmək olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışlarla bağlı videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı ifadələrini polisin təzyiqi altında vermişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Təxminən 5-6 ay əvvəl İnstagram sosial şəbəkəsində “Şahin” adlı İran vətəndaşı ilə tanış olmuş və həmin şəxslə vatsapla danışmış, söhbət zamanı Şahin narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirib təklif etmişdir ki, İrandan Azərbaycana narkotik və psixotrop maddələr göndərsin, o da həmin maddələrin satışını təşkil etsin və bunun müqabilində ona müəyyən miqdarda pul versin. Həmin vaxt o, iranlıın bu təkliflərinə əhəmiyyət verməmişdir. 30 avqust 2023-cü il tarixdə, səhər saatlarında dostu Təqsirləndirilən şəxs1la görüşüb söhbət edərkən Şahin adlı iranlının təklifi barədə Bəhruza danışmış, yəni Şahin adlı iranlının Cəlilabad rayonunda gizlədilmiş narkotik və psixotrop maddələri oradan götürüb Bakı şəhərində onun deyəcəyi yerə çatdırmağı müqabilində ona min manat pul və 50 qram qurudulmuş marixuana verməyi təklif etdiyini demiş, Bəhruz da ona həmin iranlı ilə danışmasını və birlikdə gedib narkotik və psixotrop maddələri götürmələrini bildirmişdir. Həmçinin o, Bəhruza Şahin adlı iranlının bunun müqabilində ona verəcəyi 1000 manat pulu onunla yarı bölməsini, onun (Bəhruz) üçün də 50 qram qurudulmuş marixuana qoymasını Şahinə deyəcəyini demiş, Bəhruz da razılaşmışdır. Sonra o, iranlı Şahinə zəng edib təklifini qəbul etdiyini, bu işi dostu Bəhruzla görəcəyini və Bəhruz üçün də 50 qram qurudulmuş marixuana yerləşdirməsini (qoymasını) demiş, Şahin də razılaşıb ona axşam saatlarında Cəlilabad rayonunda Göytəpə adlanan əraziyə gəlmələrini demişdir. Sonra o, bu barədə Bəhruzla danışıb razılaşmışlar ki, axşam saatlarında Cəlilabad rayonunda Göytəpə adlanan əraziyə gedib həmin narkotik və psixotrop maddələri götürsünlər. Bundan sonra 30 avqust 2023-cü il tarixdə, saat 19 radələrində o, Bəhruzla birlikdə Bakı şəhərindən tanımadığı taksi avtomobili ilə yola çıxmış və saat 23 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinə çatmışlar. Göytəpə şəhərində taksidən düşüb yaxınlıqdakı parka gedib orada oturub bir müddət gözlədikdən sonra Şahinə zəng edib Göytəpə şəhərində olduqlarını deyib narkotik və psixotrop maddələrin gizlədildiyi yeri ona deməsini bildirmiş, az sonra Şahin onun telefonuna həmin maddələrin gizlədildiyi yerin fotoşəkillərini göndərib oraya necə getməli olduqlarını izah etmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində o, Bəhruzla birlikdə iranlı Şahinin ona göndərdiyi şəkillərdə göstərilən istiqamətdə piyada hərəkət edib narkotik və psixotrop maddələrin gizlədildiyi yeri-istifadə olunmayan “Turist” adlı yeməkxananı tapıb ora yaxınlaşmışlar. Sonra o, Şahinə mesaj yazıb çatdıqlarını bildirmiş, Şahin də ona şəkil göndərib mesaj yazmışdır ki, narkotik və psixotrop maddələr ağ rəngli bağlamada həmin yeməkxananın həyətində olan tualetdə gizlədilmişdir. Sonra o, bu bardə Bəhruza demiş, daha sonra onlar birlikdə yeməkxananın həyətinə daxil olmuşlar və o, həyətdə gözləmiş, Bəhruz isə yeməkxananın həyətində tualeti tapmış, sonra Bəhruz tualetdən əlində ağ rəngli bağlama ilə çıxıb ona tərəf gəlib bağlamanı götürdüyünü bildirmiş, o da Bəhruza gəldikləri yola çıxıb Bakıya getmək üçün taksi tapmalarını demiş, Bəhruz da onunla razılaşıb avtomobil yoluna doğru piyada getməyə başlamışlar. Həmin vaxt içərisində narkotik və psixotrop maddələr olan ağ rəngli bağlama Bəhruzun əlində olmuşdur. Onlar təxminən 50 metr gedib avtomobil yoluna çatdıqdan sonra beş nəfər mülki geyimli polis əməkdaşı onları saxlayıb üzərilərində narkotik vasitələr saxlamaqda şübhəli olduqları bildirib üzərilərində qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, onlar da Bəhruzun əlində olan ağ rəngli bağlamada narkotik və psixotrop maddələr olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu və Bəhruzu Cəlilabad RPŞnə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, sosial şəbəkədə tanış olduğu İran vətəndaşı “Şahin” adlı şəxslə vatsapla danışıb 1000 manat pul və narkotik maddə verəcəyi təqdirdə onun dediyi yerdən narkotik maddələri götürüb Bakı şəhərinə aparıb Şahin adlı şəxsin deyəcəyi yerdə gizlədilməsi üçün dostu Bəhruzla birlikdə Göytəpə şəhəri ərazisinə gəldikdələrini və gizlədildiyi yerdən içərisində narkotik maddələr olan bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirildiklərini bildirmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin onlara məxsus olmadığını, 50 qram marixuananı götürmək üçün Cavidlə birlikdə Cəlilabada getdiyini, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldıqları üçün etirafedici ifadələr verməyə məcbur olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin həm əvvəlki mərhələlərdə, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi ifadələri, o cümlədən iş üzrə digər Təqsirləndirilən şəxs2 ifadələrini nəzərdən keçirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, onların ibtidai istintaq zamanı verdikləri ifadələr daha tutarlı və əsaslı ifadələr kimi qəbul edilməlidir. Onların sonradan göstərdikləri ziddiyyətli məqamlar özünümüdafiə xarakteri daşımaqla, işin faktiki hallarına uyğun deyildir və həmçinin şahid ifadələri, o cümlədən iş materiallarında olan digər mötəbər sübutlarla da təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin əməkdaşı olduğu dövrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cəlilabad rayonun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılıb 31 avqust 2023-cü il tarixdə əməliyyataxtarış tədbiri keçirilmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək onların Cəlilabad-Göytəpə avtomobil yolu ilə piyada hərəkətdə olduqları zaman əməliyyat müşahidəsinə götürülmüş, az sonra onlar Cəlilabad- Göytəpə avtomobil yolunun yaxınlığında yerləşən istifadəsiz vəziyyətdə olan “Turist” adlı restoranın həyətinə daxil olmuşlar. Bir neçə dəqiqədən sonra onlar həmin restoranın həyətindən çıxıb CəlilabadGöytəpə avtomobil yoluna doğru piyada hərəkət etməyə başlamışlar, həmin vaxt onlardan birinin, yəni sonradan adı məlum olan Bəhruz adlı şəxsin əlində ağ rəngli torba olmuşdur. Onlar yola yaxınlaşan vaxt əməliyyat qrupu onları saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onlardan üzərilərində narkotik və psixotrop maddələr və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşmuşlar, həmin şəxslər də onlara aid olan və Bəhruz adlı şəxsin əlindəki torbanın içərisində narkotik vasitələr olduğunu bildirmişlər. Sonra həmin şəxslər torba ilə birlikdə Cəlilabad RPŞ-nə aparılmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu Təqsirləndirilən şəxs2 tanış olduğu “Şahin” adlı İran vətəndaşının ona narkotik maddələr təklif etdiyini, sonra Təqsirləndirilən şəxs1la razılaşıb həmin narkotik maddələri götürmək üçün Cəlilabad rayonuna gəldiklərini və gizlədilmiş yerdən içərisində narkotik maddələr olan torbanı götürdüklərini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs1 əlindəki torbada nə olması soruşulmuş, Bəhruz da həmin torbada narkotik vasitələr olduğunu, həmin maddələri dostu Cavidlə birlikdə Göytəpə şəhərinn ərazisində yerləşən “Turist” adlı restoranın həyətində gizlədilmiş yerdən götürdüklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əlindəki torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisindən bağlamalar və həmin bağlamaların içərisində heroin, metamfetamin, qurudulmuş marixuanaya oxşar kütlələr və metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik və psixotrop maddələri Cavidin tanışı olan “Şahin” adlı iranlının dediyi yerdən götürüb Bakı şəhərinə aparıb deyilən yerə çatdırmaları müqabilində həmin iranlının onlara 1000 manat pul, həm də istifadələri üçün narkotik vasitə verəcəyini, bu razlaşmanın iranlı ilə Cavidin apardığını və bu barədə Cavidin ona dediyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlələr və həblər təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış, o cümlədən Təqsirləndirilən şəxs1 əlində olan torbaya baxış zamanı aşkar olunmuş narkotik və psixotrop maddələrlə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid4 və Şahid5 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Bundan başqa, işdə olan 31 avqust 2023-cü il tarixli “Raport”ları və “Akt”-la müəyyən edilir ki, həmin tarixdə “Bəhruz” və “Cavid” adlı şəxslərin Cəlilabad rayonunun ərazisində narkotik vasitələr əldə etmə, saxla və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat üzrə 31 avqust 2023-cü il tarixdə, saat 00:45 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri zamanı Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində avtomobil yolunun kənarı ilə hərəkət edən “Bəhruz” və “Cavid” adlı şəxslər, yəni sonradan şəxsiyyətləri müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat müşahidəsinə götürülmüş, 10- 15 dəqiqə sonra avtomobil yolunun yaxınlığında yerləşən istifadəsiz “Turist” adlı restoranın ərazisindən həmin şəxslərin çıxması və onlardan birinin (Təqsirləndirilən şəxs1) əlində ağ rəngli torba olmaqla avtomobil yoluna tərəf hərəkət etmələri müşahidə edilmiş, bundan sonra əməliyyat qrupu tərəfindən onlar (saat 01 radələrində) saxlanılıb üzərilərində narkotik maddələr olmasında şübhəli olduqları bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əlindəki torbanın içərisində narkotik vasitə olduğunu bildirmiş, daha sonra onlar (torba ilə birlikdə) Cəlilabad RPŞ-nə aparılmışlar. İş materiallarında olan “şəxsi axtarış və götürmə barədə” 31 avqust 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin təhqiqatçısı İbrahim Əsədli tərəfindən müdafiəçi Elşad Əmişovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmiş, lakin onun əlində olan ağ rəngli bağlamanın (torbanın) içərisindən 3 ədəd bağlamada heroinə, 5 ədəd bağlamada qurudulmuş marixuanaya, 1 ədəd bükümdə metamfetaminə oxşar kütlələr və 10 ədəd tabletkada metadon həblərinə oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonuna narkotik maddə götürmək üçün gəldiklərini və Göytəpə şəhəri ərazisində yerləşən “Turist” adlı restoranın həyətinə qoyulmuş narkotik maddəni götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirildiklərini bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi və bioloji ekspertizasının 31 avqust 2023cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 ədəd bağlamada narkotik vasitə heroin, 5 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada psixotrop maddə metamfetamin və hər birində 10 ədəd olmaqla 10 listdən ibarət üzərində Metadon yazıları həkk olunmuş həblər ...” sözlər və imzalar olan bir ədəd kisə bağlamadakı, üç ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2100,0 qram, 1895,0 qram, 1245,0 qram olmaqla ümumi təmiz çəkisi-5240,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bir ədəd bükülüdə təmiz çəkisi 47,539 qram olan ağ rəngli kristallardan ibarət olan maddə-metamfetamindir. Beş ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 940,0 qram, 2080,0 qram, 2120,0 qram, 2150,0 qram, 1050,0 qram olmaqla ümumi təmiz çəkisi-8340,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. On ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı-4,0 qramdır (bir həbdə 0.04qr). İş materiallarında olan “mobil telefona baxış keçirilməsi” haqqında 27 noyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonun yaddaşında olan məlumatlarda “Şahin iranlı”, “Şahin iranlı tema” və “Baba” adları ilə qeyd olunmuş İran İslam Respublikasına aid telefon nömrələri vardır və müxtəlif vaxtlarda həmin adlara aid telafonlarla danışıqlar aparılmışdır. Beləliklə, sübutların məcmusu cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, Təqsirləndirilən şəxs1 hadisənin baş verməsindən əvvəl digər Təqsirləndirilən şəxs2 tanış olduğu “Şahin” adlı şəxslə (İİR vətəndaşı) qabaqcadan aralarında olan razılaşmaya əsasən sonuncunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisinə çatdırdığı içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddə olan bağlamanı götürmək üçün 30 avqust 2023-cü il tarixdə gecə saatlarında Göytəpə şəhəri ərazisinə getmiş, orada öncədən gizlədilmiş həmin torbanı götürmüş və bundan sonra hadisə yerindən uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanmışlar. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən şahid polis əməkdaşlarının ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, hadisənin yuxarıda qeyd edilən şəraitdə baş verməsi təqsirləndirilən şəxslərin ibtidai istintaq dövründə verdikləri etirafedici ifadələr ilə də təsdiq olunmuşdur. Yuxarıda qeyd olunanlar məhkəmə kollegiyasında təqsirləndirilən şəxslər tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop madələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşması, satış məqsədi ilə həmin maddələri əldə etməsi, saxlaması, daşımasına dair qənaətin formalaşmasına əsas verir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin İİR vətəndaşı ilə və öz aralarında qeyd olunan hərəkətlərini CM-in 234.4.1-ci maddəsinə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması, daşıması və s. kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin hərəkətlərində CM-in 234.4.3-cü maddəsinin tərkibi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, onun digər təqsirləndirilən şəxslə birlikdə külli miqdarlarda narkotik vasitə və psixotrop maddəni əldə etmək barədə İİR vətəndaşı ilə və öz aralarında razılaşması, həmin maddələri qəbul etmək üçün Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisinə getməsi və nəticə etibarilə 5240,0 qram narkotik vasitə olan heroin, 8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən 100 ədəd narkotik vasitə olan metadon həblərini qəbul etməsi onun əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olduğunu təsdiq edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İ Siyahıda narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qram, narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qram, narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram, külli miqdarının aşağı həddi 1,6 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 160 qram, İİ Siyahıda isə psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 400 qram müəyyən edilmişdir. Bu baxımdan təqsirləndirilən şəxslərin üstündən aşkar edilmiş heroinin 5240,0 qram, qurudulmuş marixuananın 8340,0 qram, metamfetaminin 47,539 qram və metadonun təsiredici maddəsinin ümumi miqdarının 4,0 qram olması nəzərə alınaraq onlara CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, CM-in 234.4.3-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin və apellyasiya məhkəmə baxışında çıxışlarının ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə təzyiq və təsirlər edildiliyindən, həmçinin fiziki zor tətbiq edildiyindən təqsirli olduğunu etiraf etməsi və həmin əsaslarla da barəsində qanunsuz ittiham hökmü çıxarılması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmənin əks olunduğu və iş materiallarına əlavə edilmiş videoçəkiliş, habelə qeyd olunan tarixdə müdafiəçinin iştirakı ilə verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə təkzib olunan dəlillər olmaqla ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası təqsirlərdirilən şəxsin saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxsin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barələrində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər onun özü, istərsə də vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Beləliklə, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar ilə təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər, təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Bundan başqa, iş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş 15 və 23 avqust 2024-cü il tarixli məlumat arayışları, eləcə də əlavə edilmiş tibbi kitabçaların surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 02 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşlar. Daxil olarkən sorğu və ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zədə (xəsarət) almadıqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət izləri aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 sağ qalça çuxurunda köhnə çapıq toxuma izi aşkar edilmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusatların işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Bundan başqa, apellyasiya şikayətinin dəlillərindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi iş üzrə digər Təqsirləndirilən şəxs2 anten dairəsinin göstərdiyi yerə görə onun saat 20:50 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında olduğunu, yəni Cavid və Bəhruz 20:50 radələrində polis şöbəsində olmasını, lakin onların saxlanıldığı vaxtın saat 01 radələri kimi göstərildiyini mübahisələndirərək həmin vaxt aralığında təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmalarını iddia etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, göstərildiyi kimi təqsirləndirilən şəxsin real saxlanıldığı vaxt ilə istintaq hərəkətinə dair sənədlərdə qeyd olunmuş vaxt arasında az zaman fərqi olsa belə, bu hal öz-özlüyündə sonuncunun təqsirsizliliyinə dəlalət edən əsas kimi qəbul edilə bilməz. Eyni zamanda, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki zorakılığa, işgəncə və təzyiqlərə məruz qalması ilə bağlı dəlillər yuxarıda qeyd olunan sübutlarla kifayət qədər təkzib olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 399.3-cü maddəsinin tələblərinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası hazırki mərhələdə hesab edir ki, müdafiə tərəfin istinad etdiyi yuxarıda göstərilmiş hal ibtidai istintaq nəticəsində əldə edilmiş materialların məhkəmə araşdırmasına əsaslanaraq çıxarılmış hökmün ləğv olunması üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən formal pozuntu mahiyyəti üzrə əsaslı olan ittihamın təkzibinə yönələ bilməz. Bundan başqa, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü iş üzrə daktiloskopik məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı tələbinə münasibətdə onu qeyd edir ki, artıq hadisənin baş verdiyi vaxtdan uzun müddət keçməsi, həmin maddi sübutun ekspertizadan keçirilməsi, onun üzərindəki izlərin itmə ehtimalı sözügedən maddi sübutun daktiloskopik ekspertizadan keçirilməsini, üzərində olan barmaq izləri ilə izi qoyan şəxsin barmaq izlərinin eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi, bununla da, narkotik vasitələrin polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə təqdim edilib-edilməməsi və ya üzərinə (cibinə) qoyulub-qoyulmaması faktının aydınlaşdırılması qeyri-mümkündür. Eyni zamanda, apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiəçi iş üzrə digər Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun ekspertizaya göndərilməsi və 25 avqust 2023-cü il tarixdən etibarən həmin mobil telefon vasitəsi ilə edilmiş danışıqların və yazılmış mesajların bərpa olunmasının zəruriliyini vurğulamışdır. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən həmin xüsusatla bağlı da onu qeyd edir ki, iş materiallarından Təqsirləndirilən şəxs2 mobil telefonunda olan yazışmaların pozulduğu görünür. Kollegiyanın qənaətinə görə, pozulmuş telefon danışıqlarının və mesajların bərpa olunması texniki cəhətdən qeyri-mümkün olduğundan müdafiə tərəfinin göstərilən dəlili də əsassız hesab edilməlidir. Bunlardan əlavə, müdafiə tərəfin irəli sürdüyü dəlillərdən biri də əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə bağlı olmuşdur ki, kollegiyanın qənaətinə görə bu hal da iş materiallarında olan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Belə ki, işdə olan, Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 31 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, işdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Azərbaycan Respublikası medallarının №İ-14775, №İ-12419 və №İ-32260 saylı vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “Xocavəndin azad olunmasına görə”, “Qubanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə, habelə İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, onu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edən həddə və növdə qanuni və ədalətli cəza təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 1(099)-251/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-185/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-185/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver