Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-19/2024 05.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X5 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs4, müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi8, Müdafiəçi7 və Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 170.3, 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri məhkum edilməsinə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri məhkum edilməsinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, eləcə də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə, həmçinin Təqsirləndirilən şəxs4 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)-40/2023 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)-40/2023 nömrəli hökmü (hakimlər: X11 (sədrlik edən), X12 və X8 ibarət tərkibdə) ilə xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu N noyabr 2021-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu N noyabr 2021-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs2 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu N noyabr 2021-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicəyə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxx 1976-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Mil qəsəbəsi, “üzümçülük sovxozu” deyilən yerdə qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq (Vişnovka)-1 ev 144-də yaşayan Təqsirləndirilən şəxs4 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasında həbsdən azad olunması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3, 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs – ata kimi xx xxxxxxx 2004-cü ildə anadan olmaqla cinayət törədilən vaxt yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 narkotik satışından əldə ediləcək gəlirdən ona da pay verməsi barədə vədlər vermək vasitəsi ilə ağır cinayətlərin törədilməsinə cəlb etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə öz aralarında və barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı digər şəxslə qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin (bundan sonra -güclü təsir edən maddə) satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə 2021-ci ilin noyabr ayında qabaqcadan razılaşaraq, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxsə sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin kütləyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, İran İslam Respublikasının Aslandüz rayonu, Hacılı kənd sakini X1 ilə aralarında əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncu külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdən satış məqsədi ilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlətmiş, bu barədə 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 qrupun digər üzvü - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 istifadəsində olan “Redmi” markalı mobil telefonda +**********45 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiqinə həmin telefonda “Əsgər Emi” adı ilə adlar siyahısına əlavə edilmiş İran İslam Respublikasının operatoruna məxsus olan +**********44 saylı mobil nömrə vasitəsilə zəng edərək məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs4 Beyləqan rayonu Mil qəsəbəsində yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6in vəfatı ilə bağlı təşkil edilmiş “cümə axşamı” mərasimində iştirak etmək bəhanəsi ilə Təqsirləndirilən şəxs4 ilə birlikdə, eləcə də qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə birlikdə özünün etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 24 noyabr 2021-ci il tarixdə günorta saatlarında Beyləqan rayonu Mil qəsəbəsinə gedib mərhum İnşallah Allahverdiyevin vəfatı ilə bağlı təşkil edilmiş məclisdə iştirak etdikdən sonra gəldiyi şəxslərlə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, həmin gün saat 23 radələrində Beyləqan rayonunda tanışı ilə görüşmək bəhanəsi ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindən yenidən geri qayıtmış və digər şəxs tərəfindən göndərilmiş Azərbaycan Respublikasının ərazisinə keçirilərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun yuxarıda qeyd edilən hissəsində gizlədilmiş içərisində qeyd edilən kütlələr olan kisənin olduğu yer barədə qrupun digər üzvü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 istifadəsində olan “WhatsApp” tətbiqi vasitəsi ilə göndərilmiş koordinatlara və şəkillərə uyğun olaraq N noyabr 2021-ci il tarixdə saat 02 radələrində Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisinə gəldikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 həmin kisəni götürüb gətirmək üçün getmiş, Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs4 ilə özünün idarə etdiyi avtomobildə qalaraq Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 həmin kisəni götürüb gətirmələrini gözləmiş, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilmiş ərazidə gizlədilmiş içərisində qeyd edilən kütlələr olan narıncı rəngli bir ədəd kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək Təqsirləndirilən şəxs1 və cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs4 yanına daşıyarkən həmin gün saat 02:20 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq həmin kisə onlardan götürülmüş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yaxalandıqlarını görüb idarə etdiyi “VAZ-21063” markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə sürüb həmin ərazidən uzaqlaşarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən izlənilərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində saxlanılmış, həmin vaxt Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində magistral yolun kənarında «Pusqu» sərhəd naryadına rəhbərlik edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi polkovnik Zərərçəkmiş şəxs avtomobildən düşüb özünü onlara təqdim edərək “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təslim olmasını və əlindəki bıçağı ona verməsini tələb etmiş, lakin o, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələblərini icra etməyə borclu olduğu halda, bunu etməyərək təslim olmaqdan və bıçağı ona verməkdən imtina edərək əlində saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs zərbə vurmağa cəhd edib zor tətbiq etməklə müqavimət göstərmiş, sonuncu bıçağı zorla əlindən alaraq onu zərərsizləşdirdikdən və digər hərbi qulluqçu Şahid4 cinayətdən xəbərsiz olan Təqsirləndirilən şəxs4 saxladıqdan sonra DSX-nin hərbi hissəsinə aparılmış, daha sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 götürülmüş narıncı rəngli bir ədəd kisəyə baxış keçirilərkən kisənin içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243 qram və 248 qram, ümumi təmiz çəkisi 491 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243,1 qram və 232,5 qram, ümumi təmiz çəkisi 475,6 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 50,5 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryək, üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan, üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram olmaqla, tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 447,75 qram təşkil edən 199 ədəd konvalyutda ümumilikdə 1990 ədəd külli miqdarda üzərilərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı güclü təsir edən həblər, 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 999,6 qram, 1060,3 qram, 517,4 qram, 289,6 qram, 531,5 qram, 295,7 qram, 1080,9 qram, ümumi təmiz çəkisi 4775,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(099)-40/2023 saylı hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ittiham olunduğu hər bir maddə və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməklə dəyişdirilməsini, həmin hökmü Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs4 ittiham edildiyi Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 maddələri, Təqsirləndirilən şəxs2 ittiham edildiyi Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 maddələrinin hər biri ilə təqsirli bilinərək barələrində həmin maddələrin sanksiyaları həddində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə, həm təqsirləndirildikləri ayrı-ayrı maddələr üzrə aşağı həddə azadlıqdan məhrumetmə cəzası, həm də qəti olaraq hər bir təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, eləcə də Təqsirləndirilən şəxs4 ittiham olunduğu Cinayət Məcəlləsinin bütün maddələri - 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 üzrə, Təqsirləndirilən şəxs2 isə ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə bəraət verərkən onların törətdikləri cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını, qrup üzvlərinin yetkinlik yaşına çatmayanından başqa hamısının əvvəllər dəfələrlə məhkum olunmalarını, ikisinin isə cinayətin residivi olmasını nəzərə almamışdır ki, nəticə etibarilə əsassız olaraq iki şəxs barəsində cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, digərini isə bütövlükdə cəzadan kənarda saxlamışdır. Belə ki, məhkəmənin gəldiyi yanlış nəticədən fərqli olaraq işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs – ata kimi xx xxxxxxx 2004-cü ildə anadan olmaqla yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 aldatma və vədlər vermək vasitəsilə ağır cinayətlərin törədilməsinə cəlb etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib 2021-ci ilin noyabr ayında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikasının Aslandüz rayonu, Hacılı kənd sakini X1 və İran İslam Respublikasının vətəndaşları olması ehtimal edilən şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilərək gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, külli miqdarda, yəni ümumi təmiz çəkisi 491 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 475,6 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 50,5 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan, üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram olmaqla, tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 447,75 qram təşkil edən 199 ədəd konvalyutda ümumilikdə 1990 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda üzərilərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı güclü təsir edən həblər, 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 999,6 qram, 1060,3 qram, 517,4 qram, 289,6 qram, 531,5 qram, 295,7 qram, 1080,9 qram, ümumi təmiz çəkisi 4775,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün məhz Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3la Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfinə gəlmiş, qrup üzvü Təqsirləndirilən şəxs4 ilə özünün idarə etdiyi avtomobildə qalaraq Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 həmin kisəni götürüb gətirmələrini gözləmiş, qeyd edilən külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddənin gizlədildiyi yerdən götürdükdən sonra Dövlət Sərhəd xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin külli miqdarda- narkotik vasitələr, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə bir ədəd kisənin içərisində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərin ifadələrindən: Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarılmış Təqsirləndirilən şəxs1 haqqında olan cinayət işinin ibtidai araşdırması zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əlavə ifadələrində göstərmişdir ki,...Əsgər ona "Whatsapp" vasitəsilə bağlamanın yerini göndərdikdən sonra o, Əfqan, Elşən və oğlu Araz birlikdə ona məxsus "VAZ-2106" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlamanın olduğu yerə getmişlər. Onun mobil telefondan yaxşı başı çıxmadığı üçün həmin yerə çatdıqda telefonu Araza vermiş və ona bağlamanı götürüb gəlməsini tapşırmışdır. Araz, onun ardınca isə Əfqan avtomobildən düşmüşlər. Elşən onunla birlikdə avtomobildə əyləşmişdir. Onlardan kimin hansı oturacaqda əyləşməsini xatırlamır. Araz ilə Əfqan avtomobildən düşdükdən sonra o, təxminən 100 metr qabağa gedib avtomobili fırlatmış və qayıtmışdır. O, Araz və Əfqan maşından düşdükdən sonra qarşıdan geri dönüb qayıdan zaman maşının üstünə dəqiq xatırlamadığı sayda təxminən 10 nəfər tanımadığı əllərində müxtəlif dəmir əşyalar olan mülki geyimli şəxslərin hücum etdiyini görmüşdür. Həmin vaxt o, qorxmuş, həyəcanlanmış və vahimələnmişdir. Buna görə də avtomobili sürətlə sürərək uzaqlaşmağa başlamışdır. Daha sonra təxminən 200 metr getdikdən sonra o, oğlu Araz və Əfqanı arxada qoyduğunu düşünüb yenidən geri qayıtmışdır. Oğlu Araz və Əfqanın maşından düşdüyü yerə geri qayıdan zaman o, mülki geyimli çoxlu şəxslərin orada olduğunu görmüşdür. Həyəcanlanmış və yenidən maşını geri qaytararaq həmin şəxslərin arasından avtomobilini idarə edib keçib Elşəngilin evi istiqamətində hərəkət etmişdir. Əfqan və Araz isə orada qalmışlar... Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarılmış yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 haqqında olan cinayət işinin ibtidai araşdırması zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2021-ci il tarixli ifadəsində göstərmişdir ki,... İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxslə onun mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. 24 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxs onun mobil telefonu vasitəsilə əlaqə saxlayaraq atası Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna gəlməyini bildirmişdir. Sonra "Whatsapp" proqramı ilə onun mobil telefonuna torbanın və hansı məkana gedəcəkləri yerin şəkillərini göndərmişdir. Saat 20:00 radələrində atası Təqsirləndirilən şəxs1 şəxsi avtomobili ilə qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan istiqamətində yola düşmüşlər. İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsin "Whatsapp" vasitəsilə göndərdiyi məkana atası Təqsirləndirilən şəxs1 onu və qonşusu Əfqanı göndərmişdir... Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarılmış Təqsirləndirilən şəxs2 haqqında olan cinayət işinin ibtidai araşdırması zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2021-ci il tarixli ifadəsində göstərmişdir ki,... o və Azərin oğlu Araz Azərin **-DZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomaşınına minərək kənddə qonşuları olan Elşənlə birlikdə Beyləqan rayonuna yola düşmüşlər. N noyabr 2021-ci il tarixdə saat 02:00 radələrində Beyləqan rayonuna çatmışlar. Beyləqan rayonuna çatanda Azər oğlu X30 Respublikası vətəndaşı Əsgər adlı şəxsin atdığı məkanda narkotik vasitə olduğunu və onu gedib götürməsini demişdir. O, Arazla birlikdə gedəcəyini demiş və onunla birlikdə Beyləqan rayonu ərazisində yol kənarında narkotik vasitə olan torbanı götürməyə getmişdir. Azərlə Elşən avtomaşında qalmışlar. Araz narıncı rəngli torbanı götürüb uzaqlaşarkən hərbi geyimli sərhədçilər tərəfindən saxlanılmışlar.... Azər onu və oğlu Arazı bağlamanı götürməyə göndərdiyi zaman içərisində narkotik vasitə və psixotrop maddə olduğunu və çəkisinin beş kiloqram olduğunu demişdir. Yuxarıda göstərilən ifadələrdən tam aydın görünür ki, maşında olduqları vaxt qrupun bütün üzvləri Beyləqana hansı vahid məqsədlə getdiklərini bilmiş, bu barədə müzakirələr aparmış və kimin nə edəcəyini müəyyənləşdirmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ... Azərdən nə üçün bura gəldiklərini soruşmuşdur. Azər dörd nəfər olduqlarını, dördünün birlikdə İran dövlətindən keçirilmiş içində narkotik vasitələr olan kisəni götürmək üçün Bakıdan gəldiklərini, kisəni götürüb geri qayıdacaqlarını demişdir. O, sonra Azərdən düşürdüyü iki nəfər şəxsin kim olduğunu soruşmuşdur. Həmin vaxt Azər iki nəfər şəxsdən birinin onun oğlu, digərinin qonşusu olduğunu, onların içində narkotik vasitə olan kisəni götürmək üçün maşından düşdüklərini bildirmişdir. Azər onlara həm də narkotik vasitə olan kisənin yerinin hazırda adını xatırlamadığı İran vətəndaşı tərəfindən ona oğlunun telefonuna göndərildiyini, özünün telefon istifadə edə bilmədiyini, oğlunun həmin şəxslə yol boyu telefonla danışıdığını və narkotik vasitələr olan kisənin yerini dəqiqləşdirdiyini demişdir. Onların yanına gəldikdən sonra Elşən adlı şəxs də Azərin tanışı olan Əsgər adlı şəxsin narkotoik vasitə göndərdiyini, onu götürmək üçün onunla birlikdə gəldiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxslərin içərisində narkotik vasitələr olan bir ədəd bağlamanı götürən zaman yaxalandıqları ona məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid5 da ifadələrində birmənalı göstərmişlər ki, birlikdə 4 nəfər İran dövlətindən keçirilmiş içində narkotik vasitələr olan kisəni götürmək üçün Bakıdan gəlmişlər, kisəni götürüb geri qayıdacaqdılar. Buna baxmayaraq birinci instansiya məhkəməsi təqsirləndirilən və şahidlərin ifadələrini düzgün qiymətləndirmişdir. Hökmdə qeyd olunur ki, - Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında, ibtidai istintaq orqanının sübut kimi qəbul etdiyi N noyabr 2021-ci il tarixli şübhəli şəxs qismində və 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “...Təqsirləndirilən şəxs4 narkotik vasitə götürəcəyimizdən məlumatı yox idi. Beyləqan rayonuna atasının yas mərasimində iştirak etmək üçün bizimlə getmişdir.” deyə bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu halı təsdiq etmişdir. - Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs4 ilkin izahatından, sonrakı ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs4 tutulduğu andan ibtidai istintaqın sonunadək Təqsirləndirilən şəxs1 və digərlərinin Beyləqan rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini bilmədiyini, hər hansı iranlı şəxsi tanımadığını, əlaqəsinin olmadığını, Beyləqan rayonuna X6in vəfatı ilə bağlı təşkil ediləcək “cümə axşamı” mərasimində iştirak etmək istəyən Bədlzadə Azər və digərlərini müşaiyyət etmək istəyi olduğunu bildirmişdir. - Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs2 da ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında, ibtidai istintaq orqanının sübut kimi qəbul etdiyi N noyabr 2021-ci il tarixli şübhəli şəxs qismində və 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “ Azərin , Elşənin, Arazın və sizin narkotik vasitəni götürməyə getməyiniz barədə əvvəlcədən məlumatınız var idimi?” sualına cavab olaraq bildirmişdir ki, “ Azərin və oğlu Arazın əvvəlcədən məlumatı olduğunu düşünürəm. Elşənin isə məlumatı olduğunu bilmirəm. Mənim isə Beyləqanda məlumatım olmuşdur”. Eyni zamanda məhkəmə şərh verərək göstərmişdir ki, “Təqsirləndirilən şəxs4 Beyləqan rayonuna gəlməkdə məqsədinin narkotik vasitələr əldə etmək olmaması, Təqsirləndirilən şəxs4 digər şəxslərin narkotik vasitə götürmək üçün Beyləqan rayonuna gəlməsindən məlumatının olmadığı barədə istintaq orqanına dəfələrlə özü, və Təqsirləndirilən şəxs1 tərəfindən ifadələr verilmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri bu halı təkzib edəcək sübutlar toplamağa çalışsa da buna nail ola bilməmişdir.” İstər-istəməz diqqəti cəlb edir ki, nədən məhkəmə ifadələrdə dördündən ikisi residiv olmaqla hər biri əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş təqsirləndirilən şəxslərin ifşa olunması ilə bağlı xüsusatları deyil, əksinə ittihamla heç bir əlaqəsi olmayan, müdafiə tərəfinin maraqlarına uyğun olan ifadələri diqqətə alaraq xüsusi vurğulayır ?! Məhkəmənin ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs4 ittiham vermək üçün əsaslandığı sübutlara verdiyi qiymətə gəlincə: 1) Təbii ki, Təqsirləndirilən şəxs4 aşkar olunmuş “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyətli olan- İranlı şəxslə danışıq, narkotikanın götürülməsilə əlaqədar hallar və s. olmayacaqdı, ona görə ki, iş materiallarından iranlı şəxslə danışıqların Təqsirləndirilən şəxs3 telefonu ilə aparıldığı aydın olur. 2) “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” N noyabr 2021-ci il tarixli protokol və “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” N noyabr 2021-ci il tarixli protokol tək Təqsirləndirilən şəxs4 sözügedən cinayət əməlinin sübutu yox, dördünün birlikdə törətdiyi cinayətin sübutudur, hansı ki, iş materiallarından kimlərin “narıncı” torbanı götürmək üçün avtomaşından düşdükləri, kimlərin avtomaşında qalaraq ətrafı izlədikləri kifayət qədər aydındır. 3) Məhkəmənin xüsusi vurğuladığı hallardan birinə diqqət yetirək: digər sübutlar kimi isə materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 6/5259 nömrəli rəyi (tramadol hidroxlorid tərkibli dərman preparatlarına aid hissəsi istisna olmaqla), məhkəməbioloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 7/1219 nömrəli rəyi, əlavə materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4470 nömrəli rəyi, məhkəmə-ballistik ekspertizasının 15 dekabr 2021-ci il tarixli 3/2010 nömrəli rəyiləri qəbul edilmişdir. Halbuki, materialların məhkəmə eksertizanın və məhkəmə bioloji ekspertizanın rəyləri mövcud olan maddi sübutun narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə olması faktını təsdiq edir, həmin kütlələrin aşkar olunması isə törədilmiş cinayətdə Təqsirləndirilən şəxs4 rolunun nədən ibarət olması barədə nəticəyə gəlməyə kifayət etmir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Bəli, yuxarıda qeyd olunan rəylər törədilmiş cinayətdə tək Təqsirləndirilən şəxs4 deyil, onun və onunla birlikdə olmuş digər üçünün də rollarının nədən ibarət olması barədə nəticəyə gəlməyə imkan verir, ona görə ki, ölü yerinə getmək adı ilə Beyləqana narkotik götürməyə getdiklərini Təqsirləndirilən şəxs4 bilməsi yuxarıdakı ifadələrdən qeyd olunan parçalarda kifayət qədər təsdiqini tapmışdır. 4) “Mobil telefonlara baxış keçirilməsi barədə” 29 dekabr 2021-ci il tarixli və “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokolara əsasən isə Təqsirləndirilən şəxs4 deyil, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün sübutlar əldə edilmişdir. Məhkəmə üçün cinayət işi materiallarından tam aydındır ki, yol boyu yuxarıda qeyd olunan 4 nəfərin vahid cinayətkar niyyətinin həyata keçirilməsi yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 mobil telefonu vasitəsilə əlaqələndirilmiş və göndərilən koordinatlar istiqamətində birlikdə hərəkət etmişlər. Narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlar verildikdən sonra tək Təqsirləndirilən şəxs4 deyil, digər ikisinin də mobil telefonu ilə iranlı şəxslə danışmağa lüzum qalmamışdır. 5) Hökmdən: “24 noyabr 2021-ci il tarixinin təqvimdə “çərşənbə” günü olduğu halda Təqsirləndirilən şəxs4 və digərlərinin 24 noyabr 2021-ci il tarixdə “cümə axşamı” mərasiminə gəlmələri və həmin mərasimdə iştirak etmələri inandırıcı olmasa da təqsirləndirilən şəxslər bu barədə verilmiş suala cavab laraq bildirmişlər ki, onlar “cümə axşamı” mərasimindən bir gün əvvəl gəlmişlər.” 24 noyabr 2021-ci il miladi təqvimdə çərşənbə günüdür, Azərbaycan Respublikasında insanlar mərhuma “cümə axşamı” mərasimini həftənin digər günlərində, o cümlədən çərşənbə günü saxlamırlar, amma nədənsə məhkəmə hesab etmişdir ki, “cümə axşamı” mərasimini “çərşənbə” də etmək olar və bu səbəbdən məhkəmə “qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs4 xeyrinə həll edilməsi nəzərə alınaraq bu hala ittihamı təsdiq edəcək sübut kimi qiymət verilməsi qəbul edilməməlidir” yanaşmışdır. Demək, məhkəmənin Təqsirləndirilən şəxs4 bəraət verilməsilə bağlı qeyd etdiyi əsaslar qətiyyən uyğun deyil, ona görə də ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 verilən ittiham kifayət qədər qanunvericiliyin tələblərinə müvafiq və əsaslıdır. Bu hal cinayət işi üzrə toplanmış sübutlarla kifayət qədər təsdiqini tapmışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 verilən ittihamlar da əsaslıdır və cinayət işi materiallarında bununla bağlı kifayət qədər sübutlar toplanmışdır, odur ki, Təqsirləndirilən şəxs2 məhkəmənin CM-nin 206.3.2 maddəsilə bəraət verməsilə bağlı qeydləri də uyğun hesab edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Halbuki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin 1-ci hissəsində göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Plenumun qeyd olunan qərarının 19-cu bəndinin 2-ci hissəsində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CMin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxslərin mənafeyini ifadə etmiş, onların dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları- şahid ifadələri, üzləşdirmə, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə, həm təqsirləndirildikləri ayrı-ayrı maddələr üzrə aşağı həddə azadlıqdan məhrumetmə cəzası, həm də qəti olaraq hər bir təqsirləndirilən şəxsə aşağı həddə- müvafiq olaraq 14 il 6 ay, 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərkən, Təqsirləndirilən şəxs2 isə ittiham olunduğu CM-nin 206.3.2 maddəsilə bəraət verərkən onların törətdikləri cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını, qrup üzvlərinin yetkinlik yaşına çatmayanından başqa hamısının əvvəllər dəfələrlə məhkum olunmalarını, ikisinin isə cinayətin residivi olmasını nəzərə almamışdır ki, nəticə etibarilə əsassız olaraq iki şəxs barəsində cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, digərini isə bütövlükdə cəzadan kənarda saxlamışdır. Bütün sadalananlara əsasən məhkəmənin hökmü ilə həm hər bir maddə üzrə ayrı-ayrılıqda, həm də cinayətlərin məcmusu üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi onlar tərəfindən törədilən cinayətlərin ağırlığına və şəxsiyyətlərinə uyğun olmadığından açıq-aydın ədalətsiz olmuşdur. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərərk, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)- 40/2023 nömrəli hökmün Təqsirləndirilən şəxs3 münasibətədə ləğv edilməsini və ona Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri bəraət verilməsini xahiş etmişdir. Müdafiəçisi Müdafiəçi5 “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarına, Avropa Məhkəməsinin presedentlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarına istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs3 müdafiə hüquqları kobud şəkildə pozulmuş, birinci instansiya məhkəməsi isə bu pozuntulara qiymət verməmişdir. Eləcə də ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə müdafiə etdiyi Təqsirləndirilən şəxs3 digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etmə, daşıma və saxlama ilə bağlı ona qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. Halbuki yetkinlik yaşına çatmayan təsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 Əsgər adlı şəxsi əvvəllər tanımamış, atası Azərin sözünə əsasən götürdüyü bağlamada nə olması barədə heç bir məlumatı olmamış və atası Azər də ona bu barədə heç bir məlumat verməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)-40/2023 nömrəli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun barəsində hökm qəbul edərkən cinayət işinin materiallarını tam araşdırlmamışdır. Cinayət işi üzrə özünü qismən təqsirli bilir, yəni “WhatsApp” vasitəsi ilə yazışaraq (özünün Smart telefonu olmadığı üçün azyaşlı övladına məxsus mobil telefon vasitəsi ilə,) bütün məlumatlar özü almışdır. O, iranlı şəxsə narkotik vasitə ilə deyil, silah sifariş etmiş və göndərilən torbada da silah olduğunu bilib əldə etmək üçün həmin yerə getmişdir. Aparılan istintaq zamanı aşkar olunmuş narkotik vasitələrdən xəbəri olmamışdır. Üzərində bıçaq olsa da o, heç kimə müqavimət göstərməmişdir. Hərbiçilər yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 da məsuliyyətə cəlb ediləcəkləri ilə hədələmişlər və onu saxlayan şəxslərin kim olduğunu bilmədiyindən bıçağı əlində saxlayıb, həmin şəxslərin kim olduğunu soruşmuş, məqsədi onları qorxutmaq olmuşdur. Hadisə vaxtı Dövlət Sərhəd Xidməti əməkdaşları olan mülki geyimli şəxslər azyaşlı övladına təziqlər etdikləri üçün onlarla mübahisə aparmış, onların DSX əməkdaşı olduğunu bildikdən sonra özündə olan bir ədəd bıçağı onlara təqdim etmişdir. Ona qarşı irəli sürülən ittiahamı qəbul etməsinə səbəb övladına gözünün qarşısında verilən işgəncələr olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edərək, apellyasiya protestinin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(099)-40/2023 saylı hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddaələri ilə daha ağır həddə cəza təyin edilməsini, hökmün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hər biri Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 maddələri ilə təqsirli bilinərək barələrində həmin maddələrin sanksiyaları həddində cəza təyin etməklə yeni ittiham hökmünün çıxarılmasını, eləcə də müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətinə qismən dəyişiklik etməklə, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi və nəticədə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə bəraət verilməsini, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2 maddələri ilə aşağı həddə cəza təyin edilməsini və ya Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti çəkilməsi barədə qərar qəbul edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmasını, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi8 Böyük oğlu məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, hüququları müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 170.3, 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri bəraət verilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinin isə əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan Təqsirləndirilən şəxs1 müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətlərinin təmin olunmasını Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmünü ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 apellyasiya protestinin dəlillərinə etiraz edərək, təmin olunmamamsını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 saylı Cəzaçəkmə Müəssisəsindən videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçsinin çıxışı ilə razı olduğu bildirdi və apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs4 müfafiəçisi Müdafiəçi6 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onun əsassız olduğunu bildirdi. Ona görə də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs4 müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protestinin təmin olunmamasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının 20 dekabr 2023-cü il tarixli iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 vəsatətlə mütaciət edərək məhkəmənin tam məhkəmə istintaqı ilə aparılmasını, iş üzrə təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsi, o cümlədən iş materiallarında olan sənədlərin tədqiq edilməsini xahiş etmiş, məhkəmə kollegiyası cinayət prosesi tərəflərinin fikirlərini dinləyib vəsatəti qismən təmin etməklə təqsirləndirilən şəxslərin dindirilməsi hissədə məhkəmənin qismən məhkəmə istintaqı ilə aparılmasına dair qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəmə aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, iran vətəndaşı olan Əsgərlə aralarındakı əlaqəni ortaq dostu qurub. O, iran vətəndaşı Əsgər adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb danışan zaman, söhbət əsnasında ona silah lazım olduğunu bildirmiş, Əsgər də ona silah göndərə biləcəyini demişdir. Əslində o, Əsgərdən narkotik əvəzinə silah gözləmişdir. 24 noyabr 2021-ci il tarixdə qonşusu Elşənin atasının yas yerində iştirak etmək üçün Elşən və Əfqanla Beyləqan rayonuna gedən zaman oğlu Araz onunla getmək istədiyini bildirib əl çəkmədiyinə görə onu da özləri ilə götürmüşdür. Həmin yas yerində iştirak etdikdən sonra oradan çıxıb Beyləqan rayonu ərazisində çayxanada oturmuşlar və çay içdikdən sonra Bakı şəhərinə qayıdan zaman iranlı tanışı Əsgər ondan əl çəkməyərək, əmanəti göndərdiyini, əmanət yolun ortasında qaldığını, gedib görürmək lazım olduğunu istifadəsində olan mobil telefona “Whatsapp” proqramı vasitəsi ilə yazmışdır. Buna görə də o, sifariş verdiyi silahı götürmək üçün yolundan geri qayıtmış, hadisə yerinə çatanda onları həmin yerdən tutub aparmışlar. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, həmin yerə silah götürmək üçün getmiş, narkotik barədə heç bir məlumatları olmamışdır. Beyləqan rayonundan çıxıb Bakı şəhərinə yola düşəndən sonra təxminən Qaradağ rayonunda olarkən ona zəng edilmiş, iranlı şəxs torbanı Beyləqan rayonu ərazisinə qoyduğunu demiş, buna görə də həmin vaxt o, yoldan geri qayıtmışdır. Elşən və Əfqan ondan niyə geri qayıtdıqlarını soruşduqda o, işi olduğu üçün geri qayıtdığını bildirmiş, başqa bir söz deməmişdir. Hadisə yerinə çatan zaman Araz və Əfqan təbii ehtiyaclarını ödəmək üçün maşından düşmüş, az sonra onun idarə etdiyi avtomobilin yanına hərbiçilər gəlmiş, onu və Elşəni saxlamışlar. O, heç yerə qaçmamış, üzərində bıçaq olsa da heç kimə müqavimət göstərməmişdir. Hərbiçilər yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 da məsuliyyətə cəlb ediləcəkləri ilə hədələmişlər və onu saxlayan şəxslərin kim olduğunu bilmədiyindən bıçağı əlində saxlayıb, həmin şəxslərin kim olduğunu soruşmuş, məqsədi onları qorxutmaq olmuşdur. “Əsgər” adlı şəxslə əlaqəsi barədə yanında olan şəxslərin məlumatı olmamışdır. “Əsgər“ adlı iranlı ilə özü danışmış, oğlu Arazın bu danışıqlardan xəbəri olmamışdır. “Əsgər” adlı şəxs Arazın telefonuna canlı “konum” (olduğu yerə dair məlumat) atmış, onun telefondan başı çıxmadığı üçün oğlu Araz həmin konumdan istifadə edib ona yol göstərmişdir. Həmin vaxt Elşən və Əfqan da maşında olmuş, avtomobili özü idarə etmiş, qabaqda Araz oturmuş və ona istiqamət göstərmiş, arxada isə Əfqan və Elşən oturmuşlar. Əsgər adlı şəxsdən avtomat silahı 1200 manat pul müqabilində almağa razılaşmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadələrindən görünür ki, o, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilmiş və göstərmişdir ki, əvvəllər dörd dəfə məhkum olunmuş, təxminən 2021-ci il tarixdə həbsxanada tanıdığı Elçin adlı şəxs ona İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsdən narkotik vasitələr götürə biləcəyini demişdir. Sonra tanışı Elçin adlı şəxs onun mobil nömrəsini İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsə verəcəyini bildirmiş, həmin zaman cəzaçəkmə müəsissəsində olduğundan oğlu Arazın mobil nömrəsini onlara vermişdir. 03 sentyabr 2021-ci il tarixdə cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxslə oğlu Arazın mobil telefonu vasitəsilə əlaqə saxlamış və onunla mütəmadi olaraq danışmışdır. İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxs ona mobil telefon vasitəsilə narkotik vasitələri zaman içində göndərəcəyini bildirmiş, 24 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində “Əsgər” adlı şəxs oğlu Arazın mobil telefonu vasitəsilə əlaqə saxlayaraq ona Beyləqan rayonuna gəlməsini bildirmiş, sonra "Whatsapp” sosial şəbəkəsi ilə oğlu Arazın mobil telefonuna torbanın və hansı məkana gedəcəkləri yerin şəkillərini göndərmiş, saat 20:00 radələrində **-DZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı şəxsi avtomobili ilə oğlu Araz və qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan istiqamətində yola düşmüş, “Əsgər” adlı şəxsin sosial şəbəkə vasitəsilə göndərdiyi məkana oğlu Arazı və qonşusu Əfqanı göndərmişdir. Maşında bir neçə dəqiqə gözləyəndən sonra qışqırıq səsləri eşitmiş və həmin zaman bir nəfərin hərbi geyimdə maşına yaxınlaşdığını görmüş, həmin şəxs yaxınlaşarkən o, yüksək sürətlə uzaqlaşmış, lakin buna baxmayaraq onu təqib edərək saxlamışlar. Həmin zaman maşına bir neçə hərbi geyimli şəxslərin yaxınlaşdığını görmüş, o, sağ əlində bıçaqla maşından tələsik düşərkən yerə yıxılmış, sonra onun sağ qolundan bir nəfər hərbi geyimli şəxs qaldıranda kim olduğunu bilməyərək bıçaqla vurmaq istəyərkən həmin şəxs əlindən bıçağını götürərək ona hərbiçi olduğunu bildirmiş, sonra həmin əraziyə daha bir neçə hərbi qulluqçu gəlmiş, onu hərbi hissəyə aparmışlar. X26 Respublikasında olmamış, narkotik vasitələrin aludəçisi olmuşdur. Axırıncı dəfə 24 noyabr 2021-ci il tarixdə Beyləqan rayonuna narkotik vasitə götürməyə gedərkən heroindən istifadə etmişdir. “Əsgər” adlı şəxs narkotik vasitənin olduğu yerin şəklini oğlunun mobil telefonuna göndərmiş, onlar naviqator proqramından istifadə edərək həmin əraziyə getmişlər. Həmin əraziyə çatdıqdan sonra oğluna və Əfqana düşüb narkotik vasitələri götürüb gətirmələrini demiş, bağlamanın içərisində narkotik vasitələr olduğunu bilmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirdikdən sonra “Əsgər” telefonla narkotik vasitələri hara qoyacağını ona deyəcəyini bildirmiş, kimə və hara təhvil verəcəyini daha əvvəldən bilməmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirtməsinə görə Əsgər bağlamada olan narkotik vasitələrdən ona da verəcəyini demişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadələrində göstərmişdir ki, Elşən Maştağa qəsəbəsində onun qonşusu olmuş, Elşəni təxminən 2000-ci ildən Maştağa qəsəbəsində məskunlaşan vaxtdan tanımışdır. Elşən ev təmiri ustasıdır. Əfqanı uşaqlığından qonşusu kimi tanımış, onunla mehriban qonşuluq, həm də dostluq münasibətləri olmuşdur. Oğlu Araz heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərindən Elşən Maştağa qəsəbəsində onun evində təmir işləri aparmış, 21 noyabr 2021-ci il tarixdə Elşən onun evində təmir işləri aparan zaman ona atası İnşallahın rəhmətə getdiyini, ailəsi ilə birlikdə dəfndə iştirak etdiyini, ailəsinin Beyləqan rayonunda qaldığını, yaxınlarda atasının cümə axşamı mərasiminin olacağını və Beyləqan rayonuna getmək istədiyini bildirmiş, həmin vaxt o, Elşənə başsağlığı vermiş və birlikdə atası İnşallahın cümə axşamı mərasimində iştirak edəcəklərini bildirmişdir. Evdə olan oğlu Araz da onunla birlikdə gələcəyini bildirmiş, qonşuları Əfqan da onlarla birlikdə yasa gəlmək istədiyini bildirmiş və o razılaşmışdır. 24 noyabr 2021-ci il tarixdə, səhər saat 10 rədələrində o, idarə etdiyi “VAZ 2106” markalı, **-DZ-*** nömrəli avtomobillə qonşuları Əfqan, Elşən və oğlu Arazla birlikdə Elşənin mərhum atasının cümə axşamı məclisində iştirak etmək üçün Bakı şəhərindən Beyləqan rayonuna yola düşmüşlər. O, 24 noyabr 2021-ci il tarixdə Beyləqan rayonunda Elşənin ata evində onun atası İnşallahın cümə axşamı mərasimində təxminən səhər saat 12-dən axşam saatlarına qədər Araz, Əfqan və Elşənlə birlikdə iştirak etmiş, həmin gün saat təxminən 16-17 radələrində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Əsgər adlı şəxs oğlu Araza məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib onunla əlaqə saxlamışdır. Əsgərin adi qaydada və yaxud "Whatsapp" vasitəsilə zəng etməsini xatırlamır. Əsgər telefonda onunla hal-əhval tutub necə olmasını soruşmuş, o, Əsgərə Beyləqan rayonuna yas məclisinə gəldiyini demiş, Əsgər isə ona əmanətin hazır olduğunu demişdir. Həmin gündən təxminən 5-6 gün əvvəl Əsgər ilə telefonda danışan zaman Əsgərdən ona "Kalaşnikov" tipli avtomat silah satmasını xahiş etmiş, Əsgər də ona 1200 manat müqabilində "Kalaşnikov" tipli avtomat silah, üzərində isə hədiyyə olaraq tapança verə biləcəyini demişdir. Əsgər ona telefonda danışan zaman silahın hazır olduğunu dedikdə o, Əsgərə silahı ona verməsini demiş, Əsgər isə ona gecəyə kimi gözləməsini, hava qaraldıqdan sonra silahı ona kimləsə göndərəcəyini demişdir. Lakin Əsgər ona həmin şəxsin kim olmasını deməmiş, o, axşama kimi gözləmişdir. Saat təxminən 23:30 radələrində o, Əsgərə "Whatsapp" vasitəsilə zəng edib ondan bir xəbər çıxmadığını, Bakıya qayıtmalı olduğunu deyib silahla maraqlanmış, həmin vaxt çox keçməmiş Əsgər "Whatsapp" vasitəsilə Arazın telefonuna silahı qoyduğu yerin koordinatlarını və bağlamanın şəklini göndərmiş, Əsgər ona "Whatsapp" vasitəsilə bağlamanın yerini göndərdikdən sonra o, Əfqan, Elşən və oğlu Araz birlikdə ona məxsus "VAZ-2106" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlamanın olduğu yerə getmişlər. Onun mobil telefondan yaxşı başı çıxmadığı üçün həmin yerə çatdıqda telefonu Araza vermiş və ona bağlamanı götürüb gəlməsini tapşırmışdır. Araz, onun ardınca isə Əfqan avtomobildən düşmüşlər. Elşən onunla birlikdə avtomobildə əyləşmiş, Araz ilə Əfqan avtomobildən düşdükdən sonra o, təxminən 100 metr qabağa gedib avtomobili döndərib geri qayıdan zaman maşının üstünə dəqiq xatırlamadığı sayda təxminən 10 nəfər tanımadığı, əllərində müxtəlif dəmir əşyalar olan mülki geyimli şəxslərin hücum etdiyini görmüş, qorxduğundan avtomobili sürətlə sürərək uzaqlaşmağa başlamış, daha sonra təxminən 200 metr getdikdən sonra oğlu Araz və Əfqanı arxada qoyduğunu düşünüb yenidən geri qayıtmış, həmin yerə geri qayıdan zaman o, mülki geyimli çoxlu şəxslərin orada olduğunu görmüş, həyəcanlanıb yenidən maşını geri qaytararaq həmin şəxslərin arasından avtomobilini idarə edib keçib Elşəngilin evi istiqamətində hərəkət etmiş, N noyabr 2021-ci il tarixdə “VAZ 2106” markalı avtomobillə sürətlə həmin yerdən uzaqlaşarkən Elşən ona bu şəxsləri tanımadığını, onların evinə sürməyi və bəlkə qardaşlarının kömək edə biləcəyini demiş, Elşənlə başqa bir söhbət etməmişdir. Həmin vaxt heç kim onlara saxla və dayan əmri verməmiş, maşını yüksək sürətlə idarə edib uzaqlaşan zaman onları rəngini xatırlamadığı, hər ikisi sedan olan iki mülki avtomobil təqib etməyə başlamış, onların heç bir hərbi və digər nişanları olmamışdır. Həmin vaxt onun arxasınca gələn bir maşın əvvəlcə gəlib saxlamış, onun arxasınca qısa müddətdən sonra digər mülki avtomobil gəlmişdir. Elşəngilin evlərinin yaxınlığında o, maşını özü saxlamış, Elşəni və onu avtomobildən düşəndə tutan zaman ətrafda heç kim olmamış, onları təqib edən avtomobildən düşən şəxslər onlara özlərini təqdim etməmiş, həmin şəxslərin əynində forma olmamış, mülki geyimdə olmuşlar. Həmin şəxslər əvvəlcə özlərini təqdim etməmiş, sonra onun əlindəki bıçağı gördükdən sonra biri ona yaxınlaşaraq əlindəki bıçağı verməyini istəmiş, o, həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs ona hərbi-polis işçiləri olduqlarını bıçağı onlara təqdim etməyini demiş, polis işçisi olduqlarını dedikdən sonra könüllü qaydada əlindəki bıçağı tiyəsi aşağı vəziyyətdə vermək üçün ona tərəf uzatmışdır. Bu vaxt həmin şəxs bir əli ilə onun qolunu tutaraq digər əli ilə bıçağı onun əlindən götürmüşdür. Bundan sonra onu və Elşəni maşınla hərbi hissəyə aparmışlar. N noyabr 2021-ci il tarixdə onları saxladıqları zaman o, avtomobildən düşərkən yıxılmamış, onu saxlayan şəxslərin kim olduğunu bilməmiş, buna görə də özünü müdafiə etmək, ehtiyat və özünü qorumaq məqsədilə əlində bıçaqla maşından düşmüşdür. Həmin vaxt sağ əlində saxladığı bıçağın tiyəsi aşağı olmuşdur. Elşən və o, N noyabr 2021-ci il tarixdə onları tutan mülki geyimli şəxslərə heç bir müqavimət göstərməmişlər. Elşənin avtomobildə bıçaq olması barədə məlumatı olmamışdır. O, N noyabr 2021-ci il tarixdə avtomobildən düşən zaman onu tutan şəxsə bıçaqla və ya əllə zərbə vurmamışdır və vurmağa cəhd etməmişdir. Tanımadığı şəxslər gəlib Elşəni də, onu da Araz ilə Əfqanı avtomobildən düşürtdüyü yerə aparıb şəkillərini çəkmiş və bağlamanın içərisindən təxminən 5 kiloqram marixuana, metamfetamin, kokos kimi tanıdığı narkotik vasitə və dərman pireparatları çıxartmışlar. O, isə həmin yerə "Kalaşnikov" tipli avtomat silah və tapança götürməyə getmiş, bağlamada narkotik vasitə olmasından əvvəlcədən məlumatı olmamışdır. O, Əsgər adlı İran İslam Respublikası vətəndaşı ilə təxminən 2021-ci ilin oktyabr ayında telefon vasitəsilə tanış olmuş, Əsgərin nömrəsini ona kimin verməsini dəqiq xatırlamır. O, heç vaxt narkotik vasitə satmamış, lakin narkotik vasitə alüdəçisi olmuşdur. O, oğlu Araza, qonşuları Əfqan və Elşənə ona "Kalaşnikov” tipli avtomat silah və tapança göndəriləcəyi barədə deməmiş, sadəcə onlara ona bağlama gəlməli olduğunu demişdir. Həmin bağlamanın haradan gəlməsi, kimin göndərməsi və içərisində nə olması barədə onlara heç bir söz deməmişdir. Araz və Əfqan avtomobildən düşərkən silah götürmək üçün getdiklərini bilməmişlər. Onun istifadəsində sadə tipli mobil telefon olmuş, onun mobil telefonuna "Whatsapp" proqramı yükləmək mümkün deyildir. Adi zənglə zəng etməyə kontur çox getdiyi üçün Arazın mobil telefonu ilə Əsgərə yığmışdır. O, müasir modelli, düyməsi olmayan telefon işlətməyi bacarmır, həmin telefonlarda 1 rəqəm belə yaza bilmir. “Əsgər Emi" adı ilə qeyd edilən +**********44 saylı mobil nömrə Əsgər kimi tanıdığı və ona "Kalaşnikov" tipli avtomat silah və tapança göndərməli olan şəxsə məxsus olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefonda olan mesajlar silahın göndərilməsi ilə bağlı yazılmış, narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Arazın telefonundan +**********44 saylı mobil nömrəyə yazılan bütün mesajları o, şifahi demiş, Araz yazıb göndərmişdir. 24 noyabr 2021-ci il tarixdə ömründə ilk dəfə Beyləqan rayonuna gəlmişdir. Onun Beyləqan rayonu ilə heç bir əlaqəsi olmamışdır. Beyləqan rayonuna Elşənin atasının yas məclisi üçün gəlmişdir. Apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 24 noyabr 2021-ci il tarixdə atası Azər, qonşuları Əfqan və Elşənin sonuncunun atasının yas mərasimində iştirak etmək üçün Beyləqan rayonuna getmələrini bilmiş və uzaq yol getməkdən xoşu gəldiyi üçün atasından onu da Beyləqana aparmasını xahiş etmiş, Bu səbəbdən atası onu da özləri ilə birlikdə Beyləqan rayonuna aparmışdır. Beyləqan rayonuna çatandan sonra Elşənin atasının həyətində yas mərasimində iştirak edib oradan çıxıb, çayxanaya getmişlər. Bir qədər sonra Bakı şəhəri istiqamətində yola düşmüşlər. Atası avtomobili idarə etdiyinə görə telefona baxa bilməmiş və o, özünə aid telefonla iran vətəndaşının göndərdiyi mesajlara baxıb atasına bu barədə bildirmiş, eləcə də atasının dediyi məlumatları həmin iranlıya həm səsli, həm də yazılı formada olan mesajlarla göndərmişdir. Əsgər tərəfindən göndərilən səsə atası və özü qulaq asırdılar. Səslə göndərdiyi mesajlar maşında eşidilirdi. Əsgər onlardan sadəcə, əmanətin yolda qaldığını, hava qaralandan sonra gedib götürülməsini tələb etmişdir. Onun yazışdığı iranlı bildiyi şəxs ona “gəl çıx, öldüm soyuqdan” “gələndə mənə siqaret alın” kimi mesajlar yazmışdır. Əsgər onun telefonuna gələcəkləri yerin konumunu (koordinatlarını) atmış, həmin yer Beyləqan rayonu Əmirzeyidli kəndi olmuşdur, Əsgər adlı şəxs mesaj yazaraq yolu başa salmışdır. Konum atılan yerə çatdıqda Əfqanla o, təbii ehtiyaclarını ödəmək üçün maşından düşmüşlər, atası da ona bildirmişdir ki, həmin yerdə olan bağlamanı da götürsün. Bağlamanın içində nə olmasından onun məlumatı olmamışdır. Atasının həmin yerə silah götürmək üçün gəlməsini tutulandan sonra bilmişdir. Atası Azərin silah götürmək üçün gəlməsindən Elşən və Əfqanın da məlumatı olmamışdır. Tutulandan sonra DSX-nin zastavasında onu müdafiəçi ilə təmin etməmişlər, o, hər hansı izahat yazmamış, hərbiçilərin yazdığı izahatlara imza etmişdir. Bundan sonra onu zastavadan Bakı şəhərinə aparmışlar, lakin orada da nə vəkil, nə də ki qanuni nümayəndə görməmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadələrindən görünür ki, o, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəsissəsindən azadlığa buraxıldıqdan sonra İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxslə onun mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. 24 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Əsgər adlı şəxs onun mobil telefonu vasitəsilə əlaqə saxlayaraq atası Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna gəlməyini bildirmişdir. Sonra "Whatsapp" proqramı ilə onun mobil telefonuna torbanın və hansı məkana gedəcəkləri yerin şəkillərini göndərmişdir. Saat 20:00 radələrində atası Təqsirləndirilən şəxs1 şəxsi avtomobili ilə qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan istiqamətində yola düşmüşlər. “Əsgər” adlı şəxsin "WhatsApp" vasitəsilə göndərdiyi məkana atası Təqsirləndirilən şəxs1 onu və qonşusu Əfqanı göndərmişdir. Ağac tərəfə yaxınlaşanda narıncı rəngli torbanı görmüş və həmin istiqamətə doğru hərəkət etmişlər. Həmin narkotik vasitələr olan torbanı götürdükdən sonra kimsə uca səslə "Dayan!" çağırışı vermişdir. Həmin zaman qaçmaq istəyərkən onu yaxalamışlar. Sonra həmin əraziyə daha bir neçə hərbi qulluqçular gəlmiş və onu hərbi hissəyə aparmışlar. O, daha əvvəl İran İslam Respublikasında olmamışdır. O, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. İstifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. “Əsgər” adlı şəxs narkotik vasitənin olduğu yerin şəklini atmış, atası ona həmin yeri göstərmiş və o, Əfqanla birlikdə onu götürmək üçün avtomobildən düşərək həmin istiqamətdə hərəkət etmişdir. Bağlamanın içərisində narkotik vasitələr olduğunu bilmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirdikdən sonra Əsgər telefonla narkotik vasitələri hara qoyacağını deyəcəyini bildirmiş, kimə və hara təhvil verəcəyini daha əvvəldən bilməmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirtməyinə görə Əsgər atasına narkotik tərkibli dərman verəcəyini demişdir. Narkotik vasitələri İran İslam Respublikasından kimin gətirməsindən məlumatı olmamışdır. O, saxlanıldığı zaman ona qarşı fiziki, psixoloji təzyiq edilməmişdir. Həmçinin birinci instansiya məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsindən görünür ki, o, 2021-ci ilin noyabr ayında xatırlamadığı tarixdə atası Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşayan Elşənin atasının yas mərasiminə getməyi qərar vermişlər. Bundan sonra axşam saat 17:00-18:00 radələrində atası Azərin idarə etdiyi “VAZ 2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan rayonuna Elşənin atasının yas mərasimində iştirak etmək üçün yola düşmüşlər. Onlar yolda olan zaman atası ona İran operatoruna məxsus +**********44 saylı mobil nömrəni vermiş, həmin mobil nömrə ilə yazışmasını və yas yerindən çıxdıqdan sonra həmin mobil nömrə sahibinin dediyi yerdən bağlama götürəcəklərini ona demiş, yolda gələrkən həmin mobil nömrə ilə yazışmışdır. Onun yazdıqlarını atasına demiş, atasının dediyi cavabları isə ona yazmışdır. Təxminən 2-3 saat sonra Beyləqan rayonunda Daşburun deyilən ərazidə yerləşən Elşəngilin evlərinə çatmışlar. Elşəngilin evində təxminən 1-2 saat yas mərasimində iştirak etmişlər. Həmin yerdən çıxıb təxminən 10-15 dəqiqə irəlilədikdən sonra atası maşını saxlamış və ona yoldan bir az kənarda ağacın altında bağlama olduğunu və gedib həmin bağlamanı götürməyini bildirmişdir. Bundan sonra o, Əfqanla maşından düşmüş və bağlamanı götürmək üçün təxminən 40-50 metr irəliləmişdir. Onlar həmin yerə doğru gedərkən bağlama olan yerə çatmamış qəflətən qara geyimli şəxslər onları tutmuşlar. Onlardan sonra isə atası və Elşəni tutmuşlar. Daha sonra onları hərbi hissəyə apardıqlarına görə onların sərhəd xidmətinin hərbi qulluqçuları olduğunu bilmişdir. Əsgər adlı şəxsi əvvəllər tanımamış, onun şəxsiyyəti barədə hər hansı məlumatı olmamışdır. İran operatoruna məxsus +**********44 saylı mobil nömrəni atası Azər onlar yolda Beyləqan rayonu ərazisinə gələrkən ona vermişdir və onunla yazışmağını, həmin şəxsin onlara yolu göstərəcəyini bildirmişdir. Lakin nə ünvanı olduğunu və nədən ötrü olduğunu ona deməmişdir. Atası Azərin sadə mobil telefonu olmuşdur və onun mobil nömrəsini xatırlamır. Atası Azərin mobil telefonu sadə düyməli telefon olmuşdur. Onun mobil telefonunda “WhatsApp” proqramı yüklənməmişdir. Ona görə də atası Azər İran operatoruna məxsus mobil nömrə ilə onun mobil telefonu ilə danışmışdır. Əsgər adlı şəxslə onun arasında hər hansı telefon danışığı olmamış, atası Azərlə olmuşdur. O, sadəcə yazışmışdır. Atası Azər ilə Əsgər adlı şəxs arasında olan danışığı bilməmişdir. Tutulduqdan sonra ora silah arxasınca getmələrini bilmişdir. Atası Təqsirləndirilən şəxs1 ümumiyyətlə bağlamada nə olması barədə ona əvvəlcədən heç bir məlumat verməmiş, tutulduqdan sonra da hansı növ silahı götürmək üçün gəldiklərini ona deməmişdir. “WhatsApp” proqramında “Esger Emi” adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 saylı mobil nömrədən həmin şəxs “Google Maps” proqramı ilə koordinantlar və şəhid Siyavuş Muradovun şəkli olan tablonun, Əmirzeydli yazısı olan tablonun fotolarını və digər mesajlar yazmış, o, da ona cavab vermişdir. Həmin mobil telefondan ona şəkillər və məkan göndərilmişdir. İranlı şəxsin dediyi yerdə bağlama olmamış, Əfqanla o, deyilən məkana tərəf getdikdə onları yaxalamışlar. O, narkotik vasitə olan bağlamanı götürməmişdir. Onların iştirakı ilə torbaya baxış keçirilmiş, torbada narkotik vasitələrə oxşar maddələr olduğu deyilmiş, lakin onların həmin torbadan ümumiyyətlə xəbəri olmamış, içərisində nə olduğunu bilməmişlər. O, ümumiyyətlə narkotik vasitə arxasınca getməmişdir. Atası ona sadəcə orada bağlama olduğunu və onu götürməyini bildirmiş, onlar tutulduqdan sonra atası Azər ona onların oraya silah arxasınca getdiklərini demiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 atası Azərin oradan silah götürəcəyi barədə məlumatları olmamışdır. Onlar yas yerinə getdikləri üçün birlikdə yola çıxmışlar. O, ümumiyyətlə pis vərdişlərdən uzaq olmuş, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir, həmin maddələrin alğı-satqısı ilə məşğul olmamışdır. Apellyasiya instansiya məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsndə qeyd etdi ki, o, Azərlə qonşudur. Məhəlləyə çıxan zaman görmüşdür ki, Azərlə Elşən sonuncunun atasının yas yerinə gedirlər. O da onlara qoşulub Beyləqan rayonuna getmişdir. Onun narkotik vasitədən xəbəri olmamışdır. Beyləqan rayonunda yas mərasimində iştirak etdikdən sonra geri qayıdarkən Azər avtomobili saxlamış, o və Araz təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüş, həmin vaxt hərbiçilər onları tutmuşlar. Daha sonra isə Azər və Elşəni də tutub onların yanına gətirmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verilən sullara cavab olaraq bildirdi ki, əvvəllər 2 dəfə, Cinayət Məcəlləsinin 177 və 234.1-ci maddələri ilə məhkum olmuşdur. O, təmin olacağına inanmadığı üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verməmişdir. İbtidai istintaq zamanı ümumiyyətlə izahat verməmiş, özünü təqsirli bilməmişdır. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadələrindən görünür ki, o, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 22:00 radələrində Sabunçu rayonu, Maştağa kəndində qonşusu Təqsirləndirilən şəxs1gildə olmuş, Azər ona Təqsirləndirilən şəxs4 atasının yas mərasiminə Beyləqan rayonuna gedəcəyini demiş, o, onlarla yas mərasimində iştirak etmək istədiyini bildirmişdir. O, və Azərin oğlu Araz Azərin **-DZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomaşınına minərək kənddə qonşuları olan Elşənlə birlikdə Beyləqan rayonuna yola düşmüşlər. N noyabr 2021-ci il tarixdə saat 02:00 radələrində Beyləqan rayonuna çatmışlar. Beyləqan rayonuna çatanda Azər oğlu X30 Respublikası vətəndaşı Əsgər adlı şəxsin atdığı məkanda narkotik vasitə olduğunu və onu gedib götürməsini demişdir. O Arazla birlikdə gedəcəyini demiş və onunla birlikdə Beyləqan rayonu ərazisində yol kənarında narkotik vasitə olan torbanı götürməyə getmişdir. Azərlə Elşən avtomaşında qalmışlar. Araz narıncı rəngli torbanı götürüb uzaqlaşarkən hərbi geyimli sərhədçilər tərəfindən saxlanılmışlar. Əsgər adlı şəxsi tanımamış, Beyləqan rayonu ərazisində olarkən Azərin oğlu Arazı narkotik vasitəni götürməyə göndərdiyi zaman dediyi sözlərdən həmin şəxsin adının Əsgər, vətəndaşlığının İran İslam Respublikası olduğunu eşitmişdir. Onu saxlayan şəxslərin geyimlərinin sərhədçi forması olduğunu görmüşdür. Narkotik vasitə götürməyə getmələri barədə Azərin və onun oğlu Arazın əvvəlcədən məlumatının olduğunu düşünür. Onun isə Beyləqanda məlumatı olmuşdur. O, təxminən bir il altı ay müddət olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü, ərazidən uzaqlaşmaq istədiyi vaxt "Dayan!" çağırış komandası verildikdən sonra saxlanılaraq sərhəd naryadları tərəfindən sərhəd zastavasına gətirilən zaman hər hansı qanundankənar davranışa yol verilməmişdir. Həmçinin birinci instansiya məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsindən görünür ki, o, 24 noyabr 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində qonşusu Azərgilə getmiş, Elşən və Azərin oğlu Araz da orada olmuşlar. Həmin vaxt Azər ona Elşənin atasının rəhmətə getdiyini, yas mərasimində iştirak etmək üçün Beyləqan rayonuna gedəcəklərini demiş, o, Azərə onlarla birlikdə getmək və Elşənin atasının yas mərasimində iştirak etmək istədiyini bildirmiş, həmin gün dəqiq xatırlamadığı vaxtda Azərin idarə etdiyi “VAZ 2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərin oğlu Araz, o və Elşən birlikdə Beyləqan rayonuna Elşənin atasının yas mərasimində iştirak etmək üçün yola düşmüşlər. Təxminən 2-3 saat sonra Beyləqan rayonunda Daşburun deyilən yerdə olan Elşəngilin evlərinə çatmışlar. 24 noyabr 2021-ci il tarixdə o, Azər, Elşən və Araz birlikdə Elşənin atasının yas mərasimində iştirak etmişdir. Daha sonra onlar yas mərasimindən çıxmış və siqaret almaq üçün dükan axtarmağa başlamışlar. Həmin vaxt maşında onlar siqaret almaq barəsində söhbət etmişlər və Azər oğlu Araza İran vətəndaşı Əsgər adlı şəxsin atdığı məkanda narkotik vasitə olduğunu və onu gedib götürməsini deməmişdir. Avtomobillə Elşəngildən təxminən 10-15 dəqiqə irəlilədikdən sonra o, və Araz Azərə təbii ehtiyacları olduğunu bildirmişlər və Azər maşını saxlamışdır. O, və Araz birlikdə təbii ehtiyaclarını ödəmək üçün maşından düşmüşlər. Həmin vaxt onu və Arazı, həmçinin, avtomobildə olan Azər və Elşəni mülki geyimli təxminən sayları 10-15 nəfər olan adamlar saxlamışlar. O, 24 noyabr 2021-ci il tarixdə Elşənin atasının yas mərasimində saat neçədə iştirak etdiyini dəqiq xatırlamır. Onlar Elşənin atasının yas mərasimində iştirak edərkən hava qaranlıq olmuşdur. Onun iştirakı ilə N noyabr 2021-ci il tarixdə “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolun tərtib olunmasını və N nömrəli hərbi hissənin 20ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində saxlanıldığı yerə baxış keçirilməsini və 14-cü sahənin arxa istiqamətindən narıncı rəngli polietilen torbanın qablaşdırılaq götürülməsini xatırlamır. O, Arazla birlikdə maşından təbii ehtiyaclarını ödəmək üçün düşmüş və həmin vaxt onları saxlamışlar. Onun torba barədə məlumatı olmamışdır. Apellyasiya instansiya məhkəmə istintaqı zamanı bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs4 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsndə qeyd etdi ki, atası İnşallah dünyasını dəyişdiyinə görə Azər, Əfqan və Arazla birlikdə Beyləqan rayonuna yas mərasiminə getmişlər. Yas mərasimində iştirak etdikdən sonra Beyləqan rayonunda çayxanada oturub çay içmişlər və bundan sonra Bakı şəhəri istiqamətində yola düşmüşlər. Bakı şəhərinə çatmağa az qalmış Azərə zəng gəlmiş və bundan sonra Azər geri qayıtmalı olduqlarını, orada bir nəfər şəxslə görüşəcəyini bildirmişdir. O, üstündə olan pulunu rayonda xərclədiyinə görə məcbur olub maşında qalmışdır. Atası vəfat edəndən sonra onun dəfn mərasimində iştirak etmişdir. Daha sonra Azərgil onun atasının yas yerində iştirak etməsini bildiriblər və yoldaş kimi onunla birlikdə yas yerində gedib iştirak etmişlər. Təqsirləndirilən şəxs4 birinci instansiya məhkəməsində də hazırki ifadəsinə uyğun ifadə vermiş özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslən Beyləqan rayonundan olsa da 30 ilə yaxındır ki, Bakı şəhəri Maştağa qəsəbəsində yaşamışdır. 17 noyabr 2021-ci il tarixdə atası rəhmətə getmiş, Beyləqan rayonu Mil qəsəbəsində atasının dəfnində də iştirak etmiş, “7 mərasimi”ndə də iştirak etdikdən sonra Bakı şəhərinə gəlmiş, qonşusu Azərin evində təmir işləri aparmış, usta kimi işləmişdir. Həmin vaxt Azər ona bildirmişdir ki, Beyləqan rayonuna rəhmətlik atasının “cümə axşamı” mərasimində iştirak etmək üçün gedəcək, buna görədə o, onlarla getmişdir. 24 noyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında Azərin idarə etdiyi avtomobillə yola çıxmışlar və həmin vaxt maşında Azərin oğlu Araz qabaqda, özü arxada, yanında isə qonşuları Əfqan əyləşmişdir. Yol boyu onlar yasda iştirak barədə və digər ümümi şeylərdən danışmışlar. Həmin gün təxminən 17 radələrində ata evinə çatmış və həyətdə qurulmuş mağarda oturmuşlar. Bir qədər sonra onlar həyətdən çıxıb Bakı şəhərinə qayıtmağa başlamışlar və o, da Azərgillə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Yolda olarkən Azər yenidən Beyləqan rayonu Əmirzeyidli kəndinə qayıdacağını, orada işi olduğunu bildirmiş, o, da həmin maşında olduğu üçün və Azərlə birlikdə gəldikləri üçün geri qayıtmağa razılaşmışdır. Əmirzeyidli kəndinə çatdıqda Azərin oğlu Araz və Əfqan təbii ehtiyaclarını ödəyəcəklərini deyib avtomobildən düşmüşlər. Azər isə maşını irəli sürüb döndərib geri qayıdarkən maşına tərəf bir neçə şəxsin gəlməsini görmüş, Azər həmin şəxslərin kim olduğunu soruşmuş, o, isə tanımadığını bildirmiş, buna görə də Azər avtomobili sürüb oradan uzaqlaşmış, lakin onu təqib edib saxlamış və hərbi hissəyə aparmışlar. Beyləqan rayonuna atasının “cümə axşam” mərasiminə 1 gün qalmış getmişlər. Bakı şəhərinə qayıtmaqda məqsədi evdən pul götürüb “cümə axşamı”na gəlmək olmuşdur. Atası İnşallah 12 noyabr 2021-ci il tarixdə vəfat etmiş, dəfndə də iştirak etmişdir. Azərgillə Beyləqan rayonuna gələrkən avtomobildə kimin kimlə telefonla nə danışdığına qulaq asmamışdır. Azərgil Beyləqanda onun qonaqları olmuşdur, yas yerindən çıxıb Maştağa kəndi istiqamətində qayıtmışlar, lakin yolda olarkən Azərə zəng gəlmiş, bir tanış ilə görüşəcəyini deyib geri dönmüş və yenidən Beyləqan rayonuna gəlmişlər. Yol gələrkən Azərin və Arazın kiminləsə yazışmasından və ya danışmasından xəbəri olmamışdır. Gəldikləri yerdə Araz və Əfqan maşından düşdükdən sonra Azər maşını irəli sürüb geri döndükdə səs eşitmiş və həmin vaxt uşaqların bir neçə şəxs tərəfindən tutulduğunu görmüşdür. Həmin vaxt Azərlə qaça bilmək imkanları olmuş, lakin Azər maşını dayandırmış, bundan sonra onları saxlamışlar. DSX-nin hərbi qulluqçuları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, sadəcə əl-qolunu bağlamışlar. Azərin hansı səbəbdən yenidən Beyləqan rayonuna gəlməsindən məlumatı olmamış, maşında olan söhbətlərdən xəbəri olmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin sonrakı ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməyərək məhkəmə istintaqında verdiyi ifadəyə ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə təqsirləndirlən şəxsləri dindirib, cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini araşdırıb, bəraət almış şəxsin və məhkum edilmiş şəxslərin ifadələrini, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, apellyasiya şikayətlərinin təmin edilməməsi, müdafiə tərfinin isə əksinə, apellyasiya şikayətlərinin təmin edilməsi və apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək, ilk olaraq apellyasiya protestinin, daha sonra isə müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərinə ayrı-ayrılıqda qiymət verərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Təqsirləndirilən şəxs4 MÜNASİBƏTDƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona görə təqsirli bilinib məhkəməyə verilmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib 2021-ci ilin noyabr ayında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikasının Aslandüz rayonu, Hacılı kənd sakini X1 və İran İslam Respublikasının vətəndaşları olması ehtimal edilən şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilərək gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə etmək məqsədilə N noyabr 2022-ci il tarixdə saat 02 radələrində qurup üzvləri ilə həmin yerə gəldikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 içərisində külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan bir ədəd kisəni götürüb gətirmək üçün getmiş, o, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə sonuncunun idarə etdiyi avtomobildə qalaraq Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 həmin kisəni götürüb gətirmələrini gözləmiş, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlədilmiş içərisində külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan narıncı rəngli bir ədəd kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək onun və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 yanına daşıyarkən həmin gün saat 02:20 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən onlara “Dayan!” çağırışı verilmiş, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 məsuliyyətdən yayınmaq üçün qaçarkən onlar Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq həmin kisə onlardan götürülmüş, o, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yaxalandıqlarını görüb Təqsirləndirilən şəxs1 yüksək sürətlə idarə etdiyi “VAZ-21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidən uzaqlaşarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən izlənilərək təxminən bir neçə kilometr yol qət etdikdən sonra Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil saxlanılmışlar. Birinci instansiya məhkəməsinin qənaətinə görə isə Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihamın məzmununda onun ittiham elan olunmuş cinayət əməlinin obyektiv cəhətini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və “Əsgər” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qənaəti işin faktiki hallarına və Cinayət Qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarında olan “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisndə (20-ci sərhəd zastavasının 14-cü sahəsi istiqamətində) magistral yolun kənarında qamışlıq və kolluq olan hissədə külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında narkotik vasitə sifarişçilərinin saxlanılması məqsədi ilə “Pusqu” sərhəd naryadı təşkil edilmişdir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 02:20-də Beyləqan rayonu, Əmirzeydli kəndi istiqamətində bir ədəd ağ rəngli “VAZ 2106” markalı avtomobilin yaxınlaşması, həmin avtomobildən 2 nəfər şəxsin düşərək qamışlıq və kolluq ərazidən 1 torbanı götürüb uzaqlaşdıqlarını sərhəd naryadı müşahidə etmiş və əlverişli mövqe seçərək həmin şəxsləri saxlamışlar. Onları gətirən avtomobil isə ərazidən uzaqlaşmış, lakin həmin avtomobil təqib edilib Daşburun dairəsi ərazisində saxlanılmış, bu zaman avtomobili idarə edən şəxs bıçaqla hərbi qulluqçunun sağlamlığına ağır zərər yetirməyə cəhd etmiş, lakin onun qarşısı alınmışdır. İlkin sorğu zamanı saxlanılan şəxslər özlərini Təqsirləndirilən şəxs2, X19, Təqsirləndirilən şəxs4 və X10 təqdim etmişlər. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 N noyabr 2021-ci il tarixdə saat 03:00-da İXM-in 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətidir. Qeyd edilən hərbi hissənin 20-ci sərhəd zastavası Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində yerləşir. Beyləqan rayonu Əmirzeyidli kəndindən 20-ci sərhəd zastavasına qədər 1000 (min) metr, 20-ci sərhəd zastavasından 14-cü sahəyə qədər olan məsafə 2500 (iki min beş yüz) metr, 14-cü sahədən dövlət sərhəd xətinə qədər olan məsafə 1200 (min iki yüz) metrdir. 14-cü sahədən Azərbaycan Respublikası istiqamətində Beyləqan rayonu, Əmirzeyidli kəndindən oraya qədər olan məsafə 1000 metr təşkil edir. Müqabil dövlətin ərazisində İran İslam Respublikasının Aslandüz şəhəri, Torpaq kəndi yerləşir, oraya qədər olan məsafə 1500 metrdir. 14-cü sahəsinin arxa istiqaməti əkin sahələrindən ibarət olan ərazidir. Təqsirləndirilən şəxs2 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində olan əkin sahəsinin kənarından bir ədəd narıncı rəngli torbanı götürərkən sərhəd naryadı tərəfindən saxlanılmış, onun üzərində 1 (bir) ədəd narıncı rəngli polietilen torba aşkar olunmuşdur. İş materiallarında olan "Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14-cü sahənin arxa istiqamətindən götürdüyü narıncı rəngli torbanın daxilinə baxış keçirilən zaman həmin torbada üzəri sıx yapışqan lentlə sarınmış büküm aşkar olunmuşdur. Həmin bükümün daxilində 600 qram narkotik vasitə olan heroinə oxşar maddə, 5200 qram qurudulmuş marixuanaya oxşar maddə, 500 qram metanfitaminə oxşar maddə, 100 qram tiryəkə oxşar maddə və 2000 ədəd üzərilərində "Tramadol" yazılmış dərman preparatları təşkil etmişdir. Təqsirləndirilən şəxs2 həmin torbanın N noyabr 2021-ci il tarixdə, saat 02:20 radələrində 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən götürdüyü narıncı rəngli polietilen torba olduğunu bildirmişdir. Aşkar olunmuş dərman preparatları, psixotrop maddəvə narkotik vasitələrə oxşar maddələr qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 6/5259 nömrəli rəyində göstərilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün 21 №” dairəvi möhür əksi olan 1 ədəd kisədə olan: 1) 2 ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkisi 243 qram və 248 qram, ümumi təmiz çəkisi 491 qram qəhvəyi rəngli toşzəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2) 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 243,1 qram və 232,5 qram, ümumi təmiz çəkisi 475,6 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 3) 1 ədəd bükümdə təmiz çəkisi 50,5 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzərində “"Namadol - 225 mq tablet tramadol hydrochloride” markalanma göstəricisi olan 20 ədəd konvalyutdakı ümumilikdə 199 ədəd üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 199 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 44,775 qram təşkil edir. Əlavə materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4470 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının prokurorluğu Beyləqan rayon prokurorluğu Zərflər üçün” dairəvi möhür əksi, “212960145 nömrəli cinayət işi. Üzərində "Namadol-225 mq tablet tramadol hydrochloride” markalanma göstəricisi olan 198 ədəd konvalyut” yazısı olan bağlamadakı üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan 198 ədəd konvalyutda ümumilikdə 1990 ədəd üzərilərində "225" yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır.1980 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 445,5 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla). Tədqiqata təqdim edilmiş tramadol hidroxlorid tərkibli həblər xarici əlamətlərinə (həblərin rəngi, forması, konvalyutların üzərindəki göstəriciləri) və tərkibindəki təsiredici maddəsinə görə eynidirlər. İlkin tədqiqat zamanı (26 noyabr 2021-ci il tarixli 6/5259 saylı ekspert rəyi) sərf edilmiş 10 ədəd həb nəzərə alınmaqla,199 ədəd konvalyutdakı ümumilikdə 1990 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 447,75 qramdır. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsəsən tramadol hidroxlorid“ Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 7/1219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd narıncı rəngli sintetik torbadakı 1 ədəd qara rangli polietilen torbada 7 ədəd bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri – 999,6 qram; 1060,3 qram; 517,4 qram; 289,6 qram; 531,5 qram; 295,7 qram; 1080,9 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 4775 qramdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsi tərəfindən əməliyyat tapşırığına verilmiş 20 dekabr 2021-ci il tarixli, 2616 nömrəli cavab məktubdan görünür ki, tədbirlər zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxslə narkotik vasitələri götürdükdən sonra Bakı şəhərinə aparması barədə razılığa gəlməsi müəyyən edilmişdir. Narkotik vasitələrin Bakı şəhərində kimə çatacağının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər zamanı yalnız narkotik vasitələri götürdükdən sonra İran İslam Respublikasının vətəndaşının sifarişi ilə söylədiyi şəxslərə çatdırılmasının mümkünlüyü öyrənilmişdir. Əsgər adlı şəxsin İran İslam Respublikasının vətəndaşı Aslandüz rayonu, Hacılı kənd sakini X1 olması müəyyənləşdirilmişdir. İş materiallarında olan “mobil telefona baxış keçiriməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş “REDMİ” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, telefonun daxili yaddaşına daxil olduqda “WhatsApp” yazışmalarında aşağıdakı məlumatlar vardır: N noyabr 2021-ci il tarixdə saat 00:09-dan 03:25-dək «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan REDMİ markalı mobil telefonda olan “WhatsApp” proqramı ilə zənglərin edilməsi, həmçinin fotoşəkillər göndərilməsi və qarşılıqlı yazışmaların olması aşkar olmuşdur. Belə ki, «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonda olan “WhatsApp” proqramına narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin “google map” proqramı ilə olduğu yerin kordinatlarını, şəhid “Siyavuş Muradov”un şəkli olan tablonun fotosunu, "Əmirzeyidli" yazısı olan tablonun və "konomnan get, bildin, kec konoma get" sözlərini göndərmişdir. Təqsirləndirilən şəxs3 “Konum acılmir" sözlərini «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrəsinə göndərmişdir . Daha sonra «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə Təqsirləndirilən şəxs3 yeniden “google map” proqramı ile kordinatlar göndərərək, "be mende acilir, səndə yux, set bagla ac, da atma, gel, hardasiz, dasburuna mesafə nəqedi, pilakarda bax mene dene, hardasiz, ne eledin, hardasan, mene xeber ver oldum burda, hardasan, ne uldo, mənə xeber ed, menen danis, Araz hardasan" sözlərini göndərmiş, Təqsirləndirilən şəxs3 olduğu yerin kordinatlarını, "yeni cenlibel restoraninin yanindan kecdiy, bulaqli sola gosderirdi Horadiz duz, Sabirabad rayonu yazısını kecdik, Qalagayin, kruqdan donduy horadizə, oldu, Horadiz 120 km" sözlərini «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrəsinə göndərmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə qarşılıqlı zəng mübadilələrinin olduğu aşkar edilmişdir. Həmçinin, diskə əlavə edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs3 24 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhərinin, saat 06 radələrində İmişli rayonunun, saat 08, 11, 12, 13, 14 və 15 radələrində Beyləqan rayonunun, saat 16 radələrində Sabirabad rayonunun, saat 17, 18, 19, 21 və 23 radələrində yenidən Bakı şəhərinin, N noyabr 2021-ci il tarixdə saat 00 radələrində yenidən Sabirabad rayonunun, 01 radələrində yenidən İmişli rayonunun inzibati ərazilərində, Təqsirləndirilən şəxs4 24 noyabr 2021-ci il tarixdə saat 05 radələrində Saatlı rayonunun, 07 radələrində İmişli rayonunun, saat 11 və 12 radələrində yenidən Beyləqan rayonunun inzibati ərazilərində olmaları müəyyən edilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə qarşılıqlı zəng mübadilələrinin olduğu aşkar edilmişdir. Həmçinin, diskə əlavə edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs1 24 noyabr 2021-ci il tarixdə saat 00, 11, 12, 16, 17, 18, 19 və 21 radələrində Bakı şəhərinin, N noyabr 2021-ci il tarixdə saat 00 radələrində Saatlı rayonunun inzibati ərazilərində olması müəyyən edilmişdir. İş materiallarında olan “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobil telefonun əlavə baxışının aparılması zamanı müəyyən edilmişdir ki, “Əsgər Emi” adı ilə İran operatoruna məxsus olan +**********44 saylı mobil nömrə kontaktlara əlavə edilmişdir. “Whatsapp” sosial şəbəkə tətbiqində 24 noyabr 2021-ci il tarixdə saat 23:40-dan N noyabr 2021-ci il tarixədək saat 02:56-dək “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “Redmi” markalı mobil telefonda +**********45 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkə tətbiqi ilə zənglərin edilməsi, həmçinin qarşılıqlı fotoşəkillər göndərilməsi və yazışmaların olması aşkar edildi. Belə ki, “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefonda olan “Whatsapp” sosial şəbəkə tətbiqinə narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin “GoogleMaps” tətbiqi ilə olduğu yerin kordinatları, “şəhid Siyavuş Muradov” yazılmış tablonun fotosu, "Əmirzeyidli" yazısı olan yol nişanının fotosu və "Konomnan get”, “Bildin”, “Kec konoma get" sözləri göndərilmişdir. Təqsirləndirilən şəxs3 “Konum acilmir" sözlərini “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrəyə göndərmişdir. Daha sonra “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrə ilə Təqsirləndirilən şəxs3 yenidən “GoogleMaps” tətbiqi ilə kordinatlar, "Be mende acilir”, “Sende yux”, “Set baqla ac”, “Da atma”, “Gel”, “Hardasiz”, “Dasburuna mesafe neqedi”, “Pilakarda bax mene dene”, “Hardasiz”, “Ne eledin”, “Hardasan”, “Mene xeber ver oldum burda”, “Hardasan”, “Ne uldo”, “Mene xeber ed”, “Menen danis”, “Araz” və “Hardasan" sözləri göndərilmişdir. Təqsirləndirilən şəxs3 olduğu yerin kordinatlarını, "Yeni cenlibel restoranının yanından kecdij”, “Bulaqli sola gosdeiridi Horadiz duz”, “Sabirabad rayonu yazısını kecdik”, “Qalagayin”, “Kruqdan donduy horadizə”, “Oldu”, “Horadiz 120km”, “Bilmirem”, “Ok” sözlərini “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrəyə göndərmişdir. Həmçinin, +**********45 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” sosial şəbəkə tətbiqinin “ZƏNGLƏR” bölməsinə daxil olunduqda həmin bölmədə “Whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran İslam Respublikasının operatoruna məxsus +**********44 saylı mobil nömrə ilə 05 oktyabr 2021-ci il tarixdən N noyabr 2021-ci il tarixədək müddət ərzində müxtəlif tarixlərdə çoxsaylı səsli və video görüntülü qarşılıqlı zəng mübadilələrinin olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı yuxarıda sadalanan sübutlar tədqiq edilmiş, həmin sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs4 yalnız cinayət törədilən zaman hadisə yerində olduğu təsdiq edilmişdir. Təqsirləndirilən şəxs4 tutulduğu andan etibarən ibtidai istintaq və birinci instansiya məhkəməsində ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, əslən Beyləqan rayonundan olsa da 30 ilə yaxındır ki, Bakı şəhəri Maştağa qəsəbəsində yaşamış, 12 noyabr 2021-ci il tarixdə atası rəhmətə getmiş, Beyləqan rayonu Mil qəsəbəsində atasının dəfnində və “7 mərasimi”ndə də iştirak etdikdən sonra Bakı şəhərinə qayıtmışdır. Qonşusu Azərin evində təmir işləri aparmış, usta kimi işləmişdir. Həmin vaxt Azər ona bildirmişdir ki, Beyləqan rayonuna rəhmətlik atasının “cümə axşamı” mərasimində iştirak etmək üçün gedəcək, buna görə də o, onlarla getmişdir. 24 noyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında Azərin idarə etdiyi avtomobillə yola çıxmışlar və həmin vaxt maşında Azərin oğlu Araz qabaqda, özü arxada, yanında isə qonşuları Əfqan əyləşmişdir. Yol boyu onlar yasda iştirak barədə və digər ümümi şeylərdən danışmışlar. Həmin gün təxminən 17 radələrində ata evinə çatmış və həyətdə qurulmuş mağarda oturmuşlar. Bir qədər sonra onlar həyətdən çıxıb Bakı şəhərinə qayıtmağa başlamışlar və o, da Azərgillə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Yolda olarkən Azər yenidən Beyləqan rayonu Əmirzeyidli kəndinə qayıdacağını, orada işi olduğunu bildirmiş, o, da həmin maşında olduğu üçün və Azərlə birlikdə gəldikləri üçün geri qayıtmağa razılaşmışdır. Əmirzeyidli kəndinə çatdıqda Azərin oğlu Araz və Əfqan təbii ehtiyaclarını ödəyəcəklərini deyib avtomobildən düşmüşlər. Azər isə maşını irəli sürüb döndərib geri qayıdarkən maşına tərəf bir neçə şəxsin gəlməsini görmüş, Azər həmin şəxslərin kimi olduğunu soruşmuş, o isə tanımadığını bildirmişdir. Buna görə də Azər avtomobili sürüb oradan uzaqlaşmış, lakin təqib edib onu saxlayaraq hərbi hissəyə aparmışlar. Yol gələrkən Azərin və Arazın kiminləsə yazışmasından və ya danışmasından xəbəri olmamışdır. Azərin hansı səbəbdən yenidən Beyləqan rayonuna gəlməsindən məlumatı olmamış, maşında olan söhbətlərdən xəbəri olmamışdır. Apellyasiya instansiya məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat və birinci instansiya məhkəmə baxışı iclasında verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı, eləcə də birinci və apellyasiya instansiya məhkəmələrində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 münasibətdə, yəni Təqsirləndirilən şəxs4 narkotik vasitə götürəcəklərindən məlumatının olmaması, Elşən Beyləqan rayonuna atasının yas mərasimində birlikdə iştirak etmək üçün onlarla getməsini ifadələrində bildirmişlər. Təqsirləndirilən şəxs2 da ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında, şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “Azərin, Elşənin, Arazın və sizin narkotik vasitəni götürməyə getməyiniz barədə əvvəlcədən məlumatınız var idimi?” sualına cavab olaraq bildirmişdir ki, “Azərin və oğlu Arazın əvvəlcədən məlumatı olduğunu düşünürəm. Elşənin isə məlumatı olduğunu bilmirəm. Mənim isə Beyləqanda məlumatım olmuşdur”. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs4 ilkin izahatından, sonrakı ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs4 tutulduğu andan ibtidai istintaqın sonunadək Təqsirləndirilən şəxs1 və digərlərinin Beyləqan rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini bilmədiyini, hər hansı iranlı şəxsi tanımadığını, əlaqəsinin olmadığını, Beyləqan rayonuna X6in vəfatı ilə bağlı təşkil ediləcək “cümə axşamı” mərasimində iştirak etmək istəyən Bədlzadə Azər və digərlərini müşaiyyət etmək istəyi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun qardaşı olmaqla Bakı şəhərində yaşayır. O, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Mil qəsəbəsində yaşayır. X6 12 noyabr 2021-ci il tarixdə vəfat etmiş, Elşən atası İnşallah vəfat etdikdən sonra yalnız bir dəfə Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən ata evlərində onun vəfatı ilə bağlı keçirilən cümə axşamı mərasiminə gəlmişdir. Belə ki, Elşənin atası İnşallahın yas mərasimində iştirak etmək üçün 24 noyabr 2021-ci il tarixdə Beyleqan rayonuna gələcəyi barədə əvvəlcədən məlumatı olmamış, Elşən “cümə axşamı” mərasiminə qəfil gəlmiş, Elşənin yanında əvvəllər görmədiyi və tanımadığı 3 nəfər şəxs olmuşdur. O, qardaşı Elşən və həmin şəxslərlə salamlaşıb onlara həyətlərində qurulmuş mağarda əyləşmələri üçün yer göstərmişdir. O, həmin şəxslərin adını bilməmiş və həmin şəxsləri tanımamışdır. Qardaşı Elşən və onun yanında olmuş 3 nəfər tanımadığı və adını bilmədiyi şəxslər mərhum atası İnşallaha cümə axşamı mərasimi keçirilən gün onlara günorta saatlarında gəlmişlər. Qardaşı Elşən və onunla birlikdə gəlmiş 3 nəfər şəxs mərasimdə 1 saatdan az müddətdə iştirak etmişlər. Qardaşı Elşən atası İnşallaha cümə axşamı mərasimi keçirilən gün gəldikdə evə daxil olmamış və onunla, anası Bəzirə və digər qohum-əqraba ilə görüşdükdən sonra mağarda əyləşmişdir. Həmin gün atası İnşallaha cümə axşamı mərasiminin keçirilməsi ilə bağlı Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən evlərinin həyətində mağar qurulmuşdur. Bundan sonra təxminən saat 13:00 radələrində Elşənin yanında olmuş 3 nəfər şəxs darvazadan çölə çıxmışlar və Elşən onunla və ailə üzvləri ilə sağollaşıb getmişdir. Qardaşı Elşən və onun yanında olmuş 3 nəfər şəxs atası İnşallaha cümə axşamı mərasimi keçirdikləri gün evdən gedərkən onunla və ailə üzvləri ilə sağollaşan zaman ona hara gedəcəkləri barədə heç bir məlumat verməmişlər, o, bu barədə onlardan heç nə soruşmamışdır. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 da qardaşı Şahid8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Yuxarıda qeyd edilən ifadələrdən də göründüyü kimi, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisindən psixotrop maddə və narkotik vasitəni götürəcələri barədə məlumatlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçının apellyasiya protestinin dəlillərində istinad etdiyi hallar ibtidai istintaq dövründə, eləcə də birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən məhkəmə istintaqı zamanı əldə edilmiş ifadələr və iş materiallarında olan digər sübutlarla təkzib edilir. Təqsirləndirilən şəxs2 MÜNASİBƏTDƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Dövlət ittihamçısı «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarına istinad edərək Təqsirləndirilən şəxs2 münasibətdə apellyasiya protestində qeyd etmişdir ki, həmin plenum qərarının 19-cu bəndinə əsasən Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2 maddəsi ilə irəli sürülən ittiham əsaslı olmuş və cinayət işi materiallarında bununla bağlı kifayət qədər sübutlar toplanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmənin CM-nin 206.3.2 maddəsi ilə bəraət verməsi ilə bağlı qeydləri də uyğun hesab edilməməlidir. Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verməklə birinci instansiya məhkəmə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlilləri ilə bağlı Təqsirləndirilən şəxs2 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinin əsassız olmasına və onun 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 maddələr ilə təqsirli bilinib barəsində yeni ittiham hökmünün çıxarilmasına dair hissədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Cinayət işinin materiallarından, təqsirləndirilən şəxslərin ifadələrindən və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iş üzrə narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Beyləqan rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, iranlı şəxslə oğlu Təqsirləndirilən şəxs3 istfadəsində olan mobil telefona yüklənmiş sosial şəbəkə vasitəsi ilə danışmış, Təqsirləndirilən şəxs3 da bildirmişdir ki, atasının dedikləri sözləri telefonunda olan sosial şəbəkə vasitəsi ilə iranlı şəxsə yazmış və ya səs formasında göndərmişdir. Bu hal onu sübut edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etmişlər. Lakin cinayət işi materiallarında Təqsirləndirilən şəxs2 psixotrop maddə və narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən onun bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Əksinə, iş materialları, o cümlədən ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı əldə edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2 Beyləqan rayonuna gedərkən, yəni yolda olarkən Təqsirləndirilən şəxs1 narkotik vasitə götürməsi barədə planını öyrənmiş, sonuncunun yaxşı olacağı halda ona da narkotik vasitə verəcəyi vədinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la razılaşmışdır. Bu hal bir daha onu təsdiq edir ki, narkotik vasitələrin, psixotrop maddə və güclü təsir edən maddənin İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs2 məlumatı olmamış, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisində keçiriləcək qeyd edilən kütlələri Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etməmişdir. İbtidai istintaq orqanı isə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsinə köməklik etməsini sübut edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs1 VƏ Təqsirləndirilən şəxs2 TƏYİN EDİLMİŞ CƏZALARA MÜNASİBƏTDƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Dövlət ittihamçısı həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı mübahisələndirərək apellyasiya protestində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin təqsirləndirilən şəxslərin hər birinə, həm təqsirləndirildikləri ayrı-ayrı maddələr üzrə aşağı həddə azadlıqdan məhrumetmə cəzası, həm də qəti olaraq hər bir təqsirləndirilən şəxsə aşağı həddə- müvafiq olaraq 14 il 6 ay, 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərkən, onların törətdikləri cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını, əvvəllər dəfələrlə məhkum olunmalarını, hər ikisinin də əməlində cinayətin residivi olmasını nəzərə almamış, nəticə etibarilə əsassız olaraq iki şəxs barəsində cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 fevral 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə iki ay on gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 25 yanvar 2023-cü il tarixli, 21- 1/3- 1704-19 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş şərti vaxtından əvvəl azad etmə müddəti 13 noyabr 2021-ci il tarixdə bitdiyi üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, dörd il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 oktyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 2011, 2013 və 2018-ci il tarixlərdə olan hökmlərə görə, Təqsirləndirilən şəxs2 isə 2012 və 2013-cü il tarixlərdə olan hökmlərə görə yaranmış məhkumluqları ödənilmiş, lakin Təqsirləndirilən şəxs1 sonuncu hökmlə barəsində təyin edilmiş cəzadan 03 sentyabr 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə sonuncu hökmlə barəsində təyin edilmiş cəzanı çəkib 19 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, onların hər birinə münasibətdə məhkumluğun ödənilməsi üçün tələb olunan 2 il müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onların məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. İş materiallarında olan Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəlikdən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən grünür ki, Təqsirləndirilən şəxs1 Maştağa qəsəbəsi M.Mirəliyev küçəsi dön 5, ev 5 ünvanında yaşayır. Ailə tərkibi həyat yoldaşı, oğlu Təqsirləndirilən şəxs3 və qızı Aysel Bədəlovadan ibarətdir. Yaşayış yeri üzrə normal xarakterizə edilir. İş materiallarında olan Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəlikdən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən grünür ki, Təqsirləndirilən şəxs2 Maştağa qəsəbəsi B.Bağırov küçəsi dön. 6, ev 2 ünvanında yaşayır. Ailə tərkibi anası, həyat yoldaşı və iki qardaşından ibarətdir. Yaşayış yeri üzrə normal xarakterizə edilir. Həmçinin nikah haqqında şəhadətnamədən görünür ki, Aysel Əsədullayeva ilə evlidir, doğum haqqında şəhadətnamədən görünür ki, himayəsində xx.xx.2022-ci il təvəllüdlü oğlu vardır. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 170.3-cü maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzas, Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin sanksiyasında 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında isə 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin yekun qərarından görünür ki, məhkəmə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə, təqsirləndirildikləri ayrı-ayrı maddələr üzrə aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməsini mübahisələndirsə də, yuxarıda qeyd edilənlərdən aydın olur ki, əslində dövlət ittihamçısının qeyd edilən təqsirləndirilən şəxslərə təqsirli bilindikləri hər bir maddə üzrə məhkəməyə təklif etdiyi cəzalar həddi baxımından məhkəmənin təyin etdiyi cəzalarla ciddi fərq təşkil etməmişdir. Qəti cəzaya gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə, Təqsirləndirilən şəxs2 isə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə təklifi ədalətsiz olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Təqsirləndirilən şəxs2 isə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə təyin olunmuş cəzalar kifayət qədər ciddi və hər iki məhkumun törətmiş olduqları cinayət əməlinə uyğundur. Bu halda onlara təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduqları cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin olunarkən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, təyin olunmuş cəzanın onların islah olunması və ailələrinin həyat şəraitinə təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunduğundan, məhkəmə kollegiyası onlara təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Təqsirləndirilən şəxs1 VƏ Təqsirləndirilən şəxs3 MÜDAFİƏÇİSİ Müdafiəçi5 APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı müdafiə hüquqlarının pozulduğunu, Təqsirləndirilən şəxs3 yetikinlik yaşına çatmayan şəxs olduğu halda ona nümayəndə və müdafiəçi təyin olunmaması və bu səbəbə görə barəsində olan istintaq kobud pozuntularla aparıldığı qeyd edilmişdir. DSX-nin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, 25.11. 2021-ci il tarixdə saat 02:20-də Beyləqan rayonu, Əmirzeydli kəndi istiqamətində bir ədəd ağ rəngli “VAZ 2106” markalı avtomobilin yaxınlaşması, həmin avtomobildən 2 nəfər şəxsin düşərək qamışlıq və kolluq ərazidən 1 torbanı götürüb uzaqlaşdıqlarını sərhəd naryadı müşahidə etmiş və əlverişli mövqe seçərək həmin şəxsləri saxlamışlar. Onları gətirən avtomobil isə ərazidən uzaqlaşmış, lakin həmin avtomobil təqib edilib Daşburun dairəsi ərazisində saxlanılmış, bu zaman avtomobili idarə edən şəxs bıçaqla hərbi qulluqçunun sağlamlığına ağır zərər yetirməyə cəhd etmiş, lakin onun qarşısı alınmışdır. İlkin sorğu zamanı saxlanılan şəxslər özlərini Təqsirləndirilən şəxs2, X19, Təqsirləndirilən şəxs4 və X10 təqdim etmişlər. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 N noyabr 2021-ci il tarixdə saat 04:05-də İXM-in 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. İş materiallarında olan N noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə X7 Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitələri gizlədilmiş yerdən götürmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan N noyabr 2021-ci il tarixli qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndə təyin edilməsi üçün Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə müraciət olunmuş, Bakı şəhəri şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məhsul katibi, böyük məsləhətçi X9 cinayət prosesi zamanı Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində təyin edilmişdir. İş materiallarında olan N noyabr 2021-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında protokoldan görünür ki, cnayət işi üzrə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə şübhəli şəxs qismində tutulduğu üçün ibtidai istintaqda hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi təyin edilməsi barədə qərar qəbul edilmiş, qərarın icrası 12 saylı vəkil bürosuna tapşırılmışdır. İş materiallarında olan N noyabr 2021-ci il tarixli, 001761 nömrəli vəkil orderi və həmin tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan görünür ki, hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs3 qanuni nümayəndə X2 iştirakı ilə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X13 müdafiəçi qismində təqdim edilmişdir. Yuxarıda qeyd olunan qərar, protokollar və vəkil orderindən görünür ki, Təqsirləndirilən şəxs3 inzibati qaydada tutulan zaman ona qanuni nümayəndə və müdafiəçi təyin olunmasa da, aparılan istintaq zamanı həmin pozuntular aradan qaldırılmış və o, şübhəli şəxs qismində tutulduğu andan ona Bakı şəhəri şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məhsul katibi, böyük məsləhətçi X9 qanuni nümayəndə qismində, Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X16 isə müdafiəçi qismində təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinin “saxlanılan zaman təqsirləndirilən şəxslərə fiziki zor tətbiq olunması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, “Sənədin baxışının aparılması haqqında” 27 iyun 2022-ci il tarixli protokoldan 24 may 2022-ci il tarixdə, saat 23 radələrində Beyləqan RPŞ-nin MSY-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinə xəsarət yetirmələri faktı üzrə Beyləqan rayon prokurorluğunda ilkin yoxlamanın aparılması və həmin fakt üzrə 23 iyun 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilməsi görünür. İş materiallarında olan “Sənədin baxışının aparılması haqqında” 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 DSX-nin əməkdaşları tərəfindən döyülmələri və işgəncələrə məruz qalmaları ilə bağlı ifadələrində göstərdikləri xüsusatlarla bağlı Beyləqan rayon prokurorluğunda ilkin yoxlama aparılmış, alınmış izahatlara, məhkəmə tibbi ekspertizanın rəylərində bədənləri üzərində hər hansı xəsarət olmamasına və digər sənədlərə əsasən həmin fakt üzrə 06 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərində qaçaqmalçılıq yolu ilə tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilmə, saxlama və daşıma cinayətərini törətməməsi, Təqsirləndirilən şəxs1 iranlı "Əsgər" adlı şəxsə narkotik vasitə və ya psixotrop maddə deyil, silah sifariş verməsi və hadisə yerinə silah götürmək üçün getmələri, üzərində bıçaq olsa da o, heç kimə bıçaqla müqavimət göstərməsi, ibtidai istintaq zamanı kobud pozunutulara və onlara qarşı pis rəftara yol verilməsi və tərtib edilmiş sənədlərin Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olmaması və nəticə etibarıilə onların iş üzrə təqsirlilikərinin sübuta yetirilməməsi barədə dəlilləri apellyasiya və birinci instansiya məhkəmə istintaqı zamanı, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin özlərinin veridiyi ifadlərlərlə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, əməliyyat tədbirlərinin keçirilməsi barədə” 24 noyabr 2021-ci il tarixli qərar, DSX-nin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli raportu, hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokol, maddi sübutlar, materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 6/5259 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 7/1219 nömrəli rəyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsi tərəfindən əməliyyat tapşırığına verilmiş 20 dekabr 2021-ci il tarixli, 2616 nömrəli cavab məktubu, “mobil telefona baxış keçiriməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokol, “Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokol, “Telefona əlavə baxışının aparılması haqqında” 24 fevral 2022ci il tarixli protokol, Beyləqan rayon prokurorluğunun 06 avqust 2022-ci il tarixli qərarı və iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə tam təkzib olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermiş, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxlərin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin müvafiq maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək onların ittiham olunduqları cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 170.3, 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 əməlləri Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 (onun məhkumluğu ilə bağlı məlumatlar apellyasiya protestinin dəlillərinə münasibət bildirilərkən ətraflı şəkildə şərh edilmişdir) Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə 2 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki iş üzrə ittiham olunduğu cinayət əməllərini N noyabr 2021-ci il tarixdə törətmiş və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmünə münasibətdə onun məhkumluğunun ödənilməsi üçün tələb olunan 2 il müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətdikdə cinayətin residivi yaranır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətin resedivi mövcud olmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cəzasını yüngülləşdirən halların olmamasını və əməlində cinayətin resedivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Cinayət Məcəlləsinin 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs1 şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 müfaiəçisi Müdafiəçi5 apellyasiya instansiyası məhkəməsi zamanı çıxışında məhkum Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin edilmiş qəti cəzanın isə şərti tətbiq edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, ifadələrində özünə aid telefonla iran vətəndaşının göndərdiyi mesajlara baxıb atasına bu barədə bildirməsini, eləcə də atasının dediyi məlumatları həmin iranlıya həm səsli, həm də yazılı formada olan mesajlarla göndərməsi, Əsgər əmanəti göndərdiyini, hava qaralandan sonra gedib götürülmələri barədə onlara məlumat verməsini etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə dindirilən zaman Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilərək ifadələrində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəsissəsindən azadlığa buraxıldıqdan sonra İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxslə onun mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. 24 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Əsgər adlı şəxs onun mobil telefonu vasitəsilə əlaqə saxlayaraq atası Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna gəlməyini bildirmişdir. Sonra "Whatsapp" proqramı ilə onun mobil telefonuna torbanın və hansı məkana gedəcəkləri yerin şəkillərini göndərmişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşayan Elşənin atasının yas mərasiminə getməyi qərarlaşdıraraq saat 17:00-18:00 radələrində atası Azərin idarə etdiyi “VAZ 2106” markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan rayonuna Elşənin atasının yas mərasimində iştirak etmək üçün yola düşmüşlər. Onlar yolda olan zaman atası ona yas yerindən çıxdıqdan sonra həmin mobil nömrə sahibinin dediyi yerdən bağlama götürəcəklərini ona demiş, yolda gələrkən həmin mobil nömrə ilə yazışmışdır. Onun yazdıqlarını atasına demiş, atasının dediyi cavabları isə ona yazmışdır. Təxminən 2-3 saat sonra Beyləqan rayonunda Daşburun deyilən ərazidə yerləşən Elşəngilin evlərinə çatmışlar. Elşəngilin evində təxminən 1-2 saat yas mərasimində iştirak etmişlər. Həmin yerdən çıxıb təxminən 10-15 dəqiqə irəlilədikdən sonra atası maşını saxlamış və ona yoldan bir az kənarda ağacın altında bağlama olduğunu və gedib həmin bağlamanı götürməyini bildirmişdir. Bundan sonra o, Əfqanla maşından düşmüş və bağlamanı götürmək üçün təxminən 40-50 metr irəliləmişdir. Onlar həmin yerə doğru gedərkən bağlama olan yerə çatmamış qəflətən qara geyimli şəxslər onları tutmuşlar. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 24 fevral 2022-ci il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobil telefonun əlavə baxışının aparılması zamanı müəyyən edilmişdir ki, “Əsgər Emi” adı ilə İran operatoruna məxsus olan +**********44 saylı mobil nömrə kontaktlara əlavə edilmişdir. “Whatsapp” sosial şəbəkə tətbiqində 24 noyabr 2021-ci il tarixdə saat 23:40-dan N noyabr 2021-ci il tarixədək saat 02:56-dək “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “Redmi” markalı mobil telefonda +**********45 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkə tətbiqi ilə zənglərin edilməsi, həmçinin qarşılıqlı fotoşəkillər göndərilməsi və yazışmaların olması aşkar edildi. Belə ki, “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefonda olan “Whatsapp” sosial şəbəkə tətbiqinə narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin “GoogleMaps” tətbiqi ilə olduğu yerin kordinatları, “şəhid Siyavuş Muradov” yazılmış tablonun fotosu, "Əmirzeyidli" yazısı olan yol nişanının fotosu ve "Konomnan get”, “Bildin”, “Kec konoma get" sözləri göndərilmişdir. Təqsirləndirilən şəxs3 “Konum acilmir" sözlərini “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrəyə göndərmişdir. Daha sonra “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrə ilə Təqsirləndirilən şəxs3 yenidən “GoogleMaps” tətbiqi ilə kordinatlar, "Be mende acilir”, “Sende yux”, “Set baqla ac”, “Da atma”, “Gel”, “Hardasiz”, “Dasburuna mesafe neqedi”, “Pilakarda bax mene dene”, “Hardasiz”, “Ne eledin”, “Hardasan”, “Mene xeber ver oldum burda”, “Hardasan”, “Ne uldo”, “Mene xeber ed”, “Menen danis”, “Araz” və “Hardasan" sözləri göndərilmişdir. Təqsirləndirilən şəxs3 olduğu yerin kordinatlarını, "Yeni cenlibel restoranının yanından kecdij”, “Bulaqli sola gosdeiridi Horadiz duz”, “Sabirabad rayonu yazısını kecdik”, “Qalagayin”, “Kruqdan donduy horadizə”, “Oldu”, “Horadiz 120km”, “Bilmirem”, “Ok” sözlərini “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrəyə göndərmişdir. Həmçinin, +**********45 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” sosial şəbəkə tətbiqinin “ZƏNGLƏR” bölməsinə daxil olunduqda həmin bölmədə “Whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran İslam Respublikasının operatoruna məxsus +**********44 saylı mobil nömrə ilə 05 oktyabr 2021-ci il tarixdən N noyabr 2021-ci il tarixədək müddət ərzində müxtəlif tarixlərdə çoxsaylı səsli və video görüntülü qarşılıqlı zəng mübadilələrinin olduğu müəyyən edilmişdir. Müdafiəçi apellyasiya şikayətinin dəlillərində Təqsirləndirilən şəxs3 iranlı “Əsgər” adlı şəxs tərəfindən göndərilmiş narkotik vasitələrdən məlumatlı olmamasını qeyd etsə də, Təqsirləndirilən şəxs3 həm ilkin izahatında, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi fadələrində tam etirafedici ifadələr vermiş, atası ilə iranlı “Əsgər” adlı şəxsin danışmasında vasitəçi olduğunu bildirmiş, hətta əvvəllər də iranlı “Əsgər” adlı şəxs tərəfindən göndərilmiş narkotik vasitələri götürüb atasının dediyi yerlərə çatdırdığını qeyd etmişdir. Sonuncu dəfə isə Beyləqan rayonuna narkotik vasitələri götürməyə gələrkən atasının dedikləri sözləri istifadəsində olan “WhatsApp” proqramı vasitəsi ilə “Əsgər Emi” adı ilə yazdığı İİR mobil operatoruna məxsus mobil nömrəyə göndərmişdir. Bu hal yuxarıda qeyd edildiyi kimi saxlanılarkən Təqsirləndirilən şəxs3 üzərində olan mobil telefona baxış keçirilməsi barədə protokolla da təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iş üzrə narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Beyləqan rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişlər. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, mütəmadi olaraq iranlı şəxslə oğlu Təqsirləndirilən şəxs3 istfadəsində olan mobil telefona yüklənmiş sosial şəbəkə vasitəsi ilə danışmış, Təqsirləndirilən şəxs3 da bildirmişdir ki, atasının dedikləri sözləri telefonunda olan sosial şəbəkə vasitəsi ilə iranlı şəxsə yazmış və ya səs formasında göndərmişdir. Bu hal onu sübut edir ki, Təqsirləndirilən şəxs3 gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, müfaiəçi Müdafiəçi5 apellyasiya instansiyası məhkəməsi zamanı çıxışında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə bəraət verilməsinə dair dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilən əməli düzgün olaraq Cinayət Məcəllənin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin edilmiş qəti cəzanın şərti tətbiq edilməsi barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun mənasına görə şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadığı və cəzasının məqsədinə cəzanın şərti hesab edilməsi ilə nail olmağın mümkün olduğu təqdirdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ayrı-ayrılıqda narkotik vasitələrin və psixotrop və güclü təsir edən maddənin və külli miqdar təşkil etməsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, onun törətdiyi cinayətlərin qəsdən törədilmiş cinayətlər kateqoriyasına aid olmaqla ictimai təhlükəlilik dərəcəsinin daha yüksək olmasını nəzərə alaraq ona təyin edilmiş cəzanın şərti tətbiq edilməsi, yəni onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmir. Belə ki, məhkum yetkinlik yaşına çatmamış olsa da, ona bu qaydada güzəşt edilməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş olar. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd olunan hallar məhkuma islah olunan olmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin edilmiş azadlığın məhrum etmə cəzasını real olaraq çəkməlidir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə növündə təyin olunmuş cəzanın həddini də müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Cinayət Məcəlləsinin Cinayət Məclləsinin Cinayət Məclləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası, Cinayət Məclləsinin 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs3 xx.xx.2004-cü il tarixdə doğulmaqla, qeyd edilən cinayəti törədərkən 18 yaşı tamam olmamışdır, yəni yetkinlik yaşına çatmamış şəxs olduğundan Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ona münasibətdə azadlıqdan məhrum etmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, əməlində cəzasının ağırlaşdıran halların olmamasını qiymətləndirmiş olsa da, ona cəzanın məqsədinə münasib olmayan həddə cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsində Təqsirləndirilən şəxs3 hazırki iş üzrə cinayət əməli törədərkən yetkinlik yaşına çatmadığını, əməlindən peşman olmasını və ailə vəziyyətinin nəzərə alınmasını, buna görə də ona yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş materiallarında məhkumluğun müəyyən edilməsi barə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəlikdən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan grünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı, oğlu Təqsirləndirilən şəxs3 və qızı Aysel Bədəlovadan ibarətdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 ailənin tək oğlan övladıdır, onun atası Təqsirləndirilən şəxs1 da uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, yəni məhum olunmuş şəxs Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, hazırki cinayət əməli törədilən zaman 16 yaşında olmaqla atası Təqsirləndirilən şəxs1 ona olan təsirini, əməlindən peşman olmasını, bir ailədən iki nəfərin, yəni atası Təqsirləndirilən şəxs1 da uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, ailənin yeganə oğlan övladı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları tam araşdırmamış, nəticədə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmayan ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edilən yüngülləşdirici halları onun törətdiyi ictimai təhlükəli əməli xarakterizə edən hallarla müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, həmin hallar birinci instansiya məhkəməsinin yekun qərarı ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin aşağı endirilməsini zəruri edir. Belə ki, Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onunşəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzər alır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)-40/2023 nömrəli hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməli, həmin hökmlə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin olunmuş cəzaların müddəti endirilməli və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs3 üzərində cinayətlərin məcmusu üzrə qəti cəza saxlanılmalı, hökm apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin yekun qərarına əsasən bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs4 üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etmədiyindən və məhkəməyə gəlməkdən boyun qaçırdığından, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsasında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun haqqında axtarış elan edilmişdir. Beyləqan Rayon Polis Şöbəsinin 30 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 29 noyabr 2023-cü il tarixdə, saat 14:05-də Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivi ərazisində saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs4 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməldir. Qeyd olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 398.1.4, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)-40/2023 nömrəli hökmü Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs3 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirikmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-19/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-19/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver