Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-190/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 1(071)-3/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 1(071)-3/2024 nömrəli hökmü (hakim Əkbərli Günel Bəkir qızının sədrliyi) ilə xx xxxx 1987-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla tutulanadək ünvan 2da faktiki olaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması barəd yekun qərar qəbul edilmiş, həmçinin əməlində cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə bəraət verilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq evin həyətində olan yarımçıq tikilidən 600 manat dəyərində müxtəlif növ əşyalar oğurlamış, habelə 30 aprel 2023-cü il tarixdə saat 18:40 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Ə.Vahid küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1,138 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Belə ki, istintaq orqanı tərəfindən verilən ittihama görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 30 aprel 2023-cü il tarixdə saat 06 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə təhlükəsizlik kamerasının olduğunu görüb dərk edərək barıdan aşmaq yolu ilə qanunsuz daxil olaraq orada yerləşən yarımçıq tikilidən ümumi dəyəri 600 manat olan diametri 0,05 metr uzunluğu 8 metr ölçüdə dəmir boru, diametri 0,13 metr, uzunluğu 6 metr olan 6 ədəd dəmir armatur, 1,8 metr uzunluğunda dəmir reys parçası, 1 ədəd 250 manat dəyərində laqonda, uzunluğu 0,5 metr 20 ədəd tökmədəmir boru, aluminium tərkibli 100 metr və mis tərkibli 100 ölçüdə kabel, 3 ədəd bel, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkic, 7,5x0,5 metr ölçüdə aluminium materialından ibarət listləri açıq talayaraq zərərçəkmiş şəxsə qarşı soyğunçuluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,138 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 30 aprel 2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Ə.Vahid küçəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-in 180.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 180.2.3-cü maddəsi ilə də təqsirli bilinməklə ona ittiham tərəfindən təklif edilən həddə qanunvericiliyin müddəalarına uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti aşağdakı kimi əsaslandırılmışdır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər müxtəlif cinayətlər törətmiş və bununla əlaqədar cinayət məsuliyyətinə cəlb edilmişdir. Zərərçəkmiş şəxs tanıyır. Onunla ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Hacıqabul şəhəri Ə.Vahid küçəsində qeydiyyatda olsa da, işləri ilə əlaqədar orada yaşamamış, arabir həmin evə gəlib getmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək barıdan həyətyanı sahəyə daxil olmuş, oradan aluminium və mis elektrik kabelləri oğurlamışdır. Həmin vaxt həyətyanı sahədə quraşdırılmış kameraya əli ilə işarə edərək salam vermişdir. Bundan sonra oğurladığı əşyaları metal qəbul edən tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pul vəsaitinə araq alaraq içmişdir. O, həyətyanı sahədən başqa heç bir əşya oğurlamamışdır. O, Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olarkən onun dəqiq olaraq evdə olmadığını əvvəlcədən bilmişdir. O, Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə daxil olarkən və orada quraşdırılmış müşahidə kamerasına əli ilə işarə edərək salam verərkən sərxoş vəziyyətdə olmuşdur. Bundan sonra 30 aprel 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi ilə gedən zaman diqqətini yerdə bir ədəd kağız kəsiyi bükümü cəlb etmiş, həmin kağız bükümün açıb içərisinə baxdıqda əvvəlcədən tanıdığı narkotik vasitə heroin olduğunu görmüş və içərisində narkotik vasitə heroin olan 1 ədəd kağız kəsiyi bükümünü istifadə etmək məqsədilə götürüb əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibinə qoymuşdur. Həmin gün narkotik vasitə olan heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün 1 ədəd kağız kəsiyi bükümündə əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibinə qoymuşdur. 30 aprel 2023- cü il tarixdə saat 18:40 radələrində ünvan 4 ünvanında yerləşən yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona üzərində narkotik vasitələr saxlamaqda şübəhli olduğunu bildirib Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi təyin edilmiş və videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması ondan soruşulmuşdur. Həmin vax əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd kağız kəsiyi bükümünü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin narkotik qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və o, müdafiəçinin iştirakı ilə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs uzun müddətdir tanıdığını, qonşu olduqlarını, cinayət əməlini törətdiyi yeri yaxşı tanıdığını, həmin yerdə əvvəllər də bir neçə dəfə olduğunu, talama cinayəti törətdiyi evin ətrafında zərərçəkmiş şəxs tərəfindən videomüşahidə kameralarının quraşdırılmasını bildiyini, eləcə də cinayət əməlini törədərkən qeydə alınan görüntülərin videomüşahidə kameraları vasitəsi ilə cari vaxt axımında, yəni “online” formada izlənə biləcəyi ehtimalının olmasını, Zərərçəkmiş şəxs videokamerada onu görən kimi tanıyacağını bilməsinə baxmayaraq məhz elə buna görə cinayət törədərkən kameraya əl salladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Onun ünvan 6 ünvanında yerləşən mənzili və mənzilin yerləşdiyi yaşayış binasının yanında özünə məxsis həyətyanı sahəsi vardır. Həmin həyətyanı sahə dəmir üstlərdən hazırlanmış çəpərlə əhatə olunmuş, həyətdə taxtadan tikilmiş köməkçi tikili olmuşdur. O, həmin köməkçi tikiliyə tikintidə istifadə edilən müxtəlif materiallar yığmış, həyətində müxtəlif ölçülərdə olan dəmir parçaları, kabellər, tikinti ləvazimatları saxlamışdır. O, işi ilə əlaqədar Ucar rayonunda yaşamış, lakin mütəmadi olaraq Hacıqabul rayonuna gələrək özünə məxsus mənzilə və həyətyanı sahəyə nəzarət etmişdir. O, oğurluq hadisəsinin baş verməsindən narahat olduğu üçün yaşayış binasının həyətyanı sahə tərəfə olan hissəsinə video nəzarət kamerası quraşdırmışdır. xx.xx.2023- cü il tarixdə mənzilinə və həyətə nəzarət etmək məqsədilə Hacıqabul rayonuna gəlmiş və həyətə nəzər salan zaman oradan dəmir parçalarının, kabellərin, tikinti ləvazimatlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra quraşdırdığı nəzarət kamerasına baxmış və tanıdığı Təqsirləndirilən şəxs ona məxsus həyətə daxil olaraq oradan dəmir parçalarını oğurladığını və kameraya əli ilə işarə edərək salam verdiyini görmüşdür. O, dərhal Hacıqabul rayon polis şöbəsinə gələrək bu barədə şikayət etmişdir. Ona məxsus həyətyanı sahədən dəmir parçaları, kabellər, tikinti ləvazimatları və başqa əşyalar tanıdığı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və ona 600 manat maddi ziyan vurulmuşdur. Ona məxsus həyətdən diametri 50 mm uzunluğu 8 metr olan dəmir materialından olan boru, diametri 13 mm uzunluğu 6 metr olan 6 ədəd dəmir armatur, uzunluğu 1,8 metr olan reys parçası, 1 ədəd 250 manat dəyərində laqonda, uzunluğu 50 sm olan 20 ədəd tökmədəmir borular, 100 metr uzunluğunda aluminium və 100 metr uzunluğunda mis tərkibli kabellər, 3 ədəd bel, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkic, 750x50 sm ölçüdə aluminium materialından ibarət listlər oğurlanmışdır. O, sonuncu dəfə ona məxsus olan mənzilə 6 aprel 2023-cü il tarixdə getmişdir. Həmin vaxt oğurlanmış əşyalar həyətyanı sahədə olan yardımçıq tikilidə olmuşdur. Məhkəmənin mübahisələndirilən hökmündə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə daxil olaraq videomüşahidə funksiyalı kameranın qarşısında həyətyanı sahədən ümumi dəyəri 600 manat olan müxtəlif metal əşyaları götürmüş və həyətyanı sahəni tərk edərkən müşahidə kamerasına əli ilə işarə edərək salam vermişdir. Buna görə də, onun əməli yaşayış sahəsinə və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq kimi qiymətləndirilmişdir. Lakin, məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu qənaətlə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin soyğunçuluq kimi qiymətləndirilməsi əsassızdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə görə, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Həmin qərarın 57-ci bəndinə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Həmin qərarın 16-cı bəndinə görə, Cinayət-Prosessual Məcəlləsinin137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bundan əlavə işin araşdırılmasına obyektiv yanaşmayan məhkəmənin özü tərəfindən nəmin hallar tam, obyektiv və hərtərəfli yoxlanılmamış, bu da, məhkəmə hökmünün subyektiv meyarlara əsaslanmaqla çıxarıldığını və aşkar ziddiyyətli olduğunu göstərən ən vacib dəlildir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar), Cinayət- Prosessual Məcəllənin 124.2.1 -ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, Cinayət-Prosessual Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul olunur. Hazırkı cinayət işi üzrə bəraət hökmü çıxaran məhkəmə yuxarıda sadalanan bilavasitə və düzünə sübutları (şahid ifadələri, istintaq sənədləri, maddi sübutu, ekspert rəyləri və s.) nəzərə almamış, obyektiv halları təhrif edən fikirləri digər sübutlarla müqayisə etməyək həqiqət kimi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2009-cu il tarixli qərarına əsasən, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Təsadüfi deyildir ki, Konstitusiyamıza edilmiş son mühüm dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir (125-ci maddənin Vİİ hissəsi)... Lakin vəziyyətin pisləşməyə doğru çevrilməsinin yolverilməzliyi prinsipi məhkəməni həqiqətin təqsirləndirilən şəxs üçün əlverişli olub-olmamasından asılı olaraq müəyyənləşdirilməsi ilə məhdudlaşdırmır. Bu nöqteyi-nəzərdən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı özünü arbitr kimi deyil, “müdafiəçi” kimi apararaq yalnız təqsirləndirilən şəxsin (müdafiə tərəfinin) maraqlarını prioritet götürmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verməmiş, bu da ziddiyyətli məhkəmə hökmünün çıxarılmasına səbəb olmuşdur. Cinayət-Prosessul Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli və əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Cinayət-Prosessul Məcəllənin 145.1 -ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların qiymətləndirilməsi ümumbəşəri dəyərlərə və həqiqətə, ədalətə, mənəviyyata, əsaslanmaqla şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatdırılmalıdır. Göründüyü kimi, məhkəmə toplanılmış sübütlar əsasında deyil, şəxsi mülahizələri əsasında təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərindən birinə hissəvi bəraət vermiş, cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədilmiş soyğunçuluq cinayət əməlində təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qalmışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya protestinin dəlillərinə etiraz edərək, onun təmin olunamamasını, Haciqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penistensiar Müəssisəsində həbsdə saxlanılan və videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etitaz edərək, müdafiəçisi Müdafiəçi2 çıxışı ilə razı olduğunu bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya protestinin təmin edilərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək yeni ittihamedici hökm çıxarılması, müdafiə tərəfinin isə hökmün dəyişdirilmədən saxlanılması barədə təkliflərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 1(071)- 3/2024 saylı hökmü dəyişdirilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, həmçinin Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olaraq, oradan aluminium və mis elektrik kabelləri oğurlamışdır. Bu, onun özünün etirafedici ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid2 ifadəsi, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 aprel 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş videogörüntü, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/456 №-li rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4075 №-li rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10093 №-li rəyi və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. AR Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməsi ilə, Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə əməlində cinayət təkibi əlamətlərinin olmaması ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı və məhkəmə tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokollarından və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, protestin dəlillərinə nəzər yeririlərkən görünür ki, dövlət ittihamçısının zənnincə məhkəmə toplanılmış sübütlar əsasında deyil, şəxsi mülahizələri əsasında təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərindən birinə hissəvi bəraət vermiş, cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədilmiş soyğunçuluq cinayət əməlində təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qalmışdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 30 aprel 2023-cü il tarixdə saat 06 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə barıdan aşmaq yolu ilə qanunsuz daxil olaraq, orada yerləşən yarımçıq tikilidən ümumi dəyəri 600 manat olan diametri 0,05 metr uzunluğu 8 metr ölçüdə dəmir boru, diametri 0,13 metr, uzunluğu 6 metr olan 6 ədəd dəmir armatur, 1,8 metr uzunluğunda dəmir reys parçası, 1 ədəd 250 manat dəyərində laqonda, uzunluğu 0,5 metr 20 ədəd tökmədəmir boru, aluminium tərkibli 100 metr və mis tərkibli 100 ölçüdə kabel, 3 ədəd bel, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkic, 7,5x0,5 metr ölçüdə aluminium materialından ibarət listləri talamışdır. İttiham tərəfinin mövqeyinə görə təqsirləndirilən şəxs təhlükəsizlik kamerasının olduğunu görüb dərk edərək barıdan aşmaq yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq zərərçəkmiş şəxsə qarşı soyğunçuluq etmişdir. Bundan əlavə, təqsiləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmununa əsasən o, zərərçəkmiş şəxsə məxsus həyətyanı sahəyə daxil olaraq oradan diametri 0,05 metr uzunluğu 8 metr ölçüdə dəmir boru, diametri 0,13 metr, uzunluğu 6 metr olan 6 ədəd dəmir armatur, 1,8 metr uzunluğunda dəmir reys parçası, 1 ədəd 250 manat dəyərində laqonda, uzunluğu 0,5 metr 20 ədəd tökmədəmir boru, aluminium tərkibli 100 metr və mis tərkibli 100 ölçüdə kabel, 3 ədəd bel, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkic, 7,5x0,5 metr ölçüdə aluminium materialından ibarət listləri (lövhələri) talamışdır. Bununla da, zərərçəkmiş şəxsə ümumilikdə 600 manat zərər dəymişdir. Lakin birinci istintasiya məhkəməsi Zərərçəkmiş şəxs mövcud əməlini oğurluq kimi qiymətləndirmiş, əməlində cinayətin “obyektiv cəhətinin olmaması” əsası ilə ona Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə bəraət vermişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları cinayət və cinayət prosessual qanunvericiliyi ilə əlaqəli sürətdə təhlil edərək aşağıdıkarı qeyd etməyi zəruri hesab edir. Belə ki, Cinayət Prosessual Məcəələsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Həmçinin Cinayət Prosessual Məcəlləsinin: 143.1. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.[217] 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 47 ünvanında yerləşən yaşayış binasının yaxınlığında olan həyətyanı sahədir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin həyətyanı sahə yaşayış binasının girişindən sağ tərəfdə və binadan təxminən 2-3 metr aralı məsafədə yerləşir. Həyət dəmir lövhələrlə çəpərlənmişdir. Həyətə giriş qapısı birlaylıdır. Həyətə daxil olduqda girişdən sol tərəfdə daşdan inşa edilmiş tikilinin, düz istiqamətdə isə taxtadan hazırlanmış köməkçi tikilinin mövcud olması müşahidə edilmişdir. Həmçinin taxtadan inşa edilmiş tikilinin qarşısında taxta parçaları ilə hasarlanmış ərazi vardır. Həmin ərazinin taxtadan olan giriş qapısının sınmış vəziyyətdə olması aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həyətyanı sahədə olan taxta tikilinin qarşısını göstərərək ona məxsus müxtəlif ölçüdə olan dəmir parçalarının məhz oradan oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxsin göstərdiyi yerə baxış keçirildikdə orada torpaq üzərində dəmir parçalarının olmasını təsdiq edən izlər aşkar edilmişdir. Protokola fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkildə öz əksini tapan bir ədəd dəmir boruya məhkəmə tərəfindən vizual qaydada nəzər yetirildikdə onun uzunluğunun kifayət qədər böyük olması müşahidə edilir. Hansıki, adi məntiqi hesablamaya görə həmin boru həsir materialdan olan torbaya qoyularsa aşkar şəkildə onun böyüklüyü görünə bilər. İş materiallarında oaln xx.xx.2023-cü il tarixli 9/4075 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 06 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri 2023-cü ilin aprel ayına nəzəri hesablama yolu ilə təxminən 208 manat olması müəyyən edilmişdir. Diametri 50 mm, uzunluğu 8 metr ölçüdə dəmir borunun – bir ədədi 6 manat; diametri 13 mm, uzunluğu 6 metr olan 6 ədəd dəmir armaturun – bir ədədi 9 manat olmaqla cəmi 54 manat; 1,8 metr uzunluğunda dəmir reys parçası – 36 manat; 3 ədəd bel – 36 manat; 1 ədəd kanalizasiya qapağı – 60 manat, 2 ədəd çəkic – 16 manat olmaqla, ümumi dəyəri 208 (iki yüz səkkiz) manat müəyyən edilir. Birinci instansiya məhkəməsi zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs uşaqlıqda onunla qonşuluqda yerləşən ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, daha sonra işləri ilə əlaqədar oradan köçmüş, lakin 2-3 ay müddətində arada bir həmin evə gəlib-getmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək barıdan həyətyanı sahəyə daxil olmuş, oradan aluminium və mis elektrik kabelləri oğurlamışdır. Bundan sonra oğurladığı əşyaları küçələrdə “Qazel” markalı nəqliyyat vasitəsində gəzərək metal qəbul edən tanımadığı şəxsə 3,5 (üç manat, əlli qəpik) manata satmışdır. Əldə etdiyi pul vəsaitinə araq alaraq içmişdir. Hətta oğurluq edərkən içkili vəziyyətdə olduğundan öz hərəkətlərini tam dərk etməmişdir. O, həyətyanı sahədən aluminium və mis elektrik kabellərindən başqa heç bir əşya oğurlamamışdır. Aluminium məftillər isə soyuducu içliyindən ibarət dairəvi formada olmuşdur. Kamera görüntülərindən də müşahidə edildiyi kimi, o, həmin aliminium məftillərini ortadan əzib kiçik ölçü formasına salaraq, yəni özü ilə daşıması üçün rahat şəklə salıb torbanın içərisinə qoyaraq oğurlamışdır. O, Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olarkən onun dəqiq olaraq evdə olmadığını əvvəlcədən bilmişdir. Həmin vaxt həyətyanı sahədə quraşdırılmış kamera barədə məlumatı olsa da, lakin kameraların işləməsindən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə daxil olarkən və orada quraşdırılmış müşahidə kamerasına əli ilə işarə edərək salam verərkən sərxoş vəziyyətdə olmuşdur. Göstərilənlərə əsasən özünü soyğunçuluq əməli ilə bağlı hissədə təqsirli bilmir. Çünki taladığı aluminium və mis elektrik kabellərinin qiyməti 3,5 manat olmuşdur. Qeyd olunan əşyaların dəyəri isə zərərçəkmiş şəxsə 600 manat pul vəsaiti müqabilində tam şəkildə ödənilmişdir. O, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi əşyaları, yəni boru, laqonda, mişar, bel, lyuk və s oğurlamamışdır. Çünki həmin əşyaları ağırlığına görə onun daşıması mümkün deyildir İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsə məxsus evin həyətində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış videogörüntülərdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən içərisində bükülmüş şəkildə olan kabelə oxşar əşyalar olan ağ rəngli torbanın hasarın üzərindən bir əli ilə asanlıqla hasarın digər tərəfinə tulladığı aydın şəkildə görsənir. İttihamda qeyd edilən talanmış əşyaların ölçüləri və çəkiləri nəzərə alınsa həmin əşyaların bir şəxs tərəfindən həm də, video görüntüdə göründüyü kimi asanlıqla hasarın üzərindən digər tərəfə atılması mümkün deyil. Belə ki, qeyd edilən əşyalardan 8 metr ölçüdə dəmir borunun, uzunluğu 6 metr olan 6 ədəd dəmir armaturun, 1,8 metr uzunluğunda dəmir reys parçasının, 7,5x0,5 metr ölçüdə aluminium materialından ibarət listlərin, 3 ədəd belin ölçüləri kifayət qədər iridir. 1 ədəd laqonda, 20 ədəd tökmədəmir boru, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkicin isə uzunluq və en vahidləri kiçik olsa da, çəkiləri ağır olan əşyalardır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma, həm də, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində zərərçəkmişə məxsus həyətyanı sahədən müxtəlif (aluminium və mis) kabellərin taladığını bildirmişdir. Videogörüntüyə baxış zamanı təqsirləndirilən şəxs tərəfindən hasarın üzərindən digər tərəfə atılan torbada bükülərək yığılmış əşyaların olması görünür. Videogörüntüdə həmçinin təqsirləndirilən şəxs tərəfindən özü ilə daşıdığı ağ rəngli tobaya əvvəlcə topladığı əşyaları görüntünün sonlarında boşaltması müşahidə edilir. Dolayısı ilə onun tətəfindən ağır və kifayət qədər uzunluğa malik digər əşyaların talanması görüntüdə qeydə alınmamışdır. İttiham tərəfindən isə təqsiləndirilən şəxs tərəfindən aluminium və mis kabellərdən başqa digər əşyaların talanmasını təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir. Zərərçəkmiş şəxs də məhkəməyə buna dair sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası yuxarı qeyd olunanlara əsasən birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məxsus yalnız aluminium və mis kabellərin talanması faktı öz təsdiq olunmasını əsaslı hesab edir və iş materiallarında həmin halları təkzib edəcək hər hansı sübut əlavə edilməmişdir. İş materillarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10093 №-li rəyindən isə görünür ki, istifadə olunmamış elektrik kabellərinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 80 manat müəyyən olunur. Belə ki, Azərbaycan istehsalı, istifadə olunmamış, en kəsiyinin sahəsi 4 m2 olan, 100 metr uzunluğunda aliminium tərkibli elektrik kabelinin qiyməti – 30 manat; Azərbaycan istehsalı, istifadə olunmamış, en kəsiyinin sahəsi 4 m2 olan, 100 metr uzunluğunda mis tərkibli elektrik kabelinin qiyməti isə – 50 manat müəyyən olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət qanununa uyğun formada tövsifinə münasibətdə qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 7 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, özgə əmlakının gizli talamasında ifadə olunan oğurluq cinayət əməlindən fərqli olaraq, soyğunçuluq cinayət əməlinin ictimai təhlükəliliyi obyektiv cəhətdən məhz özgənin əmlakının digər şəxslərin bilavasitə gözü qarşısında, yəni təqsirkarın mülkiyyətçinin və ya əmlakın digər sahibinin, ya da ki, kənar şəxslərin gözü qarşısında özgə əmlakını taladığı və ətrafdakıların onun əməllərinin ictimai təhlükəli xarakter daşıdığını başa düşdüklərini dərk etdiyi, onun buna əhəmiyyət verməməklə talama niyyətini davam etdirməkdə öz əksini tapır. Lakin təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mənzildə və həyətyanı sahədə olmadığını əvvəlcədən bilmiş və bundan istifadə edərək zərərçəkmiş şəxsə məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq ona məxsus əşyaları tamah niyyəti ilə götürmüşdür. Çünki, təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələrində həmin ərazidə zərərçəkmiş şəxs tərəfindən video müşahidə funksiyalı kameranın quraşdırılmasını gördüyünü etiraf etsə də, lakin kameraların işləməsi barədə məlumatının olmadığını bildirmişdir. Eyni zamanda kameralar vasitəsilə qeydə alınmış videogörüntülərdən göründüyü kimi, talama hadisəsi xx.xx.2023-cü il tarixdə günün erkən saatlarında, yəni saat 05:56-dan 06:23-dək olan zaman kəsiyində baş vermişdir. Qeyd olunan vaxtda isə insanların əsasən istirahət saatlarının olması nəzərə alınsa müşahidə kameralarının real vaxt rejimində digər şəxslər tərəfindən izlənilməsi ehtimalı məhkəməyə inandırıcı gəlmir. Həmçinin təqsirləndirilən şəxsin ifadəsindən aşkar şəkildə müəyyən edilir ki, onun hadisə vaxtı qonusu olan zərərçəkmiş şəxsin özünün və ya hər hansı digər şəxsin mənzildə, eləcə də yaşayış sahəsinin həyətyanı sahəsində olmaması barədə dəqiq informasiyası olmuşdur. İşin faktiki hallarından görünür ki, həqiqətən də, cinayət hadisəsi baş verən zaman zərərçəkmiş və ya hər hansı digər şəxslər həmin mənzildə olmamış və kimsə tərəfindən real vaxt rejimində quraşdırılmış müşahidə kamerasına nəzarət edilməmişdir. Yalnız bir müddət sonra zərərçəkmiş şəxs ona məxsus mənzildə olarkən həyətyanı sahədən oğurluq faktı baş verdiyini anladıqdan sonra müşahidə kamerasında olan görüntülərə baxmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin hətta videomüşahidə kameraları vasitəsi ilə real vaxt rejimində təqsirkarın aktiv talama hərəkətlərini izləməsi belə obyektiv cəhətdən soyğunçuluq cinayət əməlinin tərkibini yaratmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmamışdır. Beləliklə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 30 aprel 2023-cü il tarixdə saat 06 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə təhlükəsizlik kamerasının olduğunu görüb dərk edərək barıdan aşmaq yolu ilə qanunsuz daxil olaraq orada yerləşən yarımçıq tikilidən elektrik kabelləri, yəni, en kəsiyinin sahəsi 4 m2 olan, 100 metr uzunluğunda aliminium tərkibli elektrik kabeli, Azərbaycan istehsalı, istifadə olunmamış, en kəsiyinin sahəsi 4 m2 olan, 100 metr uzunluğunda mis tərkibli elektrik kabeli gizli talayaraq zərərçəkmiş şəxsə qarşı oğurluq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10093 №-li rəyindən isə görünür ki, istifadə olunmamış elektrik kabellərinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 80 manat müəyyən olunur. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə daxil olaraq oradan ümumi dəyəri 80 manat olan mis və aluminium elektrik kabellərini gizli olaraq talamışdır. Lakin, Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət isə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, 177.2.3-cü maddəyə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq cinayətinin törədilməsinə görə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 177.2.3-cü madəsinin dispozisiyasından göründüyü kimi həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi o halda yaranır ki, təqsirkar şəxs 100 (bir yüz) manatdan yuxarı məbləğində ziyan vurmuş olsun. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10093 №-li rəyindən isə görünür ki, istifadə olunmamış elektrik kabellərinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 80 manat müəyyən olunur. AR Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin,müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəlıi sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. Məhkəmə kollegiyası apelyasiya protestinin Təqsirləndirilən şəxs əməlinin CM-in 180.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməsini və sözügedən maddə ilə ona bəraət verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli hökmünün əsassız olması barədə dəlillərinə (məhkəmə kollegiyası hazırkı qərarın “Apelyasiya protestinin dəlilləri” hissəsində ətraflı şərh olunduğunu nəzərə alaraq həmin dəlilləri təkrara sadalamğa zərurət görmür) qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla təkzib olunan dəlillər olmaqla apelyasiya protestinin təmin olunaraq Təqsirləndirilən şəxs barəsində CM-in 180.2.3-cü maddəsi ilə ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxs əməlinin CM-in 180.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməsini və sözügedən maddə ilə ona bəraət verilməsinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur, dövlət ittihamçısının apelyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin hökmünün ləğv olunaraq Təqsirləndirilən şəxs CM-in 180.2.3-cü maddəsi məhkum olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apelyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-in: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. CPM-in 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Qənbərov X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)- 78/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Daha sonra o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-cü il tarixli Amnistiya haqqında Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə isə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədən zaman onun məhkumluğu Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və ya götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların olmamasını, əməlində cinayətin residivinin və Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs yenidən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətmiş və islah olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül və ya daha ağır cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protresti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 1(071)-3/2024 nömrəli hökmü isə həmin apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 1(071)-3/2024 nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №1(106)-190/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-190/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver