Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-192/2024 08.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Yevlax Şəhər Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CMin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmü (sədrlik edən X7, hakimlər X8 və X6) ilə xx xxxxx 1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, evdar qadın, himayəsində 5 azyaşlı olmaqla 8 uşağı olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi olan, Yevlax şəhəri, S.Kərimov küçəsi, ev 126-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona CM-in 170.3-cü maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəllinin 22 may 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə digər təqsirləndirilən şəxslər qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, xx xxxx 2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs4 əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb edib aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 28 yanvar 2023-cü il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “RAVON L 3” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən Şahid1 yaşadığı evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə avtomobildən düşüb Şahid1 yaşadığı evin həyət darvazasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs3 kənar şəxslərin həyətə daxil olması barədə məlumat vermək məqsədilə küçədə dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 ilə birlikdə həyətə qanunsuz olaraq daxil olmuş, Təqsirləndirilən şəxs2 isə Şahid1 yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobildə əyləşib həmin şəxsləri gözləmiş, Təqsirləndirilən şəxs1 kənar şəxslərin onları görməsi barədə məlumat verməsi məqsədilə həyətdə dayanmış, Təqsirləndirilən şəxs4 isə həmin evin həyətində heç kimin olmamasına əmin olduqdan sonra pilləkənlə evin ikinci mərtəbəsinə çıxıb orada olan Şahid1 gəlini Zərərçəkmiş şəxs yataq otağındakı paltar dolabında qadın çantasının içərisində gizlədilmiş sonuncuya məxsus olan 7 qram çəkisində, 750 əyarlı, 770 ( yeddi yüz yetmiş) manat dəyərində bir ədəd qızıl kalye boyunbağını, 8 qram çəkisində, 750 əyarlı 880(səkkiz yüz səksən) manat dəyərində bir cüt qızıl sırğanı, hər biri 7 qram çəkisində, 750 əyarlı 770 ( yeddi yüz yetmiş) manat olmaqla ümumilikdə 2310 ( iki min üç yüz on) manat dəyərində üç ədəd qızıl üzüyü, 6 qram çəkisində, 583 əyarlı, paxlava formasında 510 (beş yüz on) manat dəyərində bir ədəd üzüyü, 22 aram çəkisində, 585 əyarlı, 1870 (bir min səkkiz yüz yetmiş) manat dəyərində bilərziyi, 4 qram çəkisində, 750 əyarlı, 440 (dörd yüz qırx) manat dəyərində bir ədəd yumru qızıl sırğanı, 5 qram çəkisində, 750 əyarlı, üzərində “Nuray” sözü yazılmış 550 manat dəyərində bir ədəd qadın qızıl qolbağısını, 750 əyarlı, üzərində “Amin” sözü yazılmış 550 manat dəyərində bir ədəd kişi qızıl qolbağısını, 6 qram çəkisində, 750 əyarlı 660 manat dəyərində qızıl boyunbağını, 9 qram çəkisində, 750 əyarlı, 990 ( doqquz yüz doxsan) manat dəyərində bir ədəd qızıl üzüyü, 28 qram çəkisində, 750 əyarlı, 3080 ( üç min səksən) manat dəyərində qızıl qolbağını, hər biri 1 qram çəkisində, 916 əyarlı, 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 560 ( beş yüz altmış) manat dəyərində 4 ədəd qızıl dişi gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, 13170 (on üç min bir yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, barəsində CM-in 79cu maddəsinin tətbiq edilməsini, azyaşlı övladları 14 yaşına çatanadək ona təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində 8 uşağı vardır. Onlardan 5-i azyaşlıdır. İki oğlu hazırda hərbi xidmətdədir. Həyat yoldaşı narkomaniya xəstəliyindən əziyyət çəkir. Göstərdiklərini nəzərə alaraq, ona təyin edilmiş cəzanın azyaşlı uşaqları 14 yaşına çatanadək təxirə salınması barədə qərar çıxarılmasını xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Müdafiəçi X2 müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X9 Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu, onun öz ifadəsi, şahid və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs1 ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrii ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində barəsində CM-in 79-cu maddəsini tətbiq edərək ona təyin edilmiş cəzanın azyaşlı uşaqları 14 yaşına çatanadək təxirə salınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2, 177.3.3 və 180.3.3-cü maddələri ilə təqsirli bilinib 07 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2014- cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 08 il 06 ay azadlıqdan məhrumetmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.3-cü maddələri ilə təqsirli bilinib 07 il 08 ay 04 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 08 il 08 ay 04 gün təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 07 il 08 a, 04 günə endirilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 23 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. Əmilində cinayətlərin residivi vardır. Təqsirləndirilən şəxs1 dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunsa da, islah olunmamış,oğurluq cinayətlərini özünə peşə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs1 barəsində CM-in 79-cu maddəsinin tətbiq edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-606/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-192/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-192/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver