Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-210/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və X1 ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X8, hakimlər X5 və X11) ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(007)-79/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(007)-79/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq təyin olunmuş, 02 (iki) il, 05 (beş) ay, 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək olan 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 06 avqust 2024-cü il tarixdən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda-1,46 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, DİN-in BNMİ-nin X9 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 25 iyul 2024-cü il tarixdə, saat 17:05-də Astara rayonu, Şiyəkəran kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofana bükülmüş xeyli miqdarda-1,46 qram olan narkotik vasitə heroin əynində olan cins şalvarın kiçik sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-19779,887 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini üzərində, bir hissəsini isə Astara rayonu, Şiyəkəran kəndində yerləşən yaşadığı evin həyətindəki hində saxlamış, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 06 avqust 2024-cü il tarixdə, saat 21:18-də Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq üstünün yoxlanılması zamanı 02 ədəd kibrit qutusunda ayrıayrılıqda çəkiləri 5,981 və 8,906 qram, ümumi təmiz çəkisi 14,887 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 23:30-da yaşadığı evin həyətinə keçirilən baxış zamanı 02 ədəd kisənin içərisində, ümumilikdə 09 ədəd bağlamada, ayrı-ayrılıqda çəkiləri 2715,0 qram, 2100,0 qram, 1945,0 qram, 2185,0 qram, 2480,0 qram, 2020,0 qram, 1935,0 qram, 2100,0 qram və 2285,0 qram olmaqla, ümumilikdə külli miqdarda-19779,887 qram olan narkotik vasitə qurudulmuş marixuana evin həyətində olan hin kimi istifadə olunan yarımtikilinin içərisindən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək məhkəmənin 20 noyabr 2024-cü il tarixli hökmünün qanunsuz və əsassız hesab etdiyini, işinə yenidən baxıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxıh edərək apellyasiya şikayətin təmin olunması, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Göstərdi ki, əməlindən peşimandır. Xəstə anasına ondan başqa baxan yoxdur. Ona görə də nə mümkündürsə onun cəzasının azaldılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi X6 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, baxış və götürmə protokolu, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində olan hökmün dəyişdirilməsini, ona daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Məhkəmə Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi yüngülləşdirici halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın xalis çəkisi 19779,887 qram olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-752/2024 saylı, 20 noyabr 2024-cü tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-210/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-210/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver