Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-215/2024 27.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X2 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 127.1ci maddələri ilə təqsirli bilinməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 1(049)-225/2023 saylı hökmü ilə (hakim R.A.Məmmədov) xx xxx 1973-cü ildə Lənkəran rayonunun Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il, CM-in 188.3-cü maddəsi ilə isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzalar CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə - yaşadığı Lənkəran rayonu Boladi kəndində yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, habelə cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və hökmün icrasının onun yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmış, həmçinin iş üzrə məhkəmə məsrəfi və maddi sübutlara dair məsələ həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs, 2015-ci il tarixdən etibarən Lənkəran rayonunun Boladi kənd ərazisində yerləşən özünün xüsusi mülkiyyətində olan 2,0 hektar torpaq sahəsinə bitişik Lənkəran rayonunun Boladi bələdiyyəsinin istifadəsində olmaqla 4,48 hektar kənd təsərrüfatı (əkin və tikilialtı) təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına dəmirdən olan tikanlı məftillə su kanalı boyunca hasarlayıb tutaraq, həmin torpaq sahəsində özbaşına kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərmişdir. Bundan başqa, o, 19 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə torpaq sahəsi və torpaq sahəsinin kənarında yerləşən su kanalının içərisinə çəkilmiş dəmir setka çəpərə görə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində mübahisə edib dalaşmış və əli ilə qəsdən Zərərçəkmiş şəxs itələyib yerə yıxaraq sonuncuya sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı xəsarətini yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, həmçinin, apellyasiya şikayətinə əlavə verərək, Lənkəran Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti, həmçinin apellyasiya şikayətinə əlavə belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 19:35-də X4 Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş bədən xəsarətlərinin ağırlıq dərəcələri ilə Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X23 Zona Mərkəzinin rəisi X15 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 936 nömrəli Ekspert Rəyində göstərilən xəsarətlərin ağırlıq dərəcələri uyğun gəlmədiyindən onun barəsində Təkrar Komission Məhkəmə-Tibbi Ekspertizası təyin edilməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs aid göstərilmiş bədən xəsarəti müxtəlif tibbi sənədlərdə tamamilə fərqli göstərilmiş, həmçinin Zərərçəkmiş şəxs iş üzrə verdiyi ifadələrinin xüsusatları da ziddiyətli olmuşdur. Lənkəran rayon polis şöbəsinin rəis müavini İltifat Yusubov tərəfindən qəbul edilmiş Zərərçəkmiş şəxs həmin otaqda etiraf etmişdir ki, Baratla Anara tərəf gedib, onları ayırmaq istəmişdir, lakin, ayağı sürüşdüyündən müvazinətini itirərək yerə yıxılmışdır.
1. “Sağ bazu sümüyünün diafizinin aşağı 1/3-nin sınığı” diaqnozu vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə artıq müəyyən edilmiş;
2. “Sağ bazu sümüyünün inferkondilyar yerdəyişən sınığı”. Sağ bazu nahiyyəsində müharibə travmasına dair qəlpələr. Xəstənin şikayəti sağ yuxarı ətrafından, sağ said və dirsək oynağındakı ağrılardandır. Deməsinə görə tanımadığı şəxs tərəfindən döyülmüşdür. İİ Qarabağ müharibəsində partlayış zamanı xəsarət alıb, 3 dəfə cərrahiyyə əməliyyatı olunub” diaqnozu xx.xx.2022-ci ildə Lənkəran RMX-da onun adına açılmış stasionar xəstənin tibbi kartasında bir daha təsdiq edilmişdir.
3. Vətəndaş Zərərçəkmiş şəxs aid “Sağ bazu sümüyünün inferkondilyar yerdəyişən sınığı. Sağ bazu nahiyyəsində müharibə travmasına dair qəlpələr” diaqnozu olduğunu bildiyi halda Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X23 Zona Mərkəzinin rəisi X15 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 937 nömrəli və daha sonra 01 mart 2023-cü il tarixli, 01/937 nömrəli Ekspert Rəylərinin hər ikisində bilərəkdən yalan olaraq aşağıdakıları göstərmişdir: “Vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bazu sümüyünün sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir."
4. Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya”X23 Zona Mərkəzinin rəisi X15 tərəfindən tərtib edilmiş 01 mart 2023-cü il tarixli, 01/937 nömrəli Ekspert Rəyində bilərəkdən yalan olaraq göstərilmişdir: “Ekspertizaya təqdim edilmiş Lənkəran RMX-nin Şüa-diaqnostika şöbəsi tərəfindən 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına verilmiş 505 saylı rentgen müayinəsi nəticəsi: sağ bazu distal medial metafizdən distala uzanan “c” vari travmatik sınıq izlənilir. Sağ bazu ətrafı yumşaq toxumalarda anterior, posterior (yumşaq toxumalar) dens qəlpə qırıqları izlənilir” Halbuki, X10 PHŞ-dən Lənkəran Rayon Vəkil Bürosuna ünvanlandırılmış xx.xx.2024cü il tarixli, 18-1-58/2-190/2024 nömrəli məktubdan və əlavə edilmiş Lənkəran MRX-nin Şüa-diaqnostika şöbəsinin Qeydiyyat jurnalında 474-cü qrafada (sırada) qeyd edilmiş xəstə Zərərçəkmiş şəxs aid təsdiq edilmiş Çıxarışdan görünür ki, xəstə Zərərçəkmiş şəxs sağ dirsək oynağının başının sınığı aşkar edilməsi göstərilmişdir. Ekspert Ş.H.Hüseynovun yalan məlumat verdiyini bir daha o hal da göstərir ki, Zərərçəkmiş şəxs bazu sümüyünün yerdəyişən qəlpəli sınığı kimi mürəkkəb bədən xəsarətinin müalicəsi üçün 3 (üç) dəfə cərrahiyyə əməliyyatı keçirdiyi, xəsarət almış qolunda xüsusi Elizarov aparatı quraşdırıldığı halda, elə həmin bədən xəsarətin müalicəsi üçün Lənkəran RMX-də xx.xx.2022-ci ildə saat 19:05-də guya, sadəcə qips sarğısı qoyulmasının kifayət etməsi göstərilir. Özü də həmin qips sarğısı qoyulandan cəmi 9 (doqquz) gün sonra, yəni sümüyün mozollaşması hələ baş vermədiyi halda onun həmin sağ bazu sümüyünün sınığı “köhnəlmiş sınıq” kimi qeyd edilir. Apellyasiya instansiyası məhkəməsinin diqqətinə təqdim edilən fotoşəkillərdən görünür ki, hazırki iş üzrə ittiham tərəfindən zərərçəkmiş kimi göstərilən vətəndaş Zərərçəkmiş şəxs güya xx.xx.2022-ci il tarixdə aşkar edilməsi qeyd edilən aşağıdakı xəsarətlər: -“Sağ bazu sümüyünün sınığı”; -“Sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı”; -“Sağ dirsək oynağının başının sınığı”; -“Sağ bazunun kondiliusunun sınığı” -“Sağ bazu sümüyünün inferkondilyar yerdəyişən sınığı. Sağ bazu nahiyyəsində müharibə travmasına dair qəlpələr” bir-birindən həm ümumiyyətlə sümük növlərinə, həm bir sümük növündə yerləşməsinə, həm fiksasiya üsullarına, həm müalicə vasitələrinə, həm də digər xüsusatlarına görə tamamilə fərqlənən sınıq növləri olduğundan, onların aşkar edilə bilən bir ədəd (yeganə) sümük sınığına aid göstərilməsi əsaslı ziddiyət təşkil etməklə bərabər, xx.xx.2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs bədənində hər-hansı real yeni sümük sınığının həqiqətən əmələ gəlmədiyini, (mövcud olmadığını) və həqiqətən müşahidə edilmədiyini təsdiq edən hallar kimi qiymətləndirilməlidirlər. Müdafiə tərəfi həmçinin qeyd etmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sağ bazu sümüyünün diafizinin aşağı 1/3-nin sınığı 2-ci Qarabağ Müharibəsi dövründə hərbi əməliyyatların gedişində, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarında mina partlayışı zamanı əmələ gəlmişdir, bu halda artıq 2022-ci ilin sentyabr ayına həmin sınıq tam mozollaşmış və köhnəlmiş olmuşdur. Bu səbəbdən də, tibb sahəsində qəbul edilmiş mövqeyə əsasən hər-hansı sınmış sümüyün mozollaşmış hissəsindən yenidən sınması qeyri-mümkün hesab edilir. Yəni eyni sümük əvvəl sınıb, sonra mozollaşmış hissədən yox yalnız həmin sümüyün başqa hissəsindən sına bilər. Birinci instansiya məhkəməsindən apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş məhkəmə iclas protokollarının kağız daşıyıcısında olan versiyasından müəyyən edilir ki, vətəndaş Təqsirləndirilən şəxs CM-in 127.1 və 188.3-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdən (Məhkəmənin hazırlıq iclasından) başlayaraq xx.xx.2023-cü il (Məhkəmə baxışınının yekun iclasınadək) keçirilmiş 6 məhkəmə iclasından heç birinin videoyazısı yoxdur. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasında sədrlik edən hakim "Azfemida” sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının videoyazısını aparılmasını, həmin məhkəmə iclaslarının nəticəsinə dair videoyazıya uyğun olaraq protokolun tərtib edilməsini və videoyazının elektron daşıyıcıda cinayət işinə əlavə edilməsini təmin etməli idi. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audioyazısı olmadığından ümumiyyətlə müdafiə tərəfindən birinci instansiya məhkəmə iclas protokoluna verilmiş qeydlərin əsaslı olub olmaması və keçirilmiş məhkəmə iclasında verilmiş ifadələrin təhrif edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolları etibarsız hesab edilməlidirlər və qeyri-mümkün sübut kimi qiymətləndirilməlidirlər. Müdafiə tərəfi qeyd etmişdir ki, 1993-cü ildən etibarən hazırda mübahisə predmeti olan torpaq sahələri Təqsirləndirilən şəxs doğma babası X6 istifadəsində olmuş, daha sonra dayıları X11 və X7 istifadəsində olmuşdur. Atası vəfat edəndən sonra o, Rusiya Federasiyasından vətənə qayıtmışdır və evin tək oğlu olduğu, həmçinin anasının xəstə olduğu səbəbindən o vaxtadək babası və dayıları tərəfindən özəlləşdirilmiş toyuq ferması və onun torpaq sahəsini (ərazisini) dayıları ona 2015-ci ildə bağışlamışlar. Özü heç vaxt hər-hansı torpaq sahəsini zəbt etməmişdir və nə dəmir setka ilə, nə ki başqa qurğu ilə ümumiyyətlə hasarlamamışdır. Göstərilən halları təsdiq edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsindən 12 mart 2024-cü il tarixli, 3-21-3-43/2-663/2024 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş və 10 saylı Lənkəran Ərazi İdarəsinin arxiv ştampı ilə təsdiq edilmiş sənədləri apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, ittiham tərəfindən hazırda mübahisəli kimi göstərilən və mülkiyyətdə olan 2,0 hektar torpaq sahəsinə bitişik olan 4,48 hektar kənd təsərrüfatı (əkin və tikilialtı) təyinatlı torpaq sahəsi, yəni qanunvericiliyin dili ilə “torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən (4,48 ha.) torpaq sahəsi" hələ 1998-ci ildən etibarən, yəni hələ həmin torpaq sahəsi heç ümumiyyətlə Lənkəran rayonu Boladi bələdiyyəsinin mülkiyyətinə (sərəncamına) verilməmişdən və “gözəyarı” şəkildə “təyinatı müəyyən edilmə”zdən də əvvəl vətəndaşlar X16 və X7 istifadəsində olmuşdur. Ona görə də, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.4-cü maddəsinin tələbinə əsasən, Lənkəran rayon Boladi bələdiyyəsinin üzərinə bir vəzifə kimi öhdəlik qoyulmuşdur ki, həmin qanun qəbul ediləndən dərhal sonra, vətəndaşlar X16 və X12 tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən həmin 4,48 ha. torpaq sahəsi geri alınması mümkün olmayan torpaq sahəsi kimi tanınmaqla həmin 4.48 ha torpaq sahəsinin vətəndaşlar X16 və X7 eyni statuslu istifadəsində olması sənədləşdirilsin. Əgər bu sənədləşdirilmə vətəndaşlar X16 və X8 münasibətdə edilməmişdirsə, bu pozuntu artıq onların hüquq varisi olan Təqsirləndirilən şəxs münasibətdə aradan qaldırılmalı idi. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X13 apellyasiya şikayətinin, eləcə də apellyasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməllərinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 127.1 və 188.3-cü maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi.
Hüquqi məsələlər
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Plenum qərarında daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayətprosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin və ona əlavənin dəlillərindən görünür ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs istinad edilən cinayətlərdən heç birinin onun tərəfindən törədilmədiyini, istintaqın və birinci instansiya məhkəməsinin qanunsuz və əsassız nəticəyə gəldiyini qeyd edərək, sonuncuya bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bu zaman müdafiə tərəfi bəraətin əsası kimi CM-in 127.1-ci maddəsinə münasibətdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi, ümumiyyətlə, vurmamışdır. Lakin zərərçəkmiş şəxs saxta tibbi sənədlərlə guya bədən səthində xəsarətin olmasına dair ekspert rəyini əldə etməyə nail olmuş və bununla təqsirləndirilən şəxsi məsuliyyətə cəlb etdirmişdir. CM-in 188.3-cü maddəsinə münasibətdə isə müdafiə tərəfi Təqsirləndirilən şəxs ümumiyyətlə torpaq zəbt etmədiyini, ittihamda qeyd edilən 4,48 ha torpaq sahəsinin ona uzun illər əvvəl dayılarından keçdiyini, bunun isə özbaşına torpaq sahəsini tutma hesab edilmədiyini bəraətin əsası kimi nəzərdən keçirmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfin apellyasiya baxışı zamanı zəbt torpaq sahəsi ilə bağlı yeni sənədlər təqdim etdiyini, bu sənədlərin birinci instansiya məhkəməsində tədqiq edilmədiyini, habelə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin gedişatını nəzərə alaraq birinci instansiya məhkəməsinin tam, hərtərəfli və obyektiv araşdırma aparmadığı üçün əsaslar olduğu nəticəsinə gələrək işə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. “X22rşı” işdə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışının faktları müəyyən etmədən keçirilməsi təqsirləndirilən şəxsin müdafiəsinə ziddir. Əgər şəxs əməldə təqsirli olmadığını bildirirsə və buna dair arqumentlər irəli sürürsə, apellyasiya məhkəməsinin vəzifəsidir ki, həmin halları araşdırsın və şəxsin əsassız məhkum edilməsinin qarşısını alsın. Apellyasiya Məhkəməsinin şəxsin təqsirsizliyinə dəlalət edən halları araşdırmaması ədalətli mühakimə olunmaq hüququnu pozmaqla yanaşı apellyasiya instansiyasındakı araşdırmanı səmərəsiz edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı keçirdiyi məhkəmə istintaqında cinayət işi üzrə sübutları təkrar tədqiq edərək, habelə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri (birinci instansiya məhkəməsində dindirilməyən) dindirərək aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində aralarında baş vermiş şəxsi münasibətlərin pozulması nəticəsində Zərərçəkmiş şəxs qəsdən itələyərək sonuncunun yerə yıxılması nəticəsində sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı xəsarəti ilə müşayiət olunan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur Bundan başqa, o, Lənkəran rayonu Boladi kəndi ərazisində yerləşən 4,48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini özbaşına hasarlayıb tutaraq əkib becərmişdir. İstintaq orqanının və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs birinci hərəkəti ilə CM-in 127.1ci, ikinci epizodda göstərilən hərəkəti ilə isə həmin Məcəllənin 188.3-cü maddəsində nəzərdə tutulan cinayətləri törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməllər kimi təsbit edilmişdir. Həmçinin, CM-in 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma; CM-in 188.2-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bu maddədə nəzərdə tutulmuş cinayət əməlinin tərkibini yaradır. CM-in 188.3-cü maddəsinə əsasən bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə bu maddədə nəzərdə tutulmuş cinayətin tərkibi yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. İşin faktiki hallarının cinayət qanununun yuxarıda qeyd edilən normalarının dispozisiya əlamətlərinə uyğunluğu yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi əməlin hüquqi tövsifi zamanı Təqsirləndirilən şəxs münasibətdə CM-in 188.3cü maddəsi ilə bağlı olan hissədə düzgün nəticəyə gəlsə də, onun əməlinin CM-in 127.1-ci maddəsi üzrə tövsifi zamanı əsassız nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ittihamda göstərilən 6,48 ha torpaq sahəsini zəbt etməmişdir, həmin sahə ona dayıları Ağalibəy və Caviddən keçmişdir. Sovet İttifaqı dövründən həmin torpaq sahəsində quşçuluq fabriki olmuş, fabrik ana tərəfdən babası Musaxanın, daha sonra Ağalibəy və Cavidin istifadəsində olmuş, 2015-ci ildən isə dayıları tərəfindən rəsmi qaydada ona bağışlanmışdır. O da həmin torpaq sahəsində müxtəlif məhsullar becərmişdir. Onu da qeyd etmək istəyir ki, torpaq sahəsinin bir hissəsi su altındadır və sahənin həmin hissəsində kiçik həcmli göl yerləşir. Gölün özü də 2015-ci ilədək mövcud olmuşdur və onun istifadəsinə keçmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərdi ki, bir neçə ildir ki, Zərərçəkmiş şəxs onunla əsassız mübahisələr aparır, barəsində müxtəlif orqanlara əsassız şikayətlər edir. O, yerli orqanların tövsiyəsi əsasında Zərərçəkmiş şəxs Qarabağ qazisi olduğunu nəzərə almış və ona istifadəsində olan torpaq sahəsinin ortasından təxminən 5 metr enində yol vermişdir ki, sonuncu həyət heyvanlarını həmin keçiddən apara bilsin. Zərərçəkmiş şəxs hazırda da həmin keçiddən istifadə edir, buna baxmayaraq o, 19 sentyabr 2022-ci il tarixdə axşam saatlarında əmisi oğlu Baratla birgə onun torpağında olan gölə yaxınlaşmış, özü kənarda dayanmış, Barat isə gölün içərisinə girərək uzun illər əvvəl (onun topraqdan istifadə etməyə başlamasına qədər) mövcud olmuş dəmir toru kəsməyə başlamışdır. Ona bu barədə xəbər verildikdən sonra dərhal həmin yerə gəlmiş, Barata iradını bildirmiş, toru kəsməsini dayandırmasını tələb etmişdir. Barat göldən kənara çıxmış, bu zaman onun əlində balta da olmuşdur. Bu zəmində aralarında yaranan mübahisə zamanı Barat əlindəki balta ilə onun kürək, qarın və bud nahiyələrinə bir neçə dəfə vurmuş, o isə öz növbəsində, Baratı özündən kənarlaşdırmağa çalışmışdır. Bir-biri ilə dartışarkən gölə düşmüşlər. Həmin vaxt o, bir neçə metr kənarda dayanmış Familin “ay qolum” deyib çığırdığını görmüşdür. Lakin o, Famili vurmamış və ya itələməmişdir, ondan bir neçə metr aralı olduğuna görə onu itələmək imkanı da olmamışdır. Ona görə də özünü torpaq sahəsini zəbt etməkdə və Zərərçəkmiş şəxs qəsdən itələyib onun sağlamlığına zərər vurmaqda təqsirli bilmir və məhkəmə kollegiyasından barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla bir neçə ildir ki, torpaq sahəsindən keçid üstündə mübahisələri vardır. Anar ərazini zəbt etdiyinə görə onun həyət heyvanları örüş sahəsinə keçə bilməmişdir. Bu səbəbdən şikayəti əsasında yerli orqanlar tərəfindən ona Anarın torpaq sahəsindən keçid verilmişdir. Lakin buna baxmayaraq Anar yenə də onun toyuq-cücəsinin göldən istifadəsinə maneəçilik törətmişdir. O da bu məqsədlə əmisi oğlu Baratdan xahiş etmişdir ki, həmin gölün içərisində quraşdırılmış dəmir toru kəssin və maneəni aradan qaldırsın. Belə ki, İİ Qarabağ Müharibəsi zamanı sağ biləyindən yara aldığına görə qoluna mil qoyulmuş və hərəkətinə məhdudiyyət yaranmışdır. Bu səbəbdən özü həmin hərəkətləri yerinə yetirə bilməmişdir. Barat dəmir toru kəsərkən kimsə Anara xəbər vermiş, sonuncu həmin yerə gəlmiş və onlarla mübahisə etməyə başlamış, eyni zamanda Baratın toru kəsməsinə mane olmuşdur. Bu səbəbdən Baratla Anar arasında əlbəyaxa mübahisə baş vermiş, o da onları ayırmaq üçün yaxınlaşan zaman Anar əli ilə onu kənara itələyib yıxmışdır. O, Anarın onu itələməsi nəticəsində müharibədə xəsarət almış qolunun üstünə yıxılmış, həmin biləyində mil olduğuna görə və qolunun həmin hissəsi həssas olduğuna görə bərk ağrı hiss etmiş, daha sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən biləyinin mil olan hissədən qırıldığı aşkar edilmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxsla eyni məzmunlu ifadə verib onun göstərdiyi halları təsdiq etmiş, xüsusən, o, Anarla əlbəyaxa tutuşarkən Familin onları aralamaq istədiyini, bu məqsədlə onlara yaxınlaşdığını, lakin Anarın onu kənara itələdiyini, nəticədə Familin yıxıldığını və qolunun sındığını çığıraraq dediyini, eyni zamanda Anardan aralandıqdan sonra Famili təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasına apardığını və orada da sonuncunun qolunun sındığını gördüyünü təsdiq etmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadisə yerinə gələrkən Anarla Baratın dalaşdıqlarını görmüşdür. Baratın əlində balta olmuş, Anar isə baltanı onun əlindən almağa çalışmışdır. Onlar süpürləşərək gölə düşmüşlər. Bu zaman təxminən 5-6 metr məsafədə dayanmış Familin “ay əlim” dediyini eşitmişdir. Lakin o, Anarın Zərərçəkmiş şəxs vurduğunu, itələdiyini, sonuncunun yerə yıxıldığını görməmişdir. Apellyasiya baxışı zamanı ifadəsi elan və tərəflərin iştirakı ilə tədqiq olunmuş Şahid3 Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 937 nömrəli rəyindən görünür ki; Vət.Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bazu sümüyünün sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşdə olan Lənkəran RMX X23in “TTYŞ xəstə müayinə forması” adlı 28 sentyabr 2022-ci il tarixli sənədindən görünür ki, Zərərçəkmiş şəxs ilkin olaraq “sağ bazu sümüyünün köhnəlmiş sınığı” diaqnozu qoyulmuşdur. Həmçinin həkim müşahidə qeydindən görünür ki, xəstəyə ilkin tibbi yardım göstərilmiş, ambulator müalicə edilmişdir. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli, 01/937 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Lənkəran RMX-sı tərəfindən 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasının çıxarışında aşağıdakılar qeyd olunmuşdur: DZ: sağ bazu sümüyünün interkondilyar yerdəyişən sınığı, sağ bazu nahiyəsində müharibə travmasına dair qəlpələr. Xəstənin şikayətləri sağ yuxarı ətrafından, sağ said və sağ dirsək oynağındakı ağrılardandır. Deməsinə görə tanımadığı şəxs tərəfindən döyülmüşdür. İİ Qarabağ müharibəsində partlayış zamanı xəsarət alıb, 3 dəfə cərrahiyyə əməliyyatı olunub. Zərərçəkmiş şəxs bədəni üzərində-sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı aşkar edilmişdir.Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə itələnib yerə yıxılması zamanı sağ bazu nahiyyəsinin distal hissəsinin zərblə bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşdə olan Lənkəran RMX tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran RMX-nın təcili yardım şöbəsinə “bazu sümüyünün aşağı 1/3-nin sınığı” diaqnozu ilə müraciəti qeydə alınmışdır. Beləliklə, yuxarıda qeyd edilən zərərçəkmiş Zərərçəkmiş şəxs, Şahid1 ifadələri, ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertiza rəyləri, habelə Lənkəran rayon mərkəzi xəstəxanasının məhkəməyə təqdim etdiyi rəsmi məlumatlara əsasən apellyasiya baxışı zamanı aşağıdakı hallar müəyyən edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi ilə bağlı yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxsla Şahid1 arasında mübahisə baş vermiş, mübahisənin gedişini kənardan izləyən zərərçəkmiş Zərərçəkmiş şəxs onlara yaxınlaşıb ayırmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli ilə kənara itələmiş, nəticədə sonuncu əvvəllər müharibə dövründə xəsarət aldığı və mil vasitəsilə saxlanılan sağ qolunun üstünə yıxılmış və xəsarət almışdır. Onun aldığı həmin xəsarət məhkəmə-tibbi tədqiqatları zamanı az ağır xəsarət kimi qiymətləndirilmişdir. İttihamda qeyd edilən həmin halların Təqsirləndirilən şəxs tərəfindən təkzib olunmasına baxmayaraq Zərərçəkmiş şəxs və Şahid1 ifadələri, habelə işdə olan ekspert rəyləri və digər tibbi sənədlərlə tam təsdiq olunur. Belə ki, yuxarıda adları qeyd edilən zərərçəkmiş və şahid təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs əli ilə kənara itələdiyini bilavasitə gördüklərini təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə müəyyən edilir ki, hadisə zamanı Zərərçəkmiş şəxs təkrar-təkrar “ay qolum, ay qolum qırıldı” deyərək ətrafdakıları köməyə səsləmişdir. Həmçinin, kollegiyanın qənaətinə görə şahidlər Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələməsini görmədiklərini qeyd etsələr də, sonuncu faktın (itələmənin) onların görmədiyi şəraitdə və yaxud onlar gələnədək başverməsi də istisna edilmirdi. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən sübutlarla təsdiq edilən işin faktiki halları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələməsini təsdiq etsə də, onun bu hərəkəti edərkən cinayət törətmək məqsədi güddüyünə əsas yaratmır. Təqsirin anlayışını verən CM-in 24.1-ci maddəsində qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 25.3-cü maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kənarlaşdırarkən sonuncuya zərər yetirmək niyyəti olmamışdır. O həmin vaxt Şahid1la əlbəyaxa vəziyyətində olmuş və bu zaman onlara yaxınlaşan Zərərçəkmiş şəxs özündən kənarlaşdırmağa çalışmışdır. O, Zərərçəkmiş şəxs yerə yıxıla biləcəyini, məhz müharibə dövründə xəsarət aldığı qolunun üstünə yıxıla biləcəyini və hadisəyə qədər zədəli olan qolunun təkrar sına biləcəyi imkanını qabaqcadan görməmişdir. Kollegiyanın qənaətinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla bağlı hadisənin hansı şəkildə cərəyan edəcəyini həmin vaxt üçün dərk edə və görə bilməzdi. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsinin xarakterindən də görünür ki, Təqsirləndirilən şəxs onunla üzbəüz durub itələməmiş, o, Şahid1la üzbəüz tutaşma vəziyyətində olmuş və onun yaxınlaşdığını gördükdə əlini kənara doğru uzadıb onu itələməklə sanki özündən kənarlaşdırmaq və özünü qorumaq istəmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi kənara itələməsində cinayət tərkibinin düzünə, yaxud dolayı qəsd əlamətləri mövcud olmamışdır. Burada kollegiya təkrarən xatırlatmağı zəruri hesab edir ki, zərərçəkmişin bilək nahiyəsi hadisəyə qədər zədəli olmuş, mil vasitəsilə bərkidilmiş və bir sözlə, bədənin həssas hissəsinə çevrilmişdir. Xəsarətin baş verməsində bu faktın da mühüm rol oynaması danılmazdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin subyektiv cəhətinin zəruri əlaməti olan qəsd olmadığından onun qeyd edilən əməlini cinayət kimi qiymətləndirmək mümkün deyil. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 401.1.1-ci madddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. CPM-in 401.2-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: 401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; 401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; 401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda; 401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən şəxsin əməlində cinayət tərkibi olmadıqda ona bəraət verilir. Ona görə də kollegiya hesab edir ki, CPM-in 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə bəraət verilməlidir. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində CM-in 188.3-cü maddəsinin tərkibinin olmaması barədə apellyasiya şikayətinin dəlillərini də araşdırıb aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İttihamdan göründüyü kimi Təqsirləndirilən şəxs uzun müddət ərzində Lənkəran rayonu Boladi kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfat təyinatlı torpaq sahəsini özbaşına zəbt edərək hasarlamış və əkib-becərmişdir. Həqiqətən də, işin faktiki hallarından görünür ki, Lənkəran rayonu Boladi kəndində yerləşən 6,48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi uzun müddətdir ki, Təqsirləndirilən şəxs istifadəsindədir. Həmin torpaq sahəsinin 2,0 ha hissəsi onun mülkiyyətində olsa da, qalan 4,48 ha hissəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Belə ki, Lənkəran Rayon Boladi X29 İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 №li protokolundan çıxarışdan görünür ki, istehsal kooperativinin balansında olan “toyuq hini”nin komissiyanın həmin binaya keçirdiyi baxış aktı nəzərə alınmaqla 3.800.000 manat dəyərində kənd sakini X8 quşçuluq təsərrüfatının inkişaf etdirmək məqsədilə satılması qərara alınmışdır. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 17 №li iclasının protokolundan çıxarışdan görünür ki, sabiq Nizami adına sovxoza məxsus “toyuq damı”nın Boladi kənd sakini X1 haqqında “Boladi” aqrar islahatı komissiyasının 12 aprel 1998-ci il tarixli qərarı təsdiq edilmiş, həmin obyektin istifadəsində olan 1,5 hektar torpaq sahəsi M.Ağayevin istifadəsində saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinin sədrinə ünvanladığı 8 iyul 1999-cu il tarixli məktubdan görünür ki, Lənkəran rayon aqrar islahatı komissiyasının rayonun Boladi kəndində əmlakın özəlləşdirilməsi ilə əlaqədar qərarın özəlləşdirilən obyektin istifadəsində olan torpaq sahəsinin daimi istifadə hüququna dair dövlət aktı verilməsi məsələsinə baxılmaqdan ötrü göndərmişdir. İşdə olan 26 noyabr 2014-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı Lənkəran rayonu Boladi Bələdiyyəsi tam mülkiyyət üzrə 2 ha əmlakı alıcı X8 21.000 manat qiymətə satmışdır. İşdə olan 8 yanvar 2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verənlər X12 (2 ha) və X16 (165.3 kv/m) əmlakı hədiyyə alan Təqsirləndirilən şəxs bağışlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin 22 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-451/2023 nömrəli mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə məktubundan görünür ki, Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan və özbaşına hasarlayıb tutaraq, əkibbecərmə işləri apardığı torpaq sahəsinin ümumi ölçüsünün 6,48 hektar olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən bu (6,48 ha) torpaq sahəsinin 2,0 hektarı xüsusi mülkiyyət,4,48 hektarı isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması məlum olmuşdur. Belə ki, 2,0 hektar torpaq sahəsi üzərində Təqsirləndirilən şəxs xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 yanvar 2015-ci il tarixli,********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmışdır. Araşdırma zamanı sözügedən bələdiyyə mülkiyyətinə aid 4,48 hektar torpaq sahəsinin Lənkəran rayonunun Boladi kəndi ərazisində aparılan torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən Boladi bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar (öruş) olması müəyyən edilmişdir. Eyni zamanda "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən bələdiyyə mülkiyyətinə aid 4,48 hektar torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin və tikilialtı) kimi öz əksini tapmışdır. İşdə olan Lənkəran rayonu Boladi bələdiyyəsinin sədri Nümayəndə tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Boladi kəndi ərazisində özünün xüsusi mülkiyyətində olan 2,0 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsinə bitişik olan 4,48 ha torpaq sahəsi Boladi bələdiyyəsinə məxsus kənd təsərrüfat təyinatlı torpaq sahəsidir, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlayıb tutaraq, torpaq sahəsində özbaşına çiyələk əkib-becərmişdir. İşdə olan Lənkəran rayonu Boladi bələdiyyəsinin sədri Nümayəndə tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı torpaqlarına aid 4,48 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının əkini məqsədi ilə icarəyə götürməklə bağlı müraciəti bələdiyyənin 10 iyul 2023-cü il tarixli 10 saylı iclasında müzakirə olunmuş, həmin torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması üçün ilkin sənədləşdirmə işlərinin başlanması ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir. İşdə olan Lənkəran rayonu Boladi bələdiyyəsinin sədri Nümayəndə tərəfindən verilmiş 22 iyul 2023-cü il tarixli arayışdan görünür ki, həmin bələdiyyənin mülkiyyətində olan 4,48 ha torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs müraciəti bələdiyyə iclasında müzakirə olunmuş və 10 iyul 2023-cü il tarixli 10 saylı qərar əsasında sənədləşmə işlərinin həyata keçirilməsinə başlanılmışdır. Sənədləşmə işləri başa çatmadığından Təqsirləndirilən şəxsla icarə müqaviləsinin bağlanması hələlik mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd edilən sübutlar əsasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs mülkiyyətində və istifadəsində olan 6,48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi sovetlər dövründə həmin ərazidə yerləşən quşçuluq fabrikinin ərazisi olmuşdur. Fabrikin tikilisi və ərazisi uzun müddət mərhum Musaxan Ağayevin, daha sonra isə onun övladları Cavid və Ağalibəy Ağayevlərin istifadəsində olmuş, sonuncular quşçuluq fabrikinin tikilisini və altındakı 2 ha torpaq sahəsini Əmlak Məsələləri Komitəsindən alqı-satqı yolu ilə əldə etdikdən sonra 8 yanvar 2015-ci il tarixdə qohumları Təqsirləndirilən şəxs bağışlamışlar. Öz növbəsində Təqsirləndirilən şəxs onqa bağışlanmış 2,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Bundan başqa, müəyyən edilir ki. Təqsirləndirilən şəxs mülkiyyətində olan 2,0 ha torpaq sahəsinə bitişik olan 4,48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi də hüquqi əsas olmadan onun tərəfindən 2015-ci ildən etibarən istifadə edilməyə başlanılmışdır. Müdafiə tərəfi Təqsirləndirilən şəxs 4,48 ha torpaq sahəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı sübut təqdim edə bilməmişlər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilən mötəbər sübutlara əsasən 4,48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin Təqsirləndirilən şəxs istifadəsini qanunsuz hesab edir və belə nəticəyə gəlir ki, onun əməlində CM-in 188.3-cü maddəsində nəzərdə tutulan ciayətin tərkibi mövcuddur. Bununla yanaşı, məhkəmə kollegiyası müdafiə tərəfin dəlillərinə qiymət verərək hesab edir ki, 4,48 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması mübahisə doğurmur. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “X18” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Odur ki, kollegiyanın qənaətinə görə torpaq islahatı aparıldıqdan sonra Təqsirləndirilən şəxs istifadəsində olan 4,48 ha torpaq sahəsi Boladi bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışının əldə edilməməsi həmin torpaq sahələrinin bələdiyyənin mülkiyyətində olmaması kimi qiymətləndirilməməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin 22 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-451/2023 nömrəli mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə məktubunda mübahisəli ərazinin bələdiyyə mülkiyyətində olmasının qeyd edilməsi də bu səbəbdən mötəbər sübut kimi qəbul edilməlidir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə müdafiə tərəfin, qeyd edilən ərazinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin olmaması və bu səbəbdən də bələdiyyəyə aid torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən özbaşına zəbt olunması halının qeyri-mümkünlüyü barədə dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirir və zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspert rəylərini, işdə olan yazılı sübutları və digər iş materiallarını Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində müəyyən edilən tələblər baxımından qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham aktında göstərilən əməllərini CM-in 127.1-ci maddəsi ilə tövsif etməkdə əsassız, CM-in 188.3-cü maddəsi ilə tövsif etməkdə isə əsaslı nəticəyə gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, hökmdən göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə 1 il, CM-in 188.3-cü maddəsi ilə isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, daha sonra CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla onun üzərində 3 il 6 ay müddətə qəti cəza saxlamışdır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə bəraət verilməli olduğundan ona CM-in 127.1-ci maddəsi ilə və CM-in 66.2-ci maddəsi üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilməli və onun üzərində CM-in 188.3-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmış uşaqları olmaqla ailənin yeganə gəlir gətirən şəxsi olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı aradan qaldırmasını (CM-in 188.3-ü maddəsinə münasibətdə), yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona CM-in 188.3-cü maddəsi ilə 8.1, 41.2 və 58.2-ci maddələrində qeyd edilən meyarlara uyğun olmaqla ən aşağı həddə cəza təyin edildiyindən məhkəmə kollegiyası ona təyin olunmuş cəzanı ədalətli hesab edir və yüngülləşdirməsinə əsas görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə bəraət verilməli, hökm onun təqsirli bilindiyi CM-in 188.3-cü maddəsinə münasibətdə isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 407, 408, 409, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
HÖKM ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 1(049)-225/2023 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilsin. Əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilsin. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 1(049)-225/2023 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsi hissəsində dəyişdirilməsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmdən Təqsirləndirilən şəxs CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 1(049)-225/2023 saylı hökmü CM-in 188.3-cü maddəsi ilə bağlı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən, Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.