Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-22/2024 10.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası: Hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-159/2023 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-159/2023 nömrəli hökmü (hakimlər: X8 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə) ilə xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, rəsmi olaraq işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, Təqsirləndirilən şəxs1 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması xx xxxx 1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvəllər məhkum olunmamış, subay, rəsmi olaraq işsiz, ünvan 3 ünvanda yaşamış, Təqsirləndirilən şəxs2 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicəyə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınması və cinayətkar qrupun digər üzvünə çatdırılması barədə razılaşaraq, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni gizlədildiyi yerdən götürmək məqsədi ilə 04 mart 2022-ci il tarixdə saat 04 radələrində haqqında icraat ayrılmış başqa şəxsin idarə etdiyi avtomobil ilə həmin əraziyə gəlmiş və həmin vaxt haqqında icraat ayrılmış başqa şəxs cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvi ilə telefon vasitəsilə danışaraq, sonuncudan yuxarıda qeyd edilən kütlələrin qoyulduğu yer barədə dəqiq məlumat alıb həmin ərazidə - Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətində avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb kolluq ərazidə gizlədilmiş qeyd edilən kütlələri gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və onların götürdükləri 3 ədəd bağlamaya baxış keçirilən zaman həmin torbaların içində olan külli miqdar təşkil edən - 835,3 qram tiryək, 38,1 qram heroin, 42,9 qram metamfetamin, 14609,3 qram qurudulmuş marixuana və 1650 ədəd kapsul şəklində təsiredici maddəsinin ümumi miqdarı 247,50 qram olan külli miqdarda güclü təsir edən preqabalin aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli 1 (099)-159/2023 saylı hökmünün birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2 maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də təqsirli bilinərək barələrində cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə bəraət verərkən onların törətdikləri cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını nəzərə almamışdır ki, nəticə etibarilə əsassız olaraq hər iki təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 206.3.2 maddəsi üzrə cəzadan kənarda saxlamaqla yanaşı Təqsirləndirilən şəxs1 barəsində cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapsa da, məhkəmə işdə olan sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzıb olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla, onların həmin narkotik vasitəni digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsində iştirak etmələrini iş materialları ilə öz təsdiqini tapmaması, eləcə də onların narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində İran İslam Respublikasının vətəndaşı "Tolik" adlı şəxslə birgə iştirak etməməsi və onunla birlikdə (o cümlədən qabaqcadan əlbir olmaqla) cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Məhkəmə iş materiallarında belə sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə onlara hissəvi bəraət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətləri Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(099)- 159/2023 hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsini və onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddəsi ilə olan əməlini həmin Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək ona daha yüngül cəza təyin etmənizi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 240.3.2., 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi hər hansı bir sübutla öz təsdiqini tapmamışdır. X20 təkidi ilə dərman vasitəni alması üçün birlikdə getməsi təbii ehtiyacın ödənilməsi üçün avtomobildən düşməsi və həmin yerdən Əsəd Əsədovun dərhal üzaqlaşması onun döyülərək təqdim olunan narkotik vasitələri sifarisi əsasında İran İslam Respublikasından gətirilməsi heç bir əsaslı sübutla öz təsdiqini tapmamışdır. Hətta işlətdiyi telefonun ekspertiza tərəfindən müayinə edilməsi mümkün olmamışdır. Əməliyyat qrupunun təşkil etdiyi tədbirə əsasən saxlanılmış və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan yuxarı həddə yəni 9 il 6 ay müddətinə cəza təyin edilmiş, ümumilikdə isə cinayətlərin məcmusu üzrə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixatrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən küllü miqdarda törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılr. Maddənin sanksiyanında cəzanın aşağı həddi 5 ildən başlanılsada ona qərəzli olaraq həmin maddə ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hesab edir ki, ümumiyyətlə verilən ittiham tamamilə əsassızdır və sübuta yetməmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs1 narkotik vasitənin istifadəçisidir, əməlində 234.4.1 və 234.4.3-cü maddəsinin tərkibi olmadığından ona qarşı irəli sürülən ittiham Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və maddənin sanksiyasında nəzərdə tutulan qaydada cəza verilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində daha doğru və düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evlidir, himayəsində azyaşlı övladları var. Anası ahıl yaşdadır və xəstədir. Anası və azyaşlı övladına o baxır. Ailəsinə ondan başqa gəlir gətirəni yoxdur. Narkotik vasitələrin istfadəçisi olduğu qəbul edir. Müstəntiqin və dövlət ittihamçısının ona elan etdiyi ittihamla qəti razı deyil. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayət verərək, ilkin məhkumluğunun olmasını, aşkar olunan narkotik vasitərlərlə heç bir əlaqəsinin olmamasını nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünün ləğv edilib, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu və qeyri rəsmi nigahda olduğu yoldaşını üzərində heç bir vasitə olmadan həbs etmişlər. X1 nevraloji xəstəliyi olduğu üçün həyat yoldaşı Təqsirləndirilən şəxs1 ona tanışı X12 ilə birlikdə İmişli rayonundan dərman gətirəcəklərini bildirmişdir. Həyat yoldaşı və tanışı Əsədin külli miqdar nakotik vasitə götürmək üçün rayona getdiklərini bilsəydi, onlarla birlikdə yola düşməzdi. Onun üzərində narkotik vasitə çıxmadığı, satışla bağlı sübutların olmadığı və sərhəd keçmədiyi halda ona 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi isə əsassız olaraq onu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmişdir. Onun himayəsində iki azyaşlı övladı var. Övladlarından birinin bir, digərinin isə beş yaşı vardır. Hal hazırda övladları xəstə və qoca anasının himayəsindədir. Anasının 67 yaşı var və yüksək təzyiq hipertonikdən, ağır şəkər xəstəliyindən əziyyət çəkir. Anasının maddi və mənəvi sıxıntıları var. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X5 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum edilmiş şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün heç bir əsaslar olmadığını bildirdi, apellyasiya protestinin dəlillərini isə müdafiə edərək, təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023cü il tarixli 1 (099)-159/2023 saylı hökmünün birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2 maddələrilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də təqsirli bilinərək barələrində cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib, şikayətlərinin dəlillərinə uyğun çıxış edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmün çıxarılmasını, bu mümkün olmadıqda isə müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etməklə yeni hökm çıxarılmasını, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmasını və əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 hüquqlarını müdafiə ediyi şəxs tərəfindən verilmiş apellasiya şikayətinin dəlillərin müdafiə edərək, şikayətin dəlillərinə uyğun çıxış etdi, hızırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirinin olmadığını bildirib, ona Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə isə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 04 saylı Cəzaçəkmə Müəssisəsindən videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi4 çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində məhkum olunmuş şəxslərə bəraət verilməsinə dair, apellyasiya protestinin isə məhkum edilmiş şəxslərin Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də təqsirli bilinərək məhkum edilmələrinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protesti və şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunub-olunmamasına, birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla müdafiə tərəfinin vəsatətinə əsasən müvafiq qərarla məhkəmə-xəttşünaslıq ekspertiza təyin etmiş, həmin qərar əsasında verilmiş ekspert rəyini tədqiq edib, cinayət işinin materiallarını, apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 apellyasiya şikayətlərinə nəzər yetirərəkən müyyən olunur ki, həmin dəllillərdə məhkum edilmiş şəxslərin hazırki cinayət işi üzrə təqsirli olmamaları, ibtidai istintaq və birinci instansiya məkəmə istintaqı zamanı prosessual pozunlara yol verilməsi və məhkəmənin gəlidiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması mübahisləndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə müsanibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 02 mart 2022-ci il tarixli qərardan çıxarışdan görünür ki, həmin tarixdə Biləsuvar (Cəbrayıl) rayonu 6-cı qəsəbəsi istiqamətindən külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətindən narkotik vasitələri götürən şəxs və ya şəxslərin saxlanılması məqsədi ilə sərhəd naryadı təşkil edilmişdir. İş materiallarında olan DSX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04:03-də 2-ci sərhəd zastavasının 24-25-ci sahələrində mühəndis texniki qurğuları boyu avtomobil yolunda “Sərhəd gözətçisi” sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisində sərhəd zastavasının 30-1-ci sahələri istiqamətində 1 ədəd avtomobilin hərəkəti müşahidə olunmuş, qeyd edilən avtomobil 22-ci sahə istiqamətinə çatdıqda dayanaraq işıqlarını söndürmüş və 5 dəqiqədən sonra hərəkətini davam etdirmişdir. Sərhəd naryadı tərəfindən sərhəd zastavasına məlumat verilmiş və ərazi müşahidə altında saxlanılmışdır. Aparılan əməliyyat axtarış tədbirləri zamanı təqribən saat 04:25-də sərhəd zastavasının arxa isiqamətindən keçən Biləsuvar- Bəhrəmtəpə avtomagistral yolunun İmişli rayonu Aranlı kəndindən keçən hissəində - Aranlı kəndi yaxınlığında 1 ədəd şübhəli avtomobilin 15 dəqiqə dayanaraq sonradan ərazidən uzaqlaşması barədə məlumat daxil olmuş, tədbirlər nəticəsində özlərini Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxslər saxlanılmış, üzərlərinə baxış keçirilərkən 3 ədəd bağlamanın olması müəyyən edilmişdir. Həmin şəxslər ətrafında aparılan tədbirlər zamanı onların xx.xx.2022-ci il tarixdə gecə saatlarında Gəncə şəhər sakini X11 məxsus “Opel Zafira” markalı avtomobillə ərazidən narkotik vasitələrin götürülməsi məqsədi ilə sərhəd zastavasının ərazisinə gəldikləri müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı sərhəd zastavasının ərazisində nəzarətedici vasitələrlə baxış keçirilmiş, nəzarət iz zolağı və əsas mühəndis çəpərində dövlət sərhədinin pozulması əlamətləri aşkar edilməmiş, narkotik vasitənin İİR ərazisindən gətirilərək nəzarətedici vasitələrə müdaxilə edilmədən arxa istiqamətə atılması ehtimal edilir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin İmişli rayonu ərazisində yerləşən 2-ci sərhəd zastavasının 22-ci sahəsidir. 2-ci sərhəd zastavasında Azərbaycan Respublikası istiqamətində 7 nömrəli Cəbrayıl qəsəbəsi yerləşir. 22-ci sahədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı yerə qədər olan məsafə 1000 metrdir. Həmin şəxslərin saxlanıldığı yerdə bir ədəd qara rənli üzərində “adidas” sözləri yazılmış idman çantası, bir ədəd qara rəngli, üzərində qırmızı zolaqlar olan və “deuter” sözü və bir ədəd üzərində “Razzagh” sözü yazılmış torbalar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin torbaları oradan götürmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. İş materiallarında olan “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş torbaların daxillərinə baxış keçirilmiş, torbalarda 15 kiloqram marixuanaya bənzər, 860 qram tiryəkə bənzər, 50 qram heroinə bənzər, 50 qram metanfetaminə bənzər maddələr, 110 konvalyut (1650 ədəd) üzərinə “Pregabalin 150” yazılmış həblər aşkar olunmuşdur. İş materiallarında olan DSX-nin vəzifəli şəxsinin imzaladığı 04 mart 2022-ci il tarixli raportdan görünür ki, əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən qaçmış şəxsin xx.xx.1983-cü il təvəllüdlü X13 olması müəyyən edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 05 mart 2022-ci il tarixli, 6/1332 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “2003 N-li Hərbi Hissə Liter Ə” dairəvi möhür əksi olan 1 ədəd sarı rəngli sellofanda 110 ədəd üzərində “Pregabalin 150” yazılan konvalyutda hər birində 15 ədəd olmaqla, ümumi sayı 1650 ədəd narıncı-göy rəngli kapsulalar güclü təsir edən maddə-preqabalin olub, 1650 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 247,50 qramdır. Bir ədəd parça torbada, 1 ədəd qara qırmızı rəngli bel çantasında və 1 ədəd qara rəngli idman çantasında 20 ədəd bağlamda hər birinin ayrıayrılıqda təmiz çəkisi 900,3 qr, 850,8 qr və 960,4 qram, 190,3 qr, 200,7 qr, 650,4 qr, 1400,8 qr, 700,4 qr, 600,2 qr, 600,3 qr, 990,0 qr, 690,4 qr və 940,9 qram, 185,5 qr, 205,4 qr, 1064,2 qr, 900,6 qr, 800,4 qr, 950,8 qr və 826,5 qram olmaqla, ümumi çəkisi 14609,3 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır, 1 ədəd bağlamada təmiz çəkisi 835,3 qram qətranabənzər maddə tiryəkdir, 1 ədəd bağlamada təmiz çəkisi 38,1 qram qəhvəyi rəngli maddə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 42,9 qram ağ rəngli kristalşəkilli maddə - metamfetamindir. Birinci instnasiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin X6 zabiti Şahid2 ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə 2-ci sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş və o, 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Şahid1la birlikdə həmin ərazi istiqamətində “Pusqu” xidmətinə təyin olunmuşdur. Həmin gün təxminən gecə saat 04 radələrində nəzarətdə olan əraziyə bir maşın yaxınlaşmış və həmin maşından iki nəfər şəxs düşüb yolun kənarından bağlamaları götürmək istəyərkən tərəflərindən saxlanılmış, həmin vaxt səs-küy olduğundan avtomobilin sürücüsü avtomobili sürərək həmin ərazidən qaçmışdır. Bundan sonra saxlanılan şəxsləri və torbaları inzibati binaya aparmışlar. Həmin şəxslərə qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, iki nəfərin kolluq ərazidə olmasını, bir nəfərin isə avtomobilin işıqları qarşısında dayandığını görmüşdür, saxlanılan şəxslərdən biri, yəni oğlan bağlamanı götürmüş, sonradan atıb qaçmaq istəyərkən saxlanılmış, qız isə oğlandan arxada olmuşdur. Saxlanılan şəxslər özləri etiraf etmişlər ki, narkotik vasitə götürmək üçün gəlmişlər. Təqsirləndirilən şəxs1 bağlamanı götürməsini şəxsən görmüş, “Dayan” əmri verdikdə həmin şəxs bağlamanı atıb qaçmaq istəmişdir. Birinci instnasiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instnasiya məhkəməsində aparılan məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 04 və 05 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və həmin ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə qeyri rəsmi olaraq birlikdə yaşadığı Təqsirləndirilən şəxs1la aralarında anlaşılmazlıq olması səbəbindən münasibətləri pozulduğundan, o, bir neçə gün anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 8 də yerləşən mənzildə qalmışdır. 03 mart 2022-ci il tarixdə qızı Nurel Bədəlovanın nevroloji xəstəliyi ilə əlaqədar 1 saylı Şəhər klinik xəstəxanasında olduğu müddətdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs1 onların olduğu xəstəxanaya gələrək onunla barışmaq istədiyini bildirmiş, ilk öncə o, Təqsirləndirilən şəxs1la barışmaq istəməmiş, lakin daha sonra onunla barışmışdır. Təqsirləndirilən şəxs1 ondan şəhərdə gəzmələrini onunla söhbət etmək istədiyini xahiş etmiş, daha sonra o, əvvələr tanıdığı Əsəd adlı şəxsə zəng vuraraq onları xəstəxanadan götürməsini istəmiş, bir qədər sonra Əsəd öz idarə etdiyi avtomobili ilə xəstəxanaya gələrək onları xəstəxanadan götürmüşdür. Onlar şəhərdə bir neçə dəqiqə gəzdikdən sonra övladlarını yaşadıqları ünvana aparmışlar. Uşağı evdə qaynanası Şahid5 yanında qoymuşlar. Onlar uşaığı evə qoyub çıxdıqdan sonrada Təqsirləndirilən şəxs1la yenə mübahisə etmiş, sonra Nurla övladları Nurel Bədəlovaya yaxınlıqda olan magazalardan alış veriş etmişlər. Yolda gedərkən Əsədlə Nurun planları olduğunu görmüş və onlardan onu evə aparmalarını istəmiş, Nur və Əsəd bir az gəzib hava almalarını, həm də yolda söhbət edib barışmalarını demişlər. Təxminən saat 23 radələrində onlar Bakı şəhərindən çıxmışlar. Şəhərdən çıxan zaman o, Nurdan hara getdiklərini və onu şəhərdə düşürmələrini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs1 ona, Əsədlə bir qədər işinin olduğunu və Əsədin uşağın həkiminə görə onlara pul verəcəyini və artıq sual verməməyini bildirmiş, lakin o, onların artıq Bakı şəhərindən çıxdığını görmüş, bir qədər getdikdən sonra isə avtomobilin arxa oturacağında mürgüləmişdir. Təxminən Bəhramtəpə adlanan əraziyə çatana yaxın o, danşıq səslərinə oyanmış və Nurla, X23 Respublikasıyla danışdıqlarını eşitmişdir. Onlar rayona çatdıqda istiqamət lövhəsini axtararaq, İran İslam Respublikasıyla tez-tez görüntülü və zəng edərək danışmışlar. O, bu danışıqları eşitdikdən sonra onlardan bir daha hara və nəyə getdiyini soruşmuş, Nur ona təkrarən Əsədlə işinin olduğunu demişdir. Sonra həmən əraziyə çatdıqda onlar avtomobildən düşmüşdür. Nur telefonla danışa-danışa yol kənarına getmiş və sonra Nur təzədən geri qayıdıb Əsədlə birgə nəsə axtarmağa getmişdir. O, Əsəddən nələrin baş verdiyini soruşmuş və Əsəd avtomobilin xarab olduğunu ona demişdir. Bundan sonra onlar yenə avtomobili qabağa arxaya verərək nəsə axtarmışlar. Axtardıqları müddətdə həm də, İran İslam Respublikasına zəng edib nəyinsə yerini dəqiqləşdirmişlər. Əsəd və Nur ikinci səfər gedib qayıtıqdan sonra onu avtomobildən düşürtmüşlər. Daha sonra Nur telefonla danışa-danışa üzü qaranlıq tərəfə getmişdir. Nur gedən zaman o, Əsədlə birlikdə avtomobilin yanında gözləmişdir. Sonra həmin qaranlıq istiqamətdən qışqırıq səsləri eşidilmişdir. Onların avtomobilə tərəfə gəldiyini, həmin dəqiqə Əsədin qaçaraq avtomobilə oturub avtomobili idarə edərək sürüb qaçdığını görmüşdür. Sərhədçilər onu və Nuru saxlamışlar. Daha sonra məlum olmuşdur ki, Nur və Əsəd adlı şəxs əraziyə narkotik vasitələr götürmək üçün gəlmişlər. Həmçinin birinci instnasiya məhkəməsində tədqiq edilən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 04 və 05 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, o, hadisədən qabaq tanışı Əsəd Əsədova zəng edərək övladının xəstəliyi ilə əlaqədar İran İslam Respublikasından dərman gətirməsini xahiş etmiş, övladının baş nahiyəsində şiş olduğu üçün dərmanın Azərbaycan Respublikasında baha olduğundan ona demişdir. Əsəd də bununla bağlı tanışlarının olduğunu və kömək edəcəyini bildirmiş, 03 mart 2022- ci il tarixdə saat 19 radələrində tanışı Əsəd Əsədov ona zəng edərək İran İslam Respublikası istiqamətindən onun uşağı üçün dərmanların gəldiyini bildirmiş, daha sonra 1 saylı Şəhər klinik xəstəxanasına (semaşqaya) gələrək onunla görüşmüşdür. O, 1 saylı Şəhər klinik xəstəxanasında (semaşqada) görüşdükdən sonra, ona dərmanları götürmək üçün getməli olduğunu bildirmiş, həmin vaxt qeyri rəsmi birlikdə yaşadığı (ər-arvad) münasibətində olduğu Təqsirləndirilən şəxs2 da 1 saylı Şəhər klinik xəstəxanasında olmuş, daha sonra onlar həmin ərazinin yaxınlığında yerləşən restoranların birində yemək yemiş, təxminən saat 23 radələrində Əsəd, Gülnarı və onu həyətdən götürürək İmişli rayonu istiqamətində hərəkət etmişlər. Onlar yolla hərəkət edən zaman Əsəd ona həmin yerə narkotik vasitələrin, dərman preparatları ilə bir yerdə qoyulduğunu, dərmanların onun götürəcəyini, narkotik vasitələri isə özünün götürəcəyini demişdir. Onlar İmişli rayonu Aranlı kəndi ərazisinə catdıqda Əsəd avtomobili saxlamış və yüklərin qaranlıq yerdə olduğunu ona bildirmişdir. O, Gülnarla birlikdə avtomobildən düşərək həmin istiqamətə doğru getmişlər. Onlar qaranlıq ərazidə olan torbalara doğru gedən zaman Gülnar ona burada 1 ədəd torba olacağı təqdirdə 3 ədəd çanta olduğunu bildirmiş, sonra sərhədçilər “dayan” deyə qışqırmışlar. Ərazidən qaçmaq istəyən zaman sərhədçilər onları saxlamışlar. Həmin vaxt Əsəd avtomobili sürətlə idarə edərək ərazidən uzaqlaşmış, daha sonra sərhədçilər onların iştirakı ilə torbaları açmış və torbaların içərisində narkotik vasitələrin olması ona məlum olmuşdur. Apellyasiya instansiya məhkəməsi zamanı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini qəbul etməyib, həmin ifadələrin sonunda olan imzaların ona məxsus olmadığını bildirdiyindən, onun müdafiəçisi Müdafiəçi1 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini, cinayət işinin 1-ci cildində iş vərəqə 26-27, 38-39, 45-55, 96-97, 101-107, 132-135-ci vərəqlərdə olan imzaların Təqsirləndirilən şəxs1 məxsus olub olmaması barədə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilərək, cinayət işi üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunması, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə qərər qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1820 nömrəli ekspert rəyinin nəticəsə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsində olan 04 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Təqsirləndirilən şəxs1’’ qrafasındakı imza, i/v 93-95-də olan 05 mart 2022-ci il tarixli üzləşdirmə protokolunda Təqsirləndirilən şəxs1 adından olan imzalar, i/v 98-100-də olan təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişdə Təqsirləndirilən şəxs1 adından olan imzalar, i/v 101-də olan 05 mart 2022-ci il tarixli təsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilməsi barədə yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs1” qrafasındakı imza, i/v 103-də olan cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçılarına bildiriməsi haqqında protokolda “Təqsirləndirilən şəxs1” qrafasındakı imza, i/v 104-də olan təqsirləndirilən şəxsə ekspert rəyinin elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs1” qrafasındakı imza, i/v 105-107-də olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolunun 1- 3 vərəqələrində Təqsirləndirilən şəxs1 adından olan imzalar - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınması və cinayətkar qrupun digər üzvünə çatdırılması yuxarıda qeyd olunan hallarla sübuta yetirilimşdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədilə özlərini müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və onların hər birinin ibtidai istintaq zamanı veriyi ifadələri işin faktiki hallarına uyğun olduğundan həmin ifadələri ittihamı təsdiq edən sübut kimi qəbul edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş külli miqdar təşkil edən - 835,3 qram tiryək, 38,1 qram heroin, 42,9 qram metamfetamin, 14609,3 qram qurudulmuş marixuana və 1650 ədəd kapsul şəklində təsiredici maddəsinin ümumi miqdarı 247,50 qram olan külli miqdarda güclü təsir edən preqabalininin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, onlar, yuxarıda qeyd edilən həmin narkotik vasitə və psixotrop maddəni, o cümlədən narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni məhz satış məqsədi ilə əldə etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyalarında əks olunmuş əməlləri törətmələri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkum edilmiş şəxslərin və müdafiəçinin apellyasiya şikayətlərində, həmçinin müdafiə tərəfinin çıxışlarında göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi və ya onların əməllərinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətmələri, həmin əməllərə görə təqsirli olmaları tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 11 may 2023-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onların əməllərini Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhəkəmə kollegiyası dövlət itiihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Prosessual Məcəlləsinin 139.0 və 139.0.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 125-ci maddəsinə görə sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin,müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. İstintaq orqanının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli olmaları və bununla bağlı gəldiyi nəticə və apellyasiya protestinin həmin hissədə dəlilləri yalnız bir sübuta əsaslanmışdır ki, bu sübuta da nəzər yetirildikdə onun mötəbər olmayan məlumatları əks etdirdiyi aydın olur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, onlar İİR vətəndaşı ilə əvvəlcədən müvafiq məzmunda razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup halında külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri İİR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncuların qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini “Tolik” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Bundan başqa, cinayət işi materiallarında olan izahatdan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində “Samsung A12” markalı mobil telefon olmuş və həmin telefon tədqiq edilməsi üçün məhkəmə komuter texniki ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyinə əsasən həmin telefon istifadəçi tərəfindən tətbiq edilmiş “qrafik açarla” mühafizə olunduğundan həmin telefonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 qaçaqmalçılq cinayətini törətməsinin sübutlarından biri də mobil telefonunda aşkar ediləcək məlumatların (səs yazıları, smslər, fotooşəkillər) ola biləcəyi halda istintaq orqanı tərəfindən həmin mobil telefonun açılması və baxış keçirilməsi ilə bağlı hər hansı hərəkətlər edilməmiş, telefonun ekran kilidinin nə olması barədə Təqsirləndirilən şəxs1 hər hansı sual verilməmiş, bu hal ümumiyyətlə istintaq orqanın marağında olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin kütlələrin İran İslam Respublikasından göndərilməsini Əsəd Əsədovun (barəsində cinayət işi ayrılmışdır) bildirməsi, lakin bunu təsdiq edəcək hər hansı sübutun olmaması Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəi ilə ittiham verilməsini əsassız edir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələrindən də görünür ki o, dərmanları götürmək üçün Əsədlə birlikdə İmişli rayonuna yola düşmüş, yolda olarkən Əsəd onlara həmin yerə narkotik vasitələrin də qoyulduğunu, dərmanları onlar, narkotik vasitələri isə Əsədin götürəcəyini bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirlilikəri sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsinin onlara həmin maddə ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur, dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinc instansiya məhkəməsini hökmünün ləğv olunaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü həmin protestə münasibətdə də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxslərə təyin olunmuş cəza məsələsinə də münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, narkotik vasitə və psixotrop maddələrin müxtəlif çeşidlərdə, külli miqdarda olması, təqsirləndirilən şəxslərin şəxsiyyətləri, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)- 159/2023 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-159/2023 nömrəli hökmü həmin apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-22/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-22/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver