Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-221/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Mən- Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin hakimi Əliyev Elşad İbiş oğlunun sədrliyi, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin sədri X1 özü-özünə verdiyi etiraza məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin sədri işə baxan hakim Kamran Süleymanov özü-özünə etiraz edərək, işin baxılması üçün etirazın müzakirə edilməsi üçün işi Şirvan Apellyasiya Məhkəməsinə gönndərmişdir. Lənkəran Rayon Məhkəməsinin sədlri-işə baxan hakim Kamran Süleymanov özüözünə etirazı onunla əsaslandıfrmışdır ki, təqsirləndirilən şəxs Caniyev X3 Rayon məhkəməsinin əməkdaşı olmuş və məhkəmə iclas kitibi vəzifəsində işləmişdir. Hazır ki, vəziyyətdə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran rayon Məhkəməsində onun sədrliyi ilə baxılması, qəbul ediləcək yekun məhkəmə qərarının obyektivliyini və qərəzsizliyini şübhə altına almaq etimalı yarada bilər. Ona görə də, Lənkəran Rayoln Məhkəməsinin sədri və hakimi Kamran Süleymanov hazırda özü-özünə etiraz edir. Lənkəran Rayon Məhkəməsi (sədrlik edən: X2) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən etiraza baxılması üçün cinayət işini Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsini 26 dekabr 2024-cü il tarixli qərarla qərara almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlar əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: -şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; -hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; -hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; -hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; -hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; -hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxması hallarını istisna etmir); -hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; -hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü özünə və ya ona edilmiş etirazı apelyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Hakimə etiraz yaxud hakimin öz-özünə etirazı təmin olunduqda cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiallara həmin məhkəmədə başqa hakimin iştirakı ilə baxılır. Bir sıra hallarda birinci instansiya məhkəməsində etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılmasını təmin etmək mümkün olmur. Bu halda etiraz məsələsi apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən həll edilir və həmin cinayət işi baxılmaq üçün apellyasiya instansiyası tərəfindən başqa birinci instansiya məhkəməsinə göndərilir. Cinayət işinin materiallarını öyrənib, etirazda göstərilmiş dəlilləri araşdıraraq hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi mahiyyəti üzrə baxılması üçün digər rayon məhkəməsinə göndərilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Caniyev X3 Rayon Məhkəməsinin əməkdaşı olmuş və məhkəmə iclas katibi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi insanların pozulmuş hüquq və azadlıqlarının məhkəmə təminatını təsbit edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində göstərilmişdir: «Hər kəs, onun mülki hüquq vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırmalı hüququna malikdir». Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə və fidyələrə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı, hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Bəzən zahiri əlamətlərə görə bu dəyərlər şübhə atına alına bilər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (22 iyun 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. Hazırkı işdə Lənkəran Rayon Məhkəməsinin sədrinin və hakimlərinin iş şəraiti baxımından qərəzli olacaqlarını şübhə nöqtəsinə çevirən fakt var. Bu faktın mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs Caniyev X3 rayon Məhkəməsinin əməkdaşı olmuş və məhkəmə iclas katibi vizifəsindjə işləmişdir. Ona görə də, hal-hazırda ittiham tərəfi və ya cinayət prosesi tərəfləri üçün Lənkəran Rayon Məhkəməsinin hakimlərinin zahiri cəhətdən qərəzli və qeyri-obyektiv olmaları etimalı kifayət qədər yüksək dərəcədədir. Etirazın dəlillərindən müəyyən olunur ki, yuxarıda göstərilən hallar gələcəkdə cinayətğ prosesi tərəflərinin Lənkəran Rayon Məhkəməsində ədalətli və qərəzsiz məhkəmə araşdırmasına inamını itirməsinə səbəb ola bilər və bu xüsusat cinayət işinə Lənkəran Məhkəməsində baxılmasını qeyri-mümkün edir. Lənkəran Rayon Məhkəməsinin sədri və işə baxan hakim X1 etirazda qeyd etdiyi dəlillərin hüquqi əsasları olmasa da, işin halları və təqsirləndirilən şəxsin əvvəllər Lənkəran Rayon Məhkəməsinin əməkdaşı olması cinayət işinin materiallarına ədalətli və qərəzsiz baxılmasında yaranmış şübhələri aradan qaldırmaq üçün vacibdir. Bunun yeganə yolu kimi hesab edirəm ki, hazırkı cinayət işinə Lənkəran Rayon Məhkəməsində deyil, başqa birinci instansiya məhkəməsində baxılması məqsədə müvafiqdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, etiraz təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 107 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin sədri, işə baxan hakim Kamran Süleymanov özü-özünə etirazı təmin edilsin. Təqsirləndirilən şəxs Amroli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №1(106)-221/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-221/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver