Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-223/2024 11.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X7 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və X16, müdafiəçilər Müdafiəçi7 və Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(099)-18/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi6, məhkum edilmiş şəxs X27 və müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(099)-18/2023 nömrəli hökmü (hakimlər- X13 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) ilə xx xxxxxx 1999-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, M.Ə.Sabir küçəsi ev 8-də qeydiyyatda olmaqla tutulanadək orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanması, xx xxxx 1998-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, N.Nərimanov küçəsi ev 69-də qeydiyyatda olmaqla tutulanadək orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X27 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin ediməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 06 yanvar 2022-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X16 ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, X27 isə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Elmar” adı ilə tanıdıqları şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda təmiz çəkisi 30597,97 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 2893,9 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 9923,5 qram narkotik vasitə tiryək, külli miqdarda tərkibində narkotik vasitələr, ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 148,5 qr təşkil edən 1420 ədəd və güclü təsir edən maddə qabapentin təsir maddəsinin ümumi miqdarı 9 qr təşkil edən 60 ədəd kapsuları Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında yerləşən ərazisində gizlədilməsi barədə məlumat verməsindən sonra onlar tanışları X27 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələr və güclü təsir ediən maddələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra sonuncunun idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobillə 06 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində qeyd olunan yerə gələrək küllü miqdarda narkotik vasitələr və güclü təsir edən maddələri əldə etmişlər, əldə edilən narkotik vasitələrdən heroinin bir qismini hərəsi bir bükümdə öz üzərində saxlamışlar, bu barədə daxil olmuş məlumat əsasında AR Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün, elə saat 20:00-da keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X30 rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında, “seyid ocağı” adlanan ərazidə saxlanılaraq Füzuli Rayon Polis Şöbəsinə aparılmışlar, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir bükümdə 20,387 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə 16,140 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Zaur İmanovun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə 12,343 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin qanunsuz olaraq əldə etdikləri iki ədəd narıncı rəngli kisələrdə otuz bir ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1003,7 qr, 943,5 qr, 890,3 qr, 1002,0 qr, 999,3 qr, 1011,2 qr, 937,6 qr, 991,1 qr, 986,7 qr, 902,4 qr, 995,3 qr, 997,6 qr, 993,8 qr, 1012,7 qr, 1000,7 qr, 993,1 qr, 1007,1 qr, 1002,5 qr, 996,2 qr, 999,2 qr, 995,3 qr, 1002,1 qr, 965,7 qr, 999,0 qr, 1036,9 qr, 942,3 qr, 1007,5 qr, 922,3 qr, 1012,9 qr, 1002,7 qr, 996,4 qr, ümumi təmiz çəkisi 30549,1 qr olan külli miqdarda həm öz aralarında, həm də üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, on üç ədəd bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 940,7 qr, 938,4 qr, 997,4 qr, 758,4 qr, 1186,2 qr, 885,6 qr, 608,3 qr, 351,0 qr, 657,8 qr, 367,7 qr, 772,8 qr, 892,0 qr, 567,2 qr, ümumi təmiz çəkisi 9923,5 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, beş ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 522,2 qr, 342,0 qr, 547,1 qr, 490,7 qr, 991,9 qr, ümumi təmiz çəkisi 2893,9 qr olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 148,5 qram təşkil edən üzərində “Preqabalin” markalanma göstəricisi olan müxtəlif rəngli 1420 ədəd kapsullar və tərkibində güclü təsir edən maddə qabapentinin təsir maddəsinin ümumi miqdarı 9 qram təşkil edən üzərində “Gabapentin” markalanma göstəricisi olan 60 ədəd kapsul dərman preparatları aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-18/2023 saylı iş üzrə 29 noyabr 2023-cü il tarixli ittiham hökmünün ləğv edilməsini CM-in 20632.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Müdafiəçi6 apellyasiya şikayətinə əlavə verərək, həmin əlavənin dəlillərini onunla əsaslandırmışdır ki, iş üzrə Təqsirləndirilən şəxs2 oglu məhkəmədə özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək qeyd etmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəllərindətanışı və həmkəndlisi Ramil özünə it almaq üçün Füzuli rayonuna uetmək istədiyini,onun itlərdən yaxşı anlayışı olduğu üçün bu məsələdə ona kömək etməyini bildirmiş, o da bekar olduğu üçün onunla razılaşmışdır. 06 yanvar 2022-ci il tarixdə Ramil ona zəng edərək Füzuliyə getmələrini və bir maşın tapmağı bildirmişdir. O da, həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. Onlar Zaurun maşını ilə yola düşmüş, Ramil arxa oturacaqda, o isə, ön oturacaqda oturmuşdur. Yol boyu söhbətlər etmişlər, “seyidin qəbri” deyilən yerə çatdıqları zaman Ramin Zaura saxlamasını demiş, fermaya gedib it alacaqları şəxsin orada olub-olmamalarını baxacağını, sonra zəng edəndə onun da oraya gedəcəyini demişdir. Ramin təxminən onlardan 100-150 metr aralanmış, o, Zaura maşım döndərib geriyə istiqamətində saxlamasım demişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Ramindən zəng gəlmədiyini görüb maşından düşərək onun getdiyi istiqamətdə hərəkət etməyə başlanıışdır. Bir az getmişdir ki, mülki geyimli şəxslər ona yaxınlaşmış, polis olduqlarını bildirmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu tutmuş, sonra Ramili də saxladıqlarını görmüşdür. Zaur mülki geyimli şəxslərin onu saxladıqlarını görmüş və maşını sürərək oradan uzaqlaşmış, bir neçə polis əməkdaşı onun arxasınca getmişlər. Sonra Ramillə onu Füzuli RPŞ-yə gətirmişlər, yolda olan zaman o Ramildən polislərin onları niyə saxladıqlarını soruşduqda, Ramil ona onluq heç nə olmadığını, narahat olmamagını bildirmişdir. Zaurdan xəbəri olmamış, polis şöbəsinə gəldikdən sonra Zaurun da gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boyunlarına götürmələrini bildirmişlər. Zaur və o, heç bir şeydən xəbərlərinin olmadığını bildirmişlər. Ramil isə yalnız iki siqaret qutusu marixuana əldə etmək üçün İranlı ilə danışdığını, lakin həmin narkotik vasitəni də götürmədiyini bildirdikdə polislər ona təziq edərək kisədə olan narkotik vasitələrin onlara məxsus olması barədə yalan ifadə verməyə məcbur etmişlər, həmçinin, üzərlərinə də narkotik vasitə yerləşdirmişlər. Məcbur qalaraq etirafedici ifadə vermişdir. İki dəfə videoçəkiliş olmuş,birinci çəkilişdə onlar etiraz etdikləri üçün torbaların, üzərilərinə qoyulan narkotik vasitələrin onlara məxsus olmadığını bildirdikləri üçün çəkilişi saxlamışlar,döymüşələr, işgəncələr etmişlər, sonra 2-ci çəkiliş başlamışdır. Nə üzərində aşkarlanan nə də, torbada olan narkotik vasitələr ona məxsus deyildir. Təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr vermişdir. Günahı olmadığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Qeyd edir ki, İranlı ilə Ramil danışığından, hansı tarixdə, nə qədər, hansı növdə narkotik vasitə sərhəddən gizli keçirilməsindən hüquqlarını müdafiə etdiyi iş üzrə Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. İşdə bu barədə hər hansı bir sübut yoxdur. Nə İranlı ilə Müzəffərin telefon danışığı olmayıb, votsapp yazışması olmayıb nə də, Ramillə aralarında bu barədə söhbət, yazışma olmayıb. Ramillə onun arasında olan və çıxarılıb işə əlavə edilmiş yazışma mətnlərində də bu barədə hər hansı bir söhbət belə getmir. Ramil də ifadələrində bu barədə heç bir söz demir və İranlı ilə özü danışdığını və 2 siqaret qutusu narkotik vasitə gedib götünnəli olduğu ona deyildiyini və konum atıldığı “seyidin qəbri” adlanan yerdən götürəcəyini bildirmiş, bu sövdələşmədən nə Zaurun nə də, Müzəffərin xəbəri olmadığını bildirmişdir.Belə olduğu təqdirdə ittiham tərəfi hansı əsas və sübutlarla Müzəffərin də qaçaqmalçılıq cinayətində köməkçiliyini müəyyən etmişdir? Ramillə Müzəffərin arasında votsapp, sms yazışmalarında narkotik təşkil etmə, bir yerdə istifadə etmə barədə danışıqlar olmayıb.X19 arasında bir çəkimlilc marixuana tapmaq, bir yerdə çəkmək və ya hansısa vaxtda tapıb çəkib keyf çəkdiyi barədə söhbətlər vardır.Onlar arasında xüsusilə külli miqdar barədə narkotik əldə etmə barədə söhbətlər yoxdu.Yalnız istifadə üçün bir çəkimlilc marixuana barədə söhbətlər var. 30 kq heroin, 10 kq-a yaxın tiryək, 3 lcq-a yaxın qurudulmuş marixuana, kapsullar hardan çıxdı? Bu barədə hansı əməliyyat məlumatları var.Göründüyü kimi əməliyyat məlumatı Ramil barəsində olub polisin verdiyi ifadəyə əsasən bu məlumat da şübhəlidir. Müdatıə tərəfi olaraq şübhə yaranır bizdə ki, elə Ramillə danışan İranlı az miqdar narkotiklə Ramili şirnikləşdirib, Ramilin rekvizitlərini və narkotiki nişan verdiyi yeri polislərə bildirib, saat neçədə orada olacaqlarını bildirib və həmin yerdə polislər “qurban”ları gözləyib, fantastik çəkidə və növdə yoqin ki, vəzifədə, rütbədə ucalmaq üçün gətirib oraya yerləşdirmişlər yaxud da elə şöbədə həmin iki kisə torbalan oıtaya çıxarmışlar. Bütün bu qeyd etdiklərinin əsası var. Belə ki, 1-cisi qaranlıq vaxtı, qış ayı, yol kənarı, maşınlar saga-sola şütüyür, iki kisə agzı skoçlanmış torba. Üç nəfər torbanı gətirib maşının yanında ağzın açırlar və yol qırağında hərəsi elə bil ki, xüsusilə bunlar üçün ayrılmış sellofanlarda biri 20 qram, biri 16 qram, lap əfəli Zaur isə 12 qram götürüb ciblərinə qoyurlar və polislərin təsvir etdiyi kimi bu an polislər təşrif buyururlar və torbaları aşkarlayıb şübhəli şəxsləri polis şöbəsinə gətirirlər. Halbuki, təqsirləndirilən şəxslərin üzərində aparılan axtarışı əks etdirən video diskə baxanda aydın görünür ki, narkotik vasitələrin olduğu iki ədəd narıncı kisənin heç birinin ağzı açılmamış və kisələrdə olan skoçlanmış bağlamaların heç birinin tamlığı pozulmamış və bağlamaların heç birinin içərisindən hər hansı miqdarda narkotik vasitə götürülməmişdir. Əgər onlar polis tərəfindən yaxalanmamışdan az əvvəl kisədən narkotik vasitə götürmüşdülərsə, onda kisənin ağzı nə üçün açılmamışdı, kisədəki bağlamaların tamlığı niyə pozulmamışdı, tamlığı pozulmayan kisələrdən onlar üçü də 5 ayrı-ayrıliqda elmə məlum olmayan hansı üsulla müəyyən miqdar narkotik vasitə götürüb sellofana büküb skoçlayaraq ciblərinə qoymuşlar? Cavab yoxdur. Belə olan halda, axtarış zamanı onlann üzərindən çıxarılan narkotik maddə haradandır? Məhz işin bu obyekyiv halı birmənalı olaraq sübut edir ki, təqsirləndirilən şəxslər heç bir halda ağzı möhkəm bağlanmış iki ədəd kisənin heç birindən, istəsələr belə, narkotik vasitə götürə bilməzdilər. Bundan başqa, videodan görünür ki, iki ədəd kisədən yerə boşaldılan 31 ədəd bağlamanın hər biri ayrılıqda möhkəm skoçlanmışdır, onların da heç birinin tamlığı pozulmamışdir. Təhqiqatçı tərəfindən bağlamalar bir-bir skoçlanmış vəziyyətdə nümayiş olunduqdan sonra kəsilərək içərisindəki maddə iştirakçılara göstərildikdən sonra yenidən skoçlanaraq bağlanır. Bu fakt da bir daha təsdiq edir ki, təqsirləndirilən şəxslər üzərlərindən çıxan narkotik vasitələri ağzı skoçla möhkəm bağlanmış, tamlığı pozulmayan kisələrdən və kisənin içərisinən çıxan bağlamalardan götürməmişlər, onların bildirdikləri kimi, üzərlərindən çıxan, içərisində heroin olan skoçlanmış salafan bükümləri həqiqətən də axtarışdan qabaq təhqiqatçı tərəfindən onlara verilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin əməliyyat yolu ilə tutulmasında iştirak etmiş AR Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən külli miqdarda narkotik vasitə saxlamada (CM-in 234.1- 1 maddəsi) təqsirli bilinib həbs edilmiş, hazırda BİT-da saxlanmaqdadır. Bu fakt da onu deməyə əsas verir ki, polislər bəzən narkotik cinayətlərində işi quran, insanları cinayətə təhrik edən İran vətəndaşı ilə əlbir olurlar və əməliyyat məlumatı dedikləri məlumat da, məhz elə İranlı tərəfindən verilir. Bu faktların araşdırılması üçün əməliyyatda iştirak edən polis işçilərinin işdə olan İranlının mobil nömrəsi ilə telefon əlaqələrinin, sms yazışmalarının, votsapp yazışmalarının olub-olmadıgını araşdırılmasıdır ki, bunun üçün əməliyyatda iştirak edən polislərin istifadəsində olan mobil nömrələrin aidiyyatı mobil operatorlara sorğu verilməsi yoludur. Obyektiv, hərtərəfli araşdırma nəticəsində bu qeyd etdiyimiz hallar araşdırıla bilər. Həmçinin, ittihamın saxta olması işin faktiki hallarından da görünür. X15 mülki geyimli şəxslər tərəfindən tutulduğunu görüb maşını sürüb qaçmış, yolda onu təqib etdiklərini görüb tanımadığı tikinti materialları satılan mağazada maşını saxlayıb mağazaya girmiş və polislər onu və mağazada işləyən işçini də tutub polis şöbəsinə gətirmişlər.Bu barədə mağazada mühafizəçi işləyən X24 oglu də Zaurun ifadəsini təsdiq mağazaya girib onu 2 nəgər mülki geyimli şəxsin təqib etdiyini və silahlı olduqlarını bildirmiş, az sonra iki nəfər mülki geyimli şəxslər mağazaya daxil olub Zauru və onu tulub şöbəyə aparmış, bir az getdikdən sonra yolda maşını saxlayıb onu buraxmışlar. Nədənsə məhkəmə polislərin ifadələrini müqəddəs saymış, işdə heç bir maragı olmayan mağaza işçisini isə yalançı hesab etmişdir. Onda sual olunur. Magazn işçisi yalan danışırsa niyə məsuliyyətə cəlb olunmur? Məhkəmə özü də gözəl bilir ki, mağaza işçisi yalan demir. Həqiqət belədir. Sadəcə onun ifadəsini düzgün saysa, onda ittiham qurama ittiham çıxır, polislərin dedikləri yalan çıxır və iş üzrə təqsirləndirilən şəxslərə bəraət verilməlidir. Ən yaxşısı mağazada mühafizəçi işləyəni yalançı çıxardaq və ona bilə-bilə yalan ifadə verməyə görə məsuliyyətinə də göz yumaq ki, agbədiyəlik olmasın. Müzəffər təqsiri yoxdur və verilmiş ittiham üzrə onun təqsiri heç bir sübutla təsdiqlənmir. İş üzrə Müzəffərin təqsirli olmasına heç əsaslı şübhələr belə yoxdur.Bu bir qurama oyundur. Saxta, qanunsuz ittihamdır. İşin faktiki hallarının təhrif edilməsi,polislərin dediyi formada verilmiş ittiham yəni yol qırağında torbalardan narkotik götürüb ciblərinə basmarlamaları və sonra rahat şəkildə yol qırağında torbaların yanında dayanmaları heç bir məntiqə uyğun gəlmir və aşkar bir nağıla bənzəyir və elə bu hal ittihamın əvvəldən axıradək qurama, saxta, qanunsuz olmasına dəlalət edir. Sadəcə bu məsələləri obyektiv, hərtərəfli araşdırmaq lazımdır ki, həqiqət üzə çıxsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, daha yüngül cəza təyin edilməsi üçün əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi tam araşdırmadan iş üzrə yekun qərar qəbul etmiş, onunla birgə məhkum edilmiş şəxslərin onun cinayət törətməsindən xəbərlərini olmaması barədə ifadəsini nəzərə almamış. O, aldanaraq bu cinayətə cəlb olunmuşdur. İbtdai istintaqın əldə etdiyi sübutlar iş üzrə digər sübutlarla üst üstə düşmür. Hadisə yerində aşkar olunmuş narkotik vasitələr əməliyyatçılar tərəfindən ora qoyulmuşdur. İfadəsinə fiziki və psixi zorakılıqlara məruz qaldığı üçün, ailəsi ilə təhdid olunduğu üçün oxmadan imza çəkmişdir. Birinci məhkumluğudur. Məhkum olunmuş şəxs Zaur İmanovun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-18/2023 saylı iş üzrə 29 noyabr 2023-cü il tarixli ittiham hökmünün ləğv edilməsini CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən X22 bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Müdafiəçi4 apellyasiya şikayətinə əlavə verərək, həmin əlavənin dəlillərini onunla əsaslandırmışdır ki, ibtidai araşdirma zamanı təqsirləndirilən şəxslərin hətta “etirafedici ifadələrindən”, polis əməkdaşlarının istintaq və məhkəmə baxışında verdikləri ifadələrdən, habelə təqsirləndirilən şəxslərin üzərində aparılan axtarışı, o cümlədən içərisində narkotik vasitə olan kisələrə baxışı əks etdirən video diskdən də aydın müəyən olunur ki, X29 Həsənovun nakotik vasitə dalınca getməsindən qabaqcadan ümumiyyətlə xəbəri olmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında, “seyid ocağı” adlanan ərazidə Ramil maşını saxladıb maşından düşüb gedərək gec qayıtdığına görə şübhələndiyi üçün, məcbur olub ona əsl həqiqətdə it dalınca deyil, narkotik vasitə üçün gəldiklərini bildirdikdə, Zaur da bundan sonra ona da narkotik vasitə veriləcəyi halda onlara kömək edəcəyini vəd etmişdir. Yəni ittiham tərəfi qəbul edir ki, Zaurun narkotik vasitədən yalnız saxlandıqları yerdə xəbəri olmuşdur. Lakin hökmdə isə bu hal təhrif olunaraq yazılmışdır ki, “onlar tanışları X27 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələr və güclü təsir ediən maddələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra sonuncunun idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobillə 06 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində qeyd olunan yerə gələrək küllü miqdarda narkotik vasitələr və güclü təsir edən maddələri əldə etmişlər”. Yəni, məhkəmə əsassız və işin faktiki hallarına zidd olaraq Ramin Həsənovun satış məqsədi ilə narkotik vasitə əldə etməsini Zaurla hələ narkotik vasitə arxasınca getməzdən əvvəl razılaşması (əslində isə belə bir razilaşma nə əvvəl, nə də sonra olmamış və işin məhkəmədə müəyyən edilən həqiqi hallarına görə belə bir razılaşmanın olması da mümkün deyildir) barədə səhv nəticəyə gəlinmişdir. Hökmdə məhkəmənin “...06 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində qeyd olunan yerə gələrək küllü miqdarda narkotik vasitələr və güclü təsir edən maddələri əldə etmişlər, əldə edilən narkotik vasitələrdən heroinin bir qismini hərəsi bir bükümdə öz üzərində saxlamışlar” nəticəsinə gəlməsi də tamamilə yanlış olmaqla məhkəmə baxışında araşdırılmış sübutlarla tam təkzib olunmuşdur. Ən əsası da təqsirləndirilən şəxslərin üzərində aparılan axtarışı əks etdirən video diskin nümayişındən də görünür ki, narkotik vasitələrin olduğu iki ədəd narıncı kisənin heç birinin ağzı açılmamış və kisələrdə olan skoçlanmış bağlamaların heç birinin tamlığı pozulmamış və bağlamaların heç birinin içərisindən hər hansı miqdarda narkotik vasitə götürülməmişdir. Bu qədər mötəbər sübutun olmasına baxmayaraq məkəhmə hökmdə Təqsirləndirilən şəxs1 və digərlərinin istintaq zamanı döyülmə, işgəncə və psixoloji təzyiq, basqı altında verdikləri, işin faktiki halları ilə tam ziddiyyət təşkil edən etirafedici ifadələrini daha "mötəbər” hesab etmişdir. Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəsində göstərilir: "...Müzəffər də həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. O, maşından düşəndə isə Müzəffər Zaura demişdir ki, maşını döndərib geriyə istiqamətində saxlasın və Zaur nədənsə şübhələndiyi üçün Müzəffər ona onların ora gəlmələrinin əsl səbəbini demişdir. Bu vaxt Zaur onlara kömək edəcəyi təqdirdə özü üçün narkotik vasitə götürəcəyini demiş, onlar da Zaura etiraz etməmişlər. Beləliklə, o, “Elmar”-ın yolladığı iki ədəd kisəni tapmış və maşının yanına gətirmişdir. Həmin zaman kisələrin birindən hərəsi özü üçün bir qədər narkotik vasitə olan heroin götürmüşdür. Bu vaxt onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Zauru və Müzəffəri, o cümlədən də Zaurun idarə etdiyi avtomobili və qeyd etdiyi yerdən götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər”(bax.hökm vər.5). Bu ifadədən görünür ki, Zaurun guya Ramilgilin narkotik vasitə dalınca getmələrindən polis tərəfindən saxlanmamışdan az əvvəl xəbəri olmuş və onlar maşınin yaninda kisədən narkotik vasitə götürəndən az sonra elə oradaca polislr tərəfindən yaxalanmışlar. Ramilin ifadəsinin bu hissəsi də inandırıcı deyildir. Əgər onlar polis tərəfindən yaxalanmamışdan az əvvəl kisədən narkotik vasitə götürmüşdülərsə, onda kisənin ağzı nə üçün açılmamışdı, kisədəki bağlamaların tamlığı nivə pozulmamışdı, tamlığı pozulmayan kisələrdən onlar üçü də ayrı-aynliqda elmə məlum olmayan hansı üsulla müəyyən miqdar narkotik vasitə götürüb sellofana büküb skoçlayaraq ciblərinə qoymuşlar? Cavab yoxdur!!! Belə olan halda axtarış zamanı onların üzərindən çıxarılan narkotik maddə haradandır? Hökmə görə Təqsirləndirilən şəxs2 də məhkəmədə aşağıdakı məzmunda ifadə vermişdir: "...Təxminən 10 dəqiqə keçdikdən sonra Ramindən zəng gəlmədiyini görüb maşından düşərək onun getdiyi istiqamətdə hərəkət etməyə başlamışdır. Bir az getmiş ki, mülki geyimli şəxslər ona yaxınlaşmış, polis olduqlarını bidlirmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu tutmuş, sonra Ramili də saxladıqlarını görmüşdür. Zaur mülki geyimli şəxslərin onu saxladıqlarını görmüş və maşını sürərək oradan uzaqlaşmış, bir neçə polis əməkdaşı onun arxasıyca getmişlər. Sonra Ramillə onu Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər, yolda olan zaman o Ramildən polislərin onları niyə saxladıqlarını soruşduqda Ramil, ona onluq heç nə olmadığını, narahat olmamağını bildirmişdir. Zaurdan xəbəri olmamamış, polis şöbəsinə gəldikdən sonra Zaurun da gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boyunlarına götürmələrini bildirmişlər, Zaur və o heç bir şeydən xəbərlərinin olmadığını bildirmişlər”. Məhkəmə isə Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi, diğər sübutlarla üst-üstə düşməyən ifadəsini daha “mötəbər” hesab etmişdir: “İlk əvvəl onlar Zaura Füzuliyə getmələrinin səbəbini deməmişlər. Lazım olan yerə çatanda Ramil Zaura maşını saxlamasını demiş və maşından düşməyərək həmin yerə bir dəfə də dairə etməsini istəmişdir. Bu vaxt Zaur nədənsə şübhələnmiş və başa düşmüşdür ki, onlar özləri də qorxaraq həmin yerə gəlmişlər və etdikləri əməl qanunsuzdur. Həmin vaxt Ramil maşından düşüb “Elmar”-ın ona dediyi yerdə, yolun kənarında yerləşən “seyid ocağı”- nın arxa tərəfinə keçərək orada gizlədilmiş yerdən iki ədəd torbada olan narotik maddələri götürüb maşına tərəf gəlmişdir. Zaura həmin vaxt məsələ barədə aydınlıq gətirmişlər və onunla Ramil hərəsi özü üçün bir büküm narkotik vasitə olan heroin götürmüşlər. Bu vaxt Zaur da etiraz etməyərək özü üçün həmin maddədən bir qədər götürüb onlara kömək edəcəyini bildirmişdir. Beləliklə, onlar “Elmar”-ın yolladığı iki ədəd kisə ilə Zaurun maşınının yanında dayanan zaman onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Ramilin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Zauru və Ramili, o cümlədən də Zaurun idarə etdiyi avtomobili və qeyd etdiyi yerdən Ramilin götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. (bax.hökm vər.6-8) Təqsirləndirilən şəxslərin, o cümlədən Zaur İmanovun ibtidai araşdırmanın gedişində və məhkəmə baxışında verdikləri ifadələrdən də görünür ki, onları ayn-ayrılqda nüxtəlif yerlərdə saxlayıb Fizuli RPŞ-yə gətirdikdən sonra onlara fiziki zor tətbiq etməklə və hədə qorxu gəlməkə adlarından yazılmış etirafedici izahat və ifadələri imzalatmış, habelə üzərlərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Nəcəf Aydınoğlu tərəfindən kiçik salafan bükümlərdə olan heroin skoçlanmış halda onların hər birinə verilmişdir ki, ciblərinə qoysunlar. Təhqiqatçının tapşırığına əsasən üzərlərində aparılan axtarış zamanı onlar ciblrindən çıxardiqları həmin bükümlərin heroin olmasını və üzərlərində axtarış aparılan zaman, saxlanıldıqları yerdə yanlarında olan kisədən özləri üçün götürmələrini demışlər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin üzərində axtarış aparılmasını və iki ədəd narıncı rəngli kisəyə baxışın keçirilməcini əks etdirən video disk nümayiş etdirilərkən göründü ki, narıncı rəngli hər iki kisənin ağzı kəndirlə möhkəm bağlanılaraq, həm də skoçlanmışdır. Təhqiqatçı nə qədər cəhd edirsə də kisələrin ağzını əli ilə aça bilmir və məcbur olub kisələrin ağzının bağlandığı skoç və ipi qayçı ilə kəsir. Məhz işin bu obyekyiv halı birmənalı olaraq sübut edir ki, təqsirləndirilən şəxslər heç bir halda ağzı möhkəm bağlanmış iki ədəd kisənin heç birindən, istəsələr belə, narkotik vasitə götürə bilməzdilər. Bundan başqa, videodan görünür ki, iki ədəd kisədən yerə boşaldılan 31 ədəd bağlamanın hər biri ayrılıqda möhkəm skoçlanmışdır, onların da heç birinin tamlığı pozulmamışdir. Təhqiqatçı tərəfindən bağlamalar bir-bir skoçlanmış vəziyyətdə nümayiş olunduqdan sonra kəsilərək içərisindəki maddə iştirakçılara göstərildikdən sonra yenidən skoçlanaraq bağlanır. Bu fakt da bir daha təsdiq edir ki, təqsirləndirilən şəxslər üzərlərindən çıxan narkotik vasitələri ağzı skoçla möhkəm bağlanmış, tamlığı pozulmayan kisələrdən və kisənin içərisinən çıxan bağlamalardan götürməmişlər, onların bildirdikləri kimi, üzərlərindən çıxan, içərisində heroin olan skoçlanmış salafan bükümləri həqiqətən də axtarışdan qabaq təhqiqatçı tərəfindən onlara verilmişdir. Heç də təsadüfı deyil ki, təqsirləndirilən şəxslərin əməliyyat yolu ilə tutulmasında iştirak etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Bakı şəh. Baş Polis İdarəsi tərəfindən külli miqdarda narkotik vasitə saxlamada (CM-nin 234.1-1 maddəsi) təqsirli bilinib həbs edilmiş, hazırda BİT-da saxlanmaqdadır. Bu fakt da onu deməyə əsas verir ki, qeyd edilən idarənin bəzi əməkdaşları tutduqları şəxslərdən götürdükləri narkotik vasitələrin hamısını rəsmiləşdirməyərək bir hissəsini özlərində saxlayıb günahsız tutduqları digər şəxslərin üzərinə qoymaq üçün istifadə etmşlər. Hazırkı cinayət işi ilə bağlı müdafiəçi kimi belə ehtimal edirəm ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat zamanı iki yox, üç kisə narkotik vasitə aşkar edib götürsələr də, həmin kisələrdən birini gizlətmiş və həmin gizlədilmiş kisədən müxtəlif miqdarda heroin götürərək 3 ədəd büküm düzəldib təqsirləndirilən şəxslərə vermişlər ki, axtarış zamanı həmin bükümlər onların üzərindən tapılmışdır. Belə ki, işdə olan ekspert rəyindən görünür ki, axtarış zamanı təqsirləndirilən şəxslərın üzərindən tapılmış sellofan bükümlərdə olan heroinin tərkibi ilə kisələrdə olan heroinin tərkibi eynidir. Burada iki nəticədən biri doğrudur: əgər ekspert rəyi mötəbər sübut kimi qəbul edilirsə, onda təqsirləndirilən şəxslərin üzərindən çıxan heroin ağzı bağlı iki kisədən deyil, gizlədilmiş 3cü kisədən götürülmüşdür, ya da qeyd edilən narkotik vasitələrin eyni tərkibli olması barədə ekspert rəyi saxtadır. Yuxarıda qeyd etdiyi kimi, təqsirləndirilən şəxslərin ağzı iplə bağlı, skoçlanmış iki ədəd kisədən özləri üçün heroin götürmələri sübuta yetirilməmişdir. Onu da əlavə edim ki, təqsirləndirilən şəxslərin üçü də birmənalı olaraq bildirirlər ki, onları saxlayanda yanlarında heç bir kisə olmayıb, onlar həmin narıncı kisələri Füzuli RPŞ-nin inzibati binasında görmüşlər. Bundan başqa, axtarış zamanı Zaur İmanova məxsus **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobildən, nə də onların üzərlərindən nə sellofan torba, skoç, qayçı və bıçaq aşkar olunaraq götürülməmişdir. Belə olan halda Zaur İmanov və digərləri ağzı bağlı kisələri hansı üsulla açıb, tamlığı pozulmayan skoçlanmış bağlamalardan heroini necə götürmüşlər ki, izi qalmamış və “götürdükləri heroini” özlərində olmayan sellofan torbaya tökərək, özlərində olmayan skoçla necə bağlayıb ciblərinə qoya bilərdilər?!!!. Bundan başqa, onlar “açdıqları” kisələrin ağzını yenidən əvvəlki qaydada iplə necə bağlayıb skoçlaya bilərdilər?. Onda qayçı, skoç və sellofanın qalıqları haradadır. Axı əməliyyatçıların verdikləri “mötəbər” ifadələrdən müəyyən olunur ki, onlar heç qabaqcadan plan tərtib edib narkotik vasitənin götürüləcəyi yerə əvvəlcədən gəlib əməliyyat qurmamışlar, sadəcə yolla glələrək onları Zaur İmanova məxsus **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilin arxasında qarşılarında həmin o iki ədəd kisə olmaqla dayanıb “əməliyyatçıları gözləyərkən” yaxalamışlar. Əməliyyatçıların bəzisi istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələrində kisələrin əllərində olması (ə/m Şahid4), bəzisi (ə/m Şahid1) piyada gələrkən onları maşının arxasında dayanmaları, torbaların Zaurun maşının yük yerində olması və Zaurun maşınında Füzuli RPŞ-yə gətirərək qorunmasını təmin etmək üçün kisələri İnzibati binaya apardıqları, bəzisi isə (ə/m Şahid3) Zaurgili maşının arxasinda dayanan yerdə qarşılarında iki ədəd narıncı kisə olması zamanı saxlamaları barədə ziddiyyətli ifadələr vermişlər. Zaur İmanov isə həm istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələrində ümumiyyətlə nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1la narkotik vasitə götürmələri barədə nə qabaqcadan, nə də polis tərəfindən saxlanılmamışdan əvvəl heç bir söhbətlərinin olmadığını, onlarla yalnız 20 manat pulun müqabilində it gətirməyə getməyini razılaşdığını, Süyidin qəbri deyilən yerdə maşını saxlayıb Müzəffərgili gözləyərkən isə iki nəfərin əlində silah onun maşınına yaxınlaşıb təpiklə maşınını vurmasını görüb qorxduğunu və maşını sürərək oradan uzaqlaşıb bir qədər irəlidə inşaat malları mağazasının yaninda saxalayıb orada gözətçi işıəyən bir nəfər şəxsə başına gələnləri danışarkən (hökmdə Z.İmanovun məhkəmədə verdiyi ifadəsi dəyişdirilərək piyada olan mülki geyimli şəxslərin onun arxasınca gəlmələrini görməsi və onların onun arxasınca gəlib onu inşaat malları mağazasının içərisindən tutmalarını deməsi yazılmışdır. Əgər belə isə Z.İmanov piyada olan mülki şəxslərin - polislərin onun maşınının arxasınca gəlmələrini necə görə bilərdi? Bundan başqa, mülki geyimli şəxslər Zaurun maşınının arxasınca təxminən bir kilometr aralıda olan inşaat malları mağazasına getmişlərsə, onda Ramilgilin yanında kim qalmış və onları iki kisə narkotikkə birlikdə pois şöbəsinə kim aparmışdır? müdafiəçi.) mülki geyimli şəxslərin ora gələrək onu və gözətçini tutub apararkən, gözətçi onlara mağazanın gözətçisi olduğunu, onu tanımadığını dedikdən sonra gözətçini buraxdıqlarını, onu Fizuli RPŞ-yə gətirib ikinci mərtəbəyə qaldırdıqdan sonra Müzəffər və Raminin də tutularaq ora ğətirilməsini gördüyünü, onların ayrı-ayrı otaqlarda ucadan qışqırdıqlarını eşıtdiyini, conra isə hər üçünün təhqiqatçı Nəcəf Aydınoğlunun kabinetinə aparıldığını və təhqiqatçı Nəcəfin bir bükümdə olan narkotik maddəni isə çəkilişdən qabaq əməliyyatçıların və onunla saxlanılan Ramil və Müzəffərin yanında şəxsən cibinə qoyduğunu, içərisində narkotik vasitə olan iki ədəd kisəni isə Fizuli RPŞ-də sənədləşmə zamanı gördüyünü bildirmişdir. Zaur İmanovun təqsirsizliyini sübut edən bu qədər mötəbər sübutun olmasına baxmayaraq, məhkəmə hökmdə onların heç birinə qiymət verməmiş, əksinə “Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq “hər hansı bir narkotik vasitə və qanunsuz maddələr əldə etməmişlər, polis əməkdaşları onlara təyziq göstərərək onları narkotik maddələrlə şərləyib etirafedici ifadələr verməyə məcbur etmişlər” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. İbtidai istintaq zamanı verdiyi ifadələr isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri sübut növü kimi qəbul edir”(bax: hökm,vər.10-11) yazılmışdır. Məhkəmənin bu qiymətinə “Artıq bu sözün bitdiyi yerdir” deməkdən başqa çarə qalmır. Bu qədər da ağ yalan olmaz. Hesab edirəm ki, məhkəmə tərkibi barədə, X18 təqsirsiz olmasının sübuta yetirilməsinə baxmayaraq, bilə-bilə onu təqsirli bilib barəsində ağır ittihamedici hökm çıxardığına görə xüsusi qərərdad çıxarmalıdır. Hökmdə məhkəmədə yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə yazılı iltizama imza etmiş şahid X6 ifadəsi də əsassız və qanunsuz olaraq sübut kimi qəbul edilməmişdir. Hökmdə göstərilir: "Məhkəmə baxışında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə muhafizəçi işlədiyi tikinti materialları mağazasında olmuş, sonradan adının Zaur olduğunu bildiyi (Zaur İmanov) şəxs ona yaxınlaşmış və iki nəfər şəxsin onun arxasıyca gəldiyini, silahlı olduqlarını bildirmiş, bu zaman mağazaya iki mülki geyimli şəxs daxil olmuş və polis olduqlarını bildirərək onu və Zaur adlı şəxsi tutub aparmaq istədilər, bir az yol getdikdən sonra onu buraxdılar, Zauru isə aparmışdırlar. Həmçinin şahid X6 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatları tədiq etmişdir. Belə ki, Natiq İsmayılov məhkəmə baxışı zamanı ifadəsində “06 yanvar 2022-ci il tarixdə muhafizəçi işlədiyi tikinti materialları mağazasında olduğunu, Zaur İmanovun mağazaya gəldiyini, sonra mağazaya iki mülki geyimli şəxs daxil olmuş və polis olduqlarını bildirərək Zauru özləri ilə aparmışlar” göstərdiyi xüsusata məhkəmə qiymət verərək hesab edir ki, qeyd olunan xüsusat işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə Natiq İsmayılovun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərilən xüsusatlar təqsirləndirilən şəxs Zaur İmanovun müdafiə məqsədini daşıdığından sübut kimi qəbul Məhkəmə hökmdə Zaur İmanovla tanışlığı belə olmayan şahidin ifadəsini hansı sübuta əsaslanaraq “işin faktiki hallarına və iş materiallarına uyğun olmaması, təqsirləndirilən şəxs Zaur İmanovun müdafiə məqsədini daşıdığı” nəticəsinə gəlməsi qətiyyən aydın deyil. Halbuki şahidin ifadəsi ilə təqsirləndirilən şəxs Zaur İmanovun istintaq zamanı və məhkəmədə verdiyi ifadəsi ilə tam üst-üsə düşdüyü üçün Zaur İmanovun təqsirsizliyini təsdiq edən ən mötəbər sübutlardan biri kimi qəbul edilməli idi. O da əlavə edilməlidir ki, ittihamçı ittiham nitqində Z.İmanova AR CM-nin 206.3.2 maddəsi ilə olan ittihamdan imtina etsə də, digər ittihamların da sübuta yetirilməsinə baxmayaraq, tam əsassız olaraq, onu Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona ağır cəza təyin edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə həm də nəzərə almamışdır ki, təqsirləndirilən şəxslərin saxlanmaları, onların Füzuli RPŞ-yə gətirilmələri və üzərlərində axtarış aparılmaları zamanı AR CPM-nin və “Əməliyyat və axtarış fəaliyyəti haqqında” Qanunun tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, işin materiallarında Z.İmanov və digərlərinin məhz hadisə yerində qarşılarında iki kisə nakotik vasitə olmaqla saxlanmalarını təsdiq edən heç bir sübut (foto şəkil, videoçəkiliş, protokol, hadisəni görən şahid və sair) yoxdur. Z.İmanov 06 yanvar 2022-ci il tarixdə saat 20.00-da tutulmasına baxmayaraq tutulduğu yerdə onun üzərində və avtomaşınında axtarış aparılmamış, oradan dərhal Füzuli RPŞ-yə gətirilməsinə baxmayaraq saxlanıldıqdan 3 saat 40 dəqiqə sonra - saat 23.40-da üzərində və avtomaşınında axtarış aparılmışdır ki, bu da həmin uzun müddət ərzində onun üzərinə yuxarıda qeyd etdiyim şəraitdə təhqiqatçı trəfindən narkotik vasitənin qoyulması ehtimalını daha inandıricı edir. Bundan başqa, əməliyyatda iştirak etmiş polis əməkdaşları həm istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrində iki kisə narkotik vasitəni Zaurun avtomaşının yük yerində olmasını və avtomaşını Füzuli RPŞ-yə gətirəndən sonra qorunmasını təmin etmək məqsədi ilə RPŞ-nin binasına aparmasını bildirmişlər. Belə olan halda əgər doğrudan da içərisində narkotik vasitə olan iki ədəd kisə Zaurun avtomaşınının yük yerində idisə, onda nə üçün RPŞ-nin həyətində avtomaşına baxış keçirib narkotik vasitələr olan kisəlırin oradan götürülməsini videoya çəkib protokollaşdırmırdılar? Sonradan Z.İmanovun idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin heç bir kənar əşya aşkar edilməmişdir Bütün yuxarıda qeyd edilənlər müdafiəçisi olduğum təqsirləndirilən şəxs X22 qarşı irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu sübuta yetirməklə yanaşı Zaur İmanovun müdafiə hüququnun təhqiqat və ibtidai istintaq orqanının əməkdaşları tərəfindən kobud surətdə pozulduğunu və sübutların prosessual tələblərə zidd olaraq, yəni Zaur İmanova işgəncə verilməklə, hədə-qorxu gəlməklə və onun müdafiə hüququ məhdudlaşdırılmaqla əldə edildiyini tam şəkildə sübuta yetirir. Ona görə də həmin sübutlar qanunsuz yolla əldə edildiyi üçün mötəbər hesab edilib hökmün əsasına qoyula bilməzdi. Müdafiə etdiyim şəxsin barəsində, ona verilən ittihamlar sübuta yetirilmədiyinə görə hökm ləğv edilməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkum olunmuş şəxs X27 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilib, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış hökm ədalətsiz, ağır və həqiqətə uyğun deyildir. O, taksi sürücüsüdür. Sifarişlə istənilən ünvana gedir. Cinayət işində adı şəkilən şəxslərin sifarişi ilə deyilən ünvan getmişdir. Narkotik vasitələrinin satışı və qaçaqmalçılığı ilə heç vaxt məşğul olmamışdır. Videoçəkiliş zamanı üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar və əzbərlətdikəri sözləri deməyi ona məcbur etmişlər. Cinayət işində olan izahatlar ona fiziki, psixi işgəncə verərək imzalatmışdlar. O, hazırkı cinayət işi üzrə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 əməlinin düzgün olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, X16 əməlinin isə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif olunduğunu, buna görə də onlara bəraət verilməsi üçün əsasların olmadığını, onlar tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 oğlu apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə baxışı iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisinin çıxışı ilə razi olub, apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Zaur İmanovun müdafiəçisi Müdafiəçi7 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Zaur İmanov barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə baxışı iclasına qoşulan məhkum edilmiş şəxs X27 müdafiəçisinin çıxışı ilə razi olub, özü və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərində, həmçinin onların apellyasiya məhkəmə baxışında çıxışlarında məhkum edilmiş şəxslər Zaur İmanov və Təqsirləndirilən şəxs2 bəraət verilməsinə dair məsələlər mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və X16 törətmiş olduqları əməllərin hüquqi tövsifinə, eləcə də Təqsirləndirilən şəxs2 və X22 bəraət verilməsi üçün əsasların olub-olmamasına, daha sonra isə onlara təyin olunmuş cəzalara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb, məhkum olunmuş şəxslər, onların müdafiəçilərinin və dövlət ittihamçısının çıxışlarını, məhkum olunmuş şəxslərin ifadələrini dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi6, məhkum edilmiş şəxs Z.İmanov və müdafiəçisi V.Xasıyev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(099)-18/2023 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəlində tanışı və həmkəndlisi Ramil özünə it almaq üçün Fizuli rayonuna gedmək istədiyini, onun itlərdən yaxşı anlayışı olduğu üçün bu məsələ barədə ona kömək etməyini bildirmiş, o, da bekar olduğum üçün onunla razılaşmışdır, 06 yanvar 2022-ci il tarixdə Ramil ona zəng edərək Fizuliyə getmələrini və bir maşın tapmağı bidlirmişdir. O, da həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. Onlar Zaurun maşını ilə yola düşmüş, Ramil arxa oturacaqda, o, isə ön oturacaqda oturmuşdur. Yol boyu söhbət etmişlər, “seyidin qəbri” deyilən yerə çatdıqları zaman Ramin Zaura saxlamasını demiş, fermaya gedib iti alacaqları şəxsin orada olubolmamalarını baxacağını, sonra zəng edəndə onun da oraya gedəcəyini demişdir. Ramin təxminən onlardan 100-150 metr aralanmış, o Zaura maşını döndərib geriyə istiqamətində saxlamasını demişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Ramindən zəng gəlmədiyini görüb maşından düşərək onun getdiyi istiqamətdə hərəkət etməyə başlamışdır. Bir az getmiş ki, mülki geyimli şəxslər ona yaxınlaşmış, polis olduqlarını bidlirmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu tutmuş, sonra Ramili də saxladıqlarını görmüşdür. Zaur mülki geyimli şəxslərin onu saxladıqlarını görmüş və maşını sürərək oradan uzaqlaşmış, bir neçə polis əməkdaşı onun arxasıyca getmişlər. Sonra Ramillə onu Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər, yolda olan zaman o Ramildən polislərin onları niyə saxladıqlarını soruşduqda Ramil, ona onluq heç nə olmadığını, narahat olmamağını bildirmişdir. Zaurdan xəbəri olmamamış, polis şöbəsinə gəldikdən sonra Zaurun da gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boynlarına götürmələrini bildirmişlər, Zaur və o heç bir şeydən xəbərlərinin olmadığını bildirmişlər. Ramil isə yalnız iki siqaret qutusu marixana əldə etmək üçün İranlı ilə danışdığını, lakin həmin narkotik vasitəni də götürmədiyini bildirdikdə polislər onlara təzyiq edərək kisədə olan narkotik vasitələrin onlara məxsus olması barədə yalan ifadə verməyə məcbur etmişlər, həmçinin üzərilərinə narkotik vasitə də yerləşdirmişlər, məcbur qalaraq etirafedici ifadə vermişdir. İki dəfə videoçəkiliş olmuş, birinci çəkilişdə onlar etiraz etdikləri üçün, torbaların, üzərilərinə qoyulan narkotik vasitələrin onlara məxsus olmadığını bildirdikləri üçün çəkilişi saxlamışlar, döymüşlər, işgəncələr etmişlər, sonra ikinci çəkiliş başlamışdır. Nə üzərimdə olan narkotik vasitə, nə də torbalarda olan narkotik vasitələr ona məxsus deyildir. Təyziqlərə məruz qaldığı üçün etiraf edici ifadələr vermişdir. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Apellyasiya məhkəmə baxışında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəmsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X27 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə tanışı Müzəffər ona zəng edərək Ramil adlı tanışı ilə Fizuliyə getməli olduğunu və onları oraya aparmağını xahiş etmiş, 20 manat müqabilində onları Beyləqandan Füzuliyə aparmaq razılığıa gəlmişdir. Yola düşən zaman Ramil arxa oturacaqda, Müzəffər isə ön oturacaqda oturmuşdur. Yol boyu söhbət etmişlər, “seyidin qəbri” deyilən yerə çatdıqları zaman Ramin ona maşını saxlamağı, gedib fermaya baxacağını, it alacağı şəxslərin orada olubolmamasını baxacağını, sonra zəng edən zaman Müzəffər də oraya gedəcəyini demişdir. Ramin təxminən bizdən 100-150 metr aralanmış, Müzəffər ona maşını döndərib geriyə istiqamətində saxlamağını demişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Müzəffər Ramindən zəng gəlmədiyini görüb maşından düşərək onun getdiyi istiqamətdə hərəkət etməyə başlamış, bir az getmiş, mülki geyimli şəxslər Müzəffərə yaxınlaşdığını görmüşdür. O, qorxmağa başlamış, mülki geyimli, əlində silah olan şəxslər avtomobilə doğru gələn zaman özünü itirmiş, onların kim olduğunu bilmədiyi üçün maşını sürərək oradan uzaqlaşmağa başlamış, arxası ilə həmin şəxslərin gəldiyini görmüş, tikinti materialları satılan mağazanı görüb maşını saxlamış içəri keçmişdir ki, kimsə ona kömək etsin, orada tanımadığı bir şəxs ona yaxınlaşmış, başılarına gələnləri ona danışdı zaman arxasıca gələn mülki geyimli şəxslər gələrək həm onu, həm mağazada işləyən şəxsi tutmuş, polis olduqlarını bildirmişlər, bir az yol gəldikdən sonra mağazada işləyən şəxsi buraxmışlar, onu isə polis şöbəsinə gətirmişlər, polis şöbəsinə gəldikdən sonra Ramil və Müzəffərin də gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boyunlarına götürmələrini bildirmişlər, Müzəffər və o heç bir şeydən xəbərlərinin olmadığını bildirmişlər. Ramil isə yalnız iki siqaret qutusu marixana əldə etmək üçün İranlı ilə danışdığını, lakin həmin narkotik vasitəni də götürmədiyini bildirdikdə polislər onlara təzyiq edərək kisədə olan narkotik vasitələrin onlara məxsus olmaması barədə yalan ifadə verməyə məcbur etmişlər, həmçinin üzərilərin narkotik vasitə də yerləşdirmişlər, məcbur qalaraq etirafedici ifadə vermişdirlər. İki dəfə videoçəkiliş olmuş, birinci çəkilişdə onlar etiraz etdikləri üçün, torbaların, üzərilərinə qoyulan narkotik vasitələrin onlara məxsus olmadığını bildirdikləri üçün çəkilişi saxlamış, onları döymüş, işgəncələr etmiş, sonra ikinci çəkiliş başlamış, onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra üzərilərinə müdafiəçilərinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən özünə məxsus bir ədəd, “Redmi” markalı mobil telefon və 10 AZN pul, əynindəki həmin gödəkçənin sağ yan cibindən bir ədəd üzük aşkar olunmuşdur. Sonra üzərindən aşkar olunan heroin elektron tərəzidə çəkildi. Daha sonra Sonra torbalara baxış keçirilmiş, baxış zamanı torbanın içərsindnə bükümlərdə narkotik vasitələr və dərman həbləri aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılaraq imzalandı və götürüldü. Onun bü iş üzrə heç bir günahı yoxdur, o taksiçi işləyir, yalnız Müzəffər və Ramili Fizuliyə aparmaq barədə razılığı olub, narkotik vasitə götürüləcəyindən məlumatı olmamışdır. Nə üzərində olan narkotik vasitə, nə də torbalarda olan narkotik vasitələr ona məxsus olmamışdır. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəmə baxışında X27 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə kolegiyası X27 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrin məhkəməyədək istintaq zamanı dindirilmiş digər şəxslərin, o cümlədən şahidlərin ifadələri, eləcə də tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Zaur İmanov və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələri işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində onların əslində it almağa getmələri barədə məlumatı olması, Zaur İmanovun isə həmin narkotik vasitə və psixotrop maddələrdən ümumiyyətlə məlumatsız olmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi daşıdığından sübut növü kimi qəbul etmir. Məhkəmə kolegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, X16 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə törətdikləri cinayət əməlləri cinayət işinin materiallarında olan aşağıdakı sübutlarla tam təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Zaur İmanov və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar keçməyə kömək etməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirlmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri, həmçinin güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşınmasına yəni CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsinin, Zaur İmanovun isə qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri, həmçinin güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşınmasına yəni CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətmələrinin nə ibtidai istintaq, nə də məhkəmə istintaqında hər hansı bir mötəbər sübutla təsdiq olunmaması və həmin maddələrlə onlar bəraət verilməli olmasına dair dəlillərini aşağıda qeyd olunanlara görə əsassız sayır. İş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Zaur İmanovun birinci instansiya məhkəmə istintaqında verdiyi ifadəsinin iş üzrə aşkar edilmiş narkotik vasitəyə aidiyyətlərinin olmaması, Təqsirləndirilən şəxs1 onu Füzuli rayonuna taksi sürücü işlədiyi üçün apardığını, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsinin Füzuli rayonuna it almaq məqsədi ilə getmələrinə dair hissələri Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəmə baxışı iclasında verdiyi ifadəsi, həmçinin Təqsirləndirilən şəxs1, Zaur İmanov və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələrlə tam təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Messenger” sosial şəbəkəsində təsadüfən bir nəfər “Elmar” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxslə bir müddət söhbət etdikdən sonra sonuncuya narkotik vasitə olan marixuana istifadə etdiyini bildirmişdir. Bundan sonra biz həmin şəxslə daha tez-tez danışmağa başlamış, “Whatsapp” sosial şəbəkəsində də əlaqə saxlamışlar. Növbəti danışıqların birində həmin şəxs ona lazım olsa narkotik vasitə təşkil edə biləcəyini bildirmiş, o da ondan öz istifadəsi üçün marixuana istəmiş, o da razı olmuş, qarşılığında “təmiz araq” istəmişdir. Danışıqları belə olmuşdur ki, “Elmar” İrandan iki siqaret qutusunda marixuana göndərəcək və Füzuli rayonu ərazisində yolun kənarında gizlətdirəcək, dəqiq yerini isə ona malın göndərildiyi tarixdə həmin malı götürən zaman deyəcəkdir. O, də ona “meyvə arağı” aparacaqdır. Həmçinin o özünə it almaq istəmiş, fikirləşdir ki, Fizulidə it də alar, həmkəndlisi Müzəffərin itlərdən yaxşı anlayışı olduğu üçün bu məsələ barədə Müzəffərə demiş, lakin narkotik vasitə götürəcəyi barədə Müzəffərə heç nə deməmişdir. 06 yanvar 2022-ci il tarixdə o, Beyləqan rayonunda olan zaman “Elmar” onunla əlaqəyə girərək bildirmişdir ki, İrandan göndərdiyi narkotik maddələr Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisində gizlədilib və tez bir zamanda ora getmək lazımdır. O, Müzəffərə bir maşın tapmasını Beyləqandan Füzuliyə getmək lazım olduğunu demişdir. Müzəffər də həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. Onlar Zaurun maşını ilə yola düşmüş, o arxa oturacaqda, Müzəffər isə ön oturacaqda oturmuşdur. Yol boyu onlar kənar mövzulardan söhbət etmişlər, o arada internet vasitəsilə “Elmarla” əlaqə saxlamış və narkotiklərin gizlədildiyi yeri dəqiqləşdirmişdir. Lazım olan yerə çatanda o, Zaura maşını saxlamasını demiş, o, onlara zəng edəndə gəlsinlər və özü arağı da götürüb maşından düşmüş “Elmarın” dediyi kimi, yolun kənarında yerləşən “seyid ocağı”-nın arxa tərəfinə keçib orada yerləşən sanitar qovşağına tərəf getmişdir. “Elmar” narkotik maddələri orada gizlədiməsini demişdir. O, maşından düşəndə isə Müzəffər Zaura maşını döndərib geriyə istiqamətində saxlamasını demişdir. O, avtomobildən təxminən 100-150 metr aralanmış, sanitar qovşağına getmiş, arağı çıxarıb ora qoymuş, lakin orada narkotik vasitə tapmamış, səs eşitmiş, o çölə çıxan kimi mülki geyimli şəxslər yaxınlaşaraq onu tutmuşlar, sonra Müzəffəri də saxladıqlarını görmüşdür. Onları Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər, Zaurdan xəbəri olmamışdır. Polis şöbəsinə gəldikdən sonra Zaurun də gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boyunlarına götürmələrini bildirmişlər. Zaur və Müzəffərin heç bir şeydən xəbərlərinin olmadığını, onun isə yalnız iki siqaret qutusu marixana əldə etmək üçün İranlı ilə danışdığını, lakin həmin narkotik vasitəni də götürmədiyini bildirdikdə polis əməkdaşları onlara təzyiq edərək kisədə olan narkotik vasitələrin onlara məxsus olması barədə yalan ifadə verməyə məcbur etmişlər, həmçinin üzərlərinə narkotik vasitə də yerləşdirib, məcbur qalaraq etirafedici ifadə vermişdirlər. İki dəfə videoçəkiliş olmuş, birinci çəkilişdə o etiraz etdiyi üçün, torbaların, üzərinə qoyulan narkotik vasitələrin onlara məxsus olmadığını bildirdiyi üçün çəkilişi saxlamışlar, döymüşlər, işgəncələr etmişlər, sonra ikinci çəkiliş başlamışdır. Şəxsi axtarış zamanı üzərinə polislərin qoyduğu narkotik vasitə heroini təqdim etmişdir. Sonra torbalara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, torbanın içərisində bükümlədə narkotik vasitə və dərman həbləri aşkar olunmuşdur. Onun heç bir günahı yoxdur, o, yalnız iki siqaret qutusunda marixuana əldə etməklə bağlı Elmarla razılığa gəlmiş, bu barədə nə Zaura, nə Müzəffərə heç nə deməmiş, lakin həmin narkotik vasitəni tapmamış, torbaların içərisində olan narkotik avsitələr onlra məxsus olmamış, həmin maddələri ilk dəfə polis şöbəsində görmüşdür. Güunahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Apellyasiya məhkəmə baxışında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəmsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadəsindən görünür ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəsindən fərqli ifadə verərək bildirmişdir ki, “Elmar” adlı iranlı ona pul müqabilində İrandan göndərdiyi narkotik malları gizlədilmiş yerlərdən götürüb çatdırılası olan adamlara verməyi təklif etmişdir. Razılığa əsasən “Elmar” İrandan narkotik maddələri göndərəcək və Füzuli rayonu ərazisində yolun kənarında gizlətdirəcək. Dəqiq yerini isə ona malın göndərildiyi tarixdə həmin malı götürən zaman deyəcəkmiş. O, da həmin malları götürüb “Elmarın” dediyi tanımadığı bir nəfər şəxsə verməli imiş. “Elmar” da bunun müqabilində ona 3500 manat pul verəcəkdir. Həmin pulu da o, malı təhvil verdiyi adamdan götürəcəkdir. O, həmin məsələ barədə tanışı və həmkəndlisi olan Müzəffərə demişdir. Müzəffərə bildirmişdir ki, əgər bu işdə ona köməklik etsə ona söz verilən pulun təxminən yarı hissəsini (2000 manata yaxın pulu) Müzəffərə verəcək. Müzəffər də onunla razılaşmışdır. Beləliklə də, tutulduqları gün, yəni 06 yanvar 2022-ci il tarixdə o, Beyləqan rayonunda olan zaman “Elmar” onunla əlaqəyə girərək bildirmişdir ki, İrandan göndərdiyi narkotik maddələr Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisində gizlədilib və ona demişdir ki, tez bir zamanda ora getmək lazımdır. O da bu barədə Müzəffərə məlumat vermişdir. Müzəffərə demişdir ki, bir maşın tapsın, belə ki, Beyləqandan Füzuliyə getmək lazımdır. Müzəffər də həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. O, maşından düşəndə isə Müzəffər Zaura demişdir ki, maşını döndərib geriyə istiqamətində saxlasın və Zaur nədənsə şübhələndiyi üçün Müzəffər ona onların ora gəlmələrinin əsl səbəbini demişdir. Bu vaxt Zaur onlara kömək edəcəyi təqdirdə özü üçün narkotik vasitə götürəcəyini demiş, onlar da Zaura etiraz etməmişlər. Beləliklə, o, “Elmar”-ın yolladığı iki ədəd kisəni tapmış və maşının yanına gətirmişdir. Həmin zaman kisələrin birindən hərəsi özü üçün bir qədər narkotik vasitə olan heroin götürmüşdür. Bu vaxt onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Zauru və Müzəffəri, o cümlədən də Zaurun idarə etdiyi avtomobili və qeyd etdiyi yerdən götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona bir müddət əvvəl bildirmişdir ki, internetdə bir nəfər “Elmar” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs Ramilə təklif etmişdir ki, pul müqabilində İrandan göndərdiyi narkotik maddələri gizlədilmiş yerlərdən götürüb konkret deyəcəyi adamlara vermək lazımdır. Bunun əvəzində isə yaxşı pul verəcək. Ramilin deməsinə görə “Elmar” İrandan narkotik maddələri göndərib Füzuli rayonu ərazisində yolun kənarında gizlətdirəcəkmiş. Dəqiq yerini isə Ramilə malın göndərildiyi tarixdə həmin malı götürən zaman deyəcəkmiş. Ramil də həmin malları onunla birlikdə götürüb “Elmar”-ın dediyi tanımadıqları şəxsə verməli imiş. “Elmar” da bunun müqabilində 3500 manat pul verməli imiş. Ramil demişdir ki, kömək etsə həmin pulun yarısını, təxminən 2000 manata yaxın olan hissəsini ona verəcək. Həmin pulu da malı təhvil verdikləri adam onlara verməli imiş. Beləliklə də, 06 yanvar 2022-ci il tarixdə o, Beyləqan rayonunda olan zaman Ramil ona zəng edərək “Elmar”-ın sonuncu ilə əlaqəyə girdiyini və İrandan göndərdiyi narkotik maddələri Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisində gizlədildiyini, ona görə də tez bir zamanda oraya getmək lazım olduğunu bildirmişdir. Ramil ona demişdir ki, taksi kimi bir yol maşını tapsın ki, Beyləqandan Füzuliyə getsinlər. O da öz növbəsində həmin vaxt özünün maşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb nəticədə Ramillə onu 20 manat müqabilində Beyləqandan Füzuliyə aparacağına razılaşmışdır. Onlar Zaurun maşını ilə yola düşmüşlər, o, Zaurun yanında ön oturacaqda oturmuş, Ramil isə arxada əyləşmişdir. İlk əvvəl onlar Zaura Füzuliyə getməklərinin səbəbini deməmişlər. Lazım olan yerə çatanda Ramil Zaura maşını saxlamasını demiş və maşından düşməyərək həmin yerə bir dəfə də dairə etməsini istəmişdir. Bu vaxt Zaur nədənsə şübhələnmiş və başa düşmüşdür ki, onlar özləri də qorxaraq həmin yerə gəlmişlər və etdikləri əməl qanunsuzdur. Həmin vaxt Ramil maşından düşüb “Elmar”-ın ona dediyi yerdə, yolun kənarında yerləşən “seyid ocağı”-nın arxa tərəfinə keçərək orada gizlədilmiş yerdən iki ədəd torbada olan narotik maddələri götürüb maşına tərəf gəlmişdir. Zaura həmin vaxt məsələ barədə aydınlıq gətirmişlər və onunla Ramil hərəsi özü üçün bir büküm narkotik vasitə olan heroin götürmüşlər. Bu vaxt Zaur da etiraz etməyərək özü üçün həmin maddədən bir qədər götürüb onlara kömək edəcəyini bildirmişdir. Beləliklə, onlar “Elmar”-ın yolladığı iki ədəd kisə ilə Zaurun maşınının yanında dayanan zaman onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Ramilin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Zauru və Ramili, o cümlədən də Zaurun idarə etdiyi avtomobili və qeyd etdiyi yerdən Ramilin götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. X26 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, Müzəffəri uzun müddətdir ki, tanıyır, Müzəffərlə eyni məktəbdə oxumuşlar. Özü bağban kimi fərdi qaydada işləyir və ailəsini dolandırmaq üçün arada-bir idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Beyləqandan yaxın rayonlara taksi kimi müştəriləri aparmaqla məşğul olur. 06 yanvar 2022-ci il tarixdə Müzəffər onunla əlaqə saxlayıb bildirmişdir ki, sonuncu ilə bir nəfər adını eşitdiyi və qiyabi olaraq tanıdığı Ramil adlı tanışını Füzuli rayonuna aparmaq lazımdır. Deməsinə görə onlar Füzuli rayonunda bir nəfərin satdığı iti almağa gedirmişlər. O, Müzəffərdən bunun üçün 20 manat pul istəmiş və onlar razılaşandan sonra həmin dediyi Ramil adlı şəxsi də götürüb üçü Füzuli rayonuna yola düşmüşlər. Müzəffər onun yanında əyləşmiş, Ramil isə arxada oturub telefonda onların hazırda olduqları yerin koordinatlarını izləyirmiş və ona şifahi olaraq getdikləri yerin istiqamətini deyirmiş. Füzuli rayonunun Böyük Bəhmənli kəndinin ərazisindən keçən yolun kənarında Ramil ona maşını saxlamasını bildirmişdir. Bundan bir qədər sonra bir daha həmin yerə maşınla dövr vurmasını istəmişdir. O da Ramilin dediyi kimi etmişdir. Ramil özünü şübhəli aparırmış. O, hiss etmişdir ki, Müzəffərlə Ramil ona yalan olaraq həmin yerə gəlmələrini səbəbini demişlər. Bu vaxt Ramillə Müzəffər ona həmin yerə məhz narkotik vasitə götürmək üçün gəldiklərini demişlər və o, onlara etiraz etməmiş və onlarla razılaşmışdır. Ramil həmin narkotik maddələri yolun kənarında yerləşən “seyid ocağı”-nın arxa tərəfinə keçərək orada gizlədilmiş yerdən iki ədəd torbada olmaqla götürüb maşına tərəf gəlmişdir. Qeyd etmiş ki, həmin vaxt onlar hərəsi bir büküm narkotik vasitə olan heroin götürmüşlər. Bu vaxt onlar həmin iki ədəd kisə ilə onun maşınının yanında dayanan zaman onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Ramilin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Müzəffəri və Ramili, o cümlədən də idarə etdiyi avtomobili və Ramilin götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. Mübahisələndirilən hökmdən görünür ki, məhkəmə sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq, təqsirləndirilən şəxslər X27 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadələrini tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab etmişdir ki, həmin ifadələr obyektiv olmayıb işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmağa yönələn cəhd xarakteri daşıyır. Birinci instansiya məhkəməsi həmçinin iş üzrə obyektiv həqiqəti müəyyən edərkən Təqsirləndirilən şəxs1, Zaur İmanov və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələrin daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edərək, həmin ifadələrin işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş AR Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Füzuli rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. 06 yanvar 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 20:00-də Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisindən keçən, Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında 22- BK-294 nömrə nişanlı VAZ 2106 markalı avtomaşının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzər şəxsi görüb həmin şəxsə və sonuncu ilə birlikdə həmin yerdə dayanan digər iki nəfər şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxslər özlərini onlara təqdim edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X27 olduqlarını bildirmişlər. Həmin şəxslərin qarşısında iki ədəd narıncı rəngli kisə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Füzuli rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və beləliklə də həmin üç nəfər şəxs Füzuli Rayon Polis Şöbəsinə dəvət olunmuş, onlara müdafiəçi təyin olunmuş və üzərilərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra saxlanılmış şəxslərin paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra X27 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Saxlanılan şəxslərin hər birinin üzərilərindən mobil telefonlar da aşkar olunaraq götürülmüşdür. Bundan başqa, adları çəkilən şəxslər saxlanılan zaman qarşılarında olan iki ədəd narıncı rəngli polietilen torbalara baxış keçirilən zaman ümumilikdə otuz bir ədəd bükümlərin içində qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər maddə, on üç ədəd bükümlərdə tünd rəngli, spesifik iyli, narkotik vasitə tiryəkə bənzər kütlə, iki ədəd bükümlərdə yaşıl rəngli qurudulmuş ota bənzər spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və ümumilikdə 1480 ədəd pregabalin həbləri aşkar olunmuşdur. Aşkar edilmiş bütün maddələr elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılaraq imzalanıb götürülmüşdür. Qeyd edilən maddələr barədə Təqsirləndirilən şəxs1 sorğu edilən zaman bildirmişdir ki, üzərindən və narıncı rəngli iki ədəd torbalardan aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Elmar” adlı şəxsin tapşırığı ilə Müzəffərlə birlikdə Füzuli rayonu ərazisində gizlədilən yerdən əldə etmiş, həmin narkotik maddələri “Elmar” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində 3500 AZN pul alacaqmış, həmin pulun bir qismini ona köməklik etdiyi üçün Müzəffərə verəcəkmiş, “VAZ 2106” markalı avtomobilin sürücüsü olan Zaurun Müzəffərin tanışı olduğunu, narkotik maddəni əldə etdikləri əraziyə gələn zaman Zaurun həmin yerdən narkotik maddə götürüb lazımı yerə çatdırmalı olduqlarını bildiyini, lakin buna etiraz etmədiyini və sonradan onlarla razılaşdığını, həmin torbaların içindən hər üçünün özləri üçün bir bükümdə heroin götürdüklərini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ilə X31 Həsənovun dediklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş AR Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Cəmiyət oğlu oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, iş materiallarında olan: Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/71 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Zaur İmanov, Müzəffər Rüstəmov ..(imzalar) ” yazısı və imzalar olan narıncı rəngli kisədəki, üzərində “İmanov Zaur” yazısı olan bükümdə təmiz çəkisi 12,343 qram, üzərində “Müzəffər Rüstəmzadı” yazısı olan bükümdə təmiz çəkisi 16,140 qram və üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan bükümdə təmiz çəkisi 20,387 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kompenentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 31 (otuz bir) ədəd bükümdə ümumi təmiz çəkisi 30,549, 1 qram (30 kq 549,1qr) qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kompenentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 13 (on üç) ədə dbükümdə ümumi təmiz çəkisi 9923,5 qram (9kq 923,5 qr) tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; üzərində “Preqabalin 150mq” markalanma göstəricisi olan ümumi 520 ədəd müxtəlif rəngli kapsul, üzərindən “Preqabalin 100 mq” markalanma göstəricisi olan ümumi 120 ədəd kapsul və üzərindən “Preqabalin 75 mq” markalanma göstəricisi olan ümumi 780 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır. Ümumilikdə 1420 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 148,5 qramdır, (üzərindəki göstəricilərinə əsasən kapsullarda 0,15qr, 0,1qr və 0,075qr preqabalin olmaqla); üzərində “Gabapentin” markalanma göstəricisi olan 60 ədəd kapsul qabapentin tərkibli dərman preparatıdır və 60 ədəd kapsulda qabapentin təsiredici maddəsinin ümumi miqdarı 9 qramdır (üzərindəki göstəricilərə əsasən bir kapsulda 0,15 qram qabapentin olmaqla). Tədqiqata təqdim edilmiş heroinlərin ümumi təmiz çəkisi 30597,97 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Qeyd: Kisədə olan heroinin ümumi təmiz çəkisi:30549,1 qr, tədqiqata sərf edildi: ümumi 0,62qr (hər maddədən 0,02 qr), qalıq:30548,48qr, tiryəkin ümumi təmiz çəkisi: 9923,5 qr, tədqiqata sərf edildi: ümumi 0,39 qr (hər maddədən 0,03qr), qalıq: 9923,11 qr. 1420 ədəd preqabalin kap. 30 kap. tədqiqata sərf edildi, qalıq 1390 kap, 60 ədəd qabapentin kap. 6 kap. Tədqiqata sərf edildi, qalıq 54 kap. Z.İmanov: heroinin təmiz çəkisi 12,343 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq: 12,293 qr, Təqsirləndirilən şəxs2: heroinin təmiz çəkisi 16,140 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq: 16,090 qr, Təqsirləndirilən şəxs1: heroinin təmiz çəkisi 20,387 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq: 20, 337 qr. Rəyə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdə aparılmış tədqiqatıqın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 7/13 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada olan dörd ədəd şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 522,2 qram, 342,0 qram, 547,1 qram, 490,7 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd şəffaf sellofan bağlamada təmzi çəkisi 991,9 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuana dörd ədəd şəffaf sellofan bükülülərdə olan marixuanalardan tərkiblərində olan komponentlərin ölçülərinə görə fərqlənirlər. Marixuanaların ümumi çəkisi 2 kq, 893 qramdır. Rəyə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdə aparılmış tədqiqatıqın dəyəri 72 (yetmiş iki) manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1186 nömrəli rəyindən görünür ki, X27 deməsinə görə bir ildir ki, nadir hallarda narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. X17 Kannabinoidlərdən periodik istifadə etmə halları olub, lakin hal- hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1288 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 deməsinə görə 2016-cı ildən psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, həmçinin narkotik vasitə olan marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs1 Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 06 yanvar 2022-ci il tarixli videkoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 06 yanvar 2022-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən, Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında **-BK-*** nömrə nişanlı, VAZ 2106 markalı avtomobilin qarşısında Təqsirləndirilən şəxs2 və X27 ilə birlikdə saxlanılaraq Füzuli RPŞ-nin İnzibati binasına gətirilmiş və üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir bükümdə 20,387 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə 16,140 qram çəkidə narkotik vasitə heroin, Zaur İmanovun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə 12,343 qram çəkidə narkotik vasitə heroin, iki ədəd narıncı rəngli polietilen torbalarda otuz bir ədəd bükümdə ümumilikdə 30549,1 qram çəkidə narkotik vasitə heroin, on üç ədəd bükümdə ümumilikdə 9923,5 qram çəkidə narkotik vasitə tiryək, beş ədəd sellofan bağlamalarda ümumilikdə 2893,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1420 ədəd preqabalin və 60 ədəd qabapentin güclü təsir edən həblər aşkar olunaraq götürülmüşdür. 11 yanvar 2022-ci il tarixli «mobil telefon aparatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X14 müvafiq olaraq götürülmüş 01 ədəd “Samsung J2”, 01 ədəd “Redmi” və 01 ədəd “Samsung A10” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********31 saylı GSM nömrədə adı “Aaaaaa” kimi qeyd olunmuş, o cümlədən də adı “Müzəffər” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində qeyd olunmuş ***-***-**-** saylı GSM nömrəli kontaktlar, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə yuxarıda adı “Aaaaaa” kimi qeyd olunmuş +**********31 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçinin 06 yanvar 2022-ci il tarixdə saat 07:12-də Təqsirləndirilən şəxs1 “...qaqa o da deyir meqabaytı qutarıb..hava işıqlandı..oturub qalıb meşəlikdə, deyir hazırlıqlı olsun obedden sonra görüşək” mətnli yazmış olduğu sms-ə cavab olaraq Təqsirləndirilən şəxs1 “indiyənə kimi belə olmamışdır..mən qayıtdım gəldim rayona güclə, bir təhər...işimi zadımı həll edim, pulumparam rasxod olundu...nətəhər edəcəm bilmirəm...görüm neynirəm...yatmamışam...internet gəldim rayona rahat tutdu uje, orda biraz problem oldu, bu qədər belə gecikmə..nə bilim...” səsli mesaj ötürmüş, buna da cavab olaraq həmin istifadəçi “ay qaqa canıvı yeyərəm..indi olub da...görürsən də gəlib qalıb meşədə...yenə deyir hazır olsun...axşama həll edər...bir dənə sən hazırla maşını zadı, hava toran olan kimi deyəcəm sənə hara get” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs1 da sözügedən istifadəçiyə saat 16:38-də “nə oldueee bu? Sən buna hər şeyi yüklədin niyə yazmadıe mənə? mətnli səsli mesaj yollamış, buna cavab olaraq həmin istifadəçi “qaqa qoy biraz vaxt keçsin özü yazacaq sənə qadan alım...yükləmişəm...özü sənə deyəcək gəl falan yerə” göndərdiyi səsli mesaja “hə yaxşı yaxşı, mənim hardasa 1-2 saatlıq işim var...sən rahat işini gör” mətnli səsli mesaj yollamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin abunəçiyə saat 18:23-də “Alooo” mətnli mesaj yazmış və bundan sonra həmin abunəçi tərəfindən bir neçə buraxılmış zəngin olması, daha sonra isə həmin abunəçi tərəfindən “ay qaqa Füzuliyə nə qədər yolun var? Bir dənə mənə zəng elə tez” səsli mesaj yollaması məlum olmuşdur. Daha sonra saat 19:04-də həmin istifadəçinin Təqsirləndirilən şəxs1 yarım tikilinin yanında olan kolluqa atılmış narıncı rəngli torbaların qaranlıqda çəkilmiş şəklinin üzərində torbaların kolluqda gizlədilmiş yerin işarələnmiş fotogörüntüsünü yollaması və bir neçə dəfə buraxılmış zənglərin olması müəyyən olunmuşdur. Daha sonra baxış zamanı kontaktlar bölməsində adı “Bayram Nar” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs1 arasında olan yazışmadan görünür ki, həmin istifadəçi sonuncuya 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 “20 yə o nədi vermisən...qonağın yanında adamı biyabır etdin” yazmış, Təqsirləndirilən şəxs1 da ona cavab olaraq “Aye mezelenme mene o dediki daşdı hamısı...Tozdu deyil...” yazmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon cihazına yüklənmiş “Messenger” sosial ünsiyyət təbiqində olan danışıq pəncərələrinə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 “QAQA HARA GETDİN SEN CANİN PATİN OLACAQ VARİNDİ” sözlərini yazmışdır. Qeyd olunandan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “KONUL HUMBATOVA” yazısı olan 5103 0714 1261 2166 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartın olması müəyyən edilmişdir. Zaur İmanova məxsus bir ədəd göy rəngli “Samsung A10” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrədə adı “Müzü” kimi qeyd olunmuş kontakt, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Zaur İmanovun istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Zaur İmanovun çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə Təqsirləndirilən şəxs2 ilə dialoq pəncərəsində həmin istifadəçinin 06 yanvar 2022-ci il tarixdə saat 16:53-də Zaur İmanova “Salam...Hardasan...Ayə” mətnli yazmış olduğu sms-ə cavab olaraq Zaur İmanov “Salam...Daşburunda...Hə qaqa” mətnli mesaj ötürmüş, buna da cavab olaraq həmin istifadəçi “Saat 7 de zadda Gedeceyik hec kime hecneyi soz verme” yazmış, Zaur İmanov da ona cavab olaraq “nə yaxşı gedirsən qaqa? Belə pis çıxmasın” sözlərini yazmış, Təqsirləndirilən şəxs2 də ona cavab olaraq “İşim var...Narahatçılıq yoxdur” sözlərini yazmışdır. Qeyd ediləndən əlavə həmin istifadəçinin Zaur İmanova 06 avqust 2021-ci il tarixdə “Gel...Axsam soxarix ikimizde..o gunki kimi deyen yoxdu sene gotrek yene..senol az bir sey qalib..onu bolsem p*** cıxacaq..istirsen gozde axsam cekey” sözlərini yazması, bundan sonra Zaur İmanovun ona içərisində narkotik maddələr olan bükümlər və kustar formada doldurulumuş siqaret dənələri, habelə içərisində qurudulmuş yaşıl ot şəkilində olan kibrit qutuları, sellofan torbalarda zahiri əlamətlərinə görə psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə oxşar maddələrin görüntüsünü yollaması, 22 noyabr 2021-ci il tarixdə X20 Rüstəmzadəyə “Şey var qaqa?” yazması, 22 dekabr 2022-ci il tarixdə sonuncunun Zaur İmanova “Şey tapa bilirəm” sözlərini yazması məlum olmuşdur. Bundan başqa, adı “Tural Mal” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 19 dekabr 2021-ci il tarixdə Zaur İmanova “Qaqa gel 20 manat verim atamin cani agcabediye deyek qayıdaq. Ot da varimdi zirlanaq gedek gelek” yazması, adı “Hadrutttuttt” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 17 iyul 2021-ci il tarixdə Zaur İmanova “Qaqa catiram 15 deq Beyleqana gelim seni goturum temani goturum seni yola salim qapıya gedim” sözlərini yazmasına Zaur İmanov “Qaqa vallah Allaha and olsun əlim girən yer yoxdu şeyə zada inan ki, özüm alıb çəkə bilmirəm (yəni fikirləşmə ki bu gecədi deyə deyir Allah haqqı özüm gö*** başdı tapa bilmirəm) nə qədər adam tutublar burdan ona görə çoxu qorxur, qəh***ər imkan vermir camaat yaşasın” yazması, adı qeyd olunmamış ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 07 avqust 2021-ci il tarixdə Zaur İmanova “Tapa bilersen sey qaqa, indi lazımdı, Anara de gör..ya da nömrəsini ver” sözlərini yazmasına Zaur İmanov “Yox qaqa mənə vermir sən öl..Pk-da işləyirəm onun üçün...belə sene vermez...koda qoyur” yazması, adı “Tatonko” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 01 sentyabr 2021-ci il tarixdə Zaur İmanova “Salam qaqa Zaur sey goturmek olar?” sözlərini yazmasına Zaur İmanov “Nə qədər var? Qaqa sabah deyəcəm gəl” yazması, adı “Zaur Aşıxlı” kimi qeyd olunmuş ***- ***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 27 oktyabr 2021-ci il tarixdə Zaur İmanova “Yetim nə var nə yox patı var?” sözlərini yazması, adı “Vüqar Çöp” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçiyə 03 sentyabr 2021-ci il tarixdə Zaur İmanovun “Sənnən qabaq qoymuşam ürəyim açılıb b**)))” sözlərini yazaraq bir ədəd 100 manatlıq pul əskinazının arasında tütün və yaşıl qurudulmuş ota bənzər maddə kütləsinin qarışığının şəklini çəkərək göndərməsi, 17 sentyabr 2021-ci il tarixdə isə bir ədəd üstü açıq vəziyyətdə olan gümüşü rəngli folqanın içərisində yaşıl rəngli qurudulmuş ota bənzər kütlənin şəklini çəkərək göndərməsi, adı qeyd olunmamış +**********40 saylı İran İslam Respublikasına məxsus GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 10 avqust 2021-ci il tarixdə Zaur İmanova “Salam qardash, Zaur yakhshisan?” sözlərini yazmasına Zaur İmanovun “Salam brat nə var nə yox, telefonu dəyişmişəme qardaşım, başqa mobil telefon almışam, nömrələr yoxdur ona görə yaza bilmirəm” mətni səsli mesaj yollaması, həmin şəxs də cavab olaraq ona “İstədim halını əhvalını soruşam, görüm neynirsən” mətnli səsli mesaj yollaması, Zaur İmanovun da cavab olaraq “Sagol abi, arabanı satdıme..maşını satdım..istəyirəm hərbiyə düzəlim ya da gedim Bakıda işləyim qalmışam belə...” mətnli səsli mesaj yollaması, adı qeyd olunmamış ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 10 iyul 2021-ci il tarixdə Zaur İmanova “Elaqen var uşaqlarla...rayondayambir iki dənə..harda görüşək?” sözlərini yazmasına Zaur İmanovun “Pozgunlarla? qaqa vare Allah haqqı o gün götürdüm balaca qoyullar yəni indidən deyirəm ki brat sonra demə belədi elədi bunların papağın...2 nəfərə peçatdı...2 dənə istəyirsən? yaxşı qoy görüm” yazması, adı “Ayxan Q” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 01 yanvar 2022-ci il tarixdə Zaur İmanova “Biyaq gelmişdim rayona cibimde 20 manat pul var idi dedim gederduy ucmaqa” sözlərini yazması müəyyən edilmişdir. Bundan əlavə mobil telefonun daxili yaddaşında üzərində “Zaur İmanov” yazısı olan 41824957 0084 3542 nömrəli "xxxx" ASC-yə məxsus və üzərində “Zaur İmanov” yazısı olan 5103 0714 5686 7718 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartlarının olması məlum olmuşdur. Təqsirləndirilən şəxs2 məxsus bir ədəd qızılı rəngli “Samsung J2” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzərində 051- ***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də X16 istifadəsində qeyd edilmiş ***-***-**-** saylı GSM nömrədə adı “Zaur 077” kimi qeyd olunmuş və Təqsirləndirilən şəxs1 istifadəsində qeyd edilmiş ***-***-**-** saylı GSM nömrədə adı “Ramil P” kimi qeyd olunmuş kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 bir neçə istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə Zaur İmanovun istifadəsində olan telefon nömrə ilə qeydiyyatdan keçmiş və mobil tətbiqdə adı “Zaur 077” kimi qeyd olunmuş həmsöhbətlə aralarında olan dialoq pəncərəsində Zaur İmanovun istifadəsində olan mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmiş eyni məzmunlu danışığın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “MR.FAKHRADDİN RUSTAMOV” yazısı olan 4169 7413 2859 0193 nömrəli, üzərində yazı qeydi olmayan 4169 7413 0423 3800 nömrəli, üzərində “CAVİD RUSTEMLİ” yazısı olan 5103 0714 3845 9246 nömrəli və üzərində “MR.TURAL ALİZADA” yazısı olan 5404 0852 3899 5882 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartlarının olması müəyyən olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanova müvafiq olaraq məxsus olan həmin iki ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin NH-nə təhvil verilmişdir. 20 aprel 2022-ci il tarixli «bank məlumatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “KONUL HUMBATOVA” yazısı olan 5103 0714 1261 2166 nömrəli "xxxx" ASC-yə məxsus, Zaur İmanovun istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “Zaur İmanov” yazısı olan 5103 0714 5686 7718 nömrəli "xxxx" ASC-yə məxsus, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonun daxili yaddaşında isə üzərində “MR.FAKHRADDİN RUSTAMOV” yazısı olan 4169 7413 2859 0193 nömrəli, üzərində yazı qeydi olmayan 4169 7413 0423 3800 nömrəli, üzərində “CAVİD RUSTEMLİ” yazısı olan 5103 0714 3845 9246 nömrəli və üzərində “MR,TURAL ALİZADA” yazısı olan 5404 0852 3899 5882 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartlarının olması müəyyən olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə olunmaları barədə əsaslı şübhələr olması səbəbindən həmin kartlara dair ələ keçirilmiş müvafiq “bank məlumatlarına baxış keçirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 157000/2- 1870 saylı məktubla müşayiət olunan 01 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 29 vərəqdə təqdim olunuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 5404 08** **** 5882 nömrəli plastik kartın bağlı olduğu hesab X2, 5103 07** **** 9246 nömrəli plastik kartın bağlı olduğu hesab X3, 4169 74** **** 3800 nömrəli plastik kartın bağlı olduğu hesab Təqsirləndirilən şəxs2, 4169 74** **** 0193 nömrəli plastik kartın bağlı olduğu hesab X1, 5103 07** **** 2166 nömrəli plastik kartın bağlı olduğu hesab X5, 5103 07** **** 7718 nömrəli plastik kartın bağlı olduğu hesab isə X16 adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, X2 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 560, 50, 15, 10, 500, 120, 25, 20, 20, 20, 20, 91, 45, 85, 112, 1010, 103, 202, 20, 510, 40, 8, 62, 100, 112, 300, 302, 50, 150, 100, 5, 20, 5, 10, 58, 20, 30, 47, 10, 30, 30, 10, 15, 13, 10, 6, 25, 20, 5, 20, 5, 20, 20, 11, 40, 220, 10, 5, 200, 5, 400, 25, 1000, 1000, 20, 50, 60, 200, 50, 10, 30, 30, 20, 50 manat, bundan əlavə X3 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 107, 385, 20, 19, 207, 131, 19, 73.5, 100, 101, 14, 73.5, 10, 73.5, 6, 80, 220, 100, 100, 73.5, 73.5, 73.5, 100, 200, 20, 13, 40, 20, 73.5, 51, 100, 200, 50, 20, 30, 80, 73.5, 46, 29, 100, 100, 30, 162, 120, 73.5, 25, 5, 3, 80, 12, 80, 30, 10, 100, 110, 5, 23, 88, 252, 100 manat, daha sonra X5 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 394, 100, 20, 394, 10, 7, 15, 394, 773, 400, 200, 361, 130, 100, 250, 496, 21, 11, 300, 190, 472, 20, 355, 300, 30, 5, 50, 41, 10, 20, 5, 5, 10, 10, 202, 20, 50, 415 manat, bundan başqa, X1 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 35, 220, 100, 210, 113, 15, 82, 280, 150, 34, 271, 15, 80, 200, 101, 20, 520, 240 manat, Təqsirləndirilən şəxs2 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 1, 3, 1, 21, 200, 30, 20, 20, 51 manat, X16 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hesaba nəğdsiz mədaxil yolu ilə hər müvafiq ayın 2-də cəmi üç dəfə olmaqla 236.25, 236.25 və 236.25 manat məbləğində pul köçürülmüşdür Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Zaur İmanov və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrə aidiyyətlarinin olmaması barədə ifadələrində göstərdikləri dəlillərə tənqidi yanaşaraq həmin xususatları özlərini müdafiə xarakterli ifadələr kimi qiymətləndirməsini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Zaur İmanova CMin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Müdafiəçi6 apellyasiya şikayətində ittiham tərəfindən Təqsirləndirilən şəxs2 “Elmar” adlı şəxsə “wotsapp” vasitəsi ilə səsli mesaj göndərilməsi barədə ibtidai istintaq orqanın tərtib etdiyi müvafiq protokola sübut kimi istinad edilməsini, lakin həmin səs yazısının mövcud olmamasını qeyd etsə də, mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 və Zaur İmanovun barəsində ittiham hökmü çıxaran zaman həmin protokola istinad etməmiş, sübut kimi qəbul etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 əməli CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Zaur İmanovun əməli isə CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Zaur İmanova CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxslərə cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının:
27. Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Zaur İmanov və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, X16 yaşayış yerindən müsbət xarakterizə olmasını və ilk məhkumluğunun olmasını cəzasını yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olmasını və yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, X22 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə X22 qəti cəza 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CMin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Zaur İmanov və Təqsirləndirilən şəxs2 cəza təyin olunarkən onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, təyin olunmuş cəzanın onların islah olunması və ailələrinin həyat şəraitinə təsiri, habelə cinayətin predmeti olan narkotik vasitələrin külli miqdarda və müxtəlif növlərdə olması və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Zaur İmanova CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxslərə Zaur İmanova təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü isə həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və CPM-in 397 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-18/2023 №-li, 29 noyabr 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi6, məhkum edilmiş şəxs X27 və müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-18/2023 №-li, 29 noyabr 2023-cü il tarixli hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev