Məhkəmə qərarları › İş №1(106)-228/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-228/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-228/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X7 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 1(032)-131/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 1(032)-131/2023 nömrəli hökmü (hakim: Məmmədova Səidə Hüseynağa qızının sədrliyi) ilə 17 sentaybr 1985-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2013-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində saxlanıldığı 09 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 15,57 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitəni 7,92 qram və 7,65 qram çəkilərə ayıraraq 01 ədədi kibrit qutusunda və 01 ədəd polietilen kəsiyi bükümündə qablaşdırıb üzərində saxlamaqla daşımış, 28 fevral 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı Sabirabad şəhəri, S.Vurğun küçəsi, 35 nömrəli evin qarşısında həmin qurudulmuş marixuananın 7,92 qramını 1 ədəd polietilen kəsiyimi bükümündə tanışı Şahid1 70 manata satmış, həmçinin həmin narkotik vasitədən qalıq qalan 7,65 qram narkotik vasitə qurudulmuş marixuana isə 09 mart 2023- cü il tarixdə saat 19:00 radələrində Şirvan şəhər polis şöbəsinin cinayət-axtarışı bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 1(032)-131/2023 saylı hökmünü ləgv edib iş üzrə Təqsirləndirilən şəxs oglu barəsində əməlində cinayət tərkibi olmaması və təqsiri sübuta yetirilməməsi əsasları ilə bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs oglu həm ibtidai araşdırma zamanı həm də məhkəmə istintaqı zamanı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib məhkəmə istintaqı zamanı ifadəsində və ona verilən sualları cavablandıraraq qeyd etmişdir ki, Sabirabad şəhəri, S.Vurgun küçəsi, 35 nömrəli evdə anası ilə birlikdə yaşayır. Subaydır, əvvəllər Cinayət Məcəlləsinin 126.2-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitənin marixuana növündən arabir istifadə edir. 09 mart 2023-cü il tarixdə saat təxminən 16-17 radələrində yaşadıgı Sabirabad şəhəri, S.Vurgun küçəsi, 35 nömrəli evin həyətində Sabirabad şəhər sakini usta X15 oglu ilə maşın təmir edərkən 4 nəfər tanımadıgı və sonrada adlarının Fərman, Bəhruz, Təbriz və Nazim olan polis əməkdaşlarının üzərində və evdə narkotik saxlamasında şübhəli şəxs kimi axtarış aparacaqlarını bildirmiş, həyətdə olan usta Sabirə çıxıb getməsini bildirdikdən sonra onun evində, babasının evində və quş damında axtarış aparıb heç bir qanunsuz əşya tapa bilmədiklərindən sonra, onu gümüşü rəngli “Niva Şevrolet” markalı maşınla Şirvan ŞPŞ-yə gətirmişlər. Həmçinin, evində axtarış aparan zaman ona məxsus 4.800 (dörd min səkkiz yüz) manat və 1.900 ABŞ dolları pulunu araşdırmaq adı ilə özləri ilə götürmüşlər. Bu günədək evdən götürdükləri pulların taleyi barədə bir məlumat yoxdur. Təqsirləndirilən şəxs oglu həmçinin qeyd edir ki, şöbədə stolun üzərinə bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana qoyaraq həmin narkotiki vəkilin iştirakı ilə aparılacaq videoçəkliş zamanı üzərinə axtarış aparılanda boynuna götürməsini, ona məxsus olmasını, yaşadıgı evin yaxınlıgında yerdən tapdıgını və istifadə üçün üzərində saxladıgını bildirməsini diktə etmiş və bildirmişlər ki, bir kibrit qutusu qurudulmuş marixuana çəkiyə görə inzibati məsuliyyətə səbəb olur və çəkilişdən sonra səni evinə buraxacagıq. O da, narkotik vasitənin marixuana növündən istifadə etdiyi üçün polislərin təklifi ilə razılaşmış və vəkilin yanında videoçəkiliş zamanı polislərin ona dediyi cümlələri çəkiliş zamanı demişdir (Qeyd: Təqsirləndirilən şəxs ilk izahatında xx.xx.2023-cü il tarixdə saat 15:30-da Şirvan şəhəri, Bayraml qəsəbəsi, M.Ə.Sabir küçəsində hərəkətdə oldugu vaxt polis əməkdaşları tərəfindən tutuldugunu qeyd edir, şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində isə, saat 19:00-da tutuldugunu bildirir və müstəntiq bu ziddiyyəti aradan qaldırmaq, həqiqəti müəyyən etmək üçün suallar vermir və bu məsələni aydınlaşdırmır. Təqsirləndirilən şəxs izahat və ifadələrində fərqli saatlar deməsi bu izahat və ifadələrin mən deyərdim ki ona diktə olunduguna bir sübutdur). Videoçəkilişdən və sənədlər imzalandıqdan sonra ona demişlər ki, Şahid1 deməsinə görə guya o, 28 fevral 2023-cü il tarixində Sabirabad rayonunda yaşadıgı evin darvazası yanında Kübra adlı qadına narkotik vasitə olan qurudulmuş marixuananı 70 manata satmışdır. O da, polis əməkdaşlarına bunun yalan olmasını, nəinki Kübraya, heç kimə və heç vaxt narkotik vasitə satmadıgını bildirmişdir. Polis əməkdaşı isə ona bu məsələnin araşdırılacagını, həqiqət olmasa onu buraxacaqlarını bildirmişdir. İş üzrə məhkəmədə şahid qismində ifadə verən Şirvan ŞPŞ CAB-ın əməliyyat müvəkilləri Şahid2 oglu v Şahid3 oglu ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək bildirdilər ki, xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində Şirvan şəhəri, M.Ə.Sabir küçəsində əməliyyat məlumatı əsasında üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəl şəxs kimi Şahid1 saxlanılıb və narkotik vasitəni haradan əldə etməsi barədə sorgu-sual zamanı verdiyi məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Şirvan şəhəri, M.Ə.Sabir küçəsində Təqsirləndirilən şəxs oglu üzərində qanunsuz olara narkotik vasitə gəzdirməkdə və satmaqda şübhəli şəxs kimi saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilmiş, ona üzərində hər hansı bir qanunsuz əşya predmet olubolmadıgı soruşulmuş və o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu və bir ədəd bıçagı təqdim etmişdir. Kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana oldugunu və tutulmamışdan bir gün qabaq yaşadıgı evin yaxınlıgında yerdən tapdıgını bildirmişdir. Bundan sonra onun üzərinə axtarış aparılan zamanı üzərindən hər hansı bir başqa qanunsuz əşya, predmet aşkar olunmamışdır. Məhkəmə iclasında Şirvan ŞPŞ CAB-ın əməliyyat müvəkilləri Şahid2 oglu (mobil telefon: 055: 268-20-53) və Şahid3 oglu (mobil telefon: 050: 509-85-85), sualıma cavab olaraq bildirdilər ki, onlar xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs oglunu Şirvan şəhəri, M.Ə.Sabir küçəsində şübhəli şəxs kimi tutduqları zaman üzərilərində özlərinə məxsus mobil telefonlar olmuşdur. Məhkəmə işdə olan sübutlara və həmçinin iş üçün mühüm əhəmiyyətə malik tədqiq olunması vacib olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadı, yoxlamadı, tədqiq etmədi, araşdırmadı. Bununla da, məhkəmə təqsirləndirilən şəxsin “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, aglabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququ” nu kobud şəkildə pozdu. Belə ki, iş üzrə mühüm əhəmiyyətə malik halları bilən şəxslərin məhkəməyə əlavə şahid qismində dəvət edilərək dindirilməsi barədə müdafiə tərəfinin vəsatəti təmin olunmadı. İş üzrə şahid qismində dindirilmiş və əməliyyat zamanı mobil telefonları üzərlərində olmuş Şirvan ŞPŞ CAB-ın əməliyyat müvəkilli Şahid2 oglunun (mobil telefon: 055: 268-20- 53) və Şahid3 oglunun (mobil telefon: 050: 509-85-85) xx.xx.2023-cü il tarixdə bütün gün üzrə anten dairələrinin müəyyən olunması barədə vəsatət təmin olunmadı. İş üzrə Təqsirləndirilən şəxs oglunun telefon nömrəsininxx.xx.2023-cü il tarixdə bütün gün ərzində (qeyd: işdə olan anten məlumatı demək olar ki, şübhəli və natamamdır. Şəxs tutulub polislərin dediyinə görə 19:00-da, anten 11:00-12:00 aralıgını Şirvanda qeyd edir. Qalan vaxtlar hərəkət istiqaməti yoxdur və bu yoxlugun səbəbi izah edilməlidir) anten dairəsinin mobil operator mütəxəssisin izahlı şəkildə hansı saatlarda hərəkət istiqamətləri barədə verdiyim vəsatət təmin olunmadı. Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisi olaraq təqsirləndirilən şəxsin verdiyi ifadə ilə polis əməkdaşlarının verdiyi ifadələr arasında şübhəli şəxsin tutulma yeri və vaxtına münasibətdə ziddiyyətlərin olması və bu halların araşdırılması məqsədilə şahid qismində dindirilmiş 02 nəfər polis əməkdaşının özlərinin də təsdiq etdiyi kimi əməliyyat zamanı üzərlərində olan mobil nömrələrin aidiyyatı mobil operatorlara həmin nömrələrin həmin tarixdə anten dairlərinin müəyyən olunması barədə əsaslı vəsatətim təmin olunmadı və iş üzrə ən mühüm əhəmiyyətə malik olan hal əsassız olaraq araşdırılmadı. Polis əməkdaşları deyir ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində biz şübhəli şəxsi Şirvan şəhəri, M.Ə.Sabir küçəsində tutmuşuq və həmin vaxt biz orada olmuşuq.Təqsirləndirilən şəxs bildirir ki, xeyr, həmin gün günorta saatlarında saat təxminən 16-17:00 radələrində şahid kimi dindirilmiş 2 nəfər polis əməkdaşı Şahid2 və Şahid3 və onlardan başqa 2 nəfər də polis əməkdaşı sonradan adlarını bildiyi Nazim və Təbriz adl polis əməkdaşları onu yaşadıgı ünvan 2 ünvandan gəlib gümüşü rəngli “Niva Şevrolet” markal maşınla aparmışlar. Bu məsələ araşdırılmadı ki, görək təqsirləndirilən şəxsin ifadəsi düzdür, yoxsa yalan. Polis əməkdaşlarının xx.xx.2023-cü il tarixdə günorta saatlarından axşam saat 19:00-radələrinədək olan zaman kəsiyində anten dairələrinin müəyyən olunması barədə verdiyim əsaslı vəsatət də əsassız olaraq təmin olunmadı. İşin obyektiv, hərtərəfli tədqiqi naminə bu məsələ araşdırılmadı. Təqsirləndirilən şəxs oglunun polis əməkdaşları tərəfindən Şirvan şəhərində deyil, yaşadıgı Sabirabad şəhəri, S.Vurgu küçəsindəki evdən aparılması faktını təsdiq edəcək həmin vaxt həyətdə olan Sabirabad şəhər sakini usta X15 oglununəlavə şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatətim də təmin olunmadı o əsasla ki, məhkəmə prosesi kifayət qədər vaxtdır gedir və bu vəsatət əvvəlki proseslərdə verilməyib və bu da məhkəmə prosesinin əsassız uzadılmasına səbəb olur.Bununla baglı qeyd edim ki, məhkəmə prosesləri təqsirləndirilən şəxsin etap olunmaması əsasları ilə dəfələrlə təxir olub və təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün də həmin vəsatətlərin onunla dəqiqləşdirilmədən verilməsi bu səbəbdən mümkün olmamışdır.Nəhayət uzun zamandan sonra təqsirləndirilən şəxsin iştirakı təmin edilir və həmin vaxt məhkəmə iclasında verdiyim vəsatət əsassız olaraq təmin edilmir və bəhanə edilir ki, məhkəmə prosesi əsasız uzadılır.Əsassız qərar qəbul etməkdənsə məhkəmə prosesinin araşdırma naminə uzadılması daha ədalətli, qanunamüvafiq deyilmi? Bir də, məhkəmə prosesinin uzadılmasından qoy təqsirləndirilən şəxs narahat olsun ona görə ki, əziyyət çəkən o, taleyi həll olunan o. Hakimin və dövlət ittihamçısının tez-tələsik işi yekunlaşdırmaga çalışması hesab edir ki, şəxsin barəsində olan cinayət təqibi üzrə ədalətli, hərtərəfli, obyektiv araşdırma aparılması hüququnu pozmaqdan başqa bir şey deyil. Bu işin qurama bir iş olması, Təqsirləndirilən şəxs oglunun Şahid1 narkotik vasitə satması barəd fikirlərin yanlış olması, şübhələrdən və şəxsi mülahizələrdən ibarət olması, heç bir mötəbər sübutlarla təsdiq olunmaması barədə olan dəlillərim aşagıdakılardan ibarətdir: Şahid1 məhkəmədə ifadə verərək bildirdi ki, o, ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq etmir, həmin ifadə həqiqəti əks etdirmir və o, xx.xx.2023-cü il tarixdə Sabirabadda olmamış, Təqsirləndirilən şəxsla görüşməmiş və ondan heç vaxt narkotik vasitə almamışdır.Tutulan zaman polislər şöbədə onun telefonunda Təqsirləndirilən şəxsla yazışmasını görüb narkotik vasitəni ondan alması barədə ifadə verməyini ona məcbur etmişlər və diktə etmişlər. O da, təziqlər səbəbindən narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Əslində Daşqınla onun arasında heç vaxt narkotik vasitənin alqısatqısı olmamış, Daşqını yaxın münasibətdə oldugu Sübhanın qohumu və dostu kimi tanımış, ona kreditlə su filtir satmış və bir neçə dəfə onunla su filtirinin aylıq ödəniş pulunu almaqdan ötəri görüşmüş və bir-iki dəfə yaxın münasibətdə oldugu Sübhanın yanında görmüşdür. Şahid1 narkotik vasitəni həqiqətən də Təqsirləndirilən şəxs alıb-almaması barədəki ifadəsinin dogru olub-olmadıgını yoxlayaq Əvvəla, şübhəli şəxs tutuldugu zaman istədiyi ifadəni verə bilər. Onun ifadəsinin dogrulugu digər mötəbər, təkzibolunmaz sübutlarla yoxlanılmalı və əsaslı şübhələr aradan qalxdıqdan sonra düzgünlüyü hüquqi cəhətcən qiymətləndirilməlidir. İttiham tərəfi Şahid1 dediyinə əsasən onun üzərindən aşkar olunan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Sabirabad şəhəri, S.Vurgun küçəsindən 70 manata Təqsirləndirilən şəxs aldıgı qənaitindədir və bu ittiham aktında da öz əksini tapır.Bu hal Şahid1 dediyindən başqa hər hansı bir sübutl öz təsdqini tapmır.Belə ki, həmin tarixdə nə Şahid1 mobil telefonunun anten dairəsi Sabirabad rayonunu göstərmir nə də, tərəflə arasında həmin tarixdə nə də həmin tarixdən 15-20 gün sonra hər hansı bir sms mövcud deyildir.Yalnız xx.xx.2023-cü il tarixdə saat 16:00-da Kübranın Daşqına “Nəvahini keçirəm rayonda harda düşüm” mesajı var ki, bu mesaj da xx.xx.2023-cü ildə narkotik vasitə almaq anlamına gəlmi və ümumiyyətlə bu mesaj onlar arasında narkotik vasitə ilə baglı danışıgı əks etdirmir. Şirvan ŞPŞ CAB-ın əməliyyat müvəkilləri Şahid2 oglunun və Şahid3 oglunun verdiklə ifadələrin həqiqətə uygun olmaması.Onlar bildirir ki, Təqsirləndirilən şəxs biz iki nəfər polis əməliyyat müvəkkilləri Şirvan şəhərində saat 19:00-d Şirvan şəhəri Sabir küçəsində tutmuşuq.Əvvəla, 2 nəfərlə 1 nəfər əvvəllər məhkum olmuş bir şəxsi tutmaq və şöbəyə gətirmək mümkün deyil.Deyək ki, iki nəfərdən biri maşını sürəcək belə çıxır ki, bir nəfər polisdə arxa oturacaqda Təqsirləndirilən şəxsla yanaşı tək oturacaq.Bu nə əməliyya qaydalarına uygun gəlmir nə də praktiki mümkün deyil.Şəxs hər an maşından özünü atıb qaça bilər yaxud yanındakı tək polis nəfərinə xəsarət yetirə bilər.Bu ifadədən görünür ki, ifadə həqiqətə uygun gəlmir. Şirvan şəhərində şübhəli şəxsin tutulmasına gəlincə isə, bu ifadələr də həqiqətə uygun gəlmir. Necə oldu ki, eyni yerdə saat 14:50-də Şahid1 tutulur və o, ifadəsində deyir ki, narkotiki Daşqından alıb və Daşqın da Sabirabadda yaşadıgı halda saat 19:00 radələrində Kübr tutuldugu küçədə peyda olur və tutulur.Şahid polislər bildirdilər ki, Daşqın barədə əməliyyat işi açılmayıb və Daşqın barədə əməliyyat məlumat Kübranın ifadəsindən sonra olub.Belə oldugu halda, qısa zman ərzində necə məlumat əldə edildi ki, şəxs Şirvandadır və üzərində narkotik vasitə var.İnndırıcı deyil.Ancaq bütün bu məntiqi araşdırmalar Təqsirləndirilən şəxs verdiyi ifadənin düzgün oldugunu ortya çıxarır.Belə ki Daşqın bildirir ki, polislər 2 deyil 4 nəfər olublar.Bu ifadə həqiqətə oxşayır çünki,yuxarıda da qeyd etdiyim kimi şəxsin tutulması və şöbəyə gətirilməsi əməliyyatında 2 nəfər iştirakı absurddur, ən azı 4 nəfər olmalıdır. Kübra tutulur 14:50-də.Şöbəyə gətirilməsi, vəkilin gəlməsi axtarış və ifadəsi alınsın 15:30 –dək. Bu müddət ərzində şəxsin yerinin müəyyən edilməsi mümkün deyil və onların qrup halında Daşqının yaşadıgı ünvana gedib onu evindən şöbəyə gətirmələri daha inandırıcıdır nəinki polis şahidlərin danışdıgı sözlər. Qısa müddət ərzində Sabirabad şəhər sakininin elə həmin küçədə peyda olması və polislərin də bu qısa müddət ərzində onun harda olmasını müəyyən etmələri inandırıcı deyil. Buna deyirlər “Axtardıgın yar idi, yetirdi Pərvərdigar”. Dogurdan da gülməli gəlir ona görə ki, həqiqət deyil, yalan qurama işdir. Əgər polislər bildirsələr ki, “yox Daşqın barədə əvvəldən əməliyyat məlumatı var” onda, sual olunur: Niyə şəxs barədə satışla baglı əməliyyat məlumatı oldugu halda Daşqın ancaq Kübra tutulduqdan və ad çəkdikdən sonra onun barəsində əməliyyat qurulur? Niyə əvvəllər bir tədbir görülməyib? Niyə əməliyyat işi açılmayıb? Niyə Sabirabad şəhər sakini barədə əməliyyat məlumatı Sabirabad RPŞ-nə deyil, Şirvan ŞPŞ-nə gəlir? Əgər tutulduqdan sonra əməliyyat məluma əldə edilibsə, bu da absurddur, praktikada rast gəlinməyən bir şeydir və polis əməkdaşlarının öz qurama işlərini ört-basdır etməkdən savayı bir şey deyil. Deyilənlərə bir sübut da, Şirvan ŞPŞ rəisinin əməliyyat işləri üzrə müavini Farid Vəliyevin müstəntiqin əməliyyat tapşırıgın verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubudur.Həmin cavab məktubunun formallıgı, əsassızlıgı elə ilk cümlələrdə bəllidir. Cavab məktubunda deyilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qurudulmuş marixuananın və bir ədəd bıçagın haradan və hans mənbədən əldə etməsi barədə tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Onun xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şahid1 narkotik vasitə qurudulmuş marixuana satması müəyyən olunmuşdur (Qeyd:Necə olur ki, narkotikin və bıçagın haradan və kimdən əldə olunması işi kimi asan, sadə bir işi aydınlaşdıra bilmirsən ancaq, Kübranın Daşqına 28 fevra 2023-cü il tarixdə saat 22 radələrində marixuana satmasını müəyyənləşdirə bilirsən? Hansı sübutlarla, məlumatlarla müəyyənləşdirdin? Yoxsa elə Şahid1 hansı üsullarla diktə olunub verdiyi məlumatınamı əsasən müəyyənləşdirdin? Məlumat varsa onu dəqiqləşdirdinmi? Hans üsullarla yoxlayıb dəqiqləşdirdin? Maraqlıdır ki, özlərinə sərf edən məsələni cənab polislər mötəbərlilik göstərmədən müəyyənləşdirə bilirlər amma, narkotikin mənbəyi işində narkotikin Daşqının haradan və kimdən əldə etməsini müəyyənləşdirə bilmirlər?). Bununla yanaşı Təqsirləndirilən şəxs oglunun narkotik vasitələrin satışı ilə məşgul olması barədə dəfələrlə əməliyyat məlumtları daxil olmuş, sonuncu dəfə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə axtarış zamanı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Niyə şəxs barədə satışla baglı dəfələrlə əməliyyat məlumatları oldugu halda bu istiqamətdə əməliyyat-tədbirləri qurub şəxsi elə satışla hadisə yerində yaxalamırdılar? Nəyi və kimi gözləyirdilər? Şahid1mı gözləyirdilər? Niyə Sabirabad şəhər sakini barədə əməliyyat məlumatı Sabirabad RPŞ-yə deyil, Şirvan ŞPŞ-yə daxil olur və bu barədə Şirvan ŞPŞ-nin aidiyyəti üzrə Sabirabad RPŞ-yə müraciət etmirlər? Niyə dəfələrlə əməliyyat məlumatları oldugu halda şəxs barədə əməliyyat məlumatı açılmır? Bu suallar ondan xəbər verir ki, heç bir əməliyyat məlumatı olmayıb və Şahid1 tutulduqdan sonra polislər hərəkətə keçib Təqsirləndirilən şəxs gedib elə yaşadıgı evdə tələm-tələsik tutub şöbəyə gətiriblər. Şəxsin üzərinə axtarış keçirilməsi diskinə də məhkəmə iclasında baxış zamanı təhqiqatçı sorgu-sual zamanı Şahid1 narkotik vasitə satıb-satmaması barədə Təqsirləndirilən şəxs sual vermir ki, cavab mənfi olsa bildirsin ki, Şahid1 tutulub və sənin ona 70 manata marixuana satdıgını bildirir. Bu sualların olmamasından aydın olur ki, elə təqsirləndirilən şəxsin ona narkotik vasitəni boynuna alıb inzibati ilə sənədləşdirmə vədləri barədə dediyi ifadənin dogru olmasıdır. Əgər çəkiliş zamanı satma barədə suallar olsa idi təbii ki, Təqsirləndirilən şəxs ona tələ quruldugunu və aldadıldıgını biləcək və çəkiliş zamanı fərqli ifadə verəcəkdi. Bu sualların verilməməsi qəsdən edilib və öz qanunsuz işlərini ört-basdır etmək üçün edilib. Bu işin əvvəldən ssenari üzrə qurulması, satış maddəsi ilə şəxsə sübutlar yoxlanılmadan qabaqcadan ittiham verilməsi niyyətinin olmasına bir sübutda odur ki, müstəntiq anten dairələri, telefon zəngləri, sms-lər barədə mobil operatorlara sorgu verir və sorgu gəlməmiş ittihamı tərtib edir təsdiqə göndərir və prokuror da bu qanunsuzlugu görməzdən gələrək, tez-tələsik işi ziddiyyətli sübutlarla, natamam sübutlarla bitmiş hesab edərək təsdiq edib məhkəməyə baxılması üçün göndərir.Bu mötəbər, əhəmiyyətli sübutlar olmadan, mobil operatorun məktubunu gözləmədən necə ittihamı təsdiq edəcək sübutları tam toplanması və ittihamı təsdiq edəcək səviyyədə kifayət etməsi qənaitinə gəlmək olar? Bu onu göstərir ki, bu qurama, saxta, sübutsuz ittiham elə əvvəlcədən sübutlar əldə edilmədən, yoxlanmadan verilmişdi. Təqsirləndirilən şəxs satışla Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə baglı hökmü hələ o tutulmazdan qabaq verilmişdi. Başqa bir sübut: xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin CAB-nin əməliyyt müvəkkili Şahid2 tərəfindən “Təxirəsalınma əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul olunur və həmin qərarın 3-cü bəndində deyilir ki, Təqsirləndirilən şəxs oglununoldugu yer müəyyən edilsin,üstü yoxlanılsın, polis şöbəsinə gətirilsin, üzərinə şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilsin. Bu işin qurama olması, təqsirləndirilən şəxsin onu yaşadıgı evdən aparanda evinə və başqa saxlanc yerlərə polislər tərəfindən axtarış aparılması fikri özünü dogruldur. Şahid polislərin telefon nömrələrinin anten dairəsi barədə aidiyyatı mobil operatorlara sorgu olunsa bizim bu dəlilimiz öz təsdiqini tapcaq.Belə ki, üzərindən narkotik vasitə tapılan şəxsin qərarda da vacib şəkildə, imperativ şəkildə qeyd edildiyi halda, niyə şübhəli şəxsin evinə baxış, axtarış keçirmirsən? Hardan əminsən ki, şübhəli şəxsin evində narkotik vasitə gizlədilməyib? Bu məsələnin nəzərdən qaçırılması adi hal deyil.Bu qəsdən edilməyən bir hərəkətdir çünki, Sabirabad şəhərindək şübhəli şəxsin evinə baxış, axtarış keçirilməsi üçün mütləqdir ki, bu barədə Sabirabad RPŞ-nin əməkdaşlarına məluma verilsin.Üzərindən narkotik vasitə tapılan şübhəli şəxsin bütün ibtidai araşdırma zamanı evində axtarış aparılmaması bu işin qurama,saxta olmasına sübutdur. Məşhur “Uzaq sahillərdə” Azərbaycan kinosunda deyilən bir ibarə, eyhamla desək, polislər evdə axtarış aparmaları barədə hərəkətlərini danmaga məcburdurlar çünki, bunu dansalar Şirvan ŞPŞ-i əməkdaşlarının Sabirabad RPŞ-n rəsmi məlumat vermədən, rəsmi əməliyyat tapşırıgı vermədən Sabirabad şəhəri ərazisində evdə axtarış aparmalarının qanunsuzluguna hüquqi aydınlıq gətirə bilməyəcəklər.Ən yaxşı metod-təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi evdə axtarış aparıb sənədləşdirməməkdir.Əgər evdən külli miqdarda narkotik vasitə çıxardısa onda, bəlkə məcbur qalıb bu barədə Sabirabad RPŞ-nə rəsm müraciət edərdilər. Şahid polislərin telefonlarının anten dairələri barədə aidiyyatı mobil operatorlara sorgu verilməsi bütün bu müəmmanın, qanunsuzlugun, iş üzrə həqiqətin ortaya çıxmasına şərait yaradar.Bu sorgunu verməmək isə, bu qurama cinayətə qanuni don geyindirmək, polislərin qanunsuzlugunu pərdələməkdən başqa bir şey deyil və cinayət mühakimə icraatında ədalətli, hərtərəfli, obyektiv araşdırma hüququnun pozulması halıdır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 09 mart 2023-cü il, saat 16:00da ünvan 3 ünvanında yaşadığı evin həyətində usta ilə maşın düzəltdiyi vaxt dörd nəfər mülki geyimdə olan şəxs evinə gəlib, özlərini polis əməkdaşı kimi təqdim edərək onun əllərini qandallayıb, ustaya isə getməsi barədə göstəriş vermişlər. Ona evində silah və narkotik vasitə olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs isə qarşılığında evində dedikərinin heç birinin olmadığını bildirmişdir. Sonra onlar evə baxış keçirmiş və qeyriinsanı şəkildə evdə olan hər şeyi dağıdmışlar. Evində olan pulu (3800 manat və 1900 ABŞ dollarını) götürüb onu polis maşınına otuzdursular. Həmin zaman həyətdə beş nəfər maşın sexində işləyən polis əməkdaşıda onları görürdü. Onu Şirvan şəhərinə gətirərkən yolda onların adlarında öyrənmişdir. Ona dediklərinə görə adları Təbriz, Nazim, Bəhruz, Fərman idi. Şirvan Şəhər Polis Şöbəsində Fərman adlı polis əməkdaşı onun qarşısına bir kibrit qutusu marixuana qoyaraq bunu üzərinə götürməli, istifadəsiçisi olduğunu və onun Şirvan şəhərində saxlanıldığını bildirməsini demişdir. Bundan əlavə razılaşsa onun cərimə olunacağı, əks təqdirdə üzərinə 1 kq narkotik vasitə qoyacaqlarını və üzünə şahid durğuzacaqlarını bildirmişlər. O, da deyilənlərlə razılaşmışdır. Səhəri günü, dostunun bir yerdə yaşadığı qadın olan Kubra Qəmbərovaya bir büküm marixuana verib ona təzyiq göstərərək, ondan aldığına məcbur etmişlər. Kübra bu halları gəlib məhkəmədə etiraf etmiş, ondan hər hansı narkotik vasitə almadığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi həmin halları nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 oğlu apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, şikayətlərin dəlillərinə uyğun çıxış etmiş və əlavə olaraq göstərmişdir ki, məhkum olunmuş şəxs özünü ona verilmiş ittihamlar üzrə təqsrili bilmir. Belə ki, cinayət işi materiallarında məhkum olunmuş şəxsin əməlini sübut edəcək mötəbər sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsinin hökmü işin faktiki hallarına uyğun deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayələrtinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə bəraət verilməsini xahiş etmişdir. Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə baxışı icasına qoşulan məhkum edilmiş şəxs məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Dövlət ittihamçısı2 bildirdi ki, apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının məhkum olunmuş şəxsə verilmiş ittihamın düzgün olmaması barədə dəlilləri əsassızdır. Hesab edir ki, məhkum olunmuş şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini, habelə narkotik vasitənin miqdarını kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni məhkum edilmiş şəxsin bitidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahidlər Şahid2 və Şahid3 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 09 mart 2023-cü il tarixli qərar, şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 10 mart 2023-cü il tarixli, 18/282 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 16 may 2023-cü il tarixli, 18/517 nömrəli rəyi, Şirvan şəhər Məhkəməsinin 1(032)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü, eləcə də iş materiallarında olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı və birinci instansiyası məhkəməsi tərəfindən toplanmış sübutlara düzgün istinad edilmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2023-ci il tarixdə səhər saatlarında yaşadığı Sabirabad şəhəri, S.Vurğun küçəsində yerləşən mənzilinin yaxınlığında küçədə piyada gəzərkən yolun qırağında 1 ədəd kibrit qutusunun olduğunu görmüş, həmin qutu diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürmüş, bükümün içərisinə baxdıqda narkotik vasitə olan marixuananın olduğunu görmüş, özü narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. 09 mart 2023-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərinə gəlmiş, həmin günü saat 19:00 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsində hərəkətdə olduğu zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin edilmiş, vəkil gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunu və 1 ədəd bıçağı çıxarıb masanın üzərinə qoymuş, həmin qutuda narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə olan marixuananı yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təqdim etdiyi narkotik vasitə olan marixuana təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, 28 fevral 2023-ci il tarixdə saat 22 radələrində Sabirabad rayonunda Şahid1 70 manata narkotik vasitə olan marixuana satmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, 09 mart 2023-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni daşımaqla saxlayır və narkotik vasitələrin satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X4 ibarət əməliyyat qrupu yaradılmış, sonra 09 mart 2023-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Bayramlı qəsəbəsi, X16 küçəsinə getmişlər, 09 mart 2023-ci il tarixdə saat 19:00 radələrində həmin küçədə Təqsirləndirilən şəxs görmüş, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Daşqin İmanova dövlət hesabına vəkil dəvət etmişlər. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu və 1 ədəd bıçağı çıxarıb təqdim etmiş, həmin qutuda narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirmiş, sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmiş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi kibrit qutusunda olan maddə narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuananı xx.xx.2023-ci il tarixdə Sabirabad rayonunda yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində gəzdirib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və ədəd bıçaq zərfdə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olduğunu, Təqsirləndirilən şəxs 28 fevral 2023- ci il tarixdə Sabirabad rayonunda Şirvan şəhər sakini Kübra Qəmbərovaya 70 manata narkotik vasitə qurudulmuş marixuana satması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi və məlumatın təsdiqini tapdığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla yaxın münasibətləri olmasını, onun Sabirabad şəhərində yaşadığı ünvanda bir neçə dəfə olduğunu, ona zəng etdiyini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şirvan şəhər polis şöbəsinin istintaq təcridxanasına etap olunduğu müddətdə ona ərzaq apardığını, sonuncunun ondan həbsdən azad edilməsinə köməklik etməsinə dair xahiş etdiyini təsdiq etsə də, Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirdi. X1 özünün təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində göstərmişdir ki, 2020-ci ildə su filtri şirkətində işləmiş, şirkətdən onu filtir satmaq üçün Sabirabad rayonuna göndərmişlər. Sabirabad rayonunda filtr satan zamanı Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs ilə aralarında münasibət yaranmış, Təqsirləndirilən şəxs ilə mobil telefonla danışmışlar. Təqsirləndirilən şəxs ilə tanışlıqları yarandıqdan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, narkotik vasitə istifadə edir, narkotik vasitə istifadə etmək istəsə ona sata bilər. 28 fevral 2023-ci il tarixdə taksi ilə Sabirabad rayonuna Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs ona bir ədəd bükümdə narkotik vasitə olan marixuana satmış, Təqsirləndirilən şəxs 70 manat pul vermiş, Təqsirləndirilən şəxs narkotik vasitə aldıqdan sonra Sabirabad rayonundan Şirvan şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan narkotik vasitəni üzərində saxlamış, 09 mart 2023-ci il tarixdə, saat 14:50 radələrində Şirvan şəhəri, Sabir küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, üzərində narkotik vasitə olması barədə onlarda məlumat olmasını bildirmişlər. Onu polis şöbəsinə dəvət etmiş, polis əməkdaşlarına həmin marixuananı Sabirabad rayon sakini Təqsirləndirilən şəxs 70 manata aldığını bildirmişdir. (Şirvan şəhər Məhkəməsinin 1(032)-158/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə istinadən). İş materiallarında olan: Şirvan ŞPŞ-nin əməkdaşının 09 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün saat 19:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılıb şöbəyə gətirilmişdir. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibində bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə, şalvarın sol yan cibindən bir ədəd bıçaq aşkar olunmuşdur. (i.v 32-33) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə marixuana, sol yan cibində bir ədəd bıçaq olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 10 mart 2023-cü il tarixli, 18/282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda, təmiz çəkisi-7,65 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,02 qr, qalıq-7,63 qr. qalmışdır. (i.v.43- 46) Məhkəmə-bioloji ekspertizasının 16 may 2023-cü il tarixli, 18/517 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X2 üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixunalar eyni tərkiblidir. (i.v.149-150) Şirvan şəhər Məhkəməsinin 1(032)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Təqsirləndirilən şəxs Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılmamasını, onun yaşadığı ünvan 3 ünvanından polis əməkdaşlarının gəlib aparması, həmçinin evində olan pulu (3.800 manat və 1.900 ABŞ dollarını) polis əməkdaşkarı tərəfindən götürülməsi barədə dəlillərinə münasibətdə aşağıdaıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsində Müdafiəçi2 vəsatətlə məhkəməyə müraciət edərək vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin verdiyi ifadə ilə şahidlərin verdiyi ifadələr arasında şübhəli şəxsin tutulma yeri və vaxtına münasibətdə ziddiyyətlərin olması və bu halların araşdırılması məqsədilə şahid qismində dindirilmiş Şahid2 və Bəbruz Şükürovun özlərinin də təsdiq etdiyi kimi əməliyyat zamanı hər birinin üzərində olan mobil nömrələrin aidiyyəti mobil operatorlara həmin nömrələrin qeyd edilən tarixdə anten dairlərinin müəyyən olunması barədə əsaslı vəsatəti təmin olunmamış və iş üzrə ən mühüm əhəmiyyətə malik olan hal əsassız olaraq araşdırılmamışdır. Belə ki, şahidlər Şahid2 və Bəbruz Şükürov ifadələrində bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Şirvan şəhəri, M.Ə.Sabir küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs isə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16:00-17:00 radələrində Şahid2, Şahid3 və sonradan adlarını bildiyi Nazim və Təbriz adl polis əməkdaşları tərəfindən yaşadığı ünvan 6 ünvanda saxlanılaraq Şirvan şəhərinə aparıldığını bildirmişdir. Odur ki, yaranmış bu ziddiyyətə aydınlıq gətirilməsi baxılan üçün birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər Şahid2 istifadəsində olmuş +**********53 və X3 istifadəsində olmuş +**********85 nömrələrin 09 mart 2023-cü il tarixdə saat 14:00-dan 20:00-dək olan müddət ərzində anten dairələrinin müəyyən edilməsi üçün müvafiq mobil operator şirkətlərinə sorğu verilməsini xahiş etmişdir. Müdafiəçi2 vəsatəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş CD diksdə olan anten dairəsi barədə məlumatlardan görünür ki, Şahid2 istifadəsində olmuş +**********53 nömrəsinin istifadə olunduğu mobil telefon xx.xx.2023-cü il tarixdə saat 14:43-dən saat 18:10-dək Sabirabad rayonu və həmin rayona məxsus şəhər mərkəzi və müxtəlif kəndlərdə olmuş, saat 18:43dən sonra isə Şirvan şəhəri ərazisində olmuşdur. Sözgüdən qərara əsasən X3 istifadəsində olmuş +**********85 bağlı "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, qərarda göstərilən müddətdə (09 mart 2023-cü il tarixdə saat 14:00-dan 20:00-dək) +**********85 nömrəsindən istifadə qeydə alınmadığına görə həmin nömrənin əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsi zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsı əvvəlcədən tanıyır, iş yerinin yanında qalır. Polislər gəlib onu aparan günü həyətdə ona məxsus “VAZ-2107” markalı avtomobilin təmiri ilə məşğul olurlar. Həmin zaman həyətə 4 nəfər mülki formada adam gəlmiş və Daşqına, “yığdırdığın maşın xeyirli olsun” demişlər. O, həmin şəxsləri tanımır. Əvvəlcə onların Daşqının dostları olduğunu düşünmüş, lakin sonradan ona “usta sən get, yarım saata gələrsən” demişlər və o da başa düşdü ki, bunlar başqa məqsədlə gəliblər. Daha sonra Daşqının evinə axtarış keçirmişlər. Şahid4 əlavə olaraq bildirmişdir ki, ev böyük olduğu üçün evdən çıxdıqdan sonra çöldən həyət və evin içi göründüyü üçün Daşqının evinə axtarış keçirdiklərini görmüşdür. Polislər boz rəngli “Şevrolet” markalı mülki maşınla gəlmişlər. Apellyasiya instansiya məhkəməsi zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Daşqının barəsində narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra, Daşqın Şirvan şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq Şirvan ŞPŞ-ə gətirilmiş, Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl şəxsə üzərində qadağan olunmuş bir əşya varsa təqdim edilməsi təklif edilmiş, nəticədə öz razılığı ilə 1 ədəd qurudulmuş marixuanaya bənzər narkotik vasitəni təqdim etmiş, sözügedən əşya qablaşdırılaraq götürülüb və protokollaşdırılmişdir. Şəxs özü də bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Şahid2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman yanında Kənan və Bəhruz adlı polis əməkdaşları olmuşdur. Həmin vaxtlarda ********** nömrəsindən istifadə edirdi. Lakin, əməliyyata gedən zaman telefonlarını xidməti maşında qoyurlar, müəyyən tədbirlər var ki, telefonu üzərində götürmürlər, xidməti maşında qalır. Həmin saatları (09 mart 2023-cü il tarixdə saat 14:00-dan 20:00-dək) xidməti maşının istiqaməti nədirsə, anten onu göstərmişdir. Çünkü xidməti maşın digər əməliyyatla bağlı başqa əməkdaşın istifadəsində olub. Təqsirləndirilən şəxs barəsində əvvəllər narkotik vasitələrin satışı ilə bağlı məlumatlar, Kübra adlı şəxsə 70 manat qarşılığında narkotik vasitə satması ilə bağlı məlumat daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Şahid4 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilə bir-birini tanıdıqlarından, qonşu və həmyerli olduqlarından və aralarında davam edən xoş münasibətləri olduğundan onun məhkəmə baxışı iclasında vermiş olduğu dəqiq olmayan bu ifadələri məhkum edilmiş şəxsi müdafiə xarakteri daşıyır və ittihamı təkzib edən sübut növü kimi qəbul edilə bilməz. Bundan əlavə, Şahid2 istifadəsində olan +**********53 telefon nömrəsinin xx.xx.2023cü il tarixdə saat 14:43-dən saat 18:10-dək Sabirabad rayonu və həmin rayona məxsus şəhər mərkəzi və müxtəlif kəndlərdə olmasına münasibtdə məhkəmə kollegiyası hesab edir ki, Şahid2 ifadəsində göstərdiyi hallar, yəni əməliyyata gedən zaman telefonlarını xidməti maşında saxlamaları və telefonu üzərində götürməmələri, xidməti maşın digər əməliyyatla bağlı başqa əməkdaşın istifadəsində olması və onları maşınla getdiyi istiqamətdə siqnal verdiyi üçün mobil nömrəsinin olduğu telefonun Sabirabad rayonu ərasizində görsənməsi barədə ifadəsini işin hallarına uyğun olan ifadə kimi hesab edir. Həmçinin Təqsirləndirilən şəxs istər şübhəli istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirildiyini özü səmimi etiraf etmiş, həmin ifadələr özü və müdafiəçisi Müdafiəçi1 tərəfindən imzalanmışdır. İş materiallarında olan şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və görürülmə aparılan zaman o, müdafiəçi ilə təmin olunmuş, üzərindən aşkar olunan 27,65 qram çəkilərə ayıraraq 01 ədədi kibrit qutusunda qurudulmuş marixuananı yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən yolun kənarında yerdən tapdığını bildirmiş, bundan əlavə müdafiəçisinin “polis əməkdaşları tərəfindən ona qarşı təzyiq və təsirlər göstəribgöstərilməməsi, həmçinin fiziki zor tətbiq edilib-edilməməsi” barədə suallarına cavab olaraq Təqsirləndirilən şəxs ona heç bir təzyiq, təsirlər göstərilmədiyini bildirmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İmanov X9 şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilməsi iş materiallarında sübutlarla təsdiqini tapdığı üçün apellyasiya şikayətinin Təqsirləndirilən şəxs ünvan 3 ünvanından polis əməkdaşlarının gəlib aparması, həmçinin evində olan pulu (3800 manat və 1900 ABŞ dollarını) polis əməkdaşkarı tərəfindən götürülməsi barədə dəlilləri işin fakti hallarına uyğun olmayan dəlillər olmamaqla, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət qanunun maddəsi üzrə bəraət verilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin Təqsirləndirilən şəxs Şahid1 70 manata 01 ədəd polietilen kəsiyimi bükümündə olan 7,92 qram qurudulmuş marixuananın satmaması barədə hissəsinə münasibətdə aşağıdaıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla yaxın münasibətləri olmasını, onun Sabirabad şəhərində yaşadığı ünvanda bir neçə dəfə olduğunu, ona zəng etdiyini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şirvan şəhər polis şöbəsinin istintaq təcridxanasına etap olunduğu müddətdə ona ərzaq apardığını, sonuncunun ondan həbsdən azad edilməsinə köməklik etməsinə dair xahiş etdiyini təsdiq etsə də, Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirmişdir. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs hər hansı narkotik vasitə almamış, polis əməkdaşlarının təzyiqi nəticəsində qurudulmuş marixuananın Təqsirləndirilən şəxs aldığını deməyə məcbur qalmışdır. İş materiallarında olan həm birinci həmçinin apellyasiya instansiya məhkəmələrində verilən şahid ifadlərindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 bir-birilərini tanımış, birinci instansiya məhkəməsi tərəfindən “Bakcell MMC”-dən əldə edilmiş məlumatlardan isə görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid1 məxsus ********* mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus 050 ******* mobil telefon nömrəsinə “Daşqın Nəvahini keçirəm, rayonda harda düşəcəm” məzmunlu sms göndərilmişdir. Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər “nəşə” kimi tanınan narkotik vasitə olan marixuanadan istifadə edir. 28 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs adlı Sabirabad şəhər sakini ilə sonuncunun yaşadığı evin yaxınlığında görüşərək ondan təxminən çəkisi 10 qramdan artıq olan 70 manatlıq narkotik vasitə marixuana almışdır. Həmin narkotik vasitədən aldıqdan sonra iki dəfə istifadə etmişdir. 09 mart 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman üzdən tanıdığı, lakin adlarını bilmədiyi Şirvan şəhər Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparmaq istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına üzərində belə bir şeyin olmadığını bildirib onlardan yayınmaq istəmişdir. Çünki həmin vaxt narkotik vasitə marixuana cibində olmuşdur. Lakin polislər onu Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, əvvəlcə polis əməkdaşlarına polis şöbəsinə getmək istəmədiyini bildirsə də, sonradan razılaşıb birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah ediləndən sonra dövlət hesabına vəkil dəvət olunmuş. Vəkil polis şöbəsinə gələndən sonra polis əməkdaşları vəkilin yanında videoçəkilişlə üzərində qanunsuz olaraq saxlanılan qanunsuz əşya və predmetlər varsa könüllü təqdim etməyini istəyəndə o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı çıxardaraq təqdim etmiş və üzərində ondan başqa heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmişdir. Həmin bükülü vəkilin iştirakı ilə açılaraq içərisinə baxıldıqda içərisində marixuanaya bənzər maddə olduğu bildirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılsa da üzərindən başqa heç qanunsuz əşya və predmetlər aşkar olunmamışdır. Polis işçilərinin sorğusuna cavab olaraq bildirmişdir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs alımışdır. Aşkar olunan bükümdəki maddə bir ədəd içərisi boş zərfə qablaşdırılmış, üzəri möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış aparılması ilə əlaqədar polis işçiləri tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və tələbi olmadığından tərtib edilmiş protokolu özü də imzalamışdır. Bundan əlavə, iş materiallarında əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 1(032)- 158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmüilə Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan şəhər Məhkəməsinin 1(032)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü həm ittiham həm müdafiə tərəfindən mübahisləndirilməmişdir. Yuxarı instansiya məhkəməsinə şikayət verilmədiyi üçün qüvvəyə minmiş məhkəmə hökmündə məhz Şahid1 tərəfindən verilmiş etirafedici ifadə həmin məhkəmə tərəfindən əsaslı qəbul olunmuş və işin hallarına uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin tələblərini, iş materiallarında olan sübutları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şahid1 hazırki cinayət işi üzrə birinci və apellyasiya instasniya məhkələrində veriyi ifadələr həqiqətə uyğun deyil, formal mülahizə xarakteri daşıyır və Təqsirləndirilən şəxs müdafiəetmək məqsədi ilə verilmişdir. Apellyasiya şikayətinin göstərilən hissədə dəlilləri və Şahid1 hazırki cinayət işi üzrə veriyi ifadləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Bununla yanaşı, iş materialları ilə müəyyən edilir ki, Şahid1 istifadəsində 10-dan artıq mobil telefon nömrəsi aşkar edilmişdir. Apellyasiya instansiyası məhkəməsində ifadə verərkən Şahid1 bildirmişdir ki, o, demək olar ki, 7-8 aydan bir təzə mobil telefon nömrəsi əldə edərək istifadə edir. Son 2-3 ildə 6-7 ədəd nömrə işlətmişdir. Daşqına SMS onun istifadəsində olan mobil nömrədən göndərilsə də SMS-i o, deyil tanışı Sübhan adlı şəxs yazmışdır. Elə olub ki, o, Sübhanın, Sübhan da onun mobil telefonundan istifadə etməklə Daşqınla əlaqə saxlamışlar. Daşqınla ünsiyyət saxlayarkən dəqiq hansı nömrədən istifadə etdiyini xatırlamır. Göründüyü kimi, Şahid1 istifadə və sahibliyində stabil olaraq bir mobil telefon nömrəsi olmadığından müxtəlif nömrələrə aid mobil telefon operatorlarının anten dairəsinə dair məlumatlarla onun 28 fevral 2023-cü il tarixdə Daşqınla hansı mobil telefonla danışmasını dəqiqləşdirmək mümkün olmamışdır. İş materiallarında olan Şirvan ŞPŞ-nin əməkdaşının 10 mart 2023-cü il tarixli raportu ilə müəyyən olunur ki, Sabirabad rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxıl olmuş və o, 09 mart saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhəri, M.Ə.Sabir küçəsində piyada hərəkət edərkən saxlanılıb şöbəyə gətirilmişdir. İş materiallarında olan “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs və müdafiəçisinin apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olması, Təqsirləndirilən şəxs tanışı Şahid1 narkotik maddə satmaması, onun Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılmamasını, onun yaşadığı ünvan 3 ünvanından polis əməkdaşalarının gəlib aparması, həmçinin evində olan pulu (3800 manat və 1900 ABŞ dollarını) polis əməkdaşları tərəfindən götürülməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və ümumiyyətlə heç bir cinayət əməli törətməməsi və bu səbəbdən də ona bəraət verilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması, cinayətlərin residivinin cəzanı ağırlaşdıran hal olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İmanov X6 Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2013-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-ci ildə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır.(i.v.129 -130) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 7(007)-387/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 6 (altı) ay 10 (on) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.133-136) Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədən zaman onun əvvəlki törətdiyi ağır cinayət əməlinə görə məhkumluğu Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və ya götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar olmamasını, əməlində cinayətin resedivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 65.2-cı maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki ağır cinayət əməlinə görə məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs yenidən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının:

27. Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ:

Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 1(032)-131/2023-ci il tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar