Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-248/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsinin) 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(017)-161/2023 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-ci il tarixli, 1(017)-161/2023 nömrəli hökmü (sədrlik edən hakim X4) ilə, xx xxxx 2000-ci il tarixdə Xocavənd rayonu, Əmirallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Xocavənd rayonunun Əmirallar kəndində qeydiyyatda olan, məcburi köçkün kimi Ağcabədi rayonu, Ergi ərazisində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilmiş cəza müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirili bilinib məhkum edilmişdir, ona görə ki, o, 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində Ağcabədi rayonunun ərazisində yerləşən “Ergi” düzünün Ağcabədi rayonu, Muğanlı kəndinə aid hissəsində, atası X1 istifadəsində olan torpaq sahəsində tikinti işləri apararkən qonşusu Zərərçəkmiş şəxs onun yanına gələrək tikinti işlərini dayandırmasını tələb edərkən aralarında mübahisə yaranmış və mübahisə zamanı əlində olan təsərrüfat çəkici ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sol gözün üst və alt qapaqlarında qançırlar və sol almacıq sümüyünün qəlpəli sınığı kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Ağcəbədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(017)-161/2023 nömrəli hökmünü cəza hisssəsində ləğv edərək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində təqsirləndirldiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə daha ağır cəza təyin edilməsinə və zərərçəkmiş şəxs kimi sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 4.700 manatın ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs onun sağlamlığına vurulmuş zərərlə bağlı ona heç bir maddi yardım göstərməməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almamışdır. Bundan başqa, məhkəmənin hazırlıq iclasında mülki iddia ilə bağlı iddia ərizəsini qəbul etməyərək mülki iddanın təmin olunması üçün sübutların olmamasını əsas göstərmişdir. Halbuki, həm istintaq zamanı təqdim olunmuş,həm də mülki iddia ilə bağlı birinci instansiya məhkəməsinə tədim olunmuş sübutlar təsdiq edir ki, mülki idda əsaslı olmuşdur. Belə ki, istintaq zamanı və məhkəmə iclasının hazirlıq iclzaında təqdim olunmuş, aşağıda göstərilən və hazırkı apellyasiya şikayətinə əlavə edilmiş sübutlar onun haqlı olduğumu təsdiq edir. Həmin şikayətə, istintaqa və birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin 24 aprel 2023cü il tarixli arayışından görünür ki, valdeynləri onu elə hadisə baş verən gün-yəni xx.xx.2023-cü il tarixdə DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına gətirşdir. Müayinə nəticəsində ona ”S02.7” Kəllə sümükləri və üzsümüklərinin çox saylı sınığı diaqnozu qoyularaq əməliyyat olunmuşdur. DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında əməliiat olunmaq üçün 3500 manat istməmişlər. Əməliyyat xərcinin 1500 manatanı Tibbi sığorta hesabına qarşılmış, qalan 2000 manatını isə nağd qaydada özləri ödəmişlər. Həmin istintaqa və birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023cü il tarixli Xəstəlik tarixindən çıxarışdan görünür ki, ikinci dəfə LOR HOSPİTAL-da cərrahi əməliyyat olunmuşdur. Cərrahi əməliyyat üçün ödənilməli olan 3000 manatın 1500 manatını sığorta, qalan 1500 manatını isə özü ödəmişdir. Yuxarıda qeyd edilən hər iki cərrahi əməliyyatlar öncəsi müvafiq müayinələrə görə 1200 manat ödəmişdir. Məhkəmə hökmümün əsaslandırıcı və nəticə hissəsindəki bu ziddiyyətlər onu təsdiq edir ki, birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, onun ağır xəsarətlərini məhkəmə hökmündə az ağır xəsarət kimi göstərməklə zərərçəkmiş kimi hüquqlarının müdafiə olunmasına və sağlamlığıma vurulmuş 4700 manat məbləğində zərərin ödənilməsi üçün heç bir konkret tədbir görməmişdir. Əksinə mülki iddia ilə bağlı ərizəni icraata qəbul edilməldən imtina edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz və hərətərfli hüquqi qiymət verməmiş iş üzrə cəza təyin edərkən zərəçəkmiş şəxs kimi şikayətinin və tələbinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə almadan yüngül cəza təyin etməklə ədalətsiz hökm çıxarmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi zərərçəkmiş kimi ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı nəinki heç bir tədbir görməmiş, əksinə istintaqda olduğu kimi məhkəmənin hazılıq iclasında təqdim etdiyim mülki iddiaçı qismində tanınmağımla bağlı iddia ərizəni icraata belə götürməkdən imtina etmişdir. Halbuki, işə baxan hakim mülki iddianın əsaslı və ya əsassız olmasından asılı olmayaraq iddia ərizəsini qəbul etməli və hökmdə mülki iddianın təmin olunub olunmaması məsələsinə hüquqi qiymət verməli idi. Ona görə də hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 1 (017)-161/2023 saylı hökmü cəza hisssəində ləğv edilməli və təqsirləndirlən şəx Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddəsi sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzsı verilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında: Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-ci il tarixli hökmünün dəyişdirilib, şəxsin təqsirləndirildiyi maddənin yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və mülki iddianın təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X5 apellyasiya zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə, birinici instansiya məhkəməsində dövlət ittihamçısının Təqsirləndirilən şəxs təklif etdiyi növdə və həddə cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin, həmçinin ittiham və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi şahidlərin dindirilmədiyi üçün qismən məhkəmə istintaqı aparmaqla, Şahid2 ifadəsini dinləyib cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunanlara görə aepllyasiya şikayəti qisməm təmin olunmamalı, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-161/2023 saylı, 19 oktyabr 2023-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 15 aprel 2023-cü il tarixli 223 saylı rəyi və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazriliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji anatomiya birliyi Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T453/2023 saylı rəyi, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri və birinci və apellyasiya məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Ağcabədi rayonunun Ergi adlanan ərazisində torpaq sahələri vardır və həmin sahədə soğan əkib-becərməklə məşqul olurlar. Zərərçəkmiş şəxs onunla qonşu ərazidə yaşayır. 2023-cü ilin aprel ayının əvvəllərində soğanın alağını etmək üçün Vasif adlı şəxslə danışmışlar və Vasif özünə məxsus avtomobillə işçi qadınları alaq etməyə gətirmişdir. Vasif işçi qadınlar üçün sahədə müvəqqəti sanitar qovşağ tikməsini ona demişdir. O, da sanitar qovşağ tikmək üçün çadır alməş və 14 aprel 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi Vaz- 21011 markalı avtomobillə sahəyə getmişdir. Həmin vaxt Sahil onların yerini suvarmış, Sahildən sanitar qovşağ tikmək üçün ona köməklik etməsini xahiş etmişdir. O, gedib avtomobildən çadırı və bir neçə ağaz parçasını gətirmiş, Sahillə sanitar qovşağ tikərkən Sahil suyun yerini dəyişməyə getmiş, bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs onun yanına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sanitar qovşağ həmin ərazidə tikməməsini ona demiş, o atasının sanitar qovşağ həmin ərizidə tikməsini ona tapşırdığını demiş, Allahverdi yenə də sanitar qovşağı həmin ərazidə tikməməsini bildirib əl ataraq çadırı çırmaq istəmiş və çadırı dartıb yerə salmışdır. O, həmin ərazinin onlara məxsus olmasını Allahverdiyə bildirərkən Allahverdi onun çiynindən tutub “gəl gedək söhbət edək” sözlərini demiş, o atası ilə danışmasına Allahverdiyə deyərkən Allahverdi atasının və onun ünvanına nalayiq ifadələr işlətmiş və yumruqla sifət nahiyəsindən vurmuşdur. O, da əsəbləşib əlində olan çəkici Allahverdiyə tərəf atmış, çəkic Allahverdinin sifət nahiyəsinə dəymişdir. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmaq istəsə də, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Apellyasiya məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəmə baxışı iclasında veriyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 1993-cü ildən ailə üzvləri ilə məcburi köçkün kimi Ağcabədi rayonunun Ergi ərazisində məskunlaşmışlar. Həmin ərazidə 5 ha torpaq sahəsini icarəyə götürüb təsərüffatla məşqul olurlar. Təqsirləndirilən şəxs ailə üzvləri ilə onlarla qonşu ərazidə torpaq sahəsi götürüb təsərüffatla məşqul olurlar. 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evdən təxminən 50-60 metr məsafədə yerləşən iri buynuzlu heyvanları saxlamaq üçün tikdirdikləri çardağın yaxınlığında 3 nəfər şəxsin sanitar qovşağ tikdiklərini görüb onların yanına getmişdir. Həmin vaxt Vüsal, Sahil və Vasif onların çardağın yaxınlığında öz yerlərində sanitar qovşağ tikdiklərini görüb Sahilə «bura sanitar qovşağ yeri deyil, bunu burada tikmiyin» sözlərini demişdir. Həmin vaxt Vüsal kənardan «öz yerimizdi, harada istəsəm orada tikəcəm» cavabını vermişdir. O, bir daha “bura sizin yerinizdi, ancaq bizim evin qarşısına düşür, sənin evinin qarşısında tiksələr razı olarsan” sözlərini demiş, Vüsal əlində dəmir çəkiclə ona tərəf gələ-gələ «atam deyib burada tik, mən də tikəcəm» sözlərini demişdir. O, yaxınlaşıb əli ilə çadırı kənara çəkmiş, həmin vaxt Sahil və Vasif onu kənara çəkmişlər ki, dava düşməsin. O, üzünü cevirmək istəyən zaman Vüsal əlində olan çəkiclə sifət nahiyəsinə bir zərbə vurmuş, o özünü itirmişdir. Bir qədər sonra atası gəlmiş, onu rayon mərkəzi xəstəxanasına aparmışdır. Hadisə nəticəsində sifətindən xəsarət almış, iki dəfə əməliyyat olunmuş və yenə də əməliyyat olunmalıdır. Təxminən ona 4700 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir və hazırda da Təqsirləndirilən şəxs ilə barışmamışıdır. Apellyasiya məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs birinci instansiya məhkəmə baxışı iclasında veriyi ifadə və apellyasiya şikayətində göstərdiyi dəlillər ilə eyni məzmunlu ifadə vermişdir Apellyasiya məhkəmə baxışı iclasında Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, hadisə vaxtı Təqsirləndirilən şəxs ərazidə onlar üçün ayaqyolu tikdiyini, mübahisənin də məhz bunun üstündə başladığını göstərmişdir. Belə ki, Zərərçəkmiş şəxs yaxınlaşaraq ayaqyolunnun tikilməsinə etiraz etmiş və sözləri onların düz gəlməmişdir. Aralarındakı mübahisəni sakitlikdə də danışmağa imkan olsa da onlar bunu eməmişlər. Hadisə zamanı Vüsalın Allahverdini nə ilə vurduğunu görməmiş, hadisə bir anda olmuşdur. Zərərçəkmiş şəxs vurulduqdan sonra onun gözünün altı çapılmışdır. Hadisə yeri ilə orada olan fəhlələrin arasında 30-40 metr məsafə var olmuşdur. Şahid2 onlara daha yaxın olmuşdur. Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs bir-birlərinə qarşı nalayiq ifadə işlətmələrini xatırlamır. İlk öncə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi vurmuş, onun tikilisini uçmuş, daha sonra Təqsirləndirilən şəxs ona qarşılıq vermişdir. Apellyasiya məhkəmə baxışı iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, Yardımlı rayon sakinidir, işi ilə əlaqədar olaraq Ağcabədi rayonu, Ergi qəsəbəsində yaşayır. Belə ki. o, fərdi əməklə məşqul olur, müxtəlif şəxslərə məxsus torpaq sahələrini suvarır. Ağdam rayon sakinləri Vüsal və Allahverdini tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 14 aprel 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ailə üzvlərinə məxsus torpaq sahəsini suvaran zaman Vüsal gəlmiş ona burada işçilərə tualet tikmək istəyirəm, mənə köməklik et sözlərini demişdir. Bundan sonra, Vüsal ağac parçası və çadır gətirmiş, o, lapatka ilə quyu qazmağa başlamışdır. Vüsal gəlmiş birlikdə çadır çəkməyə başlamışlar. O, Vüsala demişdir ki, soğanın suyunu dəyişib gəlir. O, aralaşıb su suvardığı yerə getmiş, qayıdıb gələn zaman görmüşdür ki, Vüsal qaçır. Ədalət də ora tərəf gəlir. O, yaxınlaşana kimi görmüşdür ki, Ədalət Allahverdini idarə etdiyi avtomobilə mindirdi və yüksək sürətlə sürüb getdi. O, ora çatandan sonra eşitmişdir ki, Vüsalla Allahverdi dalaşıb. Vüsal çəkiclə Allahverdini vurub. Mübahisə 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində Ağcabədi rayon Ergi ərazisində baş vermiş, sonradan Vüsal ona demişdir ki, sən oradan aralaşıb gedən kimi Allahverdi gəlmiş, tualet tikməsinə etiraz edərək mübahisə etmiş və aralarında dava olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 15 aprel 2023-cü il tarixli 223 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün üst və alt göz qapaqlarında qançırlar, sol almacıq sümüyünün qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazriliyinin Məhkəmə- Tibbi Ekspertizası və Patoloji anatomiya birliyi Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T453/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün üst və alt göz qapaqlarının qançırları, sol almacıq və burun sümüynünün qəlpəli sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən çəkic ilə zərbə yetirilməsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin dispozisiyasına görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət tərkibini yaradır. Yuxarıda qeyd olunan sübutlardan və qanunun normalarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı mübahisə edərkən əlində olan təsərrüfat çəkici ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sol gözün üst və alt qapaqlarında qançırlar və sol almacıq sümüyünün qəlpəli sınığı kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, hərəkətlərində ona ittiham verilmiş Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir və onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya şikayətinin dəlillərində yalnız Ağcabədi Rayon Məhkəməsinin 1(017)-161/2023 saylı, 19 oktyabr 2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza müəyyən olunarkən birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin məhkum edilmiş şəxsə cəza tətbiq edilərkən onun cəzasını yünügülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi, həmçinin mülki iddianın təyin edilməsi ilə bağlı hallar mübahisələndirilmişdir. Belə ki, zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərində maddi ziyana görə ümumilikdə 4.700 manat mənəvi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərər çəkmiş şəxsə ona vurulmuş maddi ziyana görə 4.700 manat məbləğində vəsaitin ona ödənilməsi tələbi ilə məhkum Təqsirləndirilən şəxs qarşı ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən işin halları, cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə almaması və nəticədə Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsinə dair dəlillərini aşağıda qeyd olunanlara görə əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzasının növü ədalətli olsa da, cəzanın həddi sonuncunun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamamışdır Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərаrının 1-ci bəndində məhkəmələrə tövsuyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinаyət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinаyətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. Cinayət Prosessual Məcəlləsinin 346.1.11 və 346.1.12-ci maddəsinə tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu məsələsi müzakirə edilməlidir. Yuxarıda qeyd olunan qanun normasının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (Cinayət Məcəlləsinin 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdr. İşin hallarından görünür ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə barışmamışdır. Apellyasiya instansiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsi onun cəzasını ağırlaşdıran hal kimi qeyd etsə də, Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməməklə zərərçəkmiş şəxslə barışıq əldə etməməsi, zərərçəkmiş şəxsin hazırkı vəziyyətdə ondan şikayətçi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasa da, bu onun əməlinin ictimai təhlükəliliyini artıran hallardır. Məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əməl еtməklə törətdiyi cinayətin хaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməməklə zərərçəkmiş şəxsin şikayətçi olmasını və zərərçəkmiş şəxslə barışmamasını kifayət qədər nəzərə almamışdır ki, bu hal da təyin olunmuş cəzanın müddətinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və zərərçəkmiş şəxsin hüquqlarının bərpa olunması baxımından ədalətli olmasını istisna edir. Belə ki, Cinayət Məcəlləsinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən 8.1. 9.2, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərindən göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Cinayət hüququnun prinsipi kimi təsbit edilən ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı rola görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir ki bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davarnışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-161/2023 saylı, 19 oktyabr 2023-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) ilədək artırılmalı, Zərərçəkmiş şəxs ona vurumuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməli, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.4, 399.1.5, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-161/2023 saylı, 19 oktyabr 2023-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti artırılaraq ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm həmin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı ayrıca mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-248/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-248/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver