Məhkəmə qərarları › İş №1(106)-249/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-249/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-249/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu ( sədrlik edən və məruzəçi ) , Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(099)-84/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(099)-784/2023 saylı hökmü ilə (sədrlik edən hakim Xamməd Nuriyev) xx xxxx 1989-cu ildə Zəngilan rayonu Şayıflı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, F.X.Xoysk küçəsi, ev 10, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respbulikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona cəzaçəkmə müddəti 30 yanvar 2023-cü ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 5123,252 qram kustar üsualla hazırlanmış narkotik vasitə heroini əldə edib, 5120 qramını daşımaqla yaşadığı Şirvan şəhəri X9 küçəsi ev 10, mənzil 22-də, 3,252 qramını isə üzərində saxlamaqla daşımış, 16 may 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, yaşadığı Şirvan şəhəri X9 küçəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17-də üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 3,252 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, bundan sonra saat 19:50-də yaşadığı mənzilə baxış keçirilərkən yataq otağındakı çarpayının yan tərəfində olan dolabın üçüncü siyirməsinin alt hissəsindən bir ədəd qara rəngli sellofan paketin içərisində olan beş ədəd üzəri yapışqan lentlə bağlanmış, qara rəngli torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram, 1040,0 qram, 1025,0 qram, 1040,0 qram, 1005,0 qram olmaqla, ümumi çəkisi 5120 qram olan, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və üzərində narkotik vasitə izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1 apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm ədalətsiz omuşdur. Belə ki, onun barəsində olan cinayət işi obyektiv araşdırılmamışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, məşğul olmur. Polis əməkda.ları Namaz və İsmayıl ona narkotik vasitələri satmağı təklif etmişlər. O razı olmamışdır. Bu barədə 102 xidmətinə məlumat vermişdir. Ona təzyiq göstərilmiş və buna görə məcbur olub polis işçiləri ilə razılaşmışdır. Sonra onun evindən 5 kiloqram heroin aşkar edilmişdir. Həmin heroin ona məxsus olmamışdır.Lamiyə məhkəmədə düzgün ifadə versə də məhkəmə bu ifadəyə tənqidi yanaşmışdır. Lamiyyə 15.0-5.2023-cü il tarixdə Biləsuvara getməmiş, dişini müalicə etdirmək üçün Sanqaçal qəsəbəsinə getmişdir. İstintaq Lamiyənin 102 xidmətinə zəng etməsinin səbəbini araşdırmamışdır. Axtarış üçün Lamiyənin evinə daxil olan şəxslər mənzilə qanunsuz olaraq məhkəmənin qərarı olmadan daxil olmuşlar. Məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O həmin ifadəsində İranda yaşayan Raminlə olan münasibətlərindən bəhs etmiş, xx.xx.2023cü il tarixdə Biləsuvara getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayəti heç bir halla sübut olunmur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəza ilə razılaşmır, belə ki istintaq qeyri obyektiv aparılmış, heç bir sübutların olmamasına baxmayaraq məhkəmə zamanı nəzərə alınmamışdır. Halbu ki, onun həbsi tutulduğu gündən sifarişli olmuşdur. Dəfələrlə vəsatət təqdim etsə də məhkəmə onun vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyasından Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(099)-84/2022 saylı hökmünün dəyişdirilməsini və barəsində ədalətli qərarın çıxarılmasını xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs çıxışında isintaq zamanı ilikin izahat və ifadəsini polisin ona göstərdiyi psixoloji təsir nəticəsində etiraf etməsini göstərərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili çıxışlarında apellyasiya şikayətlərin təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və məhkəmənin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi Təqsirləndirilən şəxs özünün istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, işdə olan Şəxsi axtrış və götürmə aparılmas haqqında 16 may 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılarkən o, üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində heroinəbənzər maddənin olması müəyyən edilmişdir. Onun üzərindən əlavə olaraq bir ədəd açar, alışqan və mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixli ərizəsində polis əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Mənzilə baxış keçirilməsi barədə 16 may 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısı Təqsirləndirilən şəxs olan açarla açılmaqla mənzilə daxil olduqda Təqsirləndirilən şəxs könüllü olaraq yataq otağındakı dolabda gizlətdiyi bir ədəd qara rəngli sellofan paketi təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sellofan torba açıldıqda içərisində 5 ədəd bağlamalarda narkotik vasitə heroinəbənzər maddələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkisinin 5,655 kq olması müəyyən olunmuşdur. Materialların məhkəmə ekspertizasının 17 may 2023-cü il tarixli, 18/523 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,252 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 05 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1040 qram, 1025 qram, 1040 qram, 1005 qram-ümumi çəkisi 5120 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici və kimyəvi komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatı aparılması mümkün olmadığımdan onun miqdarı və digər maddələr ilə eyni tərkibli olub-olmadığımı müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi çəkisi 5123,232 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi təkirb komponentlərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2969 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3498 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir, ittiham olunduğu əmələ münasibətdə anlaqlıdır, məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şivan şəhər mərkəzi xəstəxanasının 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə «Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu» diaqonzu ilə qeydiyyatdadır. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs vəkili şikayətdə onun narkotik vasitəni qəbul etmədiyini, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətmədiyini göstərir. Lakin bu dəlillər işdə olan "şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokolla, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 30 mart 2023-cü il tarixli 19/370 nömrəli rəyi ilə, məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 371 saylı rəyi ilə və işdə olan maddi sübutla təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi istintaq tərəfindən əldə edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin satış məqsədi ilə əldə olunması barədə düzgün qənaətə gəlmişdir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 371 saylı rəyindən Təqsirləndirilən şəxs narkotik istifadəçisi olması görünsə də, (həmin rəyə görə Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur), Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə ediyini göstərsə də, ondan aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak nörmasından dəfələrlə çox olması, evindən həmçinin elektron tərəzinin aşkar edilməsi onun bu narkotik vasitəni satış məqsədi ilə əldə etmiş olması qənaətinə gəlməyə məhkəməyə əsas vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə narkotk vasitələnin miqdarı küllü miqdar hesab edilən miqdardan dəfələrlə çox olmuş, ondan aşkar edilmiş narkotik vasitə daha təhlükəli növdən olan heroin narkotik vasitəsi olmuşdur. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polisdə əməliyyat məlumatı olmuşdur. Ona görə onun əməlinin tövsifi düzgün olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilməsi də cəza təyinetmənin ümumi prinsiplərinə, Təqsirləndirilən şəxs şəxsiyyətinə, əməlin xarakterinə, ictimai təhlükəliliyinə və işin digər hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs və onun vəkilinin apelyasiya şikayətində göstərilənlər onun barəsində olan hökmün dəyişdirilməsinə, yaxud ləğvinə əsas vermir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(099)-84/2022 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(099)-84/2022 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar