Məhkəmə qərarları › İş №1(106)-252/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-252/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-252/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı X2 iştirakı ilə, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(017)- 123/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərba olunması barədə vəsatətin rədd edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(017)-123/2022 saylı qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(017)-123/2022 saylı hökmü ilə (hakim Rəşad Nuriyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2(iki) il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Məhkum Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(076) 80/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il on bir ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin başlanğıcının 09 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum Xıdırov X1 Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(017)- 123/2022 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətini buraxmış, müddətinin bərpasına dair vəsatəti Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(017)-123/2022 saylı qərarı ilə təmin edilməmişdir. Məhkum Xıdırov X1 Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(017)-123/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Məhkum apellyasiya şikayətində şikayətin verilməsi müddətinin ötürülməsinin səbəbi kimi göstərmişdir ki, o apellyasiya şikayətini 12 noyabr 2022-ci il tarixdə cəza şəkdiyi 5 saylı cəzaçəkmə müəssisəsinin qeydiyyat şöbəsinə təqdim etmiş, 11 dekabr 2022-ci il tarixdə müalicə müəssisəsinə göndərilmiş və sonradan ona məlum olmuşdur ki, apellyasiya şikayəti vaxtında məhkəməyə göndərilməmişdir. Ona görə də müddətin bərpasından imtina barədə Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(017)-123/2022 saylı qərarının ləğv edilməsini, müddətin bərpa edilməsini və onun işinə apellyasiya qaydasında baxılması haqqında qərar çıxarılmasını xaһiş edir. Dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya baxışı zamanı şikayətin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(017)-123/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan müşaiyət məktubundan görünür ki, Məhkum apellyasiya şikayəti onun tərəfindən 15 noyabr 2022-ci il tarixdə 5 saylı Cəzaçəkmə Müəssisəsinə təqdim edilmiş, 5 saylı Cəzaçəkmə Müəssisəsi isə şikayəti Ağacabədi Raton Məhkəməsinə yalnız 12 yanvar 2023-cü il tarixdə göndərmişdir. (səh 420-421) Ona görə də məhkəmə kolegiyası hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(017)-123/2022 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə vəsatətin rədd edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(017)-123/2022 saylı qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş şikayət təmin edilməli, həmin qərar ləğv edilməli, Məhkum münasibətdə Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 385-ci maddəsinin tələbinin yerinə yetirilməsi üçün cinayət işi Lənkaran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 386-ci maddəsini rəhbər tutaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(017)- 123/2022 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərba olunması barədə vəsatətin rədd edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(017)-123/2022 saylı qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 20223-cü il tarixli qərarı ləğv edilsin. Məhkum apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilərək müddət bərpa edilsin. Cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulan hərəkətlərin yerinə yetirilməsi üçün Lənkaran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar