Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-254/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Zeynalov Musa Həsən oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru X10, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(099)-694/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X11 (sədrlik edən), X12 və X6 ibarət tərkibdə) 05 dekabr 2023-cü il tarixli, 1(099)-694/2023 nömrəli hökmü ilə xx xxxxxx 1960-cı ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, 05 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyatda olmasının nəzərə alınması qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 28 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının ortalarında ünvan 1 ünvanında yerləşən yaşadığı evin giriş hissəsində iki ədəd dəmir vedrədə, ayrı-ayrılıqda 9 ədəd və 8 ədəd, bir ədəd kauçuk qabda 3 ədəd və bir ədəd kisədən hazırladığı qabda 8 ədədini qanunsuz olaraq torpağa əkmiş, 17 aprel 2023-cü il tarixədək müddət ərzində həmin qablarda bitmiş 28 ədəd çətənə (kannabis) bitkilərinin cücərtilərini mütəmadi suvarmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini və şitillərini yetişdirməklə külli miqdarda kultivasiya etmiş, 17 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları ümumilikdə 28 ədəd külli miqdarda çətənə (kannabis) bitkisini və şitillərini aşkar edib götürmüşlər, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(099)-694/2023 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 237.2.3-cü maddəsindən CM-nin 237.1-ci maddəsinə tövsif edilməsini və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş “azadlığın məhdudlaşdırılması” növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi daha sonra apellyasiya şikayətini dəyişdirərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində məhkəmə istintaqı zamanı müdafiə tərəfindən dindirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 8 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını ünvan 2 ünvanında, 2023-cü ilin mart ayının ortalarında yaşadığı evin giriş hissəsində bir ədəd dəmir vedrəyə 1 ədəd, 1 dəmir vedrəyə 1 dəd, bir ədəd kauçuk qabda 1 ədəd və bir ədəd kisədən hazırladığı qabda 5 ədədini torpağa əkmiş, 17 aprel 2023-cü il tarixədək müddət ərzində həmin qablarda bitmiş 8 ədəd çətənə (kannabis) bitkilərinin cücərtilərini mütəmadi suvarmaqla qulluq etmiş, 17 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində 2 nəfər polis əməkdaşı onun yaşadığı fərdi yaşayış evinin həyətinə gələrək narkotik vasitə əkdiyini demiş, o isə həmin əkdiyi 8 ədəd çətənə bitkisinin olduğu qabları könüllü olaraq onlara göstərmiş, sonra isə həmin adını bilmədiyi 2 nəfər polis əməkdaşı Saatlı polis şöbəsinə zəng etmiş, Saatlı polis şöbəsinin əməliyyatçıları və digər əməkdaşları onun yaşadığı həyət evinə gəlmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilməsini xahiş etmiş, lakin polis əməkdaşları onun xahişini yerinə yetirməmiş, onun evində və həyətində axtarış-baxış tədbirləri aparılmasına dair ərizə yazmağa məcbur edilmiş, 4 qabda 8 ədəd çətənə bitkisi olduğu halda və çətənə bitkilərinin əkildiyi qablarda olan torpağın həyətyanı sahədən götürdüyünü və həmin torpaqda alaq otlarının toxumlarından xırda cücərtilər olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, çətənə bitkisinin 28 ədəd olması və çəkilişdə 28 ədəd çətənə bitkisini əkməsi barədə yalan ifadə verməyə məcbur edilmiş, əslində isə 8 ədəd olan çətənə bitkisinin 20-30 santimetr boy atdığını, alaq otlarının 1-2 santimetr cücərdiyini göstərmiş, əməliyyat axtarış tədbiri başa çatdıqdan sonra Saatlı rayon polis şöbəsinə aparıldığını, şahid qismində özü dindirilmədən izahatının yazıldığını, izahatını oxumadan imzaladığını, izahatını imzalayarkən onun yanında mütəxəsis və vəkilin olmadığını, vəkili yalnız tutulduğu günün səhəri gördüyünü, həmin vəkildə onun saxlanıldığı müvəqqəti saxlama yerinin girəcəyində görmüş, demiş ki, mən vəkiləm, ancaq onun vəkili olub-olmamasını bildirməmiş, 4 aylıq istintaq müddətində bir daha vəkili görməmiş, ona ittiham elan olunarkən onun yanında vəkil olmamış, şübhəli və təqsirləndirilən şəxs qismində onun adından yazılmış ifadələri imzalayarkən onun yanında vəkil olmamış, hüquq və vəzifələrin ona izah edilməsində, ibtidai istintqın qurtarmasının ona elan edilməsində, cinayət işinin materialları ilə tanış olunmasında onun yanında vəkil olmamışdır. Onun adından yazılmış izahat və ifadələrdə çətənə bitkisinin 28 ədəd olması, 8 ədəd çətənə bitkisinin hündürlüyü 70-80 sm olması, 20 ədəd çətənə bitkisinin hündülüyünün 8-12 sm olması barədə məlumatların yalan olduğunu bildirmişdir. İstintaq orqanının göstərdiyi, hündürlüyü 70-80 sm olan 8 ədəd çətənə kolunun ümumi çəkisinin 60 qram olması və hündürlüyü 8-12 sm olan 20 ədəd çətənə cücərtisinin ümumi çəkisi 2,47 qram olması kifayət qədər şübhəlidir, inandırıcı deyil, ona görədə maddi sübut kimi tanınmış 8 ədəd çətənə kollarının və 20 ədəd cücərtinin məhkəməyə gətrilməsi və baxış keçrilməsi olduqca zəruridir və gətrilməlidir. Həmçinin, onu da qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Saatlı rayon polis şöbəsinin əməkdaşı Şahid3, Şahid6 Firudin oğlu və Şahid2 Əliquşad oğlu da 8 ədəd çətənə bitkilərinin hündürlüyünün 20-30 sm olduqlarını təsdiq etmişdilər. xx.xx.2023-cü il tarixində məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Saatlı RPŞ-nin əməkdaşı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və müdafiə tərəfinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, "bəli, biz vəkil dəvət etmişdik, çəklişdə vəkil iştirak edib, çətənə bitkilərinin hündürlüyü 20-30 sm olardı". xx.xx.2023-cü il tarixində məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid6 Firudin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və müdafiə tərəfinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, "biz Təqsirləndirilən şəxs yaşadığı evə gündüz getmişdik, çətənə bitkilərinin hündürlüyü 20-30 sm olardı, Saatlı rayon polis şöbəsinin dəftərxanası axşam saat 18-19:00-dək işləyir". xx.xx.2023-cü il tarixində məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 Əliquşad oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və müdafiə tərəfinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, "biz Təqsirləndirilən şəxs yaşadığı evə gündüz getmişdik, abed vaxtı idi, çətənə bitkilərinin hündürlüyü 20-30 sm olardı. Video görüntüyə baxarkəndə müəyyən olunur ki, 8 ədəd çətənə bitkisinin hündürlüyü təxminən 20-30 sm, digər cücərtilərin isə hündürlüyü 1-2 sm ola bilər. Verilmiş rəylə də təsdiq olunur ki, 8 ədəd çətənə bitkisinin ümumi çəkisi 60 qram, 20 ədəd cücərtinin çəkisi 2,47 qramdır. Məhkəmə-bioloji ekspertizasının eyniləşdirmə apara bilmədiyi, verdiyi rəyin nəticələri şübhə altında olan məlumatlar olduğu halda, mütəxəsis kimi rəy tərtib etmiş X18, 17 aprel 2023-cü il tarixli rəyində göstərir ki, 20 ədəd çücərti çətənə bitkisidir. Hündürlüyü 1-2 sm olan və çəkisi 2,47 qram olan 20 ədəd cücərtinin çətənə bitkisi olmasının adi baxışla müəyyən edilməsi və tərtib edilmiş rəy kifayət qədər şübhə yaradır. Ona görə də, 17 aprel 2023-cü il tarixli mütəxəsis rəyini tərtib etmiş X18 əlavə şahid qismində məhkəmə iclasına dəvət edilib dindirilməlidir. Saatlı RPŞ-ninTB-nin tətqiqatçısı polis kapitanı X2 17 aprel 2023-cü il tarixli "Mütəxəsis dəvət etmək haqqında" qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb-oxuya bilmədiyinə görə ali təhsilli pedaqoq X4 mütəxəsis qismində dəvət edilmiş və həmin qərar X9 və mütəxəsis İbrahim Hüseynov tərəfindən imzalanmışdır. Həmçinin, 17 aprel 2023-cü il tarixdə, saat 20:50 də tərtib edilmiş "Cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında" qərarda X9, şübhəli şəxs Təqsirləndirilən şəxs və mütəxəsis İbrahim Hüseynov tərəfindən imzalanmışdır. Bundan başqa, 17 aprel 2023-cü il tarixli "müdafiəçi dəvət edilməsinə dair" ərizədə Təqsirləndirilən şəxs və mütəxəsis İbrahim Hüseynov tərəfindən imzalanmışdır. Ona görə də, mütəxəsis qismində cəlb edilmiş X4 əlavə şahid qismində məhkəmə iclasına dəvət edilib dindirilməlidir. Bundan başqa, 17 aprel 2023-cü il tarixli "Cinayət törətməkdə şübhə edilən şəxsə vəkilin təqdim edilməsi haqqında" protokol, 17 aprel 2023-cü il tarixində tərtib edilmiş "Hüquq və vəzifələr barədə" bildiriş, 17 aprel 2023-cü il tarixində tərtib edilmiş "Şübhəli şəxsə hüquq və vəzifələrinin izah olunması, hüquq və vəzifələri haqqında yazılı bildirişin təqdim edilməsi haqqında" protokol, 17 aprel 2023-cü il tarixində tərtib edilmiş "cinayət prosesini həyata keçirən orqana qarşı proses iştirakçısının etirazının olub-olmaması haqqında" protokol, 17 aprel 2023-cü il tarixində, saat 21:30 radəsində tərtib edilmiş "Şübhəli şəxsin tutulması haqqında" protokol, 17 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxs şahid qismində izahatının alınması protokolu, 17 aprel 2023-cü il tarixində tərtib edilmiş "Şübhəli şəxsin ekspertiza təyin edilməsi barədə qərarla tanış olması haqqında" protokol şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Vüsal Abbasov və X9 tərəfindən imzalanmışdır. Bundan başqa, 18 aprel 2023-cü il tarixində, saat 17:30-18:50 radələrində tərtib edilmiş "Şübhəli şəxsin dindirilməsi haqqında" protokol, 19 aprel 2023-cü il tarixində saat 16:45 radələrində tərtib edilmiş "Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında" qərar, 19 aprel 2023-cü il tarixində, saat 17:40-19:00 da tərtib edilmiş "Təqsirləndirilən şəxsin dindirilməsi haqqında" protokol, 01 may 2023-cü il tarixində tərtib edilmiş "Təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi barədə qərarla tanış olması haqqında" protokol, 04 avqust 2023-cü il tarixində tərtib edilmiş "Təqsirləndirilən şəxsin ekspertiza rəyi ilə tanış olması barədə" protokolu, 06 avqust 2023-cü il tarixində tərtib edilmiş "İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi haqqında" protokol, 07 avqust 2023-cü il tarixində, saat 09:30-12:30 a dək tərtib edilmiş "Cinayət işinin materialları ilə tanış etmə" protokolu Təqsirləndirilən şəxs, müdafiəçi Vüsal Abbasov və saatlı RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə bildirir ki, təhqiqat və ibtidai istintaq dövründə mütəxəsisi ümumiyyətlə görməmiş, müdafiəçini isə yalnız tutulandan sonrakı gün bir dəfə görmüş, müstəntiqi isə yalnız ibtidai istintaqın sonunda görmüş, ümimiyyətlə yuxarıda adı çəkilən şəxslərlə birlikdə heç vaxt bir yerdə olmamışdır. Bu isə, öz növbəsində əməliyyat-axtarış tədbirinin başlanmasından təhqiqatın və ibtidai istintaqın sonunadək müdafiə hüququnun kobud şəkildə pozulmasını ehtiva edir. Yuxarıda göstərilən prosessual pozuntuların olub-olmamasını yoxlamaq üçün ilkin təhqiqatı aparmış Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X15 oğlu, Saatlı RPİnin İB-nin müstəntiqi polis baş leytenantı X13 və 465 saylı vəkil orderini təqdim etmiş Saatlı Rayon Vəkil Bürosunun vəkili X16 əlavə şahid qismində məhkəmə iclasına dəvət edilib dindirilməlidirlər. İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə, "17 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları ümumilikdə 28 ədəd külli miqdarda çətənə (kannabis) bitkisini və şitillərini aşkar edib götürmüşlər". Belə olduqda, bu əməliyyat tədbiri ilə bağlı 17 aprel 2023-cü il tarixində saat 19:30 dan əvvəl və sonra tərtib edilmiş bir neçə sənədlərin xronologiyasına diqqət yetirək. Belə ki, Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Ələddin Nuruyev tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli "əməliyyat-axtarış tədbirləri keçrilməsinə icazə verilməsi barədə" raportu, xx.xx.2023-cü il tarixli "Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilməsi barədə" raportu, xx.xx.2023-cü il tarixli "Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçrilməsi barədə" qərarı, Təqsirləndirilən şəxs tərəfindən yazılmış 17 aprel 2023-cü il tarixli "Evində axtarış aparılmasına etiraz etməməsi barədə" ərizəsi, Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı İsmayıl Hacıyev tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixdə saat 19:30-20:25 radələrini əhatə edən “narkotik vasitəyə baxış keçrilməsi haqqında” protokol, aqronom mütəxəsis X18 tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü İİ tarixli mütəxəsis rəyi, Təqsirləndirilən şəxs və pedoqoq mütəxəsis İbrahim Hüseynov tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli "Hüquqlarının dövlət vəsaiti hesabına müdafiə olunması barədə" ərizə "guya ki" 17 aprel 2023-cü il tarixində Saatlı RPŞ-nin dəftərxanasında möhürlənərək qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün dövlət idarə, müəssisə və təşkilatlarda dəftərxanalar, o cümlədən Saatlı RPŞ-nin dəftərxanası da səhər saat 09:00-dan axşam saat 18:00-dək işləyir. Ona görə də həmin sənədlərin 17 aprel 2023-cü il tarixində möhürlənməsi və qeydiyyatdan keçməsi kifayət qədər şübhə yaradır. Yuxarıda göstərilən kifayət qədər əsasları nəzərə alaraq, yuxarıda adları çəkilən sənədlərin qeydiyyat kitablarından təsdiq edilmiş çıxarışların məhkəməyə təqdim edilməsi barədə və Saatlı RPŞ-nin dəftərxanasının iş cədvəli barədə məlumatı rəsmi qaydada (iş vaxtının başlaması və qurtarması saatları göstərilməklə) məhkəməyə təqdim edilməsi barədə sorğu verilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin suallarına cavab verərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, onun evində axtarış aparılmamışdan qabaq, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilməsi barədə Saatlı RPŞ-nin əməkdaşlarından xahiş etmiş, lakin polis əməkdaşları, o cümlədən X9 onun xahişini yerinə yetirməmişdilər. Halbuki, Saatlı rayon ərazisində Saatlı rayon Vəkil Bürosunun vəkilləri fəaliyyət göstərir və şübhəli olsa da belə, 17 aprel 2023-cü il tarixli sənədlərə əsasən Saatlı RPŞ-nə vəkil dəvət edilmiş və həmin vəkil digər təhqiqat hərəkətlərində iştirak etmişdir. Açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs şərləmək məqsədi ilə onun həyətinə vəkil deyil, 2 nəfər hal şahidləri dəvət edilmişdir. Həmin hal şahidlərinin dərhal müəyyən edilməsi və Təqsirləndirilən şəxs evində və həyətində baxış-axtarış tədbirinin keçrilməsində iştirak etmələrinin təşkil edilməsi ona əsas verir ki, həmin hal şahidləri ilə Saatlı RPŞ-nin əməkdaşları mütəmadi olaraq əməkdaşlıq edirlər. 17 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxs evində və həyətində baxış-axtarış tədbirinin keçrilməsində iştirak etmiş hal şahidləri Şahid1 və Şahid2 Əliquşad oğlunun mütəmadi olaraq hal şahidi qismində iştirak etmələrinə şübhə olduğuna görə, Saatlı Rayon Məhkəməsinə, Saatlı rayon prokurorluğuna və Saatlı RPŞ-Nə müvafiq sorğular verilməlidir. Bundan başqa, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin X8 18 aprel 2023-cü il tarixli, 18/423 saylı ekspert rəyinin "botaniki tədqiqat hissəsində" göstərilir ki, "Tətqiqata təqdim olunmuş bitki şitillərinin (9-28 N2-İİ obyektlər) təbiətini müəyyən etmək üçün orqanoleptik və botaniki tətqiqatlar aparıldı. Müəyyən olundu ki, bitki şitillərinin gövdəsi (zoğ hissəsi) yaşımtıl rəngə malikdir. Şitillərin üzərində xırda yarpaqlar vardır (əsasən gövdənin uc hissəsində birləşik yarpaqlar). Yarpaqların üzərində qarışıq damarlanma nəzərə çarpır. Üst və alt hissəsi tükcüklərlə örtülüdür. Aşkar olunmuş xüsusiyyətlər çətənə (kannabis) bitkisinin şitilləri üçün xarakterikdir. Həmin rəyin "Sintezedici hissəsi"ndə göstərilir ki, tədqiqata təqdim edilmiş 20 ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli (tərkibi) çətənə (kannabis) bitkisinin şitilləridir". Həmin rəyin nəticə hissəsinin 2-ci bəndində göstərilir ki, "Tətqiqata təqdim olunmuş, üzərində: "...Təqsirləndirilən şəxs yaşadığı...çətənə şitillərinə oxşar..." sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 20 ədəd, yaş vəziyyətdə ümumi çəkisi-2,47 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş, çətənə (kannabis) bitkisinin şitilləri inkişaflarının erkən fazasında olduqlarına görə həmin şitillərin tərkiblərinə görə müqayisəli (eynilik) tətqiqatını aparmaq mümkün olmadı". Ekspertin, 18 aprel 2023-cü il tarixli aktında göstərilir ki, çətənə bitkilərini 60 qram olan 8 ədəd və şitilləri 2,47 qram olan 20 ədəd qəbul edildi, 60 qram olan 8 ədəd çətənə bitkisindən 0,16 qram nümunə götürüldü və yerdə qalan 59,84 qram olan 8 ədəd çətənə bitkisi və 2,47 qram 20 ədəd şitillər geri qaytarıldı. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin X8 18 aprel 2023-cü il tarixli, 18/423 saylı ekspert rəyi kifayət qədər qərəzli və şübhəlidir. Beləki, 8 ədəd çətənə bitkisi "xromatoqrafiq" tədqiqatdan keçsə də, 20 ədəd cücərti "xromatoqrafiq" yoxlanışdan keçməmişdir. Həmin 20 ədəd cücərti çətənə bitkisi olması və hamısının eyni tərkibli olmasının müəyyənləşdirilməsi üçün mütləq həmin cücərtilər "Xromatoqrafiq" tətqiqatdan keçməli idi. Hesab edirik ki, ekspert 20 ədəd cücərtini "xromatoqrafiq" tətqiqatdan keçirməməklə qərəzli olduğunu və öz rəyini şübhə altına aldığını bir daha təsdiq edir. Əgər 20 ədəd cücərti "xromatoqrafiq" tətqiqatdan keçirə bilmirdisə, həmin 20 ədəd cücərtini çətənə şitili kimi qiymətləndirə bilməzdi. Beləki, 18 aprel 2023-cü il tarixli akta əsasən, ekspert çəkisi 60 qram olan 8 ədəd çətənə bitkisindən 0,16 qram nümuna götürdüyü halda, çəkisi 2,47 qram olan 20 ədəd cücərtidən heç bir nümunə götürməmişdir. Belə ki, ekspert 8 ədəd çətənə bitkisinə münasibətdə keçrilmiş "xromatoqrafiq" tətqiqatda göstərmişdir ki, "Tətqiq olunan bitki nümunələrinin (1-8 Ne-li obyektlər) tərkibində çətənə (kannabis) bitkisinə məxsus narkotik təsirə malik komponentlərin kannabinoidlərin olub-olmadığı, eyni tərkibli olub-olmadığını müəyyən etmək üçün nazik təbəqəli xromatoqrafik üsulundan istifadə edildi. "Xromatoqrafiq" tətqiqat (NTX) nəticəsində müəyyən edildi ki, tətqiq olunan bitki nümunələrinin tərkibində çətənə (kannabis) bitkisinə məxsus olan əsas kannabinoidli komponentlər (KBN, THK, KBD), o cümlədən narkotik aktivliyə malik tetrahidrokannabinol (THK) vardır və alınmış ləkələrin tündlüyünə, ölçülərinə əsasən tətqiq olunan 1-8 Nə-li obyektlər eyni tərkiblidir". 8 ədəd çətənə bitkisinə münasibətdə göstərilən tədqiqat üsulları ilə əldə edilmiş nəticələr kifayət qədər aydın, əsaslı və obyektiv hesab edilə bilər. Lakin, 20 ədəd cücərtiyə münasibətdə yuxarıda adları çəkilən (NTX) (KBN, THK, KBD), (THK) tətqiqat üsullarında istifadə edilmədən, yalnız ümumi sözlərə əsaslanan vüzial baxışa və qərəzli şəkildə tərtib edilmiş 17 aprel 2.02,3-cü il tarixli mütəxəsis rəyinə əsaslanaraq 20 ədəd cücərtinin çətənə şitili hesab edilməsi verilmiş rəyin açıq-aşkar qərəzli və qeyri-obyektiv olmasında xəbər verir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin X8 18 aprel 2023-cü il tarixli, 18/423 saylı ekspert rəyini tərtib etmiş ekspert Gülər Novruzova əlavə şahid qismində məhkəmə iclasına dəvət edilərək verdiyi rəydəki məlumatların dəqiqləşdirilməsi üçün dindirilməlidir. Ona görə ki, növbəti dəfə komisyon və ya kompleks məhkəmə ekspertizasının keçrilməsi olduqca zəruridir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, apelyasiya şikayətində Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini mübahisələndirsə də, ibtidai istintaq zamanı sonuncunun müdafiə hüququ tamamilə pozulmuşdur. Bu isə ona bəraət verilməsi üçün əsasdır. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X19 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirlən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələni mübahisələndirməklə Təqsirləndirilən şəxs əməlinin CM-in 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bununla yanaşı, apelyasiya baxışı zamanı müdafiə tərəfi işin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud surətdə pozulmasına istinad edərək, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, təqsirləndirilən şəxsi apellyasiya baxışında dindirib, təkrar məhkəmə-bioloji ekspertizası təyin etmiş, cinayət işinin bütün materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkıməsinin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) bu maddənin tərkibini yaradır. CM-in 237.2.3-cü maddəsinə əsasən yuxarıda qeyd olunan əməlin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Onu da qeyd etmək lazımdır ki, əməlin cinayət olub-olmaması, habelə cinayət tərkibinin əlamətləri Cinayət Qanununun Xüsusi hissəsinin normalarında təsbit edilsə də, bu əməllərin sübuta yetirilməsinin hüquqi proseduru Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Beləliklə, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri baxımından Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs qeyd edilən cinayətləri törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid3, Şahid6 Firudin oğlu, Şahid2 Əliquşad oğlunun ifadələri, xx.xx.2023-cü il tarixli raport, xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, mütəxəssis rəyi, xx.xx.2023-cü il tarixli, 18/423 nömrəli «məhkəmə bioloji ekspertizası»nın rəyi, xx.xx.2023cü il tarixli, 2936 nömrəli «məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama»nın rəyi, habelə iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı ittiham irəli sürülmüş Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi ev 7-də tək yaşayır, əvvəllər Azərbaycan Respublikasında 3 dəfə məhkum olunmuşdur. Sonuncu dəfə narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən məhkum olunmuş, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası almış və 19 oktyabr 2006-cı ildə cəzasının sonu ilə azadlığa çıxmışdır. 2009-cu ildə Rusiya Federasiyasında yenə də narkotik vasitələr saxladığına görə məhkum olunub 5 il azadlıqdan məhrum etmə cəzası almış və 2014-cü ildə azadlığa buraxılmışdır. Uzun illərdir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İstifadə etdiyi marixuanadan 28 ədəd toxum əldə etmiş və həmin toxumları nə vaxtsa öz istifadəsi üçün əkmək məqsədilə yaşadığı evdə gizlətmişdir. 2023-cü ilin mart ayının ortalarında həmin toxumları əkmək qərarına gəlib yaşadığı evə daxil olarkən giriş hissədə 2 ədəd dəmir vedrənin birinə 9 ədəd, digərinə 8 ədəd, 1 ədəd kauçuk qaba 3 ədəd və kisədən hazırladığı qaba isə 8 ədəd çətənə bitkisinin toxumunu əkmişdir. Əkdiyi toxumların hamısı cücərmiş və o, mütəmadi olaraq cücərtiləri suvarıb onlara qulluq etmişdir. 2023-cü ilin aprel ayının ortalarında kisədən hazırladığı qaba əkdiyi çətənə bitkilərindən 8 ədədi yaxşı inkişaf edərək 70-80 sm boy atsalar da, 2 ədəd dəmir vedrəyə və 1 ədəd kauçuk qaba əkdiyi çətənə bitkisi yaxşı inkişaf etməyərək 8-12 sm boy atmışlar. 17 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı evin həyətində olarkən polis əməkdaşları onu küçəyə çağırıb, yaşadığı evdə narkotik tərkibli bitkiləri əkməyi barədə məlumatlarının olduğunu, bununla bağlı yaşadığı evə baxış keçirəcəklərini bildirdikdə o, polis əməkdaşlarının onun çətənə bitkisi əkməyi barədə məlumatları olduğunu başa düşüb, etiraz etməyin lüzümsüz olduğunu anlayıb, buna etiraz etməmiş və baxışın keçirilməsinə icazə verdiyi barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları 2 hal şahidinin və aqronomun iştirakları ilə yaşadığı evə baxış keçirərkən evin giriş hissəsində 2 ədəd vedrədə, 1 ədəd kauçuk qabda və 1 ədəd kisədən hazırladığı qabdakı torpaqda əkib-yetişdirdiyi cəmi 28 ədəd çətənə bitkilərini aşkar etmişlər. Özü səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında polis əməkdaşları tərəfindən aşkar edilmiş həmin 28 ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu və öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini etiraf etmişdir. Baxışda iştirak edən aqronom tərəfindən həmin 28 ədəd bitkiyə baxış keçirilmiş, aqranom bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu və becərilmə işləri aparıldığını demişdir. Həmin 28 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən qabdakı torpaqdan çıxarılmış 20 ədəd zəif inkişaf etmiş bitkilər 1 ədəd sintetik paketdə, 8 ədəd yaxşı inkişaf etmiş bitkilər başqa bir ədəd sintetik paketdə qablaşdırılıb götürülmüşdür. Hal şahidləri və polis əməkdaşları kimi yaşadığı evdən aşkar edilmiş çətənə bitkilərinin qablaşdırıldığı kağız paketlərin üzərində imza etmişdir. Yaşadığı evə baxış keçirilərkən foto və videoçəkiliş aparılmış, sonda baxışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün özü, hal şahidləri, aqronom və polis əməkdaşları kimi protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Özü narkotik vasitələrdən istifadə etdiyi üçün həmin 28 ədəd bitkini əkib-yetişdirmiş, həmin bitkilərdən əldə etdiyi narkotiki satmaq fikri olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Çətənə bitkisinin 20 ədəd toxumu yaxşı toxum olmadığı üçün onlardan bitən çətənə bitkiləri yaxşı inkişaf etməmiş, digər 8 ədəd toxum isə sağlam olduğundan yaxşı inkişaf etmişdir. Onun həmin bitkiləri əkib-yetişdirdiyindən heç kimin xəbəri olmamış, həmin bitkilərin əkilib-yetişdirilməsində heç kim ona köməklik etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı müdafiəçisi tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, həyətdə əkdiyi tərkibində narkotik maddələr olan bitkiləri saymamış, ümumi əkdikləri tərkibində narkotik maddələr olan bitkilərin sayı 8-9 ədəd olmuşdur. Əkdikləri tərkibində narkotik maddələr olan bitkilərin 8 ədədi çıxmışdır. Tərkibində narkotik maddələr olan bitkiləri 4 qabda əkmişdir. Bitkilərin 5 ədədini bir qabda o birilərin isə hərəsini bir qabda əkmişdir. Polislərə çox demişdir ki, əkdiklərinin dibindən çıxanlar ot alaqdır, polislər torpağı aralayıb pnsetlə götürmüşlər, polislər bunun ekspertlər tərəfindən araşdırılacağını bildirmişlər. Axtarış aparılan zaman vəkil iştirak etməyib, gec olduğunu, saat 9 olduğunu vəkilin gəlmədiyini bildirmişlər. Onu RPŞ-nə aparandan bir gün sonra orada qapının ağzında bir nəfər durmuş, söhbət etmiş, ancaq vəkili olduğunu deməmiş, bir az danışandan sonra çıxıb getmişdir. Tutulduğundan bir gün sonra vəkil gəlmişdir. Latın qrafikası və kiril qrafikası ilə yazıb-oxuya bilməmişdir. İstintaq zamanı mütəxəssis iştirak etməmiş, mütəxəsis görməmişdir. 2-ci gün müstəntiq gəlib demişdir ki, «mən sənin müstəntiqinəm», sonra çıxıb getmiş, birdə gələndən sonra müstəntiq kağızlara imza çəkməlisən demiş və o da müstəntiq verən sənədlərə imza çəkmişdir. Cinayət işinin materialları ilə tanış olmamışdır. Şübhəli şəxs qismində tutulduqdan sonra buraxılmış, buraxıldıqdan sonra 4 ay müddətində bir dəfə də polis şöbəsinə çağırmamışlar. Polis əməkdaşları nə demişdirsə o da həmin sənədlərə imza çəkmişdir. Şəxsi axtarışla bağlı çəkilmiş videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində əkdiyi tərkibində narkotik maddələr olan bitkilərin sayının 8-9 ədəd olduğunu və onlardan 8 ədədinin çıxdığını, tutulduqdan bir gün sonra vəkil gördüyünü, cinayət işinin materiallarını ilə tanış olmadığını demiş və ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 17 aprel 2023-cü il tarixdə Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi ev 7-də qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı Saatlı RPŞ-nin əməkdaşları Şahid4, Şahid5, Şahid6, mütəxəssis-aqronom Azad Kazımov, hal şahidləri Şahid1 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına küçəyə getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqda, evin giriş hissəsində sol tərəfdə 2 ədəd dəmir vedrədə, hər birində 8-9 ədəd, 1 ədəd kauçuk qabda 3 ədəd və kisədən hazırlanmış qabda (dibçəkdə) isə 8 ədəd, ümumilikdə 27-28 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bitkilərin hamısının çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Azad Kazımov tərəfindən həmin bitkilərə baxış keçirilmiş, Azad Kazımov həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparıldığını demişdir. Bununla bağlı Azad Kazımov tərəfindən rəy tərtib edilərək onlara təqdim olunmuşdur. Həmin bitkilər tərəflərindən əkildikləri qabdakı torpaqlardan çıxarılmış, 8 ədəd nisbətən hündür boy atmış bitkilər bir ədəd sintetik torbada, qalanları isə başqa sintetik torbada qablaşdırılıb möhürlənərək müvafiq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. X9 tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, imzaları ilə təsdiq etmişlər. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri özü üçün əkdiyini demişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkməsi barədə məlumat 17 aprel 2023-cü il tarixdə Saatlı RPŞ-yə daxil olmuş, bununla bağlı «Əməliyyat-qeydiyyat işi» açılmamışdır. Təqsirləndirilən şəxs özü onların qarşısına çıxmış, Təqsirləndirilən şəxs özünün iştirakı ilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuş qərarla getmişlər, məhkəmə qərarı olmamışdır. Baxış zamanı hal şahidləri də iştirak etmişdir, hal şahidləri küçədən keçərkən çağırmışlar. Aqranom isə onlarla birlikdə olmuşdur. Baxış zamanı aparılmış foto və videoçəkilişlərdə onlarda və vəkildə iştirak etmişlər. Hazırda vəkilin kim olması yadında qalmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş əmliyyat müvəkkili Şahid6 Firudin oğlu Şahid3 ifadəsində göstərdiyi faktları olduğu kimi təsdiq edib eyni məzmunlu ifadə verməklə yanaşı bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman aqranom və iki nəfər hal şahidi iştirak etmişlər, aqranom onlarla birlikdə getsə də hal şahidləri sonradan dəvət edilmişlər, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman saata fikir verməmiş, ancaq həmin vaxtı gündüz olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərindən balacalarda olmuş, bitkinin böyüyü təxminən 30 sm olmuş, bitkilər müxtəlif ölçülərdə olmuşlar, hamısı eyni ölçülərdə olmamışlar, balaca bitkilər təxminən 10-13 sm olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman qərar olmuşdur, həmin qərarın içrası ilə əlaqdar Təqsirləndirilən şəxs evinə baxış keçirmişlər. Saatlı RPŞ-nin dəftərxanası saat 18-dək işləyir, axşam saatlarında dərfərxana işləmir. Təqsirləndirilən şəxs qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərini X9 çıxartmış və onlarında yanında saymış, həmin bitkilər 28 ədəd olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirməyə gələn zaman digər əməliyyatçılar onun idarə etdiyi maşınla gəlmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Əliquşad oğlu ifadəsində bildirmişdir ki, 17 aprel 2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar Saatlı şəhərində olarkən Saatlı RPŞ-nin əməkdaşları onu çağıraraq Saatlı şəhəri ərazisində keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, razılıq verdikdən sonra polis əməkdaşları ilə Saatlı şəhəri H.Z.Tağıyev küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Orada polis əməkdaşları tərəfindən ona və digər hal şahidinə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirəcəkləri izah edilmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evin həyətində olan Təqsirləndirilən şəxs küçəyə çağırıb, Atamoğlana daxil olmuş məlumatla bağlı evinə baxış keçirəcəklərini dedikdə Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən onun, digər hal şahidinin, aqronom Azad Kazımovun və Təqsirləndirilən şəxs özünün iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqda girişdə 2 ədəd dəmir vedrədə birində 9 ədəd, digərində 8 ədəd idi, digər qabda və kislərdə olanların sayları yadında qalmamışdır, ancaq cəmi 28 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan 28 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. Aqronom həmin 28 ədəd bitkiyə baxış keçirdikdən sonra həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparıldığını demişdir. Baxış zamanı aşkar edilmiş 28 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər polis əməkdaşları tərəfindən qabdakı torpaqdan çıxarılmış, qablaşdırılıb möhürlənərək götürülmüşdür. Tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, "xxxx" MMC-də onunla birlikdə işləyən iş yoldaşıgilə getdiyi üçün Təqsirləndirilən şəxs yaşadığı küçənin yaxınlığından keçmişdir. Onunla birlikdə baxışda iştirak edən digər hal şahidini tanımamışdır. Həmin vaxt konkret yadında qalmamışdır, ancaq onu xatırlamışdır ki, günortadan sonra olardı. İki böyük vedrə və digər qablar olmuşdur. Vedrənin birində 8 ədəd bitki, digərində 9 ədəd bitki var idi, digər qablarda olan bitkilərin sayı yadında qalmamışdır, ancaq həmin bitkilər cəmi 28 ədəd olmuşdur. Bitkilərin ölçülərini xatırlamamış, ancaq həmin bitkilər çoxda böyük olmamışdır. Birinci dəfədir ki, hal şahidi kimi iştirak etmişdir. Aşkar olunmuş bitkilərə aqranom baxdıqdan sonra həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu demişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 17 aprel 2023-cü il tarixli raport, «Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» qərar, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 7-də yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videoçəklişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. İş materiallarında olan Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 7-də yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi haqqında 17 aprel 2023-cü il tarixli protokoldan, həmçinin baxış keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə daxil olarkən girişdə 2 ədəd dəmir vedrənin birində 9 ədəd, digərində 8 ədəd, 1 ədəd kauçuk qabda 3 ədəd və kisədən hazırlanmış qabda 8 ədəd, qanunsuz olaraq əkib-yetişdirdiyi ümumilikdə 28 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib-becərərək, kultivasiya etməklə yetişdirdiyini təsdiq edir. İş üzrə mütəxəssis qismində təyin edilmiş aqronom X14 17 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 7-də yerləşən yaşadığı evin girişində müxtəlif qablarda 28 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş və həmin narkotik tərkibli çətənə bitkiləri tərəfindən ölçülərkən, 20 ədədinin uzunluqlarının 8-12 sm, 8 ədədinin uzunluqları isə 70-80 sm-dək olmaqla çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «məhkəmə bioloji ekspertizası»nın 18 aprel 2023-cü il tarixli, 18/423 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs yaşadığı...çətənə bitkilərinə oxşar...» sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 8 ədəd yaş vəziyyətdə ümumi çəkisi-60 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli, eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs yaşadığı... çətənə şitillərinə oxşar...» sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 20 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 2,47 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş, çətənə (kannabis) bitkisinin şitilləri inkişaflarının erkən fazasında olduqlarına görə həmin şitillərin tərkiblərinə görə müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, 28 ədəd çətənə (kannabis) bitkiləri və çətənə (kannabis) bitkilərinin şitilləri maddi sübut kimi tanınaraq Saatlı RPŞ-nin məsul saxlanışına verilmişdir. İş materiallarında olan «təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan olunması haqqında» 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, 19 aprel 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 16 may 2023-cü il tarixli, 2936 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «Saatlı Rayon Mərkəzi Xəstəxanası» X24 25 aprel 2023-cü il tarixli, PHŞ-6-65/2-261/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs «Saatlı Rayon Mərkəzi Xəstəxanası» X24 Poliklinika şöbəsində narkoloji kabinetdə 02 avqust 1990-cı il tarixdən qeydiyyatdadır. Ruhi-əsəb kabinetində isə dispanser qeydiyyatda yoxdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işinə baxmış birinci instansiya məhkəməsi Cinayət Prossesual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək sonuncunun təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara düzgün qiymət vermiş və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya icraatı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli qərarı ilə iş üzrə təkrar məhkəmə-bioloji ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş təkrar məhkəmə-bioloji ekspertizasının 13 dekabr 2024-cü il tarixli 3-16-16-2-7/1968 nömrəli rəyindən görünür ki, tədiqata təyin edilmiş 20 (iyirmi) ədəd bitki ştilləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Çətənə (kannabis) bitkisi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli bitkidir. Təqdim edilmiş ştillər inkişafının ilkin fazasında olduğu üçün onların mikroskopik tədiqatı bütöv bitki üzərində aparılır və onlardan tədqiqat üçün nümunə götürülmür. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd ümumi çəkisi 10,3 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, eyni zamanda apellyasiya şikayətini dəlillərinə də münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, mübahisələndirilən məslələrdən biri işin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlıdır. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətində və məhkəmə iclasında ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin olunmaması, onun müdafiə hüququnun kobud şəkildə pozulması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş materiallarına əlavə edilmiş iş materiallarında olan 17 aprel 2023-cü il tarixli müdafiəçi təyin etmək barədə qərardan, həmçinin vəkil vəsiqəsi və vəkil orderindən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Saatlı Rayon Vəkil Bürosunun vəkili X16 təyin edilmiş, müdafiəçi Təqsirləndirilən şəxsla görüşmüş, sonuncunun şübhəli şəxs kimi tutulmasında, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsində, habelə digər istintaq hərəkətlərinin aparılmasında iştirak edərək, hüquqlarını müdafiə etdiyi şəxsə keyfiyyətli hüquqi yardım göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərlə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı qeyd etdiyi məqamlar tamamilə təkzib olunur. Bundan başqa, müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 20 ədəd cücərtinin çətənə bitkisi olmasının adi baxışla müəyyən edilməsi və tərtib edilmiş mütəxəssis rəyinin şübhəli olmasını qeyd etmişdir. Kollegiya qeyd olunan dəlili də əsassız hesab edir. Belə ki, müdafiə tərəfin vəsatəti əsasında apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə-bioloji ekspertizasının rəyindən həmin 20 ədəd bitki ştillərinin narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri olması sübuta yetmişdir. Odur ki, müdafiəçinin həmin 20 ədəd cücərtinin ekspertizadan keçirilməməsi, bu barədə verilən mütəxəssis rəyinin isə şübhə doğurması ilə bağlı göstərdiyi xüsusatlar təkzib olunur. Apellyasiya şikayətinin dəlillərindən o da görünür ki, müdafiə tərəfi işdə olan bir sıra sənədlərin tərtib edilmə tarixi və saatına əsaslanaraq, həmin sənədlərin onların tərtib olunduğu gün dəftərxana qeydiyyatından keçirilməsinin mümkünsüzlüyü ilə bağlı məsələ də qaldırmışdır. Həqiqətən də, iş materiallarında olan bir sıra sənədlərin 17 aprel 2023-cü il tarixdə, lakin iş saatının sonu olan 18:00-dan sonra tərtib edilsə də, elə həmin tarixdə də qeydiyyatdan keçirilmiş kimi göstərildiyi məlum olur. Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinin tələblərinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası hazırki mərhələdə hesab edir ki, yuxarıda qeyd olunan sənədlərin Saatlı RPŞ-nin dəftərxanasının iş saatı bitdikdən sonra tərtib edilməsinə baxmayaraq, həmin sənədlərə 17 aprel 2023-cü il tarixli möhür vurulması ibtidai istintaq nəticəsində əldə edilmiş materialların məhkəmə araşdırmasına əsaslanaraq çıxarılmış hökmün ləğv olunması üçün qanuni əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən formal pozuntu təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən hal kimi qiymətləndirilə və mahiyyəti üzrə əsaslı olan ittihamın təkzibinə yönələ bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmışdır, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi mötəbər şəkildə öz təsdiqini tapır, onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq CM-in 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Kollegiyanın gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdadfiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Həmin Plenum qərarının 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, xəstə olmasını, ailə, maddi və sosial vəziyyətini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış,cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, hökmlə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı Cinayət Qanununun yuxarıda qeyd edilən normaları ilə müəyyən edilmiş meyarlar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(099)-694/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-254/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-254/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver