Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-261/2023 05.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı X2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 1(017)-118/2021 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 1(017)-118/2021 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 1(017)-118/2021 saylı hökmü hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm 14 iyul 2021-ci il tarixdə elan olunmuş və məhkum Təqsirləndirilən şəxs hökmdən hansı müddətdə və necə apellyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. İşdə olan məhkəmə qəbzinin surətindən görünür ki, məhkum Rüstəmov X3 Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 1(017)-118/2021 saylı hökmünün surəti 14 iyul 2021-ci il tarixdə, həmçinin 04 avqust 2021-ci tarixdə qəbzə imza etdirməklə məhkuma təqdim olunmuşdur. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan hökmdən apellyasiya şikayəti verilmə müddəti 05 avqust 2021-ci il tarixdə bitmiş və həmin müddətədək hökmdən apellyasiya şikayəti verilməmişdir. Qeyd olunan hökm 05 avqust 2021-ci il tarixdə qanuni qüvvəya minmiş və icraya yönəlmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 1 il 4 ay sonra, yəni 16 dekabr 2022-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs barəsində olan 14 iyul 2021-ci il tarixli hökmdən apellyasiya şikayəti, eləcə də həmin tarixdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Ağcabədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 1(017)-118/2021 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 1(017)-118/2021 saylı qərarının ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və Ağcabədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 1(017)-118/2021 saylı hökmündən verdiyi apellyasiya şikayətinin icraata götürülərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə yüngül cəza təyin edilməsini və yaxud təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində məhkum hüquqi savadsızlığından, habelə cəzaçəkmə müəssisəsində karantin otağında saxlandığına görə vaxtında apellyasiya şikayəti verə bilmədiyini bildirmişdir. Məhkəmə prosesində iştirak edən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı İlqar Əsədov apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin üzürsüz səbəbdən buraxıldığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan 14 iyul 2021-ci il tarixli hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpasina dair vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 14 iyul 2021-ci il tarixdə barəsində olan hökm elan olunduqdan sonra məhkum Təqsirləndirilən şəxs hökmdən hansı müddətə və qaydada apellyasiya şikayəti vermək hüququnun olması izah edilmiş, eləcə də məhkuma 14 iyul 2021-ci il və 04 avqust 2021-ci tarixdə qəbzə imza etdirməklə təqdim edilmiş hökmün surətində hökmdən hansı müddətə və necə apellyasiya şikayəti vermək qaydası göstərilmişdir. Həmçinin məhkum Təqsirləndirilən şəxs barəsində olan hökmün surətini aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin hökmdən apellyasiya şikayəti verə bilməməsinə səbəb olan hallar, yəni, şikayətində göstərdiyi hallar “cəzaçəkmə müəssisəsində karantin otağında saxlanılması və hüquqi savadsızlığı” üzrlü səbəb hesab edilə bilməz. Ona görə də məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 1(017)-118/2021 saylı qərarı dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 391-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 1(017)-118/2021 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 1(017)-118/2021 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 1(017)-118/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-261/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-261/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver