Məhkəmə qərarları › İş №1(106)-269/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-269/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-269/2024 19.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X15, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.3, 145.2.3, 32.3,149.3.3, 32.4,149.3.3, 32.3,150.3.3 və 32.4,150.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3 maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(099)-21/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi X16, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(099)-21/2023 saylı hökmü ilə (sədrlik edən hakim Müşfiq Məmmədov), xx xxxx 1994-cü ildə Ukrayna Respublikası, Luqansk vilayəti, Rovenki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Beyləqan rayonu, İkinci Aşıqlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin Məcəllənin 134-cü maddəsi üzrə cəza təyin edilməmiş, Cinayət Məcəllsinin 149.3.3-cü maddəsi ilə ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 5 iyul 2022-ci ildən hesablanmaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxxxx 1988-ci ildə Beyləqan rayonu, İkinci Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Beyləqan rayonu, İkinci Aşıqlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəllsinin 149.3.3-cü maddəsi ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 5 iyul 2022-ci ildən hesablanmaqla qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 31 avqust 1983-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, İkinci Aşıqlı kəndində pasport qeydiyyatında olmaqla Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov prospekti, ev 162-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.3, 145.2.3, 32.3,149.3.3, 32.4,149.3.3, 32.3,150.3.3 və 32.4,150.3.3-cü maddələri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.3, 145.2.3, 32.3,149.3.3, 32.4,149.3.3, 32.3,150.3.3 və 32.4,150.3.3- cü maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 145.2.3-cü maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3,149.3.3, cü 32.4 149.3.3 maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3,150.3.3 və 32.4,150.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 6 iyul 2022-ci ildən hesablanmaqla 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs3 2020-ci ilin noyabr ayının ortalarında məlum olmayan tarixdə saat 21 radələrində yaxın və intim münasibətdə olduğu tanışı Təqsirləndirilən şəxs1 xx xxxxxx 2007-ci ildə doğulmuş on dörd yaşına çatmayan qız övladı Zərərçəkmiş şəxs ilə sonuncunun iradəsinə zidd olaraq cinsi əlaqədə olmasını və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini təklif edərək Təqsirləndirilən şəxs1 bu hərəkətləri etməyə təhrik etmiş, Təqsirləndirilən şəxs1 həmin təklifi qəbul edib razılaşaraq onun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs3 ana kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui-istifadə edərək yetkinlik yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs cinsi istismar edilməsi məqsədilə 500 manat pulun qarşılığında cəlb edərək Təqsirləndirilən şəxs1 verməklə satmış, yəni insan alveri etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1 qızı Zərərçəkmiş şəxs zorlaması və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs həmin vaxt olduqları evdən qaçıb getməsinin qarşısını almaq üçün evin giriş qapısını açarla kilidləyib açarı qapının üzərindən götürüb özündə saxlamaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə və Təqsirləndirilən şəxs1 cinsi əlaqədə olacaqları divanı göstərməklə sonuncunun həmin cinayət əməllərini törətməsini təşkil etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 özünün əynindəki paltarları soyunub Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs ona etiraz edib cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün Təqsirləndirilən şəxs1 onun köməksiz vəziyyətindən istifadə edərək üzərində olan məlum olmayan qatlanan cib bıçağını çıxarıb, səs saldığı və paltarlarını soyunmadığı halda Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələyib, zor tətbiq edərək onun əynindəki ağ rəngli koftanı soyundurmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 arxaya itələyərək özündən uzaqlaşdırmasına baxmayaraq sonuncu cinayətkar hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs əynindəki qara rəngli cins şalvarı və çəhrayı rəngli tumanı soyunduraraq tətbiq edib onun köməksiz vəziyyətindən istifadə edərək ona fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs evin girişindəki "zal” adlanan otağında qoyulmuş divana kürəyi üstə uzatmış, sonra onun üstünə uzanaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin ayaqlarını aralamış, bu zaman Zərərçəkmiş şəxs qışqıraraq əl-qol atıb Təqsirləndirilən şəxs1 özündən uzaqlaşdırmağa çalışmasına baxmayaraq sonuncu Zərərçəkmiş şəxs fəal müqavimətini qırıb özünün cinayətkar niyyətini həyata keçirmək üçün sol əli ilə Zərərçəkmiş şəxs qıçından tutub özünə tərəf çəkdikdən sonra ayaqlarını aralayaraq, özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib, qızlıq pərdəsinin tamlığını pozaraq onun iradəsinə zidd olaraq xüsusi amansızlıqla zorlamış, yəni zor tətbiq etməklə, öldürmə ilə hədələməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, cinsi aktı başa çatdırdıqdan bir neçə dəqiqə sonra onun təhriki və təşkilatçılığı ilə Təqsirləndirilən şəxs1 cinayətkar hərəkətlərini davam etdirərək yenidən Zərərçəkmiş şəxs yaşadığı evin girişindəki zal otağında zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək üzərində olan məlum olmayan qatlanan cib bıçağını çıxarıb, səs saldığı və paltarlarını soyunmadığı halda zərərçəkmiş şəxsi öldürəcəyi ilə hədələyib zor tətbiq edərək onun əynindəki paltarları soyundurub üzü üstə divana uzadaraq müqavimətini qırmaq məqsədilə Zərərçəkmiş şəxs əllərini kürəyinə sıxıb sonuncunu dizləri üstündə saxlayaraq fiziki zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə salıb hərəkət etdirməklə ona fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bununla da Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamağa, yəni zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə, öldürmə ilə hədələməklə və xüsusi amansızlıqla onunla cinsi əlaqədə olmağa, həmçinin, fiziki zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə, öldürməklə hədələməklə və xüsusi amansızlıqla ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 həmin cinayətləri törətməsini təşkil etmiş, həmçinin, yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, anası kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui-istifadə edərək 500 manat pulun qarşılığında cinsi istismara cəlb edib Təqsirləndirilən şəxs1 satmaqla insan alveri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 2020-ci ilin noyabr ayının ortalarından dekabr ayının əvvəlinə kimi olan müddət ərzində məlum olmayan tarixlərdə və vaxtlarda mütəmadi olaraq yaxın münasibətdə olduğu tanışı Təqsirləndirilən şəxs1 on dörd yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə sonuncunun iradəsinə zidd olaraq cinsi əlaqədə olmasını və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini təklif edərək Təqsirləndirilən şəxs1 bu hərəkətləri etməyə təkrar təhrik etmiş, Təqsirləndirilən şəxs1 həmin təklifi qəbul edib razılaşaraq onun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs3 ana kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui-istifadə edərək yetkinlik yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs öz şəxsi maraqlarını təmin etmək üçün cinsi istismar edilməsi məqsədilə təkrar cəlb edərək tanışı Təqsirləndirilən şəxs1 verməklə satmış, yəni təkrar insan alveri etmiş, Təqsirləndirilən şəxs1 qızı ilə cinsi əlaqədə olacaqları divanı göstərməklə onun həmin cinayət əməllərini törətməsini təkrar təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, lakin sonuncu onun bu təklifinə etiraz edib cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün Təqsirləndirilən şəxs1 onun köməksiz vəziyyətindən istifadə edərək üzərində olan məlum olmayan qatlanan cib bıçağını çıxarıb, səs saldığı və paltarlarını soyunmadığı halda Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələmiş, sonra əynindəki paltarlarını soyunduraraq zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə edib gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs mütəmadi onun iradəsinə zidd olaraq fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla təkrar zorlamış, həmçinin, fiziki zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə edərək öldürməklə hədələyib cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə və ağız boşluğuna salıb hərəkət etdirərək xüsusi amansızlıqla təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs təkrar zorlamağa, yəni zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə, öldürmə ilə hədələməklə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmağa, həmçinin, fiziki zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə, öldürməklə hədələyərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə təkrar təhrik etmiş və Təqsirləndirilən şəxs1 həmin cinayətləri təkrar törətməsini təşkil etmiş, həmçinin, özünün şəxsi maraqlarını təmin etmək üçün anası kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui-istifadə edərək yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs təkrar cinsi istismara cəlb edib Təqsirləndirilən şəxs1 satmaqla təkrar insan alveri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 2020-ci ilin noyabr ayının ortalarında, məlum olmayan tarixdə, saat 18 radələrində yaxın münasibətdə olduğu tanışı Təqsirləndirilən şəxs2 on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun iradəsinə zidd olaraq cinsi əlaqədə olmasını və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini təklif etmiş, Təqsirləndirilən şəxs2 bu hərəkətləri etməyə təkrar təhrik etmişdir. Təqsirləndirilən şəxs2 həmin təklifi qəbul edib razılaşaraq onun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlib aralarında olan razılaşmaya əsasən əvvəlcə onunla cinsi əlaqədə olduqdan sonra o, ana kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui-istifadə edərək yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs şəxsi maraqlarını təmin etmək üçün cinsi istismara təkrar cəlb edərək Təqsirləndirilən şəxs2 verməklə satmış, yəni təkrar insan alveri etmiş, daha sonra Təqsirləndirilən şəxs2 cinsi əlaqədə olacaqları döşəyi göstərməklə sonuncunun həmin cinayət əməllərini törətməsini təkrar təşkil etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2lə cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün sonuncu Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək onun müqavimətini qırmaq üçün zor tətbiq edib, sol əli ilə Zərərçəkmiş şəxs sağ əlindən tutub onu məcburi surətdə həmin evin kərpicdən tikilmiş otağına aparıb, əvvəlcə özünün əynindəki paltarları, sonra isə Zərərçəkmiş şəxs əynindəki göy rəngli donu, ağ rəngli maykanı və qara rəngli tumanı zor tətbiq etməklə soyunduraraq Təqsirləndirilən şəxs3 otağın döşəməsi üzərinə sərdiyi döşəyin üstündə kürəyi üstə uzadaraq onun üstünə uzanmış, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq onun altından çıxmağa çalışmasına baxmayaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs fəal müqavimətini qıraraq sağ əli ilə onun hər iki əlini bir-birinə birləşdirib başının arxa tərəfində döşəyə sıxmış, digər əli ilə ayaqlarını aralayıb gərginləşmiş cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla yeridərək, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq sonuncuya fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla zorlamış, yəni zor tətbiq və köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, bununla kifayətlənməyərək cinayətkar hərəkətlərini davam etdirib cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Zərərçəkmiş şəxs döşəyin üzərində üzü üstə çevirib üstünə uzanaraq gərginləşmiş cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə salıb hərəkət etdirməklə ona fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamağa, yəni zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə və xüsusi amansızlıqla cinsi əlaqədə olmağa, həmçinin, fiziki zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə təkrar təhrik etmiş və Təqsirləndirilən şəxs2 tərəfindən həmin cinayətləri törətməsini təkrar təşkil etmiş, həmçinin, özünün şəxsi maraqlarını təmin etmək üçün anası kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui-istifadə edərək yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs cinsi istismara cəlb edib Təqsirləndirilən şəxs2 satmaqla təkrar insan alveri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 2020-ci ilin dekabr ayının əvvəllərində məlum olmayan tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs2 on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun iradəsinə zidd olaraq cinsi əlaqədə olmasını və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini təklif edərək Təqsirləndirilən şəxs2 bu hərəkətləri etməyə təkrar təhrik etmiş, Təqsirləndirilən şəxs2 həmin təklifi qəbul edib razılaşaraq onun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlib aralarında olan razılaşmaya uyğun olaraq əvvəlcə onunla cinsi əlaqədə olduqdan sonra o, ana kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui- istifadə edərək doğma qızı Zərərçəkmiş şəxs şəxsi maraqlarını təmin etmək üçün cinsi istismar edilməsi məqsədilə təkrar cəlb edərək Təqsirləndirilən şəxs2 verməklə satmış, yəni təkrar insan alveri etmiş, daha sonra Təqsirləndirilən şəxs2 cinsi əlaqədə olacaqları döşəyi göstərməklə sonuncunun həmin cinayət əməllərini törətməsini təkrar təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etdikdə sonuncu etiraz etmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək müqavimətini qırmaq üçün zor tətbiq edib, onun qolundan tutaraq məcburi surətdə həmin evin kərpicdən tikilmiş otağında Təqsirləndirilən şəxs3 döşəmənin üzərinə sərdiyi döşəyin üstünə kürəyi üstə uzadıb, əvvəlcə özünün əynindəki paltarları çıxarıb, sonra isə Zərərçəkmiş şəxs əynindəki yaşıl rəngli koftanı, çəhrayı rəngli maykanı, qara rəngli cins şalvarı və qırmızı rəngli tumanını soyunduraraq onun üstünə uzanmış, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əlqol ataraq onun altından çıxmağa çalışmasına baxmayaraq Təqsirləndirilən şəxs2 gərginləşmiş cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla yeridərək, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs onun iradəsinə zidd olaraq sonuncuya fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla təkrar zorlamış, yəni zor tətbiq etməklə, xüsusi amansızlıqla və onun köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, bundan bir qədər keçdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salıb hərəkət etdirməklə sonuncuya «alt dodağın selikli qişası»nda sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən qansızma xarakterli xəsarət yetirərək onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı fiziki ağrıyetirdiyini dərk edərək xüsusi amansızlıqla təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs təkrar zorlamağa, yəni zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə və xüsusi amansızlıqla cinsi əlaqədə olmağa, həmçinin, fiziki zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə etməklə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə təkrar təhrik etmiş, Təqsirləndirilən şəxs2 həmin cinayətləri törətməsini təkrar təşkil etmiş, həmçinin, özünün şəxsi maraqlarını təmin etmək üçün anası kimi təsir imkanlarından və azyaşlı olduğu üçün zəiflik vəziyyətindən sui-istifadə edərək yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs təkrar cinsi istismara cəlb edib Təqsirləndirilən şəxs2 satmaqla təkrar insan alveri etmişdir. Təqsirləndirilən şəxs1 2020-ci ilin noyabr ayının ortalarında, məlum olmayan tarixdə saat 21 radələrində 500 manat pulun qarşılığında xx xxxxxx 2007-ci ildə doğulmuş on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun iradəsinə zidd cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi ilə bağlı Təqsirləndirilən şəxs3 təklifini qəbul edib onun təhriki ilə sonuncunun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs3 onunla aralarında olan razılaşmaya əsasən qızı Zərərçəkmiş şəxs evdən qaçıb getməsinin qarşısını almaq üçün olduqları evin giriş qapısını açarla kilidləyib açarı qapının üzərindən götürüb özündə saxlamaqla və ona cinsi əlaqədə olacaqları yeri göstərməklə qabaqcadan planlaşdırdıqları cinayət əməllərini törətməsini təşkil etdikdən sonra o, özünün əynindəki paltarları soyunub, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs onun bu hərəkətlərinə etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək üzərində olan məlum olmayan qatlanan cib bıçağını çıxarıb, səs saldığı və paltarlarını soyunmadığı halda Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələyib, zor tətbiq edərək onun əynindəki ağ rəngli koftanı soyundurmuş, Zərərçəkmiş şəxs onu arxaya itələyərək özündən uzaqlaşdırmasına baxmayaraq o, cinayətkar hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs əynindəki qara rəngli cins şalvarı və çəhrayı rəngli tumanını soyunduraraq zor tətbiq edib, onun köməksiz vəziyyətindən istifadə edərək ona fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs evin girişindəki «zal» adlanan otağında qoyulmuş divana kürəyi üstə uzatdıqdan sonra onun üstünə uzanaraq zor tətbiq etməklə onun ayaqlarını aralamış, Zərərçəkmiş şəxs qışqıraraq əl-qol atmasına və onu özündən uzaqlaşdırmağa çalışmasına baxmayaraq zərərçəkmiş şəxsin fəal müqavimətini qırıb özünün cinayətkar niyyətini həyata keçirmək üçün sol əli ilə Zərərçəkmiş şəxs qıçından tutub özünə tərəf çəkdikdən sonra ayaqlarını aralayaraq, özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib, qızlıq pərdəsinin tamlığını pozaraq onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs sonuncunun iradəsinə zidd olaraq xüsusi amansızlıqla zorlamış, yəni zor tətbiq etməklə, öldürmə ilə hədələməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 2020-ci ilin noyabr ayında, məlum olmayan tarixdə saat 21 radələrində xx xxxxxx 2007-ci ildə doğulmuş onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs sonuncunun iradəsinə zidd olaraq xüsusi amansızlıqla zorladıqdan, yəni zərərçəkmiş şəxsə zor tətbiq etməklə, öldürmə ilə hədələməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olduqdan bir qədər sonra Təqsirləndirilən şəxs3 təhriki və təşkilatçılığı ilə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədilə Zərərçəkmiş şəxs yaşadığı evin girişindəki zal otağında paltarlarını soyunmasını təklif etmiş, Zərərçəkmiş şəxs ona etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün köməksiz vəziyyətindən istifadə edərək üzərində olan məlum olmayan qatlanan cib bıçağını çıxarıb, səs saldığı və paltarlarını soyunmadığı halda Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələyib, əvvəlcə öz əynində olan paltarları, sonra isə zor tətbiq edib Zərərçəkmiş şəxs əynindəki paltarları soyundurub üzü üstə divana uzadaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədilə onun əllərini kürəyinə sıxıb sonuncunu dizləri üstündə saxlayaraq öldürməklə hədələyib, fiziki zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə salıb hərəkət etdirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı ona fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2020-ci ilin noyabr ayının ortalarından dekabr ayının əvvəlinə kimi olan müddət ərzində, məlum olmayan tarixlərdə və vaxtlarda zərərçəkmiş şəxsin anası- Təqsirləndirilən şəxs3 təhriki və təşkilatçılığı ilə mütəmadi olaraq sonuncunun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlib, həmin evin girişindəki otaqda Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs ona etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün onun köməksiz vəziyyətindən istifadə edərək üzərində olan məlum olmayan qatlanan cib bıçağını çıxarıb, səs saldığı və paltarlarını soyunmadığı halda Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələyib, əynindəki paltarlarını soyunduraraq zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə edib öldürməklə hədələyərək özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeridib, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs mütəmadi olaraq onun iradəsinə zidd olaraq ona fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla təkrar zorlamış, həmçinin, fiziki zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə edərək öldürməklə hədələyib cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə və ağız boşluğuna salıb hərəkət etdirərək onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı mütəmadi olaraq xüsusi amansızlıqla təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 2020-ci ilin noyabr ayının ortalarında, məlum olmayan tarixdə saat 18 radələrində xx xxxxxx 2007-ci ildə doğulmuş, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun iradəsinə zidd cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi ilə bağlı Təqsirləndirilən şəxs3 təklifini qəbul edib onun təhriki ilə sonuncunun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlmiş, aralarında olan razılaşmaya uyğun olaraq o, əvvəlcə Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olduqdan sonra Təqsirləndirilən şəxs3 onun qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olacağı yeri göstərməklə qabaqcadan planlaşdırdıqları cinayət əməlini törətməsini təşkil etdikdən sonra o, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs onun bu hərəkətlərinə etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək müqavimətini qırmaq üçün zor tətbiq edib, sol əli ilə Zərərçəkmiş şəxs sağ əlindən tutub onu məcburi surətdə həmin evin kərpicdən tikilmiş otağına aparıb, əvvəlcə özünün əynindəki paltarları, sonra isə Zərərçəkmiş şəxs əynindəki göy rəngli donu, ağ rəngli maykanı və qara rəngli tumanı zor tətbiq etməklə soyunduraraq Təqsirləndirilən şəxs3 otağın döşəməsi üzərinə sərdiyi döşəyin üstündə kürəyi üstə uzadaraq onun üstünə uzanmış, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əlqol ataraq onun altından çıxmağa çalışmasına baxmayaraq o, Zərərçəkmiş şəxs fəal müqavimətini qıraraq sağ əli ilə onun hər iki əlini bir-birinə birləşdirib başının arxa tərəfində döşəyə sıxmış, digər əli ilə ayaqlarını aralayıb özünün gərginləşmiş cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla yeridərək, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs onun iradəsinə zidd olaraq sonuncuya fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla zorlamış, bununla kifayətlənməyərək cinayətkar hərəkətlərini davam etdirib fiziki zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Zərərçəkmiş şəxs döşəyin üzərində üzü üstə çevirib üstünə uzanaraq gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə salıb hərəkət etdirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2020-ci ilin dekabr ayının əvvəllərində, məlum olmayan tarixdə saat 18:30 radələrində xx xxxxxx 2007-ci ildə doğulmuş on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun iradəsinə zidd cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi ilə bağlı Təqsirləndirilən şəxs3 təklifini qəbul edib onun təhriki ilə sonuncunun Beyləqan rayonu, İkinci Aşıqlı kəndindəki yaşadığı evə gəlmiş, aralarında olan razılaşmaya əsasən o, əvvəlcə Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olduqdan sonra sonuncu qızı Zərərçəkmiş şəxs də ilə cinsi əlaqədə olacağı yeri göstərməklə qabaqcadan planlaşdırdıqları cinayət əməlini törətməsini təşkil etdikdən sonra o, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs ona etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün onun köməksiz vəziyyətindən istifadə edərək müqavimətini qırmaq üçün zor tətbiq edib, onun qolundan tutaraq məcburi surətdə həmin evin kərpicdən tikilmiş otağında Təqsirləndirilən şəxs3 otağın döşəməsi üzərinə sərdiyi döşəyin üstünə kürəyi üstə uzadıb, əvvəlcə özünün əynindəki paltarları çıxarıb, sonra isə Zərərçəkmiş şəxs əynindəki yaşıl rəngli koftanı, çəhrayı rəngli maykanı, qara rəngli cins şalvarı və qırmızı rəngli tumanını soyunduraraq onu döşəyin üstündə üzü üstə uzadaraq onun üstünə uzanmış, Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq onun altından çıxmağa çalışmasına baxmayaraq gərginləşmiş cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla yeridərək, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs onun iradəsinə zidd olaraq sonuncuya fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla təkrar zorlamışdır. Təqsirləndirilən şəxs2 bundan bir qədər keçdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib zərərçəkmiş şəxsə fiziki zor tətbiq etməklə, onun köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salıb hərəkət etdirməklə sonuncuya «alt dodağın selikli qişası»nda sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən qansızma xarakterli xəsarət yetirərək onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi3 apellyasiya şikayətində göstərmişdir ki, işdəki sübutlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətmiş olmasını hesab etməyə əsas verməmişdir. Belə ki, istintaq və məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ziddiyətli ifadələr vermişdir: Zərərçəkmiş şəxs 08 dekabr 2020-ci il tarixli izahatında Pavlonun ilk dəfə onunla 2020-ci ilin iyun ayında arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olub bir aydan sonra onunla təbii yolla cinsi əlaqədə olmasını; xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı müayinə zamanı izahatında 2020-ci ilin təxminən avqust-sentyabr aylarından başlayaraq Paşa,Mikayıl və adlarını bilmədiyi qeyri şəxslərin mütamadi olaraq ayrı-ayrı vaxtlarda onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmalarını; 14 dekabr 2020-ci il tarixli izahatında X12 və Mikayılın onunla heç vaxt cinsi əlaqədə olmamalarını, ilkin izahatını əmisi Natiqin təsiri altında verdiyini, əmisi Natiqin onu yalandan Pavlo və Mikayılın onunla cinsi əlaqədə olması və Pavlonun onun bakirəliyini pozması barədə izahat verməyə məcbur etdiyini,ona görə də 08 dekabr 2020-ci il tarixli izahatında X12 və Mikayılın onunla cinsi əlaqədə olmalarını göstərdiyini, həqiqətdə onunla 2019-ci ilin təxminən iyun ayında yaşadığı Beyləqan rayon İkinci Aşıqlı kəndindəki evlərinin həyətində yerləşən nar ağacları olan yerdə bibisi oğlu Rəşadın zorla təbii yolla cinsi əlaqədə olmasını və bakirəliyini pozmasını, sonralar da Rəşadın mütəmadi olaraq onunla həm arxadan, həm də qabaqdan cinsi əlaqədə olmasını, bəzi hallarda Rəşadın öz cinsiyyət orqanını onun ağzına da salıb çıxarmasını; 03 yanvar 2021-ci il tarixli ifadəsində onunla 2019-ci ilin təxminən iyun ayında yaşadığı Beyləqan rayonun İkinci Aşıqlı kəndindəki evlərinin həyətində yerləşən nar ağacları olan yerdə bibisi oğlu Rəşadın zorla təbii yolla cinsi əlaqədə olmasını və bakirəliyini pozmasını, sonralar da Rəşadın mütəmadi olaraq onunla həm arxadan, həm də qabaqdan cinsi əlaqədə olmasını, bəzi hallarda Rəşadın öz cinsiyyət orqanını onun ağzına da salıb çıxarmasını, Rəşaddan başqa sinif yoldaşı İlkin Niyaməddin oğlunun və Əlinəzərli kənd sakini Vüsal adlı şəxsin də onunla cinsi əlaqədə olmasını, onunla həmkəndlisi X12 heç vaxt cinsi əlaqədə olmadığını, ilkin izahatını əmisi Natiqin təsiri altında verdiyini, əmisi Natiqin onu yalandan X2 cinsi əlaqədə olması və X4 bakirəliyini pozması barədə izahat verməyə məcbur etdiyini göstərmiş; 03 iyun 2021-ci il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında saat 23 radələrində onların yaşadığı evə gəlib onunla cinsi əlaqədə olmasını; xx.xx.2021-ci il tarixdə aparılmış üzləşdirmə protokolunda Zərərçəkmiş şəxs 2020-ci ilin iyun ayında X2 cinsi əlaqədə olmasını bildirsə də, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs yalan ifadə verdiyini, qızı Zərərçəkmiş şəxs yalnız baldızı oğlu Rəşadla cinsi əlaqədə olduğunu, Pavlonun ifadələrdə göstərilən 500 manat pul məbləğini əvvəllər aldığı 1500 manat borc pulun qaytarılması üçün verdiyini bildirib. 06 aprel 2022-ci il tarixli ifadəsində isə Təqsirləndirilən şəxs1 onunla 2020-ci ilin iyun ayında deyil, həmin ilin noyabr ayının ortalarında cinsi əlaqədə olmasını, Pavlo və Mikayılın onunla 2020-ci ilin dekabr ayının əvvəlinə kimi təbii və qeyri-təbii yolla bir neçə dəfə cinsi əlaqədə olmalarını göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs3 xx.xx.2020- ci il tarixli izahatında,xx.xx.2021-ci il tarixli ifadəsində,xx.xx.2021-ci il tarixli, Zərərçəkmiş şəxs ilə üzləşməsində göstərmişdir ki,X13 cinsi əlaqədə olmuş və bunun müqabilində ondan pul almamış, təxminən 2019-cu ilin payız aylarında o, yaşadıqları kənddə olan yas mərasiminə gedən zaman qızı Simuzəri aparıb baldızı Ramiləgilə qoymuş, həmin gün yaşadığı evə qayıdan zaman yaşadıqları evin həyətinin qutaracağında baldızı oğlu Rəşadın narlıqdan çıxıb həyətin içi ilə qaçaraq getdiyini görmüş olduğunu bildirmişdir. O, Rəşaddan nəyə görə gəldiyini soruşduqda Rəşad ona anası Ramilənin onu Simuzəri yemək yemək üçün onlara aparmaq üçün göndərdiyini demişdir. O, diqqətlə baxan zaman Rəşad çıxan ağaclıqdan qızı Simuzərin də paltarlarını götürüb suya tərəf qaçdığını görmüşdür. Həmin gündən təxminən 3 gün keçəndən sonra Simuzər ona tualetdə rahat çölə çıxa bilmədiyini və anal dəliyinin bərk ağrıdığını demişdir. O, nə baş verdiyini soruşduqda Simuzər ona ola bilsin nar çox yediyini bildirmiş, o, Simuzərin anal dəliyinə baxdıqda anal dəliyinin qızardığını və bir az şişdiyini görmüş, qızı Zərərçəkmiş şəxs ilə heç vaxt Mikayıl və Pavlo cinsi əlaqədə olmamış,özü həmin şəxslərlə evinin içərisində deyil,evinin həyətində xəlvəti cinsi əlaqədə olmuş, qızı Simuzərə onunla Pavlo və Mikayılın cinsi əlaqədə olmasını ifadəsində deməsini əmiləri Natiq, Abbas və nənəsi Simuzər öyrətmişlər. Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı da eyniməzmunlu ifadələr vermişdir. İş üzrə dindirilmiş X24 xx.xx.2020-ci il tarixdə atası Asəf Əsgərovun iştirakı ilə verdiyi izahatında və xx.xx.2021-ci il tarixli atası Asəf Əsgərovun iştirakı ilə verdiyi ifadəsində dayısı qızı Zərərçəkmiş şəxs ilə 24 aprel 2016-cı ildə Simuzərin özünün istəyi ilə bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmasını təsdiq etmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 758 nömrəli rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti 2 (iki) həftədən artıqdır. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun boşalması və sair) aşkar edilmiş, lakin arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında və düz bağırsağın selikli qişasında hər hansı bir xəsarət olmadığı halda müddəti barədə fikir söyləmək mümkün deyildir. Göründüyü kimi ekspert rəyində Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması,düz bağırsağın xarici büzücü əzələsininsfinktorun boşalması,qızlıq pərdəsi üzərində olan cırılmanın ağımtıl rəngli çapıq toxuması ilə əvəz olunması kimi əlamətlərin olması 15 gün müddətində sonuncu ilə təbii və qeyritəbii yolla cinsi əlaqədə olması zamanı həmin əlamətlərin əmələ gəlməsinin qeyri mümkün olmasını təsdiq edir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində və qızlıq pərdəsi üzərində qeyd edilən əlamətlərin əmələ gəlməsi üçün uzun müddət, ən azı bir ildən artıq müddətdə mütamadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma tələb olunur. Bu da bir daha Zərərçəkmiş şəxs ilə ittihamda qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 deyil, başqa şəxslə ittihamda qeyd edilən tarixdən xeyli əvvəl cinsi əlaqdə olunmasını təsdiq edir. Lakin ekspert rəyində Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsininsfinktorun boşalması,qızlıq pərdəsi üzərində olan cırılmanın ağımtıl rəngli çapıq toxuması ilə əvəz olunması kimi əlamətlərin 15 gün müddətində sonuncu ilə təbii və qeyri- təbii yolla cinsi əlaqədə olması zamanı əmələ gəlməsinin mümkün olub-olmaması aydınlaşdırılmamışdır. Bütün bunlara baxmayaraq, məhkəmə tərəfindən heç bir hüquqi əsas olmadan vəsatətlərin heç biri təmin edilməmişdir. Məhkəmə nəzərə almalıdır ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin may ayından dekabr ayına kimi Beyləqan rayonu ərazisində olmamışdır. Bu müdddətdə yalnız cəmi 2-3 günlük rayon ərazisində olmuşdur. Bununla belə, məhkəmə ekspertizasının 758 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulma müddəti 2 həftədən artıqdır. İş materiallarından, verilmiş ifadə və izahatlardan, həmçinin, Beyləqan rayon polis şöbəsinin baş müstəntiqi X20 “cinayət işinin icraatına xitam verilməsi barədə” 23 iyun 2021-ci il tarixli qərarından da məlum olur ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı xx.xx.2004-cü il təvəllüdlü X21 tərəfindən pozulmuşdur. Rəydə göstərilən digər əsas məqam isə Zərərçəkmiş şəxs alt dodağının selikli qişasında yaranmış qansızmadır və əmələ gəlmə müddəti 7-8 gündür. Nəzərə alsaq ki, qeyd edilən ekspertiza rəyi xx.xx.2020ci ilə aiddir və ibtidai istintaq zamanı əldə edilmiş anten məlumatlarında yaxın tarixlərdə (2020-ci il dekabr ayının əvvəllərində) Təqsirləndirilən şəxs1 Beyləqan rayonu ərazisində olmasını təsdiq edən məlumatlar yoxdur, şəxsin hansı faktlar üzrə cinayət məsuliyyətinə cəlb olunması müəyyən edilmir. Həmçinin, istintaq zamanı əldə olunmuş anten məlumatları da şəxsin təqsirsiz olmasını, zərərçəkmiş tərəfindən verilmiş ifadə və izahatlarla ziddiyyət təşkil etdiyini bir daha sübut edir. Hazırki cinayət işi üzrə müdafiə tərəfindən verilmiş vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq rədd edilmiş, rədd edilməsi səbəbləri təqdim edilməmişdir. Halbuki, vəsatətlərində işin faktiki hallarının verilmiş ifadə və izahatlara uyğun olmaması, anten məlumatlarının tam şəkildə araşdırılaraq məhkəməyə təqdim edilməməsi, təkrar ekspertizanın keçirilməsinin əsasları məhkəməyə izah olunmuş, zəruriliyi əsaslandırılmışdır. Məhkəmə bütün bunlara baxmayaraq, təqsirləndirilən şəxsin yalnız ittiham edilməsinə dair təqdim edilmiş materiallara qiymət verməklə kifayətlənmiş, şəxsin bəraətinin müəyyən edilməsi üçün (iş üzrə bariz şəkildə ziddiyyətli halların, işin halları və ifadələrin uyğunsuzluğunun olmasına baxmayaraq) heç bir tədbir görməmiş, məhkəmənin ədalətli mövqeyinə zərbə vuraraq, ittiham aktına əsaslanmaqla hökm çıxarmışdır. Məhkəmənin istinad etdiyi sübutlar istintaq orqanı tərəfindən təqdim edilmiş protokollar və qərarlardır. Məhkəmə isintaqında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, 2020-ci il sentyabr ayının 10-da Bakı şəhərinə usta kimi işləməyə getmiş, Zaman adlı şəxsin evində usta işləmişdir. Noyabr ayının 19-da Pavlo da Bakıya gəlmiş, onunla birlikdə usta işləmişdir. Pavlo bir müddət onunla işlədikdən sonra 2020-ci ilin dekabr ayının əvvəllərində Beyləqana qayıtmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Pavlonun atası rəhmətə getdikdən sonra uşaqlıq illərindən Pavlo onun himayəsində böyümüşdür. 2020-ci il noyabr ayının 19-dan Pavlo Bakıda olmuş, orada Zaman adlı şəxsin evində usta işləmişdir. Polis əməkdaşları çağırdıqları üçün Pavlo dekabr ayının 11də Beyləqana gəlmişdir. Pavlo şöbəyə gedib gəldikdən sonra ondan çağırılma səbəbini soruşmuş, Pavlo ona yaşlı qadının ondan şikayət etdiyini bildirmiş, lakin nədən şikayət etdiyini ona deməmişdir. Hadisə barədə sonradan məlumatı olmuşdur. X9 verilən suallara cavab olaraq bildirmişdir ki, Mikayıl və Naibə arasında yaxın münasibətin olduğunu eşitmiş, Pavlonun isə Naibə ilə münasibətinin olmasından xəbəri olmamışdır. İstintaq vaxtı Naibənin qaynanası və qayınları Pavlonun Naibənin adına kredit götürdüyünü, Naibənin uşaqlarının qızıllarını satdığını bildirmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, əgər Pavlo maddi vəziyyətinin çətinliyi səbəbilə Naibənin adına kredit götürürsə, Naibənin uşaqlarının qızıllarını satırsa, necə ola bilər ki, Pavlo Zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaq üçün Naibəyə 500 manat pul verə bilir? Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı azyaşlı qızı Simuzərin tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zorlanması barədə verdiyi ifadəsini təsdiq etməyərək həmin ifadəni oxumadan imza etdiyini, Pavlonun və Mikayılın heç vaxt qızı Simuzərə qarşı seksual xarakterli hərəkətlər etmədiklərini, qızı Simuzərin ona qarşı ifadə verməyi qaynanası Simuzər və qaynı Şahid1 tərəfindən öyrədildiyini, istintaq zamanı üzləşmədə Pavlonun və Mikayılın üzünə qızı Simuzəri zorlamaları barədə heç nə demədiyini göstərmişdir. Təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən bir neçə ifadənin üst-üstə düşməsinə baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiklərinə tənqidi yanaşaraq həmin ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onların ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Şahid ifadələrinə və ekspertiza rəyinə sübutların məcmusu şəklində qiymət verildikdə dərhal aydın olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olması həmin tarixlərdə qeyri-mümkündür. Pavlo dekabr ayının 11-də Beyləqana Bakıdan gəlmişdir. 8 dekabr tarixli rəydən isə görünür ki, Simuzərin dodağındakı qansızma 7-8 gün əvvələ aiddir. Bunu da qeyd etməliyik ki, oral seks zamanı ağız nahiyəsində yaranan qansızma cinsiyyət üzvünün təsiri ilə yarana bildiyi halda ekspert rəyində qansızmanın küt əşyanın təsiri ilə yarandığı göstərilir. Müdafiə tərəfinə maraqlıdır ki, ekspertizanın keçirilməsi zamanı ekspert müvafiq metodlardan düzgün şəkildə istifadə edərək real faktları nəzərə alaraq rəy verə bilmişdirmi? Məhz bu səbəbdən, natamam və xətalarla tərtib edilmiş ekspert rəyinin iş üzrə sübut kimi tanınması üçün kifayətliliyi olmadığlna görə yenidən ekspertizanın keçirilməsi tələb edilsə də, əsassız olaraq vəsatət rədd edilmişdir. Habelə, müdafiə trəəfindən məhkəmə istintaqının yenilənməsi barədədə vəsatət verilmişdir. Lakin vəsatət məhkəməyə xx.xx.2023- cü il tarixdə təqdim edilməsinə baxmayaraq, məhkəmə vəsatətə münasibət bildirmədən xx.xx.2023-cü il tarixdə ittihamedici hökm çıxarmışdır. İstintaq materiallarından aydın olur ki, zərərçəkmiş şəxslə Pavlodan başqa digər şəxslər də cinsi əlaqədə olmuşdur. lakin məhkəmə eskpertiza rəyinə yalnız Pavloya münasibətdə qiymət vermişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ekspertiza ilə müəyyən edilmiş xəsarətlər yalnız Təqsirləndirilən şəxs1 aid ola bilər. Digər şəxslərin müəyyən olunması üçün heç bir tədbir görülməmiş, məhkəmə bu hallara münasibət bildirməmişdir. Bu və digər hallar göstərir ki, təqsirləndirilən şəxsin barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs2 vəkili apellyasiya şikayətində göstərmişdir ki, aşağıdakılara görə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə qanunsiz və əsassız olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş və yuxarıda qeyd olunan hökm ləğv edilməli və onun barəsində bəraət hökmü çıxarılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, guya Təqsirləndirilən şəxs2 2020-ci ilin noyabr ayının ortalarında istintaqa məlum olmayan tarixdə saat 18:00 radələrində xx xxxxxx 2007ci ildə anadan olmuş 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun iradəsinə zidd cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi ilə bağlı onun anası Təqsirləndirilən şəxs3 təklifini qəbul edib onun təhriki ilə sonuncunun Beyləqan rayonu, 2ci Aşıqlı kəndindəki yaşadığı evə gəlmiş, aralarında olan razılaşmaya əsasən o, əvvəlcə Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olduqdan sonra Təqsirləndirilən şəxs3 onun qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olacağı yeri göstərməklə qabaqcadan planlaşdırdıqları cinayət əməli törətməsini təşkil etdikdən sonra o, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs ona etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün onun köməksiz vəziyyətindən istifadə edərək müqavimətini qırmaq üçün zor tətbiq edib, sol əli ilə Zərərçəkmiş şəxsnm sağ əlindən tutub onu məcburi surətdə həmin evin kərpicdən tikilmiş otağına aparıb, əvvəlcə özünün əynindəki paltarları sonra isə Zərərçəkmiş şəxsnm əynindəki göy rəngli maykanı və qara rəngli tumanı zor tətbiq etməklə soyunduraraq Təqsirləndirilən şəxs3 otağın döşəməsi üzərinə sərdiyi döşəyin üstündə kürəyi üstə uzadaraq onun üstünə uzanmış, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq onun altından çıxmağa çalışmasına baxmayaraq o, Zərərçəkmiş şəxs fəal müqavimətini qıraraq sağ əli ilə onun hər iki əlini bir-birinə birləşdirib başının arxa tərəfində döşəyə sıxmış, digər əli ilə ayaqlarını aralayıb gərginləşmiş cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla yeridərək, onun üçün aşkar surətdə 14 yaşma çatmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq sonuncuya fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla zorlamış, yəni zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, bununla kifayətlənməyərək özünün cinayətkar hərəkətlərini davam etdirib fiziki zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs döşəyin üzərinə üzü üstə çevirib üstünə uzanaraq gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə salıb hərəkət etdirməklə onun üçün aşkar surətdə 14 yaşma çatmayan Zərərçəkmiş şəxs qarşı ona fiziki ağrı yeritdiyini dərk edərək xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, guya 2020-ci ilin dekabr ayının əvvəlləıində istintaqa məlum olmayan tarixdə saat 18:30 radələrində xx xxxxxx 2007-ci ildə anadan olmuş 14 yaşma çatmayan Zərərçəkmiş şəxs ilə onun iradəsinə zidd cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi ilə bağlı Təqsirləndirilən şəxs3 təklifini qəbul edib onun təhriki ilə sonuncunun Beyləqan rayonu, 2-ci Aşıqlı kəndindəki yaşadığı evə gəlmiş, aralarında olan razılaşmaya əsasən o, əvvəlcə Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olduqdan sonra Təqsirləndirilən şəxs3 onun qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olacağı yeri göstərməklə qabaqcadan planlaşdırdıqları cinayət əməlini törətməsini təşkil etdikdən sonra o,Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş,Zərərçəkmiş şəxs ona etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün onun köməksiz vəziyyətindən istifadə edərək müqavimətini qırmaq üçün zor tətbiq edib onun qolundan tutaraq məcburi surətdə həmin evin kərpicdən tikilmiş otağında Təqsirləndirilən şəxs3 otağın döşəməsi üzərinə sərdiyi döşəyin üstünə kürəyi üstə uzadıb,əvvəlcə əynindəki paltarları çıxarıb,sonra isə Zərərçəkmiş şəxs əynindəki yaşıl rəngli koftanı,çəhrayı rəngli maykanı,qara rəngli cins şalvarı və qırmızı rəngli tumanını soyunduraraq onun üstünə uzanmış,Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq altından çıxmağa çalışmasına baxmayaraq,o,özünün gərginləşmiş cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla yeridərək,onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq sonuncuya fiziki ağrı yetirdiyini dərk edərək,xüsusi amansızlıqla təkrar zorlamış,yəni zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, bundan bir qədər keçdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib fiziki zor tətbiq etməklə cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salıb hərəkət etdirməklə sonuncuya alt dodağın selikli qişasında sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən qansızma xarakterli xəsarət yetirərək onun üçün aşkar surətdə 14 yaşma çatmayan Zərərçəkmiş şəxs qarşı ona fiziki ağrı yetirdiyini dərk edərək xüsusi amansızlıqla təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Hesab edir ki,hüquqları müdafiə etdiyi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsi üçün heç bir sübut yoxdur və onun barəsində CM-in hər iki xüsusilə ağır maddələri ilə qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs2 təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının heç bir sübutu olmadığı halda cinayət işinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi və həmin məhkəmə hakimlərinin əsassız olaraq təqsiri olmayan şəxsə Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinin kobud şəkildə pozulması ilə ittiham hökmünün hansı hüquq düşüncəsi, daxili inam və vicdanın rəhbər tutulması ilə çıxarılması başa düşülən deyil. Təqsirləndirilən şəxs2 barəsində olan cinayət təqibi üzrə ibtidai istintaq tam, hərtərəfli və obyektiv aparılmadan, yalnız iş üzrə zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs yalan və böhtan xarakterli, aldadılmaqla və qohumları tərəfindən güclü psixoloji təzyiqə mərıız qalaraq təqsirləndirilən şəxs statusuna salınmış Təqsirləndirilən şəxs3 qərəzli, ziddiyyətli, özlərinin cəmiyyət tərəfindən qəbul olunmayan, ailələrinin yaşadıqları kəndin sakinləri arasında hörmət və nüfuzlarını qorumaq məqsədi ilə real həqiqəti əks etdirməyən ifadələri əsas götürülərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cii maddələri ilə qanunsuz və əsassız irəli sürülmüş ittihamın ədalət mühakiməsini həyata keçirən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mövqe nümayiş etdirməklə məhkəmə istintaqı zamanı məqsəd həqiqətin üzə çıxmasına deyil,məhz həqiqətin gizlədilməsinə xidmət etmişdir. Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa onun təqsirli olmasına yol verilmir. İttihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin {şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaq istəyir ki,hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 təqsirləndirilməsi üçün istintaqçı tərəfindən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 Beyləqan rayon prokurorluğunda vermiş olduğu ifadələri əsas götürülmüşdür. Zərərçəkmiş şəxs həmin ifadəsində Təqsirləndirilən şəxs2 tərəfindən 2020-ci ilin noyabr ayının ortalarında və 2020-ci ilin dekabr ayının əvvəllərində onunla zorla cinsi əlaqədə olmasını və seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalmasını bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsinə görə 2020-ci ilin noyabr ayının ortalarında təxminən saat 17:30 radələrində anası Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 zəng vuraraq onlara gəlməsini xahiş etmiş və Təqsirləndirilən şəxs2 təxminən yarım saat sonra,18:00-da onlara gəlmişdir. Həmin vaxt evdə ondan və anası Təqsirləndirilən şəxs3 başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəlcə Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olduqdan sonra Təqsirləndirilən şəxs3 onun qızı Zərərçəkmiş şəxs ilə də cinsi əlaqədə olacağı yeri göstərməklə onunla da cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs müqavimət göstərməsinə əhəmiyyət verməyərək onunla zorla cinsi əlaqədə olmaqla, ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs ikinci dəfə 2020-ci ilin dekabr ayının əvvəllərində saat 18:30-da anası Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 zəng vuraraq onu yaşadıqları evə dəvət edərək, Təqsirləndirilən şəxs2 onlara gəlməsi, yenə də əvvəlcə Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olduqdan sonra anasının razılığı ilə onunla zorla cinsi əlaqədə olması və onunla seksual xarakterli hərəkətlər etməsi barədə vermiş olduğu ifadəsi də eyni məzmunlu cümlələrdən ibarətdir. Fərq yalnız Zərərçəkmiş şəxsnm koftasının və maykasının rəngindədir. Eyni zamanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən onunla zorla cinsi əlaqədə olmaqdan və ona qarşı seksual xarakterli zorakılıq hərəkətlərindən başqa, öz cinsiyyət orqanını onun ağız boşluğuna salıbçıxarmasını da bildirmişdir. Məhkəmə Kollegiyasının diqqətini ona cəlb etmək istəyir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin ifadələrində həm Zərərçəkmiş şəxs həm də iş üzrə Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 Simuzər Abbasovuya hər hansı bir zor tətbiq etməklə onunla cinsi əlaqədə olmaması və zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini göstərmişlər. Eyni zamanda ilkin ifadəsində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə aralarında intim münasibətlərin olmasını bildirərək onunla yaşadığı evin arxasında öz ehtirasını təmin etməsi üçün Təqsirləndirilən şəxs2lə bir neçə dəfə cinsi əlaqədə olmasını, lakin qızı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında hər hansı seksual münasibətlərin olmasını təkzib etmişdir. Həmçinin Beyləqan rayon polis şöbəsinin istintaq bölməsində vermiş olduğu ilkin izahatında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs2 ona qarşı hər hansı zorlama və ya zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini göstərmişdir. Belə ki, Zərərçəkmiş şəxs 14 dekabr 2020-ci il tarixdə Beyləqan rayon polis şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, atası 7-8 il bundan əvvəl vəfat edib və o,anası Təqsirləndirilən şəxs3, nənəsi Simuzər və qardaşı Kənanla birlikdə Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində yerləşən evdə yaşayırlar. Anası Təqsirləndirilən şəxs3 yüngül həyat tərzi keçirir və müxtəlif şəxslərlə müəyyən pul müqabilində yaşadıqları evin yataq otağında cinsi əlaqədə olur. Sonra o, izahatına davam edərək 2019-cu ilin təxminən iyun ayında yaşadıqları Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində evlərində olarkən anası Təqsirləndirilən şəxs3 yas yerinə getməsindən istifadə edən bibisi oğlu Rəşad Əsgərov onlara gələrək, ona onunla cinsi əlaqədə olmasını təklif etmişdir. Zərərçəkmiş şəxs deməsinə görə etiraz etsə də Rəşad ondan əl çəkməmiş və onu həyətlərindəki nar ağacları olan yerə apararaq Zərərçəkmiş şəxsnm əynində olan şalvarı aşağı çəkərək, sonra isə öz əynindəki şalvarı aşağı çəkərək onu kürəyi üstə yerə uzatmış və gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxsnm qabaq nahiyəsinə sürtməklə içinə salmışdır. Bu zaman Zərərçəkmiş şəxs bərk ağrı hiss etmiş və cinsiyyət orqanından qan gəlmişdir.Onun deməsinə görə həmin vaxt onun bakirəliyi pozulmuşdur. Sonralar Rəşadın onunla mütəmadi olaraq həm təbii həm də qeyri-təbii yolla cinsi əlaqədə olmasını, eyni zamanda cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salıb çıxarmasını göstərmişdir. Rəşaddan başqa İlkin Niyaməddin oğlu və Əlinəzərli kənd sakini Vüsal adlı şəxsin də onunla həm təbii həm də qeyri-təbii yolla cinsi əlaqədə olmasını və öz cinsiyyət orqanlarını onun ağız boşluğuna salmalarını qeyd etmişdir. Zərərçəkmiş şəxs həmkəndliləri Pavlo və Mikayılın onunla heç zaman cinsi əlaqədə olmamalarını göstərərək ilkin izahatını əmisi Natiqin təsiri və təzyiqi ilə verməsini bildirmişdir. O,izahatına davam edərək qeyd etmişdir ki,əmisi Natiq onu məcbur edirdi ki, yalandan Pavlo və Mikayılın adını çəkim ki, onlar mənimlə cinsi əlaqədə olmuşlar və guya Pavlo mənim bakirəliyimi pozmuşdur. Simuzər həmçinin izahatında qeyd etmişdir ki, əmisi Natiqin öyrətməsi ilə demişdir ki, guya anası Naibə onu pul müqabilində Pavlo və Mikayılla cinsi əlaqəyə girməyə məcbur edərək pullar qazanmışdır.Onun deməsinə görə əsl həqiqət bundan ibarətdir ki, Rəşad, İlkin və Vüsal adlı şəxslər həm təbii, həm də qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuş və öz cinsiyyət orqanlarını onun ağız boşluğuna salmışlar. O,əmisi Natiqdən qorxduğu üçün yalan ifadə verməsini bildirmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci (yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda) maddəsinə istinad edilərək çoxsaylı dayandırma qərarları müdafiə tərəfi olaraq onu deməyə əsas verir ki,istintaq orqanları müdafiəçisi olduğu şəxsin təqsirləndirilən şəxs statusuna salınması üçün çox tərəddüd içində olmuşlar. Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında 2020-ci ilin noyabr ayının 1dən 2020-ci ilin dekabr ayının 31-dək olan zaman kəsiyində olan telefon danışıqlarını təhlil etsək görərik onların arasında çoxsaylı telefon danışıqları olmuşdur. Zərərçəkmiş şəxs Beyləqan rayon prokurorluğunda vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 tərəfindən 2020-ci ilin noyabr ayının ortalarında və 2020-ci ilin dekabr ayının əvvəllərində zorlandığını və seksual xarakterli zorakılıq hərəkətlərə məruz qalmasını bildirmişdir. Əgər Zərərçəkmiş şəxs noyabr ayının ortalarında zorlanması və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsini qeyd edirsə, noyabr ayının 11-20-si aralığını bildirmək istəmişdir. Deməli, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi, yəni 2020-ci ilin noyabr ayının ortalarında təxminən saat 17:30-radələrində anası Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 zəng edərək onlara gəlməsini istəmiş və Təqsirləndirilən şəxs2 təxminən yarım saat sonra saat 18:00-da onlara gəlmişdir. Həmin vaxt evdə ondan və anası Təqsirləndirilən şəxs3 başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəlcə Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olmuş, sonra isə Naibənin təklifi ilə Zərərçəkmiş şəxs müqavimət göstərməsinə əhəmiyyəl verməyərək onunla zorla cinsi əlaqədə olmaqla,ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bu epizodla əlaqədar Məhkəmə Kollegiyasının diqqətinə aşağıdakıları çatdırmaq istəyir.Hər hansı bir ayın ortaları dedikdə həmin ayın 11-dən 20-dək olan zaman nəzərdə tutulur. Əgər Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 arasında 2020-ci ilin noyabr ayının 11-dən noyabr ayının 20-dək aparılmış telefon danışıqlarını nəzərdən keçirsək, aşağıdakılar aşkar edilir. Belə ki, 2020-ci ilin noyabr ayının 11-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında 8-dəfə telefon danışıqları olmuşdur. İlk telefon zəngi saat 09:07-də edilmişdir. Arayan Təqsirləndirilən şəxs2 olmaqla, 71 -saniyə danışmışlar. Həmin an Təqsirləndirilən şəxs2 Beyləqan rayonunun Təzəkənd kəndində, Təqsirləndirilən şəxs3 isə həmin rayonun Eyvazallar kəndində olmuşlar. İkinci telefon zəngi saat 09:10-da edilmişdir. Arayan Təqsirləndirilən şəxs2 olmaqla, 38-saniyə danışmışlar. Olduqları ünvan yuxarıdakı ünvandır. Üçüncü telefon zəngi saat 09:13-də edilmişdir. Arayan Təqsirləndirilən şəxs2 olmaqla, 811-saniyə danışmışlar.Hər ikisinin olduğu ünvan Beyləqan rayonunun Eyvazallar kəndidir. Dördüncü zəng saat 10:38-də edilmişdir. Arayan Təqsirləndirilən şəxs2 olmaqla, 347-saniyə danışmışlar. Hər ikisinin olduğu ünvan Beyləqan rayonunun Eyvazallar kəndidir. Beşinci zəng saat 15:57-də edilmişdir.Arayan Təqsirləndirilən şəxs3 olmaqla, 36-saniyə danışmışlar.Yenə də hər ikisinin olduğu ünvan Beyləqan rayonunun Eyvazallar kəndidir. Altıncı zəng saat 16:02-də edilmişdir.Arayan Təqsirləndirilən şəxs3 olmaqla, 22-saniyə danışmışlar. Arayan Beyləqan rayonu, Eyvazallar kəndində, aranan isə Təzəkənd kəndində olmuşlar. Yeddinci zəng saat 17:11də edilmişdir. Arayan Təqsirləndirilən şəxs3 olmaqla, 13-saniyə danışmışlar. Arayan Beyləqan rayonu Eyvazallar kəndində, aranan isə Təzəkənd kəndində olmuşdur. Sonuncu-səkkizinci zəng saat 17:12-də edilmişdir. Arayan Təqsirləndirilən şəxs3 olmaqla,28-saniyə danışmışlar.Arayan Beyləqan rayonu Eyvazallar kəndində,aranan isə Təzəkənd kəndində olmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, 2020-ci ilin noyabr ayının 11də hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 daha 12 dəfə müxtəlif şəxslərlə istifadəsində olan ***-***-**-** nömrəli telefon vasitəsi ilə əlaqə saxlamışdır. Saat 17:14-də Təqsirləndirilən şəxs2 bacısı oğlu X8 istifadəsində olan ***-***-**-**telefon nömrəsinə zəng vuraraq onunla 313-saniyə danışmışdır. Arayan Mikayılın olduğu ünvan ünvan 5i, arananın olduğu ünvan isə Beyləqan rayonu Eyvazallar kəndi olmuşdur. Saat 18:15-də Təqsirləndirilən şəxs2 həmkəndlisi Amid istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Mikayıla zəng vuraraq onunla 180-saniyə danışmışdır.Arayanın olduğu ünvan ünvan 7uşdur. Saat 18:21-də Amid tərəfindən Təqsirləndirilən şəxs2 yenə zəng edilmiş və bu dəfə 16-saniyə damşmışlar.Hər ikisinin olduğu ünvan Beyləqan rayonu Eyvazallar kəndi olmuşdur. Saat 18:30-da Təqsirləndirilən şəxs2 tərəfindən həmkəndlisi Rahibin istifadəsində olan 051885-55-66 telefon nömrəsinə zəng vuraraq onunla 410-saniyə danışmışdır.Arayanm olduğu ünvan ünvan 10 Saat 18:37 də Şirvan Çıraqovun istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs2 zəng vuraraq onunla 16-saniyə danışmışdır.Hər ikisinin olduğu ünvan Beyləqan rayonu Eyvazallar kəndi olmuşdur. Saat 18:37-də Təqsirləndirilən şəxs2 tərəfindən həmkəndlisi Pavlonun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vuraraq onunla 569-saniyə danışmışdır.Arayanm olduğu ünvan ünvan 13muşdur. Saat 18:40-da Təqsirləndirilən şəxs2 tərəfindən Rahibə həmin gün ikinci dəfə zəng vuraraq onunla bu dəfə 398-saniyə danışmışdır.Arayanm olduğu ünvan ünvan 13muşdur. Saat 18:47-də Təqsirləndirilən şəxs2 tərəfindən qaynatası Köçərinin istifadəsində olan 050561-33-61 telefon nömrəsinə zəng vuraraq onunla 575-saniyə danışmışdır.Arayanm olduğu ünvan ünvan 16muşdur. Saat 18:58-də yenə də Rahib tərəfindən Təqsirləndirilən şəxs2 zəng vuraraq onunla 1100-saniyə danışmışdır.Hər ikisinin olduğu ünvan Beyləqan rayonu Eyvazallar kəndi olmuşdur. Saat 19:17-də Təqsirləndirilən şəxs2 atası Nadir Hacıyevin istifadəsində olan ***-***- **-** nömrəsinə zəng vuraraq onunla 37-saniyə danışmışdır. Hər ikisinin olduğu ünvan ünvan 19lan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs2 zəng vuraraq onunla 41-saniyə danışmışdır.Arayan Beyləqan rayonu Eyvazallar kəndində,aranan isə ünvan 5ində olmuşdur. Saat 21:37-də yenə də Təqsirləndirilən şəxs2 həmkəndlisi Amid tərəfindən Mikayıla zəng vuraraq,onunla 43-saniyə danışmışdır.Hər ikisinin olduğu ünvan ünvan 20sı, yəni saat 17:14-də edilmiş l-ci,saat 18:30-da edilmiş 4-cü,saat 18:37-də edilmiş 6-cı,saat 18:40-da edilmiş 7-ci,saat 18:47-də edilmiş 8-ci və saat 19:17-də edilmiş 10-cu zəng Təqsirləndirilən şəxs2 tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs2 2020-ci ilin noyabr ayının 17-də səhər saat 08:24-də Təqsirləndirilən şəxs3 zəng vurarkən onun Beyləqan rayonu 2-ci Aşıqlı kəndində olması noyabr ayının 18-də saat 10:47-də Mikayılla Naibə danışarkən Naibənin Ağcabədi rayonu Kəbirli kəndində olması bizə onu deməyə əsas verir ki,Təqsirləndirilən şəxs3 noyabr ayının 17-də Beyləqan rayonu 2-ci Aşıqlı kəndini tərk edərək uşaqları ilə birlikdə Ağcabədi rayonu Kəbirli kəndinə getmişlər.Müdafıə tərəfinin şahid qismində dəvət etdiyi Rafiq Həsənov məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Naibəni və qızı Simuzəri 2020-ci ilin noyabr ayının 22-də Ağcabədi rayonu Kəbirli kəndindən Ağcabədi rayonunun Mehrablı kəndindəki evlərinə aparmasını düzgün qeyd etmişdir.Bu barədə müdafiə tərəfinin sualını cavablandıran Zərərçəkmiş şəxs növbəti yalanını uyduraraq şahid Rafiq Həsənovun yalan söyləməsini qeyd etdi.Lakin əldə olunmuş telefon danışıqları bir daha təsdiq edir ki, Zərərçəkmiş şəxs tamamilə yalan danışır. İş üzrə guya hadisənin şahidi olmuş Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 onun azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etməsini görmədiyini bildirməsi,həmçinin “Azersel“ MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli telefon vasitəsi ilə 01 noyabr 2020-ci il tarixdən 24 noyabr 2020-ci il tarix daxil olmaqla aparılmış danışıqların, nömrələrə daxil olan,çıxan zənglərin siyahısı,aparılmış danışıqların müddəti,telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatlarına,iş üzrə müvafiq ekspertizaların keçirilməməsi və iş üzrə dəvət olunmuş şahidlərin bu hadisə ilə bağlı hər hansı məlumatlarının olmamasına istinad edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 təqsirsiz olması tam şəkildə sübuta yetirilir. Lakin buna əhəmiyyət verməyən birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 qatı bir cinayətkar damğası vuraraq qanunsuz və əsassız olaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(099)-21/2023 saylı hökmünün ləğv olunması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin cinayətin törədilməsinə aidiyyəti olmadığına görə onun barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 vəkili apellyasiya şikayətində göstərmişdir ki, Cinayət işi üzrə birinci instansiya məhkəməsində araşdırmanın sonuna toplanmış materiallara əsasən təqsirləndirilən şəxslərin təqsirliliyini sübut edən mötəbər sübutlar əldə edilməmişdir. Məhkəməyə qədər icraat zamanı ibtidai araşdırmnı həyata keçirən orqan təqsirləndirilən şəxslərin cinayət əməli törətmələrini etiraf etməmələrinə baxmayaraq onların həmin cinayətləri törətmələrinin cinayət işi üzrə toplanmış sübutlarla sübuta yetirildiyini göstərir. Cinayət işi üzrə ittiham tərəfinin topladığı bütün sübutlar yalnız Zərərçəkmiş şəxs ifadə və izahatlarına söykənir. İttiham tərəfinin məhkəməyə qədər icraat zamanı topladığı sübutlar zərərçəkmiş şəxs S. Abbasovanm ifadə və izahatları, üzləşmə protokolları, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması protokolu, şahid ifadələri, komisyon məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 758 nömrəli rəyi, kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən və "xxxx" MMC-dən alınmış 02 ədəd diskdən ibarətdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi həmin sübutlardan əlavə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə,- məhkəmə istintaqında müdafiə tərəfinin təqdim etdiyi əlavə sübutlarla sübutlar nisbəti müdafiə tərəfinin xeyrinə oldu, həmin sübutlarla təqsirləndirilən şəxslərin təqsirliliyi şübhə altına alınır və təsdiq olunmur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini göstərmişdir. Polisdə və prokurorluqda ondan alman, məhkəmə istintaqında elan olunan ifadələri təsdiq etmədiyini göstərdi, yazıb oxumağı bacarmadığını, həmin ifadələrin ona oxunmadığını, qızı Simuzərin əmisi Abbasın ona təzyiq edərək, Rəşadın adını verməməyi, Pavlo və Mikayılın adını verməyi, əllərində bıçaq oynatmalarmı deməyi tələb etdiyini göstərdi'/ Eyni zamanda ifadəsində 2020-ci ilin yay aylarında qonşudan yasdan gələrkən qızı Suimuzərin, bibisi oğlu Rəşadın onun həyətə girməsindən sonra həyətdəki narlıqdan paltarlarını çəkərək qaçdıqlarını gördüyünü, 2020-ci il noyabrın 19-da qaynı Abbasın onu Beyləqan rayonunun İkinci Aşıqlı nəndində yerləşən ər evindən çıxarmasını, qızı Simuzərin də bundan sonra 2 gün, noyabrın 21-dək onunla birlikdə yaşamasını, noyabrın 21-də qaynı Natiqin gəlib qızı Simuzəri də özü ilə apardığını göstərdi. İttiham tərəfinin topladığı, təqsirləndirilən şəxslərin təqsirlərini təsdiq edən hesab etdikləri, ittiham tərəfinin əsas sübutu zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsidir. Zərərçəkmiş şəxs S. Abbasovanm ifadəsi o halda mötəbər sübut hesab oluna bilərdi ki, bu ifadələr ziddiyətli olmasın. Cinayət işi materiallarında zərərçəkmiş şəxs S. Abbasovanm ayrı-ayrı vaxtlarda verdiyi bir neçə ifadəsi və izahatı var. S. Abbasovanm bu ifadələri dəyişkən və ziddiyyətlidir. Bu ifadələrin bəziləri təqsirləndirilən şəxslərin təqsirini təsdiq, bəziləri inkar edir. Belə ki, o 14 dekabr 2020-ci il tarixdə verdiyi izahatında və 03 yanvar 2022-ci il tarixdə zərərçəkmiş şəxs kimi verdiyi ifadəsində 2019- cu ilin iyun ayında yaşadığı Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində evdə olan zaman anası Naibənin yas məclisinə getməsindən bir qədər sonra bibisi oğlu Rəşadın onlara gəlib ona cinsi əlaqədə olmağı təklif etməsini, o buna etiraz etsə də Rəşadın ondan əl çəkməyib onu həyətdə nar ağacları olan yerə aparmasını, nar ağacları olan yerə çatanda Rəşadın onu kürəyi üstə yerə uzadıb onu zorlayıb bakirəliyini pozmasını, daha sonra bır neçə dəfə onunla cinsi əlaqədə olmasını bildirmişdir. Sonradan bu cür ifadə verməsini Naibənin təkidi ilə əlaqələndirmişdir. Anası Naibədən ayrı, əmisigildə yaşayan, Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsinin olmayan Naibənin qızı Zərərçəkmiş şəxs hansı yolla, hansı vasitələrlə təsir etməsi təsəvver olunmur və ağlabatan deyil. Burada zərərçəkən S. Abbasovanm ilk ifadəsi 14 dekabr 2020-ci il tarixdə verilmişdir. Həmin vaxt o artıq anası Naibədən ayrılıb əmisi Natiqgildə olmuşdur. Həmin vaxt əmilərinin Naibə ilə münasibətləri də artıq pozulmuşdur. 14 dekabr 2020-ci il ilə 03 yanvar 2022-ci il arasında iki ildən çox vaxt məsafəsi var. Bu müddətdə S. Abbasova artıq iki ildən çox Naibədən ayrı əmisigildə yaşamışdır. Bundan iki il sonra da eyni məzmunlu ifadə verir və yenə də həmin ifadəni Naibənin təkidi altında verdiyini bildirir. 08 dekabr 2020-ci il tarixdə və bundan il yarım sonra 02 iyun 2021-ci il tarixdə eyni məzmunlu ifadə verir, sonradan həmin ifadələri həyəcanlandığı üçün düzgün vermədiyini göstərir. X30 zəng edib, onu 500 manata satmasını eşidir, bundan qurtulmaq üçün imkanı olmasına baxmayaraq hər hansı bir hərəkəti etmir. Bu şəxslərin onu zorlamalarmı ananın oturub əvvəldən axıra kimi seyr etməsi, anasının gözü qarşısında həmin şəxslərin qızını zorlaması, hədələməsi, bıçağı hərlətməklə qorxutması, öldürməklə hədələməsi çox primitiv olmaqla inandırıcı görünmür. Zərər çəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərir ki, 2020-ci il noyabr ayının ortalarında saat 21 radələrində yaşadıqları evdə olan zaman anası Naibə Pavlonun istifadəsində olan mobil nömrəyə zəng edərək harada olmasını soruşmuş, sonra isə onlara gəlməsini istəmiş və 500 manata onu Pavloya verəcəyini demişdir. Naibənin Paşaya zəng etməsindən 20 dəqiqə keçdikdən sonra Paşa kimi tanıdığı Pavlo onlara gəlmişdir. Bu ifadədən görünür ki, zərərçəkmiş S. Abbasova anası Naibənin onu 500 manata Pavloya satdığını bilir, Naibənin Pavloya zəngindən 20 dəqiqə sonra Pavlo onlara gəlir. Zərərçəkmiş S. Abbasovanm anasının onu 500 manata satdığını biləndən sonra həmin evdən çıxıb getmək, istifadə etdiyi telefonla qohumlarına zəng etmək yolu ilə bunun qarşısını almaq imkanı var idi. Zərərçəkmiş S. Abbasovanm bu imkanlardan istifadə etməməsi, onun üçün hər hansı bir təhlükənin olmaması, anasının Pavloya dediyi məzmunda zəng etməməsi, Pavlonun onlara gəlməməsinə dəlalət edir. Zərərçəkmiş S. Abbasovanm istifadəsində mobil telefonun olması öz ifadəsi və əmisi N. Abbasovun şahid ifadəsi ilə təsdiq olunur. Belə ki, məhkəmə istintaqında ifadəsində zərərçəkmiş şəxs S. Abbasova göstərdi ki, istifadəsində sensorlu telefon olub, birinci dəfə polisə çağırılanda əmisi Natiq onun telefonunu polisə verdi, həmin telefon polisdə qaldı, hələ də qaytarılmayıb. Şahid1 da məhkəmə istintaqında şahid kimi ifadə verərkən həmin halı göstərdi. Amma həmin telefonla bağlı hər hansı bir araşdırmanın aparılmaması əsaslı şübhələr doğurur. Məhkəmə istintaqında digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyəqədər icraat zamanı verdikləri ifadələrə uyğun olaraq Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadıqlarını, onu zorlamadıqlarmı göstərərək elan olunmuş ittihamla özlərini təqsirli bilməmişlər. Təqsirləndirilən P. Tarşxayev və M. Hacıyevin təqsirsizliyi barədə müddəalar hüquqlarını müdafiə etdiyi N. Abbasovanm maraq və mənafeyinə uyğundur və həmin şəxslərin təqsirsiz hesab edilməsi N. Abbasovanın da təqsirsizliyini təsdiq edir. Buna görə P. Tarşxayevin və M. Hacıyevin təqsirsizliyi barədə halları qeyd və onlara istinad etməyim qanuni və əsaslı hesab olunmalıdır. Təqsirləndirilən P. Tarşxayev ifadəsində 2020-ci il noyabr ayının ortalarından dekabr ayının əvvəllərinə qədər Bakı şəhərində olduğunu, orada “santexnik kimi usta işlədiyini göstərdi. Məhkəmə istintaqında əlavə şahid kimi dindirilmiş X17 da ifadəsində 2020- ci il sentyabr ayının 10-dan Bakı şəhərində Zaman adlı şəxsin evində usta işlədiyini, həmin il noyabr ayının 19-dan Pavlonun da həmin şəxsin evində onunla birlikdə dekabr ayının əvvəllərinə kimi işlədiyini, dekabrın əvvəllərində Beyləqana qayıtdığını göstərdi. Məhkəmə istintaqında şahid kimi dindirilmiş Şahid5, əlavə şahid kimi dindirilmiş X9, X18, X6 ifadələrində təqsirləndirilən şəxslərin təqsirsizliyinə dəlalət edən hallar göstərildi. Təqdirləndirilən şəxslərə verilən ittihama görə hadisələr 2020-ci il noyabrın ortalarından həmin il dekabr ayının əvvəlləri arasında olan dövrdə baş vermişdir. Məhkəmə istintaqında əlavə şahid kimi dindirilən şəxslərin ifadələrində Naibə və ailəsinin yaşadıqları Beyləqan rayonunun İkinci Aşıqlı kəndində yerləşən evlərini 2020-ci il noyabr ayının 19-dan tərk etdikləri göstərilir. Təqsirləndirilən P. Tarşxayevin istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonun anten dairəsinin məlumatlarına əsasən həmin nömrədən xx.xx.2020-ci il tarixdən 2020-ci il dekabr ayının əvvəllərinə kimi Bakı şəhərinin ərazisində istifadə edilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 758 nömrəli rəyində Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması, pozulmanın müddətinin 2 həftədən artıq olması, arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətlərinin olması, bu əlaqənin müddətinin müəyyən edilməsinin mümkün olmaması göstərilir. Bu rəy S. Abbasova ilə cinsi əlaqədə olmanı təsdiq etsə də, bu cinsi əlaqənin məhz P. Tarşxayev və M. Hacıyev tərəfindən həyata keçirilməsi ilə bağlı heç bir məlumatı özündə daşımır. Kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi ekspertiza keçirilən vaxt Zərərçəkmiş şəxs psixoloji vəziyyəti barədə olmaqla onda həmin vaxt hər hansı psixi xəstəlik və əqli geriliyin qeyd olunmadığı göstərilr. Eyni zamanda rəydə o da qeyd olunur ki, ona qarşı seksual hərəkətlər törədilərkən emosional vəziyyətində hansı halların ( qorxu, güclü həyəcan, psixi emosional) yarandığını hazırda müəyyən etmək mümkün olmamışdır. Şahid1, Şahid2, Şahid3, Şahid4, X32 Oğlunun ifadələri, (cinayət işi üzrə ittiham tərəfinin təqdim etdiyi sübutlar) bu ifadələrindəki məlumatlar da zərərçəkmiş S. Abbasovanın dediklərindən ibarətdir. Bu şahidlər özləri təqsirləndirilən şəxslərin onlara istinad olunan cinayət əməlini törətmələrinin hər hansı bir halının şahidi olmamışlar. İstər ibtidai istintaq zamanı dindirilən və məhkəmə istintaqı zamanı ifadə verən, ittiham tərəfindən təqdim olunmuş şahidlərin heç biri cinayət hadisəsinin hər hansı bir halının şahidi olmamışlar. Onların şahid ifadələrində göstərdikləri yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs eşitdiklərindən ibarətdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin sübutları ibtidai istintaq zamanı toplanılan yuxarlda sadaladığım sübutlardan ibarət olmuşdur. Təqsirləndirilən şəxslər P. Tarşxayev və M. Hacıyev həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməmişlər. Təqsirləndirilən N. Abbasova məhkəmə istintaqında verdiyi ifadəsində özünü təqsirli bilmədiyini, ibtidai istintaqdakı ifadəni təsdiq etmədiyini, belə ifadə vermədiyini, yazıb oxumaq bilmədiyini, ibtidai istintaqda ifadə verərkən ona Natiq, Abbas tərəfindən təzyiq edildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilən əlavə şahid ifadələrində əsasən təqsirləndirilən şəxslərə verilən ittihamı təkzib edən hallar, Naibə və ailəsinin 2020-ci il noyabrın 20-dən yaşadıqları Beyləqan rayonunun İkinci Aşıqlı kəndindəki evlərini tərk etdikləri, təqsirləndirilən P. Tarşxayevin 2020-ci il noyabrın ikinci yarısından Bakı şəhərində yaşayıb ev təmiri ilə məşğul olduğunu və s. bu kimi hallar müəyyən olundu. Ümumi şəkildə belə ifadə etmək olar ki, məhkəmə istintaqında sübutlar nisbəti müdafiə tərəfinin xeyrinə oldu. Yuxarıda göstərilənlər belə nəticəyə gəlməyə əsas verir. İttiham tərəfinin təqsirləndirilən şəxsləriə verilən ittihamı təsdiq edən sübutları kifayət edən və mötəbər deyildir. Bu sübutlar mötəbər olmayan, çox hallarda müdafiə tərəfindən təqdim olunmuş sübutlarla təkzib olunandır. Buna görə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 və digər təqsirləndirilən şəxslərə verilən ittiham üzrə təqsirlərini sübuta yetirilmiş hesab etmək olmaz. Təqsiri sübuta yetirilmədiyi üçün təqsirləndirilən N. Abbasova barəsində bəraət hökmü qəbul etməyi məhkəmədən xahiş edir. Apellyasiya baxışı zamanı çıxışında dövlət ittihamçısı apellyasiya şikayətlərini təmin etməyərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(099)- 21/2023 saylı hökmünün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçiləri apellyasiya şikayətlərinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(099)-21/2023 saylı hökmünü ləğv edərək müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs qanuni mənafeyini təmsil etmək üçün notarial qaydada təstiq edilmiş etibarnaməsi olmadığından vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası münasibət bildirməmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 onlara istinad edilən əməlləri törətmş olması barədə nəticəyə aşağıdakı sübutlar əsasında gəlmişdir : Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə Beyləqan rayonu, 2-ci Aşıqlı kənd sakini İntiqam Abbasovla ailə qurmuş, birgə nigahdan 2005-ci ildə oğlu Kənan, 2007-ci ildə isə qızı Simuzər doğulmuşlar. Ailəsi ilə ərinin ata evində, Beyləqan rayonu 2-ci Aşıqlı kəndində yaşamışlar. Əri İntiqam 2011-ci ildə ölmüşdür. Bundan sonra da, həmin evdə özü, qızı Simuzər, oğlu Kənan və qayınanası Simuzərlə birlikdə yaşamışlar. Pavlonu Beyləqana həmin kəndə gəlin köçəndən sonra tanımışdır. Təxminən 4-5 il əvvəl Pavlo ilə intim münasibəti yaranmış və bu münasibətləri davam etmişdir. Pavlonu bəyəndiyi üçün aralarında sevgi münasibətləri də olmuşdur. Hətta, Pavlo üçün 1000 manat və 1400 manat olmaqla iki dəfə kredit götürmüş, bundan sonra münasibətləri lap yaxın olmuşdur. Həmkəndlisi Mikayılı yaxından tanımamış, Mikayıl ona yalandan adının Kənan olduğunu bildirmişdir. Mikayıl ilə təxminən 2020-ci ilin iyul-avqust aylarında tanış olmuşdur. Mikayıl ona, başqa şəxslərə borcu olduğunu demiş, pul götürmək üçün ondan qızıl istədiyindən Mikayıla qızıllarını vermiş, Mikayıl hələ də qızıllarını qaytarmamışdır. Pavlo və Mikayılla özünün intim münasibətləri olmuş, lakin onları qızı Simuzərlə görüşdürməmiş, onların Simuzərlə intim münasibətdə olmasını görməmiş və eşitməmişdir. Müstəntiqə qızı Simuzərin Pavlo və Mikayıl tərəfindən zorlanmasının şahidi olması barədə istintaq vaxtı verdiyi ifadəsini oxumamış, müstəntiq ona yalnız ifadəyə qol çəkdirmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İstintaq zamanı Pavlo ilə Mikayılın, qızı Simuzərlə cinsi əlaqədə olduğunu deməsinə səbəb qaynanası Simuzərin və qaynı Natiqin ona "Pavlonun adını ver, Pavlo tutulsun” deməsi olmuşdur. Onlardan çəkindiyi üçün dedikləri kimi ifadə vermişdir. Özü, Pavlo ilə iki dəfə, Mikayıl ilə bir dəfə intim münasibətdə olmuşdur, həmin şəxslərlə evində görüşməmiş, görüşməsinin qarşılığında onlardan pul almamış, öz cinsi ehtirasını təmin etmək üçün onlarla intim münasibətdə olmuşdur. Qızı Simuzəri pul qarşılığında kiminləsə görüşdürməmişdir. Qızı Simuzər onu kiminsə zorladığını ona deməmişdir. Simuzərin bədənində xəsarət izi görməmişdir. Qızı Simuzərə, ona qarşı ifadə verməyi qaynanası Simuzər və qaynı Şahid1 öyrətmişlər. 2020-ci ilin noyabrın 19-da İkinci Aşıqlı kəndindən çıxıb Ağcabədiyə anasının evinə getmiş, həmin ilin noyabr ayının 21-də isə qaynı Natiq gəlib Simuzəri özü ilə aparmışdır. Qızı Simuzəri öz bibisi oğlu Rəşad Əsgərovla "narlıq” deyilən ərazidən qaçarkən görmüş, Rəşad qaçarkən şalvarını yuxarıya çəkmiş, bu səbəbdən onların arasında intim münasibət olmasından şübhələnmiş, lakin onların intim münasibətləri olmalarını görməmişdir. İstintaq zamanı üzləşmədə Pavlonun və Mikayılın üzünə qızı Simuzəri zorlamaları barədə heç nə deməmişdir. Simuzərin onun haqqında dedikləri yalandır. Hazırda qızı Simuzərlə barışmaq və onunla birlikdə yaşamaq istəyir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi 06 iyul 2022-ci il tarixli ilkin ifadəsi ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan birinci instansiya məhkəməsinin məhkəmə istintaqında onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi qeyd olunan etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində azyaşlı qızı Simuzərin Pavlo və Mikayıl tərəfindən zorlanması xüsusatı üzrə göstərmişdir ki, təxminən 2020-ci ilin noyabr ayında saat 21 radələrində yaşadığı evdən təxminən 100 metr məsafədə olan çəndən içməli su götürüb evə qayıdan zaman evin içərisindən səs-küy gəldiyini eşitmiş, evdə olan qızı Simuzər "o yana dur, o yana dur, burax məni” deyib qışqırmış, içəri daxil olub Paşa kimi tanıdığı Beyləqan rayonu, İkinci Aşıqlı kənd sakini Pavlonu özünün yatdığı otaqdakı qoşa çarpayıda qızı Simuzəri zorlayan yerdə görmüşdür. Belə ki, Pavlo Simuzəri çarpayıya kürəyi üstə uzadıb özü onun üstünə çıxıb təbii yolla, qabaqdan cinsi əlaqədə olmuş, Simuzər isə "istəmirəm, o yana dur, o yana dur” deyib qışqırmışdır. Pavlo Simuzərin qıçlarını aralayıb arxaya və qabağa doğru hərəkət etmiş, öz cinsiyyət orqanını Simuzərin cinsiyyət orqanına salmışdır. Simuzərin həmin vaxt əynində şalvarı və tumanı olmamış, köynəyi isə əynində olmuşdur. Pavlo isə əynindəki şalvarı dizinə qədər endirmişdir. Pavlo onun içəri girməsini görüb dərhal ayağa qalxmış və şalvarını yuxarı çəkmiş, Pavlodan nə etdiyini, qızının başına nəyə görə bu oyunu açdığını soruşduqda Pavlo ona əgər bu barədə kiməsə desə, onu və övladlarını öldürəcəyi ilə hədələmiş və çıxıb getmişdir. Pavlonun onu və övladlarını öldürəcəyindən qorxduğu üçün bu barədə heç kimə heç nə deməmiş, Pavlo onunla bərabər Simuzəri də hədələyib, əgər bu barədə kiməsə nə isə desə, gəlib onun başını kəsəcəyini dediyi üçün Simuzər də qorxub heç kimə heç nə deməmişdir. Pavlo Simuzəri zorladıqdan sonra çəhrayı rəngə bənzər maye örtüyün üzərinə axmış, o, Pavlo onu hədələdiyi üçün bu barədə heç kimə heç nə deməmiş və örtüyü təmiz olması üçün yumuş, başqa məqsədi olmamışdır. Simuzər öz cinsiyyət orqanını göstərib Pavlonun onunla həmin yerdən cinsi əlaqədə olduğunu və "orasının” ağrıdığını demişdir. Bu hadisədən təxminən 5-6 gün sonra saat 21 radələrində yaşadığı evin yaxınlığındakı artezian quyuda paltarları yuyub qayıdıb həyət darvazasından içəri daxil olan zaman evdən qızı Simuzərin "əl çək məndən, o yana dur” səslərinin gəldiyini, bir nəfər kişinin isə "az, dinmə” dediyini eşitmiş, o, paltarları sərmədən tez evə daxil olmuş və içəri girən zaman yatdığı otaqdakı qoşa çarpayıda həmkəndlisi Mikayılın qızı Simuzərlə cinsi əlaqədə olmasını görmüşdür. Simuzər Mikayıla "əl çək məndən, o yana dur, burax məni” deməsindən və sağa-sola çırpınmasından Mikayılın onu zorladığını başa düşmüşdür. Mikayılın Simuzərlə arxa və yaxud qabaqdan cinsi əlaqədə olmasını konkret olaraq görməmişdir. Mikayıl onun içəri girdiyini görüb tez ayağa qalxmış, şalvarını yuxarı çəkmişdir. Həmin vaxt Simuzərin əynində yalnız ağ rəngli maykası olmuşdur. Mikayılın isə şalvarı aşağıda, qara rəngli kofta və qara rəngli gödəkcəsi isə əynində olmuşdur. Mikayıl Simuzərlə arxadan cinsi əlaqədə olmuş, bu barədə Simuzər özü ona demişdir. Mikayıl şalvarını yuxarı çəkən zaman o, Mikayılın cinsiyyət orqanını görmüş, həmin vaxt Mikayılın cinsiyyət orqanı durmuş vəziyyətdə olmuşdur. O, içəri girən zaman Simuzər üzü üstə çarpayıda uzanmış, Mikayıl isə öz cinsiyyət orqanını salıb çıxartmışdır. O, konkret olaraq Mikayılın öz cinsiyyət orqanını Simuzərin harasına salıbçıxartmasını görməmiş, lakin Mikayıl ayağa durduqdan sonra Simuzər ona "ana, arxam ağrıdı” demiş, o, Mikayılın Simuzərlə arxadan cinsi əlaqədə olmasını başa düşmüşdür. Mikayıldan onun qızının başına nəyə görə bu oyunu açdığını soruşmuş, Mikayıl onu hədələyib əgər gördüklərini kiməsə desə, onu və qızını öldürəcəyini demişdir. Mikayılın həmin sözlərindən qorxub bu barədə heç kəsə heç nə deməmişdir. Mikayıl və Pavlo Simuzəri zorlayan zaman evdə heç kəs olmamış, həmin vaxt qayınanası və oğlu Bakı şəhərində olmuşlar. Səhəri gün Mikayıl ev telefonuna zəng edib əgər Simuzəri zorlaması barədə kiməsə desə onu öldürəcəyi ilə hədələmiş və anasının ona 600 manat pul verdiyini eşitmiş, həmin pulu, əgər varsa əlavə olaraq qızıllarını ona verməsini istəmişdir. Mikayılın Simuzəri zorlamasını bilib heç kimə xəbər verməmiş və həmin günü saat 23 radələrində 600 manat pul, 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzərində dini məzmunlu yazı olan klon, 1 ədəd qızıl bilərzik və 1 ədəd üzüyü həmin gün Mikayıla vermişdir. Üzük ona, bilərzik oğlu Kənana, boyunbağı, klon və sırğalar isə qızı Simuzərə məxsus olmuşdur. Həmin qızılları və pulu Mikayıl ondan yaşadığı evin hasarının yanından gəlib götürmüşdür. Onun Mikayıla həmin pulu və qızılları verməsini heç kim bilməmişdir. Pavlo və Mikayıl onu öldürəcəyi ilə hədələyən zaman onların əlində silah və ya silah qismində istifadə edilə biləcək hər hansı digər əşya olmamış, həmin şəxslər onu sözlə hədələmişlər. Tam səmimi qaydada, heç kimin təzyiqinə məruz qalmadan könüllü surətdə istintaq vaxtı həmin ifadəni vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş CM-nin 134, 149.3.3 və 150.3.3-cü maddələrilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə adını xatırlamadığı Beyləqan rayon polis şöbəsinin əməliyyatçısı hazırki cinayəti törətməsi ilə bağlı ona zəng edərək şöbəyə çağırıldığını ona bildirmişdir. Həmin gün Bakı şəhərində olduğundan bir gün sonra yaşadığı Beyləqan rayonuna gəlib rayon polis şöbəsinə getmişdir. Orada bilmişdir ki, şöbəyə tanışı Naibənin qızı Zərərçəkmiş şəxs onun tərəfindən zorlanması barədə şikayət daxil olmuşdur. Sonra polis əməkdaşlarından barəsində ekspertiza keçirilməsini tələb etsə də, heç bir ekspertiza təyin olunmamışdır. Naibənin qayınanası Simuzər və qaynı Natiq tərəfindən şərlənməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlamışdır. 2021-ci ildə olan üzləşmədə Simuzərə qarşı heç bir seksual və ya zorakılıq hərəkətlər etmədiyini, Simuzərin yalan ifadə verdiyini, Naibəyə Simuzərlə cinsi əladə olmaq üçün 500 manat vermədiyini, Naibənin adına kredit götürdüyünü bildirmişdir. Naibənin adına kredit götürdüyündən Naibənin ərinin qohumları tərəfindən şərlənmişdir. Naibənin qayınanası Simuzər və qaynı Natiqin onu şərləmə məqsədlərindən biri Simuzərin əvvəllər münasibətdə olduğu bibisi oğlu Rəşadı təmizə çıxarmaq olmuşdur. 2020-ci il noyabr ayının ortalarından dekabrın əvvəllərinə qədər Bakı şəhərində olmuş, orada "santexnik” kimi usta işləmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Simuzəri zorlamamış, onunla cinsi əlaqədə olmamışdır. Simuzərin anası olan həmkəndlisi Naibə ilə yaxın- intim münasibəti 2017-ci ildən yaranmışdır. Naibə ilə evində görüşməmiş, evindən kənarda həyətyanı sahədə görüşmüş, aralarında intim münasibətlər yaranmışdır. X11 ilə yaxın münasibətinin olmasından xəbəri olmamışdır. Naibə ilə olan intim münasibətin qarşılığında ona pul və ya digər əşya verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş CM-nin 149.3.3 və l5.3.3-cü maddələri ilə məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı günə qədər Zərərçəkmiş şəxs görməmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə aralarında ümumilikdə 2 və ya 3 dəfə intim münasibəti olmuşdur. İntim münasibətlərində olduğu tarixləri xatırlamır. Onlar Naibənin evindən kənarda olan həyətyanı sahədə görüşmüşlər. Naibənin nömrəsini Naibənin qohumu Amiddən almışdır. Pula ehtiyacı olduğundan Naibədən borc pul istəmiş, Naibə ona qızıllarını vermişdir. Naibənin qaynı Natiq və Abbas onun Naibə ilə intim münasibətindən xəbər tutduqdan sonra ona, guya Naibənin qızı Simuzərlə də intim münasibətdə olduğunu deyərək onu şərləmişlər. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Simuzərlə cinsi əlaqədə olmamış, onu zorlamamışdır. Naibə ilə olan intim münasibətin qarşılığında Naibəyə pul verməmişdir. Naibədən aldığı borc kimi qızılların pulunu istintaq müddətində ona qaytarmışdır. İşdə olan, "üzləşmə aparmaq haqqında” 06 iyun 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 yaxın münasibətlərdə olduğu tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azyaşlı qızı Zərərçəkmiş şəxs ilə yaşadığı evdə zorla cinsi əlaqədə olmalarını gördüyünü onların üzünə qarşı demiş, sonuncular isə Təqsirləndirilən şəxs3 göstərdiyi xüsusatları inkar etmişlər. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ibtidai itsintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə birlikdə Beyləqan rayonu 2-cı Aşıqlı kəndində yaşamışdır. 2 yaşı olanda atası İntiqam rəhmətə getmiş, anası Naibə, qardaşı Kənan və nənəsi Simuzərlə birlikdə həmin kənddə yaşamışlar. Anası Naibə heç yerdə işləməmişdir. Anası Naibənin uzun müddət Paşa kimi tanıdığı Beyləqan rayonu, İkinci Aşıqlı kənd sakini Pavlo adlı şəxslə yaxın münasibəti yaranmışdır. Pavlonu daimi öz evlərində görmüş, Paşa Naibə ilə pul müqabilində onların yaşadıqları evdə görüşmüşlər, intim münasibətdə olmuşlar. Naibə Pavlo ilə tanış odluqdan sonra həmin kənddə yaşayan Mikayıl adlı şəxs ilə də yaxın münasibəti yaranmışdır. Həmin şəxslər Naibə ilə cinsi əlaqədə olmaq üçün tez- tez onların yaşadıqları evə gəlmişlər, Naibə onun yanında həmin şəxslərlə görüşmüşdür. 2020-ci il noyabr ayının ortalarında, dəqiq tarixi xatıramır, Naibə Pavlonun mobil telefonuna zəng edib evə çağırmış, bir müddət keçidikdən sonra Pavlo onlara gəlib içəri daxil olmuş, Naibə giriş qapısını içəridən bağlayıb açarı qapının üstündən götürmüşdür ki, o, evdən qaça bilməsin. Naibə Pavloya onu göstərərək cinsi əlaqədə ola biləcəyini demişdir. Lakin, bunu eşitdikdə özü buna kəskin etiraz etsə də, Naibə Pavloya "yalan deyir, sən işini gör” demiş, Pavlo ona, anasının buna icazə verdiyini bildirərək soyunmağa başlamış, ona da əynini soyunmağı demişdir. Pavlonun bu hərəkətinə etiraz etdiyinə görə Pavlo özündə olan bıçağı çıxarıb boğazına dirəyərək onu hədələmiş, sonra onun paltarlarını-şalvarını və tumanını soyundurmuş və Naibənin göstərdiyi divana onu uzatmış, özü də onun üstünə uzanıb sağ əli ilə onun qollarını başı tərəfə qaldırıb saxlamış, sonra ayaqlarını aralamaq istəyərkən Pavlonu itələmiş, lakin ona gücü çatmamış, Pavlo gərginləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanının içinə salmış, bir neçə dəfə hərəkətlər etmiş, ağrı hiss edərək bakirəliyinin pozulduğunu anlamışdır. Pavlo onu zorlayarkən içərisinə mayə axdığını və Pavlonun boşaldığını hiss etmişdir. Anası Naibə isə kresloda oturub sakitcə baş verənlərə baxmışdır. Sonra paltarlarını geyinmişlər. Bunun qarşılığında Pavlo onun gözünün qarşısında anası Naibəyə 5 yüzlük olmaqla 500 manat pul vermişdir. Pavlo onlarda oturmuş, Naibə ilə söhbət etmişdir. Təxminən 20-25 dəqiqə sonra Pavlo Naibənin razılığı ilə yenə də onu soyundurmağa başlamış, lakin Pavlonun bu hərəkətlərinə də etiraz etmişdir. Pavlo yenə də bıçaqla onu hədələyərək əgər bu barədə kiməsə desə onu öldürəcəyi, nəslini kəsəcəyi ilə hədələmişdir. Pavlo soyunduqdan sonra onu da soyundurmuş, bu dəfə onu üzü üstə divana uzadaraq əllərini kürəyinə sıxıb ayaqları dizi üstə qaldırıb cinsiyyət orqanını onun arxa keçəcəyinə salıb onunla cinsi əlaqədə olmuşdur. Kəskin ağrılar hiss etsə də, Pavlo öz işini davam etmişdir. Pavlo onun arxa keçəcəyinə boşalmışdır. Pavlo əynini geyinmiş və otaqdan çıxmışdır. Bundan sonra Pavlo dekabr ayının əvvəllərinə kimi təxmnən 5 gündən bir anası Naibənin çağırışı ilə onlara gəlmiş, Pavlo əvvəlcə anası Naibə ilə cinsi əlaqədə olmuş, sonra bıçaqla onu öldürməklə hədələyərək evlərində arxadan, qabaqdan onu zorlamış, cinsiyyət orqanını onun ağzına salıb çıxartmışdır. Pavlo ilə olmaq istəməmişdir. Pavlo onu otaqdakı divanda zorlamışdır. Anası Naibə isə bütün bunlara kənardan baxırdı. Bunun səhərisi Naibə zəng edib tanışı Mikayılı evə çağırmış, bir neçə dəqiqədən sonra Mikayıl onlara gəlmiş, Mikayıl əvvəlcə Naibə ilə cinsi əlaqədə olmuş, sonra Naibə ona əgər istəyirsə də qızı ilə də cinsi əlaqədə ola biləcəyini demişdir. Naibəyə Mikayılla cinsi əlaqədə olmaq istəmədiyini bildirsə də, anası ona "sən özünçün deyirsən, qoy olsun” demişdir. Mikayıl onun əlindən tutub zorla obiri otağa aparmış, əvvəlcə özü soyunmuş, sonra isə onun paltarlarını soyundurub Naibənin əvvəlcədən yerə sərdiyi döşəyin üstünə uzatmış, Mikayılın altından çıxıb qaçmaq istədikdə onu buraxmamış, Mikayıl sağ əli ilə onun əllərini tutub başının üstündəki döşəyə sıxmış və ayaqlarını aralayıb zorla cinsiyyət orqanını onun cinsiyyət orqanına salıb qabaqdan cinsi əlaqədə olmuş, bu hal 10 dəqiqə davam etmişdir. Sonra Mikayıl onu üzü üstə döşəyə uzadıb arxa keçəçəyindən onunla cinsi əlaqədə olaraq zorlamışdır. Mikayıla gücü çatmadığından onun əlindən qurtara bilməmişdir. Mikayıl onun arxa keçəçək dəliyinə boşalmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamı olaraq göstərmişdir ki, 2020-ci ilin dekabr ayının əvvəllərində, dəqiq tarixi xatırlamır, axşam saat 18 radələrində Naibə Mikayılı yenə evə çağırmış, anası Mikayılla cinsi əlaqədə olduqdan sonra, onunla da cinsi əlaqədə olmaq istəmiş, lakin Mikayıla etiraz etsə də, Mikayıl ona anası Naibənin razılığı olduğunu demişdir. Mikayıl onu digər otağa aparıb Naibə ilə olan döşəyə uzadıb onunla zorla cinsi əlaqədə olmuş, təxminən 10 dəqiqə sonra Mikayıl həmin otaqda öz cinsiyyət orqanını onun ağzına salmış və ağzına boşalmışdır. Bundan sonra Mikayıl çıxıb getmişdir. Ağzının kənarlarında yaralar əmələ gəlmişdir. Anası Naibənin əxlaqsız hərəkətlərindən xəbər tutan əmisi X23 rayonu, Qaradolaq kəndində yaşayan ata evinə qovmuşdur. Özü də əvvəlcə anası ilə getmiş, qardaşı Kənan isə əmisi Natiqgildə qalmışdır. Dəqiq tarixi xatırlamır, həmin ərəfələrdə o, Ağcabədi rayonunda yaşyan əmisi Natiqgilə getmiş, onlarda qalarkən cinsiyyət orqanından qan gəlmiş, Mikayıl və Pavlo tərəfindən zorlandığını əmisi Natiqə danışmışdır. Bundan sonra Natiq onu Sabirabad rayonuna həkimə aparmış, məlum olmuşdur ki, zorlanması nəticəsində bəkarəti pozulmuş və arxa keçəçəyində xəsarətlər vardır. Sonra əmisi Beyləqan RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, bibisi oğlu Rəşad tərəfindən zorlanmamış, Mikayıl onu 3 dəfə zorlamış, Pavlonun isə onu neçə dəfə zorladığını xatırlamır. Əvvəlki ifadələrində zorlanması ilə bağlı bibisi oğlu Rəşadın adını çəkməyi Naibə onu məcbur etmiş, Naibə ona Pavlonun və Mikayılın adını çəkməməsini tapşırmışdır. Buna görə də əvvəlcə təzyiq altında olduğundan düzgün olmayaraq Rəşadın adını ifadəsində çəkmişdir. Pavlo onu 2020-ci ilin noyabr -dekabr aylarında zorlamış, lakin dəqiq tarixləri xatırlamır. Pavlo və Mikayıl onu zorlayan zaman onun əllərini tutub başının üstünə sıxmışlar ki, müqavimət göstərə bilməsin. Bu hadisələr baş verən ərəfələrdə nənəsi Simuzər və qardaşı Kənan evdə olmamışlar, həmin müddətdə o, anası Naibə ilə evdə tək olmuşdur. Dodağında olan xəsarət Mikayıl öz cinsiyyət orqanını onun ağzına salıb qurtardıqdan sonra əmələ gəlmişdir. Bıçaqla hədələnməsinə baxmayaraq ona xəsarət yetirilməmişdir. Pavlo və Mikayıl ayrı-ayrı vaxtlarda evdə anası Naibə ilə cinsi əlaqədə olduqdan sonra onu Naibənin razılığı ilə zorlamışlar. Naibə Mikayıl və Pavlo ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur, ancaq anasının nə qədər pul aldığını bilmir. Onu yalnız Pavlo və Mikayıl zorlamışlar, başqa heç kim onu zorlamamışdır. Hazırda nənəsi Simuzərlə birlikdə ata evində-Beyləqan rayonu 2- ci Aşıqlı kəndində yaşayır. Anası Naibədən, Pavlodan və Mikayıldan şikayətçidir, onları bağışlamır və onlarla barışmır. Onlara ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ifadəsi 3 iyul 2022-ci il tarixdə yerində yoxlanılmış, o, yaşadığı evdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zorlandığı otağı, çarpayını və yeri əyani olaraq hadisə yerində göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda Ağcabədi rayonunda yaşayır. Simuzər mərhum qardaşı İntiqamın qızıdır. Naibə isə həm xalası qızı, həm də ki baldızıdır. İntiqamla Naibə ailə qurduqdan sonra ata evində Beyləqan rayonu 2-ci Aşıqlı kəndində yaşamışlar.Qardaşı rəhəmətə getdikdən sonra Beyləqan rayonu, 2-ci Aşıqlı kəndindəki ata evində Naibə, uşaqları Simuzər, Kənan və öz anası Simuzərlə birgə yaşamışlar. İntiqam 2011-ci ildə rəhmətə gedəndən sonra Naibəyə təklif etmişdir ki, əgər kiməsə ərə getmək istəsə bunu edə bilər, Naibə də heç kimə ərə getmək istəmədiyini, evdə oturub uşaqlara baxacağını demişdir. Naibənin heç nəyə ehtiyacı olmayıb, anası pensiyasını alıb onlara verirdi, həm özü, həm də qardaşı Abbas onları ərzaqla təmin edirdilər. 2020-ci ilin dekabr ayının əvvəllərində qohumu Amid ona zəng edərək Naibənin kənddə əxlaqsızlıq etdiyini, Pavlo və Mikayıl adınla şəxslərlə görüşdüyünü demişdir. Bunu eşidən kimi anasıgilə Beyləqan rayonu 2-ci Aşıqlı kəndinə getmiş, qardaşı Abbası, həmçinin Naibənin anası və qardaşını da oraya çağırmışdır. Naibəyə nə üçün əxlaqsızlıq etdiyini demiş, Naibə isə anasının və qardaşının yanında Paşa və Mikayılla yaxın münasibətinin olduğunu etiarf edərək yaxşı elədiyini demişdir. Naibədən dərhal ata evinə qovmuş, Naibə qızı Simuzəri də götürüb Ağcabədi rayonu Qaradolaq kəndində yaşayan anasıgilə getmiş, oğlu Kənan isə onunla qalmışdır. Simuzərin ağzının ətrafında yaraların olmasını görüb ona qarşı da kiminsə əxlaqsızlıq etməsindən şübhələnmiş, buna görə də Naibənin qardaşı Kərəmə zəng edib Simuzəri də onun yanına gətirməsini demiş və Simuzər onlara gəlmişdir. Həmin günün səhərisi arvadı ona Simuzərin yatağının bütün qan içində olduğunu demişdir. Simuzərin qızlıq pərdəsinin pozulmasından şübhələnib dərhal qardaşı X14 rayon mərkəzi xəsətəxanasına aparmışlar. Xəstəxanada ekspert Simuzəri müayinə etmiş və məlum olmuşdur ki, onun qızlıq pərdəsi pozulmuş, arxa keçəçəyində xəsarətlər vardır, o, arxadan zorlanmışdır. Simuzər demişdir ki, nənəsi və qardaşı Kənan Bakı şəhərində olarkən anası ilə evdə tək qalan zaman, 2020ci ilin noyabr ayının ortalarından başlayaraq dekabr ayının əvvəlinə kimi Pavlo və Mikayıl tərəfindən dəfələrlə qabaqdan, arxadan zorlanmış, habelə onlar cinsiyyət orqanını onun ağzına salıb boşalmışlar. Pavlo və Mikayıl müxtəlif vaxtlarda evə Naibənin çağırışı ilə gəlmişlər. Bütün bunları Naibə öz evində təşkil etmiş, Paşa onu zorlayıb qızlıq pərdəsini pozduğuna görə anası Naibəyə onun yanında 500 manat pul vermişdir.Bunu bildikdən sonra dərhal 8 dekabr 2020-ci ildə Beyləqan RPŞ-yə ərizə ilə müraciət edib izahat yazmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Pavlonu və Mikayılı evə Naibə çağırmışdır. Əvvəlcə Naibə özü onlarla cinsi əlaqədə olmuş, sonra isə həmin şəxslər Naibənin razılığı ilə Simuzəri zorlamışlar. Bu işləri Naibə təşkil etmişdir. Simuzərin deməsinə görə o, yalnız Pavlo və Mikayıl tərəfindən zorlanmışdır. Simuzərin dodağından başqa heç yerində xəsarət olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci ildə oğlu İntiqam rəhmətə getdikdən sonra gəlini Naibə və övladları Simuzər, Kənan onlarda Beyləqan rayonu 2-ci Aşıqlı kəndində qalıb yaşamışlar. Naibə soğan sahəsində işləyib gündəlik çörəkpulu qazanırdı. Hadisədən əvvəl Naibənin gizlincə dəfələrlə mobil telefonla tez-tez kiminləsə danışdığını eşitmişdir. Şəkər xəstəsi olduğu üçün tez-tez Bakı şəhərinə oğlugilə gedib-gəlmişdir. 2020-ci ilin yay aylarında Bakı şəhərində olmuşdur. Arada rayona evə gəlib Bakı şəhərinə qayıtmışdır. Nəvəsi Kənan ona anası Naibənin evə kişi gətirdiyini demişdir. Kənan bildirmişdir ki, gecə durub bayıra tualetə gedəndə Mikayılla Naibənin obiri otaqda yeyib-içdiyini görmüşdür. 2020-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərində olarkən oğlu Natiq zəng edib onu kəndə çağırmış, evdə Naibənin və uşaqlarının olmadığını görmüşdür. Natiq ona demişdir ki, Naibəni əxlaqsızlığa görə evdən qovub, Naibə hazırda anasıgildə Ağcəbədi rayonu, Qaradolaq kəndindədir. Bir gündən sonra oğlu Natiq ona zəng edib demişdir ki, Simuzəri öz yanına Ağcabədidə yaşayan evinə gətirib, onlarda qalır, gecə yatanda Simuzərdə qanaxma olub, onu həkimə yoxlatdırmaq istəyir. Oğlanları Natiq və Abbasla birlikdə Simuzəri İmişli rayon xəstəxanasına aparmışlar, lakin orada bakirəliyinin pozulubpozulmamasını müəyyən edə bilmədikləri üçün Simuzəri Sabirabad RMX-ya aparmışlar. Orada məlum olmuşdur ki, Simuzərin bakirəliyi pozulub, o, Pavlo və Mikayıl tərəfindən zorlanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Simuzər doğma bacısı Naibə isə anasıdır. 2020-ci ilin iyul ayından dekabr ayının əvvəllərinə kimi demək olar ki, nənəsi Simuzərlə Bakı şəhərində əmisigildə qalmışlar. Bir-iki günlük kəndə gəlib Bakı şəhərinə qayıtmışlar. Tarixini xatırlamadığı gün yaşadığı kənddəki evdə saat 23 radələrində bayıra tualetə gedən vaxtı anası Naibənin Pavlo ilə söhbət etdiyini görmüş, Pavlo onu gördükdə qaçıb getmişdir. Anasından Pavlonun onlara gecə vaxtı nə üçün gəldiyini soruşduqda Naibə ona yuxu gördüyünü, elə bir şeyin olmadığını demişdir. Bir neçə gündən sonra saat 24 radələrində gecə vaxtı bayıra tualetə gedərkən pəyədən pıçıltı səslərini eşitmiş, pəyənin qapısından gizlincə baxdıqda içəridə Paşa ilə Naibənin öpüşdüyünü görmüş, qapını açdıqda Paşa oradan qaçıb getmişdir. Bundan başqa, 2020-ci ilin dekabr aynın əvvəllərində gecə vaxtı evdə durub su içərkən o biri otaqda Naibə ilə Mikayılı çaxır içdiklərini görmüş, Mikayıl onu gördükdə çarpayının altına girmiş, sonra pəncərədə tullanıb çıxıb getmişdir. Anası Naibənin bu əxlaqsız hərəkətlərindən bezib bu barədə qohumları Amidə demiş, sonuncu da əmisi Natiqə bu barədə məlumat vermişdir. Səhərisi gün Natiq və Abbas əmiləri onlara gəlmişlər, Naibənin anası və qardaşını da oraya çağırmışlar. Naibənin əxlaqsızlığı barədə söhbət etmişər, sonra Naibəni evdən qovdular, özü əmisi Natiqgillə getmiş, bacısı Simuzər isə anası Naibə ilə Ağcabədi rayonu Qaradolaq kəndinə getmişlər. Bir müddət orada qaldıqdan sonra Beyləqanda yaşayan əmisi Abbasgilə getmişdir. Sonradan əmisi Natiq və nənəsi Simuzərdən eşitmişdir ki, bacısı Simuzər Pavlo və Mikayıl tərəfindən zorlanmışdır. Simuzərlə bu barədə söhbət etmiş, o, Naibənin razılığı ilə Pavlo və Mikayıl tərəfindən zorlandığını ona demişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 758 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs alt dodağın selikli qişasında qansızma küt əşyanın təsirindən törənmişdir, oral seks zamanı ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 7-8 günə uyğun gəlir. Onun qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti 2 (iki) həftədən artıqdır. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun boşalması və sair) aşkar edilmiş, lakin arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında və düz bağırsağın selikli qişasında hər hansı bir xəsarət olmadığı halda müddəti barədə fikir söyləmək mümkün deyildir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 262 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik və əqli gerilik qeyd olunmur. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməllər dövründə hər hansı psixi xəstəlik və əqli gerilik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində onun anlaqlı olub-olmaması sualını cavablandırmaq mümkün olmamışdır. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllər dövründə həmin hərəkətlərin ümumən mənasını dərk etmiş və öz hərəkətlərini idarə edə bilmişdir. Zərərçəkmiş şəxs hal-hazırda psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual amnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilərdi. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə ekstavertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçilik, emosionallıq, sərbəstliyə və müstəqilliyə can almaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs ona qarşı seksual hərəkətlər (oral, təbii və qeyri təbii yolla cinsi əlaqə) törədilərkən emosional vəziyyətində hansı halların (qorxu, güclü həyəcan, psixi emosional gərginlik) yarandığını hazırda müəyyən etmək mümkün olmamışdır. Azyaşlı Zərərçəkmiş şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı hüquqazidd hərəkətlər edilən zaman həmin hərəkətləri ümumən dərk etsə də, həmin hərəkətlərin mahiyyətini tam həcmdə dərk etmək, ola biləcək nəticələri proqnozlaşdırmaq və idarə etmək qabiliyyətinə malik olmaya bilərdi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan "Baxış aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokola əsasən hadisə yeri Beyləqan rayonu, İkinci Aşıqlı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı bir mərtəbəli evdir. Zərərçəkmiş şəxs evin girişindəki zal otağında olan qəhvəyi rəngli divanı göstərərək Təqsirləndirilən şəxs1 onunla məhz həmin divanın üzərində zorla cinsi əlaqədə olduğunu və ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, otaqdakı kreslonu göstərərək Təqsirləndirilən şəxs1 həmin hərəkətləri edən zaman anası Təqsirləndirilən şəxs3 məhz həmin kresloda oturub onları izlədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs evin giriş qapısı ilə üzbəüz qapıdan daxil olunan, içərisinə müxtəlif ev əşyaları, yorğan-döşək yığılmış kərpicdən tikilmiş otağın sağ tərəfdə olan pəncərəsi ilə paralel döşəməni göstərərək Təqsirləndirilən şəxs3 həmin yerə sərdiyi döşəyin üzərində əvvəlcə özünün Təqsirləndirilən şəxs2lə cinsi əlaqədə olduğunu, daha sonra isə Təqsirləndirilən şəxs2 həmin yerdə onunla zorla cinsi əlaqədə olduğunu və ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs evin giriş qapısının dəstəyinin içəri tərəfində, kilidin üzərində olan açarı göstərərək Təqsirləndirilən şəxs1 onlara gələn zaman evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs3 məhz həmin açarla qapını kilidlədiyini və həmin açarı qapının üzərindən götürüb özündə saxladığını bildirmişdir. İşdə olan «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2022ci il tarixli 1930 №-li tibbi arayışdan görünür ki, Beyləqan rayonu 2-ci Aşıqlı kənd sakinləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxananın nevroloji, psixoloji kabinetlərində dispanser qeydiyyatında durmurlar. İşdə olan xx.xx.2022-ci il tarixli 21/137-10325 N-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hədələdiyi qatlanan cib bıçağının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin həmin bıçağın olduğu yeri müəyyən etmək mümkün olmamış, hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir. İşdə olan xx.xx.2022-ci il tarixli 51 №-li arayışa əsasən, Hacıyev X10 rayonu 2 -ci Aşıqlı kəndində yaşamaqla ailə tərkibi arvadı Əntiqə Hacıyevadan və övladları-xx.xx.2009cu il təvəllüdlü qızı Səadət Hacıyevadan, xx.xx.2014-cü il təvəllüdlü qızı Zəhra Hacıyevadan və xx.xx.2020-ci il təvəllüdlü oğlu Musa Hacılıdan ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Beyləqan rayonu, 2-ci Aşıqlı kənd orta məktəb direktorunun xx.xx.2022- ci il tarixli 03 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan dilində təhsil almış və Azərbaycan dilində sərbəst şəkildə danışmağı yazmağı bacarır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. 03 iyul 2022-ci il tarixli qərarla "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Az -İ 117032 N-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İntiqam Abbasov və Naibə Sadıqova arasında xx.xx.2005-ci ildə nikah bağlanmış, X19 soyadı verilmişdir. İşdə olan AZ-İ426333 N-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İntiqam Abbasov xx.xx.2011-ci ildə nəqliyyat travması səbəbindən ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli 4 saylı arayışdan görünür ki, Abbasova X7 rayonu 2ci Aşıqlı kəndində yaşamaqla ailə tərkibi 1983-cü il təvəllüdlü anası Təqsirləndirilən şəxs3, 1953-cü il təvəllüdlü nənəsi Zərərçəkmiş şəxs və xx.xx.2005-ci il təvəllüdlü qardaşı Şahid4 ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ictimai yerlərdə özünü yaxşı aparmağa bacarmış, barəsində heç bir şikayət daxil olmamışdır. Eyni zamanda, məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirfedici ifadəsində Təqsirləndirilən şəxs3 ifadəsində azyaşlı qızı Zərərçəkmiş şəxs 2020ci ilin noyabr ayında yaşadığı Beyləqan rayonu 2-ci Aşıqlı kəndindəki evində əvvəlcə tanışı Pavlo tərəfindən, başqa vaxtda isə tanışı Mikayıl tərəfindən zorlandığını təsdiq etmişdir. Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən əyani olaraq hadisə yerində -yaşadığı evdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zorlandığı, seksual xarakterli zorakılıq hərəkətlərə məruz qalması yerləri açıq-aşkar göstərmişdir. AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci ildə Beyləqan rayonu 2-ci Aşıqlı kəndində doğulmuşdur. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə sonuncular tərəfindən təbii yolla, arxa keçəcəyindən zorlandığını, sonra cinsiyyət orqanlarını onun ağzına salaraq boşaldıqlarını israrla demişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs3 üzünə Pavlo Traşxayevin və Təqsirləndirilən şəxs2 onunla zorla cinsi əlaqədə olmaları və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətlər etmələrinə şərait yaratdığını, onunla zorla cinsi əlaqədə olması və ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi məqsədi ilə onu 500 manat pul müqabilində Təqsirləndirilən şəxs1 satmasını israrla demişdir. İşdə olan komissyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə də müəyyən olunur ki, Zərərçəkmiş şəxs alt dodağında olan qansızma oral seks zamanı ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilərdi, müddəti 7-8 günə uyğun gəlir, pozulmuş qızlıq pərdəsinin tamlığı 7-8 günə uyğundur, düz bağırsağın xarci büzücü əzələsinin boşalması isə onun qeyri-təbii yolla cinsi əlaqədə olmasına dəlalət edir. Həmçinin, iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə də müəyyən olunur ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual amnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmayaraq hadisələrin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələri yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs3 məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs zorlamalarını görməsinə dair verdiyi etirafedici ifadələrini, habelə zərərçəkmiş şəxsin, şahidin ifadələrini, üzləşdirmə protokollarını, eskpertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən mötəbər sübut hesab etmişdir. Məhkəmə kollegiyası ittihamın həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətlərinin əsassız olduğunu hesab edir. Müdafiəçilər apellyasiya şiukayətlərində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin ona qarşı törətdikləri əməllərin vaxtı kimi müxtəlif vaxtlarda verdiyi ifadələrində müxtəlif gün və saatları göstərmiş olmasına, Zərərçəkmiş şəxs bakirəliyinin pozulduğu vaxt kimi məhkəmədə göstərdiyi vaxt ərzində Təqsirləndirilən şəxs1 Beyləqan rayonu ərazisində olmamasına, onun bakirəliyinin bir halda bibisi oğlu Rəşad tərəfindən, başqa bir ifadəsində Təqsirləndirilən şəxs1 tərəfindən pozulmasını bildirməsinə, onunla müxtəlif vaxtlarda başqa şəxslərin də cinsi əlaqədə olması barədə istintaq zamanı ifadələr verməsinə və məhkəmənin bu ifadələrə münasibət bildirməməsinə, Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsində özünü təqsirsiz bilməklə yanaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç vaxt Zərərçəkmiş şəxs ilə cinsi əlqədə olmaması barədə ifadə verməsinə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı ifadələr verməsinin onun əmisinin təsiri altında baş verməsinə istinad etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs işin ibtidai istintaqı müddətində istər əmisi tərəfindən istərsə də anası Təqsirləndirilən şəxs3 tərəfindən istərsə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və ya onların qohumları tərəfindən müxtəlif təsirlərə məruz qalması tamamilə mümkündür. Buna müvafiq olaraq da onun bu təsirlər nəticəsində ona qarşı edilmiş əməllərin təfsilatı və iştirakçıları barədə müxtəlif ifadələr verməsi də mümkündür. Lakin məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxararkən yalnız Zərərçəkmiş şəxs onun bakirəliyinin nə vaxt və kim tərəfindən pozulmuş olması barədə bir-birindən fərqlənən ifadələri əsasında deyil, onun bu ifadələrini işdə olan bütün digər sübutlarla müqayisə edib təhlil etməklə, Zərərçəkmiş şəxs yaşını və psixoloji durumunu nəzərə almaqla çıxarmışdır. Məhkəmə ittiham hökmünü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə, həmçinin anası Təqsirləndirilən şəxs3 ilə üzləşdirilmə protokolları, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi birmənalı ifadəsi, Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ittihamın əsaslılığına dəlalət edən ifadələri, ekspert rəyləri, "Baxış aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokol, Zərərçəkmiş şəxs barəsində aparılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 262 saylı və komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 758 nömrəli rəyləri və digər sübutlar əsasında çıxarmışdır. Apellyasiya şikayətlərində göstərilən, Zərərçəkmiş şəxs başqa şəxslərlə cinsi əlaqədə olması barədə istintaq dövrdə verdiyi bəzi ifadələrində göstərdikləri də Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən əməlləri törətməsi halını aradan qaldırmır. Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı da çağırılıb ifadəsi alınmış, onun ifadəsi birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, onu əvvəl Təqsirləndirilən şəxs1 zorlamış, 2-3 gün sonra Təqsirləndirilən şəxs2 zorlamışdır. Ona qarşı bu əməllər noyabr və dekabr aylarında törədilmişdir. Onların hər ikisini Naibə çağırmışdır. Təqsirləndirilən şəxs1 vəkilinin apellyasiya şikayətində Pavlonun 2020-ci ilin noyabr və dekabr aylarında Bakı şəhərində olması göstərilsə də, işdəki sübutlardan görünür ki, o Bakıya 19 noyabr 2020-ci il tarixdə getmiş, 8 dekabr 2020-ci il tarixdə isə Beyləqana qayıtmışdır. İş materiallarında olan "Baxış aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokola əsasən hadisə yeri Beyləqan rayonu, İkinci Aşıqlı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı bir mərtəbəli evdir. Zərərçəkmiş şəxs evin girişindəki zal otağında olan qəhvəyi rəngli divanı göstərərək Təqsirləndirilən şəxs1 onunla məhz həmin divanın üzərində zorla cinsi əlaqədə olduğunu və ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, otaqdakı kreslonu göstərərək Təqsirləndirilən şəxs1 həmin hərəkətləri edən zaman anası Təqsirləndirilən şəxs3 məhz həmin kresloda oturub onları izlədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs evin giriş qapısı ilə üzbəüz qapıdan daxil olunan, içərisinə müxtəlif ev əşyaları, yorğan-döşək yığılmış kərpicdən tikilmiş otağın sağ tərəfində olan pəncərəsi ilə paralel döşəməni göstərərək Təqsirləndirilən şəxs3 həmin yerə sərdiyi döşəyin üzərində əvvəlcə özünün Təqsirləndirilən şəxs2lə cinsi əlaqədə olduğunu, daha sonra isə Təqsirləndirilən şəxs2 həmin yerdə onunla zorla cinsi əlaqədə olduğunu və ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs evin giriş qapısının dəstəyinin içəri tərəfində, kilidin üzərində olan açarı göstərərək Təqsirləndirilən şəxs1 onlara gələn zaman evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs3 məhz həmin açarla qapını kilidlədiyini və həmin açarı qapının üzərindən götürüb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsində özünün, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı heç bir cinayət əməli törətmələri barədə verdiyi ifadəsi ilə əlaqədar qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadələri ittihamın əsaslılığına dəlalət edən yuxarıda sadalanan digər sübutlara uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan yuxarıda sadalanan sübutlar, o cümlədən Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs3 məhz istintaq zamanı verdikləri ifadələrinə uyğun gəldiyindən birinci instansiya məhkəməsinin ittihamı həll edərkən Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri ifadələrini deyil, istintaq zamaqnı verdiyi ifsdələrini əsas götürməsi düzgün və qeyd edilən Plenum qərarının tövsiyyəsinə uyğun olmuişdur. Bununla da apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə təstiq edilmişdir. Məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134, 149.3.3 və 150.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.3, 145.2.3, 32.3,149.3.3, 32.4,149.3.3, 32.3,150.3.3 və 32.4,150.3.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olmaları barədə düzgün nəticə çıxarılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-21/2023 saylı hökmündən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmş cəzalar da əməlin xarakterinə, ictmai təhlükəliliyinə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəməm kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi onlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkmələri ilə mümkündür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin olunmaması, barədə rəyini, zərərçəkmiş şəxsin çıxışını, məhkum edilmiş şəxslərin müdafiəçilərinin müdafiə etdikləri şəxslərə bəraət verilməsi barədə xahişini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.3, 145.2.3, 32.3,149.3.3, 32.4,149.3.3, 32.3,150.3.3 və 32.4,150.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3 maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(099)-21/2023 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi X16, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar