Məhkəmə qərarları › İş №1(106)-27/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-27/2025

26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-27/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), X9 və Həşimov Yaşar Xanoğlan ibarət tərkib məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X1, Təqsirləndirilən şəxs, müdafiəçisi “Prime Legal” vəkil bürosunun vəkili Müdafiəçi2, Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə. xx xxxxxxx 1963-cü ildə Cəlilabad rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləmiş, hazırda fərdi təsərrüfatla məşğul olan, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(099)-26/2024 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARİ: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X5 ilə xx.xx.2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs kimi xx.xx.2020-ci il tarixli, AT00-004043 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-003631 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-003985 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006189 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006009 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000174 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002477 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002486 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002766 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-0002805 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003048 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003226 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003237 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003944 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000214 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000246 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000621 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000088 nömrəli təhvil-təslim aktları ilə ilə ona etibar edilmiş 42500 kq “Ammofos/Apatit/Phosagro”, 123000 kq “Ammonium Nitrat/Evroxim”, 5000 kq “Ammonium Nitrat/Minudobreniya”, 22000 kq “Karbamid Marka B/Socar”, 55000 kq “Nitroammofos/Minudobreniya” gübrəsi və 4725 kq “Qarabağ22/Region Agro(R1)” arpa toxumu, 3000 kq “Alekseiç R1/Semena Stavropolya” buğda toxumu, 10000 kq “Qırmızı gül R1/Agro Dairy” buğda toxumunun ümumilikdə, 265225 kq məhsulun satışından əldə etdiyi 180613,61 manat pul vəsaitini bütövlükdə "xxxx" QSC-nin bank hesabına köçürməli olduğu halda, həmin məhsulun satışından əldə olunan məbləğin 82296,96 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, maddi məsuliyyətində qalan, cəmiyyətə məxsus, ona etibar edilmiş 98317,05 manat dəyərində məhsulu− özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirib zərərçəkmişə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmənin qərarı ilə (hakimlər: X8 (sədrlik edən), X6 və X2 ibarət tərkib) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuş, mülki iddia zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan 47566,05 (qırx yeddi min, beş yüz altmış altı manat 5 qəpik) manat maddi ziyan, audit yoxlamasının keçirilməsi üzrə 500 (beş yüz) manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 235 (ikik yüz otuz beş) manat, ümumilikdə 48301,05 (qırx səkkiz min, üç yüz bir manat 5 qəpik) pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilməsi həcmində təmin olunmuş, eləcə də digər məsələlər həll olunmuşdur. İİ.APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs CM-nin 179.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 3 il müddətə maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-nin 99-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan JN-1279 saylı dövlət aktına əsasən məxsus olan Cəlilabad rayonu, Alar kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsinin və Təqsirləndirilən şəxs məxsus «Ford yük» markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını məhkəməyə təklif etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü CM-nin 62-ci maddəsinin tətbiq olunmasına dair müddəa hökmdən xaric edilərək, cinayət qanunu norması düzgün tətbiq edilib Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.3.2-ci maddəsinin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə, həmçinin Təqsirləndirilən şəxs məxsus 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan JN-1279 saylı dövlət aktına əsasən məxsus olan Cəlilabad rayonu, Alar kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsi dövlət nəfinə xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla dəyişdirilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı, onun şəxsiyyətini səciyyələndirən halları tam, hərtərəfli tədqiq etməmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs onun törətdiyi cinayətin xarakteri, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla təqsirli bilindiyi CM-nin 179.3.2-ci maddəsinin sanksiyası üzrə azadlıqdan məhrum etmə cəzası təyin etməli, habelə sonuncuya məxsus torpaq sahəsinin dövlət nəfinə xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə qərar qəbul etməli olsa da, bunun əksinə və əsassız olaraq Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona CM-nin 179.3.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş və sonuncunun mülkiyyətində olan 1,35 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsinin üzərinə qoyulmuş həbsi götürmüşdür. İşin müəyyən edilmiş hallarından aydın olur ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı 61 yaşının olmasını, dəymiş ziyanı qismən ödəməsini, həmçinin dəymiş ziyanın ödəməsi niyyətində olması, əvvəllər məhkum olunmadığını, əməlini qismən etiraf etməsini və peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək CM-nin 62-ci maddəsini tətbiq etməklə cinayətə görə müəyyən edilmiş cəza növündən daha yüngül cəza təyin etmişdir. Lakin, hazırki cinayət işi üzrə belə hallar müəyyən edilməmiş, məhkəmə tərəfindən sadalanan yüngülləşdirici hallar isə CM-nin 62-ci maddəsinin tətbiq olunması üçün nəzərdə tutulmuş şərtlərin əsası ola bilməz. Belə ki, CM-nin 62-ci maddəsinin mənası baxımından müstəsnalıq əlaməti hər bir fərdə aid olan onun ailəli olması, azyaşlı övladlarının olması, əməlindən peşman olması və sair sıradan olan hallarla bağlı deyil, daha çox təqsirkarın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini azaldan və bilavasitə təqsirkarın cinayəti törədərkən və ya bundan sonraki davranışı ilə bağlı istisna hallarla bağlı olan əlamətləri özündə ehtiva edir. Lakin hökmdən görünür ki, məhkəmə təqsirkara aid olan CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müstəsna hal hesab etməklə səhvə yol vermişdir. Məhkəmə müstəsnalığın nədən ibarət olmasını, özünü nədə biruzə verməsini, təqsirkarın hansı hərəkətlərinin müstəsna bir hərəkət olmasını nəinki əsaslandırmamış, hətda hökmdə belə hallara istinad edə bilməmişdir. Beləliklə, məhkəmənin sadaladığı yüngülləşdirici hallar CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməzdi, yalnız sanksiya hüdudunda daha aşağı cəza təyin olunması üçün əsas ola bilərdi. Məhkəmə isə ona sanksiyada nəzərdə tutulan cəza növündən daha yüngül cəza təyin etmişdir. Sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-in 179.3.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-in 62-ci maddəsinin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuş, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və onun şəxsiyyətini nəzərə almamaqla cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-in 8, 41 və 58.3 maddələrinin, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının tələblərini nəzərə almamış, bir sözlə məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən cəza mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətlərinin təhlükəsizliyinin təmin edilməsinə xidmət etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məxsus 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan JN-1279 saylı dövlət aktına əsasən məxsus olan Cəlilabad rayonu, Alar kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsinə dair xüsusi müsadirənin tətbiq etməməsini onunla əsaslandırmışdır ki, xüsusi müsadirəyə təklif olunan əmlaklar birgə əmlak sayılır, həmin əmlakların nə vaxt əldə olunması göstərilməmiş, təqsirləndirilən şəxsin payı müəyyən edilməmişdir. O cümlədən, xüsusi müsadirə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinə hər nahsı bir aidiyyəti olmayan ailə üzvlərinin əmlak hüququnu pozmuş olacaq. Lakin göründüyü kimi, yuxarıda göstərilən torpaq sahəsinə münasibətdə Təqsirləndirilən şəxs məxsus payı müəyyən olunmaqla əmlakın dəyərinə görə müsadirə edilməsi ümumilikdə həmin torpaq sahələrini istifadə edən şəxslərin mülkiyyət hüquqlarının hər hansı bir formada pozulmasına səbəb ola bilməzdi. Bundan başqa, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakin Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Cəlilabad rayonunun Alar kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs məxsus olmuşdur. Məhkəmə qeyd olunan həmin torpaq sahəsini xüsusi müsadirə etməməsini onunla əsaslandırmışdı ki, həmin əmlak üzərində də digər şəxslərinin (təqsirləndirilən şəxsin ailə üzvləri) də mülkiyyət hüququ və mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququ mövcud olduğundan, başqa sözlə, həmin əmlaklar təqsirləndirilən şəxsin ailə üzvlərinin məhdud əşya hüququ ilə məhdudlaşdırıldığından həmin əmlaka xüsusi müsadirə tətbiq edilə bilməz. Lakin, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan torpaq sahəsi də, xüsusi mülkiyyət hüququ ilə müvafiq çıxarış əsasında məhz Təqsirləndirilən şəxs məxsus olmaqla əmlakın dəyərinə görə xüsusi müsadirə edilməli olan cinayət törətmiş şəxsə məxsus olan digər əmlak qismində çıxış etmişdir. Cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza CPM-nin 404-cü maddəsinə əsasən cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü CM-nin 62-ci maddəsinin tətbiq olunmasına dair müddəa hökmdən xaric edilərək cinayət qanunu norması düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.3.2-ci maddəsinin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə, habelə sonuncuya məxsus Cəlilabad rayonu Alar kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, əmlakın dəyərinə görə xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü dəyişdirilməsi, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunmasına dair müddəa hökmdən xaric edilərək, cinayət qanunu norması düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.3.2-ci maddəsinin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməsi, Təqsirləndirilən şəxs məxsus, Cəlilabad rayonu Alar kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, əmlakın dəyərinə görə xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması xahiş olunur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin direktor müavini Anar Hüseynov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd edilən hökmü cəza hissəsində, eyni zamanda Cəlilabad rayonu, Alar kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində və “Ford yük” markalı 99TS561 dövlət qeydiyyat nişanlı avtomobilin dövlət nəfinə xüsusi müsadirə olunması hissəsində dəyişdirilməli, torpaq sahəsi müsadirə edilməməli, lakin həmin daşınmaz əmlakın üzərində həbs qalmalıdır, həmin daşınmaz əmlakın üzərinə həbs qoyulmalı, nəqliyyat vasitəsi də müsadirə edilməməli, lakin onun da üzərində həbs qalmalıdır, eyni zamanda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın yuxarı həddində daha ağır cəza təyin edilməlidir. Təyin edilmiş cəza əməlin ağırlığına mütənasib deyil. Belə ki, məhkəmə zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs 7 il müddətində azadlıqdan məhrumetmə cəzası istəmişdir. AR CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və ya israfetmə əməlləri digər analoji cinayətlərlə müqayisədə özünün nisbi böyük ictimai təhlükəliliyi ilə seçilir. Belə cinayətkar qəsdlər özgə əmlakı talamaqla təkcə ayrı-ayrı mülkiyyətçilərə, yaxud vətəndaşlara deyil, bütövlükdə sərbəst bazar iqtisadi münasibətlərinə, cəmiyyət üzvlərinin azad sahibkarlıq fəaliyyətinə zərər vurur. Mənimsəmə və ya israfetmə yolu ilə talama cinayətlərinin mövcudluğu ölkədəki mənəvi-psixoloji iqlimi zəhərləyir, cəmiyyət üzvlərində ədalətlilik duyğularına dağıdıcı təsir göstərir, dövlət qulluğunu hörmətdən salır, dövlət aparatının nüfuzuna xələl gətirir və cəmiyyətin həyatında sosial gərginliyi artırır. Odur ki, mənimsəmə və ya israfetmə yolu ilə talama əməllərinin ölkəyə və cəmiyyətə vurduğu maddi, mənəvi ziyanın miqyasının azaldılması üçün, ilk növbədə, belə cinayətkar qəsdlərlə cinayət-hüquqi mübarizə daha qətiyyətli tədbirlərin tətbiqi ilə aparılmalıdır. Təqsirləndirilən şəxs "xxxx" ASC-yə 98317,05 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla mənimsəmə etməsi cinayət işi üzrə toplanılmış sübutlarla öz təsdiqini tapır və bu cinayət əməlinə görə azadlıqdan məhrum edilmə cəzası verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan 20 may 2021-ci il tarixli 9/3245 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 98317,05 manat məbləğində müəyyən edilir. O cümlədən, iş materiallarında olan 25 oktyabr 2023-ci il tarixli, № 3-16-16/2- 9/6566/2023 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 98317,05 manat məbləğində müəyyən edilir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrindən də görünür ki malların çatışmazlığı 1C proqramından görünüb və ona görə də audit yoxlaması təyin olunub və aparılmış yoxlamalarla əlaqədar Təqsirləndirilən şəxs cəmiyyətə məxsus pul vəsaitini mənimsəməsi faktı aşkar edilmişdir. Təqsirləndirilən şəxs ziyanın bir qismini 98317,05 manat dəyərində mənimsədiyi əmlakın 49986 manat hissəsini ibtidai istintaq dövründə, 1500 manat hissəsini isə məhkəmə istintaqı dövründə ödəsə də, onun niyyəti həmin ziyanı könüllü olaraq ödəməsi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan hərəkətlərin könüllük əsasında deyil real cəza çəkməkdən (azadlıqdan məhrum edilmə cəzasından) yayınmaq məqsədi ilə edilməsini nəzərə almamışdır. Təqsirləndirilən şəxs ziyanı qismən ödəməklə ağır cəzadan yaxa qurtarmaq məqsədini güdmüşdür. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla ona açıq-aydın yüngül cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə 8, 41-ci maddələrinin tələblərini pozmuşdur və ’’Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun Qərarındakı tövsiyələri nəzərə almamışdır. Təqsirlənidirilən şəxsə məxsus torpaq sahəsinə və ona məxsus nəqliyyat vasitəsinə isə gələndə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2023-cü il tarixli Qərarının 73-cü bəndində göstərilmişdir ki, mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğinə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir. Hesab edirik ki, mülki iddianın təmin edilməsi üçün Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin mülkiyyətində olan 1 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi dövlətin nəfinə əvəzsiz qaydada müsadirə edilməməli lakin həmin torpaqın üzərinə həbs qoyulmalıdır, çünki Fəxrəddin tərəfindən zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurulub, bununla bağlı mülki iddia verilib və həmin iddia təmin edilib, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə məxsus torpaqın üzərindən həbsin götürülməsi mülki iddiaçının hüquqlarını pozur, təqsirlənidirlən şəxs və onun ailə üzvləri həmin torpağı başqa şəxsin adına keçirə bilərlər və mülki iddiamız üzrə təmin edilən məbləğ qaytarılmaya bilər, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə məxsus torpaq sahəsi üzərində həbs qüvvədə qalmalıdır, eyni zamanda “Ford yük” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avotomobilin üzərinə qoyulmuş həbs qüvvədə qalmalıdır, lakin həmin nəqliyyat vasitəsi dövlət xeyrinə əvəzsiz qaydada müsadirə edilməməlidir, çünki mülki iddiaçının hüquqları pozulmuş olaraq qalır. Göstərilənlərə əsasən apellyasiya şikayətini təmin edilməsi, Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-26/2024 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın yuxarı həddində daha ağır cəza təyin edilməsi barədə yekun məhkəmə qərarı qəbul edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan JN-1279 saylı dövlət aktına əsasən məxsus olan Cəlilabad rayonu, Alar kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsi müsadirə edilməməsi, “Ford yük” markalı , ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dövlətin xeyrinə əvəzsiz qaydada müsadirə edilməməsi, onun üzərinə qoyulmuş həbsin qüvvədə qalması və həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması xahiş olunur. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan edilməsinə əsas olmuş dəlil "xxxx" MMC-nin 04 iyul 2022-ci il tarixli auditor rəyidir. Həmin auditor rəyindən görünür ki, «yekun olaraq satışa əsasən mədaxil olunmalı məbləğ 179 669, 37 manat olmasına baxmayaraq toplamda 82.296, 81 manat vəsait daxil olmuş, bununla da, 97.372, 81 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs tərəfindən məsul olduğu anbar üzrə mədaxil olunan mallar üzrə-satılan mallar (endirimli məhsul paketi daxil)- digər anbarlara təhvil verilən mallar = qalıq mallar, yəni 265 225,00 kq-256 826,89-7050 kq =1348,11 kq olmalı idi.». Beləliklə yoxlama nəticəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 1348,11 kq, yəni satış qiymətlərinə uyğun olaraq 944,24 manat çatışmazlıq-əskikgəlmə və 97 372, 81 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq, yekunda 98 317,05 manat kənarlaşma-mənimsəmə yaranmışdır. Göstərilən auditor rəyi ibtidai istintaq zamanı təyin edilib keçirilmiş məhkəməmühasibat ekspertizasının 30 yanvar 2023-cü il tarixli rəyində öz əksini tapmış, məhkəməmühasibat ekspertizası tərəfindən həmin audit rəyi əsas götürülərək səthi müqayisəli tədqiqat aparılmaqla rəy verilmişdir. Həmçinin məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə audit yoxlaması zamanı malların 2020-2021-ci illlərdə mövcud olmuş bazar qiymətlərinə deyil, audit yoxlaması zamanı mövcud olmuş qiymətlərə istinad edildiyini göstərmişdir. Belə ki, "xxxx" MMC-nin 04 iyul 2022-ci il tarixli audit yoxlaması xx.xx.2020xx.xx.2022-ci il tarixlərini əhatə etsə də, faktiki olaraq malların qiymətləri hesablanarkən 2020-2021-ci illər ərzində mövcud olmuş orta bazar qiymətləri deyil, faktiki olaraq audit yoxlaması keçirilən dövr ərzində mövcud olmuş bazar qiymətləri əsas götürülmüşdür. İş üzrə obyektiv həqiqətin üzə çıxarılması baxımından əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilib keçirilməsi haqqında vəsatət qaldırılmış, məhkəmə tərəfindən həmin vəsatət təmin edilsə də, ekspert tərəfindən aparılmış müqayisəli tədqiqat audit rəyinə uyğun aparılmışdır. Həmçinin birinci instansiya məhkəməsi zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi sərbəst ifadəsində Cəlilabad rayon prokurorluğunda ibtidai araşdırmanın aparıldığı dövrdə MilliÖn ödəniş sistemi vasitəsilə zərərçəkmiş şəxsin hesabına 5 000 manat ödəniş etməsinə baxmayaraq həmin məbləğ ziyan ödəməsi kimi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş həmin məbləğin, eləcə də, 2020-ci illər ərzində mövcud olmuş orta bazar qiymətlərinin müəyyən edilməsi istiqamətində heç bir addım atmayaraq məhkəmə istintaqı zamanı sübutları birtərəfli tədqiq etməklə kifayətlənmişdir. Qeyd olunanlara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli ittiham hökmünün ləğv olunması, apellyasiya şikayətinə məhkəmə istintaqı təzələməklə, əlavə sübutların tələb edilməsilə aparılmaqla Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq olunmasına dair müddəanın hökmdən xaric edilərək, cinayət qanunu norması düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.3.2-ci maddəsinin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməsi, Təqsirləndirilən şəxs məxsus, Cəlilabad rayonu Alar kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, əmlakın dəyərinə görə xüsusi müsadirə edilərək cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya protestinin dəlillərini əsassız hesab etməklə, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)- 26/2024 nömrəli hökmünü dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın yuxarı həddində daha ağır cəza təyin edilməsi barədə yekun məhkəmə qərarı qəbul edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan JN-1279 saylı dövlət aktına əsasən məxsus olan Cəlilabad rayonu, Alar kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsi müsadirə edilməməsi, “Ford yük” markalı , ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlətin xeyrinə əvəzsiz qaydada müsadirə edilməməsi, onun üzərinə qoyulmuş həbsin qüvvədə qalması və həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-26/2024 saylı, 12 iyun 2024-cü il tarixli ittiham hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya protesti və zərəçəkmiş hüquqi şəxsin apellyasiya şikayətində Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edilərək tələb Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmiş, eləcə də üzərinə həbs qoyulmuş əmlakların xüsusi müsadirə obyekti olub-olmaması halı mübahisələndirilmişdir. Cinayət-Prosessual Məcəlləsi 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan başqa müdafiə tərəfi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını qeyd etməklə, tələbini Cinayət-Prosessual Məcəlləsinin 400-cü maddəsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası ittiham və müdafiə tərəfinin dəlillərini müzakirə edərək, ilkin olaraq ittiham tərəfinin protest və şikayətinə hüquqi qiymət verir. Apellyasiya protestinin və zərərçəkmiş tərəfin apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsi 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif etmişdir. Birinci instansiya məhkəməsi CM-in 62-ci maddəsinə uyğun olaraq cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, 61 yaşının olması, dəymiş ziyanı qismən ödəməsi, həmçinin dəymiş ziyanın ödəməsi niyyətində olması, əvvəllər məhkum olunmadığı, əməlini qismən etiraf etməsi və peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi hallar cəzanı yüngülləşdirən halların məcmusu olaraq, müstəsna hallar kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinə əsasən “Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”, “Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Qanunun qeyd olunan müddəalarının tətbiqinin mümkünlüyü məsələsini işin halları ilə qarşılıqlı təhlil etdikdə, yaranmış hüquqi vəziyyətdən aşkar müəyyən olunur ki, məhkəmə bununla bağlı düzgün qiymətləndirmə aparmamışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirildiyi halhazıradək olan müddət ərzində onun cinayətdən yayınmağa cəhd göstərməsi müşahidə olunmuşdur. O, ibtidai istintaqda maddi ziyana görə müəyyən olunmuş məbləği ehtiyacları üçün sərf etdiyini bildirsə də, birinci instansiya məhkəməsində və apellyasiya baxışında məhkəmə istintaqlarında vermiş olduğu ifadələrdən məlum olmuşdur ki, o, malların bir qismini qəbul etmədiyini, bu barədə təhvil-təslim aktlarında olan imzaların ona məxsus olmamasını, qiymətlərin düzgün hesablanmamasını bildirmiş, bununla da özünü qismən təqsirli hesab etmişdir. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar, yəni onun 61 yaşının olması, dəymiş ziyanı qismən ödəməsi, həmçinin dəymiş ziyanın ödəməsi niyyətində olması, əvvəllər məhkum olunmadığı, əməlini qismən etiraf etməsi və peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi müstəsna hallar kimi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinin zəruriliyi barədə fikir yürütmək üçün kifayət etmir. Belə ki, iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən həmin hallar onun şəxsiyyətini müsbət yöndən səciyyələndirsə də, həmin halların məcmusu onun əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldılmasına əsas vermir. Çünki təqsirləndirilən şəxsin ağır cinayət törətməsi əməlin ictimai təhlükəlilik dərəcəsi, özünü qismən təqsili bilməsi vəziyyətində tam islah olunmaması baxımından diqqətdən kənarda qala bilməz. Bununlada aparılmış təhlilə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 8, 58.3, 41.2 və 62-ci maddələrinin tələbərini pozmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin etmişdir. Bu qaydada, yəni Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinin pozulması, həmin Məcəllənin 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə-Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Kollegiya Təqsirləndirilən şəxs cinayət əməlindən qismən yayınması hərəkətini onun islah olunmaması, əməlindən tam peşman olmama kimi qiymətləndirir və yuxarıda təhlil olanan əsaslarla ümumi qiymətləndirərək CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların tələblərinə onun hərəkətlərini, şəxsiyyətini səciyyələndirən halları uyğun hesab etmir. Beləliklə qeyd edilən pozuntuları aradan qaldırmaqdan ötrü birinci instansiya məhkəməsinin hökmündən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməli, ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Apellyasiya baxşında Təqsirləndirilən şəxs tərəfindən 13.000 manat əlavə ödəniş edilmiş, bununla da ödənilməmiş 34.566,05 manat maddi ziyan qalmışdır. Kollegiya həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın daha çox hissəsini, yəni 63.751 manat ödəmişdir. Bundan başqa onun üzərinə həbs qoyulmuş əmlakları vardır və mülki iddianın icrasının təmin olunmasına real zəmin vardır. Həmçinin yaşı və təyin olunacaq yeni cəza növünün onun ailəsinin həyat şəraitinə təsiri kimi hallar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cəzanın sosial ədalətin bərpası məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə, məhkumun üzərinə cinayət qanunvericiliyində nəzərdə tutulan, habelə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu baxımından təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Cinayət-Prosessual Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır . Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyasının qənaətinə görə bütün bu halların məcmusu, iş üzrə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, dəymiş ziyanın çox hissəsinin ödənilməsi əməlin ictimai təhlükəlilik dərəcəsinə təsir edən hallar kimi qiymətləndirilməsinə imkan verir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda sadalanan hallardan, qanunvericiliyin tələblərindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tövsiyələrindən çıxış edərək məhkumun cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş qəti cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərardakı tövsiyələrə əsaslanır. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:

1. Məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;

2. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;

3. Məhkumun şəxsiyyəti;

4. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Cinayət Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipini nəzərdə tutan 9-cu maddəsinin tələblərini nəzərə almaqla, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin komandanlığının üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Beləliklə kollegiya təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növü və həddini müzakirə edərək bu nəticəyə gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Təqsirləndirilən şəxs şəxsiyyəti, maddi ziyanın daha çox hissəsinin ödənilməsi, ailə və yaşı ilə bağlı hallar nəzərə alınaraq, ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-maddəsinə əsasən, sınaq müddəti müəyyən edilməklə şərti hesab olunması yolu ilə onun islah olunmasına, qalan maddi ziyanın ödənilməsinə, sosial ədalətin bərpasına, ədalətli və qanuni cəza təyin olunmasına nail oluna bilər. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələrinin qoyulması, dəymiş maddi ziyanın ödənilməmiş hissəsini ödəmək vəzifəsi qoyulmalıdır. Kollegiya apellyasiya protestinin xüsusi müsadirə ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Cinayt Məcəlləsinin 99-3.1. və 99-3.2-ci maddələrinə əsasən, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir Kollegiya xüsusi müsadirə ilə bağlı cinayət qanununun normalarının məqsəd və tələbləri ilə cinayət işi üzrə xüsusi müsadirə olunmalı olan əmlakın olub-olmamasını qarşılıqlı təhlil edərək bu qənaətə gəlir ki, nə ibtiadi istintaq tərəfindən, nə də ki, apellyasiya baxışının nəticələrinə görə xüsusi müsadirə olunmalı əmlak müəyyən olunmamışdır. Qanunun tələb və məqsədlərindən də göründüyü kimi, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Bundan başqa işin halları ilə müəyyən olunur ki, üzərinə həbs qoyulmuş 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cəlilabar dayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə əvəzsiz olaraq Təqsirləndirilən şəxs və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmçinin «FORD YÜK» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə qeydə alınsa da, həmin avtomobilin CM-in 99-1.1.1. və 99-1.1.2-ci maddələrinin tələbləri üzrə onun cinayət törədilərkən istifadə etdiyi vasitə olması, yaxud cinayət yolu ilə əldə gəlir hesabına əldə olunması təsdiq olunmur. Bundan başqa Cəlilabad rayonu Alar kəndində yerləşən 1,35 ha (JN-1279.Kod- ********) kənd təsərrüfatlı əkin torpaq sahəsi üzərindən həbsin götürülməsi CPM-in 249-cu maddəsinin tələblərinə zidd hesab olunmalı və mülki iddianın icrasının təmin olunması məqsəsi ilə həmin əmlakın üzərinə həbs qoyulsun. Belə olan halda qeyd olunan əmlakların xüsusi müsadirə olunması ilə bağlı hissədə protestin dəlilləri əsassız hesab olunmalı, həmin torpaq sahəsinin həbsdən azad olunması, avtomobilin xüsusi müsadirə olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna ziddi hesab olunmalı, mülki iddianın icrasının təmin olunması ilə əlaqədar torpaq sahəsinin üzərinə həbs qoyulması, avtomovilin xüsusi müsadirədən azad olunması hissədə zərərçəkmiş şəxsin apellyasiya şikayəti əsaslı hesab olunmalıdır. Kollegiya müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs məhsulların bir qismini qəbul etməməsi, təhviltəslim aktlarının bir neçəsində olan imzaların ona məxsus olmaması, malların dəyərinin təhvil verildiyi tarixə uyğun olmaması ilə bağlı dəlillərə toxunulmuşdur. Onun etirazının əsasını təşkil edən hallar apellyasiya baxışında bir daha araşdırılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan üzləşdirmə aktında olan imzası ilə təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər aktda göstərilən gübrə və taxıl məhsulları toxumunu təhvil almışdır. Bundan başqa "xxxx" QSC-nin apellyasiya baxışında təqdim etdiyi və tədqiq edilmiş “Təhvil verilmiş malların hərəkəti” ilə bağlı hesabat cədvəlləri əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarında olan malların satışı həyata keçirilmiş və həmin malların çoxluq hissəsinin oğlu Şahid5 satış edilməsi qeyd olunmuşdur. Həmin hesabat aktlarından məlum olur ki, malları alan şəxslərin adları və şəxsiyyət vəsiqələrinin FİN nömrəsi satışı icra edən məhz Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Apellyasiya baxışında zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsindən həmçinin məlum olmuşdur ki, malları bəzi hallarda anbarda olan başqa şəxslər qəbul etmiş, həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs oğlu Xətai Səlimov olmuşdur. Mübahisəli aktlarda olan imzaların əksər hissəsi də məhz onun imzasıdır. Məhkəmə kollegiyası “Təhvil verilmiş malların hərəkəti” ilə bağlı hesabat cədvəllərini zərərçəkmiş şəxsin yeni sübutu kimi qəbul etmiş, həmin cədvəllərdə olan məlumatlar və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər üzləşmə aktı Təqsirləndirilən şəxs malların bir qismini qəbul etməməsi barədə iddiasını təkzib etdiyinə görə, kollegiya onun etirazını özünü müdafiə olaraq qiymətləndirmiş, eləcə də mübahisəli təhvil-təslim aktlarında imzaların kimə məxsus olmasının əhəmiyyəti qalmadığna görə, məhkəməxətşünaslıq ekspetizasının keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, Dövlət ittihamçısı1 apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-26/2024 saylı, 12 iyun 2024cü il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 401, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Dövlət ittihamçısı1 apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(099)-26/2024 saylı hökmü cəza təyini ilə bağlı hissədə, əmlakın müsadirəsi və mülki iddianın həcminin müəyyən olunması hissəsində dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(099)-26/2024 saylı hökmündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi ilə bağlı, «Ford yük» markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət nəfinə xüsusi müsadirə olunmasına dair müddəalar hökmdən xaric olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası daxilində, həmçinin həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, maddi ziyan və məhkəmə məsrəflərinə görə 35.301,05 manat məbləği ödəmək vəzifəsi qoyulsun. Təmin edilmiş mülki iddianın maddi ziyanla bağlı hissədə həcmi 34.566,05 manat müəyyən olunsun, audit yoxlamasının keçirilməsi üzrə 500 (beş yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 235 (ikik yüz otuz beş) manat nəzərə alınmaqla ümumilikdə 35.301,05 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilsin. «Ford yük» markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil dövlət nəfinə xüsusi müsadirə olunmasına dair müddəalar hökmdən xaric olunsun. Cəlilabad rayonu Alar kəndində yerləşən 1,35 ha (JN-1279.Kod-********) kənd təsərrüfatlı əkin torpaq sahəsinə həbs qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(099)-26/2024 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar