Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-285/2024 02.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X19, təqsirləndirilən şəxs X15 və müdafiəçisi Müdafiəçi6 iştirakları ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsi və onun Cinayət Məcəlləsinin 311.3.2-ci madddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(099)-03/2023 saylı hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxs A.Ə.Hüseynzadə və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(099)-03/2023 saylı hökmü ilə (hakimlər O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.Şahid6) 18 mart 1958-ci ildə Füzuli rayonunun Arayatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Babı kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş X17 təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilərək iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 27 yanvar 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbsə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, təqsirləndirilən şəxs X15 cinayət əməli CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilmiş, cinayət nəticəsində vurulmuş ziyanı ödədiyinə və vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə öödədiyinə görə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, təqsirləndirilən şəxs Azad Hüseynzadə tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-165/2024 saylı 09 yanvar 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İŞİNHALLARİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə təqsirləndirilən şəxs X22 04 yanvar 2021-ci il tarixdən olmaqla “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə, 12 mart 2021-ci il tarixdə qarında yırtıq şikayətləri ilə ona müraciət etmiş Beyləqan rayonunun Dünyamalılar kənd sakini X4 qəbul edib müayinə etdikdən sonra bir həftə ərzində sonuncunu qarın yırtığı diaqnozu ilə cərrahiyyə əməliyyatı edəcəyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X24 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 650 (altı yüz əlli) manat məbləğində pulu “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla X2 Əhməd Yunis oğlundan şəxsən rüşvət qismində istəmiş və 22 mart 2021-ci il tarixdə rayon mərkəzi xəstəxanasında stasionar müalicəsi davam edən İncibəyim Məmmədquliyevanın yanında qalan və cinayətdən xəbərsiz olan gəlini Şahid3 sonuncunun əri Əhməd Məmmədquliyevdən əvvəlcədən istədiyi 650 (altı yüz əlli) manat pulu həmin xəstəxananın 303 №-li otağında rüşvət qismində almışdır. Bundan başqa o, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 22 mart 2021-ci il tarixdə “38-39 həftəlik hamiləlik, başgəlişi, qanama” diaqnozu ilə ona müraciət etmiş İmişli şəhər sakini Şahid5 qəbul edib müayinə etdikdən sonra sonuncunun təcili klassik keysəriyyə əməliyyatı olunmasının vacibliyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X24 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 550 (beş yüz əlli) manat məbləğində pulu “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla Şahid5 cinayətdən xəbərsiz olan əri Şahid4 təkrar rüşvət qismində istəyərək almışdır. Bundan başqa o, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 05 may 2021-ci il tarixdə uşaqlıq yolundan qanaxma şikayətləri ilə ona müraciət etmiş Füzuli rayonunun Araz Dilağarda kənd sakini Zərərçəkmiş şəxs qəbul edib dinlədikdən sonra sonuncuya zəruri müayinə və analizləri verməsini tövsiyyə etdiyindən, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələrdən keçmiş, 06 may 2021-ci il tarixdə yenidən onun qəbulunda olmuş, o, müayinələrin nəticələrinə baxdıqdan sonra Zərərçəkmiş şəxs təcili cərrahiyyə əməliyyatı olunmasının vacibliyini bildirib həmin tarixdə dövlət müəssisəsi olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X24 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pulu “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla Zərərçəkmiş şəxs şəxsən təkrar rüşvət qismində istəyərək almışdır. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri Hökmdən təqsirləndirilən şəxs X22 və müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək A.Hüseynzadəyə bəraət verilməsini, Dövlət ittihamçısı3 isə apellyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilib, CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəlar hökmdən xaric edilməklə A.Hüseynzadənin CM-in 314.2 və 311.3.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Müdafiəçi2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş üzrə çıxardığı hökmdə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və məhkəmə araşdırmasını səthi, qeyri-obyektiv və qərəzli formada aparmışdır. Eyni zamanda iş üzrə məhkəmə istintaqında ifadə vermiş şahidlərin ifadələrini və digər maddi sübutları bir neçə hissədə özünəməxsus şəkildə təhrif edərək bir növ obyektiv həqiqəti manipulyasiya etməyə çalışmışdır. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs epizodu üzrə onun və qızı Şahid1, X3 epizodu üzrə isə Əhməd Məmmədquliyev, arvadı Şahid3, Şahid4 və Şahid5, ifadələri müstəntiq tərəfindən təhrif edilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs və qızı Şahid1 əsl həqiqəti bildirmiş, eyni zamanda məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən bir daha aydın olmuşdur ki, G.X8 heç bir zaman rüşvət qismində pul verməmiş və qızı Şahid1 bütün bunları təsdiqləmişdir. Eləcə də, məhkəmə istintaqı zamanı Əhməd Məmmədquliyev və arvadı Şahid3 məhkəmədə elan olunmuş ibtidai istintaq dövrünə aid ifadələrin doğruluğunu təsdiq etməmişlər, X17 pul vermədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahidlərin verdikləri ifadələrdən aydın olmuşdur ki, onlar nəinki Azad Hüseynzadəyə pul verməmiş, hətta bir otaqda qalmamışlar. Belə ki, qarın yırtığından əməliyyat olunmuş İncibəyim Məmmədquliyeva xəstəxananın 3-cü mərtəbəsində qalmışdır. Lakin cərrahi doğuş həyata keçirmiş Şahid5 əvvəlcə 24 saat reanimasiyada, daha sonra isə doğum şöbəsində (mama-ginekoloqların, mamaçaların olduğu, xüsusi qulluq tələb edilən yer) yəni 2-ci mərtəbədə olmuşdur. Eyni zamanda Şahid4 məhkəmə istintaqı zamanı ifadəsində arvadının yanında xəstəxanada qalmadığını bildirmişdir. Bundan başqa, pulun mənbəyi kimi göstərilən Şahid8 məhkəmə istintaqı zamanı ifadəsində birmənalı olaraq inəyi Novruz bayramından sonra aldığını, hətta mart ayının axrı aprelin əvvəli olduğunu bildirmişdir. Bundan başqa, Azad Hüseynzadə vəzifəli şəxs deyil və bununla bağlı iş materiallarında olan ibtidai istintaq zamanı “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X25 İnsan Resursları şöbəsinin müdiri Şahid6a və baş həkimi A.Nağıyeva tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli 1259 nömrəli arayışda qeyd olunur ki, A.Ə.Hüseynzadə Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Cərrahiyyə şöbəsinin Həkim-ümumi cərrahıdır. Vəzifə səlahiyyəti yoxdur. İş materiallarında olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 direktoru Elçin Qurbanov tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli 21-06-332-22 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki,: -X22 “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X30 həkim-ümumi cərrah işlədiyi dövr ərzində “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X30 heç bir şöbənin, bölmənin, komissiyanın rəhbəri və ya üzvü olmamışdır; -X15 Füzuli Rayon Mərkəzi X21 Şəxsində işlədiyi dövrdə rəhbər vəzifədə işləmədiyi üçün hər hansısa bir tibb işçisi) əməliyyat tibb bacısı(qardaşı), tibb bacısı(qardaşı), orta və kiçik tibb heyəti) tabeçiliyində olmamışdır; -X15 Füzuli Rayon Mərkəzi X21 Şəxsində işlədiyi dövrdə tabeçiliyində hər hansı bir işçi olmamışdır və hansısa təşkilati-sərəncam verici statusu olmamışdır; -Füzuli Rayon Mərkəzi X21 Şəxsində əməliyyat blokunun rəhbəri ştatı vakantdır. Birinci instansiya məhkəməsi sübut kimi təqdim olunan faktların heç birinə lazımi hüquqi qiymət verməmişdir. Hətta iş üzrə çıxarılmış kifayət qədər yığcam hökmə də nəzər yetirdikdə məhkəmənin əsl ittihamçı mövqeyindən çıxış etməsini müşahidə etmiş oluruq. Belə ki, təqdim olunan çoxsaylı təkzibedilməz sübutlara isə məhkəmə ümumiyyətlə hüquqi qiymət verməmiş, hətta çıxarılmış hökmdə belə həmin sübutlara münasibət bildirməmişdir. Bu isə təqdim etdikləri fakt və sübutların təkzibinin mümkün olmamasının bir daha sübutudur. Təqsirləndirilən şəxs A.Ə.Hüseynzadə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, Füzuli Rayon Mərkəzi X21 Şəxsində ümumi cərrah ixtisasında fəaliyyət göstərmişdir, dövlət qulluqçusu deyildir, təşkilati-sərəncamverici hüququ olmamışdır. Müalicə etdiyi İncibəyim Məmmədquliyeva, Zərərçəkmiş şəxs, Şahid5 və ya onların yaxın qohumlarından hər hansı bir məbləğdə pul almamışdır. Hər hansı bir vəzifə daşımadığı, pul almadığı, düzgün müalicə taktikası seçməyi haqqında məhkəməyə vəsatət və sübutlar təqdim edilməsinə baxmayaraq CM-in 311.3.2-ci maddəsi ilə əsassız olaraq barəsində hökm çıxarılmışdır. Xalqa qürurla qulluq etmiş, hər iki Qarabağ müharibəsində, 2016-cı ilin aprel və 2022-ci ilin 13 sentyabr döyüşlərində yüzlərlə hərbiçinin həyatını xilas etmişdir. Dövlət ittihamçısı3 isə apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə öz hökmündə təqsirləndirilən şəxs A.Hüseynzadənin onun ittiham olunduğu səhlənkarlıq cinayətini törətməməsini təsdiq edən sübutların nələrdən ibarət olmasını öz hökmündə, göstərməmiş, formal olaraq hökmdə qeyd etmişdir ki, iş üzrə ilkin və təkrar ekspertizaların rəyləri bir-biri ilə ziddiyyət təşkil etmiş, təqsirləndirilən şəxsə qarşı səhlənkarlıq cinayəti ilə bağlı ittihamın irəli sürülməsinin yeganə əsası kimi istintaq dövründə keçirilmiş ekspertizaların rəyləri çıxış etmişdir ki, sonradan məhkəmədə keçirilmiş ekspertizalar zamanı verilmiş rəylər təqsirləndirilən şəxsin səhlənkarlıq cinayəti törətməsini həm təsdiq həm inkar etmişdir. Məhkəmə qeyd olunanları hökmdə göstərməklə bəraətin yeganə əsası kimi həmin hala əsaslanmışdır. Hazırkı iş üzrə məhkəmə təqsirləndirilən şəxsin səhlənkarlıq cinayətini törədibtörətməməsi ilə bağlı cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, təqsirləndirilən şəxsin səhlənkarlıq cinayətini törətməsi ilə bağlı sübutları bir-birilə düzgün müqayisə etməmişdir ki, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, işdə olan, məhkəmə-tibbi ekspertizasının 13 avqust 2021-ci il tarixli 680 Nə-li və təkrar məhkəmə-tibbi ekspetizasının 16 sentyabr 2021-ci il tarixli 462 №-li rəyləri ilə müəyyən edilir ki, Füzuli Rayon Mərkəzi X1 üzərində icra edilmiş “Herniotomiya. Yırtıq vəzinin ləğv edilməsi. Ön divarın Alloplastika” cərrahiyyə əməliyyatı texniki cəhətdən qüsurlu icra edilmiş, bunun nəticəsində xəstənin nazik bağırsağının perforiyası baş vermiş, bu da peritonitə səbəb olmuşdur. İncibəyim Məmmədquliyevanın üzərində cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi pozulmuşdur. Buna məsul şəxs Füzuli RMX-nin həkim-cərrahı Azad Hüseynzadədir. İşdə olan, məhkəmə-tibbi ekspetizasının 13 avqust 2021-ci il tarixli 681 №-li və təkrar məhkəmə-tibbi ekspetizasının 16 sentyabr 2021 -ci il tarixli 463 №-li rəyləri ilə müəyyən edilir ki, Füzuli RMX-da Zərərçəkmiş şəxs üzərində icra edilmiş “Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatı texniki cəhətdən qüsurlu icra edilmiş və əməliyyat zamanı sidik kisəsi zədələnmişdir. Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxs Füzuli RMX-nin həkim-cərrahı Azad Hüseynzadədir. İşdə olan, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, T481/2022 №-li rəyi ilə müəyyən edilir ki, təqdim edilmiş tibbi sənədlər və cinayət işi materiallarında göstərilənlərə əsasən vətəndaş X5 Füzuli RMX-da diaqnoz düzgün təyin edilmişdir. Tibbi sənədlərdə göstərilənlərə əsasən İncibəyim Məmmədquliyevanın üzərində cərrah tərəfindən qarnın ön divarında mövcud olan “Yırtıq kisəsinin ləğvi. Ön divarın allopılastikası” cərrahiyyə əməliyyatı icra edilmiş, taktika düzgün seçilsə də, texniki cəhətdən qüsurla icra edilmişdir. Belə ki, təqdim edilən tibbi kartada xx.xx.2021-ci ildə “Davinçi Hospitaf’da icra edilmiş təkrar cərrahi müdaxilə zamanı cərrahın qeydinə əsasən “Nazik bağırsaq aponevroza tikilmiş, həmin nahiyədən perforasiya edilib, perforativ dəlik tikildi, qarın boşluğu sanasiya, drenaj edildi, yara qat-qat tikildi”. Sonra cərrah tərəfindən əlavə qeydiyyat aparılmış, burada əlavə təftiş zamanı “Nazik bağırsaqda iki ədəd perforativ dəlik olduğu üçün rezeksiya olunması, uc-uca, kolo-kolo nazik bağırsaq anastomozunun qoulması, yayımış peritonit olması" qeyd edilmişdir. Cərrah tərəfindən ikinci cərrahiyə əməliyyatı zamanı qeyd edilənlərin hal-hazırda həqiqət əks etdirdiyini cərrahı əməliyyat zamanı tələb olunan patohıstoloji tədqiqat uçun material götürülmədiyindən və meyitin ekshumasiyası zamanı məhkəmə-tibb eksperti tərəfindən bu patologiyanın yarıtmaz, təsviri bu haqda birmənalı fikir söyləməyə imkan vermir. Belə kı, əgər pertorativ dəliklər tikilirdisə nə üçün anastomoz qoyulurdu və bu anastomoz isə ekspert tərəfindən "bağırsaq bir yerində tam aralanmışdır" frazası ilə başa çatdırılmışdır. İş materiallarına sonradan əlavə edilmiş təkrari cərrahi əməliyyatın videogörüntülərində qarın boşluğunda sərbəst bağırsaq möhtəviyyatının kifayət qədər olmaması, ancaq bağırsaq ilgəyinin daxili hissəsində defektin görünməsi öz əksini tapır. Bu görüntülər yayılmış peritonit üçün deyil, kəskin bağırsaq keçməməzliyinə daha çox uyğun gəlir ki, bu da tibbi kartada qeyd edilən xəstənin şikayətləri və sonradan məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Birliyə göndərilən Respublika Klinik Xəstəxanasının tibbi kartasında bir daha öz təsdiqini tapır. Beləliklə, qeyd edilən ciddi ziddiyyətlərlə bağlı xəstənin vəziyyətinin kritik hala düşməsində həlledici amilin istər birinci əməliyyatın qüsurla icra edilməsindən yaranmış ağırlaşmadan, istərsə də ikinci cərrahi əməliyyatın düzgün taktika seçilməyərək yetərsiz icra edilməsindən yaranmış ağırlaşmadan baş verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Çünki birinci cərrahi əməliyyatla ikinci cərrahi əməliyyat arasında 3 həftə müddət olduğu nəzərə alınaraq bağırsaq deşildiyi təqdirdə qarın boşluğunda kəskin ifadə olunmuş irinli peritonit aşkar edilməli idi. Təqdim edilən hər iki tibbi kartada xəstənin kafi vəziyyətdə evə yazılması göstərilsə də, sonradan ikinci cərrahi əməliyyatı icra edən cərrah tərəfindən xəstəyə evdə baxılması, anastomozun yetərsiz olması, xəstənin bağırsaq ilgəklərinin xaricə çıxması ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz əksini tapmışdır. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərə, cinavət işinə əlavə edilmiş məlumatlara əsasən ona 06.05. 2021-ci il tarixdə Füzuli RMX-nda diaqnoz düzgün qoyulmuş və bu diaqnoza uyğun “Total abdominal isterektomiya” cərrahhiyyə əməliyyatı icra edilmişdir. Aparılmış cərrahı əməliyyatdan sonra xəstədə daim uşaqlıq yolundan sidik gəlməsi şikayəti olduğundan xx.xx.2021-ci il tarixdə “Unikilinika” Tibb Mərkəzinə daxil olmuş “Relaparotomiya, fistulanın ləğvi, episistostomiya” cərrahhiyyə- əməliyyatı icra edilmiş, əməliyyatın gedişində sidik kisəsi ilə uşaqlıq yolu arasında böyük ölçüdə dəlik aşkar edilmiş və sonrakı cərrahı müdaxilələr zamanı bu qüsur bərpa edilmişdir. Qeyd edilənlərə əsasən Zərərçəkmiş şəxs ilkin cərrahiyyə əməliyyatının taktikası düzgün seçilsə də, texniki cəhətdən qüsurla icra edilmiş və böyük ehtimal ki, əməliyyat zamanı sidik kisəsi zədələnmişdir. Xəstədən daima sidik ifrazı isə əməliyyatdan qısa müddət sonra baş verməlidir. Bu müddət zədənin yerləşdiyi nahiyə, zədənin ölçüsü və max enin özünə yaratdığı yoldan asılıdır. Zərərçəkmiş şəxs düçar olduğu şəkərli diabet xəstəliyi isə bunun daha da sürətlə inkişaf etməsinə real şərait yaratmışdır. Azərbaycan Respublikasında istənilən tibb müəssisəsinin fəaliyyəti Səhiyyə sistemində mövcud olan normativ sənədlərlə, yəni xx.xx.2012-ci il tarixli, 70 saylı əmr ilə tənzimlənir. Bütün bunlarla yanaşı, işdə olan, meyitin qəbirdən çıxarılması (ekshumasiya) ilə bağlı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəydə göstərilir ki, X3 meyiti kəskin çürümə prosesinə məruz qalmışdır. Kəskin çürümə dəyişikliyi fonunda cərrahi əməliyyat kəsiklərinin izlərindən savayı digər hər-hansı bir xəsarət və ya onun izi aşkar edilmədi. X3 meyiti kəskin çürümə prosesinə məruz qaldığından ölümün səbəbini dəqiq müəyyən etmək mümkün deyildir. Bununla belə, adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlara əsaslanaraq bu nəticəyə gəlmək olar ki, nazik bağırsağın perforiyası (deşilməsi) nəticəsində inkişaf etmiş yayılmış peritonit (penriton qişasının yayılmış iltihabı) sonrakı dövrlərdə ümumi intoksikasiyaya və poliorqan çatmamazlığına səbəb olmuşdur ki, bu da ölümlə nəticələnə bilərdi. Göründüyü kimi, istintaq dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 13 avqust 2021-ci il tarixli 680 №-li və təkrar məhkəmə-tibbi ekspetizasının 16 sentyabr 2021ci il tarixli 462 №-li rəyləri İncibəyim Məmmədquliyevanın üzərində icra olunmuş “Herniotomiya. Yırtıq vəzinin ləğv edilməsi. Ön divarın Alloplastika” cərrahiyyə əməliyyatı texniki cəhətdən qüsurlu icra edilməsi, bunun nəticəsində xəstənin nazik bağırsağının perforiyası baş verməsi, bunun da peritonitə səbəb olması, 13 avqust 2021-ci il tarixli 681 №-li və təkrar məhkəmə-tibbi ekspetizasının 16 sentyabr 2021-ci il tarixli 463 №-li rəyləri ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs üzərində icra olunmuş “Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi və əməliyyat zamanı sidik kisəsinin zədələnməsi, 19 oktyabr 2022-ci il tarixli, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının T481/2022 №-li rəyi ilə də istintaq dövründə keçirilmiş ekspertizaların zamanı ekspertlər tərəfindən gəlinin nəticənin təsdiq olunması, hər üç rəydə əməliyyatın məhz A.Hüseynzadə tərəfindən texniki cəhətdən qüsurlu icrasının qeyd olunması hər iki şəxslə bağlı A.Hüseynzadənin icra etdiyi əməliyyat zamanı səhlənkarlığa yol verilməsini təsdiq etmişdir. Lakin məhkəmə hazırkı rəylərin bir-biri ilə ziddiyyət təşkil etməsini hökmdə qeyd etsə də bu ziddiyyətlərin nələrdən ibarət olması ilə bağlı heç bir əsaslandırma aparmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Davinci Hospital”dan daxil olan İ.Məmmədquliyevanın adına doldurulmuş ******* nömrəli “Xəstəlik tarixi”nin 1-ci vərəqində “Göndərən müəssisənin diaqnozu” qrafasından aydın olur ki, xəstə “Davinci HospitaTa hər hansı digər diaqnozla deyil “Əməliyyatdan sonrakı vəziyyət. Peritonit” diaqnozu ilə daxil olmuş, həmin diaqnoz öz təsdiqini tapmış məhz buna görə də həmin xəstəlik tarixinin sonuncu vərəqində “Son klinik diaqnoz” qrafasında da yekun diaqnoz kimi “Peritonit” qeyd olunmuşdur. Bundan başqa, “Davinci Hospital”dan daxil olan “Ekipriz”də də aydın şəkildə xəstənin diaqnozunun məhz “Peritonit” olması qeyd olunmuşdur. Bundan başqa, “Davinci Hospital”da qeyd olunan əməliyyat zamanı tərtib edilmiş “Cərrahi əməliyyat” adlı tibbi sənəddə göstərilir ki, “ETN altında laparotomiya olundu. Məlum oldu ki, 8,00 ml nəcislə qarışıq, irinli möhtəviyyat var, məlum oldu ki, nazik bağırsaq tikilib və həmin yerdən peroforiya edilib, dəlik tikildi. Təftiş zamanı nazik bağırsaqda 2 ədəd peroferativ dəlik olduğu müəyyən edildi”, həmin sənəddə “Diaqnoz” bölməsində isə həkim cərrah tərəfindən “Nazik bağırsağın perforiyası, Yayılmış peritonit” qeydləri aparılmışdır. Eyni zamanda İ.Məmmədquliyevanın üzərində icra olunan əməliyyat zamanı həkim cərrah özü səsli şəkildə bildirir ki, “kompyuter tomoqrafiya zamanı müəyyən olunmuşdur ki, nazik bağırsaq perforasiya olub, eyni zamanda o nazik bağırsağın perforasiya olan hissəsini də aydın şəkildə əməliyyatda iştirak edən şəxslərə nümayiş etdirir”. Göründüyü kimi, məhkəmə işdə olan yuxarıda qeyd olunmuş sənədləri ümumiyyətlə nəzərə almamış təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən mümkün, mötəbər sübutları hazırkı ekspert rəyləri ilə müqayisəli şəkildə qiymətləndirməmiş, nəticə etibarı ilə məhkəmə hökmdə yanlış hüquqi mövqe nümayiş etdirmişdir. Bundan başqa, hökmdən görünür ki, məhkəmə məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxs Azad Hüseynzadənin 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı və fəxri fərmanlarla təltif olunması, məcburi köçkün olması, habelə onun ailə üzvlərinin və yaxın qohumların da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müsbət xidmətlər göstərmələri, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşlı şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğu) və işin faktiki hallarından irəli gələn xüsusatları müstəsna hallar kimi qəbul edib, təqsirləndirilən şəxs Azad Hüseynzadənin barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona təqsirli bilindiyi CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddənin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab etmişdir. CM-in 62-ci maddəsinin mənası baxımından müstəsnalıq əlaməti hər bir fərdə aid olan onun ailəli olması, azyaşlı övladlarının olması, əməlindən peşman olması və.s sıradan olan hallarla bağlı deyil, daha çox təqsirkarın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini azaldan və bilavasitə təqsirkarın cinayəti törədərkən və ya bundan sonrakı davranışı ilə bağlı istisna hallarla bağlı olan əlamətləri özündə ehtiva edir. Lakin hökmdən görünür ki, məhkəmə təqsirkara aid olan CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müstəsna hal hesab etməklə səhvə yol vermişdir. Məhkəmə müstəsnalığın nədən ibarət olmasını, özünü nədə ehtiva etməsini, təqsirkarın hansı hərəkətlərinin müstəsna bir hərəkət olmasını nəinki əsaslandırmamış, hətta hökmüdə belə hallara istinad edə bilməmişdir. Məhkəmə öz hökmündə Azad Hüseynzadənin 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı və fəxri fərmanlarla təltif olunması, məcburi köçkün olması, habelə onun ailə üzvlərinin və yaxın qohumların da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müsbət xidmətlər göstərmələri, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşlı şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğu) və işin faktiki hallarından irəli gələn xüsusatları müstəsna hallar kimi qəbul edərkən nəzərə almamışdır ki, A.Hüzeynzadənin yaşlı şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, məcburi köçkün olması və ilk məhkumluğu cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar kimi qəbul edilə bilməz. Həmçinin, onun və yaxın qohumlarının 2-ci Qarabağ müharibəsi zamanı həkim kimi yaralanmış şəxslərə xidmət göstərmələri isə onların bilavasitə xidməti fəaliyyəti ilə bağlı olmaqla, həkim-cərrah kimi peşə fəaliyyətlərinin icrası ilə əlaqədar olmuşdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, məhkəmə təqsirləndirilən şəxs A.Hüseynzadənin CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsinin sübuta yetirilməməsi qənaətinə gəlsə də, onun CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini sübuta yetirilmiş hesab etmiş, lakin nəzərə almamışdır ki, toplanmış sübutlarla A.Hüseynzadənin törətdiyi təkrarən rüşvət alma cinayəti ona tam olaraq sübut olunduğu halda A.Hüseynzadə təkzib olunmaz sübutlara baxmayaq həmin cinayət əməlini törətməsini etiraf etməmiş, belə olan halda mötəbər sübutlarla təqsiri sübuta yetirilmiş, lakin özünü təqsirli hesab etməyən şəxsə CM-in 62-ci maddəsinin tətbiqi həmdə CM-in əsaslandığı ədalət prinsipinin pozulmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, dövlət adından yaradılmış qeyrikommersiya təşkilatı olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası" X29 tibbi xidmət üzrə fəaliyyəti cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadə dövlət qulluqçusu olmaqla ona dövlət tərəfindən vətəndaşlara pulsuz tibbi xidmətin (cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələrin tam ödənişsiz olmaqla) həyata keçirilməsi vəzifələrinin (xidmətlərinin) icrası tapşırılmış (müvafiq qanun, təlimat və əmrə əsaslanaraq) şəxs olmaqla onun vətəndaşalara qarşı həkim-cərrah kimi tibbi xidməti fəaliyyəti dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edən (hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən) hərəkətlərdən ibarət olmuş, dövlət tərəfindən səhiyyə sahəsində vətəndaşlara pulsuz tibbi xidmətin həyata keçirilməsi vəzifələrinin, o cümlədən dövlət tərəfindən yaradılmış qeyri- kommersiya təşkilatı olan Füzuli RMX PHŞ vasitəsilə vətəndaşlara birbaşa tam ödənişsiz olmaqla göstərilən tibbi xidmətin (cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələrin tam ödənişsiz olmaqla) həyata keçirilməsi zamanı bu vəzifələrin icrası tapşırılmış həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadə dövlət qulluqçusu olmaqla vəzifəli şəxs hesab olmuş və onun qulluq mənafeyinə zidd olaraq etdiyi həkətlər, yəni vətəndaşların üzərində cərrahiyyə əməliyyatlarının icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 3 epizod üzrə ümumilikdə 1700 manat məbləğində pul vəsaitini alması dövlətin səhiyyə sahəsində müəyyən etdiyi dövlət tərəfindən vətəndaşlara pulsuz tibbi xidmətin həyata keçirilməsi ilə bağlı vətəndaşların dövlət səhiyyə orqanlarına olan etibarına xələl gətirmişdir. Belə olan halda isə məhkəmə tərəfindən 3 epizod üzrə 1700 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyərək almış təqsirləndirilən şəxsə CM-in 62-ci maddəsinin tətbiq edilərək CM-in 311.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən az cəza təyin edilməsi CM-in əsaslandığı prinsiplərin pozulmasına səbəb olmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Azad Hüseynzadə və müdafiəçisi Müdafiəçi6 apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun çıxış etdilər və şikayətlərin təmin edilməsini kollegiyadan xahiş etdilər. Müdafiəçi əlavə olaraq müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd edir və onun barəsində bəraət hökmünün çıxarılmasını kollegiyadan xahiş edir. Bununla belə hesab edir ki, müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslərdən pul alması, hətta təsdiq olunsa belə onun əməli rüşvət alma kimi qiymətləndirilə bilməz. Ona görə ki, həkim vəzifəli şəxs olmadığına görə rüşvət alma cinayətinin subyekti hesab edilmir. Odur ki, həkim Azad Hüseynzadənin zərərçəkmişlərdən pul alması təsdiq edilsə belə onun əməli dələduzluq kimi qiymətləndirilməli, eyni zamanda təqsirləndirilən şəxsin vurduğu ziyanı tamamilə ödədiyi və dövlət büdcəsinə də müvafiq məbləğdə ödəniş etdiyi nəzərə alınmaqla cinayət məsuliyyətindən azad edilməlidir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını, apellyasiya şikayətlərinin isə əsassız olduğundan təmin olunmamasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində işin faktiki halları və təqsirləndirilən şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinin əsasları mübahisələndirildiyindən Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxs X15 törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndiridlən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-03/2023 saylı, 27 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının təqsirləndirilən şəxs Aazd Hüseynzadənin CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməsi ilə bağlı dəlilləri əsassız olduğundan apellyasiya protesti bu hissədə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə X17 verilmiş səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı ittihamın ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X17 CM-in 314.2-ci maddəsi ilə istinad olunan cinayəti törətməkdə təqsirli olmaması barədə hökmündə zərərçəkmiş şəxslərin ifadələrinə, habelə şahidlərin ifadələrinə, ekspert rəylərinə və digər sübutlara istinad etmiş, bu sübutların hər birini tədqiq etmiş, hər bir sübutun mötəbərlik tələblərinə uyğun olubolmadığını yoxlayaraq əsaslı olaraq bəraət hökmü çıxarmışdır. Belə ki, cinayət işinin materiallarında olan, məhkəmə-tibbi ekspetizasının və təkrar məhkəmətibbi ekspetizasının rəyləri ilə həm İncibəyim Məmmədquliyevanın üzərində, həm də Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulduğu, buna məsul şəxs Füzuli RMX-nın həkim-cərrahı Azad Hüseynzadə olduğu göstərilsə də, cinayət işinin materiallarında olan, meyitin qəbirdən çıxarılması (ekshumasiya) ilə bağlı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəydə görə X3 meyiti kəskin çürümə prosesinə məruz qaldığından ölümün səbəbini dəqiq müəyyən etmək mümkün deyildir. İşdə olan, təkrar məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli, 255/MEŞ №-li rəyi ilə müəyyən edilir ki, ......... İncibəyim Məmmədquliyevanın üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozunu və deffektinin xarakterinin müəyyən edilməsi üçün tələb olunan patohistoloji müayinə aparılmamışdır. Beləliklə, patohistoloji müayinə aparılmadığı və prosesin digər səbəblərdən yaranması, yəni bağırsaq ilgəyinin nekrozu, qan təchizatının pozulması, qanqrenası və. s baş verməsini nəzərə alaraq hazırda hansı amilin həlledici olmasını təyin etmək mümkün deyildir. Habelə iş materiallarında olan tibbi sənədlərə əsasən, İncibəyim Məmmədquliyevanın üzərində xx.xx.2021-ci il tarixldə icra edilmiş təkrar cərrahiyyə əməliyyatı zamanı diaqnozun təsdiqi üçün zəruri olan patohistoloji müayinə aparılmadığından bu haqda fikir söylənilməsi mümkün deyil. İncibəyim Məmmədquliyevanın ekshumasiya edilmiş meyitinin məhkəmətibbi müayinəsinə əsasən, meyit kəskin çürümə dəyişikliklərinə uğradığından ölümün səbəbini və ölümün baş verməsində hansı amilin həlledici olması haqqında fikir söyləmək mümkün deyildir. Tibbi sənədlərə əsasən, ilkin və təkrari cərrahiyyə əməliyyatlarından sonra İncibəyim Məmmədquliyevanın kafi vəziyyətdə evə yazıldığı qeyd edilmişdir. Cinayət işinin materiallarında olan, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, T481/2022 №-li rəyi ilə müəyyən edilir ki, təqdim edilmiş tibbi sənədlər və cinayət işi materiallarında göstərilənlərə əsasən....... vətəndaş X5 cərrah tərəfindən ikinci cərrahiyə əməliyyatı zamanı qeyd edilənlərin halhazırda həqiqət əks etdirdiyini cərrahı əməliyyat zamanı tələb olunan patohıstoloji tədqiqat uçun material götürülmədiyindən və meyitin ekshumasiyası zamanı məhkəmə-tibb eksperti tərəfindən bu patologiyanın yarıtmaz, təsviri bu haqda birmənalı fikir söyləməyə imkan vermir. Belə ki, əgər pertorativ dəliklər tikilirdisə nə üçün anastomoz qoyulurdu və bu anastomoz isə ekspert tərəfindən "bağırsaq bir yerində tam aralanmışdır" frazası ilə başa çatdırılmışdır. İş materiallarına sonradan əlavə edilmiş təkrari cərrahi əməliyyatın videogörüntülərində qarın boşluğunda sərbəst bağırsaq möhtəviyyatının kifayət qədər olmaması, ancaq bağırsaq ilgəyinin daxili hissəsində defektin görünməsi öz əksini tapır. Bu görüntülər yayılmış peritonit üçün deyil, kəskin bağırsaq keçməməzliyinə daha çox uyğun gəlir ki, bu da tibbi kartada qeyd edilən xəstənin şikayətləri və sonradan məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Birliyə göndərilən Respublika Klinik Xəstəxanasının tibbi kartasında bir daha öz təsdiqini tapır. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərmişdir ki, özünün daxil olduğu ekspert komissiyası tərəfindən hazırki iş üzrə olan KEŞ-680 №- li(X6 aid həkim işi ilə bağlı) və KEŞ-681 №-li (Zərərçəkmiş şəxs aid həkim işi ilə bağlı) məhkəmə-tibbi ekspert rəyləritəqdim olunmuş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq verilmişdir. İncibəyim Məmmədquliyevanın birinci əməliyyatdan sonra nazik bağırsağının perforiyası (deşilməsi) nəticəsində peritonit olmuşsa onun hansı müddət daxilində yaşaya bilməsi ilə bağlı konkret cavabı yoxdur. Qeyd olunan rəylər verilərkən mütəxəsis Nazim Həsənovun fikirləri soruşulub əsas götürülərək bu rəylər verilmişdir. Ekspert komissiyasına xəstənin potohistoloji tibbi müayinəyə dair sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasında şahid X23 ifadəsində göstərmişdir ki, özünün daxil olduğu ekspert komissiyası tərəfindən hazırki iş üzrə olan KEŞ-680 №-li (X6 aid həkim işi ilə bağlı) və KEŞ-681 №-li (Zərərçəkmiş şəxs aid həkim işi ilə bağlı) məhkəmə-tibbi ekspert rəyləri təqdim olunmuş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq verilmişdir. Qeyd olunan rəylərin verilməsi zamanı ekspert komissiya üzvlərinin müzakirəsi təxminən 10 dəqiqə olmuş, ətraflı araşdırma (tədqiqat) aparılmadan həmin rəylər verilmişdir. Həmçinin o, hesab edir ki, mərhum İncibəyim Məmmədquliyevanın birinci əməliyyatı ilə, ikinci əməliyyat arasında 20-25 gün keçdiyinə görə birbaşa bağırsaq zədələnməsi haqqında fikir söyləmək mümkün deyil, həmin vaxt nazik bağırsağının perforiyası (deşilməsi) olsaydı bir gün ərzində xəstə peritonit olardı və o, xəstəxanadan evə də buraxılmazdı. İkinci əməliyyatın xəstəlik tarixini sonradan öyrənəndən sonra ona aydın olmuşdur ki, İncibəyim Məmmədquliyevanın nazik bağırsağın müsaliyyə kənarından nekroz başlamış və bağırsaq perforiyası (deşilməsi) olmuşdur. Nazik bağırsaqda deşilmə olması onun cərrahiyyə əməliyyatı zamanı zədələnməsi kimi qəbul edilməsi məntiqi cəhətdən düz deyil. Potohistoloji tibbi müayinə ikinci əməliyyatdan əvvəl olmuş olsaydı bağırsaqda olan yırtığın dəqiq səbəbini bilmək olardı, lakin xəstənin potohistoloji tibbi müayinə edilibedilməməsi barədə onun məlumatı olmamışdır. Təqdim olunan materiallar az olmuş və məntiqi olaraq suallara cavab verilərək bu zədələnmənin (nazik bağırsaqda olan yırtığın) birinci əməliyyat zamanı olması kimi qiymətləndirmişdir. Lakin sonradan özünün apardığı araşdırmasına əsasən belə hesab edir ki, nazik bağırsaqda bu hal 20 gündən sonra əmələ gəlibsə, bunun səbəb kimi cərahiyyə əməliyyatı zamanı bu zədələnməsinin olması ehtimalı azdır. Həmçinin hər iki xəstədə olan zədələnmənin dəqiq səbəbini bilmək üçün potohistoloji tibbi müayinin nəticəsi tələb olunmuş, lakin potohistoloji tibbi müayinə keçirilib nəticəsinə dair tibbi sənədlər təqdim olunmadığına görə hər iki şəxsdə, yəni İncibəyim Məmmədquliyevanın nazik bağırsağın yırtığı-perforiyası və Zərərçəkmiş şəxs sidik kisəsinin zədələnməsi ilə bağlı qəti fikir söyləmək mümkün deyildir. O, hazırda hesab edir ki, birinci cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı İncibəyim Məmmədquliyevanın nazik bağırsağın perforiyasının baş verməsinə səbəb olması, həmçinin birinci cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı Zərərçəkmiş şəxs sidik kisəsinin zədələnməsinə səbəb olması qənaətinə gəlmiş özünün də daxil olduğu ekspert komissisysının verdiyi rəylər (13 avqust 2021-ci il tarixli, 680 və 681 №-li rəylər) tam əsaslı olmamışdır. Habelə tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Füzuli MRX-a daxil olduqdan sonra ona “Uşaqlığın leyomioması. Şəkərli diabet” diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun üzərində “Total abdominal histerektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. İlkin və təkrar məhkəmə-tibbi ekspertizaların rəylərinə əsasən həmin əməliyyat texniki cəhətdən qüsurlu icra edilmiş, Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin pozulması kimi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə və videogörüntülərdə göstərilənlərə əsasən onun əziyyət çəkdiyi ağır şəkərli diabet fonunda sidik kisəsi divarının qan təvhizatının pozulması, uşaqlıq yolunun infeksiyaları, immun sisteminin zəif olması, sistit, sidik yollarının və sidik kisəsinin infeksiyaları kimi bir çox digər səbəblərdən fistula yarana bildiyindən qeyd olunan patoloji vəziyyətin icra edilmiş ilkin cərrahiyyə əməliyyatı ilə əlaqələndirmək mümkün deyildir. Tibbi sənədlərə əsasən, Zərərçəkmiş şəxs üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozu üçün tələb olunan patohistoloji müayinə aparılmadığından fistulanın hansı səbəbdən yaranması haqqında fikir söylənilməsi mümkün deyildir. Beləliklə, sadalanan sübutları tədqiq edərək qiymətləndirən məhkəmələr belə nəticəyə gəlmişlər ki, qeyd edilən ciddi ziddiyyətlərlə bağlı xəstələrin vəziyyətinin kritik hala düşməsində həlledici amilin istər birinci əməliyyatın qüsurla icra edilməsindən yaranmış ağırlaşmadan, istərsə də ikinci cərrahi əməliyyatın düzgün taktika seçilməyərək yetərsiz icra edilməsindən yaranmış ağırlaşmadan baş verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası dövlət ittihamçısının məhkəmələr tərəfindən X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə əsassız olaraq bəraət verməsinə dair ekspert rəylərinin düzgün tədqiq edilməməsi barədə dəlillərinə nəzər yetirərkən müəyyən edir ki, iş üzrə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizasının 13 avqust 2021-ci il tarixli, 680 və 681 №-li rəylər, habelə əlavə tədqiqat aparılmadan verilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 462 və 463 №-li rəylərin mahiyyətcə tam eyni olması, təkrar məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli rəyinin isə 680, 681, 462 və 463 №-li rəyləri arasında kəskin ziddiyyətlər olmaqla tam başqa mahiyyətli nəticədən ibarət olması, 680 və 681 saylı rəyləri verən ekspert komissiyasının üzvlərinin (kobud qanun pozuntusuna yol verdiklərinə görə barələrində xüsusi qərar qəbul edilmiş) öz rəylərinin belə mötəbər olmaması barədə verdikləri ifadələrə, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli rəyinin isə əvvəlki ekspertiza rəylərini həm təsdiq, həm də inkar etməsini özündə ehtiva etməklə qoyulmuş sualların cavablarının mülahizə xarakterli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin rəylər iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. İş üzrə həkim-cərrah Azad Hüseynzadəyə səhlənkarlıq cinayəti (CM-in 314.2-ci maddəsində nəzərdə tutulan əməli) törətməsi ilə bağlı ittihamın verilməsi üçün məhkəmətibbi ekspertizasının rəyləri əsas sübut növü olduğundan və başqa mötəbər sübutların olmaması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan rəylərə əsaslanaraqmötəbər sübut kimi qəbul edilərək həkim-cərrah X14 Məmmədquliyevanın və Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatlarına texniki cəhətdən qüsurlu icra etməsi, onun Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarını pozması və bunun ağır nəticələrə, o cümlədən İncibəyim Məmmədquliyevanın ölümünə səbəb olması qənaətinə gəlib ona səhlənkarlıq cinayəti törətməsi ilə bağlı ittihamın verilməsi mümkün hesab edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsinin X17 GM-in 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair gəldiyi nəticə əsaslı olduğbundan bununla bağlı dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X15 və onun müdafiəçisi Müdafiəçi2 təqsirdləndirilən şəxsin barəsində CM-nin 311.3.2-ci maddəsi ilə bəraət verilməsi, təqsirləndirilən şəxsin vəzifəli şəxs hesab edilməməsini, ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməməsi barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X15 Azərbaycan Respublikası CM-in 31ё1.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirilmişdir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin təqsirləndirilən şəxs Azad Hüseynzadənin vəzifəli şəxs olmaması, buna görə də CM-in 311-ci maddəsinin subyekti ola bilməməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, CM-in 311-ci maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Rüşvət vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə törədilən əməllərin (hərəkət və ya hərəkətsizliyin) müqabilində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Apellyasiya məhkəmə kollegiyası qərarında CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində olan “vəzifəli şəxs” anlayışına istinad etməklə X15 hərəkətlərini hüquqi əhəmiyyət kəsb edən hərəkətlər kimi xarakterizə etməmiş, xüsusi ilə də həkim-cərrah peşə fəaliyyəti ilə əlaqədar olan hərəkətləri yalnız həkim-xəstə münasibətlərinin yaranması kimi qəbul edərək, belə münasibətlərin hüquqi xarakterə malik olmaması, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlmədiyi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əsas insan hüquqlarından biri kimi hər kəsin sağlamlığının qorunması hüququ çıxış edir. Belə ki, Konstitusiyanın 41-ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Sosial-iqtisadi hüquqların (o cümlədən sağlamlığın qorunması hüququnun) xüsusiyyəti ondan ibarətdir ki, onların həyata keçirilməsi üçün dövlətin konkret vəzifələri normativ qaydada müəyyən edilməlidir. Çünki əgər onların həyata keçirilməsi dövlət səviyyəsində təmin olunmursa, bu halda mülki və siyasi hüquqlar da heç bir əhəmiyyət kəsb etməyən formal kateqoriyaya çevrilir. Ona görə də, sağlamlığın qorunmasına olan konstitusion hüquq dövlətin sosial siyasəti üçün oriyentirlər müəyyən edir. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 1-ci maddəsində təsbit olunan əhalinin sağlamlığının qorunmasının əsas prinsipi kimi əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyətini müəyyən edir. “Sağlamlığın qorunması hüququ” anlayışı “tibbi yardım almaq hüququ” anlayışı ilə sıx surətdə bağlıdır. Eyni zamanada vətəndaşların sağlamlığının qorunması hüququ məzmunca kompleks xarakter daşımaqla, özündə tibbi-sosial yardımın hamı üçün mümkünlüyünü, insana əlçatan tibbi yardımın göstərilməsini, hər zaman cəmiyyətin və dövlətin qarşısında dayanan ən aktual məsələlərdən biri olaraq zəruri tibbi yardımın pulsuz olmasını və dövlət tibb müəssisələrində pulsuz tibbi xidməti göstərilməsini də ehtiva edir. Tibbi yardım göstərmənin həm tibbi, həm də hüquqi aspektləri vardır. Belə ki, insan və vətəndaşların hüquqlarının əsassız və qanunsuz şəkildə məhdudlaşdırılması və pozulması dövlətin və cəmiyyətin proqressiv inkişafını ləngidən faktor kimi çıxış edir və məsuliyyətə səbəb olur. Sağlamlığın qorunması hüququ da vətəndaşların konstitusion hüququ olmaqla heç bir halda məhdudlaşdırılmayan bir hüquqdur. Həkim xəstənin tibbi yardım almaq hüququnu reallaşdırır və onun tərəfindən pasiyentin hüquqlarının qanunsuz şəkildə məhdudlaşdırılması və pozulması da hüquqi məsuliyyətə səbəb olur. Faktiki olaraq həkimin tibbi yardım göstərilməsi sahəsindəki xidməti dövlətin vətəndaşlara göstərdiyi xidmətin (ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətin) bir sahəsi olmaqla qeyd edildiyi kimi tibbi yardım almaq hüququnu realaşdırılması, yəni hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən hərəkətlərdən ibarət olmaqla bu xidmətin (tibbi xidmətin) icrası dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edir. Şəxsin vəzifəli şəxs hesab edilməsinin spesifik xüsusiyyətlərindən biri də funksiyalarda hüquqi əhəmiyyətə malik olan qərarların qəbulu üzrə sırf peşə vəzifələrinin birləşməsi ilə xarakterizə olunan fəalliyyətin (tibbi yardım göstərmək, dərs demək və s.) mümkünlüyüdür. Hazırkı işə gəldikdə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-cı maddəsinə əsasən publik hüquqi şəxs-dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Dövlət adından yaradılmış qeyri-kommersiya təşkilatı olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 fəaliyyəti hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasını özündə ehtiva edən vətəndaşlara tibbi yardım almaq hüququnu reallaşdırılması sahəsində xidmət göstərir. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 inzibati-təşkilati fəaliyyətinin, o cümlədən idarə olunmasının “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 Nizamaməsi ilə, xəstəxana əməkdaşlarının, o cümlədən həkim-ümumi cərrah vəzifəsində işləyən şəxslərin tibbi xidməti fəaliyətinin isə Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı” ilə həyata keçirilir. “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən həkim cərrahın ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibbi heyətinin işinə nəzarət etmək, sərəncamlar vermək və onların rəhbərliyə həvəsləndirmək və tənbeh etmək üzrə təkliflər vermək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən etmək, zəruri müalicəni təyin etmək və s. bir sıra vəzifə öhdəlikləri bilavasitə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərilməsi (yəni vətəndaşın tibbi yardım almaq hüququnun təmin edilməsi sahəsində xidmət göstərilməsi) öhdəliyi ilə əlaqədardır. İşdə olan, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 23 sentyabr 2021-ci il tarixli, 597 №-li arayışla müəyyən olunur ki, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X24 vətəndaşların cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələr tam ödənişsiz həyata keçirilir. Qeyd edilənlərə əsaslanmaqla müəyyən olunur ki, dövlət adından yaradılmış qeyri-kommersiya təşkilatı olan “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X29 tibbi xidmət üzrə fəaliyyəti cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadə dövlət qulluqçusu olmaqla dövlət tərəfindən vətəndaşlara pulsuz tibbi xidmətin (cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələrin tam ödənişsiz olmaqla) həyata keçirilməsi vəzifələrinin (tibbi yardım xidmətlərinin) icrası tapşırılmış (müvafiq qanun, təlimat və əmrə əsaslanaraq) səlahiyyətli şəxs olmaqla onun vətəndaşalara qarşı həkim-cərrah kimi tibbi xidməti fəaliyyəti dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edən (hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən) hərəkətlərdən ibarətdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya məhkəmə kollegiyası hesab edir ki, dövlət tərəfindən səhiyyə sahəsində vətəndaşlara pulsuz tibbi xidmətin həyata keçirilməsi vəzifələrinin, o cümlədən dövlət tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı olan Füzuli RMX PHŞ-i vasitəsilə vətəndaşlara birbaşa tam ödənişsiz olmaqla göstərilən tibbi xidmətin həyata keçirilməsi vəzifəsinin icrası tapşırılmış həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadə dövlət qulluqçusu olmaqla vəzifəli şəxs kimi qulluq mənafeyinə zidd olaraq etdiyi hərəkətlər, yəni vətəndaşların üzərində cərrahiyyə əməliyyatlarının icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan müəyyən məbləğlərlə pulun alınması hərəkətləri rüşvə alma kimi qiymətləndirilməlidir. Dövlət ittihamçısı apellyasiya protestində həmçinin təqsirləndirilən şəxs X15 barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəanın hökmdən xaric olunmasını, ona təqsirli bilindiyi CM-nin 311.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamsısının bununla bağlı dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı dövlət ittihamçısının dəlilləri əsassız olduğundan bu hissədə apellyasiya protesti təmin edilməməlidir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxs Azad Hüseynzadənin 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı və fəxri fərmanlarla təltif olunması, məcburi köçkün olması, habelə onun ailə üzvlərinin və yaxın qohumların da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müsbət xidmətlər göstərmələri, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşlı şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğu) və işin faktiki hallarından irəli gələn xüsusatları müstəsna hallar kimi qəbul edib, təqsirləndirilən şəxs Azad Hüseynzadənin barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona təqsirli bilindiyi CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddənin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməməli, dövlət ittiihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs X22 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Azad Hüseynzadə CM-in 311.3.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq etməklə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli,cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.1, 401, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs A.Ə.Hüseynzadə və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(099)-03/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən X15 27 yanvar 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 10 (on) gün ona CM-in 311.3.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X22 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun, X15 barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. X22 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs X13 şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-285/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-285/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver