Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-288/2024 01.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər – Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(099)-680/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(099)-680/2023 nömrəli hökmü (hakimlər: X3 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə) ilə xx xxxx 1994-cü il tarixdə Xızı rayonu, Tıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Leninkənd kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara yolunun 141-ci kilometrliyini müəyyənləşdirən «141» yol nişanının altında gizlədilmiş külli miqdarda, yəni 440,0 qram narkotik vasitə heroini və külli miqdarda, yəni 460,0 qram psixotrop maddə metamfetamini əldə etmək məqsədilə 07 may 2023-cü il tarixdə saat 12:00 radələrində cinayət barədə xəbərsiz olan tanışı Şahid3 ilə birlikdə həmin yerə gələrək qeyd edilən narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb əlində gəzdirdiyi boz rəngli gödəkçənin içərisinə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2023-cü il tarixdə saat 12:10 radələrində Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əlində gəzdirdiyi gödəkçənin içərisində olan bir ədəd şəffaf rəngli sellofan bağlamadan külli miqdarda 440,0 qram narkotik vasitə heroin və külli miqdarda, 460,0 qram psixotrop maddə metamfetamin iki ədəd ayrı-ayrı bükümlərdə olmaqla aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-680/2023 saylı və 06 dekabr 2023-cü il tarixli hökmünü dəyişdirərək, Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif etməklə ona həmin maddənin sanskiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, “Turist-5” kafesinin qarşısından götürdüyü külli miqdarda 440,0 qram narkotik vasitə heroin və külli miqdarda, 460,0 qram psixotrop maddə metamfetamin həmin əraziyə kim tərəfindən buraxıldğını və kimə təhvil verilməli olan şəxslərin işfa edilərək, tutulub məsuliyyətə cəlb olunmaları təklif etsə də Təqsirləndirilən şəxs cinayəti başa çatdırmaqdan könüllü imtinası kimi qiymətləndirilən bu hərəkətinə heç bir hüquqi qiymət verilməmişdir. Bundan əlavə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun “WA Buiness” proqramına baxış keçirilmiş, adı Araz kimi yazılmış şəxslə 30 aprel 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək müxtəlif vaxtlarda qarşılıqlı olaraq səs yazılarını və sms-lərə baxış keçirilmiş və həmin yazışmalara qiymət verilmiş, lakin, Təqsirləndirilən şəxs 30 apreldən əvvəlki yazışmalarında həmin şəxsin qeyd edilən cinayət əməlini icra etməsi üçün çoxsaylı təkid və təkliflərindən imtina etməsinə heç bir hüquqi qiymət verilməmişdir. Belə ki, həmin faktı anası X4 da şahid qismində məhkəmə kollegiyasının önündə təsdiq edə bilər ki, Təqsirləndirilən şəxs tutulduğu zaman əməliyyat qrupunda iştirak etmiş əməliyyat müvəkkillərindən birinə yaxınlaşaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasının səbəbini soruşmuş, cavabında isə oğlunun külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama cinayət əməlinə görə saxlanıldığını, lakin, Zamin həmin vaxt əməliyyat qrupuna, həmin narkotik vasitənin kim tərəfindən həmin əraziyə buraxan və kimə çatdırılmalı olan şəxslərin tutulub ifşa edilərək, məsiliyyətə cəlb edilməsini təklif etmiş, lakin, əməliyyat qrupu tərəfindən onun bu təklifinə heç bir münasibət bildirilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi ifadələrində “Turist-5” kafesinin qarşısından götürdüyü külli miqdarda 440,0 qram narkotik vasitə heroin və külli miqdarda, 460,0 qram psixotrop maddə metamfetamin həmin əraziyə kim tərəfindən buraxıldğı və kimə təhvil verilməli olduğu şəxslərin işfa edilərək, tutulub məsuliyyətə cəlb olunmalarını təklif etsə də Təqsirləndirilən şəxs cinayəti başa çatdırmaqdan könüllü imtinası kimi qiymətləndirilən bu hərəkətinə heç bir hüququi qiymət verilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə satış məqsədi ilə külli miqdarda psixotrop maddələrin daşıması, saxlaması və satması cinayətlərini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin, qeyd olunan ittihamla bağlı həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi işin faktiki hallarına, verilmiş ifadələrə düzgün hüquqi qiymət vermədən, sübutların tədqiqi barədə Cinayət Prosessual Məcəlləsinin tələblərini pozmaqla, yəni sübutlar əsas vermədiyi halda Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişlər. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs hərəkətlərinin bir qrup şəxslə birlikdə satış məqsədi ilə külli miqdarda psixotrop maddələrin daşıması, saxlaması və satması cinayətlərini törədilməsində iştirak etmə kimi də qiymətləndirilməsi üçün əsas vermir. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasında bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi, cinayətkar qrupun digər üzvləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan razılaşmaya əsasən narkotik vasitəni daşıması, saxlaması və satması hər hansı sübutla öz təsdiqini tapmır. Belə olan halda, Təqsirləndirilən şəxs narkotik vasitələrin daşıması, saxlaması və satması cinayətinin icraçısına hər hansı şəkildə kömək etməsi və bələliklə həmin cinayətdə iştirak etməsi haqqında nəticəyə gəlmək mümkün deyildir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023cü il tarixli hökmünü ədalətsiz, qanunsuz və əsassız hesab edilməklə, dəyişdirilib Təqsirləndirilən şəxs əsassız olaraq məsuliyyətə cəlb edilməyini nəzərə alaraq əməlinin düzgün tövsif edilməklə, cinayət işinin bəraətverici əsaslarla icraatının xitam olunaraq barəsindəki qətimkan tədbirinin ləğv olunmasını, onun dərhal həbsdən azad olunmasını, cinayət nəticəsində əsassız həbsdə saxlanılması ilə əlaqədar dəyən maddi, mənəvi ziyanın və kompensasiyanın ödənilməsi barədə qərar qəbul edəsiniz. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, saxta dindirmələrlə bütün təqsirlər avtomatik olaraq Təqsirləndirilən şəxs üzərinə qoyulmuşdur. Halbuki məhkəmədə sübutlarla, işin faktiki halları ilə bunun tam əksi sübut olunur. Yəni onun əməlində heç bir təqsirin olmaması tam sübuta yetirilir və ya ona istinad edilən əməl düzgün tövsüf olunmamışdır. Olsa-olsa ağır cinayət barəsində bilib xəbər verməmə ola bilərdi və ya Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibi ola bilərdi, lakin bu da alınmır belə ki, o həmin dələduzluğu ağır cinayət törətməkdə şübhəli bilinən və barəsində ibtidai istintaq tərəfindən hazırki cinayət işindən xx.xx.2023-cü il tarixdə fakta görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış İİR-nin vətəndaşı “Məhəmməd” adlı şəxsə qarşı törətdiyi üçün və sonuncunun şəxsiyyətini və sairə müəyyən etmək mümkün olmadığı üçün və zərərçəkmiş hesab olunmadığı üçün bu maddə üzrə də cinayət məsuliyyətinə cəlb etmək alınmır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs həbs olunmasını ədalətsiz, qanunsuz və əsassız hesab etməklə aşağıda göstərilənlərə əsasən, dəyişdirilib, əsassız olaraq məsuliyyətə cəlb olunmuş Təqsirləndirilən şəxs cinayət işinin hissəvi xitam olunaraq barəsindəki qətimkan tədbiri ləğv olunmaqla dərhal həbsdən azad olunmaqla, cinayət nəticəsində əsassız həbsdə saxlanılmaqla əlaqədar dəyən maddi, mənəvi ziyanın və kompensasiyanın ödənilməsini məqsədəmüvafiq hesab edirik. Belə ki, 07 may 2023-cü il tarixdə ümumiyyətlə ittiham aktında göstərildiyi kimi təxminən 12 radələrində Biləsuvar rayonunda olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, halbuki onun heç vaxt narkotik vasitələrin satışı və sairə əlaqədar məqsədi və niyyəti olmamışdır və sadəcə olaraq özünün anadangəlmə ağır pataloji epilepsiya ağır kəllə beyin travmasından yaranan ağrılara qarşı istifadə etmək məqsədilə özü üçün əldə etmiş narkotiki ona qarşı istifadə etmişlər. Əvvəla Təqsirləndirilən şəxs özünü iranlı kimi təqdim edən şəxsi lap əvvəlcədən aldatmaq niyyəti olmuşdur və öz ünvanını Sumqayıt şəhəri əvəzinə Bakı şəhəri, Əhmədli qəsəbəsində yaşamasını bildirmişdir. (həmin şəxsin iranlı olması çox şübhəlidir çünki onun ləhcəsi Biləsuvar rayon Polis şöbəsinin əməkdaşının səsinə çox oxşadığı üçün hesab edilir ki, iş üzrə məhkəmə fonoskopik ekspertizası təşkil edilməlidir. Həmin şəxs tez-tez “Ağsaqqal” sözünü işlədərək ağsaqqalın toyda olmasını və sairə bildirmiş və məhz həmin günü Təqsirləndirilən şəxs artıq polis tərəfindən tutulduqdan sonra şöbədə polislərdən eşitmişdir ki, bugün polis əməkdaşlarından hansınınsa toyudur və rəis - “ağsaqqal” orada iştirak edəcəklər. Bu qədər təsadüflərin olması inandırıcı deyil.) Ona görə də 3 kq narkotik əvəzinə razılaşmayıb, az miqdarda yəni 1 kq-a qədər razılaşaraq onu aldatmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Ona görə də həmin əraziyə qonşusu Muradla gedərək ona heç nə bildirmədən sadəcə olaraq fikrində tutub ki, iranlıya atacağı puldan ona da yol yoldaşı olduğu və bütün gün onunla vaxtını sərf etdiyi üçün 10-20 manat çörək pulu verəcəkdir. Əslində isə onun əməlində baxmayaraq həmin hadisəni törədən şəxsdir Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə tədbir görülməli idi. Hesab edilir ki, cinayət işi yarımçıq və aradan qaldırılması mümkün olmayan qüsur və çatışmazlıqlarla dolu olduğu üçün həmin cinayət işi Azərbaycan Respublkası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsüf edlməlidir. Hadisə anında orada şahidlər olmalarına baxmayaraq heç biri ətraflı dindirilməmişlər. İşin aparılması keyfiyyətsiz olmuşdur. Bundan başqa aşağıdakılar araşdırılmamışdır. Belə ki, qeyd edilən qaranlıq və şübhəli məqamlar aşağıdakılardır: Hadisə törədən şəxslərin arasında nə kimi münasibətlər olmuşdur təyin edilməyib. Hadisəni törədən şəxslərin hansı əməllərinə görə həbs olunması və ya azadlıqda qalması (belə ki, maddi sübutları gizlədə, mümkün şahidləri və ya məlumatlı şəxsləri öyrədə və istintaqı yanlış istiqamətə yönəldə bilər) əsaslandırılmayıb. Şəxslərin təhrikçi hərəkətləri və barəsində olan şikayətlər və vətəndaşları şərləməsi barədə materiallar əldə edilməmişdir. Təqsirləndirilən şəxs barəsində kompleks məhkəmə-psixiatrik ekspertizası keçirilməsi təmin edilməlidir. Belə ki, keçirilmiş ekspertizalar formal keçirilmiş, o baxmayaraq ki, ruhi əsəb şöbəsində Sumqayıt Bərpa xəstəxanasında 14 gün stasionar müalicədə olmuşdur, ətraflı yoxlanılmamış və stasionarda müşahidə altında saxlanılmamış, düzgün və obyektiv rəy alınmamışdır. İş üzrə məhkəmə-fonoskopik ekspertizası təşkil edilməlidir. Hesab edilir ki, müstəntiq iş üzrə olan bütün istintaq fərziyyələrini yoxlamalı idi. Lakin istintaqçı lap əvvəldən onun əsassız olaraq günahkar olduğunu zənn edib bütün təqsirləri onun boynuna qoymasımı qarşısına məqsəd qoymuşdur. Bu da bir daha onu sübut edir ki, istintaqçı lap əvvəldən heç də cinayət işi üzrə hərtərəfli, obyektiv və tam istintaq aparmaq fikrində olmamış, yalnız nəyin bahasına olursa-olsun Təqsirləndirilən şəxs həbs olunmasına çalışmışdır. Beləliklə də, onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Həmin cinayət işi üzrə ibtidai istintaq lap əvvəldən birtətəfli, qərəzli, bütün istintaq və prosessual qanunvericiliyinin ciddi pozuntuları şəraitində aparılmışdır. Saxta dindirmələrlə bütün təqsirlər avtomatik olaraq onun üzərinə qoyulmuşdur. Halbuki, işin faktiki halları ilə bunun tam əksi sübut olunur. Yəni onun əməlində heç bir təqsirin olmaması məhkəmə baxışında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həbsi ilə əlaqədar ailə normal ailə dolanışığından məhrum olmuş və qanunsuz olaraq həbsdə saxlanılmaqla, hadisə nəticəsində ailəsi ilə ünsiyyət və tək xəstə anasını dolandırmaq, ailəyə qazanc gətirməməklə nəticədə ailənin məhrumiyyətlərə düçar olması və neçə müddət həbsdə qalmış və 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə qalacaqdır ki, bundan böyük mənəvi sarsıntılar ola bilməz, hüquqi yardımla əlaqədar son 2 il ərzində vəkilə ödənilmiş və gələcəkdə ehtiyac olacağı təqdirdə Avropa məhkəməsinə və sairə instansiyalara müraciətlərlə əlaqədar çəkiləcək vəkil və sairə xərcləri də hesablasaq onlara külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, himayəsində olan, xəstəlikdən əziyyət çəkən atasının ürək çatışmamazlığından dünyasını dəyişməsini, ailəsinin yeganə övladının olmasını, birinci məhkumluğunun olmasını nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı X6 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 oğlu müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, şikayətlərin dəlillərinə uyğun çıxış etmiş etmiş və Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmünün ləğv etməklə, barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını və ya onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif etməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə baxışına qoşulan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətlərini müdafiə edib müdafiəçisi Müdafiəçi3 cıxışı ilə razı olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilərək barəsində ədalətli qərar qəbul edilməsini çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olubolmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəmə baxışı zamanı etirafedici ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, xx.xx.2023-cü il tarixli 19/525 №-li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi, ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 715 nömrəli rəyi ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1303 №-li rəyi, materiallarında olan əlavə ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1974 №-li rəyi olan 07 may 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokolu, “Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolu, 15 iyul 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolu, iş materiallarına olan, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan: 07 may 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Laçın rayonu Leninkənd kəndində qeydiyyatda olan, lakin Sumqayıt şəhəri, X12 massivində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsində şübhəli olması barədə Biləsuvar RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. 07 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuşdur. 07 may 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlindəki gödəkçənin altından şəffaf rəngli bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbada narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli torba açılıb baxılmış və içərisində iki ədəd bağlama olması müəyyən edilmişdir. Birinci bağlama açılıb baxıldıqda içərisində kristalşəkilli formada olan psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə 480 qram olması müəyyənləşdirilmişdir. İkinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, həmin heroin elektron tərəzidə çəkildikdə 465 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin ayrı-ayrı zərflərdə qoyularaq qablaşdırılmışdır. 15 iyul 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ələt-Astara yolunun 102-ci kilometrliyini müəyyən edən yol nişanının yanına gələrək 07 may 2023-cü il tarixdə saat 12 radələrində içərisində narkotik vasitə və psixotrop maddə olan sellofan torbanı həmin yol nişanının yanından götürməsini bildirmişdir. Həmin yol nişanına Biləsuvar rayonundan Bakı şəhəri istiqamətində baxdıqda yol nişanının digər tərəfində yolun 141-ci kilometrliyini müəyyən edən “141” yazısının olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 19/525 №-li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf » sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 440,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf.....» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 460,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Heroinin təmiz çəkisi 440,0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 439,9 qram- Metamfetaminin təmiz çəkisi 460,0 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 459,9 qram. Ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1303 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, ondan xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş, onun psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Əlavə ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1974 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Xızı RMX tərəfindən təqdim edilmiş yoxlanılan şəxsə aid tibbi arayışda göstərilən xəstəliklər nevroloji patologiyaya aiddir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon «Samsung Galaxy J-3 » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi vardır. Telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən adı Araz kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********30 sanyı mobil nömrənin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WA Buiness” proqramına baxış keçirilən zaman adı Araz kimi yazılmış şəxslə 30 aprel 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək müxtəlif vaxtlarda qarşılıqlı olaraq aşağıdakı səs yazılarını və sms-ləri göndərmələri müəyyənləşdirilmişdir: Araz ---salam sms-nin göndərmişdir. Təqsirləndirilən şəxs--- aleykum salam, nə var nə yox, necəsən səs yazısını göndərmişdir. görə məcburi müalicəyə ehtiyacı yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. -Araz---şükür sən necəsən, neynirsən, burada olanda yaz, danışasq sənlə səs yazısını göndərmişdir. işdəyəm qardaşım, səs atarsan danışarıq səs yazısını göndərmişdir. Araz ---- qardaş hər vaxtın xeyir, işdən çıxanda xəbər et, get evə arxayınlıq olsun, axşam mənə zəng elə, sənlə balaca bir işim vardır, onun danışaq olar mənim qardaşım, belə bir səslə həll olan söhbət deyil, sənlə danışmalıyam, canlı təcili məsələdir, mühüm məsələdir, səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs yaxşı qardaş gedim evə zəng edərəm səs yazısını göndərmişdir. -Araz---hə mənim gözəl qardaşım, səninlə qabaq da danışırdım, bilmirəm qabaq da danışırdım, ya Əhmədlidə bir qardaş var idi onla danışırdım, ona da təklif eləmişdim, ama nə bilim dedi problemin çıxdı, başdıyıb iş görə bilmədi mənlə səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs elə mənlə danışdırdım sms-ni hə qardaşım elə mənə danışmısan, gör nə deyirəm, mən sən dediyin söhbətə bu gün sabah yox, hardasa 2-3 günə, yəni bu həftə maşını götürüm belə işləyirəm, səhər işə gedib axşam çıxıram, maşınsızam, ona görə çətindi, ondan sonra sənin dediyin iş dəqiqdisə məni yalançı çıxarmayacansa, pis çıxarmayacansa gedib orada avara qalamayacam sa hə, qardaş zəng vura bilsən, lap görüntülü zəng vura bilsən danışaq səs yazısını göndərmişdir. -Araz ---hansı işi deyirsən, mənim qardaşım, bir dənə dəqiq denən , o yüz manat deyirdin vur o işi deyirsən, abi mən ada günündəyəm, çıxım çölə zəng vurum danışaq dəqiq səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs---yox yox, kuryer söhbətini deyirəm, kuryer səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs---xx.xx.2023-cü il tarixdə saat 08:52 dəqiqədə sabahın xeyir qardaş, mənim vaççapımda nəsə problem var, nədi ona görədi mesaj yaza bilmirəm səs yazısını göndərmişdir. -Araz başqa nömrə var ona yazım sms-ni, mənlə əlaqə saxla abi səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs--- hə o, biri sim nömrəmə yaz, ona yazanda pramoy gəlir mesaj səs yazısını göndərmişdir. Birinci instansiya məhkəməsi zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan bir neçə ay əvvəl İrana məxsus mobil nömrədən votsapına zəng gəlmiş, həmin şəxslə tanış olaraq adının Məhəmməd olduğunu bilmişdir. Söhbət əsnasında Məhəmməd ona Biləsuvar rayonunun ərazisindən narkotiki götürüb Bakı şəhərinə aparmağı təklif etmiş, onunla razılaşmamışdır. Bundan sonra 2023cü ilin may ayının 4-də Məhəmməd yenə də onunla başqa nömrə ilə votsapla əlaqəyə çıxmış, Məhəmməd ona Biləsuvar rayonu ərazisində gizlədilmiş 1 kq narkotik vasitəni Bakı şəhərinə aparmaq lazım olduğu və bunun müqabilində ona 1.000 manat pul verəcəyini, pulu kartına göndərəcəyini demişdir. Borcları olduğu üçün Məhəmmədlə razılaşaraq ona yalnız bazar günü narkotikin dalınca gedə biləcəyini demişdir. 06 may 2023-cü il tarixdə axşam vaxtlarında Sumqayıt şəhərində yaşadığı dostu Muradla görüşən zaman sonuncuya tanışından 1000 manat borc almaq üçün onunla Biləsuvar rayonuna gedib qayıtmaq lazım olduğunu demiş, Murad da onunla razılaşmışdır. 7 may 2023-cü il tarixdə saat 7 radələrində tanımadığı taksiyə minib Biləsuvar rayonu istiqamətinə yola düşmüşlər. Yolda Məhəmmədlə yazışmış, Məhəmməd ondan olduğu yerin fotoşəklini istəyərək bundan sonra narkotikin olan yerinin fotoşəklini ona göndərəcəyini demişdir. Saat 11 radələrində “Biləsuvar” sözü yazılmış lövhənin yanında Muradla birlikdə taksidən düşmüşlər. Həmin taksiyə 16 manat vermiş və o, çıxıb getmişdir. Murada demişdir ki, oradan başqa maşına minəcəklər. Düşdükləri yerdə bir neçə dəqiqə gözlədikdən sonra Məhəmməd votsapla ona narkotik olan bağlamanan “Turist -5” kafesinin yaxınlığındakı “102” yol nişanının altında gizlədilməsi haqqında fotoşəkil göndərmişdir. Murad onların söhbətini eşitməmiş və narkotik dalınca gəlmələrini bilməmişdir. Muradla birlikdə başqa yol maşınına əyləşib “Turist 5 ” kafesinin yaxınlığında düşmüşlər, Murada kafenin qarşısında gözləməsini, özünün isə yaxınlıqda olan dostundan 1000 manat borc pul alıb qayıdacağını demişdir. Murad “Turist 5” kafesinin qarşısında ona gözləmiş, özü kafedən bir qədər uzaqlaşıb yolun digər tərəfinə keçib “102” yol nişanının altında gizlədilmiş bir ədəd ağ rəngli bağlamanı götürüb əlindəki gödəkçəsinin altına gizlədib kafenin qarşısına Muradın yanına qayıtmış, bu barədə Murada heçnə deməmişdir. Kafenin qarşısında maşınların biri ilə Bakı şəhərinə qayıtmaq istəyərkən polis əməkdaşları tərəfindən Muradla birlikdə saxlanılıb Biləsuvar RPŞ-yə aparılmışlar. Vəkilin iştirakı ilə videoçəkilişlə axtarış keçirilərkən əlindəki olan ağ rəngli bağlamanı təqdim edərək içərisində narkotik vasitə oldluğunu etiraf etmişdir. Baxış keçirilərkən bağlamanın içərisində 2 ədəd şəffaf rəngli sellofan bağlamalar aşkar edilmiş, bağlamanın birində 480 qram metamfetamin, digərində isə 465 qram heroinin olması müəyyən olunmuşdur. Üzərində olan mobil telefon da götürülmüşdür. Birinci instansiya məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 07 may 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Ələt- Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist- 5” kafesi istiqamətində hərəkətdə olan zaman nəzarətə götürülmüş, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs “Turist-5” kafesinin yaxınlığında başqa bir şəxslə söhbət edərkən yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar. Təqsirləndirilən şəxs və onun yanında olan adını sonradan bildiyi Şahid3 rayon polisi şöbəsinə aparılmışlar. Vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, o, sağ əlindəki gödəkçənin altından şəffaf rəngli bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbada narkotiklərin olmasını etiraf etmişdir. Baxış zamanı birinci bağlamada 480 qram metamfetamin, digər bağlamada isə 465 qram heroinin olması müəyyən olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Birinci instansiya məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən həmin narkotik vasitə və psixotrop maddə olan bağlamanı Məhəmməd adında iranlının qoyduğu yerdən götürmüş, onun tapşırığı ilə də Bakı şəhərinə aparmalı idi. Birinci instansiya məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nın əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs müdafiəçilərinin apellyasiya şikayətində narkotik vasitələrin satışı ilə məşğul olmaması, bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, cinayətkar qrupun digər üzvləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməməsi, razılaşmaya əsasən narkotik vasitəni daşıması, saxlaması və satması hər hansı sübutla öz təsdiqini tapmaması barədə dəlilləri yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində tədqiq olunmaqla araşdırılmış sübutlarla tam təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahid ifadələri və digər mötəbər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, gördüyü işin müqabilində 1.000 manat alacağı barədə əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələt-Astara yolunun 141-ci kilometrliyini müəyyənləşdirən «141» yol nişanının altında gizlədilmiş külli miqdarda, yəni 440,0 qram narkotik vasitə heroini və külli miqdarda, yəni 460,0 qram psixotrop maddə metamfetamini əldə etmək məqsədilə 07 may 2023-cü il tarixdə saat 12:00 radələrində həmin yerə gələrək qeyd edilən narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb əlində gəzdirdiyi boz rəngli gödəkçənin içərisinə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri onun və qabaqcadan əlbir olduğu digər şəxslər tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə kollegiyası onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin olunmuş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə bir daha istinad etməyi əsaslı hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar, habelə cinayətin predmeti olan narkotik vasitənin külli miqdarda olması və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-1ci maddəsinə tövsif olunması, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin adı çəkilən hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-680/2023 saylı, 6 dekabr 2023-cü il tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-288/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-288/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver