Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-289/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu, Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 X14 prokuroru X11, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.2.1, 221.3 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 1(099)-345/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 1(099)-345/2023 saylı hökmü ilə (sədrlik edən hakim Oruc Cəlilov), xx xxxxxx 1987-ci ildə Yardımlı rayonunun Arus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.2.1, 221.3 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu qaydasında 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.2.1, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 azyaşlı qızı Mədinə Əsədliyə 900 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 27 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən X8 Masallı filialının həyətində Zərərçəkmiş şəxs1 350 manat pulunu və həmin tarixdə, saat 18 radələrində Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən "Köhnə bazar” adlanan ərazidə 550 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Masallı rayonunun Şərəfə kənd sakini Zərərçəkmiş şəxs2 arvadı X2 2500 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 04 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində Masallı şəhəri, Xətai küçəsində yerləşən avtomobil təmiri sexində Zərərçəkmiş şəxs2 2500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 20 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Masallı Rayon Mərkəzi X9 Yardım Xidmətinin qəbul şöbəsinə əlinin kəsilməsi ilə əlaqədar müraciət etdikdən sonra xəstəxanada tibb işçisinin ona düzgün iynə vurmadığını bəhanə edərək hər hansı bir əsaslı səbəblər olmadan orada olan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək həmin şöbədə tibb qardaşı işləyən Zərərçəkmiş şəxs3 üzərinə hücum edib zor tətbiq etməklə yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sol almacıq, sol alın, sol paraorbital və sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra qərəzli hərəkətlərinin davamını xəstəxananın terapiya şöbəsində davam etdirərək həmin şöbənin inzibati binasında giriş qapısının şüşəsini sındırıb 90 (doxsan) manat məbləğində maddi ziyan vuraraq 45 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 25 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən Turist-2 restoranında spirtli içki qəbul etdikdən sonra restoranda olan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək hər hansı bir əsaslı səbəb olmadan restoranda xidmətçi işləyən Zərərçəkmiş şəxs4 üzərinə hücum edib əlində olan içki qədəhindən silah qismində istifadə edərək zor tətbiq etməklə sonuncunun baş və dirsək nahiyələrinə qəsdən iki dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs4 başın ənsə nahiyəsinin sıyrığı və sağ dirsək oynağı nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirmiş, restoranın sahibi Zərərçəkmiş şəxs5 məxsus 1 dəst musiqi avadanlıqlarını, 1 ədəd reklam lövhəsini, 1 ədəd güzgünü zədələməklə, 1 ədəd lampanı, 1 ədəd 140 sm diaqanallı LSD plazma televizoru, 1 ədəd divanı, 4 ədəd dəmir stulu isə məhv etməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vuraraq 30 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan əlavə, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-7,613 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb, daşımış və daxil olmuş məlumat əsasında 06 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın sol arxa cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda 4,387 qram, 1,096 qram, 1,071 qram və 1,059 qram olmaqla cəmi, külli miqdarda-7,613 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı yuxarıda göstərilən qaydada həll etmiş, istintaq orqanı tərəfindən Ruslan Abıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəi ilə istinad edilmiş əməlin tövsüfüni həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinə dəyişdirilmiş, ona cinayətlərin məcmusu üzrə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.2.1, 221.3-cü maddələri ilə qismən təqsirli bilsə də 234.1-1-ci maddə ilə təqsirli bilmir. Onun himayəsində biri “Hemofiliya” xəstəsi olmaqla 3 azyaşlı uşağı vardır. O İİ qrup əlildir. O prezdentin sərəncamına əsasən Suqovşanın alınmasına, Kəlbəcərin alınmasına görə Cəsarətli döyüşçü və İgdliyə görə medalları ilə təltif olunmuşdur. Onun işinin yenidən araşdırılmasını və ona ədalətli cəza təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı məhkəmə iclasındakı çıxışında Təqsirləndirilən şəxs əməllərinin düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas olmamasını göstərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini, Qarabağ müharibəsi qazisi olmasını, onun şəxsiyyətini, ailə və sağlamlıq vəziyyətini nəzərə alıb ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etmiş, şikayətdə qeyd edilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və məhkəmə iclasında araşdırılmış sübutlar Ruslan Abıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.3 və 234.1-1-cü maddələri ilə təqsirli bilinməsinə əsas verir. Belə ki, birinci instansiya məhkəməsində ifadə verərkən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır.Rəsmi olaraq iş yeri olmamış, müharibə veteranı kimi təqaüd almışdır. O, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla "Cəsur döyüşçü” və "Suqovuşanan azad olanmasına görə” medalları ilə təltif olunmuşdur. Narkotik və psixotrop maddələrdən istifadə etməmiş, həmçinin bu maddələrin satışı ilə məşğul olmamışdır. Müharibə iştirakçısı olduğundan müharibədən sonra onda müəyyən psixi pozuntular, yəni tez əsəbiləşmə və emosional davranış halları əmələ gəlmişdir.Verilmiş ittiham üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, yəni Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, Masallı RMX-da olarkən təsadüfən onunla tanış olmuşdur. Zərərçəkmiş şəxs1 xəstə azyaşlı uşağı üçün xəstəliklə pensiya düzəldilməsi üçün ona müraciət etmiş, o da kömək edəcəyini bildirib bu işlə bağlı 2022-ci ilin sentyabr ayının axırlarında Anardan 900 manat pul almış, sonradan ona kömək edə bilməmiş və aldığı 900 manatı özü üçün xərcləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tanımış, İqrar ondan arvadına xəstəliklə bağlı pensiya düzəltməsini ondan xahiş etmiş, o da Qarabağ qazisi olduğundan kömək edəcəyini bildirmiş və bu işlə bağlı o, 2022-ci ilin oktyabr ayının əvvəllərində İqrardan 2500 manat pul almış, sonradan ona kömək edə bilməmiş və aldığı 2500 manatı özü üçün xərcləmişdir.O, sadəcə olaraq Qarabağ qazisi olduğu üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pensiya düzəltmək işlərində müvafiq idarələrdə sözünün keçməsini bildirib onları inandırıb onlardan pul alıb özü üçün xərcləmişdir. Zərərçəkmiş şəxs3 rayon xəstəxanasının təcili yardım şöbəsinin işçisi kimi tanımışdır.21 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində əlini kəsdiyindən Masallı RMXnın təcili tibbi yardım şöbəsinə müraciət etmiş, həmin vaxtı əsəbi olduğundan xəstəxanada olan tibb işçiləri ilə sözlə mübahisə edib uca səslə danışmış, həmin vaxt onların ünvanına nalayiq ifadələr işlədib söyüş söyməmiş, mübahisə zamanı qəbul şöbəsində olan tibb işçisi Zərərçəkmiş şəxs3 qarşı heç bir fiziki zorakılıq hallarına yol verməmiş, onu yerə yıxıb yumruq və təpiklə vurması, həmçinin xəstəxananın terapiya şöbəsinə gedib giriş qapının şüşəsini təpiklə vurub sındırması yadında deyil. Xəstəxanada nalayiq hərəkətlərə yol verməmiş, orada səs-küy salıb söyüş söyməmiş və əlində bıçağa oxşar hər hansı bir əşya olmamışdır. Təxminən yarım saat xəstəxanada olduqdan sonra oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, Ədiləni Masallı rayonunun Qəriblər kəndinin ərazisində yerləşən Turist-2 restoranında ofisant işləməsini əvvəllər orada olarkən bilmişdir. 25 dekabr 2022-ci il tarixdə, gecə saatlarında o, Turist-2 restoranına gedib gedib pivə sifariş vermiş, sonra "Yaşa Azərbaycan” mahnısının səslənməsi üçün sifariş etmiş, lakin bir oxunandan sonra yarıda mahnı kəsildiyindən, həm də içkili olduğundan əsəbiləşərək restoranda işləyən şəxslərlə mübahisə etmiş, mübahisə zamanı o, əlində olan pivə bakalını ofisant Ədilə adlı qadının başına vurmamış, lakin həmin qadını əli ilə kənara itələmiş, həmçinin orada olan müştərilərə qarşı hörmətsizlik etməmiş, söyüş söyməmiş və restoranda olan əmlakı vurub sındırmamışdır. Həmin vaxtdan sonra bu hadisə ilə bağlı barəsində polisdə araşdırma aparılmasından xəbəri olmamış, qaçıb gizlənməmiş, evində olmuşdur.O, 06 yanvar 2023-cü il tarixdə, axşam saatlarında Masallı şəhərində avtomobilyuma sexində olarkən polis əməkdaşları onu şəhər parkına çağırmış və orada bir qrup polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən üzərində narkotik və ya psixotrop maddələr olmamışdır. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edərək qarşısına qoyulmuş narkotik maddənin üzərinə götürməsini tələb etmiş, o isə bundan imtina etmişdir. Sonra polis əməkdaşları onu döymüş və içərisində narkotik maddə olan bükümləri şalvarının cibinə qoymuş, bundan sonra vəkilin və başqa şəxslərin iştirakı ilə üzərində axtarış aparılmış, axtarış zamanı cibinə qoyulmuş bükümlərdə olan narkotik maddə aşkar edilib götürülmüşdür. Cibinə qoyulmuş bükümlərin içərisində hansı növ narkotik maddənin olmasını bilməmiş, bükümlər açılıb baxılarkən bükümlərdə olan kütlələrin metamfetamin olması məlum olmuşdur.Həmin kütlələrin metamfetamin olmasını özü bilməmiş, orada olan polis əməkdaşları belə demişdir.Üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyil, həmin maddəni cibinə tanımadığı polis əməkdaşı qoymuşdur.O, üzərində aşkar olunmuş metamfetaminlə bağlı heç bir izahat, ifadə verməmiş, bununla bağlı sənədləri də imzalamamışdır. Həmin vaxt o, üzərində aşkar olunmuş metamfetaminə görə onun CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı təqdirdə izahat, ifadə verib sənədlərə imza atacağını bildirmiş, lakin sonradan ona məlum olmuşdur ki, üzərində aşkar olunmuş metamfetaminə görə ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir.Ona görə də o, ibtidai istintaq zamanı üzərində aşkar olunmuş metamfetaminlə bağlı izahat, ifadə verməmiş və sənədləri də imzalamamışdır.O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadıb pensiya düzəldilməsinə kömək edəcəyi adı ilə onlardan pul aldığına görə özünü təqsirli bilir və əməlindən peşmandır.Həmçinin rayon xəstəxanasında olarkən tibb işçisi Zərərçəkmiş şəxs3lə mübahisə etməsi, Turist-2 restoranında olarkən içkili olduğundan orada olan şəxslərlə mübahisə etməsi və ofisiant işləyən qadın Zərərçəkmiş şəxs4 əli ilə itələməsi, həmçinin baş vermiş hadisə nəticəsində restoranın sahibi Zərərçəkmiş şəxs5 maddi ziyan dəyəməsinə görə özünü qismən təqsirli bilir və baş vermiş bu hadisələrə (xuliqanlıq əməllərinə) görə əməlindən peşmandır. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, təsadüfən Masallı RMXda tanış olmuşdur. 2022-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs1 aldadıb guya xəstə azyaşlı uşağı üçün xəstəliklə pensiya düzəldəcəyi adı ilə ondan 900 manat pul almış və həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 pul alarkən məqsədi sonuncunun uşağına pensiya düzəltmək olmamış, aldadıb əldə etdiyi pulu xərcləmək olmuşdur. Masallı rayonun Şərəfə kənd sakini Zərərçəkmiş şəxs2 Masallı şəhərində işlədiyi maşın təmiri sexində tanımış və İqrar hər dəfə ona məxsus avtomobili pulsuz təmir etmiş, həmçinin arvadının pensiyasını düzəltməkdə köməklik etməyi xahiş etmiş, o da kömək edəcəyini bildirmişdir.2022-ci ilin oktyabr ayının əvvəllərində o, Zərərçəkmiş şəxs2 aldadıb arvadına xəstəliklə pensiya düzəldəcəyi adı ilə ondan 2500 manat pul almış və həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. İqrar avtomobili hər dəfə pulsuz təmir etdiyi üçün İqrara arvadının pensiyasını düzəltməkdə köməklik edəcəyini yalandan demiş, həmin vaxtlar heç yerdə işləmədiyindən rahat yolla pul qazanmaq fikrində olmuş, ətrafındakı insanlara özünü guya pensiya düzəltmək işi ilə məşğul olan və Qarabağ qazisi olduğundan sözünün hər yerdə keçən şəxs kimi tanıtmışdır.Əslində isə onun pensiya düzəltmək üçün hər hansı bir səlahiyyəti olmamış, sadəcə olaraq Qarabağ qazisi olmasına görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sözünün pensiya düzəltmək işlərində müvafiq idarələrdə keçməsi barədə yalan sözlər deyərək onları özünə inandırmış və onlardan aldığı pulları özü üçün xərcləmişdir. 21 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində əlini kəsdiyindən Masallı RMX-nın TTYX-nin qəbul şöbəsinə müraciət etmiş, həmin vaxt əsəbi olduğundan xəstəxanada növbətçi həkimlərlə mübahisə edib uca səslə onların ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Mübahisə zamanı qəbul şöbəsində olan əvvəllər tanıdığı, tibb qardaşı Zərərçəkmiş şəxs3 yerə yıxıb yumruq və təpiklə bədəninə zərbələr endirmiş, xatırlamadığı tibb işçiləri onu Nurulladan ayırmışlar. Həmin vaxt qəbul şöbəsinə tanımadığı şəxslər yığışmış və əsəbi soyumadığından oradan çıxıb xəstəxananın terapiya şöbəsinə getmiş və orada səs-küy salaraq söyüşlərini davam etdirib tibb işçilərinin üzərinə cummuş, qapının şüşəsini sındırmış, həmin vaxt əlində yerdən tapdığı bıçağa oxşar əşya olmuş, xəstəxanadan çıxıb gedərkən həmin əşyanı xatırlamadığı yerdə tullamışdır. Xəstəxanada təxminən 45 dəqiqəyə yaxın olduqdan sonra polis əməkdaŞlarının oraya gəlməsini bilib oradan uzaqlaşmışdır. Masallı rayonun Qəriblər kəndi ərazisində yerləşən Turist-2 restoranında əvvəllər bir neçə dəfə müştəri qismində getmişdir. 25 dekabr 2022-ci il tarixdə o, restorana getmiş və 3 bakal pivə iÇdikdən sonra "Yaşa Azərbaycan” mahnısını ofisanta oxutdurmasını sifariş etmiş, lakin mahnının ortasında sifariş etdiyi mahnı kəsildiyindən restoranı dağıtmağa başlamış, orada işləyən ofisant Ədilə adlı qadının başına əlində olan pivə bakalını çırpmış, içkili olduğundan sonradan onun necə sakitləşdirildiyi yadında qalmamışdır. Bütün törətdiyi hadisələrlə bağlı Masallı RPŞ-də barəsində araşdırma getdiyini bilmiş, məsuliyyətdən yayınmaqdan ötrü istifadəsində olan mobil telefonu söndürüb gizlənmişdir. 06 yanvar 2o23-cü il tarixdə polislər tərəfindən tutulduqdan sonra üzərində psixotrop maddə olan metamfetamin aşkar edilməsi faktı ilə bağlı ifadə verməkdən imtina etmiş, istintaq sənədlərinə də məhz ona görə imza etməkdən imtina etmiş və CM-nin 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyi halda ifadə verəcəyini və bütün sənədlərə qol çəkəcəyini, əks halda həmin xüsusatla bağlı danışmayacağını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı protokol tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə və ya başqa bir maddələr olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmuş və içərisində metamfetamin bükümlərini cibinə tanımadığı polis əməkdaşı qoymuşdur. Ona görə də o, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadıb pensiya düzəldilməsinə kömək edəcəyi adı ilə onlardan pul alıb özü üçün xərcləməsi əməlinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin rayon xəstəxanasında olarkən tibb işçisi Zərərçəkmiş şəxs3lə mübahisə etməsi, Turist-2 restoranında olarkən içkili olduğundan orada olan şəxslərlə mübahisə etməsi və ofisiant işləyən qadın Zərərçəkmiş şəxs4 əli ilə itələməsi, həmçinin baş vermiş hadisə nəticəsində restoranın sahibi Zərərçəkmiş şəxs5 maddi ziyan dəyməsinə görə özünü qismən təqsirli bilir və baş vermiş bu hadislərə (xuliqanlıq əməllərinə) görə əməlindən peşmandır. Həmçinin o, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla medallarla təltif olunmasının, müharibədən sonra onda psixi xəstəliyin əmələ gəlməsinin və ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində ifadə verərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Azyaşlı qızı Mədinənin ayağı yandığından qızına xəstəliklə bağlı pensiya düzəltmək istəmiş və bu məqsədlə atası Bəylərlə birlikdə 27 sentyabr 2022-ci il tarixdə qızı Mədinəni həkim komissiyadan keçirmək üçün Masallı rayon xəstəxanasına aparmışdır.Orada olarkən təsadüfən Ruslanla tanış olmuş və Ruslana vəziyyəti izah edib qızına əlilliklə pensiya düzəlmək istədiyini demiş, Ruslan da kömək edəcəyini bildirib komissiyanın üzvləri olan həkimlərin olduğu otağa daxil olub həkimlərə "bu mənim adamımdı” demiş, sonra otaqdan çıxmışdır.Sonra həkim komissiyası qızını müayinə edib növbəti prosedurlardan keçməsini demişlər.Oradan çıxarkən Ruslanın xəstəxananın giriş qapısında onu gözlədiyini görüb ona yaxınlaşıb qızının həkim komissiyasına göstərdiyini, hələ heç bir söz deyilmədiyini demişdir.Sonra Ruslan ona qızı üçün əlilliklə pensiya düzəltdirməsinə köməklik edə biləcəyini bildirib, mobil telefonla kiminləsə danışmış, sonra bu işin düzəlməsi üçün 1500 manat pul lazım olduğunu bildirmişdir.O, Ruslanla razılaşmamış, yalnız 500 manat pul düzəldə biləcəyini demiş, Ruslan təkrar mobil telefonla kiməsə zəng etmiş və 1200 manatdan aşağı heç bir halda düzəldə bilməyəcəyini demişdir.Sonra Ruslan sənədləri göndərmək üçün 1200 manat pulun müəyyən hissəsini verməsini ona demiş, buna görə də o, Ruslanla razılaşmış, tanışlarından 350 manat borc pul alıb həmin gün saat 14 radələrində Masallı Rayon X8 həyətində Ruslanla görüşüb həmin pulu vermiş, həmin vaxt atası Bəylər yanında olmuşdur. Ruslan 350 manat pulu aldıqdan sonra qızının sənədlərini istəmiş o da sənədlərinin həkimdə olduğunu bildirmiş, Ruslan da həmin sənədləri özü həkimdən götürəcəyini deyib ondan ayrılmışdır. Həmin gün Ruslan telefonla ona zəng edib verdiyi pulun az olduğunu, əlavə 650 manat pul da verməsini demiş, o da razılaşmışdır. Sonra o, bir nəfər tanışından 550 manat borc pul alıb həmin gün saat 18 radələrində Masallı şəhərində, "Köhnə bazar” adlanan yerdə Ruslanla görüşüb 550 manat pulu ona vermiş, həmin pulu verərkən atası Bəylər də yanında olmuşdur.Pulu verərkən o, Ruslana qalan 300 manat pulu da pensiya sənədi düzələndən sonra verəcəyini demiş, Ruslan da razılaşmışdır. Həmin vaxtdan sonra xeyli müddət keçməsinə baxmayaraq Ruslan pensiya sənədi hazırlada bilməmiş, müxtəlif bəhanələr gətirərək söhbətdən yayınmışdır. Bundan sonra o, Ruslanın onu aldadıb 900 manat pulunu ələ keçirdiyini başa düşüb pulunu geri istəmiş, lakin Ruslan pulu qaytaracağını desə də, pulunu qaytarmamışdır.Bundan sonra o, Ruslanın hərəkətləri barədə polisə şikayət etmişdir.Hazırki vaxtadək ona vurduğu ziyanı, 900 manat pulu qaytarmadığını görə o, Təqsirləndirilən şəxslə barışmamış, şikayətçi olmaqla ondan (Təqsirləndirilən şəxs) 900 manat pulun qaytarılmasını tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 19 aprel 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və Təqsirləndirilən şəxs 900 manat pulun qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində ifadə verərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımış və aralarında normal münasibətləri olmuşdur.07 sentyabr 2022-ci il tarixdə işlədiyi dəmirçi sexində olarkən Ruslan yanına gəlmiş, həmin vaxt söhbət əsnasında o, arvadı Yeganə xəstə olduğu üçün ona pensiya düzəltmək istədiyini və bununla bağlı sənədləri Masallı RMX-nə aparmalı olduğunu bildirmişdir. Ruslan həmin sənədləri Masallı RMX-na apara biləcəyini bildirib qazi olduğu üçün sözünün hər yerdə keçdiyini və onun üçün dəfələrlə təmannasız iş görməsini bildirib əvəzində arvadı üçün pensiya düzəltməyə kömək edəcəyini demiş, o da razılaşıb sənədləri Ruslana vermişdir. Təxminən 15 gündən sonra Ruslana zəng edib verdiyi sənədlərlə maraqlanmış, Ruslan da pensiya ilə bağlı sənədləşmə işinə görə 3000 manat pul lazım olduğunu bildirib onun üçün 2500 manata bu işi həll edəcəyini demiş, o da razılaşıb həmin miqdarda pul tapması üçün bir müddət vaxt istəmişdir. 04 oktyabr 2022-ci il tarixdə o, Ruslana zəng edib 2500 manat pulun hazır olduğunu bildirmiş və saat 15 radələrində Masallı şəhər Xətai küçəsində yerləşən iş yerinin qarşısında Ruslanla görüşüb arvadın əlilliyə görə pensiya düzəltməsi üçün 2500 manat pulu Ruslana vermişdir. Pulu verərkən yanlarında kimsə olmamış, Ruslan pulu aldıqdan sonra ona 15 oktyabr 2022-ci il tarixdə mobil telefonuna Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan mesaj gələcəyini, bundan sonra Masallı şəhər DSMF-nə gedib zəruri sənədlər alacağını, həmin sənədlər əsasında pensiya düzələcəyini və "Kapital Bank”-dan pensiya kartı veriləcəyini bildirmiş, o da Ruslana inanmışdır. 15 oktyabr 2022-ci il tarixdə gün ərzində mobil telefonuna mesaj gəlməsini gözləsə də, ona heç bir mesaj gəlməmişdir. 19 oktyabr 2022-ci il tarixdə Ruslan yenidən işlədiyi sexə gəlib sənədlər əsasında arvadına 3-cü qrup əlillik dərəcəsi düşdüyünü, lakin həkimin 1 -ci qrup əlilik yazmaq istədiyini və bunun üçün əlavə olaraq 800 manat pul lazım olduğunu bildirəndə o, pulunun olmadığını bildirmişdir. Ruslanla aralarında olan bu söhbət zamanı o, Ruslanın onu aldatdığını anlamış və işlədyi sexə Ruslan gələndən sonra bu mövzuda Ruslanla olan söhbəti mobil telefonla videoçəkiliş etmişdir.Sonradan isə videoçəkilişi CD diskə köçürüb istintaqa təqdim etmişdir.Sexdə Ruslanla söhbət edib videoçəkilişi edərkən yanında dostu Ədalət də olmuşdur. 28 oktyabr 2022-ci il tarixdə Ruslan yenidən onun yanına gəlib sənədləşəmə üçün yenidən 400 manat pul istəmiş, lakin o, pulunun olmadığını bildirmişdir. Bundan sonra o, Ruslanının onu aldadıb 2500 manat pulunu ələ keçirdiyini anlamış və Ruslandan pulunu geri tələb etmiş, lakin Ruslan pulunu qaytarmamışdır.Daha sonra o, Ruslanın hərəkətləri barədə polisə şikayət ərizəsi vermişdir.O, Təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir və hazırda ona vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, yəni hesab edir ki, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi 2500 manat pulun, bu işlə bağlı çəkdiyi yol xərci 200 manatın, həmçinin çəkdiyi mənəvi ziyana göpə 5000 manatın, habelə mülki iddianın verilməsi ilə bağlı ödədiyi 97 manat dövlət rüsum da daxil edilməklə cəmi 7297 manat pul Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməlidir.Beləliklə o, zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs qarşı verdiyi cəmi 7297 manat miqdarında mülki iddianı tam həcmdə müdafiə etməklə mülki iddianın təmin edilməsini və törətdiyi əmələ görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində ifadə verərkən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Masallı RMX-nın TTYŞ-də tibbi qardaşı işləyir. Təqsirləndirilən şəxs tanımış və aralarında normal münasibətləri olmuşdur. 20 noyabr 2022-ci il tarixdə. saat 23 radələrində Təqsirləndirilən şəxs TTYŞ-nin qəbul şöbəsinə gəlmiş və sağ əlinin baş barmağının kəsilməsi ilə bağlı ona həkim travmatoloq Şahid8 baxaraq tibbi yardım göstərilmişdir. Sonra Azad həkim ona Ruslana relanium iynəsini vurmasını tapşırmış və o, həmin iynəni Ruslanın gözü qarşısında hazırlayıb vursa da, Ruslan vurulan iynənin relanium iynəsi olmadığını bildirib etiraz edib mübahisə etməyə başlamış, onu sakitləşdirmək istəsə də, sakitləşməmiş və nalayiq ifadələr işlədərək söyüş söymüş, sonra heç bir səbəb olmadan yumruqla onun sol almacıq və alın nahiyələrinə bir neçə dəfə vurmuş, daha sonra Ruslan üzərinə hücum edib onu yerə yıxıb təpiklə sol bud nahiyəsinə də bir neçə dəfə vurmağa başlamış, həmin vaxt səs-küyə Azad həkim və orada olan digər tibb işçiləri gəlib onu Ruslanın əlindən alıb qəbul şöbəsindən çölə çıxartmışlar. Çölə çıxdıqdan sonra o, Azərbaycan Respublikası DİN-nin 102-i xidmətinə zəng edib Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. Bir müddət sonra Masallı RPŞ-nin əməkdaşları Masallı RMX-nin TTYŞ-nin qəbul şöbəsinə gəlmiş və baş vermiş hadisə ilə bağlı ərizəsini almışlar.Polis əməkdaşları xəstəxanaya gələn vaxt Ruslan oradan getmiş, artıq orada olmamışdır. Qeyd etdiyi hərəkətləri ilə Təqsirləndirilən şəxs xəstəxanada gündəlik iş rejimi qaydalarını pozmuş, digər tanımadığı xəstələrə tibbi yardım göstərilməsinə maneəçilik törətmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qəbul şöbəsindən çölə çıxdıqdan sonra terapiya şöbəsinə getmiş, orada olan tibb işçiləri ilə mübahisə edib terapiya şöbəsinin inzibati binasında giriş qapısının şüşəsini sındırmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin qapının şüşəsini öz şəxsi vəsaiti hesabına düzəltmişdir. O, Təqsirləndirilən şəxs tanıyır və Vətən müharibəsi iştirakçısı olduğu üçün ona hörmətlə yanaşmış, hazırda Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı 19 aprel 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi olmamaqla ona həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində ifadə verərkən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs5 işlətdiyi, Masallı rayonun Qəriblər kəndinin ərazisində yerləşən "Turist 2” restoranında ofisant işləmişdir.O, Təqsirləndirilən şəxs əvvəllər şəxsən tanımamış, aralarında hər hansı bir münasibət olmamışdır. 25 dekabr 2022-ci il tarixdə, gecə saat 22 radələrində Ruslan restorana gəlib musiqi səslənən yerin yanındakı masada oturub 3 bakal pivə sifariş etmişdir. Ruslan pivəni içdikdən bir qədər sonra, saat 23 radələrində anidən yerindən qalxıb musiqi səslənən və oynalınan yerəsəhnəyə çıxıb heç bir səbəb olmadan orada olan tanımadığı bir qadının üzərinə gedib qışqıraraq səs-küy salıb söyüş söyməyə başlamış, həmin qadını yumruqla vurmaq istəmiş, yumruq qadına dəyməmişdir.Bundan sonra Ruslan bir az da qızışaraq hərəkətlərini davam etdirmiş, həmin vaxt o, müştərilərə sifarişlərini daşıyarkən Ruslan əlindəki pivə qədəhini heç bir səbəb olmadan onun baş nahiyəsinə çırpmış və o, xəsarət alaraq yerə yıxılmışdır.Baş nahiyəsindən qan gəldiyindən huşunu itirmiş, sonra özünə gələrkən Ruslanın yenə də nalayiq söyüşlər söyərək restoranda olan avadanlıqları və əşyaları sındırmasını görmüş, Ruslan "mən qaziyəm” qışqıraraq nalayiq söyüşlər söyərək restoranda olan əşyaları sındırmağa davam etmiş, həmin vaxt restoranda olan tanımadığı 6-7 nəfər müştəri qorxaraq tələm-tələsik əyləşdikləri masadan qalxıb restoranı tərk edib çölə çıxmışlar. Ruslanın bu hərəkətləri restoranda bir xeyli, təxminən 30 dəqiqə çəkmiş, sonra restoranı işlədən Zərərçəkmiş şəxs5 gəlib Təqsirləndirilən şəxs sakitləşdirib onu oradan uzaqlaşdırmışdır.Hadisədən bir neçə gün sonra, restoranı işlədən Zərərçəkmiş şəxs5 restoranda Təqsirləndirilən şəxs sındırmış olduğu əşyaların siyahısını dəqiqləşdirdikdən o və Zərərçəkmiş şəxs5 birlikdə polisə gedib baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs şikayət etmişlər.Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi nəticəsində o, müalicə almış və bununla bağlı təxminən 1000 manat ona ziyan dəymişdir.Həmçinin Təqsirləndirilən şəxs restoranda etdiyi hərəkətlərlə restoranda olan müştərilərə qarşı hörmətsizlik etmiş, müştərilərin dincliyini pozulmuş, həmçinin ona xəsarət yetirmiş və restoranı işlədən Zərərçəkmiş şəxs5 əmlaklarını sındırıb ziyan vurmuşdur.O, Təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı 19 iyun 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və aldığı xəsarətlə bağlı ona dəyən 1000 manat ziyanın ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Birinci instansiya məhkəməsində ifadə verərkən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Masallı rayonun Qəriblər kəndinin ərazisində yerləşən "Turist 2” restoranını işlətmiş, restoran ailəvi restoran olmaqla müştərilərin qidalanıb dincəlməsi, musiqi-mahnıları dinləməsi üçün nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs4 tanımış, o, həmin restoranda ofisiant işləmişdir.Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla normal münasibətləri olmuşdur.25 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs tək restorana gəlib musiqi səslənən yerin yanındakı masada əyləşib pivə sifariş etmişdir. Həmin vaxt Ruslan onunla salamlaşıb hal-əhval tutmuşdur. Ruslan əvvəllər bir neçə də həmin restorana müştəri kimi gəlmiş və restoranda müştərilərin dincliyinə maneçilik törədən hərəkətlər etdiyindən bu dəfə o, Ruslanın hərəkətlərini kənardan izləmək qərarına gəlmişdir. Ruslan sifariş verdiyi üç bakal pivəni içdikdən sonra, saat 23 radələrində yerindən qalxıb restoranda mahnı oxunan və oynamaq üçün nəzərdə tutulan səhnəyə çıxıb tanımadığı bir nəfər qadının üzərinə gedib nəsə deyərək heç bir səbəb olmadan uca səslə səs-küy salıb söyüş söyməyə başlamış, sonra həmin müştəri olan qadını yumruqla vurmaq istəmiş, yumruq qadına dəyməmişdir. Həmin vaxt o, Ruslanın yanına gedib onu sakit qalmasını demiş, lakin Ruslan daha də coşaraq anidən səbəb olmadan əlindəki pivə qədəhini müştərilərə sifarişlərini daşıyan ofisant Zərərçəkmiş şəxs4 baş nahiyəsinə çırpmış, Ədilə də baş nahiyəsindən xəsarət alıb yerə yıxılmışdır. Sonra Ruslan nalayiq söyüşləri söyərək restoranda olan avadanlıqları və əşyaları sındırmağa başlamış, restoranda olan tanımadığı 6-7 nəfər müştərilər qorxaraq əyləşdikləri masadan qalxıb restoranı tərk edib çölə çıxmışlar. Daha sonra Ruslan "mən qaziyəm” qışqıraraq nalayiq söyüşləri söyüb restoranda olan əşyaları sındırmağa davam etmiş, Ruslan hərəkətləri təxminən 30 dəqiqə çəkmiş, sonra o, birtəhər Ruslanı sakitləşdirib onu restorandan çıxarıb oradan uzaqlaşdırmışdır.Hadisədən bir neçə gün sonra, Təqsirləndirilən şəxs restoranda sındırdığı əşyaların siyahısını dəqiqləşdirdikdən sonra ofisant Zərərçəkmiş şəxs4 ilə birlikdə rayon polis şöbəsinə gedib şikayət etmişlər. Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə restoranında etdiyi hərəkətlərlə restoranda olan müştərilərə qarşı hörmətsizlik etmiş, restoranın işçisi Zərərçəkmiş şəxs4 xəsarət yetirmiş və ona məxsus əmlakları sındırmaqla ona maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs restoranda olan, ona məxsus 1 dəst musiqi avadanlıqlarını, 1 ədəd reklam lövhəsini, 1 ədəd güzgünü zədələmiş, 1 ədəd lampanı, 1 ədəd 140 sm diaqanallı LSD plazma televizoru, 1 ədəd divanı, 4 ədəd dəmir stulu isə yararsız hala salmışdır. Nəticədə Təqsirləndirilən şəxs 1 dəst musiqi avadanlıqlarına görə 350 manat, 1 ədəd reklam lövhəsinə görə 150 manat, 1 ədəd güzgüyə görə 120 manat, 1 ədəd lampaya görə 5 manat, 1 ədəd 140 sm diaqanallı LSD plazma televizora görə 650 manat, 1 ədəd divana görə 160 manat, 4 ədəd dəmir stula görə isə 65 manat, cəmi 1500 manat miqdarında ona maddi ziyan vurmuşdur.Hazırda o, Təqsirləndirilən şəxslə barışmamış və ona vurulan 1500 manat miqdarında maddi ziyanın ödənijməsini Təqsirləndirilən şəxs tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı 05 may 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxslə barışmamış və təqsirləndirilən şəxsdən ona vurulmuş 1500 manat maddi ziyanın ödənilməsini tələb edir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin 102-i Xidməti zəng mərkəzinə məlumatverilməsinə dair 21 noyabr 2022-ci il tarixli “Raporflar və Masallı RPŞ-nə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli ərizələrlə müəyyən edilir ki, həmin tarixdə Masallı RMX-nın əməkdaşı (tibbi bacısı) X12 işlədiyi Masallı RMX-nin inzibati binasında 21 dekabr 2022-ci il tarixdə “Ruslan” adlı şəxsin heç bir səbəb olmadan xəstəxananın qapı və pəncərəsinin sındırması və həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmiş, habelə Masallı RMX-nın həkimi X1 RMX-nın TTY şöbəsində “Ruslan” adlı şəxs tərəfindən döyülməsini bildirərək həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan, “Baxış keçirmə haqqında” 21 noyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilirit ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında xəstəxananın əməkdaşı (tibbi bacısı) X6 iştirakı ilə şikayətində göstərdiyi sahəyə baxış keçirilmişdir. Baxış zamanı Masallı RMX-nın Terapiya şöbəsinin giriş qapısının şüşəsinin sınmış vəziyyətdə olması müəyyən edilmişdir. Aygün İsmayılova 20 noyabr 2022-ci il tarixdə qapının şüşəsini “Ruslan” adlı şəxsin sındırdığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin 102-i Xidməti zəng mərkəzinə məlumat verilməsinə dair 28 dekabr 2022-ci il tarixli “Raport”lar və Masallı RPŞ-nə ünvanlanmış ərizlərlə müəyyən edilir ki, həmin tarixdə vət. Zərərçəkmiş şəxs4 işlədiyi Turist-2 restoranında 25 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində “Ruslan” adlı şəxs onun baş nahiyəsinə şüşə stəkanla vuraraq döymüş, habelə vət. Zərərçəkmiş şəxs5 icarəyə işlətdiyi Turist-2 restoranına gəlmiş “Ruslan” adlı şəxsin restoranda olan əşyaları qıraraq ona 1500-2000 manat ziyan vurması barədə məlumat verib həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. İşdə olan, "Baxış keçirmə haqqında” 28 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilirit ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Masallı rayonunun Qəriblər kəndinin ərazisində yerləşən Turist-2 restoranın sahibi Zərərçəkmiş şəxs5 iştirakı ilə həmin restoranın içərisinə baxış keçirilmişdir. Baxış zamanı restoranın içərisində olan əşyaların, o cümlədən stul və digər əşyaların sınmış vəziyyətdə olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs5 25 dekabr 2022-ci il tarixdə restoranın içərisində olan əşyaları "Ruslan” adlı şəxsin sındırdığını bildirmişdir. İşdə olan, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 29 oktyabr 2022-ci il tarixli və Zərərçəkmiş şəxs2 07 dekabr 2022-ci il tarixli ərizələri ilə müəyyən edilir ki, onlar Masallı RPŞ-nə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pul vəsaitələrinin ələ keçirməsi və bu əməlinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 28 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sol almacıq, sol alın, sol paraorbital və sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinə olunanın qeyd etdiyi 20 noyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs4 başın ənsə nahiyəsinin sıyrığı və sağ dirsək oynağı nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan, Masallı RPŞ-nin əməkdaşının 06 yanvar 2023-cü il tarixli "Raport”ları ilə müəyyən olunur ki, Masallı rayonunun Həsənli kənd sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri üzərində saxlamaqla istifadəsi və satışı barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb Masallı RPŞ-nə aparılmışdır. İşdə olan, "Şəxsi axtarış və götürmə haqqında” 06 yanvar 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Abbasağa Paşayev tərəfindən müdafiəçi Tofiq Şahmarov və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 4 ədəd bükümlərdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı fotaşəkillər protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş dörd ədəd psixotrop maddə metamfetaminə bənzər kütlələr..” sözlər və imzalar olan zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,387 qram, 1,096 qram, 1,071 qram, 1,059 qram ümumi təmiz çəkisi-7,613 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 7,413 qramdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı bir xəsarət izi aşkar olunmamışdır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olmuş, lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Lənkəran Şəhər Psixiatriya Xəstəxanısının 17 yanvar 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxxxx 1987-ci il təvəllüdlü, Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 14 iyun 2021 -ci il tarixdən "Keçirilmiş qapalı kəllə beyin travması (barotravma) nəticəsində psixi və davranış pozuntuları ilə, emosjonal-iradi pozuntalarla” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki müayinə zamanı müəyyən edilmiş üzvi emosional-ləbil pozuntusu diaqnozlu qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın.Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İşdə olan "Əşyanın maddi sübut hesab edilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli və 14 yanvar 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 7,413 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında olan dialoq zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, "Cənub Qiymətləndirici” MMC-nin 05 yanvar 2023-cü il tarixli "Mütəxəssis rəyi” ilə müəyyən edilir ki, təqdim edilmiş sınmış əşyalar üzrə Turist-2 ailəvi istirahət mərkəzinə aid olan 1 ədəd 500x160 sm ölçüdə reklam lövhəsinin bərpa dəyəri 120 manat, 1 dəst musiqi avadanlıqlarının təmir xərci 340 manat, 1 ədəd 140 sm dioqanallı LSD plazma televizorun qiyməti 650 manat, 1 ədəd divanın qiyməti 160 manat, 4 ədəd dəmir stulun 1 ədədinin qiyməti 16 manat olmaqla cəmi qiyməti 64 manat, 1 ədəd ön güzgünün bərpa qiyməti 120 manat, 1 ədəd rəngli lampanın qiyməti 5 manat olmaqla Turist-2 ailəvi istirahət mərkəzinin sahibinə cəmi 1459 (bir min dörd yüz əlli doqquz) manat miqdarında maddi ziyan dəymişdir. İşdə olan, "Cənub Qiymətləndiriciİ” MMC-nin 10 yanvar 2023-cü il tarixli "Mütəxəssis rəyi” ilə müəyyən edilir ki, təqdim edilmiş Masallı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin 50x200 santimetr ölçüdə giriş qapısının şüşəsinin bərpasının dəyəri 90 (doxsan) manat təşkil edir. İşdə olan, Masallı RPŞ-nin 20 fevral 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə üzərində saxlaması, həmin maddəni kimdən əldə etməsi, kimsə satması və ya satacağı ilə bağlı məlumatlar əldə edilməmişdir. İşdə olan, "Cinayət işinin ayrılması haqqında” 04 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsinin hökmü əsaslandırmaq üçün istinad etdiyi yuxarıda sadalanan sübutlar Ruslan Abıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-1-cü maddələri ilə təqsirli bilinməsinə əsas verir. Bununla belə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə silah qismində istifadə edilə bilən əşya tədbiq etməklə törətdiyi CM-in 221.3-cü maddəsində nəzərdə tutulan xuiqanlıq əməlini onun 20 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Masallı Rayon Mərkəzi X9 Yardım Xidmətinin qəbul şöbəsində törətdiyi CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlinə münasibətdə təkrarən törədildiyini müəyyn edir. Ona verilən ittihamdan da görünür ki, 25 dekabr 2022-ci il tarixdə törətmiş olduğu xuliqanlıq əməlinə görə olan ittiham da təkrar xuliqanlıq kimi verilmiş ittiham olmuşdur. Belə olduğu halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun AR CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaların və hökmdən, həmçinin ona CM-in 221.2.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaların hökmdən xaric edilməli olduğunu, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.3 və 234.1-1-cü maddələri ilə təyin edilmiş cəzaların CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanması ilə ona qəti cəza təyin edilməli olduğunu hesab edir. AR CPM-in “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-345/2023saylı hökmü Təqsirləndirilən şəxs qarşı CM-in 221.2.1 və 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsi və ona həmin maddələr ilə cəza təyin edilməsi, həmçinin ona CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-ci, 399-cu 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.2.1, 221.3 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 1(099)-345/2023 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.3 və 234.1-1-cü maddələri ilə təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla onun üzərində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apelluyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-289/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-289/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver