Məhkəmə qərarları › İş №1(106)-290/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-290/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-290/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimləri Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən, məruzəçi hakim), X1 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Astara Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(018)-17/2024 nömrəli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(018)-17/2024 nömrəli hökmü (hakim- İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi) ilə, xx xxx 1998-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı xx xxxx 2006-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 qazanc əldə etmək məqsədi ilə vədlər verməklə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 20 noyabr 2023-ci il tarixdə, saat 16 radələrində Astara rayonu Deqədi kəndi ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 160 manat olmaqla, ümumi qiyməti 320 (üç yüz iyirmi) manat olan 2 baş qoyunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları xx xxxx 2006-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxx 2006- cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 qazanc əldə etmək məqsədi ilə vədləri verməklə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 21 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Astara rayonu, Deqədi kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus qiyməti 150 manat olan 1 baş qoyunu və qiyməti 100 manat olan 1 baş quzunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin Astara Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(018)- 17/2024 nömrəli hökmü ilə ona təyin edilmiş cəzadan narazıdır. Məhkəmə onun ağır ailə vəziyyətini, atasının ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyini, anasının isə fiziki hərəkət məhdudiyyətli olmasını və bacısının ailəsinin qazi ailəsi olmasını, yəni bacısının ərinin qazi olmaqla psixoloji problemlərinin olmasını, o cümlədən onun özünün nişanlı olmasını, məhkumluğunun olmamasını nəzərə alaraq, ona daha yüngül cəza təyin edə bilərdi. O, həmçinin əməlindən peşimandır. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, məhkəmə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə ağır cəza təyin etməklə əsaslı olmamışdır. Bununla bağlı olaraq bildirir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. Sərnişin daşımaq üçün **-BH-*** dövlət qeydiyyat nişanlı, "Vaz- 2106" markalı avtomobili icarəyə götürüb işlədir. 20 noyabr 2023-cü il tarixdə də icarəyə götürdüyü avtomobillə Lənkəran şəhərində olmuşdur. Həmin vaxt borcları olduğundan pula ehtiyacı olmuş, avtomobildə tək oturub sərnişin gözləyən zaman tez vaxtda rahat pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Oğurluğu etməsinin Lənkəran şəhərində çətin olacağını düşünmüş və Astara rayonunda çərəz paylamaq üçün getdikdə Deqədi kəndi ərazisindəki yolun kənarında sahibi yanlarıda olmayan qoyun sürüləri yadına düşmüş, gedib ordan rahatlıqla qoyun oğurlaya biləcəyini fikirləşmişdir. Ancaq ora tək yox, özü ilə kömək üçün adam götürməli olduğuna görə həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng edib onunla işi olduğunu və harada olduğunu soruşmuşdur. Yusif də ona Lənkəran şəhəri "Bazar ərazisi" adlanan yerdə avtoyuma məntəqəsində olduğunu bildirmişdir. Yusifə birazdan yanına gələcəyini bildirmiş və heç yana getməməyini demişdir. Avtomobilə əyləşib Yusifin yanma getmiş, Yusifin yanına çatan zaman onun yanında Raufu da görmüş. Rauf və Yusif avtoyuma yerini birlikdə işlətmişlər. Yusif və Raufla görüşmüş və Yusifi tək kənara çəkib onunla söhbət etməyə başlamış. Yusifə Astara rayonuna qoyun oğurlamağı təklif etmiş və Yusif də onlar razılaşmışdır. Onlar vaxt itirmədən Raufun vanına qayıtmış, o, Raufa da təklif etmiş, Rauf isə avtoyuma yerində qalacağını və müştərilər gələcəyi təqdirdə işləyəcəyini bildirmişdir. Yusif və Raufun ondan yaşca balaca olduqlarını və yetkinlik yaşına çatmadıqlarını bilmişdir. Elə avtoyuma yerindən oğurlayacaqları qoyunların ayaqlarını bağlamaq üçün göy rəngli, uzunluğu təxminən bir metr olan 2 ədəd ip götürmüş, daha sonra Yusiflə oraya getdiyi "Vaz-2106" markalı avtomobilə əyləşmiş və Astara istiqamətinə yola düşmüşlər. Onlar saat 16:30 radələrində Astara rayon Deqədi kəndinə çatmışlar. Avtomobili kəndin içərisindəki yolun kənarında saxlamış və avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra ətrafa baxmış və heç kəsin onları görmədiyindən əmin olduqdan sonra sahədə otlayan qoyun sürüsünə yaxınlaşmış, 1 baş qoyunun ayağından tutmuş və Yusifə tərəf gətirmişdir. Yusif avtomobilin kənarında dayanmış, qoyunu ayağından tutub saxlamış, qoyunu Yusifə verdikdən sonra gedib yenə 1 baş qoyun tutmuşdur. Onlar ümumilikdə 2 baş qoyun oğurlamış və həmin qoyunların ayağını özləri ilə götürdükləri göy rəngli iplə bağlayaraq avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt ətrafda heç kim olmadığından onları görən olmamış və avtomobilə əyləşib Lənkəran rayonuna yola düşərək avtoyuma yerinə getmişlər. Onlar orada olan zaman Yusifə diş texniki kimi tanıdığı Rahibin həyətində qoyun saxladığını, oğurladıqları qoyunları ona təklif edə biləcəklərini demişdir. Yusifə Rahibin mobil nömrəsini vermiş, Yusif isə ona zəng etmiş, Yusif onunla telefonda danışan zaman babasının 2 baş qoyununu satdığını deyərək qoyunları almasını təklif etmişdir. Rahib də Yusifə Lənkəran rayon Türkəkəran kəndində yaşadığını bildirmiş və qoyunları ora gətirməyini istəmişdir. Yusif ona Rahibin gözlədiyini bildirmiş və onlar da avtomobilə əyləşib Rahibin yaşadığı evə getmişlər. Onlar Türkəkəran kəndinə Rahibin yaşadığı evə çatmış və onun həyətində görüşmüşlər. Onlar Rahibə avtomobilin yük yerindəki 2 baş qoyunu göstərmişlər və Rahib də onlara 2 baş qoyunu da alacağını bildirmişdir. Onlar Rahiblə 210 manat qiymətə razılaşmışlar. Rahib onlara həyətdə gözləmələrini bildirmiş, gedib evdən pulu gətirmişdir. Rahib pulu Yusifə vermiş və avtomobilə əyləşib oradan çıxmışlar. Onlar avtomobillə hərəkətdə olan zaman pulu aralarında bölmüşlər. Onun pula çox ehtiyacı olduğundan 150 manat götürmüş, Yusifə isə 60 manat pul vermişdir. Daha sonra Yusifi aparıb avtoyuma məntəqəsinə qoymuş və evə getmişdir. Ertəsi gün, yəni 21 noyabr 2023-cü il tarixdə, günorta saat 15 radələrində Yusifə zəng edib birazdan avtoyuma yerinə gələciyini bildirmiş, təxminən 25-30 dəqiqə sonra yuxarıda qeyd etdiyi avtomobil ilə avtoyuma yerinə çatmışdır. Yusif və Raufa getdikləri Astara rayonu Deqədi kəndindən yenə qoyun oğurlamağı təklif etmiş. Yusif və Raufda onunla razılaşaraq avtoyuma yerini bağlayıb onun avtomobilə əyləşmiş və Astara rayon Deqadı kəndinə yola düşmüşlər. Avtomobili idarə etmiş, Rauf ön oturacaqdA, Yusif isə arxa oturacaqda əyləşmişdir. Deqədi kəndinə çatdıqda saat 17 radələri olmuş, avtomobili kəndin içərisindən keçən yolun kənarında saxlamış və avtomobildən aşağı düşmüşlər. Avtomobildən düşən kimi yaxınlıqdakı çöl sahəsində otlayan sürüdən avtomobilə 3-5 metr yaxın olan bir baş qoyunu dərhal qucağına almış, avtomobilin arxa yük yerinə qoymuş, sonra isə qoyunları Rauf və Yusifə tərəf qovalamış, Rauf və Yusif avtomobilin arxa tərəfində dayanmış, o, Raufdan sürünün içərisində olan 1 baş quzunu götürüb avtomobilin yük yerinə qoymağını istəmişdir. Raufda sürünün içərisindən 1 baş quzunu götürüb avtomobilin yük yerinə qoymuş və avtomobilə əyləşib Lənkərana yola düşmüşlər. Yusif yolda olan zaman Rahibə zəng vurmuş, babasının ona verdiyi 1 baş qoyunu və 1 baş quzunu satdığını, onun almaq istəyib-istəməməsini soruşmuşdur. Rahib də evdə olduğunu, həmin heyvanlara baxdıqdan sonra fikrini deyəcəyini və onları evdə gözlədiyini bildirmiş, Yusifdə birazdan onun yanında olacaqlarını bildirmişdir. Onlar Lənkəran rayon Türkəkəran kəndində yaşayan Rahibin evinə getmişlər. Rahibin həyətində həmin 1 baş qoyunu və 1 baş quzunu avtomobilin yük yerindən götürüb yerə qoymuşlar. Rahib qoyunu alacağını bildirmiş, ancaq quzunun balaca olduğunu bildirib almaq istəməmişdir. Onlar da Rahibə ikisinə bir yerdə 150 manat verib almasını təklif etmişlər, Rahib də razılaşmış, pulu ona vermiş, onlar Rahiblə sağollaşıb avtomobilə əyləşmişlər. Onlar avtomobilin İçərisində həmin pulu bölüşdürmüş, Yusif və Raufa ayrı-ayrılıqda 30 manat pul vermiş, qalan 90 manatı isə özünə götürmüşdür. Daha sonra Rauf və Yusifi Sütəmurdov kəndində yerləşən "Xəzər-Lənkəran" stadionun yanında düşürmüş və sonra taksi fəaliyyəti üçün işə başlamışdır. Zərərçəkmiş şəxs2 məxsus 2 baş qoyunu 20 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində Yusiflə birlikdə Astara rayon Deqedi kəndi ərazisində yerləşən olaq sahəsindən, yol kenarından oğurlamışdır. Həmin oğurluğa getməyi Yusifə özü təklif etmiş və onlar oğurluq hadisəsini ikisi törətmiş, kimsə onlara köməklik etməmişdir. Zərərçəkmiş şəxs1 məxsus 1 baş qoyun və 1 baş quzunu 21 noyabr 2023-cü il tarixdə, texminen saat 17 radələrində Rauf və Yusifie birlikdə Astara rayon Deqedi kəndi ərazisindən, yol kənarındakı otlaq sahəsindən oğurlamışlar. Belə ki, həmin gün, saat 15 radələrində Yusif və Raufa Astara rayon Dəqədi kəndində qoyun oğurlamağa getməyi təklif etmiş, onlar da razılaşmış və bu hadisədə üçündən başqa kiminsə günahı yoxdur. Hər iki oğurluq zamanı o, ətrafa baxmış və heç kimin onu görmədiyindən əmin olduqdan sonra oğurluq hadisələrini törətmişdir. Zərərçəkmiş şəxs2 iki qoyununu oğurlardıqlanna görə vurmuş olduqları 320 (üç yüz iyirmi) manat maddi ziyanı və Zərərçəkmiş şəxs1 məxsus bir baş qoyunu və bir baş quzunu oğurladıqlarına görə vurmuş oduqları 250 (iki yüz əlli) manat məbləğində maddi ziyanı digər təqsirləndirilən şəxslərlə birlikdə tam olaraq qaytarmışlar. Belə ki, həmin qoyunlar satdıqları şəxsdən, yəni Şahid1 götürülərək sahiblərinə qaytarılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışlar, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Aşağıda göstərilən əsaslara görə hesab edirəm ki, müdafiəçisi olduğum Təqsirləndirilən şəxs3 təqsirləndirilməsinə dair Astara Rayon Məhkəməsinin 1(057)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməlidir. Belə ki, iş materialları və təqdim olunmuş sənədlərdən göründüyü kimi müdafiəçisi olduğu Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.2ci maddələri üzrə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş, əməlini etiraf etmiş, zərərçəkmiş şəxslə barışmış və vurulmuş ziyan ödənilmiş, məhkumluğu yoxdur, ilk dəfə cinayət əməli törətmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, gəncdir, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilən yüngülləşdirici hallar hökmdə formal qeyd olunmaqla nəzərə ahnmamışdır. Təqsirləndirilən şəxslə bağlı istinad etdiyi yüngülləşdirici hallar ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cəzanın təyin edilməsini şərtləndirir. Qeyd edilmiş yüngülləşdirici halların olmasına baxmayaraq məhkəmə bu halları nəzərə almamış, ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş olan cəzanın yuxarı həddində cəza təyin etmişdir. Halbuki, məhkəmə yuxarıda qeyd edilmiş yüngülləşdirici halları nəzərə alıb maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməklə bağlı olmayan cəzanın aşağı həddində cəzanı təyin edə bilərdi. Lakin birinci instansiya məhkəməsi vermiş olduğu ağır cəzanın zəruriliyini əsaslandırmamış, təqsirləndirilən şəxsin həmin cəzanın tətbiq edilmədən islah olunubolunmamasına münasibət bildirməmişdir. Cinayət qanunvericiliyinin prinsiplərinə görə verilmiş olan cəza törədilən cinayətə görə tənbeh olsa da, heç bir halda əvəz çıxmaq məqsədi daşımamalıdır. Cəza cinayəti törətmiş şəxsin islah olunaraq cəmiyyətə təhvil verilməsinə xidmət etməlidir. Lakin hökmdə isə məhkəmənin qeyd edilmiş əsaslara ümimiyyətlə münasibəti görünmür. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini formal olaraq nəzərə almış və ağır cəza təyin etmişdir. Qeyd etdiyi əsaslara uyğun olaraq hesab edir ki, məhkəmə təqsirləndirilən şəxsə ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməkdə əsaslı olmamışdır. Əslində, məhkəmə işdə olan kifayət qədər əsaslı halları nəzərə alaraq həbslə bağlı olmayan cəzanı müəyyən etməliydi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərində göstərilənlərə əsasən Astara Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs3 əməlini Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Astara Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Azərbaycan Respublikası CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməlin hüquqi tövsivinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkum olunmuş şəxs və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələr ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar, yəni Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1 və Şahid2 oğlunun ifadələri və işin faktiki halları ilə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 istinad olunan əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdadfiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs3 hazırlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi CM- in 170.1, 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməllər CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər, kateqoriyasına aiddirlər. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə tam barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Müdafiəçinin məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.[83] Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası o qənaətdədir ki, Əyyub Baxşıyevin barəsində nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu onun cəza çəkmədən islah olunan şəxs olduğunun göstəricisi olmamaqla, islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas vermir. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs3 şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını və yaxud Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Astara Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(018)-17/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Astara Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(018)-17/2024 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası CPM- nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar