Məhkəmə qərarları › İş №1(106)-291/2023

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-291/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-291/2023 18.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Şirvan regional vəkil bürosunun vəkilləri X3, X12 və Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər: X9 (sədrlik edən), X10 və X5 ibarət tərkib) xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Göyçay rayonu Natəvan küçəsi ev 1a-da qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 06 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi ev 126, mənzil 79-da qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 02 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 4 mənzil 6-da qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmişdir ona görə ki, onlar öz aralarında və barələrində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı digər şəxslə qabaqcadan razılaşaraq eləcə də İran İslam Respublikası (bundan sonra - İİR) vətəndaşı olan başqa şəxsə sonuncunun İİR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin narkotik vasitəyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, cinayətkar qrupun Azərbaycan Respublikasında və İİR-də olan üzvləri ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmin kütlələrin göstərilən üsul və məqsədlə İİR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 birlikdə Bakı şəhərindən Beyləqan rayonunun, Əmirzeydli kəndi ərazisinə gedərək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfindən 1 ədəd sarı rəngli bağlamada qablaşdırılmış qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni 06 dekabr 2021-ci il tarixdə saat 21:00-da gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 1 ədəd bağlamada - külli miqdarda narkotik vasitələr - ümumi təmiz çəkisi 99,895 qram tiryəki, ümumi təmiz çəkisi 1680 qram qurudulmuş marixuananı, təsir maddəsinin miqdarı 0,250 qram olan narkotik vasitə metadonu və 400 həb şəklində təsir maddəsinin ümumi miqdarı 120 qram olan külli miqdarda güclü təsir edən gabapentin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən vasitələri əldə etməsi, daşıması və saxlaması, habelə qeyd olunan maddələri Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənarvə ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirməyi sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, onun digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və güclü təsir edən vasitələri əldə etmə, saxlama və daşıması, eləcə də, qaçaqmalçılıq cinayətində bu və ya digər formada iştirakı nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Beyləqan rayonuna getsə də, sonuncunun narkotik vasitə dalınca həmin rayona getməsindən xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məcəlləsinin 30 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilərək ona Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə baş verən gün, yəni 06 dekabr 2021-ci ildə məhz 250 qram narkotik vasitə – qurudulmuş marixuana götürmək üçün Beyləqan rayonuna getmişdir. İttihamda əks olunan 99,895 qram narkotik vasitə – tiryəkin, 1680 qram narkotik vasitə – qurudulmuş marixuananın, təsir maddəsinin miqdarı 0,250 qram olan narkotik vasitə – metadonun və 400 həb şəklində təsir maddəsinin ümumi miqdarı 120 qram olan külli miqdarda güclü təsir edən gabapentinin ona aidiyyəti yoxdur. Məhz dövlət sərhəd ximətinin əməkdaşları tərəfindən təsirə məruz qaldığı üçün həmin maddalərin özünə məxsus olduğunu eğtiraf etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məcəlləsinin 30 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilərək, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən halları – “hər iki süd vəzisinin diffuz-kistoz mastopasiyası” diaqnozu ilə Milli Onkologiya Mərkəzdə və “Şəkərli diabet tip İ” diaqnozu ilə “X18” publik hüquqi şəxsdə qeydiyyatda olmaqla həmin xəstəliklərdən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmamış, nəticədə cinayətlərin məcmusu üzrə ona həddindən artıq ağır cəza təyin etmişdir. Təqsirləndirilən şəxs3 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X13 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunduğunu, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxslərə cəza təyin edərkən onların şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailələrinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məcəlləsinin 30 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilərək ona bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məcəlləsinin 30 yanvar 2023cü il tarixli hökmünün dəyişdirilərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Müdafiəçi1 apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini, yəni CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyi təsdiq edilmədiyi halda, barəsində qanunsuz ittiham hökmünün çıxarılmasını, eləcə də Təqsirləndirilən şəxs1 qeyd olunan əsaslarla əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövisf edilməsini, digər Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.1, 399.1.2, 399.1.3 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.1, 399.1.2, 399.1.3 və 399.1.5-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 apellyasiya şikayətlərinin hüdudlarında birinci instansiya məhkəməsi tərəfindən sonuncunun və Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsifinə münasibətdə müəyyən edilmiş faktiki halların yoxlanılması: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisndə magistral yolun kənarında qamışlıq və kolluq olan hissədə külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında narkotik vasitə sifarişçilərinin saxlanılması məqsədi ilə “Pusqu” sərhəd naryadı təşkil edilmişdir.

2. N nömrəli hərbi hissənin komandiri polkovnik Zəfər Bayramovun 06 dekabr 2021ci il tarixli 16/2850 nömrəli məktubundan görünür ki, 06 dekabr 2021-ci il tarixdə saat 21.00-da 14-cü sərhəd zastavasının 20-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları Beyləqan rayonu, Əmirzeydli kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan kənddə olan əkin sahələrinin yaxınlığında dayandığını, içərisindən bir nəfər şəxsin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini, oradan bir ədəd bağlamanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən bir ədəd bağlama aşkar edilərək götürülmüşdür.

3. “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, Əmirzeydli kənd ərazisi yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir.

4. “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən üzəri sıx yapışqan lentə sarılmış bükümlər aşkar olundu, həmin bükülərin daxillərinə baxış keçirildi, orada narkotik vasitə olan heroinə oxşar maddə 300 (üç yüz) qram, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə 1900 (min doqquz yüz) qram, narkotik vasitə olan tiryəkək oxşar maddə 100 (yüz) qram, metadon məhlula oxşar maddə 300 (üç yüz) ml və 400 (dörd yüz) ədəd üzərlərində «Gabapentin 300» yazılmış dərman pereparatları aşkar olunmuşdur.

5. Məhkəmə bioloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 7/1255 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş bir ədəd sarı rəngli polietilen bağlamadakı 03 (üç) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 790 qram, 510 qram, 380 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1680 qram (1kq 680 qram).

6. Materialların məhkəmə ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 6/5406 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində N nömrəli hərbi hissənin “LİTR Ç” dairəvi möhür əksi olan bağlamadakı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 99,895 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar usülla alınmış narkotik vasitə tiyəkdir. 01 (bir) ədəd plastik qabdakı 250 ml həcmində açıq sarımtıl rəngli maye kustar usülla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadonun miqdarı 0,250 qramdır, üzərində “ Gabapentin 300 (yararlılıq müddəti 07 2023, seriya 005)” markalanma göstəricisi olan 4 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 kapsul olmaqla, ümumilikdə 400 ədəd kapsulda gabapentin təsiredici maddəsinin ümumi miqdarı 120 qram təşkil edir (üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,3 qram gabapentin olmaqla).

7. “Mobil telefona baxış keçiriməsi haqqında” 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung» markalı qara rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dir. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə saat 15:51-dən “Buraxılmış səsli zəng”, saat 20:22-də “mesaj silindi”, saat 20:24-də 3 ədəd fotoşəkil, “aç baxda qaqa”, 20:29-da ayə qardaş Daşburundan gələndə Əmirzeyidli plakatdan dönür sola. Sola dönüb sağa girir 20 metr ağac dibində, “mesaj silindi”. Saat 20:30-da ok. Çatdın mənnən görüntülü danış ki özüm görüm. Ok. Saat 20:35-də nə qədər yolun qalır. Saat 20:37-də qaqa. Saat 20:38-də set yoxdur tapım. Saat 20:39-da qaqa yığ məni, “buraxılmış səsli zənglər”. Qaqa, ay qaqa, niyə cavab vermirsən, alooooo, qaqa, ay qaaaaq, setdə niyə yoxsan sən, nə elədin malı, biz belə danışmamşdıq axı, sən setdən niyə çıxırsan, ay baba, p....a gir, mənə cavab ver, ay qaqa, mənə cavab ver, p.....u aç, sən setdən niyə çıxırsan, nə fikirin var sənin, bir neçə audio və video zənglərin olması aşkar edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə salam dayı, “Buraxılmış səsli zəng”, salam dayı necəsən, dayı, 350 qram mal var, onu necə eliyək. Səs yazısında “Bacı oğlu qadan alaram yığacam səni bir dənə səbirli ol qadasın alım”. Yaxşı dayı. xx.xx.2021-ci il tarixdə “Buraxılmış səsli zənglər”. xx.xx.2021-ci il tarixdə “buraxılmış səsli zəng”, salam dayı, “buraxılmış səsli zəng”, dayı o adam deyir gəlsin adamin, gör neyniyirsən, çıx saat 3 kimi orda ol, “Buraxılmış səsli zənglər”, dayı, salam dayı, necəsən. Səs yazısında “sağol qadan alım heç nə canına sağlıq”. Bir xəbər yoxdu da. xx.xx.2021-ci il tarixdə dayı səhər sən çıxa bilərsən Biləsuvara, saat 3 kimi orda olasan, “Buraxılmış səsli zənglər”, dayı çıxıbsan. Səs yazısında “Hə qadan alım elə burdan benizin zad şey eliyim çıxıram indi 15 dəqiqəyə çıxıram Bakıdan”. Yaxşı dayı, ay dayı, bu g....t verən polisə işləyir, “Buraxılmış səsli zəng”, s...n bunun arvadını, g...t verən balası, “Buraxılmış səsli zəng” olması aşkar edilmişdir.

8. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarı Baş İdarəsinin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1la aparılmış filtrasiya tədbirləri zamanı müyyən olunmuşdur ki, sonuncu sosial şəbəkə vasitəsi ilə İİR vətəndaşı Mehsan adlı şəxslə əlaqə yaradaraq İİR vətəndaşı tərəfindən əraziyə gizlədiləcək narkotik vasitələri oradan götürməsi və Bakı şəhərinə aparacağı ilə qarşılıqlı razılığa gəlmişlər. Həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, nəticədə onun İİR Parsabad şəhəri Məhbud kənd sakini Bəxşizadə Mehsan olması müəyyən olunmuşdur.

9. “Diskə baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakcell MMC-dən daxil olmuş, məktubun əlavəsi olan diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə Azərbaycan Respublikası vətəndaşı X6 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ***-***-**-** (Təqsirləndirilən şəxs3 adına rəsmiləşdirilmiş) saylı nömrə arasında xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərində 91 danışıq aparılmamış, cinayətin törədildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə isə həmin nömrələr arasında danışıq qeydə alınmamışdır. Həmin protokola əlavə olunmuş antenn cədvəlindən görünür ki, ***-***-**-** mobil nömrənin hərəkət trayektoriyası xx.xx.2021-ci il saat 14.30-dan Bakı şəhərindən başlayaraq həmin gün saat 20.58-dək Beyləqan rayonu Əmirzeydli kəndinə qədər davam etmiş, həmin saatdan sonra hərəkət trayektoriyası geri istiqamətdə olmuşdur.

10. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələrin məzmunundan görünür ki, o, İİR-də yaşayan Mehsan adlı şəxslə 30 noyabr 2021-ci ildə sosial şəbəkə vasitəsilə əlaqə saxladıqdan sonra sonuncunun İİR-dən Azərbaycan Respublikasına göndərdiyi narkotik vasitələr götürüb realizə etməyə razılıq vermişdir. Mehsan adlı şəxs həmin maddələri Azərbaycan Respublikasına keçirib bu barədə ona 06 dekabr 2023-cü ildə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə icarəyə götürdükləri “Chevrolet Aveo” markalı 99NG753 qeydiyyat nişanlı avtomobillə saat 15 radələrində Beyləqan rayonu istiqamətində yola düşmüşlər. Beyləqan rayonuna çatana ərəfədə Təqsirləndirilən şəxs2 onun narkotik vasitə dalınca gəlməsini bilmişdir. Beyləqan rayonu Əmirzeydli kəndinə çatdıqdan sonra avtomobildən düşmüş və qamışlıqa daxil olaraq Mehsanın ona göndərdiyi yer istiqamətində hərəkət etmişdir. Ağacın yanında sarı rəngli bağlamanı götürdükdən sonra, kiminsə uca səsələ “Dayan” dediyini eşitmiş və qorxaraq sarı rəngli bağlamanı əlindən yerə atıb qaçmaq istəyərkən, iki nəfər hərbi qulluqçu tərəfindən saxlanılmışdır.

11. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadələrin məzmunundan görünür ki, 06 dekabr 2021-ci ildə saat 15 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək özü və arvadı Təqsirləndirilən şəxs3 Belyəqan rayonuna qonaq çağırıldığını demiş, ona birlikdə həmin rayona getməyi təklif etmişdir. Pərvizin təklifini qəbul etdikdən təxminən bir müddət sonra sonuncu Təqsirləndirilən şəxs3 ilə birlikdə idarə etdiyi “Chevrolet Aveo” markalı 99NG753 qeydiyyat nişanlı avtomobillə gələrək onun yaşadığı ünvandan götürmüş və Beyləqan rayonu istiqamətində yola düşmüşlər. Avtomobili Pərviz idarə etmiş, Səma ön sərnişin oturacağında, özü isə arxa sərnişin oturacağında əyləşmişdir. Təxminən beş saatdan sonra Beyləqan rayonuna çatmışlar. Həmin rayonun tanımadığı kəndinin ərazisindəki şəhid şəkili olan lövhənin yanında Pərviz avtomrbili saxlamış və düşərək harasa getmişdir. Pərvizin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildiyindən və hazırda da narkotik vasitə əldə etmək niyyəti ilə onunla birlikdə həmin yerinə gəldiyini təxmin etdiyindən sükan arxasına keçmiş və avtomaşını sürüb ərazidən uzaqlaşmaq istəmişdir. Pərvizin avtomaşından düşməsindən təxminən 10 dəqiqə sonra avtomobilə tərəf sərhədçilər yaxınlaşanda Təqsirləndirilən şəxs3 ona “sür qaçaq” demişdir. Avtomaşını idarə edərək oradan uzaqlaşaraq Bakı şəhərinə doğru istiqamətlənmişlər. Yolda olarkən Səma iranlı Mehsan adlı şəxslə danışarkən ağlayaraq Pərvizin sərhədçilər tərəfindən tutulduğunu bildirmişdir. Bakı şəhəri Bakıxanov qəsəbəsinə çatdıqdan sonra hər ikisi maşından düşərək getmişlər. Polis əməkdaşları tərəfindən yaxalanmamaq üçün Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində olduğu zaman əvvəllər tanımadığı şəxslərdən aldığı mobil telefonlarla ailə üzvləri ilə əlaqə saxlamış və polis əməkdaşları tərəfindən axtarıldığını öyrənmişdir.

12. Həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin əməkdaşları Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, xx.xx.2021-ci il saat 19.00-dan xx.xx.2021 ci il tarixə saat 01.00-dək 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətinə gizir Şahid2 ilə birlikdə «Pusqu» sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Müvafiq əmr aldıqdan sonra 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində əlverişli mövqe seçərək maskalanmışlar və xidmətilərini təşkil etmişlər. Xidmət zamanı xx.xx.2021-ci il tarixdə saat 20.50-də bir nəfərin şəxsin Beyləqan rayonu Əmirzeydli kəndi istiqamətində olan əkin sahəsinə doğru gəldiyini, əkin sahələrinin kənarında olan qamış bitkilərindən ibarət olan yerə doğru hərəkət etdiyini, qamışlıq əraziyə daxil olduğunu müşahidə etmiş, gizir Şahid2 bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Təxminən iki dəqiqə sonra qamışlıq əraziyə daxil olan şəxs oradan bir ədəd bağlamanı götürüb hərəkət etdikdə, gizir Şahid2 həmin şəxsə «Dayan» çağrışını vermiş, lakin həmin şəxs məhəl qoymayaraq bağlamanı yerə ataraq qaçarkən gizir Şahid2la ona tərəf qaçaraq yaxalamışlar. Buz zaman yolun kənarında dayanmış avtomobildə olan şəxs(lər) onları gördükdən sonra avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmış, lakin avtomobili kimin idarə etməsini və içərisində başqa şəxsin olmasını görməmişlər.

13. Təqsirləndirilən şəxs1 qardaşı Şahid6 və sonuncunun arvadı X2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı dövründə şahid qismində dindirilərkən bildirmişlər ki, Səmanı «Nəzir» adı ilə tanımışlar və ***-***-**-** mobil telefon nömrəsi ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs3 06 dekabr 2021-ci il tarixdə saat 23.30-da onların yaşadığı evə gələrək Təqsirləndirilən şəxs1 tutulmasını bildirmişdir.

14. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Məlumat Hesablama Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 108-120/722 nömrəli məktubu ilə təqdim olunmuş cədvəldən görünür ki, ***-***-**-** mobil telefon nömrəsi ilə İİR operatoruna məxsus **********2257 nömrəsi arasında xx.xx.2021-ci ildə saat 08.05 və 08.19-da müvafiq olaraq 9 və 15 saniyə telefon danışıqları aparılmışdır.

15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş CD-diskə baxış keçirilməsi barədə 30 yanvar 2022-ci il tarixli protokola əlavə olunmuş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə **********85 saylı mobil nömrədən “Negdi pula gotururem gedirem dernegule gelim ora bir balaca pati verersen yatmamisix”, .**********74 saylı mobil nömrədən “Nezrin senin bawiva donerem kecendefeki ureyimce olmadi bu sefer hele ele ureymiz açılsı”, .**********74 saylı mobil nömrədən “Dawda goturersende cekmeye”, .**********85 saylı mobil nömrədən “Negdi pula gotururem gedirem dernegule gelim ora bir balaca pati verersen yatmamisix”, **********12 saylı mobil nömrədən “Ay nezrin fikrimden cxb agz acdim yox dedi sabah duzub qowsaq olmaz evdeyem daniwamiram ozumde agridayam” məzmunlu mesajlar daxil olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. Məhkəmə qanunun qeyd olunan normasına əsasən hesab edir ki, apellyasiya müraciətlərinin hüdudlarında sübutların yoxlanılması və qiymətlədirilməsi mərhələsinə başlamamışdan əvvəl, ilk növbədə əldə olunmasının qanunsuzluğu və əsassızlığı mübahisələndirilən sübuta hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 apellyasiya müraciətlərində məhz polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün onların diktə etdiyi formada ibtidai araşdırma zamanı ifadə verdiklərini bidirmişlər. Birinci instansiya məhkəməsi onların ibtidai araşdırma dövründə verdikləri ifadələrini mötəbər sübut hesab etmişdir. Buna görə də, məhkəmə apellyasiya şikayətlərinin hüdudlarında ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün ilk olaraq təqsirləndirilən şəxslərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrin hansının iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyini, yəni hansının həqiqət olmasının müəyyənləşdirilməsi üçün ardıcıl və məntiqi təhlil aparılmasını zəruri hesab edir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun birinci instansiya məhkəməsində verdiyi ifadəsinin xülasəsi: Pərvizlə birlikdə 06 dekabr 2021-ci ildə Bakı şəhərində icraəyə avtomobil götürmüşlər. Həmin avtomobillə Pərvizi Beyləqan rayonuna aparmış və onu tanımadığı kəndin ərazisində şəhid lövhəsinin yanında düşürərək Bakı şəhərinə qayıtmışdır. Pərvizin Beyləqan rayonuna hansı məqsədlə getməsini bilməmişdir. Qeyd olunan ifadənin işin faktiki halları baxımından qiymətləndirilməsi: ***-***-**-** Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrənin xx.xx.2021-ci il tarixə olan antenn məlumatları ilə müəyyən olunur ki, Kamranla Pərviz həmin tarixdə Beyləqan rayonuna yalnız ikisi deyil, həmçinin Səmada onlarla birlikdə getmişdir. Pərviz Beyləqan rayonu Əmirzeydli kəndi ərazisində avtomobildən düşdükdən sonra, Kamran öz təşəbbüsü ilə Bakı şəhərinə qayıtmamışdır. Belə ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə əsasən Pərviz onlar tərəfindən saxlanıldıqdan sonra “Chevrolet Aveo” markalı 99NG753 qeydiyyat nişanlı avtomobilin sürücüsü onları gördükdən sonra hadisə yerindən dərhal uzaqlaşmışdır. Məhz bu hallar Kamranın ibtidai araşdırma zamanı verdiyi ifadəsində də qeyd olunduğu kimi onun Pərvizin narkotik vasitə dalınca Beyləqan rayonuna gəlməsindən məlumatlı olmasını və həmin maddalərin realizəsində bilavasitə iştirakını təkzibedilməz qaydada təsdiq edir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsinin xülasəsi: İİR-də yaşayan “Mehsan” adlı şəxslə hadisədən dörd gün əvvəl tanış olmuş və onunla «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlamışdır. Məhz 06 dekabr 2021-ci ildə icarəyə avtomobil götürərək Kamranla birlikdə Mehsanın ona göndərdiyi 250 qram narkotik vasitə – qurudulmuş marixuananı götürmək üçün Beyləqan rayonuna getmişdir. Qeyd olunan ifadələrin işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadələri şahid ifadələri ilə təkzib olunur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs1 Beyləqan rayonu ərazisndə avtomobildən düşərək əkin sahəsinə girməsini, qamışlıq əraziyə çatdıqda oradan bir ədəd sarı bağlamanı götürüb geri qayıtdığını şəxsən gördüklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 iştirakı ilə saxlanıldığı yerə və aşkar olunmuş predmetlərə baxış keçirilmiş, o, hər hansı halı mübahisələndirmədən qeyd edilən protokollara imza etmiş, həmin hərəkətlər zamanı hal şahidləri də iştirak etmiş və birinci instansiya məhkəməsində dindirilən hal şahidləri – Şahid4 və Şahid3 da qeyd edilənləri təsdiq etmişlər. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyriinsani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istər onların vəkilləri təxminən 10 ay davam edən ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadələrinin məhz təsir və təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Artıq bu hallar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, apellyasiya müraciətlərinin hüdudlarında həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsi yoxlanılmalıdır İ mərhələ – cinayət hadisəsinin mexanizmi: İbtidai araşdırma orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla hadisənin baş vermə mexanizmi belə müəyyən olunur: Təqsirləndirilən şəxs1la faktiki nikah münasibətində olan Təqsirləndirilən şəxs3 “Nəzrin” adı ilə də tanınmaqla istifadəsində ***-***-**-** mobil nömrə olmuşdur (sübutlar: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, şahidlər – Şahid6və Sevinc Məmmədovanın ifadələri; “Bakcell Telekom”-dan daxil olmuş CD-diskə baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokola əlavə olunmuş antenn cədvəli). Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olmaqla yanaşı, həmin fəaliyyətlərini realizə etmək üçün İİR-də yaşayan şəxs(lər)lə əlaqə qurmuşlar (sübutlar: Təqsirləndirilən şəxs1 ifadələri; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş CD-diskə baxış keçirilməsi barədə 30 yanvar 2022-ci il tarixli protokol; Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Məlumat Hesablama Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 108-120/722 nömrəli məktubu ilə təqdim olunmuş cədvəl). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci ildə İİR-də olan Mehsan adlı şəxsin Azərbaycan Respublikasına keçirdiyi və Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisinə qoyduğu narkotik vasitələri və güclü təsir edən maddələri götürmək üçün gedərkən Təqsirləndirilən şəxs2 da özləri ilə aparmışlar, sonuncu da öz növbəsində narkotik vasitə dalınca Beyləqan rayonuna getmək barədə məlumatlı olmuşdur (sübutlar: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələri; “Bakcell Telekom”-dan daxil olmuş CD-diskə baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokol). Onlar həmin gün saat 21 radələrində Beyləqan rayonu Əmirzeyidli kəndinə çatdıqdan sonra Pərviz narkotik vasitəni götürmək üçün avtomobildən düşmüş və qamışlıq olan sahəyə daxil olmuş, sonuncu içərisində narkotik olan bağlamanı götürüb hərbiçilər tərəfindən dərhal yaxalandıqdan sonra Kamran və Səma avtomobillə hadisə yerindən qaçmışlar (sübutlar: Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı, həmçinin şahidlər verdiyi ifadələri, şahidlər – Şahid1 və Şahid2 ifadələri; “Bakcell Telekom”-dan daxil olmuş CD-diskə baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokola əlavə olunmuş antenn cədvəli). İİ mərhələ – əməlin hüquqi tövsifi: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v.Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd olunan hüquqi mövqeyinin işığında yuxarıd əks olunmuş sübutlar əsasında müəyyən edilmiş hadisə mexanizmini təhlil etdikdə açıq-aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs1la yanaşı, digər təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Beyləqan rayonuna narkotik vasitə götürmək üçün getdikləri barədə məlumatlı olmaqla, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində bilavasitə iştirakçı olmuşlar. Məhkəmənin bu qənaəti həmçinin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la bir yerdə ər-arvad kimi yaşaması, təhlil olunmuş sms mətnləri Səmanın özünündə narkotik vasitə satışı ilə məşğul olmasının sübuta yetirilməsi, Səmanın Beyləqan rayonuna getdiyi halda həmin halı təkzib etməsi, hadisə yerində Səma ilə Kamranın sərhədçiləri görən kimi oradan qaçmaları, eləcə də Kamranın özünün təqsirli bilmədiyi halda təxminən 2 ay ərzində istintaq və əməliyyat orqanlarından gizlənərək yayınması kimi təkzibedilməz ehtimallara əsaslanır. Bununla da apellyasiya şikayətlərində irəli sürülmüş iddianın əksinə olaraq, təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə münasibətdə təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddələri əldə etməsi, daşıması və saxlaması birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Apellyasiya şikayətlərinin hüdudunda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə tövsifinə münasibətdə müəyyən edilmiş faktiki halların yoxlanılması: Qeyd olunan ittihama münasibətdə iş üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hadisəyə qədər İİR mobil operatoruna sonunculara məxsus nömrələrlə əlaqə saxlamış və orada yaşayan şəxs(lər)in Azərbaycan Respublikasında satışını həyata keçirmək üçün göndərəcəkləri narkotik vasitələri götürməyə əvvəlcədən razılıq vermişlər. İİR-də olan şəxs narkotik vasitələri və güclü təsir edən maddəni İİR-dən gömrük nəzarətindən kənar və ya gizli keçirilib Biləsuvar rayonunun ərazisində gizlətdikdən sonra, yəni 06 dekabr 2021-ci ildə Təqsirləndirilən şəxs1 məlumat vermiş, yalnız bundan sonra sonuncu Təqsirləndirilən şəxs2 birlikdə gedib həmin ərazidən qeyd olunan maddələri götürməyi təklif etmişdir. Narkotik vasitənin Beyləqan rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs2 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Hətta, ibtidai istintaq orqanı sözügedən ittihamı əsaslandırarkən həlledici sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs1 etirafedici ifadələrində görünür ki, o, müstəsna olaraq öz adından İİR sakini ilə narkotikin İİR-dən Azərbaycan Respublikasına göndərilməsi barədə danışmış, narkotikin göndərildiyini və Beyləqan rayonunda gizlədildiyini iranlı telefonla ona bildirdikdən, yəni artıq qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotiki gizlədilmiş yerdən götürmək üçün Təqsirləndirilən şəxs2 özü ilə həmin yerə aparmışdır. Qeyd olunan sübutların təhlilindən aydın olur ki, Təqsirləndirilən şəxs2 İİR-də yaşayan şəxs tərəfindən törədilmiş narkotik vasitənin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – narkotik vasitlərin və güclü təsir edən maddənin Beyləqan rayonun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Deveyer Belçikaya qarşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməli, məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilsə də, Təqsirləndirilən şəxs2 qarşı həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin “təqsirliliyi sübuta yetirilmədikdə” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də, Müdafiəçi1 apellyasiya şikayəti Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə münasibətdə əsaslı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 apellyasiya şikayətinin hüdudunda cəza təyini ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halların yoxlanılması: Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. İş materiallarında olan “Milli Onkologiya Mərkəzi”nin 28 aprel 2022-ci il tarixli 4/586-423 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 “hər iki süd vəzisinin diffuz-kistoz mastopasiyası” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan “X18” publik hüquqi şəxsin 23 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 30 yanvar 2013-cü ildən “Şəkərli diabet tip İ” diaqnozu ilə həmin Mərkəzdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 08 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Apellyasiya şikayətlərində məhz həmin halların, yəni Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasının, “hər iki süd vəzisinin diffuz-kistoz mastopasiyası” və “Şəkərli diabet tip İ” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsinin cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmaması mübahisələndirilmişdir. Bununla bağlı ilk olaraq o qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsində cəza təyin edilən zaman nəzərə alına biləcək yüngülləşdirici halların dairəsi nəinki həmin maddədə göstərilən hallarla məhdudlaşdırılmamışdır, əksinə məhkəmənin həmin maddədə göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilməsi səlahiyyəti təsbit edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin cəza təyin edən zaman Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və ömrünün ahıl dövrünü yaşayan anasının onun himayəsində olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamaqda, hətta bu halları müzakirə belə etməməkdə haqlı olmamışdır. Qeyd olunan yüngülləşdirici halların cəzanın məqsədləri ilə ağlabatan, məntiqi əlaqəsinə gəldikdə isə məhkəmə kollegiyasının fikrincə bu hallar cəza təyini ilə bağlı məsələlərin həllində mühüm cinayət-hüquqi əhəmiyyət daşıyır və onlar barəsində aşağıdakılar qeyd edilməlidir Belə ki, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsi onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Kollegiyanın fikrincə, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Bundan başqa Təqsirləndirilən şəxs3 “hər iki süd vəzisinin diffuz-kistoz mastopasiyası” və “Şəkərli diabet tip İ” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsi, onun həmin diaqnozlu xəstəliklərlə müvafiq olaraq Milli Onkologiya Mərkəzdə və “X18” publik hüquqi şəxsdə qeydiyyatda olması onun mütəmadi müayinə və daimi müalicəyə ehtiyacının olmasını şərtləndirir. Nəticədə Cinayət Məcəlləsinin 58.3 və 59.1.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzə alınmalı olan hallar – Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, “hər iki süd vəzisinin diffuz-kistoz mastopasiyası” və “Şəkərli diabet tip İ” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsi qeyd olunan normaların ziddinə olaraq birinci instansiya məhkəməsinin diqqətindən kənarda qalmış, müvafiq olaraq cəzanın təqsirkarın islah olunmasına və şəxsiyyətinə təsiri baxımından da dəyərləndirilməmişdir. Cinayət qanununun tələbinə əsasən cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hallara əhəmiyyət verilmədən, cəzanın təqsirkarın islah olunmasına və şəxiyyətinə təsirini diqqətə almadan təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, “hər iki süd vəzisinin diffuz-kistoz mastopasiyası” və “Şəkərli diabet tip İ” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, eyni zamanda bu halları təyin olunan cəzanın onun islah olunmasına və şəxsiyyətinə təsiri aspektində nəzərə alır. Qeyd olunan cəzanı yüngülləşdirən halın nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, “hər iki süd vəzisinin diffuz-kistoz mastopasiyası” və “Şəkərli diabet tip İ” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş başqa hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, cəzanı ağırlaşdıran halın olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 5 il 6 ayadək azaldılmasını mümkün edən əsaslar kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Təqsirləndirilən şəxs3 həmin cəzaları təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Bununla anaşı məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci instansiya məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, hər birinə münasibətdə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və onlara qeyd olunan maddələrin sanksiyasında göstərilən hədd nəzərə alınmaqla qanuni və ədaləti olaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməməli, Müdafiəçi1 apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilməli, Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti qismən təmin edilməli, hökm ona dair hissədə yuxarıda qeyd olunan qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilsin. Təqsirləndirilən şəxs2 Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilsin. Həmin hökmdən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəa xaric edilsin. Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs3 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılsın. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Təqsirləndirilən şəxs3 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar