Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-295/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – X6 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxslər – Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, müdafiəçilər Şirvan Regional Vəkil Bürosunun vəkilləri - Müdafiəçi9, Müdafiəçi8, Müdafiəçi7, tərcüməçi: X2 iştirakları ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə məhkum edilmələrinə dair İmişli Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 1(036)-88/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 1(036)-88/2024 №-li, 24 dekabr 2024-cü il tarixli hökmü ilə (hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi), xx xxxxx 2004-cü il tarixdə Əfqanıstan İslam Respublikası Kabul şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Kabul şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli blinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən ona əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması, xx xxxx 2005-ci il tarixdə Əfqanıstan İslam Respublikası Kabul şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Kabul şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli blinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən ona əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması, xx xxx 2006-cı il tarixdə Əfqanıstan İslam Respublikası Kabul şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Kabul şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli blinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən ona əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmündən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında işləmək məqsədi ilə 27 avqust 2024-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin İmişli rayonu Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 17-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər. APELYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Əfqanıstan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İmişli Rayon Məhkəməsinin 24 dekabr 2024cü il tarixli hökmünün onlara CM-in təqsirli bilindikləri 318.2-ci maddəsi üzrə daha yuxarı azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cəza təyin edilərkən, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkmələrini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkmələrini cəzalarını yüngülləşdirən hal kimi göstərsə də, faktiki olaraq cəza təyini zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmələrini nəzərə almadan, onlara təqsirli bilindikləri maddə üzrə azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddini təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması - şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də, səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda, CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. İşin hallarından isə görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halları olmadığını, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən onların qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasına keçmələrinin qarşısının almaları nəticəsində törədikləri cinayətin aşkar edilməsini nəzərə almadan məhkəmə onların əməlindən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs2, X8 və Təqsirləndirilən şəxs1 öz cinayət əməllərini səmimi şəkildə etiraf etmələri qənaətinə gəlməsi onlara aşağı həddə azadlıqdan məhrum növündə cəza təyin olunması üçün əsas ola bilməz. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yalnız sübutlara əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 4-cü hissəsinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Odur ki, məhkəmənin öz hökmündə nə səbəbə təqsirləndirilən şəxslərə yüngüllüyünə görə açıq-aşkar ədalətsiz, yəni aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməsini izah etmək mümkün deyildir, belə ki, həmin cəzanı işin faktiki hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə açıq-aşkar uyğun gəlməyən hesab etməklə, qanunsuz və əsassız hesab edilməlidir. Habelə, analoji işlər üzrə mövcud məhkəmə təcrübəsi tələb edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə törətdikləri cinayət əməlinə görə məhz yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Lakin məhkəmə hökmdə əsaslandırılmayan və sübutlara əsasən müəyyən edilməyən cəzanı yüngülləşdirən hala istinad etməklə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin ictimai-təhlükəliliyinə açıq-aşkar uyğun olmayan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyi göstərilmişdir. Qeyd olunan cinayətin obyekti-idarəetmə qaydasını tənzimləyən ictimai münasibətlər olmaqla, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə vasitəsi ilə törədilir, belə ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, məhz ictimai-təhlükəliliyi yüksək olan idarəetmə qaydasını tənzimləyən ictimai münasibətlərə zərər vurmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Lakin, məhkəmə Əfqanıstan İslam Respublikası vətəndaşları olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq onlara törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəza təyin etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxslərə yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan - aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxslər, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X5 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İmişli Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli hökmünün təqsirləndirilən şəxslərin CM-in təqsirli bilindikləri 318.2-ci maddəsi üzrə daha yuxarı azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 apellyasiya protestinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin hökmünün ədalətli və qanuni olduğunu bildirib, apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Tərçüməçinin köməyindən istifadə edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya protestinə etiraz edərək müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirmiş və apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 apellyasiya protestinin dəlillərinə etiraz edib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərçüməçinin köməyindən istifadə edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 apellyasiya protestinə etiraz edərək müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirmiş və apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi9 apellyasiya protestinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin hökmünün ədalətli və qanuni olduğunu bildirib, apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Tərçüməçinin köməyindən istifadə edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya protestinə etiraz edərək müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirmiş və apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutarq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxslərin törətmiş olduqları əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunaraq, İmişli Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid3 və X3 ifadələri, 27 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərarlar, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirli olmalarının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncuların həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin etiraf ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 24 dekabr 2024-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında İmişli Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham oldunduqları maddədə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onların əməllərini CM-in 318.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya protestinin dəlillərindən görünür ki, protestdə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya protestinin dəlillərində yalnız İmişli Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 aşağı həddə cəza təyin etməklə birinci instansiya məhkəməsi tərəfindən CM-in 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə aşağı həddə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi üçün əsas olmuş cəzanı yünügülləşdirən halların, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. Apellyasiya protestinin dəlillərindən görünür ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya protestinin dəlillərində yalnız İmişli Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən olunarkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin məhkum edilmiş şəxslərə cəza tətbiq edilərkən onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. CM-in 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Mübahisə olunan hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hər birinə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Qeyd olunan cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhədi rejimi olmaqla, obyektiv cəhətdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmədə ifadə edilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edilərkən onların törətdikləri cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası AM Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 1-ci bəndinin 3-cü hissəsində qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Azərbaycan Respublikası CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş əsas cəza həm həddi, həm də növü baxımından məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Azərbaycan Respublikası CPM-in: 398.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. 399.1.4-cü maddəsinə görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunaraq İmişli Rayon Məhkəməsinin 1(036)- 88/2024 saylı, 24 dekabr 2024-cü il tarixli hökmü təyin edilmiş əsas cəzaya münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 2 (iki) il müddətinə azadlqdan məhrum etmə cəzası təyin edilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilməməlidir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.4, 399.1.5, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 1(036)-88/2024 saylı, 24 dekabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən məhkum edilmiş şəxslərə təyin edilmiş əsas cəzaya aid hissədə dəyişdirilsin. Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə azadlqdan məhrum etmə cəzası artırılaraq onların hər birinə 2 (iki) il müddətə azadlqdan məhrum etmə cəzası təyin edilsin. Hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Əli Əliyev Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(106)-295/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-295/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver