Məhkəmə qərarları › İş №1(106)-30/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-30/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-30/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X12, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onların nümayəndəsi X6, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X7, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X5, Təqsirləndirilən şəxs3 və müdafiəçisi X13 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmündən və Təqsirləndirilən şəxs3 barəsində CM-in 194.1-ci maddəsi ilə olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə dair həmin məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxarq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (hakim E.B.Quliyev) 23 sentyabr 2022-ci il tarixli, 1(017)-19/2022 saylı hökmü ilə xx.xx.1977-ci il tarixdə Ağdam rayonunun Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilib üzərində 03 il 10 ay 04 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanuna əsasən cəzası 04 il 07 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli qərar dəyişdirilib, cəza müddəti 04 il 02 aya endirilmiş, CM-in 66.5 və 66.3-cü maddələrinə əsasən qəti olaraq 03 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1991-ci il tarixdə Bərdə rayonunun Hacallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişlər; o cümlədən: - Təqsirləndirilən şəxs1 həmin maddələrlə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş; CM-in 67.1-ci maddəsinə əsasən onun əvvəlki hökmlə təyin edilmiş cəzanın vaxtından əvvəl şərti azad edildiyi 04 ay 18 gün hissəsi hazırkı hökmə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; - Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; hər iki məhkumun cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, Təqsirləndirilən şəxs1 cəzasının əvvəlinin xx.xx.2021-ci ildən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəlinin xx.xx.2021-ci ildən hesablanması və barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış; həmçinin iş üzrə məhkəmə məsrəfinə dair məsələ həll edilmişdir. Eyni zamanda Ağcabədi Rayon Məhkəməsinin (hakim E.B.Quliyev) 23 sentyabr 2022-ci il tarixli, 1(017)-19/2022 saylı qərarı ilə xx.xx.1991-ci il tarixdə Bərdə rayonunun Hacallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 barəsində CM-in 194-ci maddəsi ilə cinayət təqibinə «8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1 və 9.1-ci bəndləri tətbiq olunmaqla CPM-in 43.3-cü maddəsinə əsasən xitam verilmiş və o, amnisitiya aktına əsasəncinayət məsuliyyətindən azad edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə 20 yanvar 2019-cu il tarixdə saat 20 radələrində X3 məxsus saxlanc yeri hesab edilən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 77 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin hasarından aşaraq evin ikinci mərtəbəsində yerləşən pəncərənin dəmir barmaqlıqlarını əlamətləri istintaqa məlum olmayan özü ilə götürdüyü dəmir parçası ilə vurub yerindən qopararaq pəncərədən qanunsuz olaraq evə daxil olub yataq otağındakı dəmir seyfin qapısını özü ilə götürdüyü həmin dəmir parçası ilə güc tətbiq etməklə açıb, seyfin içərisində olan 9000 (doqquz min) manat dəyərində qızıl-zinət əşyalarını, 15810 (on beş min səkkiz yüz on) manat məbləğində 9300 ABŞ dollarını və 1230 manat nağd pul vəsaitini oğurlamaqla zərərçəkmiş şəxs Rafiq Cəbrayılova cəmi 26040 (iyirmi altı min qırx) manat maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 avqust 2020-ci il tarixdə gecə saat 03 radələrində Bərdə rayonu, Hacallı kənd sakini X14 məxsus saxlanc yeri hesab edilən həmin kəndin ərazisində yerləşən “Oyun zalı”-nın dəmir qapısının üzərində olan 2 ədəd qıfılı əlamətləri istintaqa məlum olmayan özü ilə götürdüyü dəmir parçası ilə güc tətbiq etməklə sındırdıqdan sonra həmin dəmir qapıdan sonrakı taxta materialından hazırlanmış qapının da üzərində olan qıfılı dəmir parçası ilə güc tətbiq edərək sındırmaqla qanunsuz olaraq zala daxil olub oradan Özbəkistan istehsalı olan 01 ədədi 250 manat dəyərində 110 sm diaqonallı 04 ədəd "Shivaki" markalı plazma televizor və 01 ədədi 180 manat dəyərində 04 ədəd "Playstation 3 Supersilim" markalı oyun konsolunu oğurlayıb Səbuhi Novruzova cəmi 1720,00 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında vəzifə bölgüsü aparıb 23 mart 2021-ci il tarixdə gecə saat 02 radələrində Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin ərazisində yerləşən saxlanc yeri hesab edilən “Yusif” adlı marketin qapısının üzərində olan kilidi əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə güc tətbiq etməklə sındırıb qanunsuz olaraq marketə daxil olmuş, marketin daxilində giriş hissədə qoyulmuş, içərisində qızıl-zinət əşyaları saxlanılan vitrinin şüşəsini əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs1 bacısı Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 420 manat məbləğində kişi üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1 ədəd, 750 əyarlı, 4 qram çəkidə 380 manat dəyərində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 5 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 700 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 50 ədəd, 585 əyarlı, hər biri 1,5 qram çəkidə və 110 manat dəyərində olmaqla cəmi 5500 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 10 ədəd, 585 əyarlı, hər biri 4 qram çəkidə və 300 manat dəyərində olmaqla cəmi 3000 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 07 ədəd, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 1575 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, üzük, boyunbağı və sırğadan ibarət 4 dəst, 585 əyarlı, hər bir dəst 8 qram çəkidə və 600 manat dəyərində olmaqla cəmi 2400 manat məbləğində qızıl dəstini, 25 cüt, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 5625 manat məbləğində olan qızıl sırğanı, bundan əlavə marketdə olan kassa aparatının aşağı hissəsində yerləşən pulun saxlanılması üçün nəzərdə tutulmuş hissədən Zərərçəkmiş şəxs1 məxsus 10000 (on min) manat nağd pul vəsaiti və 56 manat dəyərində olan qəpik pulları oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 19600 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 10056 manat maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 avqust 2020-ci il tarixdə gecə saat 03 radələrində Bərdə rayonu, Hacallı kənd sakini X14 məxsus saxlanc yeri hesab edilən həmin kəndin ərazisində yerləşən “Oyun zalı”-nın dəmir qapısının üzərində olan 2 ədəd qıfılı Təqsirləndirilən şəxs1 əlamətləri istintaqa məlum olmayan özü ilə götürdüyü dəmir parçası ilə güc tətbiq etməklə sındırmasından sonra həmin dəmir qapıdan sonrakı taxta materialından hazırlanmış qapının da üzərində olan qıfılı dəmir parçası ilə güc tətbiq edərək sındırmaqla qanunsuz olaraq zala daxil olub oradan Özbəkistan istehsalı olan 01 ədədi 250 manat dəyərində 110 sm diaqanallı 04 ədəd "Shivaki" markalı plazma televizor və 01 ədədi 180 manat dəyərində 04 ədəd "Playstation 3 Supersilim" markalı oyun konsolunu oğurlayıb Səbuhi Novruzova cəmi 1720,00 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında vəzifə bölgüsü aparıb 23 mart 2021-ci il tarixdə gecə saat 02 radələrində Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin ərazisində yerləşən saxlanc yeri hesab edilən “Yusif” adlı marketin qapısının üzərində olan kilidi Fikirət Gülmmədovun özü ilə götürdüyü əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə güc tətbiq etməklə sındırmasından sonra qanunsuz olaraq marketə daxil olmuş, marketin daxilində giriş hissədə qoyulmuş, içərisində qızıl-zinət əşyaları saxlanılan vitrinin şüşəsini Təqsirləndirilən şəxs1 əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə sındırmış və hər ikisi birlikdə Zərərçəkmiş şəxs1 bacısı Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 420 manat məbləğində kişi üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1 ədəd, 750 əyarlı, 4 qram çəkidə 380 manat dəyərində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 5 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 700 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 50 ədəd, 585 əyarlı, hər biri 1,5 qram çəkidə və 110 manat dəyərində olmaqla cəmi 5500 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 10 ədəd, 585 əyarlı, hər biri 4 qram çəkidə və 300 manat dəyərində olmaqla cəmi 3000 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 07 ədəd, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 1575 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, üzük, boyunbağı və sırğadan ibarət 4 dəst, 585 əyarlı, hər bir dəst 8 qram çəkidə və 600 manat dəyərində olmaqla cəmi 2400 manat məbləğində qızıl dəstini, 25 cüt, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 5625 manat məbləğində olan 25 cüt qızıl sırğanı, bundan əlavə marketdə olan kassa aparatının aşağı hissəsində yerləşən pulun saxlanılması üçün nəzərdə tutulmuş hissədən Zərərçəkmiş şəxs1 məxsus 10000 (on min) manat nağd pul vəsaiti və 56 manat dəyərində olan qəpik pulları oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 19600 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 10056 manat maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Təqsirləndirilən şəxs3 yaxın dostluq və tanışlıq münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 mart 2021-ci il tarixdə gecə saat 02 radələrində Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin ərazisində yerləşən saxlanc yeri hesab edilən “Yusif” adlı marketdən Zərərçəkmiş şəxs1 bacısı Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus çoxlu sayda qızıl-zinət əşyalarını oğurlayıb taladıqlarını bilərək baş vermiş oğurluq hadisəsi barədə heç kimə məlumat verməməsi qarşılığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik və iki ədəd qızıl üzüyü qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin qızılları əldə edib, sərəncam verməklə, istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və ünvanda tanımadığı şəxs (şəxslərə) 2000 (iki min) manata sataraq gəlir əldə edib özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Apellyasiya şikayətinin dəlilləri Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünün və Təqsirləndirilən şəxs3 barəsində cinayət təqibinə xitam verilməsinə dair 23 sentyabr 2022ci il tarixli qərarının ləğv edilib işin həqiqi hallarına uyğun yeni qərar qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, «birinci instansiya məhkəməsi gəldiyi nəticələrə dair mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir və cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Tərəflərindən məhkəməyə vəsatət verilərək, vəsatətdə işin ibtidai istintaq tərəfindən tam və hərtərəfli araşdırılmasının halları ətraflı göstərilmiş, təqsirləndirilən şəxslərin əməllərində daha ağır cinayətin əlamətlərinin olması bildirilmiş və işin ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurora qaytarılması göstərilsə də, məhkəmə vəsatətə hüquqi qiymət verməmişdir». Prosessual məsələlər Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hər iki zərərçəkmiş əlavə olaraq qeyd etmişlər ki, onların əsas tələbi ondan ibarətdir ki, cinayət işi daha ağır ittiham elan edilməsi üçün prokurora qaytarılsın Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs3 əməlini CM-in 194.1-ci madddəsi ilə deyil, oğurluq maddələri ilə tövsif etməli, məhkəmə isə ona azadlıqdan məhrumetmə cəzası təyin etməli idi. Belə ki, onlar bilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağcabədi rayonundan deyil, onların evini tanımırlar. Onları Təqsirləndirilən şəxs3 yönəltmiş, onların mağazasının talanmasında Şaiq özü də iştirak etmişdir. Lakin buna baxmayaraq, istintaq orqanı əsassız olaraq ona daha yüngül maddə ilə məsuliyyət elan edərək daha sonra barəsində amnistiya tətbiq edilməklə azadlıqda saxlanılmışdır. Əslində onların Fikirət və Rəşaddan o qədər də şikayətləri yoxdur, onların əsas şikayəti Təqsirləndirilən şəxs3dır. Ona görə də apellyasiya şikayətinin təmin edilərək işin istintaqa qaytarılması yaxud təqsirləndirilən şəxslərə, xüsusən Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzası təyin edilməsini kollegiyadan xahiş edirlər. Apellyasiya baxışı zamanı zərərçəkmişlərin nümayəndəsi Vaqif Şərifov apellyasiya şikayətini özünün tərtib etdiyini göstərib işin ibtidai istintaqa qaytarılmasını kollegiyadan xahiş etmişdir. O, əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsində vəsatət verib işin istintaq orqanına qaytarılmasını xahiş etsə də, məhkəmə onun vəsatətinə ümumiyyətlə qiymət verməmişdir. Onun əsas tələbi hökmün ləğv edilərək birinci instansiya məhkəməsinə, məhkəmədən isə istintaqa qaytarılması ilə bağlıdır. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və müdafiəçisi X19 zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsi qanuni, əsaslı və ədalətli hökm çıxardığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və müdafiəçisi X15 zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsi qanuni, əsaslı və ədalətli hökm çıxardığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs3 və müdafiəçisi X23 zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və bu səbəbdən barəsində CM-in 194.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X21 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, Ağcabədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair 23 sentyabr 2022-ci il tarixli hökmünün və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinə dair 23 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü və qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci növbədə qeyd olunmalıdır ki, istər ittiham, istərsə də müdafiə tərəfinə aid şəxslər tərəfindən əməlin hüquqi tövsifi, habelə işin faktiki halları mübahisələndirilməmişdir. Zərərçəkmiş şəxslərin əsas tələbi təqsirləndirilən şəxslərdən biri olan Təqsirləndirilən şəxs3 münasibətdə əməlin oğurluq kimi tövsif edilməsi, ona ağır cəza təyin edilməsi, bu məqsədlərlə işin istintaq qaytarılması, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə də cəzanın daha da ağırlaşdırılmasından ibarətdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilməsə də, hər bir halda təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi yoxlanılmışdır. Belə ki, CPM-in 397-ci maddəsindən də göründüyü kimi, cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl olunması vəziyyəti şikayətin və protestin dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-in 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd.). CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Bu məqsədlə məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 yanvar 2019-cu il tarixdə Mingəçevir şəhərində, 06 avqust 2020-ci il tarixdə Bərdə rayonunun Hacallı kəndində və 23 mart 2021-ci il tarixdə Ağcabədi rayonunun Avşar kənd onlara istinad edilən talama cinayətlərini törətmişlər. Onların bu əməlləri törətmələri özlərinin etirafedici ifadəsi ilə yanaşı ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər X8, X24, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər X29, X33, X30, X31, X9, X32, X20, X10, X11, X16 və X17 ifadələri, ekspert rəyi, hadisə yerinə baxış protokolları və digər sübutlarla təsdiq edilmiş, işin sübutlar əsasında müəyyən edilən halları isə istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Cinayət Qanunun normalarına uyğun tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə görə özgə əmlakının gizli talanması, həmin Məcəllənin 177.2.1-ci maddəsində talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, 177.2.2-ci maddəsində talamanın təkrar törədilməsi, 177.2.3-cü maddəsində yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilməsi və 177.2.4-cü maddəsində isə bu əməllərin xeyli miqdarda əmlakı talamaqla törədilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Beləliklə, işin sübutlar əsasında müəyyəne dilən halları yuxarıda sadalanan Cinayət Qanunu normalarınına müvafiq olaraq yoxlanılarkən təqsirləndirilən şəxslərin əməllərində həımin normalarda tutulan cinayətlərin və onların tövsfideici əlamətlərinin olması müəyyəne dilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin talama kimi, habelə Təqsirləndirilən şəxs3 əməlinin bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etmə kimi tövsif edilməsi ilə bağlı ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün qərar qəbul edilmişdir. Kollegiya cəza məsələsi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.2-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı Cinayət Qanununun yuxarıda qeyd edilən normaları ilə müəyyən edilmiş meyarlar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, məhkəmə ədalətli cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni, əsaslı və ədalətli cəzanın təyin edilməsinə nail olmuşdur. Belə ki, məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların barəsində cəzanı yüngülləşdirən və ağırlaşdırna halları, o cümlədən hər ikisinin əməlində cinayətlərin residivcinoin olmasını, dəymiş ziyanın ödənilməməsini, zərərçəkmişlərin şikayətçi olmalarını nəzərə alaraq daha sərt cəza təyin etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 3 il 6 ay, Təqsirləndirilən şəxs2 isə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyin edilməsi, o cümlədən cəzanın növü, həddi, cəzaçəkmə rejimi ilə bağlı hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs3 gədikdə isə işdən görünür ki, məhkəmə onun böyük ictimai təhlükə törətməyən cinayət törətməsini (CM-in 194.1-ci madd.), əməlinin 2000 manat dəyərində cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməkdən ibarət olmasını, həmin ziyanı isə zərərçəkmişlərə tamamilə ödəməsini, bu səbəbdən onun əməlinin həmin vaxt qəbul edilmiş amnistiya aktının, yəni “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.1 və 9.1-ci bəndlərinin təsiri altına düşməsini nəzərə alaraq bu hissədə də qanuni və əsaslı nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi Vaqif Şərifov təqsirləndirilən şəxslərdən biri olan Təqsirləndirilən şəxs3 münasibətdə cinayət işinin daha ağır ittiham elan edilməsi üçün ibtidai istintaq orqanına qaytarılması barədə birinci instansiya məhkəməsində vəsatət verdiklərini, lakin məhkəmənin onların bu vəsatətini ümumiyyətlə müzakirə etmədiyini bildirmiş və hökmün ləğv edilərək işin apellyasiya baxışından birinci instansiya məhkəməsinə, oradan isə ibtidai istintaqa qaytarılması haqda qərar qəbul edilməsini xahiş etmişlər. Lakin kollegiya zərərçəkmişlərin bu tələbini əsaslı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxa bilər. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi vurğulamışdır ki, məhkəmə apellyasiya şikayəti və ya protesti olmadan cinayət prosesini həyata keçirən orqanın qərarını öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan prosessual normaların tələbinə görə işə mahiyyəti üzrə baxan məhkəmələr cinayət işinə irəli sürülmüş ittiham daxilində baxır və öz təşəbbüsü ilə ittihamı ağırlaşdırmaq səlahiyyətinə malik deyillər. Bu baxımdan istər birinci instansiya məhkəməsi qismində işə baxmış Ağcabədi Rayoon Məhkəməsi, istərsə də Şirvan Apellyasiya Məhkəməsi ittihamı ağırlaşdıra və irəli sürülmüş ittihamla müqayisədə əməli daha ağır məsuliyyət nəzərdə tutan Cinayət Qanunu normasına tövsif edə bilməz. Bundan başqa, işdə olan “Sübutların qiymətləndirilməsi haqqıda” müstəntiqin 22 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 istintaqın ilk vaxtlarından etibarən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham olunmuş, lakin sonradan onun həmin cinayəti törətməkdə iştirakı sübuta yetirilmədiyinə görə barəsində həmin qərarla cinayət təqibinə xitam verilmişdir. Cinayət prosesini həyata keçirən orqanın qeyd olunan qərarından zərərçəkmişlər tərəfindən şikayət verilməmişdir və həmin qərar hazırda da qüvvədədir. CPM-in 39.1.və 39.1.7-ci maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı olduqda cinayət işi başlana bilməz, başlanmış cinayət işinə isə xitam verilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işinin daha ağır ittiham üçün ibtidai istintaqa qaytarılması ilə bağlı zərərçəkmiş tərəfin vəsatətini müzakirə etməsə də, bu hal hökmün ləğv edilməsinə əsas ola bilməz. Belə ki, hətta cinayət işi ibtidai istintaq orqanına qaytarılmış olsaydı belə müstəntiqin sübutların qiymətləndirilməsi qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində cinayət təqibinə xitam verildiyinə görə CPM-in 39.1.7-ci maddəsinə əsasən cinayət təqibi istisna edilirdi. Bu baxımdan məhkəmənin belə vəziyyətdə cinayət işini ibtidai istintaqa qaytarması heç bir nəticəyə səbəb ola bilməzdi. CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslərin apellyasiya şikayəti əsassızdır, şikayətin dəlilləri məhkəmənin mahiyyəti üzrə düzgün olan hökmünün və qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin hökm və qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair 23 sentyabr 2022-ci il tarixli, 1(017)-19/2022 saylı hökmü və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə olan cinayət təqibinə Amnistiya aktına əsasən xitam verilməsinə dair 23 sentyabr 2022-ci il tarixli, 1(017)-19/2022 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X18 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar