Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-300/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri fərdi qaydada fəaliyyət göstərən vəkil X5 və Biləsuvar vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. xx xxxx 1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilməklə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmünə əsasən (hakim Nüsrət Mirzəyev) Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd olunan hüquqi mövqeyə görə qərəzli xüliqanlıq hərəkəti təqsirləndirlən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 11 aprel 2023-cü il tarixdə saat 01:10 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi «Balıq evi» kafesində, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, Şahid1 Azərbaycan dilində yaxşı danışa bilməməsinə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onlarla söhbəti davam etdirmək üçün kafedən çıxmalarına mane olmaq məqsədi ilə kafenin giriş qapısında dayandıqları üçün başlamış dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bir dəfə yumruq zərbəsi vurmaq üçün hücum etmiş, lakin sonuncu zərbədən yayındığı üçün o, xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub yerə yıxmış, daha sonra sonuncunun qarnının üzərinə oturub sifət nahiyyəsinə bir-neçə dəfə yumruq zərbəsi vuraraq ona burun, sol qulaq seyvanı, sol qaş nahiyəsinin sıyrıqları, hər iki diz nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs1 yerə yıxılmasından istifadə edib, taxta stulla baş, boyun və əl nahiyyələrinə iki-üç dəfə zərbə vuraraq ona boyun nahiyəsinin sıyrıqları, sağ əl, hər iki bazu nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcələri təyin edilməyən, eyni zamanda sağ əlin İİ barmağının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 nalayiq ifadələrlə təhqir edərək, zor tətbiq etmək hədəsi ilə üzərinə hücum edib əlində olan stulla başına zərbə vurmaq istəyərkən sonuncunun özünü müdafiə məqsədi ilə taxta stulla qarşılıq verməsi nəticəsində stullar bir-birinə dəyərək sınmış və nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 35 (otuz beş) manat maddi ziyan vurmaqla kafenin içərisində xuliqanlıq hərəkətlərini davam etdirərək 10-15 dəqiqə ərzində kafedə olan şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs yalnız dostu Şahid1 qorumuş, kafeni tərk etmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 buna imkan verməmiş, qapını bağlayaraq nalayiq ifadələr işlətmişlər. Təqsirləndirilən şəxs özünü və dostunu qorumuşdur. Həmin hərəkətlər Cinayət Məcəlləsnin 128-ci maddəsinin tərkibini yaratmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Biləsuvar rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yüngül cəza verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, habelə birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etdiyini bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın tam ödənilməsini, apellyasiya şikayətinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 videokonfrans vasitəsi ilə Təqsirləndirilən şəxs şikayətinin olmadığını, apellyasiya şikayətinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, onun müdafiəçiləri X7 və Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əməlin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəza çəkdiyi müəssisə ilə videokonfrans əlaqə sistemi vasitəsilə əlaqə saxlamaq mümkün olmamış, işin hallarına əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmiş və ifadəsi elan edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Müdafiə tərəfinin apellyasiya şikayətinin prosessual əsası hökmün Cinayət-Prosessual Məcəlləsinin Məcəllənin 401-ci maddəsinə əsasən dəyişdirilməsidir. Belə ki, Cinayət- Prosessual Məcəlləsinin 401.1.2-ci maddəsinə müvafiq olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmünün ləğv və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə tam, hərtərəfli və obyektiv münasibət bildirmək üçün məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü o halda işin faktiki hallarına uyğun olur ki, hökm bilavasitə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş mötəbər sübutlara istinad edilərək gəlinmiş düzgün nəticələr əsasında çıxarmış olsun. Belə ki, iş üzrə mövcud hallara düzgün qiymət verilməməsi nəticəsində əməl səhvən cinayət qanununun digər maddəsi ilə tövsif oluna bilər. Apellyasiya instansiya məhkəməsində qismən məhkəmə istintaqı aparılmaqla tədqiq edilmiş sübutlar bu nəticəyə gəlməyə əsas vermişdir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, ibtidai istintaqın vermiş olduğu ittihamın bəzi hissəsi sübutlarla tam təkzib olunmuş, hökmdə əks olunmuş nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə hüquqi qiymət verilməlidir. 1.Birinci instansiya məhkəməsinin əsaslandığı sübutların qiymətləndirilməsi: İbtidai istintaqda irəli sürülmüş ittihamın və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin əsaslandığı sübutlar Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid3 ifadələri, eləcə də 11 aprel 2023-cü il tarixli müşahidə kamerasının qeydə aldığı görüntüyə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyidir. -Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. Şahid1 onun dostudur. Təxminən beş il bundan əvvəl o, Rusiya Federasiyasının Saratov şəhərinə gedən zaman əvvəlcədən tanıdığı Əliabad kənd sakini Şahid1 ilə birlikdə iki ay birlikdə yaşamışdır. 2023-cü ilin mart ayında “Novruz” bayramında Şahid1 Rusiyanın Saratov şəhərindən Azərbaycan Resublikasına gəlmişdir. Şahid1 gəldiyi gün onun yaşadığı evdə qalmışdır. Səhəri günü o, Pərvizi Əliabad kəndində olan əmisi evinə aparmışdır. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxmış və Xırmandalı kəndinin giriş hissəsində Pərvizlə görüşmüşdür. Daha sonra Pərvizlə rayona gedib çay içmək qərarına gəlmişlər. Pərviz rayon ərazisində olan kafeləri tanımadığından o, Pərvizi Mərkəzi bazarın yaxınlığında olan “Balıq evi” adlanan kafeyə aparmışdır. Orada onlar ikisi əyləşərək, spirtli içki olan pivə içməyə başlamışlar. Həmin vaxt kafedə başqa tanımadığı şəxslər də olmuşdur. Biraz sonra o, kafedə əvvəlcədən tanıdığı Mahir adlı şəxsi masaya çay içməyə dəvət etmişdir. Şahid1 Azərbaycan dilində yaxşı bilmədiyindən rus dili ilə qarışıq danışır. Mahirlə söhbət edən zaman Pərvizlə arasında anlaşılmazlıq olmuş, lakin o, Pərvizlə Mahir arasında olan söhbəti sakitləşdirmiş və Mahir masadan qalxan zaman sakit şəkildə qalxaraq, əvvəlcədən oturduğu masaya qayıtmışdır. Həmin vaxt Mahirin əyləşdiyi masadan orta yaşlı bir nəfər şəxs kabinetin pərdəsini çəkərək Pərvizə işarə verib öz masasına dəvət etmişdir. Pərviz də ayağa qalxaraq, həmin şəxsə yaxınlaşaraq söhbət etməyə başlamışdır. O da masadan qalxaraq, həmin masaya yaxınlaşmış və Pərvizi özü ilə aparmaq istəmişdir. Lakin orada olan sonradan adının Əli olduğunu bildiyi şəxs ona stul vermiş, o da əyləşmişdir. Söhbət zamanı onlar arasında heç bir səbəb olmadan sözlə mübahisə başlamışdır. Masada olan və daha sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 Pərvizə “gəl gedək, çöldə söhbət edək” sözlərini demişdir. Pərviz də ayağa qalxaraq, Elçinlə birlikdə çölə çıxmışdır. O da Pərvizlə Elçinin arxasınca getmiş və pilləkandan qaytarmışdır. Bundan sonra o, Pərvizə evə getməyi təklif etmişdir. Onlar çıxıb getmək istəyən zaman Zərərçəkmiş şəxs1 və Əli Bəşili qapını bağlamışlar və çölə çıxmağa imkan verməmişlər. Buna görə mubahisə daha da böyümüşdür. Buna görə də o, əvvəlcə Əlinin, daha sonra Elçinin sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra onunla Əli və Elçin dava-dalaş etmişdir. Dava-dalaş zamanı onun arxasında olan Zərərçəkmiş şəxs3 baş nahiyəsindən yumruqla zərbə vurmuş, Elçin isə əlində olan küt alətlə baş və alın nahisəindən zərbə vurmağa başlamışdır. Sadəcə olaraq dava-dalaş zamanı onun başından açarla vurulduğuna görə qan gəlməyə başlamışdır. O, hadisə zamanı kafenin içərisində Elçini yerə yıxmış və bir neçə dəfə sifət nahiyəsindən yumruqla vurmuşdur. Buna görə də Əli onun üzərinə hücum etmiş, o da Elçini buraxmışdır. Bundan sonra Elçin onu yumruqla vurmağa başlamışdır. O, da buna görə kafenin içərisində olan stulla Elçinin başına və bədəninə iki dəfə zərbə vurmuşdur. Bundan sonra Əli onu itələyərək divara tərəf aparmış və orada onu yerə yıxaraq tutub saxlamışdır. Bu zaman Elçin də əlində olan stulla onun başından iki dəfə zərbə vurmuşdur. Sonradan məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini, yəni CM-in 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. -Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman əvvəlcədən tanışı Zərərçəkmiş şəxs3 zəng vuraraq harada olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs3 də ona “Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, RTS adlanan yerin girişində olan “Balıq evi” adlanan kafeyə gedirəm, sən də gəl” sözlərini demişdir. O da buna görə evdən tək çıxmış və piyada həmin kafeyə getmişdir. O, kafeyə daxil olan zaman Əlinin gəlmədiyini görmüş, buna görə də pərdəli kabinetlərin birində əyləşərək Əlini gözləmişdir. Bir az sonra Əli kafeyə gəlmiş və onun əyləşdiyi kabinetdə əyləşmişdir. Daha sonra əvvəlcədən tanıdığı Mahir adlı şəxs gəlmişdir. Daha sonra onlar üçü kafenin içərisində sol tərəfdə olan pərdəli kabinetdə spirtli içki qəbul etmişlər. Bir az sonra Şahid3 adlı şəxs də onların masasına gəlmiş və spirtli içki qəbul etmişlər. O, həmin vaxt ayaqyoluna getmiş və qayıdan zaman Mahirin digər masada tanımadığı şəxslərlə oturmasını görmüşdür. O da öz yerində əyləşmişdir. Bir az sonra Mahir həmin masadan qalxmış və onların yanına gələrək, Mahir onlara oturduğu şəxslərdən birini rayon sakini kimi tanıdığını, lakin digər şəxsin isə Rövşən Lənkəranskinin sağ əli olmasını bildirmişdir. Onlar öz arasında söhbət edən zaman digər masada əyləşmiş, sonradan adını bildiyi Pərviz adlı şəxs onların masasında əyləşmişdir. Daha sonra onlar söhbət etməyə başlamışlar. Söhbət davam edən zaman digər masada olan sonradan adını bildiyi Tərlan adlı şəxs də onların masasına yaxınlaşaraq əyləşmişdir. Söhbət zamanı onlar arasında sözlə mübahisə başlamışdır. Pərviz adlı şəxs ona “gəl gedək çöldə söhbət edək” sözlərini demişdir. O da ayağa qalxaraq Pərvizlə çölə çıxmışdır. O, Pərvizə “gedək içəridə söhbət edək” sözlərini demişdir. Buna görə də onlar içəri daxil olmuşlar və söhbət etməyə başlamışlar. Bir az sonra Tərlanla Pərviz evə getmək üçün kafedən çıxmaq istəmişlər, lakin o və Əli qapını örtərək Tərlanla Pərvizin çölə çıxmasına mane olmuşlar. Bu zaman Tərlan əvvəlcə Əlinin sifətinə, daha sonra isə onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Buna görə də o və Əli Tərlanı vurmağa başlamışlar, Tərlan da onları yumruqla vurmağa davam etmişdir. Hadisə zamanı o, Tərlanın vurmasından xəsarət almamışdır. Orda olan hadisədən sonra küçəyə çıxmışlar, küçədə Pərviz adlı şəxs onu döyərək xəsarət yetirmişdir. Hadisə zamanı Tərlan onu stulla vursa da stul ona bərk dəyməmişdir. Daha sonra kafenin içərisində olan stullarla onlar bir-birilərini vurmağa başlamışlar. Tərlan bir ədəd stulla onun baş nahiyəsinə iki dəfə zərbə vurmuş, həmin vaxt o, əlləri ilə başını qoruyan zaman stul onun sol əlinin ikinci barmağına dəyərək əzmişdir.(Yüngül xəsarət) O, həmin vaxt xəsarət almamışdır. Hadisə nəticəsində Tərlanın başından qan axmağını görməmişdir. Bundan sonra onlar Əli ilə çölə çıxmışlar. Daha sonra o, avtomobil açarı və telefonlarının üzərində olmadığını bilmiş və buna görə də kafeyə qayıtmışdır. Kafedən açarı və telefonlarını tapdıqdan sonra evə getmək üçün kafedən çıxmışdır. Hadisə zamanı onu Tərlan birinci yumruqla vurmuşdur. Baş vermiş hadisə kafenin içərisində təxminən 10 dəqiqə davam etmiş və ətrafda təxminən 10 nəfər şəxs olmuş, lakin hamısını kim olmasını bilmir. Hadisə zamanı Mahir və Elşad heç kimi vurmamışlar və xəsarət yetirməmişlər. Kafenin içərisində baş vermiş davadalaş zamanı Şahid1 onu vurmamışdır. Küçədə olanda Pərviz onu vurmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən yumruqla, daha sonra isə kafenin içərisində olan taxta stulla onun başına və bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Sonda Əhmədov X2 Tərlan Hörmət oğlu ilə aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. -Məhkəmədə Zərərçəkmiş şəxs3 hadisənin baş verməsinin səbəbi, ardıcıllığı, vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 ilə eyni məzmunda ifadə vermişdir. -Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Balıq evi” adlanan kafeni icarə götürüb işlədir, lakin o, kafe sahibi ilə tanış olduğu üçün pul vermir. 10 aprel 2023-cə il tarixdə saat 22:30 radələrində müştəri kimi tanıdığı Zərərçəkmiş şəxs1 kafeyə daxil olmuş və tək oturmuş, sonra isə əvvəlcədən tanıdığı Şahid2 kafeyə daxil olmuş və Elçinin yanında əyləşmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 də kafeyə daxil olmuş və Elçinlə Mahirin masasında əyləşmişdir. Onlar özləri ilə spirtli içki visqi gətirmişlər və həmin visqini içmişlər. Həmin vaxt saat 22:50 radələrində əvvəlcədən tanımadığı, sonradan adlarının Tərlan və Pərviz olmasını bildiyi iki nəfər şəxs də kafeyə gəlmiş və sağ tərəfdə masada əyləşmişlər. Tərlanla Pərviz pivə sifariş vermişlər. 11 aprel 2023-cü il tarixdə saat 01 radələrində o, kafenin mətbəxində işləyən zaman salonda səs-küy olmasını eşitmiş və çölə çıxmışdır. O, çölə çıxan zaman Əli, Elçin və Tərlan adlı şəxslərin bir-biriləri ilə mübahisə etmələrini görmüşdür. Daha sonra Elçin qapını bağlamışdır. Əli də Tərlanı itələyərək çölə çıxmasının qarşısını almış və nəlayiq ifadələr işlədərək heç kim çölə çıxmaz sözlərini qışqıraraq demişdir. Bundan sonra Tərlan əvvəlcə Əlini, sonra isə Elçini yumruqla vurmuşdur. Buna görə də X12 yumruqla vurmağa başlamışlar. Elçin, Əli və Tərlan taxtadan olan və çöldən görünən kabinetin içərisinə daxil olmuşlar və orada dava etməyə başlamışlar. Bir-iki dəqiqə sonra onlar kabinetdən çıxmışlar və Tərlan Elçini yerə yıxaraq üzərində oturub, yumruqla vurmağa başlamışdır. Bir az sonra ayağa qalxmış və dava-dalaş ayaqüstə davam etmişdir. Dava zamanı Əli Pərvizin sol qoluna stulla zərbə vurmuşdur. Tərlan da Elçin yerdə olan zaman iki dəfə başından stulla zərbə vurmuşdur. Həmin vaxt Tərlanın başından qan axmağa başlamışdır. Bundan sonra Əli Tərlanı itələyərək pəncərənin yaxınlığına aparmış və orada yerə yıxmışdır, bundan istifadə edən Elçin əlində olan stulla Tərlanın başına zərbə vurmuşdur. Bundan sonra dava-dalaş qurtarmış və onlar hamısı kafedən getmişlər. Dava-dalaş başlayan kimi o, hadisə barədə polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Baş vermiş dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı Elçinin əlində bıçaq görməmişdir. Hadisə zamanı yeməkxanada olan iki ədəd taxta stuldan birini Zərərçəkmiş şəxs1, digərini isə Təqsirləndirilən şəxs sındırmış və həmin taxta stulların sındırılması nəticəsində ona 70 (yetmiş) manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın 35 manatını Zərərçəkmiş şəxs1, 35 manatını isə Təqsirləndirilən şəxs tamamilə ödəmişdir. Hadisə zamanı sındırılmış stulları o, özü almış və kafe sahibinə məxsus deyildir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. -Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biəsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla, orada yaşayır. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində rayonun Xırmandalı kəndi ərazisində olan zaman dostu Əli ilə telefonla danışmış və onlar birlikdə pivə içməyi qərarlaşdırmışlar. O da buna görə Əlinin ona dediyi, yəni Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Balıq evi” adlanan kafeyə getmişdir. O, kafeyə daxil olan zaman Əli ilə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 oturmalarını görmüşdür. O da Elçinlə Əlinin yanına getmişdir. Daha sonra onlar spirtli içki olan visqi içmişlər. Biraz sonra əvvəlcədən tanıdığı Tərlan adlı şəxs və yanında tanımadığı bir nəfər şəxs gələrək, kənarda bir masada əyləşmişdir. O, masadan ayaqyoluna getmək üçün qalxmış və gedən zaman Tərlanla görüşmüşdür. O, ayaqyolundan qayıdan zaman Tərlan onu öz masasına dəvət edərək, onlarla çay içməyi təklif etmişdir. O da Tərlanın masasında əyləşmiş və çay içmişdir. Tərlan onun qarşısında olan limondan götürmək üçün icazə istəmiş, o da Tərlana “masa sizindi istədiyini götürün” sözlərini demişdir. Daha sonra o, Əlinin oturduğu masaya qayıtmışdır. Onlar öz aralarında söhbət edən zaman masada əyləşmiş Elçin adlı şəxs Tərlanın yanında olan şəxsə salam vermişdir. Bundan sonra həmin şəxs, yəni Pərviz adlı şəxs ayağa qalxmış və onların masasına yaxınlaşmışdır. Pərviz adlı şəxs əvvəlcə hamı ilə salamlaşmış və daha sonra Elçindən özünü tanıyıb-tanımadığını soruşmuşdur. Elçin da Pərvizi tanımadığını sadəcə olaraq kiməsə oxşatmasını bildirmişdir. Bundan sonra Pərviz adlı şəxs əvvəlcədən türmədə olmasını və çox şəxsi tanımasını bildirmişdir. Buna görə də Pərviz adlı şəxslə Elçin arasında sözlə mübahisə yaranmışdır, Pərviz adlı şəxs Elçinə “gəl gedək çöldə söhbət edək” sözlərini demişdir. Bundan sonra Pərvizlə Elçin ikisi çölə çıxmışlar, lakin biraz sonra geri qayıtmışlar. Bundan sonra yenidən mübahisə başlamış, mübahisəyə Tərlan da müdaxilə etmişdir. Bu zaman Elçin kafenin giriş qapısını tutmuş və Tərlanla Pərvizin çıxmasına mane olmuşdur. Buna görə də Tərlan birinci Elçini yumruqla vurmuş və daha sonra Elçini döyməyə başlamışdır. Bundan sonra Əli, Elçin və Tərlan arasında qarşılıqlı dava-dalaş başlamışdır. Dava-dalaş zamanı Tərlanın başından qan axmağa başlamışdır. Hadisə zamanı Tərlan Elçinin başına stulla vurmuşdur. O da həmin vaxt qapı tərəfdə dayanmışdır. Pərviz adlı şəxs kafenin içərisində dayanmışdır və heç bir müdaxilə eməmişdir. Daha sonra divarın kənarında Əli Tərlanı yerə yıxmış və bundan istifadə edən Elçin stulu Tərlanın başına vurmuşdur. Bundan sonra onlar hamısı kafedən çölə çıxmışlar və yaşadığı evə getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən yumruqla daha sonra isə kafenin içərisində olan taxta stulla Zərərçəkmiş şəxs1 başına və bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişdir. -xx.xx.2023-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə, saat 22:24-də Əhmədov X4 şəhəri, M.İbrahimov küçəsində yerləşən, “Balıq evi” adlanan kafeyə daxil olur və ətrafı ağ rəngli pərdələrlə əhatə olunmuş kabinetdə əyləşir. Daha sonra həmin tarixdə saat 22:27-də Zərərçəkmiş şəxs3 kafeyə daxil olur və Zərərçəkmiş şəxs1 yanında əyləşir. Həmin tarixdə saat 22:41də Şahid2 da kafeyə daxil olur və Elçinlə Əlinin əyləşdiyi masada əyləşir. Bundan sonra saat 22:51-də Təqsirləndirilən şəxs və Şahid1 kafeyə daxil olmuşlar və kafenin içərisində açıq yerdə masada əyləşmişlər. xx.xx.2023-cü il tarixdə, saat 00:46-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs3 əyləşdiyi masaya gedir və orada Əli ona bir ədəd oturacaq verərək oturmasını bildirir. Daha sonra saat 00:48-də Elçinlə Pərviz birlikdə kafedən çölə çıxırlar və buna görə də Əli ilə Tərlan da onların arxasınca gedirlər. Daha sonra onlar hamısı kafeyə qayıdır və Elçin onlara oturub söhbət etməyi və razılığa gəlməyi təklif edir. Daha sonra Elçin, Pərviz və Əli arasında heç bir səbəb olmadan sözlə mübahisə başlayır. Bundan sonra Pərviz masada ayağa qalxaraq Zərərçəkmiş şəxs3 və Elçini çölə çağırır. Buna görə də Əli ayağa qalxaraq onunla getmək istəyən zaman, orada olan Tərlan ona mane olmaq istəyir, bu zaman Elçin də Pərvizin üzərinə hücum edərək onu vurmaq istəyir, lakin Tərlan onlardan xahiş edərək Pərvizə qarşı hər hansı bir hərəkət etməmələrini xahiş edir. Həmin tarixdə saat 01:11-də Tərlanla Pərviz kafedən çölə çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs3 ucadan nəlayiq küçə söyüşləri söyərək heç kim kafedən çıxmayacaq sözlərini deyir. Daha sonra Elçin gedib qapını bağlayır və daha sonra Əli ilə birlikdə Pərvizlə Tərlanın oturmasını tələb edir və Tərlanı əlqol hərəkətləri ilə itələyərək qapıdan uzaqlaşdırırlar. Bu zaman Tərlan birinci Zərərçəkmiş şəxs3, daha sonra isə Zərərçəkmiş şəxs1 yumruqla vurmağa başlayır. Dava-dalaş zamanı Əli Tərlanı yumruqla vurur, Elçin isə əlində olan görünməyən kəsici alətlə vurur, Tərlan isə onların hər ikisinin başına və sifətinə yumruqla vurur. Dava zamanı Tərlan Elçini yerə yıxaraq onun başına yumruq zərbələri vurur, bu zaman Əli Tərlanın üzərinə hücum edərək Elçini onun əlindən alır. Bundan sonra Tərlan yenə Elçini yumruq zərbələri ilə vurur və Elçin də qışqıraraq Əlindən kömək istəyir. Əli Elçinə kömək üçün gedən zaman Pərviz onun qarşısına çıxır və bu zaman Əli stulu götürüb Pərvizin başına vurmaq istəyir, lakin Pərviz əli ilə özünü müdafiə edərək stulu yerə salır. Sonra əvvəlcə Elçin stulla bir dəfə Tərlanın başına zərbə vurur, lakin özü yerə yıxılır, bu zaman Tərlan başqa bir stul götürərək Elçinin başına iki dəfə zərbə vurur. Sonra isə Əli bir ədəd stul götürür və Tərlanı vurmaq istəyən zaman Tərlan ona əlindəki stulla qarşılıq verir və stullar birbirinə dəyir və sınır. Həmin vaxt Əli ilə Tərlan əlbəyaxa olurlar və Əli Tərlanı divarın yanına apararaq yerə yıxır və Elçin də əlində olan bir ədəd stulla Tərlanın başına bir dəfə zərbə vurur. Bundan sonra Elçinlə Əli sonuncunun sözü ilə kafedən birlikdə çıxırlar. Buna görə də dava-dalaş qurtarır. Hadisə zamanı Tərlanın başından qan axması görünür. -Biləsuvar rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 171 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 burun, sağ əl, hər iki diz, sol qulaq seyvanı, boyun, və sol qaş nahiyəsinin sıyrıqları, hər iki bazu nahiyyəsinin qançırları və sağ əlin İİ barmağının əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin İİ barmağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 2.Apellyasiya baxışı üzrə sübutların qiymətləndirilməsi: Apellyasiya baxışında Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Şahid2 qismən məhkəmə isitintaqında dindirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan edilmiş, hadisə yerində olan müşahidə kamerasınını qeydə aldığı videogörüntüyə bir neçə dəfə baxış keçirilmişdir. Qeyd olunan ifadələr məzmun baxımından birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla eynilik təşkil etidiyi üçün, həmin ifadələrin təkrarlanmasına kollegiya zərurət görmür, yalnız əməlin tövsifinə təsir edən hallara uyğun dəyərləndirmə aparılmasını məqsədə uyğun hesab edir. Bundan başqa kollegiya videogörüntüyə bir neçə dəfə baxış keçirərək müəyyən etmişdir ki, verilmiş ittihamın bir hissəsi həqiqəti əks etdirmir. Belə ki, müşahidə kamerasının qeyd olunan görüntüləri, bu barədə ibtidai istintaqda tərtib edilmiş baxış protokolu aşkar göstərir ki, hadisə zamanı Tərlan yalnız Əli və Elçinin stulla onu vurmasından sonra stuldan istifadə edir. Bu hal birinci instansiya məhkəməsinin istinad etdiyi və cinayət işi materiallarında olan videogörüntüyə baxış protokolunda “...Sonra isə Əli bir ədəd stul götürür və Tərlanı vurmaq istəyən zaman Tərlan ona əlindəki stulla qarşılıq verir və stullar bir-birinə dəyir və sınır.” kimi qeyd edilmişdir: xx.xx.2023-cü il tarixdə, saat 01:12:54-də qeydə alınmış videogörüntüdə də həmin fakt tam təsdiq olunur. Bununla belə, qeyd olunan faktiki halın əksinə olaraq Təqsirləndirilən şəxs verilmiş ittiham “...daha sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 nalayiq ifadələrlə təhqir edərək, zor tətbiq etmək hədəsi ilə üzərinə hücum edib əlində olan stulla başına zərbə vurmaq istəyərkən sonuncunun özünü müdafiə məqsədi ilə taxta stulla qarşılıq verməsi nəticəsində stullar bir-birinə dəyərək sınmış və nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 35 (otuz beş) manat maddi ziyan vurmaqla ....” şəklindədir. Göründüyü kimi, qeyd olunan əsas sübutla müəyyən olunan hallar ittihamda təhrif edilmiş, birinci instansiya məhkəməsi videogörüntüyə baxış protokoluna istinad etsə də, ziddiyyətli məqamı araşdırmadan, işin hallarına uyğun olmayan ittihamı təsdiq etmişdir. Halbuki, Təqsirləndirilən şəxs heç bir nalayiq ifadə işlətməməsi, yalnız Elçinin onu stulla vurmaq istəməsi cəhdinə görə özünü müdafiə üçün stulla qarşılıq vermiş, həmin an stullar bir-birinə dəyərək sınmış və yalnız bundan sonra o, Elçinə stulla iki dəfə zərbə vurmuşdur. Həmin videogörüntüdən həmçinin bu hal da müşahidə olunur ki, Zərərçəkmiş şəxs3 Şahid1 stulla vurmuş, nəticədə taxta stulun qanadı sınmışdır. Qeyd olunan sübutlar hadisənin baş vermə səbəbini, cinayətin törədilmə üsulunu, vaxtını, hadisədə iştirak edən şəxslərin davranışlarını aşkar müəyyən etməyə imkan vermişdir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri eyni məzmunda olmaqla, videogörüntüdə əks olunanları tam olaraq təsdiq etmiş və ittihamın qeyd olunan hissəsini isə təkzib etmişdir. Apellyasiya şikayətnin dəlillərinə uyğun olaraq qismən keçirilən məhkəmə istintaqında Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməmiş, özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək, yuxarıda göstərilən məzmunda ifadəsini bir daha təsdiq etmişdir. Cinayət Kollegiyası istintaqla aparılan məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirib, yoxlayıb, işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs verilən ittihama görə ibtidai istintaq və birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tədqiq edilən sübutlardan aşkar görünür ki, hadisənin baş verməsinin səbəbkarı bilavasitə zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 özləri olmuşdur. Onların mübahisəsi, xüliqanlıq hərəkətləri faktiki olaraq Şahid1 qarşı başlamışdır. Pərviz Musayevlə olan sözlü mübahisələrindən aydın görünür ki, onlar mübahisəyə başlayarkən Təqsirləndirilən şəxs onların yanında olmamış, onlar bir dəfə kafedən çölə çıxaraq söhbət etmiş, daha sonra yenidən kafeyə qayıtmışlar. Kafeyə qayıtdıqdan sonra mübahisədən xəbərdar olan Tərlan onları sakitləşdirməyə çalışmış, müşahidə kamerasının qeydə aldığı videogörüntüdən də göründüyü kimi, Şahid1 barəsində “səhv etmişdir”, “bilməyib” kimi ifadə işlədərək, mübahisəni qarşılıqlı razılşama ilə bitməsinə səy göstərmişdir. Pərviz, Əli və Elçin arasında olan mübahisədən uzaqlaşmaq üçün Təqsirləndirilən şəxs Pərvizlə kafedən çıxmaq istəyərkən Əli və Elçin qapını bağlayaraq onlara mane olmuş, Elçin nalayiq ifadələr işlətməklə, kafeni yandırması ilə hədələmiş, sonuncular Tərlan və Pərvizin kafedən getməsini fiziki güc tətbiq etməklə əngəlləyərək, xüsusilə Təqsirləndirilən şəxs əyləşməsini tələb etmişlər. Həmin tələblə bağlı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs əli ilə bir neçə dəfə sinəsindən itələmiş, özünün üstünlüyünü ifadə edən hərəkətlərə davam etməsi və işlətdikləri ifadələri ilə Təqsirləndirilən şəxs onları yumruqla vurmağa təhrik etmişdir. Elçin və Tərlan arasında davam edən qarşılıqlı dava zamanı Elçin Əlini köməyə çağırmış, Əli kafedə olan taxta stulu götürüb əvvəlcə Şahid1 vurmuş, həmin zərbədən stul sınmışdır. Bundan sonra Əli digər stulu götürərək Təqsirləndirilən şəxs başına və bədəninə zərbələr vurmağa başlamışdır. Daha sonra Elçin stulla Tərlanı vurmaq istəyərkən Tərlan stulla özünü müdafiə edərək qarşılıq vermiş, həmin vaxt stul sınmış və özünü müdafiədən sonra daha iki dəfə Elçinə stulla zərbə endirmişdir. Bundan sonra Elçin və Əli Tərlanı kafenin divar hissəsinə sıxışdırmış, onun başına Elçin stulla təkrarən zərbə endirmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə hüquqi qiymət verilərkən nəzərə alınmalıdır ki, o, nalayiq ifadələr işlətmir, hadisə baş verənə qədər özünü mədəni, barışığa meyilli şəxs olaraq nümayiş etdirir, öz üstünlüyünü nümayiş etdirmir, hər hansı qərəzli hərəkətləri müşayiət edilmir. Əli və Elçin onların getməsinə maneə yaradan hərkətləri, Elçinin nalayiq ifadələri, kafeni yandırmaqla hədələməsi, Əlinin Tərlanın üzərinə yeriyərək əli ilə sinəsindən itələməklə özünü Tərlandan daha üstün olmasını nümayiş etdirməsi kimi təhrik edici hərəkətlər onun şüuruna və iradəsinə psixi təsir göstərməsinin nəticəsi kimi emosional olaraq Təqsirləndirilən şəxs ictimai-təhlükəli əməli törətməyə qətiyyət formalaşdırmış, onun tərəfindən cinayətin şəxsi münasibətər motivi ilə törədilməsinə zəmin yaratmışdır. Məhz həmin emosional vəziyyətin psixoloji nəticəsinə əsasən Təqsirləndirilən şəxs digər adı keçən şəxslərin zor tətbiq etmə ilə, eləcə də kafe sahibinin əmlakını yandırmaqla hədələmə, real fiziki güc tətbiq etməklə qorxutmaq mahiyyətli, şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərinə görə qəflətən Əli və Elçini ilkin olaraq vurmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına əsasən subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Beləliklə məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qismən istintaqın nəticəsinə və istinad olunmuş Qərarlarda göstərilən hüquqi mövqelərə əsasən bu nəticəyə gəlir ki; -Subyekt üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, baş vermiş hadisəyə görə dostu Pəviz Mirzəyevlə bir qrup təşkil etməmişdir. -Subyetiv cəhət üzrə Təqsirləndirilən şəxs əməlində motiv olaraq özünün cəmiyyət üzərində xəyali üstünlüyünü ifadə etmək, başqalarını alçatmaqla özünü igid göstərməyə və özünütəsdiqə cəhd etmək, özünün qoçaqlığı və kobud davranışları ilə öyünmək, əxlaq normalarına etinasız yanaşmaq, hadisə baş verən ana qədər digərlərinə qarşı hörmətsizlik ifadə edən xüsusiyyətləri və əvvəlcədən belə bir niyyətinin olması müəyyən olunmur. -Obyektiv cəhət üzrə ictimai qaydanın pozulması faktı olsa da, bu hadisə məhz Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 əməlləri ilə daha əvvəlcədən başlamış, onların Tərlan və Pərvizə qarşı hərəkətlərində və sözlərində hörmətsizlik, müstəsna həyasızlıq ifadə olunmuş, məhz bu hərəkərlətinə görə onlar Biləsuvar rayon məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinmiş, hər birinə azadlıqdan məhrum etmə cəzaları təyin olunmuşdur. Həmin hökm qanuni qüvvəsini almışdır. -Cinayətin obyekti olaraq ictimai qayda, insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Nəzərə alınmalıdır ki, cinayət tərkibinin elementləri obyektdən, obyektiv cəhətdən, subyektdən və subyektiv cəhətdən ibarətdir və onlar cinayət məsuliyyətinin, əməlin tövsifinin əsasını müəyyən edir. Hazırkı hadisənin təhlili göstərir ki, subyekt olaraq Təqsirləndirilən şəxs əməlində xüliqanlıq motivi müəyyən olunmur, obyektiv cəhət olaraq sağlamlığın qısa müddətə pozulmasında ifadə olunan istimai təhlükəli əməli törətmişdir, əməli obyekt olaraq insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsdir. Biləsuvar rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 171 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 burun, sağ əl, hər iki diz, sol qulaq seyvanı, boyun, və sol qaş nahiyəsinin sıyrıqları, hər iki bazu nahiyyəsinin qançırları və sağ əlin İİ barmağının əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin İİ barmağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Qəhrəmən oğlu məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Biləsuvar rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 178 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs başın alın və ənsə nahiyyəsinin əzilmiş-ksilmiş yaraları, sol ayağın İ barmağının əzilmiş yarası, döş qəfəsinin və qarının küt travması müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın, ola bilsin bəzi nahiyələr deşici alətlə (başa tikişlər qoyulduğundan yaraların xarakterini müəyyən etmək mümkün deyil) əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gələrək qeyd edir ki, Təqsirləndirilən şəxs icimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmadığı aşkardır, odur ki ona istinad olunan əməl xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 bir qrup şəxs halında törətdikləri xüliqanlıq cinayət hadisəsi zamanı şəxsi münasibətlər motivi ilə, yəni onların Təqsirləndirilən şəxs cinayət törətməsinə qətiyyət yaradan təhrikedici hərəkətləri ilə həmin cinayəti törətmişdir. Beləliklə məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilən sübutlara əsasən bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs münasibətdə hadisə aşağıdakı kimi baş vermişdir. 11 aprel 2023-cü il tarixdə saat 01:10 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 bir qrup şəxs halında, Biləsuvar şəhərində yerləşən X3 işlətdiyi «Balıq evi» kafesində, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, heç bir əsaslı səbəb olmadan Şahid1 Azərbaycan dilində yaxşı danışa bilməməsini bəhanə etməklə kafedə olan kənar şəxslərin gözü qarşısında nalayiq sözlər işlədib səs-küy salıb mübahisə edərək, Şahid1 üzərinə hücum edərək dalaşmaq məqsədi ilə, Zərərçəkmiş şəxs1 kafenin çıxış qapısını bağlayaraq, "heç kim kafeni tərk edə bilməz", “kafeni yandıraram” sözlərini deyən zaman, həmin vaxt mübahisəni sakitləşdirmək və tanışı Şahid1lə evə getmək məqsədi ilə kafedən çıxmaq istəyərkən, kafedən çıxmalarına icazə vermədikləri üçün Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs sinəsindən əli itələməsindən sonra, onların təhrikedici hərəkətlərindən sonra Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 üzərinə hücum etmiş, Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub yerə yıxmış, daha sonra sonuncunun qarnının üzərinə oturub sifət nahiyyəsinə bir-neçə dəfə yumruq zərbəsi vuraraq ona burun, sol qulaq seyvanı, sol qaş nahiyəsinin sıyrıqları, hər iki diz nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onu stulla vurmasından sonra, əvvəlcə stulla özünü müdafiə etmiş, daha sonra taxta stulla Zərərçəkmiş şəxs1 baş, boyun və əl nahiyyələrinə iki-üç dəfə zərbə vuraraq ona boyun nahiyəsinin sıyrıqları, sağ əl, hər iki bazu nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcələri təyin edilməyən, eyni zamanda sağ əlin İİ barmağının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət Kollegiyasının sübutların tədqiqinə əsaslanan qənaətinə görə və hüquqi tövsifinin nəticəsi olaraq, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığına zərər dəyməmişdir, yüngül bədən xəsarəti alan şəxs yalnız Zərərçəkmiş şəxs1 olduğuna görə, yalnız onun zərərçəkməsinə görə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından görünür zərərşəkmiş Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində ərizə yazaraq, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ziyanın tam ödənilməsini, onunla barışdığını bildirmiş, o, videokonfrans əlaqə sistemi ilə keçirilən məhkəmə iclasında bir daha bunu ifadə etmişdir. Belə olan halda onların barışması, şikayət və tələbin olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 401.1.1-ci maddəsinin tələbləri pozulmaqla, gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması Təqsirləndirilən şəxs əməlinin tövsifinə təsir etmiş, hazırkı məhkəmə araşdırması qeyd olunan əsaslar CPM-in 399.1.2-ci maddəsinə əsasən prosessual pozuntu hesab olunur və hökmün dəyişdirilməsi və ya ləğvi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 398.1.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qanunvericiliyin qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət təqibinə xitam verildiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 1(022)-10/2024 nömrəli hökmü ləğv edilməli, barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin maddələrinin 43, 324, 397-399, 401-405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 1(022)-10/2024 nömrəli hökmü ləğv edilsin, onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Elçin Xasməmmədov Pərviz Hacıyev Düzdür: Habil Bəhməno
Məhkəmə qərarları › İş №1(106)-300/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-300/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver