Məhkəmə qərarları › İş №1(106)-319/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-319/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-319/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi ), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş.oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmündən məhkum edilmkiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 1(099)-117/2024 saylı hökmü ilə (sədrlik edən hakim Müşfiq Məmmədov), xx xxxx 1979-cu ildə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 1 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Astara rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə barəsində "həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cümaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21 iyun 2023-cü ildən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən külli miqdarda, -14,638 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 21 iyun 2023-cü il tarixdə, saat 13:40-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Astara rayonu Ərçivan qəsəbəsində saxlanılaraq üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sarı rəngli sellofan bükümündə təmiz çəkisi: -14,638 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəkili apellyasiya şikayətində göstərmişdir ki, cinayət işinin materiallarında əks olunmuş istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə saat 13.40-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsində Təqsirləndirilən şəxs evinin yaxınlığında küçədə saxlanılaraq Astara RPŞ-in inzibati binasına gətirilmişdir. Onun üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 14,638 qram olan narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verdiyi izahatında və həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadələrində heroindən istifadə etdiyini, üzərindən aşkarlanmış narkotik vasitəni 14 iyun 2023-cü il tarixdə saat 12.00 radələrində Astara rayonu Şahağacı kəndinə gedərək mərkəzə çatdıqdan sonra əvvəllər narkotik vasitə olan heroini aldığı, adını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsə narkotik vasitə olan heroini almaq istədiyini bildirmiş, həmin şəxs ona 01 ədəd bükümdə narkotik vasitə olan heroini verdikdən sonra 150 manat pul ödəyib əldə etdikdən sonra evinə qayıtmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı verdiyi ifadə ondan ibarət olmuşdur ki, 21 iyun 2023-cü il tarixdə saat 10.00-11.00 radələrində Astara rayonunun Ərçivan qəsəbəsində yaşadığı evdən kifayət qədər uzaq məsafədə, çayın digər tərəfində fəhlə kimi işlədiyi qəsəbə sakininə məxsus fərdi evin həyətində 3 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılmış, həmin şəxslər tərəfindən əlləri arxadan burulub həyətdən çıxarılmış, əlləri qandallanıb “Niva Chevrolet” markalı avtomobilə əyləşdirilərək Astara RPŞ-in inzibati binasına aparılmışdır. Avtomobildə o boynundan üzü aşağıya sıxılmış və ona “sənin İranda nə işin var, fəhləsən get fəhləliyini et” deyə bildirilmişdir. Polis şöbəsində ona narkotik maddəninin olduğu bükümü göstərərək həmin bükümü cibinə qoymalı və çəkiliş zamanı cibindən çıxarmalı olduğunu bildirmişlər, əks halda təkcə onun deyil, həm də ailə üzvlərinin həbs ediləcəyi ilə hədələmişlər. Etiraz etməsinə baxmayaraq davamlı hədə və psixoloji təsirdən sonra Təqsirləndirilən şəxs ona məxsus olmayan bükümü götürməyə, çəkiliş zamanı cibindən çıxarmağa və işlə bağlı tərtib edilmiş bütün sənədlərə imza atmağa razılıq verməyə məcbur qalmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin saxlanması, polis şöbəsinə gətirilməsi və üzərindən narkotik maddə olan bükümün aşkar edilməsi barədə ifadəsi saxlanma şəraiti, saxlanma saatı, saxlanma məkanı və digər hallar üzrə ibtidai istintaq orqanının mövqeyindən tamamilə fərqlidir. Bu ziddiyyətli xüsusatı aydınlaşdırmaqdan ötrü müdafiə tərəfinin Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsi üzrə antenn məlumatların əldə edilməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Təqsirləndirilən şəxs nə vaxt, harada və hansı şəraitdə üzərindən aşkarlandığı bildirilən narkotik vasitə olan heroinin əldə etməsi ilə bağlı əhəmiyyətli xüsusatı tam, hərtərəfli və obyektiv araşdırmaq üçün onun istifadəsində olan mobil telefon nömrəsi üzrə antenn məlumatlarının əldə edilməsi zəruri idi. Bu xüsusat üzrə ittiham tərəfi ilə təqsirləndirilən şəxsin verdiyi məlumatlar arasında kəskin ziddiyyətlərin olması işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hal olaraq onun dəqiqliklə araşdırılmasını daha da əhəmiyyətli edirdi. Verilmiş vəsatət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etmə tarixi, saatı və yerini müəyyən etməklə işə obyektiv qiymət verməkdən ötrü ona məxsus olan 050 *** ** ** mobil telefon nömrəsinə saxlandığı gündən 1 həftə əvvəl - 14 iyun 2023-cü il tarixdə saat 11.00-dan saat 16.00-a qədər daxil olan və çıxan zənglər müəyyənləşdirilməklə, eyni zamanda saxlandığı gün, yəni 21 iyun 2023-cü il tarixdə saat 10.00-dan saat 16.00-a qədər daxil olan və çıxan zənglər müəyyənləşdirilməklə onun telefonunun əhatə dairəsi müəyyənləşdirilsin. Məhkəmə araşdırması zamanı verilən vəsatətə dövlət ittihamçısının münasibəti ondan ibarət olmuşdur ki, istintaq orqanı Təqsirləndirilən şəxs məxsus mobil telefon üzrə məlumatları mobil operatordan əldə etmiş və məlumatların əks olunduğu disk iş materiallarına əlavə edilmişdir. Lakin iş materiallarında olan "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 15855 saylı məktubla Astara RPŞ-ə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli Protokodlan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinin deyil, 050 *** ** ** nömrəsinin məlumatları ələ keçirilmişdir. Həmin CD diskdəki məlumatlardan isə müəyyən olunur ki, 050 *** ** ** nömrəsi Şəmkir rayonunda yaşayan tamamilə başqa fiziki şəxsə məxsusdur və Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs məxsus olan mobil telefon nömrəsi üzrə məlumatların əldə edilməsi daha çox əhəmiyyət daşısa da məhkəmə həmin məlumatların əldə edilməsindən faktiki imtina etmişdir. İstintaq orqanı tərəfindən mobil telefon nömrəsi üzrə ələ keçirilmiş məlumatların Təqsirləndirilən şəxs aid olmadığı həmin orqan tərəfindən müəyyən edilməli idi. Lakin ibtidai istintaqı həyata keçirən orqan bu məsələdə maraqlı olmamışdır. Bu məqam da istintaq orqanının Təqsirləndirilən şəxs təqsirliliyinə aid mötəbər sübut toplamaqda, nəticə etibarilə baş verdiyi iddia edilən cinayət əməlinin tam, hərtərəfli və obyektiv araşdırmaqda maraqlı olmadığını, Təqsirləndirilən şəxs “etirafedici” ifadəsinin və şəxsi axtarış və götürmə hərəkətinin videoçəkilişinin kifayət edəcəyi mövqeyində olduğuna dəlalət edir. Təqsirləndirilən şəxs əsl saxlanma vaxtının və şəraitinin müəyyən edilməməsi onu göstərir ki, Təqsirləndirilən şəxs polisin nəzarəti altında cinayət işinin materiallarında iddia edildiyi kimi saat 13.40-dan etibarən deyil, daha erkən vaxtdan olmuş, bu da polis əməkdaşlarına təqsirləndirilən şəxsə bildirdiyi psixoloji təzyiq etməyə və narkotik vasitənin ona məxsus olmadığı halda qəbul etməsinə məcbur etməyə imkan vermişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərində axtarış aparılmamışdır, halbuki saxlandığı yer Astara rayonu Ərçivan qəsəbəsində insanların kütləvi olduğu ərazi olmamışdır və onun üzərində axtarış hərəkəti qeyd edilən ərazidə aparıla bilərdi. Avropa Məhkəməsi bu halla bağlı qeyd edir ki, saxlanma ilə axtarış arasındakı olan vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı ortaya legitim narahatlıqlar çıxarır, belə ki, bu vaxt ərzində şəxs tamamilə polisin nəzarəti altında olur (Lahıcov Azərbaycana qarşı iş). Təqsirləndirilən şəxs sübut kimi istinad edilən“etirafedici” ifadəni heç bir təzyiq olmadan istintaq orqanına vermişdisə, həmin ifadədə bildirilən məlumatların və halların dəqiqləşdirilməsi həyata keçirilməli idi. Belə ki, istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktından və sübutların qiymətləndirilməsi barədə qərardan Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadənin etirafedici ifadə olmaqla ittihamı təsdiqləyən sübut növü kimi qiymətləndirildiyi görünür. Azərbaycan Respublikasının CPMnin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-birilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların yoxlanlmasında məqsəd onun mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi sübut kimi qəbul edilərək qiymətləndirilsə də, təqsirləndirilən şəxsin ifadəsində əks olunmuş faktlar və hallar, başqa sözlə desək ifadənin məzmunu cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olaraq təhlil edilməmiş və yoxlanılmamışdır. Bu Təqsirləndirilən şəxs əslində heç bir cinayət törətmədiyinə, məhkəmə araşdırması zamanı ifadəsində qeyd etdiyi kimi onun üzərində narkotik vasitə olmadığına, bu vasitənin olduğu bildirilən bükümün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğuna və etirafedici ifadə verməyə məcbur edildiyinə dəlalət edir. İstintaq orqanının ibtidai istintaq zamanı nümayiş etdirdiyi daha bir formal xarakterli və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqda maraqlı olmadığına dəlalət edən hərəkəti ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə saxlanılsa da və onun üzərindən narkotik vasitənin aşkarlandığı iddia edilsə də, Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı evdə axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına dair vəsatət Qasımovun saxlanmasından yalnız 11 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə qaldırılmış, məhkəməyə təqdimat isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(018)-119/2023 saylı Qərarı ilə təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs yaşamış olduğu Astara rayonu Ərçivan qəsəbəsində yerləşən yaşayış evində, həmin evin həyətyanı sahəsində və təsərrüfat tikililərində axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına razılıq verilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs yaşadığı evə xx.xx.2023-cü il tarixdə gəlmişdir. Həmin tarixli baxış keçirilməsi haqqında Protokoldan görünür ki, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həqiqətən də yaşadığı Astara rayonu Ərçivan qəsəbəsindəki evinin yaxınlığında saxlanılsaydı və onun üzərindən həqiqətən də narkotik vasitənin olduğu büküm aşkar edilsəydi ona məxsus olan evdə və həyətyanı sahədə axtarış və götürmə istintaq hərəkətlərinin aparılması üçün vəsatət 11 gündən sonra deyil, Təqsirləndirilən şəxs qismində cəlb edildiyi və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gün, yəni saxlandığından bir gün sonra verilməli idi. Bundan başqa əgər Təqsirləndirilən şəxs onun üzərindən aşkar edildiyi bildirilən narkotik vasitə ilə bağlı etirafedici ifadəni sərbəst şəkildə, ona heç bir təzyiq edilmədən vermişdisə, narkotik vasitənin əldə etmə mənbəyi barədə suallara da ətraflı cavab verməli idi. Lakin Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarından görünür ki, ona narkotik vasitənin əldə etdiyi şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün ümumiyyətlə heç bir sual verilməyib. Təqsirləndirilən şəxs ifadəsində həmin şəxsi tanmadığı bildirilsə də, həmin şəxsin yaşı, fiziki görünüşü, fərqləndirici xüsusiyyətləri, əvvəl görüşüb narkotik vasitə aldığı tarixlər, məkanlar və digər barədə suallar verilməklə dəqiqləşdirilə bilərdi. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin ittihamın əsaslılığı üçün istinad etdiyi sübutlardan biri də Astara RPŞ-in əməkdaşları Şahid1, Şahid3 və Şahid2 şahid ifadələridir. Avropa İnsan Hüquqları Məhkəməsinin polislərin şahid qismində dindirilməsi ilə bağlı mövqeyinə görə, polis əməkdaşı iddia edilən xətanın "qurbanı" olduğuna görə, yerli məhkəmələr onların şahid ifadəsini ərizəçinin ifadəsindən daha obyektiv və etibarlı hesab etmələrinin adekvat səbəblərini təqdim etməli və polislə əlaqəsi olmayan şahidi çağırmağa cəhd etməlidirlər (Qafqaz Məmmədov Azərbaycana qarşı, b. 85). Hazırki işdə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o polis əməkdaşları tərəfindən ona edilən psixi və psixoloji təzyiq nəticəsində, habelə ailə üzvlərini də həbs etmək hədəsi ilə ibtidai istintaq zamanı məhz onların hazırladığı və həqiqəti əks etdirməyən ifadənin altından imza atmağa məcbur edilmişdir. Bu və qeyd edilən digər çoxsaylı əsaslara görə polis əməkdaşları tərəfindən verilən şahid ifadələri ittihamın əsasını təşkil edən sübut qismində qəbul edilməməlidir. Məhkəmə araşdırması zamanı şahidlər müdafiə tərəfinin onlara verdiyi suallara cavab olaraq bildirmişlər ki, onlar Astara RPŞ-nin əməliyyatçıları olsalar da sonradan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbənin, eyni zamanda onu satmaq istədiyi istehlakçı yaxud istehlakçıların ifşa edilməsi ilə bağlı heç bir əməliyyatda iştirak etməyiblər. Eyni zamanda Astara RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 (hazırkı iş üzrə şahidlərdən biri) tərəfindən müstəntiq Nurlan Rzazadəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, aşkar olunduğu bildirilən narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə məlumat əldə olunsa da, onun əldə etdiyi narkotik vasitəni haradan əldə etməsi, onu konkret olaraq kimlərə satacağı barədə məlumat əldə olunmamışdır. Həmin məktubda bununla bağlı müsbət nəticə əldə ediləcəyi təqdirdə məlumat veriləcəyi bildirilsə də, iş materiallarında başqa heç bir məlumat olmaması Təqsirləndirilən şəxs narkotik vasitə ilə hər hansı bir əlaqəsinin olmaması kimi qiymətləndirilməlidir. Ona görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 1(099)-117/2024 saylı hökmündən narazıdır. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Onun üzərində narkotik vasitə olmamış, o aiəsi ilə təhdid edilərək ona təqdim edilən narkotik vasitənin ona məxsus olması barədə ifadə verməyə məcbur olmuşdur. Ona görə də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 1(099)-117/2024 saylı hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili Təqsirləndirilən şəxs narkotik vasitəyə heç bir aidiyyətinin olmamasını və ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirsiz olmasının nəzərə alınmasını xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının 21-də Astara rayonu Ərçivan qəsəbəsində saxlanılmış və şöbəyə aparılmışdır. Üzərində narkotik olmamamış, şöbədə hədə qorxu gəlmişlər ki, "əgər bu narkotiki üzərinə götürməsən səni vətən xaini maddəsi ilə tutacağıq”, buna görə də məcbur olub etirafedici ifadə vermişdir. Heç vaxt narkotikdən istifadə etməmişdir. İranda ziyarətdə olmuşdur. Dindardı, namaz qılır. Şöbədə saxlanılarkən polis əməkdaşları ona demişlər ki, "sənin İranla nə işin var, get fəhləliyini elə”. Narkotik cibinə polis əməkədaşları tərəfindən qoyulmuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona psixi zor tətbiq olunub, lakin döyülməyib, buna görə də müstəntiqə etirafedici ifadə vermişdir. Həmin ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmini ifadələrində narkotik vasitədən istifadə etdiyini, üzərində aşkar olunan 15,12 qram heroini saxlanılmamışdan bir necə gün əvvəl 14 iyun 2023-cü il tarixdə saat 12 radələrində Astara rayonu Şahağacı kəndində tanmadığı şəxsdən 150 manata aldığını, həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxladığını, 21 iyun 2023-cü ildə saat 13 radələrində yaşadığı Astara raoynu Ərçivan qəsəbəsində saxlanılıb şöbəyə aparıldığını, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cindən bir büküm heroini çıxarıb təqdim etdiyini, narkotiki şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik satmadığını göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayətin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi Təqsirləndirilən şəxs özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, Şahid2 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, işdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli 19/674 №-li rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -14,638 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına daxildir. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin ümumi təmiz çəkisi 14,638 qramdır, cəmi tədqiqata 0,1 qram sərf edilmiş və 14,538 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli, 675 saylı rəyində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sarı rəngli sellofana bükülmüş 15,12 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materialında olan xx.xx.2023-cü il tarixli 5(018)-115/2023-cü il tarixli Astara Rayon Məhkəməsinin qərarı ilə Astara RPŞ-nın "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş olan 8 iyul 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş olan 8 iyul 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatında sonra qalıq qalan 14,538 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-yə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət əcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə müqayisədə üstünlük verməsi əsasl olmuşdur. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini işdə olan başqa sübutlarla müqayisə edərək müəyyən edir ki, onun istintaq zamanı verdiyi ifadəsi bütün digər sübutlarla tamamlanmaqla onlara uiyğun gəlir. Bundan başqa Müdafiəçi yazlı vəsatəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 1(106)-319/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 14 iyun 2023-cü ildən 22 iyun 2023-cü ilədək olan dövür üçün anten məlumatlarının "xxxx" MMCdən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-nin 09 aprel 2024-cü il tarixli 7668 saylı məktubla məhkəməyə daxil olmuş 1 ədəd CD diskə məktubundan görünür ki, qərarda qoyulmuş sualına cavab olaraq Təqsirləndirilən şəxsun saxlanıldığı vaxtda ona məxsus ***-***-**-** mobil nömrənin anten dairəsi kimi ittiham aktında göstərildiyi kimi Ərçivan qəsəbəsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi istintaq tərəfindən əldə edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin satış məqsədi ilə əldə olunmasının sübuta yetirilməməsi barədə düzgün qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəza da işin hallarına Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 1(099)-117/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 1(099)-117/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmkiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar