Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-32/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şivan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsi ilə bəraət verilməsi, eyni zamanda Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(064)-06/2022 nömrəli hökmündən dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(064)-06/2022 nömrəli hökmü (hakim - X13 Xanoğlan oğlunun sədrliyi) ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Qovşudlu kəndində qeydiyyatda olmaqla tutulanadək Abşeron rayonu, Ə.Əliyev küçəsi, təzə məhəllədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs İran İslam Respublikasına qanunsuz yolla getmək məqsədi ilə 08 aprel 2021-ci il tarixdə saat 21 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən 20-ci sərhəd zastavasının 32-ci sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ölkə ərazisini qanunsuz yolla tərk etdiyindən Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 25 aprel 2021-ci il tarixdə saat 13 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 10cu sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından tarixi istintaqa dəqiq müəyyən olmayan vaxtda İran İslam Respublikasının ərazisində satış məqsədi olmadan özünün istifadə etməsi üçün qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq olmayan təmiz çəkisi 0,226 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 25 aprel 2021-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən 18-ci sərhəd zastavasının 10-cu sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra həmin tarixdə saat 13 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq şəxsi axtarış keçirilən zaman bir ədəd siqaret qutusunun içərisində gizlədilmiş, şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, təmiz çəkisi 0,226 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana şalvarının arxa sol cibindən aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin qənaətinə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadə etməsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmayan təmiz çəkisi 0,226 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 25 aprel 2021-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirməsi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı X7 apellyasiya protesti verərək Füzuli Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissəsinin ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 206.2-ci və 318.1-ci maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə ona birinci instansiyası məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə və qanunvericiliyin müddəalarına uyğun olaraq ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü cıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apelyasiya protestində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına, Cinayət Prosessual Məcəlləsinin normalarına və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına istinad etməklə protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə yalnış olmaqla işin faktiki hallarına uyğun deyil, eləcə də məhkəmə bu nəticəyə gələrkən qanuna və hər hansı normativ aktla deyil, özünün subyektiv mülahizələrinə əsalanmışdır. Belə ki, məhkəmə tərəfindən iş üzrə ibtidai istintaq dövründə toplanmış tərəfsiz və obyektiv materiallar nəzərə alınmamış, təqsirləndirilən Təqsirləndirilən şəxs və hal şahidlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrini məhkəmə baxışında dəyişdirmələrinin səbəbləri aydınlaşdırılmamış, bunun səbəbləri hökmdə əsaslandırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə etdi, apellyasiya protestində göstərilən məzmunda çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 318.1-ci maddələri ilə təqsirli bilib Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona qanunvericiliyin müddəalarına uyğun olaraq ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü cıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Müdafiəçi apellyasiya protestinə etirazını bildirərək apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçinin çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və ittiham tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə ittiham olunmsaına dair məsələlər mübahisləndirildiyindən, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, şahidlər Şahid1, Şahid2 dindirilmiş, müvafiq ekspertiza təyin edilərək rəy alınmış, eləcə də işdə olan digər sübutlar (hal şahidlərinin ifadələri) təkrarən tədqiq edilmiş və qiymətləndirilərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsi və həmin Məcəllənin 318.1-ci maddəsi ilə məhkum edilməsinə dair ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, Şahid1, Şahid2, X1 ifadələri, Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandiri polkovnik Zəfər Bayramovun xx.xx.2021-ci il tarixli, 16972 saylı məktubu, xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 5/463 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2886 saylı rəyi və iş materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolu və işin digər halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, CM-in 318.1-ci maddəsi ilə ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət qanunun qeyd olunan maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-in 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 14 oktyabr 2022-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Füzuli Rayon Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-in 318.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasına dair dövlət ittiahamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verdi və bildirdi ki, 2021-ci ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Adil adlı bir şəxslə tanış olmuşdur. Bir müddət yazışdıqdan sonra Adil ona narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə göndərməsini və onun həmin narkotik vasitələri satmasını təklif etmişdir. O, ilk öncə Adilin təklifi ilə razı olmamış, Adil isə narkotik vasitələri Azərbaycan Respublikası ərazisində sata biləcək şəxslə onu tanış etməsini ona təklif etmişdir. O, Adilin təklifi ilə razılaşmasa da Adil onunla mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlayaraq ona işləmək üçün adam tapmasını xahiş etmişdir. Bundan sonra o, qohumlarının yaşadığı Füzuli rayonuna getmiş və orada olan zaman Adillə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Füzuli rayonunda olduğunu demişdir. Adil ona sərhədə yaxın əraziyə getməsini və ona olduğu yerdən məkan göndərməsini demiş, bunları etsə də, həmin gün sərhədi keçə bilməmişdir. 08 aprel 2021-ci il tarixdə o, Beyləqan rayonu ərazisində sərhəd tərəfə yaxınlaşmış, mobil telefon vasitəsi ilə Adilə məkan göndərmiş, təxminən 40-45 dəqiqədən sonra Adil onun olduğu yerin yaxınlığına gəlmişdir. O, havanın qaranlıq olmasını gözləyərək saat 21 radələrində sərhədi keçib İran İslam Respublikası ərazisinə keçmişdir. Adillə görüşdükən sonra onunla birlikdə İran İslam Respublikasının Parsabad şəhərinə, oradan da Təbriz şəhərinə getmişdir. Təxminən 10-15 gün Adilin Təbriz şəhərində olan evində qalmış, xx.xx.2021-ci il tarixdə Adil onu Parsabad şəhərinə aparmış, özü isə narkotik vasitələri əldə etmək üçün Təbriz şəhərinə qayıtmışdır. O, narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qanunsuz olduğunu və tutularsa həbs olunacağını düşünüb bundan qorxaraq Adildən ayrılmışdır. 25 aprel 2021-ci il tarixdə Araz çayının sahilinə gəlib çayı keçərək kolların arasında gizlənmiş və hava işıqlaşdıqdan sonra maneə çəpərinə doğru hərəkət edərkən hərbi qulluqçular onu saxlayaraq sərhəd zastavasına aparmışlar. Sərhədçilər tərəfindən onun üzərinə baxış keçirilərkən üzərindən telefon və digər əşyalar aşkar edilmişdir. Həmin vaxt onun üstündə narkotik vasitə olmamışdır. Şəxsi axtarış zamanı müdafiəçi və hal şahidləri iştirak etməmişlər. Cinayət işinin materiallarında olan bəzi sənədlərdə, o cümlədən dindirmə protokolundakı etirafedici ifadədəki xətt və imzalar ona məxsus deyil. Apellyasiya məhkəməsində keçirilmiş məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə, o cümlədən digər sənədlərə imza etmədiyini, həmin sənədlərdə olan imzaların ona məxsus olmadığını bildirdiyindən, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2023-cü il tarixli, 4/1919 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, 25 aprel 2021-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokolda, aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokolda, hadisə yerinə baxış keçirilməsi haqqında protokollarda, 28 aprel 2021-ci il tarixli ərizədə, cinayət törətmədə şübhəli olan şəxsin tutulması haqqında protokolda, şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişdə, şübhəli şəxsə tutulma haqqında qərarın verilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, yazılı bildirişin verilməsi haqqında protokolda, cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçılarına bildirilməsi haqqında protokolda, şübhəli şəxsin dindirilməsi haqqında protokolda, şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda, 29 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişdə, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolda, cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçılarına bildirilməsi haqqında protokolda, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda, 29 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsi ekspertizanın təyin edilməsi haqqında qərarla tanış etmə və hüquqlarının izah edilməsi haqqında protokolda, 05 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsə ekspert rəyinin elan edilmesi haqqında protokolda, 13 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsə ekspert reyinin elan edilməsi haqqında protokolda, 25 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsə ekspert rəyinin elan edilməsi haqqında və təqsirləndirilən şəxsi dindirmə protokollarında, 01 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında qərarda, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişdə, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında, cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçılarına bildirilməsi haqqında, şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokollarda, 03 sentyabr 2021-ci il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən sex vn müdafiəçisinə məlumat vermə haqqında və təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında protokollarda Təqsirləndirilən şəxs adından olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 2-ci cildinin 174-176-cı vərəqlərində olan ekpserimental imza nümunaələrində qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə, o cümlədən digər sənədlərə imza etmədiyini, həmin sənədlərdə olan imzaların ona məxsus olmaması ilə bağlı verdiyi ifadəsinə məhkəmə kollegiyası tənqidi yanaşır və onun irəli sürdüyü bu dəlillər Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2023-cü il tarixli, 4/1919 nömrəli rəyi ilə təkzib edildiyindən inandırıcı hesab etmir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2107766Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 12:00-dan 17:00-dək N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 10-cu sahəsinə “Sərhəd gözətçisi” kimi sərhəd naryadı üzvü əsgər Şahid2 ilə birlikdə xidmətdə olan zaman saat 13 radələrində bir nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində gəldiyini görüb həmin şəxsi saxlamışlar. Bundan sonra onun Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olması məlum olmuşdur. O, dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçdiyini etiraf etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən “Winston” markalı siqaret və bir ədəd mobil telefon aşkar edilmişdir. Onlar bu barədə N saylı hərbi hissəyə məlumat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerinə gələn Sərhəd Xidmətinin əməliyyatçılarına təhvil verilmişdir. O, daha sonra ifadəsində bildirdi ki, xidmətdə olan zaman iş üzrə hal şahdiləri Rəhim Məmmədov və Nazim Şahbazovu həmin ərazidə çöbanlıq və təsərrüfatla məşğul olan şəxslər kimi bu hadisədən əvvəl tanımışdır. Tərəflərindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən və onun üzərindən “Winston” markalı siqaret və bir ədəd mobil telefon aşkar olunan zaman iş üzrə hal şahdiləri olan Rəhim Məmmədov və Nazim Şahbazov orda olmamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş əşyaların əməliyyatçılar gələnə kimi özünə qaytarılıb-qaytarılmamasını xatırlamır. Əməliyyatçılar gəldikdən sonra isə Təqsirləndirilən şəxs və onun uzərindən aşkar olunmuş əşyalar əməiyyatçılara təhvil verilmişdir. Apellyasiya məhkəməsi baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2107766Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə hal şahidləri X3 və https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2107766X5 məhkəmə baxışında iştirak etmələri üçün müvafiq bildiriş göndərilsə də, onlar hər biri ayrı-ayılıqda xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqramla müracət edərək, səhətləri ilə əlaqədər məhkəmə baxışında iştirak edə bilməyəcəklərini, istintaq zamanı verdikəri ifadəni təsdiq etdiklərini bildirmişlər. Məhkəmə kollegiyası hal şahidlərinin məhkəmə baxışı iclasında iştirak edə biləmələrini nəzərə alaraq, onların birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqı zamanı verdikləri ifadlərini elan etməyi zəruri hesab etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Rəhim Məmmədov ifadəsində bildirmişdir ki, o, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır və kəndin sərhəd zastavasına yaxın ərazisində mal-qara otarmaqla məşğul olur. Sərhəd zastavası yaxınlığında o, növbəti dəfə mal-qara otararkən sərhədçilər bir nəfər şəxsi təxminən 20 metr aralıdan göstərərək onu tutduqlarını demiş və buna görə ona bəzi sənədlərə imza etdirmişlər. Sərhədçilərin tutduqları həmin oğlanın əlində heç bir əşyası olmamışdır. Onun iştirakı ilə tutulan şəxsin üzərinə heç bir baxış keçirilməmişdir və ondan hansısa əşyanın aşkar edilməsini görməmişdir. Həmin vaxt onunla yanaşı Nazim də orada iştirak etmiş və onlara bildrimişlər ki, bir nəfər şəxsi tutduqları üçün onlara bəzi sənədlərə imza etdirirlər. Tutulan şəxsin üstündən narkotik vasitə və ya qanunsuz hansısa əşya aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Nazim Şahbazov ifadəsində bildirmişdir ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır və kəndin sərhəd zastavasına yaxın ərazisində fərdi təsərrüfatla məşğul olur. Sərhəd zastavasının əməkdaşı onu zastavanın inzibati binasına dəvət etmişdir. Orada ona bildirmişlər ki, Zaur adlı bir nəfər qanunsuz yolla sərhədi keşmişdir və onun keçdiyi əraziyə və üstünə baxış keçiriləcəkdir. Zaur adlı həmin şəxsin üstünə baxış keçirilsə də onun cibindən narkotik vasitə çıxmasını görməmişdir. O, latın qrafikası ilə yazıb-oxuya bilmədiyi üçün ifadəsini yazmışlar, o, isə həmin ifadəni oxumadan imza etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2021-ci il tarixli, 5/463 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android 8.0.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A3” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur. Həmçinin 05 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə İİR-ə məxsus telefon nömrələrindən zənglər gəlmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2886 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Apellyasiya məhkəmə kollegiyasıda öz nöbəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadə etməsi üçün qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq olmayan təmiz çəkisi 0,226 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 25 aprel 2021-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirməsi və bununla da Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 51.1-c maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. İş materialları ilə birmənalı şəkildə müəyyən edilir ki, ibtidai araşdırma orqanı tərəfindən şəxsi axtarış və baxış zamanı foto və videoçəkilişlərindən istifadə olunmamış və bu istintaq hərəkətinin aparılmasında iki nəfər hal şahidinin iştirak etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Lakin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində aparılan araşdırmalardan müəyyən edilir ki, hal şahidləri X3 və https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2107766X4 iştirakları ilə Təqsirləndirilən şəxs ümumiyyətlə şəxsi axtarışı aparılmamışdır və ya aparılmışdırsa da üzərindən hansısa qanunsuz əşya, o cümlədən narkotik maddə aşkar olunmamışdır. Qeyd edilən bu xüsusatlar sərhəd xidmətinin əsgərləri Şahid2 və https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2107766Şahid1 məhkəmə kollegiyasının iclasında verdikləri ifadələri ilə də öz təsdiqini tapmışdır. Bütün bu hallar isə onu deməyə əsas verir ki, aparılmış bu istintaq hərəkətində əslində hal şahidləri iştirak etməmiş və qeyd olunan protokollar sonradan real olmayan vəziyyətdə tərtib edilərək adları qeyd olunan şəxslərə imza etdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfinin sübut kimi istinad etdiyi baxış, axtarış və götürmə istintaq hərəkəti prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla keçirildiyindən sübut kimi öz əhəmiyyətini itirmişdir və bu barədə tərtib edilmiş həmin protokollar da sübut kimi qiymətləndirilə bilməz. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərindən “aşkar edilərək götürülmüş” çəkisi 0,230 qram narkotik maddə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs “məxsus olması” böyük şübhələr yaradır və bu şübhələr heç şübhəsiz ki, təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranmış, birinci instansiya məhkəməsində dövlət ittihamçısı bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaratmışdır. Həmçinin dövlət ittihamçısı yuxarıda qeyd edilən şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu apellyasiya protestinə əlavə etməmişdir. Apellyasiya məhkəmə kollegiyasının iclasında da dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin birinci instansiya məhkəməsinin hökmünün CM-in 206.2-ci maddəsinə aid olan hissədə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və məhkum olunmuş şəxsə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olması barədə dəlillərinə məcmu halında qiymət verərək, yuxarıda qeyd olunanlara görə həmin dəlilləri konkret hüquqi əsasa söykənməyən, mülahizə xarakterli dəlillər kimi qiymətləndirir. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq olmayan təmiz çəkisi 0,226 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq Azərbaycan Respublikasına gətirməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən mötəbər sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış istintaq zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza məsələsinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlini səmimi şəkildə etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi və əməlində cəzasını ağırlaşdıran halların olmasmasın, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündən həmçinin görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixindən hesablanması nəzərdə tutulmuş və o, təyin olunmuş cəzanı çəkib bitirməklə hazırda həbsdən azad edilmiş, cəza təyini ilə bağlı məhkəmənin hökmünü mübahisələndirməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 318.1-ci maddələri ilə təqsirli bilinib, barəsində daha ağır cəza təyin edilməklə yeni hökm çıxarılması üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti təmin olunmamalı, Füzuli Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Bundan başqa, ekspertin arayışından görünür ki, müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə təyin edilmiş məhkəmə-xətşunaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 112 (bir yüz on iki) manat təşkil edir. Azərbaycan Respublikası CPM-in 197-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 112 (bir yüz on iki) manat məbləğində məhkəmə məsrəfi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(064)-06/2022 nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 112 (bir yüz on iki) manat manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-32/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-32/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver