Məhkəmə qərarları › İş №1(106)-328/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-328/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-328/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(022)-21/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X7 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(022)-21/2024 saylı hökmü ilə (hakim Nüsrət Mirzəyev) xx xxxxxx 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində 03 sentyabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixindən 03 sentyabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda - 25.316 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 01 sentyabr 2023-cü il tarixdə, saat 21:05 dəqiqədə Biləsuvar şəhəri, Q.Həsənova küçəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında cinayət barədə xəbərsiz olan Şahid6 idarə etdiyi “VAZ 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əlindəki göy sellofanın içərisində yapışqan lentlə sarılmış bir ədəd şəffaf rəngli bükülünün içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(022)- 21/2024 saylı hökmünü əsassız hesab edir və hökmlə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilmə hallarına, şəxsiyyətinə uyğun deyildir. Bu səbəbdən də ədalətsizdir və hökm dəyişdirilməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaqda həm də məhkəmə istintaqında verdiyi ifadələrində ona irəli sürülmüş ittiham üzrə öznü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu bəyan etmişdir. Belə ki, cinayət işinin materilanından görünür ki, onun üzərindən götürülmüş narkotik vasitə marixuana olmuşdur. Onun üzərindən aşkar edilən narkotik vasitənin öz şəxsi istehlakı üçün gəzdirməsi barədə dediklərinin həqiqətə uyğun olması və sair hallar Təqsirləndirilən şəxs daha güngül azadlığın məhdudlaşdırılması növündə aşağı həddə cəzanın təyin edilməsinə əsas verir. Belə olan halda onun 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ədalətsidir. Ona görə də Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(022)-21/2024 saylı hökmünü dəyişdirərək ona azadlığın məhdudlaşdırılması növdə aşağı həddə cəza təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin və ona təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu, ona maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edildiyini göstərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Müdafiəçi çıxışında məhkəmə tətəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun şəxsiyyətinin, ondan aşkar edilən narkotik maddənin miqdarı, növü, narkotik vasitəni əldə etdiyi mənbəni göstərməsinin, Təqsirləndirilən şəxs ailə və sağlamlıq vəziyyəti kimi halların nəzərə alınmadığını, ona bu hallara uyğun olmayan ağır cəza verildiyini göstərmiş, ona aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünün etirafı, şahidlər Şahid1, Şahid6 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 sentyabr 2023-cü il saat 11:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsasında X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmiş olmasıə barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə aparılmış araşdırmanın yekununda bu nəticəyə gəlir ki, X3 müdafiəçisinin apelyasiya şikayətində göstərdikləri Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməsinə əsas vermir. Belə ki, müdafiəçi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsinin, xarakterinin, törədilmə hallarının, şəxsiyyətinin nəzərə alınmadığını hesab etmişdir. Lakin işdən görünür ki, məhkəmə qeyd edilən halları nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül növdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(022)-21/2024 hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci maddələrini rəhbər tutaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(022)-21/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar