Məhkəmə qərarları › İş №1(106)-330/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-330/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-330/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X5 iştirakları ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsinin) 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağarza Səmədov) xx xxxxxxx 1991-ci ildə Salyan rayonu Qaraçala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu Qaraçala kəndində qeydiyyatda olan, Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 8 (səkkiz) günlük hissəsi 5 (beş) ay 19 (on doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş Məhkum Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 8 (səkkiz) günlük hissəsi həmin hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, üzərinə daimi yaşayış yerini saat 23.00-dan saat 06.00-dək, eləcə də yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarı ilə Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinə əsasən Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 5 (beş) ay 19 (on doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası qeyd olunan cəzaya qismən birləşdirilməklə üzərində hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məcrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023cü il tarixli qərarı ilə kassasiya protesti tam və kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi baxılması üçün yeni məhkəmə baxışına təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 yanvar 2022-ci ildə saat 19 radələrində X1 Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində yaşadığı evinin həyətyanı sahəsinə, yəni saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus 1 (bir) baş 180 manat dəyərində xırdabuynuzlu heyvanı oğurlamaqla, ona 180 manat dəyərində maddi ziyan vurmuşdur. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası Baş prokurorunun müavini apellyasiya protestini onunla əsaslandırılmışdır ki, Məhkum Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair icra məmurunun təqdimatı Salyan Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, lakin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq olunmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. Salyan Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarından apellyasiya protesti verilməsinə və bununla da həmin qərarın qanuni qüvvəyə minməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi Məhkum barəsində 29 mart 2022-ci il tarixli hökm çıxarmaqla ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Həmin hökm çıxarıldıqdan 2 gün sonra, yəni Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin olunmaqla Salyan Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmiş, icra məmurunun təqdimatı təmin edilərək, Məhkum Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 8 (səkkiz) günlük hissəsi 5 (beş) ay 19 (on doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun müavini apellyasiya protestində göstərilənlərə əsasən Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmünü dəyişdirməklə, Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı nəzərə alınmaqla Məhkum hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X8 Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmünü dəyişdirməklə, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı nəzərə alınmaqla hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi X2 Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmünün apellyasiya protestində göstərilən qaydada dəyişdirilməsinə etiraz etmədiklərini bildirmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsinin) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Azərbaycan Respublikası Baş prokurorunun müavini apellyasiya protestində Məhkum cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsini, yəni Salyan Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarının qanuni qüvvəyə minməsinin və ondan verilmiş apellyasiya protestinin baxılmasının nəticəsinin gözlənilmədiyini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya protestinin məzmunundan həmçinin görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Elşən Məmmədovun təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxs Məhkum cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə dair apellyasiya protestində göstərilən dəlillərə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Məhkum Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Məhkum Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair icra məmurunun təqdimatı təmin edilməmiş, lakin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq olunmuş və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, apellyasiya protesti qismən təmin olunmaqla Salyan Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmiş, icra məmurunun təqdimatı təmin edilərək, Məhkum Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 8 (səkkiz) günlük hissəsi 5 (beş) ay 19 (on doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının 04 aprel 2023-cü il tarixli 3-1-17/35/2-439/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarı ləğv edildiyindən Məhkum 04 aprel 2023-cü ildə cəzadan adaz olunmuşdur. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Məhkum Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 8 (səkkiz) günlük hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair icra məmurunun təqdimatı həmin Məhkəmənin 08 fevral 2022-ci il tarixli qərarı ilə təmin edilməsə də, birinci instansiya məhkəməsi qeyd olunan qərardan verilmiş apellyasiya protestinə baxılmanın nəticəsini gözləmədən, 29 mart 2022-ci ildə ittiham hökmü çıxarmaqla ona hökmlərin məcmusu üzrə cəza təyin etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin olunmaqla Salyan Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmiş, icra məmurunun təqdimatı təmin edilərək, Məhkum Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 8 (səkkiz) günlük hissəsi 5 (beş) ay 19 (on doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Nəticədə birinci instantansiya məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmündə istinad etdiyi 08 fevral 2022-ci il tarixli qərar cəzanın əvəz edilməməsi hissəsində dəyişdirilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən “Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir”. Məhkum barəsində Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü çıxarılarkən, məhkəmə cinayət qanununun qeyd olunan normasının tələbini pozaraq, həmin vaxt yuxarıda bəhs olunan 08 fevral 2022-ci il tarixli qərarın qanuni qüvvəyə minmədiyini və ondan verilmiş apellyasiya protestinə baxılmadığını nəzərə almamış, həmin qərara istinad etməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunaraq Məhkum Şirvan Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəza, Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsində və bu məsələ ilə bağlı CPM-in 399.1.4-cü maddəsində təsbit edilmiş halların, yəni apellyasiya protestinin təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Məhkum Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 31 mart 2022-ci il üçün çəkilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin eyni tarixli qərarı ilə 5 (beş) ay 19 (on doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum 31 mart 2022-ci ildən 04 aprel 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) il 4 (dörd) gün müddət, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş yekun cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Məhkum barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs olunsun. Qərarın bu hissədə icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar