Məhkəmə qərarları › İş №1(106)-334/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-334/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-334/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Sultanov Cavid Rizvan oğlunun ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(071)-6/2025 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(071)-6/2025 nömrəli hökmü (hakim Bayramov Orxan Telman oğlunun sədrliyi) ilə xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində azyaşlı uşaqlar olan, orta təhsilli, fərdi sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Soltanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Sumqayıt yolu 6 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalında dərhal həbsə alınması, cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, cinayət işi üzrə vurulmuş maddi ziyana görə 6000 manat, mərhumun dəfn mərasiminə çəkilmiş xərclərə görə 5000 manat, vurulmuş mənəvi ziyana görə 2000 olmaqla, ümumilikdə 13000 (on üç) min manat pulun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 22 yanvar 2024-cü il tarixdə saat 22:37 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X6 məxsus “Mersedes Benz” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı “Axor1824L” modelli furqon soyuducu lift tipli yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 137-ci kilometrliyində Bakı istiqamətində sağ hərəkət zolağında 70-75 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısısnda onunla eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq onunla təhlükəsiz ara məsafəsi saxlamalı və yaxud hərəkətin təhlükəsizliyini təmin etmək imkanı olduğu halda, bunu etməyib diqqətini avtomobilin idarə olunmasından ayırmaqla avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirmədiyindən idarə etdiyi avtomobilin qabaq hissəsi onunla eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə və çay daşı ilə yüklü olan Kamaz-5511 markalı 09BX-769 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən Kamaz-5511 markalı 09- BX-769 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili aşaraq kabinə hissəsi tamamilə əzilmiş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən yolhərəkət qaydalarının pozulması ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs kəllə qapağı sümüklərinin açıq qəlpəli sınıqları, beyinin yumşaq toxumasının qansızmalar, qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, sol baldır sümüklərinin açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin açıq qəlpəli sınığı kimi xəsarətlərlə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Hacıqabul Rayon Məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini və hökmdə Təqsirləndirilən şəxs tutulmalı olan maddi ziyanın 8000 (səkkiz min) məbləğinin 6000 (altı min) manat olmaqla dəyişdirilməsi barədə qərar qəbul xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də birinci instansiya instansiya məhkəməsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, hadisə baş verdikdən sonra o, avtomobilin kabinəsində sıxılıb qalmış, yolda olan adamlar onu avtomobilin kabinəsindən çıxarmışlar. Avtomobildən çıxdıqdan sonra Kamaz markalı avtomobilin sürücüsünə kömək etmək məqsədilə Kamaz markalı yük avtomobilinə yaxınlaşmış, sürücünü avtomobilin kabinəsində görməmiş, yolda olan adamlar ona Kamazın yan tərəfində bir cavan oğlanın meyidinin olduğunu göstərmişlər. Meyid Kamaz avtomobilinin sürücünün meyidi olmuş, toqquşma zamanı aldığı xəsarətlərdən ölmüşdür. Hadisə yerinə gələn TTTY maşını ilə meyidi Şirvan xəstəxanasının meyidxanasına yola salmış, ağrıları olsa da, hadisə yerində qalaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, toqquşma yerini göstərərək tərtib edilmiş protokolla tanış olmuşdur. Hadisə onun diqqətsizliyi nəticəsində baş vermişdir. Kamaz markalı avtomobilin sürücüsünü tanımır. Valideynləri və yaxın qohumları bir neçə dəfə Bərdə rayonuna gedərək yas mərasimində iştirak etmiş, mərhumun böyükləri ilə görüşüb üzürxalqlıq etmişlər, mənəvi dayaq olmaqdan əlavə maddi yardım etmək istəmişlər, əvvəlcə mərhumun bibisi Aybəniz adlı qadın mərhumun atasını şikayətçi olmaması üçün razı salaçağına söz verərək maddi yardım olaraq apardıqları 10 000 manatı götürmüş, onlar qayıtdıqdan bir neçə gün sonra telefonla zəng edərək mərhumun atasının pulu götürmədiyini bildirmiş və pulu qaytarmışdır. Lakin ibtidai istintaq zamanı şahid qismində dindirilmək üçün müstəntiq tərəfindən dəvət olunan zamanı Nurlanın dayısı Şahid mərhum Nurlanın hüquq varisi olan atası İlhamı razı salacağına söz verdiyinə görə atası Namiq və bacısıın həyat yoldaşı X16 postunda müstəntiqin məlumatı olmaqla yas mərasimi üçün mərhumun dayısı Şahid 10 000 (on min) manat pul vermişlər. Şahid vicdanlı olmasına inanaraq həmin vaxtı ondan pulu almasına dair qəbz almamışlar. Müstəntiq isə pulun alınması və şikayətin olmamasına dair ərizənin mərhumun atası tərəfindən verilə biləcəyini bildirmişdir. Məcid pulu almasına dair iltizam verməməsindən sui istifadə edərək ona verilmiş pulu almadığını bildirmişdir. Lakin sonradan müəyyən adamlar vasitəsi ilə öyrənmişlər ki, verilmiş pul mərhumun atasına çatsa da, pulun azlığına görə əlavə tələbləri vardır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 bunu qeyri-rəsmi istəməsə də, mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən yas mərasiminə və qəbirüstü abidəyə xərclədiyi 25 000 manatın, Kamaz markalı yük avtomobilinə vurulmuş 12867 manat maddi ziyanın və 20000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etimşdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Əli Məmmədov təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinə uyğun ifadə versə də, birinci instansiya məhkəməsi hökmdə onun ifadəsini qeyd etmədiyindən iclas protokoluna qeydlər verilmişdir. Məhkəmədə ifadə verən Əli Məmmədov bildirmişdir ki, Şahid 10 000 manat verdikdən sonra razılığı gəlmişlər ki, məhrumun banka olan 4000 manat borcunu ayda 400 manat olmaqla ödənilməsini öz üzərinə götürür. Bunun üçün ya kartına köçürmə, ya da birbaşa banka ödəməni edə bilər. Lakin 10000 manatı aldıqda sonra Məcidlə telefonla əlaqə saxlamaq istəsə də, telefonu bağlı olmuş, mesajlara isə cavab verməmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, Kamaz 5511 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 12867 manat təşkil edir. Məhkəmə həmin aktda göstərilən ziyanın məbləği ilə razılaşmayaraq iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16-2-9/7540/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1985-ci il buraxılışlı “Kamaz 5511” yük markalı avtomobilin ehtiyat hissələrinin satışına və qymətinə dair yerli internet saytlarında məlumat mövcud olmadığına görə qeyd edilən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyin etmənin prinsiplərini, Ali Məhkəmənin müvafiq Plenumun qərarının tövsiyələrini, nəzərə aldığını göstərsə də, ona təyin edilmiş cəza ağır olmaqla ədalətsizdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən hökmdə göstərmişdir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CPM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və onun cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Birinci instansiya məhkəməsi hökmdə ədalətli cəza təyin edilməsi üçün nəzərdə tutulan halları sadalasa da, Təqsirləndirilən şəxs CM-nin təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş ağır cəza təyin etmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət ehtiyatsızlıqla törədilən cinayət olmaqla mərhum zərərcəkmiş şəxs və onun ailəsini tanımamış, yol nəqliyyat hadisəsinin baş verməməsi üçün o, mümkün imkanlarından istifadə edərək idarə etdiyi avtomaşını yolun boş olan sol hərəkət zolağına çəkən zaman avtomaşının sağ qabaq hissəsi ilə KAMAZ maşınının sol arxa hissəsi ilə toqquşmuş, o qəza zamanı özü isə idarə etdiyi maşında sıxılaraq qalmış və kənar şəxslərin köməyi ilə maşından çıxarılmış, təsadüf nəticəsində sağ qalmış, hadisə baş verdikdən dərhal sonra KAMAZ maşınının sürücüsü ilə maraqlanmış, artıq onun ölməsi faktı olduğundan polisə zəng edərək məlumat vermiş, hadisə yerindən qaçmamış, törətdiyi əməli etiraf etməklə əməlindən səmimi peşmandır, valideynləri və yaxınları mərhumun yas mərasimində iştirak etməklə mənəvi dəstək olmuşlar, yas mərasimi və qəbrin üstünün götürülməsi üçün maddi köməklik göstərilməsi üçün mərhumun valideynləri ilə münasibət yaratmaq üçün mərhumun yaxın qohumu Aybənizin razılığı ilə ona 10 000 manat versələr də, hansısa səbəbdən zərərcəkmişin hüquq varisi olan atası tərəfindən həmin məbləğ qəbul edilməmiş və sonradan geri qaytarılmışdır. Buna baxmayaraq ibtidai istintaq zamanı mərhumun dayısı Şahid barışıq əldə edilməsində onlarla zərərcəkmişin hüquq varisi arasında vasitəçi olacağına və həmin 10 000 manat pulu ona çatdıracağına söz verdiyinə görə yenidən pulun ona verilməsinə nail olsa da, qəbz yazılmadığından bunu etiraf etməmişdir. Məhkəmə iclasında eyni zamanda zərəcəkmişin hüququ varisi şikayətçi olmasının səbəbi kimi pul tələbi olmamasını bildirsə də iddia tələbində umumilikdə 57 000 manat məbləğində tələb irəli sürmüşdür. Bu məbləğin faktiki və hüquqi əsaslarına dair sübut təqdim etmədiyindən məhkəmə iddia tələbini qismən təmin edərək məhkəmə hökmü elan edilərkən avtomaşına dəymiş maddi ziyanın məbləği 6000 manat elan etmiş, lakin hökmdə bu məbləğ nədənsə 8000 manat göstərilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilndiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında 2 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi hökmdə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CPM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməməsi, onun cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində 3 azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alındığı göstərilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Təqsirləndirilən şəxs etdiyi əməli etiraf edərək, əməlindən peşman olduğunu, zərərcəkmiş şəxslə bağışmaq üçün cəhd etdiyini, lakin zərərçəkmişin tələb etdiyi məbləğdə - 57000 manat məbləğində pul ödəmək imkanı olmadığını bildirdi. Birinci instansiya məhkəməsinin işə baxan hakimi Təqsirləndirilən şəxs cəza təyin edərkən hökmdə əsaslandırmamışdır ki, nə üçün onun təqsirli bilindiyi CM-nin maddəsinin sanksiyası 2 il müddətinə azadlıqdan məhrum etmədən başladığı halda onun şəxsiyyətini, ailəsinin Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Sumqayıt şəhərində dövlətə məxsus inzibati binada məskunlaşmasını, ailənin yeganə qazanc gətirəni olmaqla himayəsində 4 nəfərin - həyat yoldaşı və biri 2 yaşlı olmaqla 3 azyaşlı uşağının olmasını, təyin olunan ağır cəzanın onun ailə üzvlərinin yaşam tərzinə təsirini nəzərə almamış, yalnız zərərcəkmişin hüquq varisinin şikayətçi olmasını nəzərə alaraq qərəzli olaraq məhz ümumi rejimli cəza cəkmə müəssisəsində cəza cəkməsi üçün 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X12 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmadı və məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətlərin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə teleqram ünvanlayaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş, Hacıqabul Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya şikayətlərində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Şahid ifadələri, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, “Elektron notariat” X1 çıxarış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 02 saylı rəyi, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/387 saylı rəyi, xx.xx.2024-cü il tarixli ilkin qiymətləndirmə aktı, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16-2-9/7540/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu, habelə işdə оlаn istintаq hərəkətlərinə dаir digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi məhkəmə tərəfindən nəzərə alınmış yüngülləşdirici halları təkrarən mübahisələndirməklə həmin halların kifayət qədər nəzərə alınmadığını, bu səbəbdən də təqsirləndirilən şəxsə daha aşağı həddə cəzanın təyin edilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmayaraq ondan şikayətçi olması da nəzərə alınmalı olan hallardandır. Bundan başqa, məhkəmə kolegiyası apellyasiya şikayətində göstərilən avtomaşına dəymiş maddi ziyanın məbləğinin 6000 manat olması, lakin hökmdə bu məbləğin 8000 manat göstərilməsi ilə bağlı xüsusata münasibətdə qeyd edir ki, hökmdə həmin məbləğ texniki səhv səbəbindən 8000 manat olaraq qeyd olunmuş, hökmdə yol verilmiş həmin anlaşılmazlıq Hacıqabul Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 1(071)-6/2025 nömrəli qərarı ilə aradan qaldırılmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cəza məsələsində düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayətprosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(071)-6/2025 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Elçin Xasməmmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar