Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-335/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimləri Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən, məruzəçi hakim), X2 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X9, videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.1-ci və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 1(049)-528/2021 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 1(049)-528/2021 nömrəli hökmü ilə (hakim Mütəllim İsayev), xx xxxxxxx 1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatında olmaqla yaşamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması haqqında yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. İŞİN HALLARİ Təqsirləndirilən şəxs1 2021-ci ilin may ayında Lənkəran rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və şəraitdə qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan “B” modelli, xarici çaxmaqlı, qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirilməklə yivsiz odlu ov tüfənginin kəsiyi halına salınmış, saz vəziyyətdə, hər iki lüləsindən atəş açmaq üçün yararlı, mexaniki təsir vasitəsi ilə kustar üsulla silindiyinə və dərin sürtülərək metal qatı ilə birlikdə məhv olunduğuna görə zavod işarələrini və seriya nömrəsini müəyyən etmək mümkün olmayan 1 (bir) ədəd odlu silahı, eyni zavodda hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı, 4 (dörd) ədəd ov silahı patronlarını və şərti “38” nömrəli zavodda müxtəlif illərdə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə (istifadəyə) yararlı, döyüş sursatı hesab edilən 6 (altı) ədəd tapança patronlarını əldə edib üzərində saxlayaraq daşımış və gəzdirmiş, həmçinin 2021-ci ilin may ayında Lənkəran rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,302 qram, 0295 qram və 0,264 qram olmaqla, ümumi təmiz çəkisi 1,349 qram təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini və 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,508 qram, 0,507 qram və 0,503 qram olmaqla, ümumi təmiz çəkisi 1,518 qram təşkil edən, ağ rəngli kristal formada olub, kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 23 may 2021-ci il tarixdə saat 22:30 radələrində Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində küçə ilə piyada hərəkətdə olarkən saxlanılaraq ünvanı ünvan 1 gətirildikdən sonra barəsində şəxsi axtarış aparılarkən qeyd olunan sayda odlu silah və döyüş sursatları əlində tutduğu sellofan torpanın içərisində qara rəngli sellofan torbaya lentlə bükülmüş halda, qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin isə əynində olmuş cins şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 1(049)- 528/2021 nömrəli hökmü ilə CM 228.1-ci və 234.2-ci maddələri ilə 4 il 6 ay həbs cəzasına məhkum olunmuşdur. Hakimin qərarı 01 yanvar 2023-cü ildə verildiyindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ərizəsin verə bilməmişdir. Hal hazırda hakimin qərarı onda olduğundan Apellyasiya məhkəməsinə şikayət edir. Ona verilən CMnin 234.2-ci maddə ilə razı deyil. Heç vaxt narkotik alverçisi olmamış, alver edənlərədə mənfi fikirli olmuşdur. Bəli danmır narkotik aludəçisi olmuşdur. Buna səbəb 2010-cü ildə eplepsiya xəstəliyi olub. Bərk ağrıları olduğundan tiryək istifadəçisi olmuşdur. Həbs olunduğu zaman ona verilən CM-nin 234.2 maddəsi ilə razı olmamışdır. Xahiş edir apellyasiya şikayəti təmin olunsun və məhkəmə iclasında iştirakı təmin olunsun. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyasında məhkəmə baxışında videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edib özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini qeyd etmişdir. Bildirmişdir ki, özünü CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilir. O, narkotik vasitə satmamışdır. Cəzasının yüngülləşdirilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi X3 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X9 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin düzgün olaraq CM-in 234.2-ci və 228.1-ci maddələri ilə tövsif olunduğunu, buna görə də onlara bəraət verilməsi üçün əsasların olmadığını, onun tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-in 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 234.2-ci və 228.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməllərinin həmin maddələrlə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə onlara təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа, yəni Təqsirləndirilən şəxs1 qismən etirafdedici ifadələri (CM-in 228.1ci maddəsi ilə özünü təqsirli bilməsinə münasibətdə), şahidlər Şahid4, Şahid3 və Şahid1 tərəfindən verilmiş ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları iş materiallarında olаn istintаq və məhkəmə hərəkətlərinə dаir digər sənədlərlə Təqsirləndirilən şəxs1 CM-in 228.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirlili olmasının tam sübuta yetirilməsinə, Təqsirləndirilən şəxs1 ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi, yəni CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsinin nə ibtidai istintaq, nə də məhkəmə istintaqında hər hansı bir mötəbər sübutla təsdiq olunmaması və həmin əsaslarla da ona həmin maddədə bəraət verilməli olmasına, həmçinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasına dair dəlillərini aşağıda qeyd olunanlara görə əsassız sayır. Birinci instansiyası məhkəməsi iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi, satması və odlu silah gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 23 may 2021-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 23 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3, polis leytenantı Şahid2, PPXB-nün polis nəfəri polis serjantı Şahid1 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri, Ləvəngi dairəsində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 əlində bir sellofan torba da olmuşdur. Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs1 üzərinə və əlindəki sellofan torbaya orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis leytenantı Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və əlindəki sellofan torbaya baxış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellefana bükalmüş dörd büküm də qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə və şəffaf rəngli sellofana bükülmüş üç büküm də psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Sellofan torbaya baxış zamanı torbanın içərisindən bir ədəd qara rəngli torba aşkar olunmuş, həmin torbanın içərisindən bir ədəd qundağı və lüləsi kəsilmiş nömrəsi olmayan qoşa lüləli, 16 kalibrli ov tüfəngi, həmin tüfəngin 4 ədəd patronu və makarov tipli tapançaya məxsus 6 ədəd güllələr aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş dörd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, üç büküm də psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin çəkisi 1,56 qram, metamfetaminə bənzər kütlələrin çəkisi isə təqribən 1,64 qram olmuşdur. Sonra heroinə və metamfetaminə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs1 imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1lə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən beş ildir ki, narkotik vasitə heroindən və psixotrop maddeə olan metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini, psixotrop maddə olan metamfetamini, qundağı və lüləsi kəsilmiş ov tüfəngini, həmin tüfəngin 4 ədəd patronlarını və makarov tipli tapançanın 6 ədəd güllələrini 21 may 2021-ci il tarixdə Lənkəran şəhərində xəzər dənizi sahili ərazisində piyada gəzərkən yerdən tapdığını bildirmişdir. Narkotiv vasitəni və psixotrop maddəni istifadəsi üçün və ov tüfəngini, patronları və güllələri isə silaha marağı olduğundan üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs1 protokolu imzalarla təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və Lənkəran ŞRPŞ-nin polis nəfəri, polis serjantı Şahid1 Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 23 may 2021-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən dörd bükümdə ümumi çəkisi 1,349 qram narkotik vasitə heroinin, üç bükümdə 1,518 qram psixotrop maddə metamfetamin və qundağı lüləsi ilə birlikdə kəsilmiş 16 kalibrli qoşalüləli ov tüfəngi, ov tüfənginin 4 ədəd patronları və Makarov tipli tapançanın 6 ədəd patronları aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını və qundağı lüləsi ilə birlikdə kəsilmiş 16 kalibrli qoşalüləli ov tüfəngin, ov tüfənginin 4 ədəd patronlarını və Makarov tipli tapançanın 6 ədəd patronlarını silaha marağı olduğu üçün üzərində gəzdirdiyini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2021-ci il tarixli, 19/458 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdə 4 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,488 qram, 0,302 qram, 0,295 qram, 0,264 qram ümumi təmiz çəkiləri 1,349 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin və 3 (üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,508 qram, 0,507 qram, 0,503 qram ümumi təmiz çəkiləri 1,518 qram ağ rəngli kristal formada olan maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 may 2021-ci il tarixli, 496 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2021-ci il tarixli, 3/950 saylı məhkəmə-ballistik ekspertizası rəyində göstərilmişdir ki,-təhqiqata təqdim edilmiş silah–zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “B” modelli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfənginin kəsiyidir, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirilmişdir-odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır, zavod işarələri, o cümlədən seriya-nömrəsi mexaniki təsir vasitəsilə kustar üsulla silinib məhv edilmişdir və dərin sürtülərək metal qatı ilə birlikdə məhv olunduğuna görə, seriya-nömrəsini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd ov silahı patronları-eyni bir zavodda hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar və atəşə (istifadəyə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 6 (altı) tapança patronları-şərti “38” nömrəli zavodda müxtəlif illərdə istehsal edilmiş, patronları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” “(PM)”, “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 Məhkəmə Psixatrik Ekspertizasının 17 avqust 2021-ci il tarixli 1823 saylı rəyində Təqsirləndirilən şəxs1 epilepsiya, az ifadə olunmuş şəxsiyyət dəyişikliyi formasında psixi pozuntu müəyyən edilir. Bunu anamnestik məlumatlara görə üç yaşında pilləkəndən yıxılaraq başından zədə alması, sonrala onda qıcolmaların biruzə verməsi, bununla əlaqədar nevropataloq tərəfindən təyin edilmiş müalicə qəbul etməsi, sonradan Lənkəran Rayonlararası Psixonevroloji Dispanserində müalicələrdə olması, həmçinin hərbi çağırış zamanı Lənkəran Rayonlararası Psixonevroloji Dispanserində hərbi komissarlığın göndərişi əsasında xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi müayinə edilərək onda “Epilepsiya nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, tez-tez baş verən qıcolmatutmaları ilə” diaqnozunun müəyyən edilməsi, hazırkı müayinə zamanı təfəkkürünün ləngliyi, müxtəsərliyi, əsəbiliyi, emosional dayanıqsızlığı və s. sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 epilepsiya, az ifadə olunmuş şəxsiyyət dəyişikliyi formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs1 ifadəli şəxsiyyət dəyişikləri, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunduğu halda ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respubliksı CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə netmək, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicəyə ehtiyacı olamadığı qeyd olunmuşdur. Məhkəmə kollegiysı yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 ifadəsində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə göstərdiklərinə tənqidi yanaşaraq həmin xususatları özünü müdafiə xarkterli ifadələr kimi qiymətləndirməsini qanuni və əsaslı sayır. Ayrı-ayrı növ narkotik vasitələrin bir neçə bükümdə olması və Təqsirləndirilən şəxs1 tərəfindən üzərində gəzdirilməsi onun tərəfindən narkotik vasitələrin satış məqsədi ilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. CM-in 234.2-ci maddələrində isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 228.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum olunmuş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməli CM-in 228.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 CM-in 228.1 və 234.2-ci maddələri ilə bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdafiə hüquqları təmin еdilmiş, eləcə də nə ibtidai araşdırma zamanı, nə də məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnamədən görünür ki, xx.xx.2018-ci ildə Lənkəran rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.1, 234.1-ci maddələri 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Beləliklə də müəyyən olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və həmin cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivini yaratmışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, əməllərində cəzanı yüngülləşdirən halların olmamasını, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivini isə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 CM 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 cəza təyin olunarkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın оnun islah olunması və ailəsinin həyat şəraitinə təsiri, cəzanın yüngülləşdirən halların olmamasını, ağırlaşdıran hallarının olmasını və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 CM-in 234.2-cü maddəsi ilə bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 1(049)-528/2021 nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397 398.1.1, 407, 410 və 412-ci mаddələrini rəhbər tutаrаq məhkəmə kоllеgiyаsı, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 1(049)-528/2021 nömrəli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Elçin Xasməmmədov Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(106)-335/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-335/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver