Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-34/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X15, zərərçəkmiş şəxsin nümayəndəsi X6, məhkum edilmiş şəxs Məhkum1, onun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313,320.1, 320.2-ci maddələri ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmündən Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə, Dövlət ittihamçısı5 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü ilə (sədrlik edən hakim Oruc Cəlilov), xx xxxxxx 1961-ci il tarixdə Lerik rayonunun Andurma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum edilməmiş, Lənkəran rayonunun Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan 05 aprel 2023-ci il tarixdən həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313,320.1,320.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 294.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə əsas cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, 27 avqust 1960-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Bəliton kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində hal hazırda həbs qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə əsas cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edillmişdir. İŞİN HALLARİ: Məhkum1 və Məhkum2 məhkum edilmişlər ona görə ki, Məhkum1 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən vahid rəhbərlik prinsiplərinə əməl etməklə idarənin fəaliyyətini təşkil etmək, onun işinə rəhbərlik etmək və idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcbur olan əmr və sərəncam vermək, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, idarənin illik gəlirlər və xərclər smetasını tərtib edərək təsdiq olunmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına hesabat vermək, Lənkəran Şəhər İcra Hakimiyyətinin icazəsi ilə idarəetməsində olan əsas və dövriyyə vəsaitləri üzərində sərəncam vermək, Əsasnaməyə zidd olmayan və təsisçinin səlahiyyətlərinə aid olmayan digər funksiyaları həyata keçirmək kimi təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, ümumilikdə 2 halda, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Məhkum2 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özü və Məhkum2 üçün birbaşa yolla, həmçinin özü üçün Lənkəran rayonu Vilvan kənd sakini cinayətdən xəbərsiz Şahid4 vasitəsilə ümumilikdə iki şəxsdən, o cümlədən, Məhkum2 köməkçiliyi ilə 2019-cu ilin may ayının ortalarında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Məhkum2 vasitəsilə sonuncu və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını aldıqdan sonra, 2019-cu ilin may ayının ortalarında 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pulu Məhkum2 vasitəsilə sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində Şahid8 Lənkəran rayonunda almaqla sonuncunun 22 may 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsinə baxmayaraq cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək 29 iyun 2019-cu il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X21 və Təyinat Altsistemində (VEMTAS) 1 iyun 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X7 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 381,47 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 3.051,76 manat (üç min əlli bir manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Zülfiyə Əliyevanın adına "xxxx" ASC-də olan 416974******1809 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatlarından çıxarılmaqla, eyni niyyətlə, 2019-cu ilin may ayının ortalarında Şahid3 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan maddi nemət olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini sonuncunun qardaşı oğlu, cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özü üçün birbaşa yolla rüşvət qismində istəyərək Şahid3 razılığını aldıqdan sonra, 15 may 2019-cu il tarixdə 150 (bir yüz əlli) manat məbləğində pulu cinayətdən xəbərsiz Şahid4 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində Şahid3 xidməti otağında almaqla sonuncunun guya həmin müəssisədə təmizlik sahəsində süpürgəçi vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 31 may 2019-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək Şahid3 görə həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X21 və Təyinat Altsistemində (VEMTAS) 1 may 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə Şahid3 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 222,67 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.881,36 manat (bir min səkkiz yüz səksən bir manat otuz altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******1947 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatından çıxarılmaqla, ümumilikdə, qeyd edilən qaydada 2 nəfərdən vahid niyyətlə qeyriləri, o cümlədən, Məhkum2 vasitəsilə 1.524 (bir min beş yüz iyirmi dörd) manat, Şahid4 vasitəsilə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 1.674 (bir min altı yüz yetmiş dörd) manat məbləğində maddi nemət olan pul vəsaitini Məhkum2 köməkçiliyi ilə birbaşa yolla rüşvət qismində istəyib almaqla Məhkum2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, göstərilən əməlləri ilə qeyd edilən iki nəfər şəxsin qanunsuz olaraq cəmi 4.933,12 manat (dörd min doqquz yüz otuz üç manat on iki qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanması, eləcə də tanışları olan həmin şəxslərin qanunsuz üstünlük əldə etməsi üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə şəxsi niyyətlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaradaraq həmin şəxslər tərəfindən müxtəlif məbləğdə, o cümlədən, 2019-cu ilin may ayında Şahid1 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təmizlik sahəsində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 2019-cu ilin may ayının ortalarında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əvvəlki, yəni xx.xx.2019-cu il tarixlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X21 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X10 01 may 2019-cu il tarixdən hesablanmaqla ayda 221,81 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı sosial yardımın Gülnarə Qurbanovanın adına "xxxx" ASC-də olan 416974******5941 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran şəhər filialının bankomatından çıxarılıb şəxsi məqsədlərinə sərf edilməklə, eyni niyyətlə, 2019-cu ilin iyun ayında Şahid2 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 04 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X21 və Təyinat Altsisteminə (VEMTAS) müraciət olunsa da ərizə bəyannamədə qeyd edilən məlumatlarda uyğunsuzluq aşkar edildiyindən Şahid2 barəsində həmin sosial yardımın təyin olunmasından imtina edilməklə, ümumilikdə qeyd edilən qaydada 1 nəfər şəxsin qanunsuz olaraq cəmi 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülmələri rəsmiləşdirilmiş şəxslərlə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 2019-cu ilin may-iyul ayında ünvan 1 ünvanında yerləşən xidməti otaqda ümumilikdə iki nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, o cümlədən, Şahid3 31 may 2019-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsini tərtib etməklə həmin sənədləri rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqavilələri və əmrləri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülmələri şübhə doğuran həmin şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar özü tərəfindən törədilən- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında qeyriləri vasitəsilə ümumilikdə iki nəfərdən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxslər üçün birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə alma ağır cinayəti üzrə sübutları saxtalaşdırmaqdan, yəni qeyd edilən şəxslərin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onlar tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaqla barəsində olacaq ittihamlara qarşı sübut qismində istifadə etməkdən ibarət cinayətkar məqsədlə həmin şəxslərlə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə Lənkəran rayonu ərazisində ümumilikdə 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, Şahid3 31 may 2019-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsində müvafiq qrafaları cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, eləcə də, qeyd edilən 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid3 31 may 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizəsini, 29 iyun 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini və Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizələrini və 29 iyul 2019-cu il tarixli və 30 avqust 2019-cu il tarixli işdən azad edilmə barədə ərizələrini qanunsuz olaraq əvvəlki tarixlərə tərtib edib həmin sənədləri özünə aid hissədə imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, ümumilikdə 2 uydurma müqavilə, 6 ərizəni həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olmaqla bilə-bilə saxta sənədlərdən istifadə edib vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmışdır. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülməsi rəsmiləşdirilmiş şəxslə Şahid1 ilə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 2019-cu ilin may ayının ortalarında ünvan 1 ünvanında yerləşən xidməti otaqda Şahid1la Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən Şahid1 01 may 2019-cu il tarixli əmək müqaviləsini işlədiyi dövrdən əvvəlki tarixə tərtib etməklə həmin sənədi rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqaviləsi və əmri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb, hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülməsi şübhə doğuran şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar qeyd edilən şəxsin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onun tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin şəxslə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə ibtidai istintaq orqanına təqdim olunması məqsədilə Lənkəran rayonu ərazisində Şahid1 ilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan hüquq verən rəsmi sənəd olan əmək müqaviləsini müvafiq qrafasını cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza etməklə eləcə də, qanunsuz olaraq həmin şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid1 01 may 2019-cu il tarixli işə qəbul olma barədə ərizəsi, 01 iyul 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini özü şəxsən imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza edərək, rəsmi sənədlər olan ümumilikdə 1 uydurma müqavilə və habelə 2 ərizəni vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlayaraq həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olaraq bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləməklə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən müəyyən olunan səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs olan Məhkum1 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, Məhkum1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Məhkum1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxsə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında ünvan 1 ünvanında yerləşən xidməti otağında Məhkum1 təqdim etməklə sonuncu və özü üçün dolayı yolla 2019-cu ilin may ayında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Məhkum1 və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını alıb, 2019-cu ilin may ayının ortalarında əvvəlcədən aralarında olan razılığa əsasən Lənkəran rayonunda Şahid8 Məhkum1 və özü üçün birbaşa yolla 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini həmin niyyətlə aldıqdan sonra Məhkum1 cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə həmin xidməti otağında **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib xx.xx.2019-cu il tarixli, xxxxxxx000100 nömrəli, xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X21 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X7 ünvanlı dövlət sosial yardımı təyin edilərək sosial yardımın verilməsinə nail olmaqla, Məhkum1 1.524 (bir min beş yüz iyirmi dörd) manat pul vəsaitini sonuncu və özü üçün dolayı yolla özü vasitəsilə vahid niyyətlə rüşvət qismində istəyib birbaşa yolla almasında köməkçi qismində iştirak etməklə, həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittiham Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmündən Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı5 tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli 1- (106)-613/2022 saylı qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli 1(106)-613/2022 saylı qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolllegiyasının 01 fevral 2023-cü il tarixli 1(102)-198/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli 1(106)-613/2022 saylı qərarı ləğv edilərək iş yenidən apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-ci il tarixli 1(106)-229/2023 saylı qərarı ilə Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1, 320.2-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmündən təsqirləndirilən şəxs Məhkum1 barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməməsi qərara alınaraq həmin maddələrlə ona cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilərək o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş və hökm həmin hissədə ləğv edilmişdir. Məhkum1 Cinayət Məcəlləsinin 294.3-cü maddəsi ilə təyin ediləcək əsas cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum1 CM-nin 294.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2- ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Məhkum1 CM-nin 311.2-ci maddəsi ilə təyin ediləcək əsas cəzaya Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum1 CMnin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalından həbs edilmişdir. Həmin qərarla həmçinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmündən təsqirləndirilən şəxs Məhkum2 barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum2 ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 05 aprel 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-ci il tarixli 1(106)-229/2023 saylı qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti, Faiq Köməriyevin müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 1(102)-1647/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-ci il tarixli 1(106)-229/2023 saylı qərarı apellyasiya protestinə münasibətdə, yəni Məhkum1 cəza təyin edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayətində göstərmişdir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə sübutları saxtalaşdırması, rüşvət alması, rəsmi sənədləri qanunsuz olaraq hazırlamısı və istifadə etməsi sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində qeyd olunan maddələrlə cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 294.3, 311.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. O, heç kimdən rüşvət almamış və har hansı qanunsuz hərəkətlərə yol verməmişdir. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittiham tamamilə uydurma olmaqla heç bir sübuta əsaslanmamışdır. Bundan başqa özünü Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilsə də, birinci instansiya məhkəməsi onun həmin maddələrlə əməlini etiraf etməsini və peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəməsini, ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkməsini və düçar olduğu onkoloji xəstəliyin residivi səbəbindən 10 dəfə cərrahi əməliyyata məruz qalmasını nəzərə almayaraq, ona həmin madələrlə də ağır cəza təyin etmişdir. Məhkum1 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün ləğv edilərək, barəsində Cinayət Məcəlləsinin 294.3, 311.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını və həmin Məcəllənin 308.1 və 313-cü maddələri ilə ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum1 və İzzət Ağayarovun törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri nəzərə alınmamış, nəticədə onlar barəsində yüngüllüyünə görə şəxsiyyətlərinə, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmə tətbiq edilmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələbləri pozulmuşdur. Dövlət ittihamçısı apellyasiya protestində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 hər birinə münasibətdə CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Dövlət ittihamçısı2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə yazılı etiraz vermişdir. Müdafiəçi etirazda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya protestini müdafiə edib, təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə protestin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünü dəyişdirib, həmin hökmdən təqsirləndirilən şəxslər barəsində tətbiq edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsini xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə edib, dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini əsassız hesab etməklə apellyasiya şikayətinə uyğun çıxış etmiş, Məhkum1 barəsində olan komisyon məhkəmə tibbi ekspertizasının rəyi nəzərə alınmaqla Məhkum1 barəsində şərti cəza təyin edilməsinin düzgün olmasını hesab etdiyini bildirərək onun həbsdən azad edilməsi xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X13 apellyasiya protestinin dəlillərini müdafiə etmiş, hökmün mülki iddianın təmin edilməsinə dair hissəsinin artıq digər təqsirləndirilən şəxs Məhkum2 tərəfindən icra edildiyini bildirərək həmin hissədə hökmün dəyidirilməməsini, cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 nömrəli və 27 fevral 2020-ci il tarixli 79 №-li əmərlərin surətləri ilə müəyyən olunur ki, Məhkum1 15 may 2019-cu il tarixdə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 27 fevral 2020-ci il tarixdə vəzifəsindən azad edilmişdir. «Asan imzanın verilməsi barədə müqavilə» ilə müəyyən edilir ki, Məhkum1 verilmiş asan imzanın seriya nömrəsi **********656622101 saylıdır. Lənkəran şəhər MİKMİ-nin 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş Əsasnaməsinin 5-ci bəndinə əsasən müəssisənin rəisi, vahid rəhbərlik prinsiplərinə əməl etməklə idarənin fəaliyyətini təşkil etmək, onun işinə rəhbərlik etmək və idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcbur olan əmr və sərəncam vermək, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, idarənin illik gəlirlər və xərclər smetasını tərtib edərək təsdiq olunmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına hesabat vermək, Lənkəran Şəhər İcra Hakimiyyətinin icazəsi ilə idarəetməsində olan əsas və dövriyyə vəsaitləri üzərində sərəncam vermək, Əsasnaməyə zidd olmayan və təsisçinin səlahiyyətlərinə aid olmayan digər funksiyaları həyata keçirmək kimi səlahiyyətlərə malikdir. Lənkəran şəhər MİKMİ-də verilmiş 24 iyul 2020-ci il tarixli arayışla müəyyən edilir ki, Şahid1 01 may 2019-cu il tarixdən Lənkəran şəhər MİKMİ-də təmizlik sahəsində fəhlə işinə qəbul edilmiş, əmək haqqı kartı sifariş əsasında "xxxx" ASC tərəfindən verilmişdir. Şahid3 31 may 2019-cu il tarixdən təmizlik sahəsində süpürgəçi, Şahid8 isə fəhlə işinə qəbul edilmiş, lakin onlara əmək haqqı hesablanmamışdır. Həmin arayışa əlavə edilmiş Lənkəran şəhər MİKMİ-nin 27 may 2019-cu il tarixli, 34 saylı məktubu ilə müəyyən edilir ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Məhkum1 tərəfindən Şahid1 əmək haqqı kartının hazırlanması üçün "xxxx" ASC-nin Lənkəran filialına müraciət edilmişdir. Habelə əlavə edilmiş «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri ilə müəyyən edilir ki, işəgötürən Lənkəran şəhər MİKMİ-si tərəfindən Şahid8 29 iyun 2019-cu il tarixli xxxxxxx000100 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 29 iyul 2019-cu il tarixdə xxxxxxx0001X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmiş, həmçinin ikinci dəfə işəgötürən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi tərəfindən Şahid8 29 iyul 2019-cu il tarixli xxxxxxx000200 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 30 avqust 2019-cu il tarixdə xxxxxxx0002X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Bundan başqa işəgötürən Lənkəran şəhər MİKMİ-si tərəfindən Şahid1 01 may 2019-cu il tarixli xxxxxxx000100 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 22 iyul 2019-cu il tarixdə xxxxxxx0001X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Bundan başqa Lənkəran şəhər MİKMİ-si tərəfindən Şahid3 31 may 2019-cu il tarixli xxxxxxx000100 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 29 iyun 2019-cu il tarixdə xxxxxxx0001X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. İşdə olan, 31 may 2019-cu il tarixli yazılı əmək müqaviləsi ilə müəyyən edilir ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Məhkum1 ilə Şahid3 arasında 31 may 2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və imza edilərək möhürlə təsdiqlənmişdir. Bundan başqa 01 may 2019-cu il tarixli yazılı əmək müqaviləsindən görünür ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Məhkum1 ilə Şahid1 arasında 01 may 2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və imza edilərək möhürlə təsdiqlənmişdir. Habelə 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli yazılı əmək müqavilələrindən görünür ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Məhkum1 ilə Şahid8 arasında 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə müddətsiz əmək müqavilələri bağlanmış və imza edilərək möhürlə təsdiqlənmişdir. Həmçinin, işə əlavə edilmiş Lənkəran şəhər MİKMİ-nin rəisi Məhkum1 tərəfindən verilmiş 01 may 2019-cu il tarixli əmrdə göstərilir: Şahid1 fəhlə işinə qəbul edilsin və əmək haqqı ştat cədvəlinə əsasən hesablansın. 01 iyul 2019-cu il tarixli 38 saylı əmrdə göstərilir: Şahid1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən 01 iyul 2019cu il tarixdən işdən azad olunsun. 29 iyun 2019-cu il tarixli 37 saylı və 29 iyul 2019-cu il tarixli 39 saylı əmrlərdə göstərilir: Şahid8 fəhlə işinə qəbul edilsin və əmək haqqı ştat cədvəlinə əsasən hesablansın. 29 iyul 2019-cu il tarixli 39 saylı və 30 avqust 2019-cu il tarixli 41 saylı əmrlərdə göstərilir: Şahid8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən işdən azad olunsun. 31 may 2019-cu il tarixli 34 saylı əmrdə göstərilir: Şahid3 fəhlə işinə qəbul edilsin və əmək haqqı ştat cədvəlinə əsasən hesablansın. 29 iyun 2019-cu il tarixli 37 saylı əmrdə göstərilir: Şahid3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən işdən azad olunsun. Lənkəran şəhər MİKMİ-nin 24 iyul 2020-ci il tarixli arayışını əlavə edilmiş işə qəbul olma barədə və işdən azad edilmə barədə ərizələrlə müəyyən olunkr ki, Şahid1 01 may 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizəsi, 01 iyul 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizələri, 29 iyul 2019-cu il tarixli və 30 avqust 2019-cu il tarixli işdən azad edilmə ərizələri, Şahid3 31 may 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizəsi, 29 iyul 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsində imza qrafası qarşısında işəgötürülən şəxslər tərəfindən imzalanmış, həmçinin işəgötürən Məhkum1 tərəfindən imzalanaraq müvafiq dərkənar qoyulmuşdur. Lənkəran ŞİH başçısının Vilvan kənd İƏD üzrə Nümayəndəliyinin 18 iyun 2020-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Əliyev X24 rayonunun Vilvan kəndində qeydiyyatdadır və hal-hazırda (arayışın verildiyi tarixdə) Rusiya Federasiyasındadır. İşdə olan, “X28” ilə müəyyən edilir ki, Şahid8 22 may 2019-cu il tarixdə “X27”ni keçməklə Rusiya Federasiasına getmiş, geri qayıtması barədə məlumat yoxdur. Lənkəran şəhər MİKMİ-nin 06 aprel 2021-ci il tarixli, 138 saylı məlumat məktubu ilə müəyyən edilir ki, Lənkəran şəhər MİKMİ-nə 04 iyun 2019-cu il tarixdə fəhlə işinə qəbul edilmiş Şahid2 adına bank kartı sifariş edilməmiş və əmək haqqı da hesablanmamışdır. Şahid2 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin olmasına baxmayaraq, əmr kitabında əmr olmamış və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi olmasına görə də əmr kitabında əmr olmamış, həmçinin onunla əmək müqaviləsi bağlanmamışdır. Şahid1 2019-cu ilin may ayında 203,0 manat, iyun ayında 203,0 manat və avqust ayında son haqq-hesab 23,38 manat əmək haqqı hesablanmış və ödənilmişdir. Lənkəran şəhər MİKMİ-nin 06 aprel 2021-ci il tarixli, 138 saylı məlumat məktubuna əlavə edilmiş, “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri ilə müəyyən edilir ki, işəgötürən Lənkəran şəhər MİKMİ-i tərəfindən Şahid2 04 iyun 2019-cu il tarixli xxxxxxx000300 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə “Əmək müqaviləsi bildirişi” altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 01 iyul 2019-cu il tarixdə xxxxxxx0003X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 Şəxsin Lənkəran şəhər filialının 19 avqust 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Şahid1, Şahid3, Şahid8 və Şahid2 ünvanlı dövlət sosial yardım verilməsi üçün yaşadığı evə baxış keçirilmiş və “Maddi məişət müayinə aktları” tərtib olunmuşdur. Şahid2 2020-ci ilin aprel ayında ünvanlı dövlət sosial yardımı almaq üçün təkrar müraciət etmiş və pandemiya ilə əlaqədar olaraq avtomatik təyinat almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X18 Xidmətinin 07 oktyabr 2020-ci il tarixli məktubla istintaq orqanına göndərilmiş Lənkəran şəhər MİKMİ-i tərəfindən Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə yuxarıda qeyd olunmuş şəxslərlə bağlı daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar götürülüb cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlarla müəyyən edilir ki, X4 416974******1809 saylı bank kartına 3.151,00 manat, X8 416974******5941 saylı bank kartına 2.096,00 manat, Şahid3 416974******1947 saylı bank kartına 1.881,00 manat məbləğdə pul məxaric olunmuşdur. "xxxx" ASC-dən daxil olmuş 01 ədəd kompakt diskə baxış keçirilməsi haqqında 01 mart 2021-ci il tarixli protokolla müəyyən edilir ki, “Korrupsiya-Lenkeran-MKTB” adlı qovluqda içərisində X11, X14 və Şahid3 adlı qovluqlar vardır. “X20 qizi” adlı qovluğun içərisində 8 ədəd qovluq, həmin qovluqların hər birində bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxsin fotoşəkillər vardır. “X23 qizi” adlı qovluğun içərisində 8 ədəd qovluq, həmin qovluqların hər birində bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxsin fotoşəkillər vardır. “Sevinc Karimova” adlı qovluğun içərisində 7 ədəd qovluq və həmin qovluqların hər birində bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxsin fotoşəkilləri vardır. Baxış zamanı plastik kart vasitəsi ilə müvafiq vaxtlarda bankomatlardan pul çıxarmış şəxslərdən xarici görünüşcə Məhkum1 oxşar şəxs olması müəyyən edilməmişdir. "xxxx" ASC-dən daxil olmuş sənədlərlə müəyyən edilir ki, Şahid1 verilmiş maaş kartı özü tərəfindən götürülmüş, sənədlərə imza edilmiş və sonuncu maaş kartını təhvil almışdır. "xxxx" ASC-dən daxil olmuş 01 ədəd kompakt diskə baxış keçirilməsi haqqında 14 aprel 2021-ci il tarixli protokolla müəyyən edilir ki, diskdə olan “533599-0691”adlı qovluqda Şahid1 məxsus kartdan pul çıxarmış şəxslərin fotoşəkilləri vardır və bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxslərin fotoşəkilləridir. Plastik kart vasitəsi ilə müvafiq vaxtlarda bankomatlardan pul çıxarmış şəxslərdən xarici görünüşcə Məhkum1 oxşar şəxs olması müəyyən edilməmişdir. “Telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi barədə” 16 aprel 2021-ci il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlar əsasən Məhkum1 istifadəsində olan 050/240-68-80 saylı mobil nömrəsi ilə Şahid1 istifadəsində olan 050/540-51-58, Şahid2 istifadəsində olan 050/878-11-53 və Şahid4 istifadəsində oldan 051/794-30-00 saylı mobil nömrələri arasında heç bir əlaqə olmamışdır. Məhkum1 istifadəsində olan 050/240-68-80 saylı mobil nömrəsi ilə Məhkum2 istifadəsində olan 050/518-04-78 saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin may ayından başlayaraq dəfələrlə danışıqlar aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 Şəxsin 23 oktyabr 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, 01 oktyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək olan dövr ərzində Lənkəran rayonu üzrə 19 ailənin maddi-məişət şəraitinin təkrar müayinəsi aparılmışdır. 31 yanvar 2020-ci il tarixdən qısamüddətli məşğulluq səbəbindən həmin 19 ailənin ünvanlı dövlət sosial yardımı ödənişi dayandırılmış, lakin 7 ailənin 2020-ci ilin martaprel aylarında təkrar müraciəti əsasında yenidən ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Göstərilən 7 ailənin ünvanlı dövlət sosial yardıma dair müraciətlərinə "Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ii 1 aprel tarixli 123 nömrəli Qərarı ilə əlaqədar maddi-məişət şəraitinin müayinəsi aparılmadan ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Yoxlama nəticəsində 7 ailədən 5-də "Ərizə-bəyannamə"də göstərilən məlumatlarda uyğunsuzluq (ailə tərkibi, pay torpaq əmlakının qeyd edilməməsi və s.) aşkar edilmişdir. Qeyd olunmuş ailələrin sosial yardımla bağlı müraciətlərində Fondun Lənkəran şəhər filialına aid İP ünvan aşkar edilməmişdir. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şahid2 ailə məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyi üçün ünvanlı sosial yardım almasına imtina verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 07 iyun 2018-ci il tarixli 10-45/251 və 19 mart 2021-ci il tarixli 111 №-li əmərlərin surətləri ilə müəyyən olunur ki, Məhkum2 07 iyun 2018-ci il tarixdə Lənkəran rayonunun Vilvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və 19 mart 2021-ci il tarixdə vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 14 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 01 mart 2019-cu il tarixdən 01 fevral 2020-ci il tarixə kimi olan dövr ərzində Lənkəran şəhər MİKMİ-nə işə götürülmüş Şahid8 ailəsini təmsil edən X2 hesabına 3051,76 manat, Şahid1 ailəsini təmsil edən X3 hesabına 2096,29 manat, Şahid3 kart hesabına 1881,36 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə-mühasibatlıq ekspertizanın 07 dekabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 01 mart 2019-cu il tarixdən 01 fevral 2020-ci il tarixə kimi olan dövr ərzində Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi adından hazırlanmış saxta sənədlər əsasında Şahid8 ailəsini təmsil edən X2 hesabına 3051,76 manat, Şahid1 ailəsini təmsil edən X3 hesabına 2096,29 manat, Şahid3 kart hesabına 1881,36 manat məbləğdə ünvanlı dövlət sosial yardım təyinatı aparılmış və pul vəsaiti köçürülmüşdür. Məhkəmə-xətşünaslıq ekspertizanın 18 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildində Şahid3 adına olan 31 may 2019-cu il tarixli əmək müqaviləsində tarix göstəricisi qarşısında “İmzası” qrafasındakı imza-Şahid3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Şahid3 adına olan 31 may 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid3 q” yazıları, Şahid1 adına olan 1 may 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəh Vilvan kəndi Şahid1” yazıları, Şahid8 adına olan 29 iyun 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran r/n Vivan kəndi Şahid8” yazıları və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid8” yazıları Şahid1 tərəfindən yox, Şahid3 tərəfindən yox, Şahid8 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Şahid1 adına olan 1 may 2019-cu il tarixli əmək müqaviləsində tarix göstəricisi qarşısında “İmzası” qrafasındakı imza -Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Şahid3 adına olan 31 may 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: ” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid3 q” yazılarda, Şahid1 adına olan 1 may 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəh Vilvan kəndi Şahid1” yazılarda, Şahid8 adına olan 29 iyun 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran r/n Vivan kəndi Şahid8” yazılarda və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər. Vilvan kəndi Şahid8” yazılarda oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertizaya təqdim edilmiş, Şahid1 adına olan 1 may 2019-cu il tarixli əmək müqaviləsində tarix göstəricisi qarşısında “İmzası” qrafasındakı imzada, oxşadılmaqla icra olunma əlamətləri müəyyən edildi. Ekspertizaya təqdim edilmiş, Şahid3 adına olan 31 may 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: ” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid3 q” yazılarda, Şahid1 adına olan 1 may 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəh Vilvan kəndi Şahid1” yazılarda, Şahid8 adına olan 29 iyun 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran r/n Vivan kəndi Şahid8” yazılarda və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər. Vilvan kəndi Şahid8” yazılarda yazının qəsdən dəyişdirilmiş xətlə icra olunmasını müəyyən edən əlamətlər müşahidə olunmadı. İstintaq orqanının 08 və 12 aprel 2021-ci il tarixli qərarları, habelə bank mədaxil qəbzləri ilə müəyyən edilir ki, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Məhkum1 tərəfindən BPM**********27 nömrəli, 08 aprel 2021-ci il tarixli ödəniş tapşırığı ilə 4.933,12 manat (dörd min doqquz yüz otuz üç manat on iki qəpik) və BPM**********70 nömrəli, 12 aprel 2021-ci il tarixli ödəniş tapşırığı ilə 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) olmaqla cəmi 7.029,41 manat (yeddi min iyirmi doqquz manat qırx bir qəpik) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Beynəlxaq Bankının Lənkəran filialına (Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmaqla) ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 şəxsi- məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir, inzibati binası Bakı şəhəri, H. Zərdabi prospekti, 80 ünvanında yerləşir. Məhkum1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, 15 may 2019-cu il tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin (bundan sonra Lənkəran şəhər MİKMİ-i) rəisi vəzifəsində işləmiş, hazırda işləmir. Uzun illərdir ki, ürək, böyrək və xərçəng xəstəliyindən əziyyət çəkir, hazırda xərçəng xəstəliyinə görə səhhətində ciddi problemləri vardır. Xəstəliyi ilə bağlı 10 dəfə cərrahi əməliyyat olunmuş, o cümlədən xərçəng xəstəliyi ilə bağlı sonuncu dəfə 2021-ci ilin dekabr ayında əməliyyat olunmuş, həmçinin digər xəstəlikləri ilə bağlı xəstəxanalarda stasionar müalicə olmuş, hazırda da müalicəsini davam etdirir. Verilmiş ittihamda göstərilən hallarla bağlı özünü qismən təqsirli hesab edir və əməlindən peşmandır. Verilmiş ittihamda göstərilən halların onun tərəfindən törədilməsini qismən təsdiq edir. Belə ki, Lənkəran şəhər MİKMİ-i Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının (bundan sonra Lənkəran ŞİH-i) sərəncamı ilə Lənkəran ŞİH-nin göstərişlərinə əməl edərək şəhərdə və şəhərə bitişik kəndlərdə təmizlik abadlıq işlərinin yerinə yetirilməsi, müqavilə əsasında əhaliyə kommunal və digər xidmətlərin göstərilməsi üçün yaradılmışdır. İdarənin rəisi kimi o, idarənin fəaliyyətini təşkil edir, onun işinə rəhbərlik etmiş, habelə onun idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla, idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə uyğun olaraq sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcburi olan əmr və sərəncam vermək, işçiləri işə qəbul və işdən azad etmək səlahiyyətləri olmuş, eləcə də idarənin illik gəlir və xərclər smetasını tərtib edib təsdiq olunması üçün Lənkəran Lənkəran ŞİH-nin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə icra başçısına hesabat vermək vəzifələri olmuşdur. İdarəyə rəhbərlik etdiyi müddətdə müəssisədə 133 ştat vahidi olmuş, 2019-cu il ərzində həm də ştatdankənar təxminən 30-40 nəfər müqavilə əsasında işçi də işləmişdir. İş çox olduqda həmin şəxslər növbədə saxlanılmaqla işə götürülmüş, işə gəlməyən olduqda isə işdən çıxarılmışlar. Bundan başqa işlədiyi dövrdə özü də bir neçə şəxsi işə götürüb onlarla əmək müqaviləsi bağlanmışdır. Onun kompuyuterdən anlayışı olmadığına görə ştatdankənar işçilərin əmək müqavilələrinin müvafiq sistemə yerləşdirilməsi işini onun əvəzindən kadrlar üzrə mütəxəssis Şahid6 icra etmişdir. O, müəssisə rəhbəri kimi Məlahətə göstəriş vermişdir ki, işə götürdüyü şəxsləri onun elektron imzası ilə sistemə yerləşdirsin və onlarla əmək müqaviləsi bağlansın. Müəssisəyə iş üçün müraciət edən şəxslər müvafiq ərizə ilə kadrlar üzrə mütəxəssisə müraciət etmiş, ərizə ona təqdim olunduqdan sonra o, ərizəyə müvafiq dərkənar qoymuş, bundan sonra zəruri sənədlər toplanıb kadrlar üzrə mütəxəssisə təqdim olunmuş, daha sonra toplanmış sənədələr ona təqdim olunmuş və o, həmin şəxslərin əmrlərini imzalayıb möhürlə təsdiq etmişdir. Bəzi hallarda o, səhvə yol verərək müəssisəyə iş üçün müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürüb kadrlar üzrə mütəxəssis Şahid6 təqdim edib ona göstəriş vermişdir ki, həmin şəxslərin adlarını elektron sistemə yerləşdirsin və sənədləri hazırlasın, o da bunu icra etmiş, asan imza ilə sistemə yerləşdirmiş və əmək müqaviləsi bağlanmışdır. Dəqiq xatırlamasa da, ona təqdim olunmuş sənədlərə əsasən Lənkəran rayon sakinləri Şahid8, Şahid3, Şahid1 və Şahid2 birbaşa özləri və ya kiminsə xahişi və yaxud vasitəsilə işə qəbul etmişdir. Həmin şəxslər ərizə ilə idarəyə müraciət etməmiş, rəsmi olaraq onlarla əmək müqaviləsi bağlanmamış, onlardan üç nəfərə əmək haqqı verilməmiş, yalnız bir nəfərə yəni Elçin Qrubanova əmək haqqı kartı sifariş etmiş və o, 3 ay cəmi 428,38 manat əmək haqqı almışdır. Həmin şəxslər ünvanlı sosial yardım almaları üçün özləri və ya başqa kiminsə vasitəsilə idarəyə müraciət etmişlər, o da onları işə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq o, 2019-cu il ərzində ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət etmiş bir neçə şəxsi ştatdankənar müqavilə əsasında müddətli işə qəbul edilmişdir. Həmin şəxsləri şəxsən qəbul edilib onlarla söhbət aparsa da, təəssüf ki, yuxarıda göstərdiyi 4 nəfər şəxs (Şahid8, Şahid3, Şahid1 və Şahid2) formal olaraq işə qəbul edilmiş və onları şəxsən görməmiş, onlar tərəfindən əmək müqavilələrinə imza edilməmişdir. Lənkəran şəhər MİKMİ-nin qarşısında görüləsi işlər çox olduğundan və şəhərdə tez-tez təmir işlərinə ehtiyac yarandığına görə əlavə bir neçə şəxs işə götürülmüş, həmin işlər yerinə yetirdikdən sonra onlar işdən azad olunmuşlar. Dəqiq xatırlamadığı tarixlərdə 2019-cu ildə qeyd etdiyi səbəblərə görə Lənkəran rayon sakinləri Şahid8 (xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə), Şahid3 (xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə), Şahid2 (xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə) və Şahid1 (xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə) onun tərəfindən Lənkəran şəhər MİKMİ-nə rəsmi deyil, əmək müqavilələri bağlanmaqla işə götürülmüş, sonra onun göstərişi ilə kadrlar üzrə mütəxəssis Şahid6 həmin şəxslərin barəsində əmək müqavilələri bağlanmasına dair məlumatları elektron informasiya sisteminə yerləşdirilmişdir. Şahid6 bildirmişdir ki, həmin şəxslər işə çıxacaq, işə qəbul olunma, işdən azad edilmə və əmək müqavilələri hazırlansın və gəlib imza edəcəklər. Həmin şəxslərin iş yerləri olması barədə qısamüddətli görünüş yaranması nəticəsində onlar ünvanlı dövlət sosial yardımı almışlar. Şahid1 da elektron informasiya sistemində (xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə) Lənkəran şəhər MİKMİ-də işlədiyi görünsə də, onun əmək müqaviləsi sonradan (xx.xx.2019-cu il tarixdə) sistemə işlənməklə müqavilə əvvəlki tarixə bağlanmış, nəticədə Şahid1 tam maaşını almışdır. Şahid8lə qeyd olunan tarixlərdə əmək müqaviləsi bağlanmış və bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ikinci dəfə həmin şəxsin əmək müqaviləsinin müddətini uzatmaq üçün sistemə yerləşdirilmişdir ki, o ünvanlı sosial yardım ala bilsin. Şahid8 ünvanlı sosial yardım təyin edilməsi üçün işə düzəlməsində Vilvan kənd icra nümayəndəsi işləmiş Məhkum2 bu işlə bağlı ona xahiş etməsini xatırlamır. 2019-cu ildə Şahid8 işə qəbul olunması ilə bağlı Ağayar ona pul verməmiş, bununla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İstintaq zamanı ifadə verərkən həyacanlı olduğundan necə ifadə verdiyini xatırlamır. Ona təqdim olunmuş sənədlərə əsasən xatırlayıraq etiraf edir ki, həqiqətən də Şahid8 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmişdir. İşə götürülən zaman hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza çəkməmişdir. Həmin sənədlərə dərkənar özü tərəfindən qoyulsa da, sənədlərə kimin imza etməsini və digər sənədlərin sonradan hazırlanmasını xarırlamır. Lənkəran rayon sakini olan Şahid3 ilə xatırlamadığı tarixdə (xx.xx.2019-cu il tarixdə) əmək müqaviləsi bağlanıb süpürgəçi kimi işə qəbul edilmiş, sonra (xx.xx.2019-cu il tarixdən) ona ünvanlı sosial yardım təyin edilmiş, daha sonra (xx.xx.2019-cu il tarixdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid3 işə qəbul olunması barədə məlumatın elektron informasiya sisteminə yerləşdirilməsi də onun ünvanlı dövlət sosial yardımı alması üçün olmuşdur. Həmçinin Şahid3 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmiş, onun işə qəbulu zamanı hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməsini xatırlamır. Şahid3 işə qəbulu ilə bağlı İslam adlı şəxsdən 150 manat pul almamış, bununla bağlı yazılanları təsdiq etmir. Həmçinin Şahid3 sənədlərinin sonradan, yəni istintaq orqanı tərəfindən Lənkəran şəhər MİKMİ-ə sorğu göndəriləndən sonra tərtib olunması barədə məlumatı yoxdur. Lənkəran rayon sakini Şahid2 ilə xatırlamadığı tarixdə (xx.xx.2019-cu il tarixdə) əmək müqaviləsi bağlanıb işə qəbul edilmiş, ünvanlı sosial yardıma müraciət olunsa da, imtina edilmiş sonra (xx.xx.2019-cu il tarixdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul olunması üçün idərəyə Yasəmənin özü və ya başqa şəxsin onun adından ona xahiş etməsini xatırlamır. Şahid2 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmiş, onun işə qəbulu zamanı hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməsini xatırlamır. Həmçinin Şahid2 sənədlərinin sonradan, yəni istintaq orqanı tərəfindən Lənkəran şəhər MİKMİ-ə sorğu göndəriləndən sonra tərtib olunması barədə məlumatı yoxdur. Lənkəran rayon sakini Şahid1 ilə xatırlamadığı tarixdə (xx.xx.2019-cu il tarixdə) əmək müqaviləsi bağlanıb Lənkəran şəhər MİKMİ-ə fəhlə kimi işə qəbul edilmiş, sonra ona (xx.xx.2019-cu il tarixdən) ünvanlı sosial yardım təyin edilmiş, daha sonra (xx.xx.2019-cu il tarixdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid1 formal olaraq işə qəbulu onun ünvanlı dövlət sosial yardımı alması üçün olmuşdur. Şahid1 özü idarəyə müraciət etmiş, yazığı gəldiyi üçün onu işə götürmüş və hətta ona maaşda verilmişdir. Buna görə Şahid1 ona heç nə verməmişdir. Şahid1 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmiş, onun işə qəbulu zamanı hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməsini xatırlamır. Həmçinin Şahid1 sənədlərinin sonradan, yəni istintaq orqanı tərəfindən Lənkəran şəhər MİKMİ-ə sorğu göndəriləndən sonra tərtib olunması barədə məlumatı yoxdur. Ümumiyyətlə o, işdən çıxdıqdan sonra hər hansı sənədin hazırlanmasında, yəni saxta sənədlər hazırlanıb prokurorluğa göndərilməsində iştirak etməmişdir. Ona müraciət edən şəxslərin işə düzəlməkdə məqsədi ünvanlı sosial yardım almaq olmuşdur. Adları yuxarıda çəkilən şəxslərdən başqa o, hər hansı bir şəxsi işə qəbul etməmişdir. Lənkəran şəhər MİKMİ-nin rəisi vəzifəsində işlədiyi müddətdə bir neçə şəxsin formal olaraq işə qəbul edilməsi və həmin şəxslərə ünvanlı sosial yardımın verilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fonduna maddi ziyan dəyməsini qəbul edir və ibtidai istintaq zamanı tərəfindən həmin ziyan, yəni 7.029,41 manat məbləğində pul vəsaitinin DSMF-nun hesabına ödənilməsi üçün bu pul vəsaiti X17 filialına ödəmiş və pulun ödənilməsinə dair mədaxil qəbzləri istintaq orqanına təqdim etmişdir. Hər bir halda bu işlə bağlı göstərilən qanunazidd halların baş verməsinə görə əməlindən peşmandır. Hazırda bir neçə xəstəliyi, o cümlədən ağır gedişatli xərçəng xəstəsi olması, 10 dəfə cərrahi əməliyyat olunması və yaxın vaxtlarda, yəni mart-aprel aylarında xərçəng xəstəliyi ilə bağlı yenidən cərrahi əməliyyat olunacağının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkum1 məhkəməyədək icraat zamanı verdiyi ifadələrində müəyyən ziddiyyətlər hallar nəzərə alınmaqla verilmiş ittihamın mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, o cümələdən 26 aprel 2021-ci il tarixli tarixli ifadəsində göstərmişdir ki, Şahid8 ünvanlı sosial yardım təyin edilməsi üçün işə düzəlməsində Vilvan kənd icra icra nümayəndəsi işləmiş Məhkum2 köməklik etmişdir. 2019-cu ilin may ayın ortalarında Məhkum2 ondan Şahid8 işə qəbul etməsini xahiş etmiş və bunun müqabilində Ağayar ona 50 manat pul vermişdir. Həmin şəxsin adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmişdir. İşə götürülən zaman hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməmişdir. İstintaq orqanı Lənkəran şəhər MİKMİ-nə sorğu göndərildikdən sonra o, məcbur olaraq Şahid8 ölkədə olmadığı halda onun adından olan əmək müqaviləsinə imza etmiş, sonra qərara gəlmişdir ki, həmin ərizələr və əmək müqavilələri tərtib olunub istintaqa təqdim olunsun. 22-23 iyul 2020-ci il tarixlərdə sənədlərə tərəfindən dərkənar qoyulmuş və tərtib olundunqdan sonra İstintaqa göndərilmişdir. Əmək müqavilələrinə əvvəlcədən möhür vurulmuş və əmrlər də həmin vaxtlarda yazılmışdır. Ərizələr isə onun tərəfindən tərib edilib imzalanmışdır. Həmçinin Şahid3 işə qəbulu ilə bağlı o, İslam adlı şəxsdən 150 manat aldığını xatırlamır. İstintaq orqanı Lənkəran şəhər MİKMİ-nə sorğu göndərildikdən sonra onun sənədləri yuxarıda göstərdiyi qaydada sonradan tərtib olunmuşdur. Şahid4 Şahid3 işə düzəltmək üçün 150 manat pul aldığını xatırlamır, lakin hesab edir ki, Şahid3 öz maddi marağı olmasa yuxarıda göstərdiyi qaydada işə götürməzmiş. Həmin məbləğ yadında deyil, o, həmin puldan heç kimə pul verməmiş və heç kəslə əlbirliyi olmamışdır. Məhkum1 ibtidai araşdırma dövründən fərqli olaraq birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı Məhkum2 vasitəsilə rüşvət almaması, almış olduğu pulun məbləğini xatırlamaması, heç bir sənədi saxtalaşdırmamasına dair hallar, habelə təqsirləndirilən şəxs Məhkum2 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni Şahid8 ünvanlı sosial yardım alması üçün köməklik etməməsi, bununla bağlı ondan pul almaması və həmin işlə bağlı heç kimə, o cümələdən Məhkum1 pul verməməsi, heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid6, Şahid7, Şahid9, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri (ibtidai istintaq zamanı verdikləri ifadələri), maddi sübutlar, ekspertiza rəyləri, o cümələdən məhkəmə-xəttşünaslıq eksperitzanın rəyi, habelə təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı verdiyi ifadəsi (həmin ifadəsində o, əməlini qismən etiraf etməklə Şahid8 işə düzəlməsi ilə bağlı Məhkum2 vasitəsilə 50 manat pul almasını, Şahid3 öz maddi marağına görə işə götürməsini, istintaq orqanının sorğusundan sonra işlədiyi müddətdə müəssisəyə görə formal olaraq işə götürdüyü, lakin sənədələri tam olmayan şəxslərin ərizələri və əmək müqavilələri tərəfindən tərtib olunub dərkənar qoymasını və s. digər halları göstərmişdir), eləcə də məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Məhkum2 vasitəsilə rüşvət almaması və müvafiq sənədləri saxtalaşdırmaması yuxarıda qeyd olunan sübutlarla təsdiq olunmasına baxmayaraq, təqsirləndirilən şəxs onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Beləliklə, Məhkum1 birinci instansiya məhkəməsində verdiyi ifadələr məntiqli və ardıcıl olmamış, onun verdiyi bu ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmişdir. Lakin Məhkum1 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki hallarına uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum1 ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab etmişdir. Bununla da apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum1 birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, cinayətkar hərəkətləri törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum1 Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, onun yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli hesab edilməli olması barədə apellyiasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının düzgün olmaması dəlilinə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70-ci maddəsi, şərti məhkum etmənin tədbiq edilməsini, şərti məhkum etmənin mümkünlüyünü işə baxan hakimin həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah olunmasının mümkün olacağını hesab etməsi kimi bir qənaətinə bağlayır. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu maddənin mətnindən görünür ki, şəxs barəsində CM-in 70-ci maddəsinin tədbiq edilməsi onunla bağlı işdə ağırlaşdırıcı hallar olduqda da mümkün hesab edilə bilər. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmalı, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmalı və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. İşdə olan Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən verlmiş 06 aprel 2021-ci il tarixli xasiyyətnamə, habelə Lənkəran rayon İHB-nın Xanbulan kənd kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Məhkum1 Lənkəran rayonunun Bürcəli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı və işlədiyi yerdə nümunəvi və intizamlı olması, dövlət tədbirlərində fəal iştirak etməsi, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirməsi, işlədiyi və yaşadığı yer üzrə ondan heç bir şikayət xarakterli məlumatların daxil olmaması) xarakterizə olunur. İşdə olan “Bonadel” Beynəlxalq Hospitalından verilmiş 21 dekabr 2020-ci il tarixli Epikrizlə müəyyən edilir ki, Məhkum1 18 dekabr 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək həmin hospitalda stasionar müalicə olunmaqla “TUR sidik kisəsi” cərrahi əməliyyatı olunmuş, habelə anamnez qeydində Məhkum1 1993 və 2000-ci illərdə sidik kisəsi polipektomiyadan, 2010, 2011, 2013 və 2015-ci illərdə “TUR sidik kisəsi” cərrahi əməliyyatı olunması göstərilmişdir. İşdə olan, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilmiş 25 noyabr 2021-ci il tarixli xəstəlik tarixindən Çıxarışla (Epikrizlə) müəyyən edilir ki, Məhkum1 20 noyabr 2021ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək Lənkəran RMX-da “Ü.İ.X. Gərginlik stekordiyası. İİ f.s. kronar damarların ateroklerası. Arterial hipertoniya İİİ dərəcə. Əlavə risk İİ. Şəkərli diabet tip İİ. Ağır forma, Dekonpensə mərhələsi” diaqonozları ilə stasionar müalicədə olmuşdur. İşdə olan Azərbaycan Respublikası SN Akademik M.Cavadzadə adına Respublika X9n verilmiş 24 dekabr 2021-ci il tarixli xəstəlik tarixindən Çıxarışla müəyyən edilir ki, Məhkum1 16 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək xəstəxanada “Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. Şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqnozu ilə stasionar müalicədə olmuş, eyni zamanda dəfələrlə sidikliyin törəməsindən əməliyyat olunduğundan ona Milli Onkoloji Mərkəzinə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan Azərbaycan Respublikası SN Milli Onkologiya Mərkəzindən verilmiş 13 yanvar 2022-ci il tarixli xəstəlik tarixindən Çıxarışla (Epikrizlə) müəyyən edilir ki, Məhkum1 24 dekabr 2021-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək MOM-də stasionar müalicədə olmaqla sidik kisəsində 28 dekabr 2021-ci il tarixdə cərrahi əməliyyat apırılmış, o cümlədən 23 dekabr 2010, 10 fevral 2011, 08 avqust 2012 və 08 yanvar 2016-cı il tarixlərdə üzərində “TUR sidik kisəsi” cərrahi əməliyyatlar olunmuşdur. Bundan başqa 1993 və 2000-ci illərdə Akademik M.Cavadzadə adına X9 sidik kisəsi xərçəngi ilə bağlı cərrahi əməliyyat olunmuşdur. Hal-hazırda residiv qeyd olunduğu üçün MOM-də müalicəyə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrinin tələblərini gözləməklə, şərti məhkum etmənin təyin edilməsində əhəmyyətli olan halları onun cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, “Sidik kisəsinin xərçəngi residiv pTaNoMo. Sidik kisəsinin residiv törəməsi. Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. İnsulindən asılı şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqonozları ilə xəstə olması, 10 dəfə cərrahi əməliyyata məruz qalması və hazırda xərçəng xəstəliyindən əziyyət çəkməklə həmin xəstəliklə bağlı cari ilin mart-aprel aylarında təkrarən cərrahi əməliyyat olunacağı, kifayət qədər yaşlı-61 yaşının olması, habelə yaşayış və iş yeri üzrə müsbət xarakteriza olunması və ilk məhkumluğu, məhkəməyədək icraat və məhkəmə icraatı dövrlərində barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərinə əməl edib, hər hansı pozuntuya yol verməməsi və icraatı aparan orqanların çağırışı ilə vaxtında gəlməsi kimi şəxsiyyətini səciyyələndirən hallarla birlikdə götürməklə nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolllegiyası 07 sentyabr 2023cü il tarixli 1(102)-1647/2023 saylı qərarında Şirvan Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə Məhkum1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə cəza təyin edilməsinin onun sağlamlıq vəziyyətinin ağır olması barədə olan tibbi arayışlara istinad edilməklə, onun sağlamlıq vəziyyətinin xüsusilə ağır olmasından irəli gələn halın müstəsna hal kimi qiymətləndirilməsi ilə ona görə razılaşmamışdır ki, bu arayışlar Məhkum1 bədəninin müxtəlif orqanları barədə müxtəlif vaxtlarda müxtəlif tibb müəssisələri tərəfindən verilmiş arayış və digər tibbi səndlər olduğundan bu sənədlər Məhkum1 sağlamlığının onun azadlıqdan məhrum etmə növdə cəza çəkməsini mümkünsüz hesab edilməsinə əsas verən sübutlar kimi baxıla bilməz. Məhkəmə kllegiyası hesab etmişdir ki, ayrı ayrı sahələr üzrə tibb müəssisələri tərəfindən və müxtəlif zamanlarda verilmiş bu tibbi sənədlər onun ümumi sağlamlıq vəziyyəti barədə komisyon məhkəmə tibbi ekspertizasının rəyi olmadığı vəziyyətdə Məhkum1 ona istinad edilmiş maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı cəzadan aşağı həddə cəza verilməsinə, yaxud təyin edilmiş cəzanın şərti tədbiq edilməsinə əsas verən hal kimi baxıla bilməz. Məhkəmə kollegiyası da hesab edir ki, Məhkum1 təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə əsas verən hallar da onun sağlamlıqının azadlıqdan məhrum etmə cəzası çəkməsinin mümkünsüz hesab edən komisyon tibbi ekspertizanın rəyi ilə tamamlandığı halda (şəhadətləndirildiyi halda) tətbiq edilməli idi. Birinci instansiya məhkəməsi belə bir ekspertiza təyin etmədən cəzanı şərti tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən 07 sentyabr 2023-cü il tarixli qərarında da Məhkum1 barəsində şərti cəza tətbiq edilməsinin yalnız onun azadlıqdan məhrum etmə növdə cəzanı real olaraq çəkməsinin mümkün olmaması barədə ekspert rəyi olacağı halda mümkün olması qeyd edilmişdir. Ali Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən 07 sentyabr 2023-cü il tarixli qərarının göstərişinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2023-cü il tarixli 1(106)-734/2023 saylı qərarı ilə iş üzrə komisyon məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertlər qarşısında qeyd edilən suallar qoyulmuş, komisyon ekspertizanın rəyi məhkəməyə daxil olmuşdur. Qeyd edilən rəyin nəticə hissəsində göstərilir ki, Məhkum1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi ypTaN0M0 mərhələ İİİ G3. Sidik kisəsi xərçəngi, kompleks müalicədən sonrakı vəziyyət. Residiv. Cərrahi əməliyyatdan sonrakı vəziyyət İİİ mərhələ. İnsulindən asılı şəkərli, diabet tip İİ. Ürəyin işemik xəstəliyi. Stabil gəginlik stenokardiyasyası İİ f.s. Xroniki ürək çatmamazlığı İ f.s. Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. Hipertoniya xəstəliyi İİ mərhələ. Arterial hipertoniya İİ dərəcə, əlavə risk İİ tip xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Məhkum1 hal-hazırkı sağlamlıq vəziyyət ilə əlaqədar onun həbsxana şəraitində saxlanılması məqsədə müvafiq sayılmır. Məhkum1 həbsxana şəraitində saxlanılması onun sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. Məhkum1 düçar olduğu onkoloji xəstəliklə əlaqədar onun hal-hazırda cərrahiyyə əməliyyatına və kimyaterapiya müalicə kurslarına ehtiyacı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərti məhkum etmə adlanan 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Maddənin mətnindən göründüyü kimi, bu maddə məhkəmənin barəsində cəza təyin edilən şəxsin ona təyin edilmiş cəzanı çəkmədən də islah oluna bilməsini hesab etməsi hətta həmin şəxs barəsində cəzanı ağırlaşdıran hallar olduğu halda da mümkün hesab edilir. Beləliklə Məhkum1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tədbiq edilməsi qərarını qəbul edərkən birinci instansiya məhkəməsinin istinad etdiyi hallara əlavə olaraq məhkəmə kollegiyası müəyyən edir ki, Məhkum1 komisyon tibbi ekspertizasının rəyindən göründüyü kimi onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə mane olan ağır xəstəlikləri vardır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsas prinsiplərindən olan humanizm prinsipi adlanan 9.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Digər tərəfdən Məhkum1 2023-cü ilin aprel ayından onun cəza çəkməsinə mane olan ağır sağlamlıq vəziyyəti halında azadlıqdan məhrum etmə növdə cəza çəkməklə islah yolundadır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 hazırkı yaşında və hazırkı fiziki durumunda, onkoloji xəstə olmaqla kimya terapiyasına ehtiyac olduğu və əməliyyat edilməli olduğu vəziyyətdə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsinə dair qərar qəbul edilməsi ağır bir qərar olmaqla cinayət qanununun humanizm prinsipini müəyyən edən 9.2-ci maddəsinə zidd olar. Məhkum1 ilə bağlı bütün qeyd edilən halların fonunda apellyasiya protestinin Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi barədə dəlilləri əsassız görünür. Ona görə də apellyasiya protestinin birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 təyin edilmiş cəzanın şərti tədbiq edilməsi barədə müddəaların hökmdən xaric edilməsinə dair tələbi təmin edilməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Məhkum1 şərti cəzanın təyin edildiyindən keçən müddət ərizndə Şirvan Apellyasiya Məhkəməsinin hazırkı apellyasiya protestinə və apellyasiya şikayətinə əvvəllər baxan məhkəmə tərkibi tərəfindən protest təmin edilərək şərti məhkum etməyə dair müddəalar hökmdən xaric edilərək Məhkum1 onun barəsində ona istinad edilmiş bəzi maddələrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, həbsə alınmaqla cinayətlərin məcmusu üzrə ona təyin edilmiş həmin azadlıqdan məhrum etmə növdə cəzanı 05 aprel 2023-cü il tarixdən başlamaqla real olaraq çəkməyə başladığından və ona hal hazırda müddətin keçməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə cəza təyin edilməməli və 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli olduğundan hal hazırda onun üzərində qalan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, -cü maddələri ilə təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinbin 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə yenidən qismən toplanmalı, Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi cinayətlərin məcmusu üzrə təyin ediləcək yeni əsas cəzaya tədbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 1(102)-2023/2023 saylı qərarı da Məhkum1 sağlamlıq vəziyyətinin yanidən araşdırılması da daxil olmaqla işin bütün hallarının yenidən araşdırılması ilə ona yenidən cəza təyin edilməsinə yönəlmişdir. Qeyd edilən araşdırmaların nəticələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi Məhkum1 sağlamlığının indiki durumunda ona şərti cəza təyin edilməsi ilə də mümkündür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması, apellyasiya protestinin təmin olunması barədə rəyini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 çıxışını, məhkum edilmiş şəxs Məhkum1 vəkilnin Məhkum1 təyin edilmiş cəzanın şərti tədbiq edilməsi barədə xahişini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, apellyasiya şikayəti qismən təmin edilməli, Məhkum1 Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, maddələri ilə birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü Məhkum1 cinayətlərin məcmusu üzrə yenə qəti cəza təyin edilərək azadlıqdan məhrum etmə əsas cəzası şərti tətbiq edilməklə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən Məhkum1 cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-in 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və o həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin və hökm həmin hissədə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzalar qismən toplanmaqla Məhkum1 üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə ona təyin edilmiş 8 (səkkiz) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2(iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tədbiq edilsin. Məhkum1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Məhkum1 apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilməsin. Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Qərarın icrası Məhkum1 saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssəsinə həvalə olunsun. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-34/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-34/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver