Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-341/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər Xasməmmədov Elçin İsgəndər oğlunun və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Xidmətin 3 saylı İstiqTəcridxanasında saxlanılan; Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan əməlinə Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməsi, Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmündən Dövlət İttihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər: X4 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) xx xxxx 2000-ci ildə Biləsuvar rayonu Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxsr Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan əməlinə Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 mart 2023-cü ildən hesablanması qeyd olunmuşdur. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.2.-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bundan əlavə Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, o, 04 mart 2023-cü ildə, saat 17 radələrində Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisində yerləşən, Mübariz Məmmədova məxsus fermada, yardımçı tikilidə xx xxxx 2007-ci il təvəllüdlü, 14 yaşı tamam olmuş Zərərçəkmiş şəxs1 ilə Nəsimikənd kənd sakini Şahid1 qeyri-təbii yolla cinsi əlaqədə olmasını özünə məxsus olan mobil telefonla videogörüntüsünü qeydə almış, daha sonra həmin videogörüntünü Zərərçəkmiş şəxs1 göstərib, yaxın qohumlarına göndərməklə hədələyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla cinsi əlaqədə olmağa etiraz etdiyi üçün zor tətbiq etməklə həmin yerdə cinsi ehtirasını təmin etmək məqsədi ilə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə bir dəfə qeyri-təbii yolla, düz bağırsaqdan cinsi əlaqədə olmaqla sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Bundan başqa o, 10 mart 2023-cü ildə, saat 22 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun Nəsimi kənd ərazisindən keçən hissəsində yolun sağ tərəfində yerləşən «Nicat» şadlıq evinin yaxınlığında, tanışı Zərərçəkmiş şəxs2 ona 16 yaşına çatmayan əmisi qızı Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı irad bildirməklə onu yumruqla vurmaq istəyərkən, o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd qara rəngli bıçağı çıxarıb Zərərçəkmiş şəxs2 sağ və sol bud nahiyəsinə vuraraq hər iki bud nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirərək qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 Namiq qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını sonuncunun özündən başqa heç kim təsdiq etmir. Hadisə yeri olan otaqda videoçəkiliş aparmaq qeyrimümkündür, bu barədə sübut da yoxdur. Zərərçəkmiş şəxs1 və Şahid1 üç il müddətində sevgili olmuşlar, belə olan halda Şahid1 niyə Məleykəni müdafiə etməmişdir, Təqsirləndirilən şəxs Şahid1 gələcək həyat yoldaşına qarşı əxlaqsız hərəkətlər etməsi nə dərəcədə inandırıcıdır? Təqsirləndirilən şəxs necə ola bilər ki, bir əlində mobil telefon, digərində bıçaq Zərərçəkmiş şəxs1 qarşı qeyd edilən hərəkətləri etsin? Bundan başqa cinayət işin materiallarında olan fotoşəkil sübut kimi qiymətləndirilə bilməz. Həmin fotoşəkil Təqsirləndirilən şəxs mobil telefonunda aşkar olunmamışdır, hansı şəraitdə çəkilməsi, vaxtı, saatı, haradan əldə olunması müəyyən deyil. Şahid1 ifadəsində göstərir ki, guya Babəkin əlində bıçaq olduğundan onu qarşısını ala bilməmişdir. Əgər bu hərəkət olmuşdursa, Məhəmməd nə üçün sonradan Babəki cəzalandırmamışdır. Bütün bunlar göstərir ki, X6 Babayevə qarşı qərəzlidir, ona nifrət bəsləyir. Buna səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə Şahid1 arasında sevgi münasibətini bilməsi və onları görməsidir. Çünki zərərçəkmiş ailəsindən gizlin şəkildə hazırlıq kurslarına getmək adı ilə Şahid1 ilə görüşmüşdür. Bu sirr isə aşkar olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qohumuna bıçaqla xəsarət yetirmişdir, bu hal da sonuncunun nifrət hissini daha da gücləndirmişdir. Bununla da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qisas almaq üçün onu cəzalandırmaq istəyir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət İttihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 apellyasiya protestini onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etmədiyindən, ona həmin maddə ilə təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığından həmin hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilərək CM-nin 62-ci maddəsinə dair müddəalar hökmdən xaric edilməklə, ona CM-nin 150.2-1.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 10 yanvar 2024-cü il tarixli hökmündə təqsirləndirilən şəxsi verilmiş ittihamlar üzrə təqsirli bilsə də, əsassız olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, İİ Qarabağ müharibəsində iştirak etməklə medallarla təltif olunmasını, həmin müharibədə yaralanmasını, atasının İ dərəcə əlil olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs özünü məhkəmə istintaqının əvvəlindən sonuna kimi CM-nin 150.2-1.1-ci maddəsi ilə təqsirli bilməmiş, Zərərçəkmiş şəxs1 qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini bildirmişdir. Məhkəmə isə özünü CM-nin 150.2-1.1-ci maddəsi ilə təqsirli bilməyən, hələ üstəlik yetkinlik yaşına çatmayan qıza qarşı xüsusilə ağır cinayət törədən şəxsə CM-nin 62-ci maddəsini tətbiq etməklə ədalət və humanizm prinsiplərinin ziddinə qərar qəbul etmiş, həmin qərarın cəmiyyət arasında hansı nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, İİ Qarabağ müharibəsində iştirak etməklə medallarla təltif olunmasını, həmin müharibədə yaralanmsını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, atasının İ qrup əlil olmasını, yüngülləşdirici hal kimi nəzərə almışdır. CM-in 59-cu maddəsinin tələbləri baxımdan məhkəmənin mövqeyi əsaslı və qanuni olsa da, bunun müstəsna hal hesab edilməsi sual doğurur. Təqsirləndirilən şəxs tərəfindən iki şəxsə qarşı biri xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətin törədilməsi qarşısında zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi onun vicdan və vətəndaşlıq borcu baxımından etməli olduğu ən minimal tələb hesab oluna bilər. Həmçinin məhkəmə təcrübəsində faktiki zərərçəkmiş şəxsin mövcud olduğu bir çox cinayət işlərində zərərçəkmiş şəxslə barışıq əldə etmə CM-in müvafiq maddələrinə əsasən sadəcə olaraq yüngülləşdirici hal kimi nəzərə alınmaqla mövcud sanksiyalar həddində daha yüngül cəzanın təyin edilməsinə səbəb olur. Yəni zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmə özü-özlüyündə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi nəzərə alınma üçün əsas deyildir. İş üzrə təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü həm də onun göstəricisidir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı tarazlığı təmin edə bilməmiş, nəticədə nümayiş etdirilmiş altruizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, bununla da, CM-nin 8 və 58.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə mövqe bu kateqoriyadan olan cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə, cinayət qanununun ümumi xəbərdaredici məqsədinə nail olunmasına qətiyyən xidmət etmir. CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən müstəsna hallar və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 150.2-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunmaqla, ona CM-nin 150.2-1.1-ci maddəsinin sanksiyası həddində cinayət qanunu normalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsi xahiş olunmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, çıxışlarında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü üzrə apellyasiya protestinin təmin olunmamasını, hökmün ləğv olunaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını bildirmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı2 verilmiş apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilərək, CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric olunmaqla, ona CM-nin 150.2-1.1-ci maddəsinin sanksiyası həddində cinayət qanunu normalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olmasını, təqsirləndrilən şəxsin yalan ifadə verməsini, barışıq ərizəsinin təqsirləndirilən şəxsin İİ Qarabağ müharibəsi iştirakçısı olması ilə əlaqədar verilməsini, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını, apellyasiya protestinin dəlilləri ilə zərərçəkmiş tərəfin razı olduğunu bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsinin) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Verilmiş apellyasiya şikayəti üzrə müdafiə tərəfinin mövqeyi Cinayət-Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi əsası ilə həmin Məcəllənin 402-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunması və bəraət hökmünün çıxarılmasıdır. Verilmiş apellyasiya protesti üzrə dövlət ittihamçısının mövqeyi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı Cinayət- Prosessual Məcəlləsinin 399.1.4. və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq olunmaması əsası ilə həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən dəyişdirilməsidir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini verilmiş apellyasiya şikayətinin və apellyasiya protestinin hüdudlarına münasibətdə düzgün olaraq Cinayət Məcəlləsinin 150.2.-1.1-ci maddəsi ilə tövsif etmişdir. Cinayət kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir: -Müdafiə tərəfi CM-nin 150.2.-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə Təqsirləndirilən şəxs təqsirli hesab etməsədə, cinayət işində olan mötəbər və mümkün sübutlarla apellyasiya şikayətində göstərilənlər tam təkzib olunur. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Şahid1 bir-birini tamamlayan ifadələri, bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs2 və digər şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətinə dair protokollarla, ekspertiza rəyləri ilə tam təsdiq olunur ki, qeyd olunan cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən tarixdə, yerdə, vaxtda və şəraitdə törədilmişdir. -Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 sentyabr 2023-cü il tarixli, 1(022)-106/2023 nömrəli hökmünün surətindən də görünür ki, Şahid1 özünə münasibətdə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə məhkum olunduğu cinayət işinə baxılarkən ibtidai istintaqda və məhkəmə istintaqında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini bir daha təsvir etməklə təsdiq etmişdir. Belə ki, CPM-nin 142.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. -Cinayət kollegiyası apellyasiya şikayətində göstərilmiş “Zərərçəkmiş şəxs1 sirrinin aşkar olunması və qohumuna bıçaqla xəsarət yetirilməsinə görə Təqsirləndirilən şəxs qisas alması” qeydinə münasibətdə bildirir ki, cinayət işində olan məhkəmə-psixoloji ekspertizasının 30 mart 2023-cü il tarixli 821 saylı ekspert rəyində göstərilmişidr ki, “...Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən gürünür ki, Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyillik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs1 başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri aşkar olunmadı.” Beləliklə kollegiya apellyasiya şikayətində göstərilənləri və Təqsirləndirilən şəxs apellyasiya instansiya məkhəməsində şikayətinin dəlillərinə uyğun olaraq “Zərərçəkmiş şəxs1 ilə zorakılıqla qeyri-təbii yolla cinsi əlaqədə olmaması” barədə çıxışına tənqidi yanaşaraq qeyd edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Ona görə də apellyasiya şikayəti təmin olunmamalıdır. Cinayət kollegiyası apellyasiya protestinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmaması ilə əlaqədar apellyasiya protestində göstərilən dəlillərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 62.1. və 62.2-ci maddələrinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunan maddənin hüquqi təhlili onu vurğulayır ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs CM-nin 62-ci maddəsi tətbiq olunarkən onun şəxsiyyəti, əməlin motivi, cinayət hadisəsini törədərkən seçdiyi ictimai təhlükəli hərəkəti, cinayət əməli başa çatdıqdan sonrakı davranışları (peşmançılıq hissinin keçirməsi, zərərçəkmiş şəxsə qarşı davranışları və.s) düzgün qiymətləndirilməmişdir. Belə ki; -Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, zərərçəkmiş şəxsə qarşı seksual ehtirasını təmin etmək üçün, onun düşmüş olduğu vəziyyətdən sui-istifadə etmiş, Şahid1 ilə münasibətini mobil telefon vasitəsi ilə qeydə almasını və cinsi münasibətdə olmazsa həmin görüntüləri yaymaqla hədələmiş, zorakı hərəkətləri ilə öz istəyinə nail olmaq və razı salmaq üçün zərərçəkmiş şəxsi məcburiyyət qarşısında buraxmışdır; -Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli başa çatdırdırdan sonrakı davranışına nəzər yetirildikdə müəyyən olunur ki, o, zərərçəkmiş şəxsə qarşı hərəkəti barədə başqa şəxslərə bir söz deyiləcəyi təqdirdə, yenə də videogörüntünü yayacağı ilə hədələmişdir. -Təqsirləndirilən şəxs əməlini etiraf etməmiş, zərərçəkmiş şəxsə qarşı üzrxahlıq etməmiş, ibtidai və məhkəmə istintaqı müddətində vermiş olduğu bütün ifadələrində ona böhtan atılmasını vurğulamış, bununla da hələ də islah olunmadığını nümayiş etdirmişir; -Zərərçəkmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi vasitəsi ilə barışıq ərizəsi təqdim etsə də, işin halları önu göstərir ki, bu Təqsirləndirilən şəxs özünün səmimi peşmançılıq hissi ilə barışmasına görə deyil, Təqsirləndirilən şəxs yaxın qohumlarının təşəbbüsü ilə olmuşdur. -Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə zərərçəkmiş şəxs Məhəmməd Qurbanlı ilə barışmasını da cəzanı yüngülləşdirən hal kimi CM-nin 150.2-1.1-ci maddəsi üzrə cəza təyin edərkən müstəsna halların dairəsinə daxil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, eləcə də bundan sonrakı davranışları CM-nin 62-ci maddəsinin ehtiva etdiyi müstəsna hallara qətiyyən aidiyyəti yoxdur. Cinayət kollegiyasının hüquqi təhlilinə əsasən birinci instansiya məkhəməsinin əsas götürdüyü yüngülləşdirici hallar yalnız həmin Məcəllənin 62.1-ci maddəsində nəzərdə tutulan müstəsna hallar olduqda, əlavə hal kimi nəzərə alına bilərdi. Bu mövqedən çıxış edərək, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, CM-nin 62-ci maddəsinin tətbiqi zamanı, təqsirləndirilən şəxsin o hərəkətləri müstəsna hallar olaraq qiymətləndirilir ki, onların məcmusu cinayət əməli ilə bilavasitə əlaqəli olsun, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltsın. Göstərilən hallara əsasən qəti hüquqi nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxsin İİ Qarabağ uğrunda gedən müraribədə fəal iştirak etməsi, müharibə zamanı döyüşlərdə iştirak edərkən partlayış nəticəsində bədənin müxtəlif nahiyyələrindən xəsarətlər alması, atasının İ dərəcə əlil olması, anasının isə (anası oğlu həbs olunduqdan sonra özünü yandırmışdır) ağır dərəcəliı yanıq xəsarətləri alması, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin ilk məhkumluğu, yaşayış yerindən müsbət xarakterizə olunması və gənc olması məcmu halda müstəsna hallar kimi heç də Zərərçəkmiş şəxs1 cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilmiş cinayətin ictimai təhlükəliliyini azalmır və təyin olunan cəza birmənalı CM-nin 62.1-ci maddəsinin, o cümlədən CM-nin 8, 41 və 58-ci maddələrinin məqsədlərinə uyğun deyil. CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-nin 41.2-c maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunaraq hökmdən Təqsirləndirilən şəxs barəsində istinad olunmuş CM-nin 62-ci maddəsinə aid müddəalar xaric olunmalı, ona CM-nin 150.2-1.1-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq cəzanın həddini müzakirə edərək qeyd edir ki, cinayət işi materiallarına əsasən birinci instansiya məhkəməsinin müəyyən etdiyi cəzanı yüngülləşdirən hallar, eləcə də təyin olunacaq cəzanın təqsirləndirlən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq, ona ittiham olunduğu maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmən cəzasının aşağı həddinin təyin olunmasını ədalətli cəza hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsində və bu məsələ ilə bağlı CPM-in 399.1.4-cü maddəsində təsbit edilmiş halların, yəni apellyasiya protestinin təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdən göründüyü kimi, Təqsirləndirilən şəxs istinad olunan CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməl üzrə cinayət təqibinə, həmin əməl üzrə zərərçəkmiş şəxslə barışmasına görə xitam verilmişdir. Lakin nəzərə alınmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 41-ci bəndində tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Məhkəmə kollegiyası həmin mövqedən çıxış edərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs istinad olunan CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməl üzrə cinayət təqibinə xitam verərkən, bu barədə ayrıca əsaslandırılmış qərar qəbul etməli olduğu halda, hökmlə birlikdə həmin məsələni həll etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan prosessual normaya əsasən kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs istinad olunan CM-nin 128ci maddəsi üzrə əməlinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə ayrıca qərar qəbul edilməli, bu səbəblə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair əməlinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə müddəalar hökmdən xaric edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, protesti təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin olunmasın. Apellyasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 1(099)-107/2024 saylı hökmündən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci imaddəsi lə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökmdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair müddəalar xaric edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-341/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-341/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver