Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-345/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(099)-31/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(099)-31/2023 nömrəli hökmü (hakimi X1 ilə, hakimlər- X6 və X4 ibarət tərkibdə) ilə 25 avqust 1975-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 09 iyun 2022-ci ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda 8,588 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan ünvanda yerləşdirib bu barədə cinayətkar qrupun digər üzvləri ona məlumat verdikdən sonra sonuncu həmin kütlələri məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin qoyulduğu ünvandan qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə idarə etdiyi “Peugeot-407” markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 18:53-də Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 99-cu kilometrliyində idarə etdiyi “Peugeot-407” markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq həmin yerdə idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının alt hissəsində olan bir ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda 1005 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, avtomobilin salonunun sağ hissəsində ön saxlanc yerindəki 01 ədəd pul qabının içərisində olan bir ədəd siqaret qutusunun içərisindən 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,395 qram və 8,193 qram olmaqla ümumi təmiz çəkisi 8,588 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmünün dəyişdirilib, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin daha yüngül maddəsinə tövsif edilməklə barəsində daha az cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təyin edilmiş 7 (yeddi) il müddaətə azadlıqdan məhrum etmə cazasından narazıdır. Məhkumluğu olmamışdır. Məhkəmə onun barəsində olan cinayət işini araşdırmadan barəsdə ağır cəza təyin etmişdir. O, özünü narkotik istifadəçisi kimi görür və əməlindən peşmandır. Saxlanarkən üzərindən götürülən 0,042 qram heroin və bir balaca böküm marixuana öz istifadəsi üçün əldə etmişdir. Ona görə də özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilir. İttiham aktında göstərilən narkotik vasitə (bir kiloqram marixuana və 8,5 qram heroin) ona aid olmamışdır. Heç vaxt bu qədər narkotik vasitə əldə etməmişdir. Əməkdaşlar tərəfindən işini ağırlaşdırmaq məqsədi ilə onun üzərinə əlavə edilib. Ailəlidir, hal-hazırda iki övladı vardır. Onlar ali təhsil alırlar. Ailəsinin onun gündəlik köməyinə ehtiyacları vardır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmünün dəyişdirilib, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmasını və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə baxışına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib, müdafiəçisi Müdafiəçi3 çıxışı ilə razı olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, məhkum edilmiş şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Azərbaycan Respublikası CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri düzgün tövsif olunubolunmamasına, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif olunması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 məhkəmə istintaqında verdikləri ifadələri, 9 iyun 2022-ci il tarixli “baxış və götürmə” aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş, məhkəmə-bioloji ekspertizasının 10 iyun 2022-ci il tarixli, 7/603 saylı rəyi, məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2022-ci il tarixli, 6/3267 saylı rəyi, ammbulator məcburi-narkoloji tibbi yoxlamasının 10 iyun 2022-ci il tarixli 3159 nömrəli rəyi və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs yalnız özü istifadə etmək üçün üzərində 0,042 qram narkotik vasitə olan heroin və bir balaca böküm narkotik vasitə olan marixuana saxlaması, aşkar edilmiş 1005 qram narkotik vasitə qurudulmuş marixuana və 8,193 qram narkotik vasitə olan heroinin ona aid olmamasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə müəyyən olunmuş aşağıda qeyd olunanlarla təkzib olunan, iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, iş materiallarında olan 09 iyun 2022-ci il tarixli “baxış və götürmə” aparılması haqqında protokol və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Peugeot-407” markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının alt hissəsində olan bir ədəd göy rəngli sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər, avtomobilin salonunun sağ hissəsində ön saxlanc yerindəki 01 ədəd pul qabının içərisində olan bir ədəd siqaret qutusunun içərisindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 30 iyul 2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin Təqsirləndirilən şəxs aid hissədə ibtidai istintaqı tamamlandığından ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə, eləcə də "Yaşar" adlı şəxs və qeyriləri barəsində cinayət işi ayrılmış, bu barədə cinayət prosesinin iştirakçılarına məlumat verilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 iyun 2022-ci il tarixli, 7/603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Təqsirləndirilən şəxs avtomobilindən..” yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi – 1005 qram (1kq 5qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2022-ci il tarixli, 6/3267 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri və imzalar qeyd edilmiş paketdəki bir ədəd ağ rəngli siqaret qutusunun içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,395 qram, 8,193 qram ümumi təmiz çəkisi 8,588 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2(iki) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş ...” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində olan bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” başlıqlı “İ siyahı”nın 12 və 13-cü sətrlərinə əsasən heroin və qurudulmuş marixuana narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram və 5 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram və 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası aşakar olunmuş narkotik vasitlərin küllü miqdarda və müxtəlif növlərdə olmasını, eləcə də üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 398.1.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif olunması, habelə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(099)-31/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(099)-31/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-345/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-345/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver