Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-35/2022 19.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X12 üzrə şöbəsinin prokuroru X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X2, zərərçəkmiş şəxs X3 və onun nümayəndəsi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(099)-66/2020 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ : Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-66/2020 saylı, 20 noyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən X10, hakimlər X18 və X11 ibarət tərkibdə), Təqsirləndirilən şəxs1, xx xxxxxx 1957-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Masallı rayonunda yerləşən "xxxx" MMC-in Ozon klinikasında həkim-rentgenoloq və baş həkim vəzifəsində işləmiş, Masallı rayonu Ərkivan kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1955-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Masallı rayonunda yerləşən "xxxx" MMC-in təsisçəsi və direktoru, həmin cəmiyyətin balansında olan Ozon klinikasının icraçı direktoru vəzifəsində işləyən, Masallı rayonu Ərkivan kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 hüquqi ünvanı Masallı rayonu Ərkivan qəsəbəsi kimi göstərilmiş 09 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış Təqsirləndirilən şəxs2 təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMCin balansında olmaqla Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasında 25 aprel 2015-ci il tarixli 10 nömrəli əmrlə həkim-rentgenoloq və 11 iyun 2015ci il tarixli 17 nömrəli əmrlə baş həkim vəzifəsinə təyin edilməklə 2017-ci ilədək həmin vəzifədə işləyərkən, bacısı oğlu X14 tərəfindən həmin klinika 11 iyun 2015-ci il tarixli özü ilə Təqsirləndirilən şəxs2 arasında, habelə sonuncu ilə X14 aralarında eyni tarixdə bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə icarəyə götürüldükdən sonra ümumi sahəsi 1047 kv.m olan 2 və 3-cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə ona Ruslan Musayev tərəfindən 07 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək olan müddət ərzində özünün yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və Masallı rayonunda yerləşən istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda verilmiş 1500 (bir min beş yüz) manat və 146.000 (yüz qırx altı min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 153,030 (yüz əlli üç min otuz) manat məbləğində, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 42.460 (qırx iki min dörd yüz altmış) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 44.583 (qırx dörd min beş yüz səksən üç) manat, 07 sentyabr 2015-ci il tarixdən 28 sentyabr 2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 4000 (dörd min) manat və 75.000 (yetmiş beş min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 78750 manat, 01 oktyabr 2015-ci il tarixdən 05 oktyabr 2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 30.000 (otuz min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda isə 38.050 (otuz səkkiz min əlli) manat məbləğində, yəni 07 iyun 2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda ümumilikdə 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat, həmin dövrün məzənnəsi ilə 334.679,04 (üç yüz otuz dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 4 sent) ABŞ dolları məbləğində pulu Ruslan Musayevdən şəxsən aldıqdan sonra, həmin vəsaitin sonuncu ilə aralarında olan şifahi razılaşmaya əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə baş həkim işlədiyi klinikanın təmiri ilə bağlı sərf olunması səlahiyyətinə malik maddi məsul şəxs olmaqla Masallı rayon sakini, "xxxx" MMC-in direktoru Təqsirləndirilən şəxs2 ilə vahid niyyətlə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kinikada tikinti-təmir işlərinin aparılmasına o dövrdəki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 129.447,5 (yüz iyirmi doqquz dörd yüz qırx yeddi əlli) manat, bundan başqa havalandırma işlərinin, yəni ventelyator, hava kəməri, səs boğucu, hava sorucu, əsnək hava kanalı və digər avadanlıqların alınması və işlərin görülməsi üçün cəmi 21.000 (iyirmi bir min) manat, bundan başqa X33.Ltd şirkətinə məxsus X31 Elevator (yataq lifti) X13 elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 02 ədəd liftin alınması və qurlaşdırılması ilə bağlı 88.898 (səksən səkkiz min səkkiz yüz doxsan səkkiz) manat, daha sonra fotosel qapıların alınması ilə bağlı 18.923 manat məbləğində vəsaiti klinikanın təmiri, bundan əlavə 30.000 (otuz min) ABŞ dollarını, yəni həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manatı Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına, yəni cəmi 289.768,50 (iki yüz səksən doqquz min yeddi yüz altmış səkkiz manat əlli qəpik) manat vəsaiti təyinatı üzrə sərf edərək ümumilikdə ona etibar edilmiş 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat vəsaitdən 58.709 (əlli səkkiz min yeddi yüz doqquz ABŞ dolları 4 sent) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 61.644,50 (altmış bir min altı yüz qırx dörd manat əlli qəpik) manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona və sonuncuya etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 hüquqi ünvanı Masallı rayonu Ərkivan qəsəbəsi kimi göstərilmiş və 09 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMC-in balansında olmaqla Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasının icraçı direktoru vəzifəsində işləyərkən həmin Klinika özü ilə Masallı rayonu Ərkivan qəsəbə sakini X14 arasında bağlanmış 11 iyun 2015-ci il tarixli və eyni tarixli özü ilə Ozon klinikasında həkimrentgenoloq və baş həkimi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 arasında bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə Ruslan Musayev tərəfindən icarəyə götürüldükdən sonra, ümumi sahəsi 1047 kv.m olan 2 və 3-cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə 07 iyun 2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda Ruslan Musayev tərəfindən verilmiş ümumilikdə 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat, həmin dövrün məzənnəsi ilə 334.679,04 (üç yüz otuz dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 4 sent) ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs1 aldıqdan sonra, həmin vəsaitin Ruslan Musayevlə aralarında olan şifahi razılaşmaya əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə icraçı direktoru işlədiyi klinikanın təmiri ilə bağlı sərf olunması səlahiyyətinə malik maddi məsul şəxs olmaqla klinikada həkim rentgenoloq və baş həkim işləyən Təqsirləndirilən şəxs1 ilə vahid niyyətlə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kinikada tikinti-təmir işlərinin aparılmasına o dövrdəki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 129.447,5 (yüz iyirmi dooquz dörd yüz qırx yeddi əlli) manat, bundan başqa havalandırma işlərinin, yəni ventelyator, hava kəməri, səs boğucu, hava sorucu, əsnək hava kanalı və digər avadanlıqların alınması və işlərin görülməsi üçün cəmi 21.000 (iyirmi bir min) manat, bundan başqa X33.Ltd şirkətinə məxsus X31 Elevator (yataq lifti) X13 elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 02 ədəd liftin alınması və qurlaşdırılması ilə bağlı 88.898 (səksən səkkiz min səkkiz yüz doxsan səkkiz) manat, daha sonra fotosel qapıların alınması ilə bağlı 18.923 manat məbləğində vəsaiti klinikanın təmiri, bundan əlavə 30.000 (otuz min) ABŞ dollarını, yəni həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manatı Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına, yəni cəmi 289.768,50 (iki yüz səksən doqquz min yeddi yüz altmış səkkiz manat əlli qəpik) manat vəsaiti təyinatı üzrə sərf edərək ümumilikdə ona etibar edilmiş 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat vəsaitdən 58.709 (əlli səkkiz min yeddi yüz doqquz ABŞ dolları 4 sent) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 61.644,50 (altmış bir min altı yüz qırx dörd manat əlli qəpik) manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona və sonuncuya etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. APELLYASİYA ŞİKATƏTLƏRİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(099)-66/2020 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 tərəfindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 və zərərçəkmiş şəxs X14 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 apelyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi hökm çıxararkən birinci instansiya məhkəməsində işin bütün halları tam, obyektiv araşdırılmadığından hökmü əsassız hesab edir.Belə ki, Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində özünü təqsirli bilməmişdir. X5 doğma bacısı oğludur.Ruslandan aldığı bütün pulları təmir-tikinti işlərinə sərf etmişdir.Lakin bununla bağlı vəsatətlər versədə təmin edilməmişdir.Məcburiyyət qarşısında qalaraq 30.822 manatı Ruslan Musayevin adına açılmış depozit hesaba ödəmişdir.Odur ki, təqsiri sübuta yetirilmədiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-66/2020 saylı, 20 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 apelyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı kobud pozuntularla aparılmış, verdiyi vəsatətlər əsassız olaraq təmin edilməmişdir.Araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Hökm çıxararkən birinci instansiya məhkəməsində işin bütün halları tam, obyektiv araşdırılmadığından hökmü əsassız hesab edir.Belə ki, Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində özünü təqsirli bilməmişdir.Müstəntiq tərəfindən vurulmuş ziyan müəyyən edilərkən pul vəsaitləri düzgün hesablanmamışdır.Məhkəmə iki məhkəmə əmtəəşünaslıq ekspertzasının rəyinə istinad etsə də, əlavə məhkəmə əmtəəşünaslıq ekspertzasının keçirilməsi ilə bağlı onun tərəfindən verilmiş vəsatəti əsassız olaraq təmin etməmişdir.Odur ki, təqsiri sübuta yetirilmədiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-66/2020 saylı, 20 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli 1(106)253/2021 saylı qərarı ilə (X7 edən və məruzəçi, X24 və X6 ibarət tərkibdə) zərərçəkmiş şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-cü maddəsi ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(099)-66/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli 1(106)253/2021 saylı qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçiləri X29 və Müdafiəçi2, zərərçəkmiş şəxs X14 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021ci il tarixli 1(102)-1314/2021 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri X29 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, zərərçəkmiş şəxs X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli 1(106)253/2021 saylı qərarı ləğv edilərək, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021ci il tarixli 1(102)-1314/2021 saylı qərarında qeyd edilir ki, məhkum Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri X29 və Müdafiəçi2 kassasiya şikayətlərində göstərmişlər ki, iş üzrə ekspert rəyləri arasında ziddiyyətlər olmasına baxmayaraq, hesabatlar üzrə pul vəsaitlərinin dəqiq məbləğini və xarici valyutada verilən pul vəsaitlərinin həmin dövrə manata münasibətdə dəqiq məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi üçün verdikləri vəsatətlər təmin edilməmişdir.Həmçinin görülmüş işlər ilə əlaqədar çəkilmiş xərclərin məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün verdiyi vəsatətlər təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021ci il tarixli 1(102)-1314/2021 saylı qərarında qeyd edilir ki, cinayət işinin materiallarından göründüyü kimi, mülki iş üzrə alınmış və cinayət işinə əlavə edilmiş ekspert rəyləri arasında bəzi ziddiyyətlər olmuşdur.Həmçinin məhkumların taladığı ittiham edilən pul vəsaiti hesablanarkən riyazi səhvə yol verilmişdir.Belə ki, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək zərərçəkmiş tərəfindən verilmiş pulun məbləği 42.460 ABŞ dolları olaraq qəbul edilsə də həmin məbləğin 8460 ABŞ ollarının əvvəlki dövrdə verildiyi və bu dövrdən qalıq qaldığı müəyyən edilir ki, bu da həmin məbləğin iki dəfə verilmiş pul kimi hesablanması ilə nəticələnmişdir.Bu hesablamada olan fərq işin faktiki hallarına və əməlin tövsifinə əhəmiyyət kəsb etsə də, ekspertizanın keçirilməsi üçün müdafiə tərəfinin verdiyi vəsatətlər rədd edilmiş və rədd etmə qərarı kifayət qədər əsaslandırılmamışdır.Eyni zamanda, müvafiq dəlil apellyasiya şikayətlərində qaldılırsa da, apellyasiya instansiya məhkəməsi bu məsələyə münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021ci il tarixli 1(102)-1314/2021 saylı qərarından görünür ki, müvafiq ekspertiza təyin edilməyərək iş üzrə irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edə bilən sübutların tədqiq edilməməsi hissəsində məhkum Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri X29 və Müdafiəçi2 kassasiya şikayətləri əsaslı hesab edilmiş və bu pozuntular səbəbindən yenidən işə apellyasiya qaydasında baxılmasını təmin etmək üçün apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 çıxışında apelyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 çıxışında apelyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs X14, onun nümayəndəsi, vəkil X15 çıxışlarında məhkum edilmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Məhkəmə Kollegiyası cinayət işinin materiallarını araşdırıb, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(099)-66/2020 saylı hökmü dəyişdirilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.Bu birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların əməllərini Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə düzgün tövsüf etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apelyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Zərərçəkmiş şəxs X3 apellyasiya şikayətində təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş edilməsinə baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli 1(106)253/2021 saylı qərarı ilə zərərçəkmiş şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021-ci il tarixli 1(102)-1314/2021 saylı qərarı ilə zərərçəkmiş şəxs X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədiyinə görə məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayəti üzrə araşdırma aparmamışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 müdafiəçisi olduqları məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bu dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 179.3.2-ci maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri ibtidai araşdırma və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildiyindən onların barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya şikayətləri müəlliflərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, mülki iş üzrə alınmış və cinayət işinə əlavə edilmiş ekspert rəyləri arasında bəzi ziddiyyətlər olmuşdur. Həmçinin məhkumların taladığı ittiham edilən pul vəsaiti hesablanarkən riyazi səhvə yol verilmişdir.Belə ki, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək zərərçəkmiş tərəfindən verilmiş pulun məbləği 42.460 ABŞ dolları olaraq qəbul edilsə də həmin məbləğin 8460 ABŞ dollarının əvvəlki dövrdə verildiyi və bu dövrdən qalıq qaldığı müəyyən edilir ki, bu da həmin məbləğin iki dəfə verilmiş pul kimi hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021ci il tarixli 1(102)-1314/2021 saylı qərarında qeyd edilir ki, məhkum Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri X29 və Müdafiəçi2 kassasiya şikayətlərində göstərmişlər ki, iş üzrə ekspert rəyləri arasında ziddiyyətlər olmasına baxmayaraq, hesabatlar üzrə pul vəsaitlərinin dəqiq məbləğini və xarici valyutada verilən pul vəsaitlərinin həmin dövrə manata münasibətdə dəqiq məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi üçün verdikləri vəsatətlər təmin edilməmişdir.Həmçinin görülmüş işlərlə əlaqədar çəkilmiş xərclərin məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün verdiyi vəsatətlər təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021ci il tarixli 1(102)-1314/2021 saylı qərarında qeyd edilir ki, cinayət işinin materiallarından göründüyü kimi, mülki iş üzrə alınmış və cinayət işinə əlavə edilmiş ekspert rəyləri arasında bəzi ziddiyyətlər olmuşdur.Həmçinin məhkumların taladığı ittiham edilən pul vəsaiti hesablanarkən riyazi səhvə yol verilmişdir.Belə ki, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək zərərçəkmiş tərəfindən verilmiş pulun məbləği 42.460 ABŞ dolları olaraq qəbul edilsə də həmin məbləğin 8460 ABŞ ollarının əvvəlki dövrdə verildiyi və bu dövrdən qalıq qaldığı müəyyən edilir ki, bu da həmin məbləğin iki dəfə verilmiş pul kimi hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır.Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021-ci il tarixli 1(102)-1314/2021 saylı qərarındakı göstərişlərə əməl edərək 13 yanvar 2022-ci il tarixli, 1(106)-35/2022 saylı qərarla məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş vəsatət təmin edilərək iş üzrə kompleks məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertzası təyin edilərək ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur; Məhkəmə mühasibatlıq ekspertizası üzrə cinayət işi üzrə maddi sübut kimi tanınmış hesabatlar üzrə 07 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək, 11 avqust 2015ci il tarixdən 29 avqust 2015-ci il tarixədək, 01 oktyabr 2015-ci il tarixdən 05 oktyabr 2015ci il tarixədək olan müddətlər ərzində verilmiş pul vəsatilərinin dəqiq cəmi və xarici valyutada verilmiş pul vəsaitlərinin həmin dövrdə manata münasibətdə dəqiq miqdarı nə qədərdir ? Sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında 11 avqust 2015ci il tarixdən 29 avqust 2015-ci il tarixədək verilən pul vəsaitlərində 8460 ABŞ dolları pul vəsaiti işin istintaqını aparan orqan tərəfindən təkrar hesablanmışdırmı ? Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə “Ozon” klinikasında quraşdırılmış liftlərin şaxtasının hazırlanmasına, liftlərin karkazlarının quraşdırılmasına və quraşdırılmış bir ədəd liftin üst örtüyünün çəkilməsinə ayrı-ayrılıqda çəklimiş material və usta haqqı xərcləri nə qədərdir ? Liftin elektrik sabitləşdiricisinin dəyəri nə qədərdir ? “Ozon” klinkasının layihə sənədlərinin təsdiq edilməsinə nə qədər xərc çəkilmişdir ? “Ozon” klinikasının 2-3-cü mərtəbələrində divar xətləri boyunca mərkəzi oksigen sisteminin çəkilməsinə nə qədər vəsiat xərclənmişdir ? İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 9/1104 saylı ekspert rəyindən görünür ki, məhkəmə mühasibatlıq ekspertizası üzrə rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə maddi sübut kimi tanınmış hesabat sənədinə əsasən (cild-2, səh-16-22) verilmiş pul vəsaitləri 07 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək 146.000,00 ABŞ dolları və 1.500.00 manat, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək 34.000,00 ABŞ dolları, 01 oktyabr 2015-ci il tarixdən 05 oktyabr 2015-ci il tarixədək 30.000,00 ABŞ dolları və 1.250.00 manat olmaqla ümumilikdə 210.000,00 ABŞ dolları (Mərkəzi bankın məzənnəsinə əsasən 220.245,52 manat) və 2.750,00 manat məbləğində müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında 11 avqust 2015ci il tarixdən 29 avqust 2015-ci il tarixədək verilən pul vəsaitlərində 8460 ABŞ dolları pul vəsaiti işin istintaqını aparan orqan tərəfindən təkrar hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2022-ci il tarixli, 10/1092 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Masallı rayonu, H.Əliyev prospektində inşa edilmiş (“Ozon” klinikası) üzrə lift şaxtasının, həmçinin binanın qarşısındakı şaxta çalasının inşa olunması ilə əlaqədar yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqribən 31200,0 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunmuş qaimə sənədinə əsasən liftin elektrik sabitləşdiricisinin dəyəri 4500,0 manat məbləğində müəyyən olunmuşdur.Qeyd olunan məbləğ rəyə əlavə edilmiş smetada əks olunmuşdur. Tədqiq olunan binanın 2-ci və 3-cü mərtəbələrindəki otaqlara çəkilmiş mərkəzi oksigen sisteminin boruları gizli şəkildə, yəni suvaqaltı çəkildiyindən, eləcə də həmin boruların çəkilməsi sxemi təqdim edilmədiyindən, boruların hansı istiqamətdə aparıldığını və bununla əlaqədar görülmüş işlərin və sərf edilmiş materialın həcmini, eyni zamanda həmin işlərin görülməsinə nə qədər vəsait xərcləndiyini müəyyən etmək mümkün olmadı. Məhkəmə kollegiyası iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 9/1104 saylı ekspert rəyini və 13 iyun 2022-ci il tarixli, 10/1092 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyini digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək qiymətləndirib birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslı hesab edilsə də, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin daha yüngül cinayət əməlinə tövsüf edilməsi və barələrində bəraət hökmü çıxarılması baxımından əsaslı hesab etməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 apellyasiya şikayətində göstərmişlər ki, iş üzrə məsuliyyətə cəlb olunan şəxslərin eyni əməlləri üzrə Masallı rayon prokurorluğunun 7 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qüvvədə olan ləğv edilməmiş qərarı vardır. Lakin cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin 5 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarın ləğv olunması haqqında qərarından görünür ki, Masallı rayon prokurorunun müavininin cinayət işinin başlanmasının rədd edilməsi barədə 7 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmişdir.Bu barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 apellyasiya şikayətində göstərmişlər ki, iş üzrə şahid ifadələri təhrif edilmiş, məhkəmə isə bunu araşdırmamışdır.Bariz nümunə olaraq şahidlər İ.İmanov və Ə.İmanovun ifadələrinə istinad olunmuşdur.Lakin şikayətlərdə təhrif olunmanın nədə əks olunduğu qeyd olunmamışdır ki, apellyasiya şikayətlərinin bu hissədə dəlilləri əsassız hesab edilmişdir. Apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, mülki iş üzrə alınmış və cinayət işinə əlavə edilmiş ekspert rəyləri arasında bəzi ziddiyyətlər olmuşdur.Həmçinin məhkumların taladığı ittiham edilən pul vəsaiti hesablanarkən riyazi səhvə yol verilmişdir.Belə ki, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək zərərçəkmiş tərəfindən verilmiş pulun məbləği 42.460 ABŞ dolları olaraq qəbul edilsə də həmin məbləğin 8460 ABŞ dollarının əvvəlki dövrdə verildiyi və bu dövrdən qalıq qaldığı müəyyən edilir ki, bu da həmin məbləğin iki dəfə verilmiş pul kimi hesablanması ilə nəticələnmişdir.Bu hesablamada olan fərqə birinci instansiya məhkəməsi münasibət bildirməmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPMin 21-ci, 28-ci, 33-cü və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir.Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur.Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər.Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Müdafiə tərəfi apellyasiya şikayətlərində eyni mövqedən çıxış edərək birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqının kobud prosessual pozuntularla aparıldığını, məhkəmə istintaqı gedişində müdafiə tərəfinin vəsatətlərinin əsassız olaraq təmin edilmədiyini, məhkəmə tərkibinə edilmiş etirazların səbəb göstərilmədən baxılmamış saxlanıldığını, məhkumlara istinad olunan ittiham üzrə ləğv edilməmiş rədd qərarının olduğunu, şahid ifadələrinin təhrif edildiyini, ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətin əsassız rədd edildiyini, vurulmuş ziyanla bağlı pul vəsaitlərinin düzgün hesablanmadığı və açıq riyazi səhvlərə yol verdiyini vurğulayaraq nəticədə məhkumların barəsində cinayət tərkibinin əlamətləri olmadan və cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə, mülki-hüquq münasibətlərinə görə səhvən ittiham hökmünün çıxardığını iddia edərək, cinayət işi üzrə icraata xitam verilməsi haqqında apellyasiya tələblərini Azərbaycan Respublikası CPM-in 42.1-ci, 42.1.2, 125.2.1, 125.2.2, 125.2.4, 125.2.7, 145.3-cü, 146-cı, 325-337-ci, 351.2-ci, 381.2.5-ci maddələrində məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Lakin müdafiə tərəfinin məhkumların barəsində cinayət tərkibinin əlamətləri olmadan və cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsi, mülki-hüquq münasibətlərinə görə səhvən ittiham hökmünün çıxarılması, cinayət işi üzrə icraata xitam verilməsi haqqında apellyasiya şikayətlərinin dəlilləri sübut edilməmişdir. Məhkəmə kollegiyası məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan və cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə görə ittiham hökmü çıxarılmasına dair apellyasiya şikayətinin dəlillərinə (Azərbaycan Respublikası CPM-in 351-ci, 394-cü, 397-398-ci, 399-cu maddələri) hüquqi qiymət verərək əsassız hesab etmişdir. Azərbaycan Respublikası CPM-in 21-ci, 28-ci, 33-cü və 353.2.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir.Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur.Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər.Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tətbiq edilən normaları baxımından məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxrılması üçün qanuni əsaslar müəyyən etməmişdir, ona görə bu hissədə apellyasiya şikayətinin dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab edilmişdir.Həmçinin məhkum edilmiş şəxslərin əməllərinin daha yüngül cinayət əməlinə tövsüf edilməsi baxımından əsaslar müəyyən etməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin CM-in 179.3.2-cü maddəsi ilə tövsüf edilməsi, həmin maddə ilə təyin edilmiş cəzanı əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(099)-66/2020 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri həddində dəyişdirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İş üzrə ekspertiza tədqiqatının xərcləri 300 manat məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 397-399-cu, 400.1-ci, 405-ci, 407-ci və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(099)-66/2020 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən aşağıdakı qaydada dəyişdirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda əks olunmuş ümumi maddi ziyanın miqdarı dəqiqləşdirilməklə 8460 (səkkiz min dörd yüz altmış) ABŞ dolları, yəni 11 avqust 2015-ci ildən 29 avqust 2015-ci ilədək dövrün məzənnəsi ilə 8883 (səkkiz min səkkiz yüz səksən üç) manat azaldılıb 50249,4 (əlli min iki yüz qırx doqquz) ABŞ dolları 4 (dörd) sent, yəni həmin dövrün məzənnəsi ilə 52761 (əlli iki min yeddi yüz altmış bir) manat 50 (əlli) qəpik müəyyən edilsin. Hökm qalan hissələrdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirlmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərcləri 300 manat məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Dövlət büdcəsinə keçirilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-35/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-35/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver