Məhkəmə qərarları › İş №1(106)-36/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-36/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-36/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X14, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun vəkili X9, Təqsirləndirilən şəxs1 və onun vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3, və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 1(099)-191/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-191/2023 saylı hökmü ilə (sədrlik edən hakim Nizami Quliyev) xx xxxxxxx 1979-cu ildə Beyləqan rayonunun İmamverdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun İmamverdili kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1991-ci ildə Beyləqan rayonunun İmamverdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun İmamverdili kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddləri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona CM-in 32.5, 206.2- ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib 2022-ci ilin iyun ayının ortalarında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxslə külli miqdarda narkotik vasitələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilərək gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxslə aralarında əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Vahid adlı şəxs külli miqdarda narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdən satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən istifadəsiz yanacaq doldurma məntəqəsinin arxasında olan köhnə şiferin altına qoyub gizlətmiş, bu barədə 26 iyun 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxs onun istifadəsində olan "Samsung Galaxy A22” markalı mobil telefonda +**********43 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş "Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +**********99 saylı mobil nömrə vasitəsilə mesajlar göndərərək məlumat verdikdən sonra o, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə onun 20 may 2022-ci il tarixli, ƏN-Vİ seriyalı 058965 nömrəli etibarnamə əsasında idarə etdiyi X3 mülkiyyətində olan "VAZ- 21074” markalı, 10-NU-İ78 dövlət qeydiyyat nişanlı avtomobillə öz istifadəsində olan "Samsung Galaxy A22” markalı mobil telefonda +**********43 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş "Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +**********99 saylı mobil nömrədən İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxs tərəfindən göndərilmiş satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşınaraq İran İslam Respublikasından qəsdən qanunsuz olaraq satış məqsədilə Azərbaycan Respublikasının ərazisinə keçirilərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən istifadəsiz yanacaq doldurma məntəqəsinin arxasında olan köhnə şiferin altında qoyub gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan torbanın olduğu yer barədə şəkillərə uyğun olaraq 27 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə gəldikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2 içərisində külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan bir ədəd torbanı götürüb gətirmək üçün getmiş, o, avtomobildən düşüb ətrafa nəzarət edərək Təqsirləndirilən şəxs2 həmin torbanı götürüb gətirməsini gözləmiş, Təqsirləndirilən şəxs2 istifadəsiz yanacaq doldurma məntəqəsinin arxasında olan köhnə şiferin altında gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbanı qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək onun yanına daşıyarkən həmin gün saat 01 radələrində Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsindən keçən 138-ci kilometrliyində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmışlar. Qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilib həmin əraziyə gətirilmiş Təqsirləndirilən şəxs2 götürülmüş üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbaya baxış keçirilərkən torbanın içərisindəki üzərində "Mojadeh” sözü yazılmış, yapışqan lentlə bağlanmış sarı rəngli torbada üzəri yapışqan lentlə bağlanmış beş ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qram, 1085 qram, 1095 qram, 1120 qram, 1100 qram, ümumi təmiz çəkisi 5430 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd şəffaf sellofana bükülmüş üzərilərində "Pregabalin 150” göstəriciləri olan, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 45 qram təşkil edən 20 ədəd konvolutda ümumilikdə 300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən dərman kapsulları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, onun barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 1(099)-191/2023 saylı hökmü ilə razılaşmır. Belə ki, onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin hər hansı sübutu işdə yoxdur. Məhkəmə onun işi üzrə lazımı qədər araşdırma aparmamışdır. İbtidai istintaq qərəzli və saxtakarlıqla aparılmışdır. Onun bu cinayət əməlindən məlumatı olmamışdır. Heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Saxlanıldığı gün dayısı nəvəsinin xahişi ilə heyvan satmaq üçün ona kömək etməyi xahiş etmişdir. Heç kimlə telefon danışığı yoxdur. Dayısı nəvəsinin telefon danışıqları bir zarafat kimi qəbul olunub onun tərəfindən . Bunlar hamısı əməkdaşların quduğu əməllərdir. Onun bu cinayət əməlində günahsız olduğu sübuta yetirilib. Onun ağır qəzadan sonra müalicəyə ehtiyacı vardır. Ona münasibətdə hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 vəkili, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayətində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 1(099)-191/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1nnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi halda məhkəmənin onu bu maddələrlə təqsirli bilib barəsində ittiham hökmü çıxarması qanunsuz və əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1n təqsirliliyinin sübuta yetirilməsi AR CPM-in sübutetmənin anlayışı adlanan 138-ci maddəsinin və sübut edilməli hallar adlanan 139-cu maddələrinin tələblərinə cavab verməmişdir. tələblərinə cavab verməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilmələrinin təfsilatı barədə verdikləri ifadələrini özlərini və biridigərini müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyən ifadələr olduğundan, habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib olunduğundan həmin hissədə ifadələrə tənqidi yanaşmış və sübut kimi qəbul etməmişdir. Hökmdə göstərilir ki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkillərinin iştirakları ilə verdikləri ilkin izahat və ifadələrində Təqsirləndirilən şəxs1 tanışı Vahid adlı İran İslam Respublikası vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitənin və güclü təsir edən maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşıyaraq Bakı şəhərində Vahid adlı şəxsin tapşıracağı yerə çatdırması barədə razılığa gəlmələri, bu işin müqabilində Vahid adlı şəxsin 2500 manat pul verəcəyini, bu niyyəti barədə tanışı Vaqif Əsdovu məlumatlandıraraq narkotik vasitəni götürmək məqsədilə özünün idarə etdiyi avtomobillə Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yerləşən köhnə yanacaqdoldurma məntəqəsinə getmələri barədə razılaşmaları, əldə edəcəyi puldan Təqsirləndirilən şəxs2 da verəcəyini vəd verməsini bildirməsi və Təqsirləndirilən şəxs2 onda aşkar edilərək götürülmüş bağlamanın içərisində olan narkotik vasitənin və güclü təsir edən maddənin Vüsalın sifarişi ilə X13 vətəndaşı Vahid adlı şəxsin göndərməsi və Vüsalla birlikdə Vüsalın idarə etdiyi avtomobillə gedərək Vahid adlı şəxsin votçap vasitəsi ilə şəklini atdığı işləməyən yanacaqdoldurma məntəqəsinin arxasından şifer parçasının altından götürməsi barədəki ifadələri, vəkillərinin iştirakları ilə Təqsirləndirilən şəxs2 təqdim etdiyi əlindəki bağlamaya baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, göstərilən istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin olduğu disklərə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, təhqiqatçının Təqsirləndirilən şəxs2 aldığı izahatları, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, mobil telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolu, təqsirləndirilən şəxslərin barələrində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq keçirilən məhkəmə iclasında əməllərini etiraf etmələri barədəki izahatları, məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizalarının rəyləri ilə onların törətmiş olduqları cinayət əməlləri tamamilə sübuta yetirilir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri işin hallarına uyğun gəlməyən ziddiyyətli ifadələrini həmin hissələrdə sübut kimi qiymətləndirmir. Lakin məhkəmədə tədqiq edilmiş yuxarıda qeyd edilən, onların ibtidai istintaq zamanı verdikləri izahat və ifadələri isə işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 atası X6 təqsirləndirilən şəxsin müdafiəsinə gətirdiyi dəlillər onun yaxın qohumluq əlaqələrindən irəli gəlir. Bundan başqa Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 vəsatətlə müraciət edərək təqsirləndirilən şəxslər saxlanılarkən onların üzərlərinə saxlanıldıqları yerdə axtarış keçirldikdən sonra bu barədə protokolun Beyləqan Rayon Polis Şöbəsində tərtib edildiyini əsas gətirib həmin istintaq hərəkəti protokollarını və digər sənədlərin sübutlar siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət mülahizələrə əsaslandığından və qeyd edilən istintaq hərəkətlərinin CPM-nin 51.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edildiyindən vəsatət təmin edilməməlidir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq aşağıdakı hallar mütləq sübuta yetirilməlidir: 1) cinayət hadisəsinin baş vermə faktı və halları (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halları); 2) şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi (təqsirliliyi və cinayətin motivləri); 3) cinayət qanunu ilə Səhifə 30 nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 4) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi (onun şəxsiyyətini xarakterizə edən sair hallar); 5) cinayət qanununda nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında, cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilibyetirilmədiyi; cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilmədiyi; maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu; qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi və məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələləri müzakirə olunmalı məsələlərdir. Məhkəmə kollegiyasının diqqətini maddi və prosessual hüquq normalarına yönəltməklə hesab edirik ki Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri verilmiş ittiham öz təsdiqini tapmamışdır. Hesab edirik ki, birinci instansiya məhkəməsinin hökmü əsassız olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmalı və o dərhal həbsdən azad edilməlidir. İlk əvvəl məhkəmə kollegiyasının diqqətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddə ilə verilmiş ittihama yönəltmək istərdik. Qeyd etmək istərdik ki, ittihama əsasən guya X24 adlı şəxs külli miqdarda narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdən satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 nə zaman (hansı tarixdə) Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini göstərən heç bir sübut yoxdur. Bu məsələ özü-özlüyündə ciddi məsələdir. Belə ki, cinayətin törədildiyi vaxtın müəyyən edilməsi əhəmiyyətli məsələlərdən birini təşkil edir. Ən azı ona görə ki, Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunma institutu müəyyən edilmişdir. Cinayətin törədilmə vaxtını müəyyən etmədən Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş məsələnin həll edilməsi mümkün deyil. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Vahid” adlı şəxslə və qeyrisi ilə qabaqcadan əlbir qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də, “Vahid” adlı şəxsin həqiqətdə mövcud olub-olmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olub-olmamasını ümumiyyətlə araşdırmamış və bu hissədə heç bir sübuta əsaslanmamışdır. İbtidai istintaq orqanı heç bir araşdırma aparmadan, yəni “Vahid” adlı şəxsin həqiqətən də mövcud olmasını, Təqsirləndirilən şəxs1 məhz “Vahid” adlı şəxslə “işgüzar” münasibətdə olmasını aydınlaşdırmadan, habelə “Vahid” adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxsə əsassız şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkəmizin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal tərkibli cinayət əməlidir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir. Göründüyü kimi təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq cinayət əməli kimi tövsif edilməsi üçün yeganə əsas - təqsirkar tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir. Başqa sözlə, şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətdiyi halda Cinayət Məcəlləsinin 206cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Cinayətin icra edilməsi dedikdə isə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquq normasını hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini yaradan hərəkətlər cinayətin predmetinin İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qacaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri həmin cinayətin törədilməsi məqsədilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını (narkotik vasitəni) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. İbtidai istintaq orqanı tərəfindən müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə ittiham irəli sürülsə də, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hansı hərəkətin və ya hərəkətlərin törədilməsinə köməklik göstərilməsi, həmin köməkliyin hərəkət və ya hərəkətlərin nə vaxt, hansı şəraitdə və kiminlə törədilməsi ilə bağlı heç bir sübut əldə etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin köməkçilik yəni AR CM 32.5, 206.2-ci maddə ilə qəbul edilmiş ittiham hökmü ilə bağlı qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçi cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir. Köməkçi cinayətdə iştirakçıların növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan istənilən hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin kl, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşərdi). İştirakçılığın subyektiv əlamətləri isə odur kl, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayətin törədilməsində icraçı ilə yanaşı köməkçi və yaxud Cinayət Məcəlləsinin 32.1-ci maddəsində gösterilən digər şəxslər (təşkilatçı, təhrikçi) iştirak edirsə, mütləq şəkildə onların şüuru ilə icraçıya cinayət törətməkdə, cinayətkar məqsədə çatmaqda yardım etmələri, icraçının şüuru ilə isə ona köməkçinin yardım etməsi və yaxud digər iştirakçılarının oynadığı rol əhatə olunmalıdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında qeyd edilir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Cinayət işi materiallarında olan danışıqlarla müəyyən olunur ki iranlı olduğu iddia olunan şəxs 13 iyun 2022-ci il tarixində saat 10:34-də +**********99: “mal kecib de ovandadi” (mətn) məzmununda məktub göndərib. Bundan başqa hər hansı bir sübut iş materiallarında mövcud deyil. Belə olan halda, Təqsirləndirilən şəxs1 AR CM-nin 32.5, 206.2-ci maddəsi ilə verilmiş ittiham qanunsuz və əsassız olmuşdur. “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 26 iyun 2022-ci tarixli qərar qanunsuz olduğu üçün birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq onu sübut kimi qəbul edib. Qeyd olunan qərar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumatın yoxlanıması məqsədi ilə həmin şəxslərin rayon ərazisində nəzarətə götürülməsi, cinayət törədilməsində əsaslı şübhə və əlamətlər aşkar olunduğu halda onların üzərində şəxsi axtarış və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21074 markalı, 10-NU178 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qət edilmişdir. Cinayət işi materiallarında “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 26 iyun 2022-ci tarixli qərarın prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə təqdim olunması və həm məhkəmə həm də prokuror tərəfindən həmin qərarın qanuna uyğun hesab olunması barədə qərarlar mövcuddur. Məhkəmənin qərarından tərəfimizdən apellyasiya şikayəti verilsə də əsassız yerə müddətin guya ötürüldüyü əsası ilə şikayətimizə baxılmamışdır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin İİ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən əməliyyat axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı 1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənefelərini təhlükə altına alan hərəkətlərə yol vermək; 2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək; 3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətandaşların hüquq və Səhifə 36 azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq; 4) səlahiyyətlərindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10- cu maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektləri bu qanunla “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İV hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində keçirilə bilən əməliyyat-axtarış tədbirlərinin siyahısı konkret olaraq göstərilir. Həmin tədbirlərin içərisində şəxsi axtarış və avtomobildə axtarış keçirilməsi nəzərdə tutulmur. Hərçənd ki, “Şəxsi axtarış keçirilməsi haqqında” 27 iyun 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 üzərində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 götürülmüş üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbanın içərisindəki üzərində “Mojadeh” sözü yazılmış, yapışqan lentlə bağlanmış sarı rəngli torbada üzəri yapışqan lentlə bağlanmış beş ədəd polietilen bağlamada ayrı-ayrılıqda çəkiləri 1085 qram, 1110 qram, 1115 qram, 1155 qram, 1125 qram olan narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 20 ədəd blisterin içərisində 300 ədəd “Pregabalin” adlı həblər aşkar edilərək götürülməsi qeyd olunur. Həmçinin əməliyyat axtarış tədbirlərinin siyahısında olmasa da Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində iki dəfə axtarış keçirilmişdir. “Şəxsi axtarış” istintaq hərəkəti cinayət işi başlamadan, məhkəmə qərarı olmadan həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş şəxsi axyatış və götürmə əməliyyat tədbiri kimi Əməliyyat-Axtarış fəaliyyəti haqqında Qanunda öz əksini tapmamışdır. Bu baxımdan biz bunu istintaq hərəkəti kimi qiymətləndirilməlidir. Şəxsi axtarış istintaq hərəkəti təqsirləndirilən şəxslər saxlandığı yerdə deyil sonradan Vaqifə çanta təqdim etməklə kənar ərazidə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246.2.1-246.2.3-cü maddələrində göstərilməklə nəzərdə tutulan hallar müəyyən edilmədən yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, cinayət təqibi orqanı hər hansı bir şəxs tutulduğu halda onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsindən görünür ki, tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, azadlıq hüququn məhdudlaşdırılması ilə bağlı səlahiyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulan və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 148.1-ci maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarananda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törədərkən yaxud birbaşa bundan sonra cinayət başında yaxalandıqda; zərərçəkmiş və yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədildiyini birbaşa göstərdikdə; şəxsin bədənində və üzərində, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində və ya nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulan əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda tətbiq edə bilər. Qeyd olunan Məcəllənin 148.3-cü maddəsinə əsasən, şəxsin cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu halda həmin şəxs təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən hadisə yerindən qaçıb gizlənməyə və yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdiyi təqdirdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda və yaxud şəxsiyyəti müəyyən olunmadıqda tutula bilər. Cinayət işi materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki təqsirlndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb başqa yerə aparılmış, saxlanıldıqları andan müdafiəçi ilə təmin olunmamış, onların hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onlara hüquq və vəzifələri, habelə məsuliyyəti dərhal izah olunmamış, əməliyyat tədbirin həyata keçirilməsi barədə əsaslandırılmış qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə formal olaraq göndərilməmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 27 iyun 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 üzərində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 götürülmüş üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbanın içərisindəki üzərində “Mojadeh” sözü yazılmış, yapışqan lentlə bağlanmış sarı rəngli torbada üzəri yapışqan lentlə bağlanmış beş ədəd polietilen bağlamada ayrı-ayrılıqda çəkiləri 1085 qram, 1110 qram, 1115 qram, 1155 qram, 1125 qram olan narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 20 ədəd blisterin içərisində 300 ədəd “Pregabalin” adlı həblər aşkar edilərək götürülməsi qeyd olunur. Həmçinin cinayət işi materiallarından görünür ki, şəxsi axtarışa dair istintaq hərəkətləri Azərbaycan Respublikası CPM-nin 236cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkəti olduğu və cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən keçirilməli olduğu halda, cinayət işi başlanmadan keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv Səhifə 66 cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CMnin 3-cü maddəsinə əsasən, göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik,təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət tövsifi dedikdə törədilən konkret əməlin cəhətləri ilə cinayət hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri arasında eyniliyi müəyyən etməklə müvafiq hüquqi sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət başa düşülür. Tövsif törədilən əməli tam əhatə etməli, dəqiq olmalıdır. Qanunun ruhundan irəli gəlməyən genişləndirici tövsifə yol verilməməlidir. Tövsif cinayət qanunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərin fəaliyyətinin bütün mərhələlərində həyata keçirilən məntiqi proses olub, yekunda konkret sosial hadisəyə, yəni cəmiyyət üçün təhlükəli olan insan davranışı aktına verilən hüquqi qiymətdir. Cinayət qanununa müvafiq olaraq törədilmiş əmələ qiymət verilməsi prosesi cinayət işinin qaldırılması mərhələsi ilə başlayaraq, ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə başa çatır. Cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin hər bir əlamətini xarakterizə edən istintaqda toplanan sübutlar ittiham etmək üçün kifayət sayıla bilər. Başqa sözlə ittiham elan edilənə qədər şəxsin törətdiyi cinayətdə təqsirli bilinməsi üçün cinayət tərkibinə aid konkret faktiki əlamətlərin müəyyən olunması tələb olunur. Buradan da görünür ki, cinayətin tövsifi işin faktiki hallarının öyrənilməsi, Cinayət hüquq normasının seçilməsi, onun məzmununun izah edilməsi ilə bağlı bir prosesdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən müəyyən edilir ki, narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Qeyd etdiyimiz kimi müdafiəçisi olduğum şəxs Təqsirləndirilən şəxs1 mumiyyətlə hər hansı narkotik vasitəni və ya güclü təsir edən dərman vasitəsini əldə etməmiş, daşımamışdır. Belə olan halda hansı satışdan və ya satış niyyətindən söhbət gedə bilərdi? Lakin məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyənləşdirməkdə maraqlı olmamış və əsasszı hökm çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: -insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda(125.2.1-ci maddə); -zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə(125.2.2-ci maddə); -şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə(125.2.3-cü maddə); -cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə(125.2.4-cü maddə); -cinayət təqibi Səhifə 68 üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə(125.2.5-ci maddə); -cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə(125.2.6-cı maddə); -istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda(125.2.7ci maddə); -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda(125.2.8-ci maddə); -məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda(125.2.9-cu maddə); -müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda(125.2.9-cu maddə). 153. Həmin Məcəllənin 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-in 138-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.. CPM-in 139-cu maddəsinə görə, cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübut edilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü maddəsi).Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04,233.11,351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir.Göründüyü kimi Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Azərbaycan Respublikası CPM-nin 401.1, 401.1.1-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, o cümlədən məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi məsələsinin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Yuxarıda da qeyd etdiyimiz kimi, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsinin hakimin həm vəzifə, həm də mənəvi borcu olmasını Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaqla, hazırkı mərhələdə bu qanunsuzluqların qarşısının alınmasının yeganə üsulu kimi X8 öz səlahiyyətindən istifadə edərək ədaləti bərpa edə bilmək imkanını qəbul edir və buna görə də yuxarıda şərh olunanlara diqqətə çəkərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 42, 395, 397, 398, 399, 401, 405, 407 və 410-cu, X29 və X2 6-cı maddələrini, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını rəhbər tutaraq Məhkəmə Kollegiyasından Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-191/2023 saylı hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə ona bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin tövsifinin və onlara təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu, onlara maddələrin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edildiyini göstərərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri çıxışlarında apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmiş əməllərinin tövsifinin həmin maddələrdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə dəyişdirməsi düzgün olmuşdur. Onların qeyd edilən cinayətləri törətmələri onların özlərinin istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istitaqı zamanı qismən etirafedici ifadələri, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, Şahid3, Şahid2, CəfərovTofiq Rafiq oğlunun, Şahid4 və X4 ifadələri, və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Vüsalın həyətində işləmişdir. Kənddə olarkən Vüsal ona zəng edərək, ona mesaj gəldiyini, kiminsə onu tanıyan uşaqlardandır, yazır ələ salır demişdir. Sonra Vüsal ona iranlının telefon nömrəsini vermiş, iranlı da ona zəng edib onda mal olduğunu demiş, o da iranlıya yetim oğlan olduğunu, belə şeylərin onluq olmadığını bildrmişdir. İranlı 2-3 gün zəng etsə də o iranlı ilə danışmamış və onun nömrəsini bloka atmışdır. Bir həftə keçəndən sonra fermada işləyərkən Vüsal heyvan bazarına getdiyini, bazardan iki baş heyvan alacağını, boşdursa onunla getməsini təklif etmiş, o da Vüsalla razılaşıb onunla getmişdir. Bazarda Vüsal maşından düşüb getmiş o isə avtomobildə mürgüləmişdir. Sonra Vüsal maşına qayıdaraq pulunun evdə qaldığını demiş və onlar evə qayıtmışlar. Yolda ikən iranlı vootçapla Vüsalla danışmış, o isə Vüsala onunla danışmamasını demişdir. Yol kənarında olan zapravkanın (yanacaqdoldurma məntəqəsi) yanında Vüsal "kimdirsə düz deyir buraları tanıyır zaprafkanın şəklini atıb bura ilə düz gəlir” demiş, sonra da maşını saxlayıb ayaq yoluna getmişlər. Maşına qayıdıb bir-iki kilometr getmişlər. Həmin vaxt arxadan qara rəngdə maşının marqatladığını (işarə verdiyini) görmüşlər. Maşın onları keçəndən sonra onlara yol verməmiş, o Vüsala avtomobili saxlamasını desə də Vüsal qorxduğunu deyib maşını saxlamamış, onlar maşını Vüsalın avtomobilinin qabağına verdikdən sonra Vüsal maşını saxlamışdır. Həmin maşından 7-8 nəfər mülkü geyimdə əməliyatçılar düşüb, ona mal hanı deyib onu döymüşlər. Sonra da onları maşından çıxardıb maşına baxmışlar lakin maşından bir şey çıxmamışdır. Bir polis əməkdaşı gəlib səhv etmirsə əməliyyatın rəisinə heç nə çıxmadı demiş, o isə ola bilməz demişdir. Həmin adam özü maşına minib getmiş, 5-10 dəqiqə keçəndən sonra yenidən geri qayıtmışdır. Sonra da onu ayrı maşına, Vüsalı isə öz maşınında həmin yerə aparmışlar. Orada Kamil onu döymüşdür. Zaprafkanın yanında ona sumka (bağlama) sənindi soruşmuşlar. O isə bağlamanın onun olmadığını, bazara getdiyini bildirmişdir. 20-25 dəqiqə keçəndən sonra müstəntiqlə vəkil gəlmiş, sonra da bağlamanı onun əlinə verib, videoçəkilişlə baxış keçirmişlər. Çəkiliş zamanı onların deməsinə görə sumkanın içərisində filan şeydi o da filan şeydir demiş, şifer parçasının altından götürmüsən dedikləri üçün o da şifer parçasının altından götürmüşəm demişdir. O sualları cavablandırarkən, istintaq zamanı izahat və ifadə verdiyini, lakin yazıb oxumaq bilmədiyini, Vahid adlı adam barəsində ona Təqsirləndirilən şəxs1 məlumat verdiyini, Vahid malı olduğunu onu götürüb Bakıya 40 km qalmış qoyduqdan sonra onun kartına 2500 manat pul atacağını, 2500 manatı aralarında böləcəklərini bildirmişdir. O, ilkin izahatını verərkən ona heç bir təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 təxminən 20 günə yaxın müddətdir ki, İran-İslam Respublikası vətəndaşı kimi tanıdığı Vahid adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 Vahid adlı şəxslə söhbəti dərinləşdikdən sonra həmin şəxs Vüsala adının Vahid olmasını, İran İslam Respublikası vətəndaşı olduğunu bildirmiş, daha sonra Vüsal Vahidə öz nömrəsini verib onunla “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Söhbət əsnasında Vahid Vüsala narkotik vasitə heroin satmaq istədiyini bildirib Vüsalın heroin alıb-almayacağını soruşmuşdur. Vüsal Vahidə heroin ala biləcəyini bildirmişdir. Bundan sonra Vahid Vüsala iş görməyi təklif etmişdir. Vüsal iş görmək dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda Vahid Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə narkotik vasitələr və güclü təsir edən maddələr qoyduracağını, həmin maddələri götürüb Bakı şəhəri ərazisində olan bir nəfər şəxsə çatdırmağı müqabilində 2500 manat pul verəcəyini bildirmişdir. Vüsal Vahidin təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Vahid adlı şəxslə tanışlığı və aralarında olan razılaşma barədə ona bildirərək onunla əlbir olub iş görməyi təklif etmişdir. O, Vüsaldan iş görmək dedikdə nəyi nəzərdə tutduğunu soruşmuş, Vüsal ona Vahid adlı şəxsin göndərəcəyi narkotik vasitə və güclü təsir edən maddələri Bakı şəhərinə tanımadığı şəxsə çatdırılmasını təşkil edəcəkləri halda Vahidin 2500 manat pul verməyi vəd etdiyini, həmin pulun 1300 manatını ona verəcəyini bildirmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs1lə razılaşmasa da, sonradan pul təklifinə görə razılaşmışdır. Daha sonra o, öz mobil telefonu ilə Vüsalın vasitəçiliyi və tanışlığı əsasında Vahidlə “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. 26 iyun 2022-ci il tarixdə Vahid onlara narkotik vasitənin Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Daşburun dairəsindən Füzuli rayonu istiqamətində bir qədər irəlidə istifadə edilməyən yanacaqdoldurma məntəqəsinin arxasında olan sahəyə qoyulduğunu bildirib, həmin yerin şəklini Vüsalın istifadə etdiyi “Whatsapp” tətbiqinə göndərmişdir. Onlar Vahidlə razılaşmışlar və 26 iyun 2022-ci il tarixdə, axşam saatlarında Vüsalın idarə etdiyi VAZ- 21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə qabaqcadan razılaşmalarına əsasən Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə gəlmişlər. Onlar Vahidin dediyi yerə çatdıqda Vüsal avtomobilini həmin yanacaqdoldurma məntəqəsinin qarşısında saxlayıb avtomobildən düşmüş və ərazinin mühafizəsini təmin etmək, həmçinin, şübhə yaradan hal olduqda ona məlumat vermək üçün yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanıb gözləmişdir. O isə avtomobildən düşüb köhnə yanacaqdoldurma məntəqəsinin arxa tərəfinə keçib Vahidin onlara dediyi şiferin altında gizlədilmiş bağlamadakı narkotik vasitəni götürmüşdür. O, həmin narkotik vasitəni götürdüyü yerdən təxminən 15-20 metr uzaqlaşıb Vüsalın dayandığı yerə çatan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələri göstərərək özlərini təqdim etmişlər. Polis formasında olan şəxs özünü müstəntiq X7 təqdim edərək onların qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddələri əldə etməkdə, üzərilərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ- 21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqda, daşımaqda şübhəli olduqlarını bildirmişdir. O, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmiş, Beyləqan Rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlu onun razılığı ilə müdafiəçisi qismində təyin edilmişdir. O, Vəkil Quliyevin hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi Vəkil Quliyevin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlayan zaman X22 ona üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsini təklif etmişdir. O, əlindəki torbanın içərisində narkotik vasitə olan heroin və həblər olan bağlamaları təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin torbanın içərisinə baxış keçirilmiş və torbanın içərisindən 5 ədəd bağlamada qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər kütlələr və 20 ədəd blisterdə “Pregobalin” adlı güclü təsirə malik həblər aşkar olunmuşdur. X10 həmin kütlələrin və həblərin nə olduğunu, haradan, kimdən və nə məqsədlə əldə etdiyini soruşmuşdur. O, həmin narkotik vasitə və həblərin Vahid adlı İran İslam Respublikası vətəndaşına məxsus olduğunu, Vüsalla qabaqcadan razılaşmalarına əsasən onları götürmək üçün həmin yerə gəldiklərini, narkotik vasitə və həbləri Bakı şəhərində tanımadıqları şəxsə çatdırmaları müqabilində İran İslam Respublikası vətəndaşı kimi tanıdıqları Vahid adlı şəxsin 2500 manat pul vəd etdiyini, həmin pulu aralarında böləcəkləri barədə razılaşdıqlarını, lakin polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilən ittihamla razı deyil, ona görə ki, o narkotik vasitə götürməmişdir. İstintaqda da bununla razılaşmamışdır. İran İslam Respublikası vətəndaşı olan şəxsin üzünü görməmiş, sadəcə olaraq yazışmışdır və onu qeyri ciddi qəbul etmişdir. Düzdü qeyri ciddi də olsa, ciddi də olsa onlar həmin gün Füzuli rayonun mal bazarında olmuş, ordan da qayıdarkən həmin yerdə dayanmışlar. Bu gün ona verilən ittiham təkcə danışıqdır, danışıqdan başqa o heç nə ilə razılaşmır və o cinayət törətdiyini hesab etmir. O səhv etmişdir, düzdü o iranlı ilə ciddi - qeyri ciddi olsa da danışmışdır, amma müstəntiq onun yekun səsini silmişdir. O yekun səsdə iranlıya bizlik deyil, biz getdik demişdir. Lakin həmin səsini silinmişdir. Allah şahiddir ki, o ibadət edən insandır, bu günkü günə kimi siqaret belə çəkməmiş, narkotiklə heç vaxt işi olmamışdır. Orada olmuşlar. İranlı şəkil atmışdır ki, guya nəyinsə arxasında var, amma oraya keçməmişlər. Onlar maşına minib, oradan 3 km aralanandan sonra, arxadan bir maşın marqat etmiş, sonra da onun maşınını keçib qarşıda tormoz edib (əyləci basıb) maşını saxlayaraq, maşından polislər düşmüşlər. Düşən kimi qoluna qandal vurub, maşında nə var deyib, çığırmışlar. Cinayət axtarışın rəisi Kamil yaxasından tutub maşında nə var soruşmuş, o da maşında heç nə olmadığını bildirmişdir. Sonra maşını axtarıb heç nə tapmamışlar. Polis əməkdaşı "ay rəis maşında heç nə yoxdur demiş”, Kamil də ola bilməz demiş, ondan mal hanı deyə soruşmuş, o isə mal görmədiyini bildirmişdir. Polislərdən biri maşınla harasa getmişdir. 15-20 dəqiqə sonra əvvəlcə Vaqifi, sonra da onu öz maşınında həmin zaprafkanın yanına aparmışlar. Orada padelnikin (Vaqifin) hər şeyi boynuna aldığını demişlər. Daha sonra Vaqifin əlinə sumka verdiklərini, yekə tərəzi qoyulduğunu, vəkillərin və hamının orada olduğunu görmüşdür. O, maşında oturduğundan narkotikin çəkisini bilməmişdir. Çəkiliş aparandan sonra yenə maşının yanında təzədən başqa çəkiliş aparmışlar. Maşından və onun üzərindən heç nə aşkarlanmamışdır. Vaqifin üzərində, yəni əlindəki bağlamadan narkotik aşkarlanıb. Sonra da onları şöbəyə aparmışlar. Oraya vəkillər də gəlmişlər. Polisdə yazdığı izahatı o yazmamışdır. Narkotik vasitələrin heç biri ona aid deyil, onun məlumatı yoxdur. O sualları cavablandırarkən tutulandan 10-15 gün əvvəl İranlı Vahid adlı şəxslə instaqramda tanış olduğunu, onunla votçap vasitəsi ilə danışdığını, Vahidin ona mal aldığını, həmin malı, yəni narkotiki zaprafkanın arxasına qoyacağını, həmin malı götürüb, harasa apardıqdan sonra 2500 manat pul almalı olduğunu, sonra da o bu barədə Vaqifə dediyini, Vaqifin də Vahidlə əlaqə saxladığını, Vahidin zaprafkanın şəklini ona atdığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 20 gün əvvəl İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O “İnstagram” social şəbəkəsindən istifadə edən zaman axtarış yerində təsadüfən Vahidin profil səhifəsi ilə rastlaşmış, həmin profil hesabına yazaraq tanış olmuş və danışmağa başlamışdır. Onların söhbəti dərinləşdikdən sonra həmin şəxs ona adının Vahid olmasını və İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Sonra o, Vahidə öz mobil nömrəsini verib onunla “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Vahid ona narkotik vasitə heroin satmaq istədiyini bildirib onun heroin ala bilib-bilməyəcəyini soruşmuş, o, heroin ala biləcəyini bildirmiş, bundan sonra Vahid ona etibarının yarandığını bildirib iş görməyi təklif etmişdir. O, iş görmək dedikdə nəyi nəzərdə tutduğunu soruşmuş, Vahid ona göndərəcəyi narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxsə çatdırması müqabilində 2500 manat pul verməyi nəzərdə tutduğunu demişdir. O, Vahidlə razılaşmış və bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs2 məlumat verərək şərikli iş görməyi təklif etmişdir. Vahidin ona vəd etdiyi 2500 manat pulun 1300 manatını Təqsirləndirilən şəxs2 verəcəyini vəd etmişdir. Vaqif onun təklifini qəbul etmiş və özü də mobil telefonu ilə onun vasitəçiliyi ilə Vahidlə "Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamağa başlamışdır. 26 iyun 2022-ci il tarixdə Vahid onlara narkotik vasitəni Beyləqan rayonu ərazisinə göndərəcəyini bildirib, daha sonra qoyduğu yerin şəklini çəkib "Whatsapp” vasitəsilə onun istifadə etdiyi mobil nömrəyə göndərəcəyini demişdir. O, razılaşmış və həmin gün Vahid narkotik vasitəni Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Daşburun dairəsindən Füzuli rayonu istiqamətində bir qədər irəlidə olan işləməyən yanacaqdoldurma məntəqəsinin yaxınlığına qoydurub şəklini çəkib ona göndərmişdir. 26 iyun 2022-ci il tarixdə, axşam saatlarında o, idarə etdiyi VAZ-21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 Ələstan oğlu ilə birlikdə qabaqcadan razılaşmalarına əsasən Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə getmiş, Vahidin narkotik vasitəni qoydurduğu və şəklini çəkib göndərdiyi yerə çatdıqda avtomobilini həmin yanacaqdoldurma məntəqəsinin qarşısında saxlamışdır. O, avtomobildən düşüb ərazinin mühafizəsini təmin etmək, həmçinin şübhə yaradan hal olduqda Vaqifə məlumat vermək üçün yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanıb gözləmişdir. Vaqif isə avtomobildən düşüb köhnə yanacaqdoldurma məntəqəsinin arxa tərəfinə keçib Vahidin ona dediyi şiferin altında gizlədilmiş bağlamadakı narkotik vasitəni götürmüşdür. Vaqif həmin narkotik vasitəni götürdüyü yerdən 15-20 metr uzaqlaşıb onun dayandığı yerə çatan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Polis xidməti geyim formasında olan şəxs özünü müstəntiq X7 təqdim edərək onların qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddələri əldə etməkdə, üzərilərində və idarə etdiyi VAZ-21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımaqda şübhəli olduqlarını bildirmişdir. O, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Ona Beyləqan rayon Vəkil Bürosunun vəkili X15 müdafiəçi qismində təyin edilmişdir. O, Fəxri Rüstəmovun onun hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi Fəxri Rüstəmovun və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayan zaman X22 ona üzərindəki dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsini təklif etmişdir. O, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmiş, daha sonra özünə məxsus "Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya kütlə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları həmkəndlisi Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman Vaqifin sağ əlində saxladığı düyü torbasının içərisindən 5 ədəd bağlamada qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər kütlələr və 20 ədəd blisterdə "Prepogalin” adlı güclü təsirə malik həblər aşkar olunduğunu bildirərək həmin maddələrin nə olduğunu və hansı məqsədlə əldə etdiyini soruşmuşdur. O, həmin narkotik vasitə və həblərin Vahid adlı İran İslam Respublikasının vətəndaşına məxsus olduğunu, Vaqiflə qabaqcadan razılaşmalarına əsasən onları götürmək üçün həmin yerə gəldiklərini, narkotik vasitənin və həblərin Bakı şəhərində tanımadıqları şəxsə çatdıracaqları halda İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Vahidin onlara 2500 manat pul verməyi vəd etdiyini və həmin pulu aralarında böləcəkləri barədə Vaqiflə razılaşdıqlarını bildirmişdir. Daha sonra müdafiəçi Fəxri Rüstəmovun və polis əməkdaşlarının iştirakı ilə onun idarə etdiyi "VAZ-21074” markalı, 10- NU-178 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxışa başlayan zaman X22 ona avtomobilində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsini təklif etmişdir. O, avtomobilində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bunan sonra "VAZ- 21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı avtomobilində olan həmkəndlisi Təqsirləndirilən şəxs2 məxsus "Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və "Pregabalin” adlı həbləri onlara İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxs göndərmişdir. Onlar aşkar edilmiş narkotiki və həbləri qabaqcadan aralarında olan razılaşmaya əsasən Bakı şəhəri ərazisində tanımadıqları Bakı şəhər sakininə çatdırmaq məqsədilə götürmüşlər. Onlar həmin narkotik vasitəni və həbləri tanımadıqları şəxsə çatdırmaları müqabilində Vahid onlara 2500 manat pul göndərməyi vəd vermiş, o, həmin pulun 1300 manatını Vaqifə verəcəyini vəd vermişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, bundan başqa heç bir cinayət hadisəsi törətməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Birinci instansiya məhkəməsinin istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə ona Beyləqan rayonunun İmamverdili kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə polis şöbəsinin rəhbərliyinə məlumat verilmiş və təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün müraciət etmiş, rəhbərliyinin qərarı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona tapşırılmış, əməliyyat qrupunun üzvləri Anar Adbullayev, Şahid3, Şahid4, Cahid İsmayılzadə və Şahid6 ibarət olmuşdur. Həmin gün axşamçağı Beyləqan rayonu, Mil qəsəbəsində işləməyən yanacaqdoldurma məntəqəsinin yanında özlərinə mövqe tutub gözləməyə başlamışlar. Orada Təqsirləndirilən şəxs2 əlində torba ilə saxlayıb, özlərini təqdim etdikdən sonra onun üzərində qanunla qadağan olunmuş nəsə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs2 cibindən siqaret qutusu və birdə telefon adaptor çıxarıb təqdim etmişdir. Onun əlində olan selofanda sarı bağlamanın içərisindən 5 büküm hər biri 1 kilodan artıq narkotik vasitəyə oxşar kütlələr və 20 ədəd həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 sorğu edilərkən bağlamanın içərisində narkotik vasitə olduğunu, 20 metr arxada şiferlərin altından götürdüyünü demişdir. Vaqif Vüsalın iranlı Vahidlə danışdığını, iki həftə qabaq belə bir şey olduğunu, Bakıya aparmaqlarına görə 2500 manat pul veriləcəyini, həmin puldan 1200 manat ona, 1300 manat isə Vüsala çatacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 avtomobilinin yanında saxlamışlar. Vəkillərin iştirakları ilə videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs2 sonra Təqsirləndirilən şəxs1 üzərinə axtarış və daha sonra avtomobilinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 üzərindən və ona məxsus avtomobildən qanunla qadağan olunmuş heç nə aşkarlanmamışdır. Vüsalın avtomobilindən Samsung markalı mobil telefon aşkar olunmuş, o həmin telefonun Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti prorokolundan görünür ki, Şahid6 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman o ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, şahid X11 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan "Şəxsi axtarış aparılması haqqında” 27 iyun 2022ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılarkən onun sağ əlində aşkar edilərək götürülmüş üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbanın içərisindəki üzərində "Mojadeh” sözü yazılmış, yapışqan lentlə bağlanmış sarı rəngli torbada üzəri yapışqan lentlə bağlanmış beş ədəd polietilen bağlamada ayrı-ayrılıqda çəkiləri 1085 qram, 1110 qram, 1115 qram, 1155 qram, 1125 qram olan narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 20 ədəd blisterin içərisində 300 ədəd "Pregabalin” adlı həblər aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şəxsi axtarış aparılması haqqında istintaq hərəkərlərinin videogörüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış protokolunda qeyd edilənlərin diskdə olan görüntülərlə üst-üstə düşməsi təsdiq olunur. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizanın 27 iyun 2022-ci il tarixli, 6/3561 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində " vət. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman” sözləri olan kağız paketdəki 20 ədəd üzərilərində "Pregabalin 150” göstəriciləri olan dərman konvolutlarında 300 ədəd dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edir. Bir ədəd bağlamada beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qr, 1085 qr, 1095 qr, 1120 qr, 1100 qr, ümumi təmiz çəkisi 5430 qram olan açıq-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və dərmanların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. İşdə olan, 11 avqust 2022-ci il tarixli, 4427 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, 16 avqust 2022-ci il tarixli, 4537 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ibtidai istintaq orqanının 04 iyul tarixli 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 5430 qram olan külli miqdarda narkotik vasitə heroindən 0.100 qramı tədqiqata sərf olunduqdan sonra, faktiki olaraq ümumi təmiz çəkisi 5429.9 qram qalan narkotik vasitə olan heroin, tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edən 300 ədəd güclü təsir edən maddə olan külli miqdarda dərman kapsulunun 2 ədədi tədqiqata sərf olunduqdan sonra, cəmi 298 ədəd kapsul, şəxsi axtarış aparılması haqqında protokollara əlavə edilmiş 2 ədəd CD disk və baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD disk, "Telefona baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs1 məxsus "Samsung Galaxy A 22” markalı **********65504 və **********6503 imei kodlu mobil telefon maddi sübut kimi tanınmış və 5429.9 qram narkotik vasitə olan heroin, 298 ədəd kapsul və "Samsung Galaxy A 22” markalı **********65504 və **********6503 imei kodlu mobil telefon saxlanması üçün Beyləqan rayon polis şöbəsinin Maddi sübutların saxlanıldığı otağa təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "Telefona baxış keçirilməsi haqqında” 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan "Samsung Galaxy A 22” markalı **********65504 və **********6503 imei kodlu mobil telefona baxış keçirilərkən "Whatsapp” tətbiqində İran İslam Respublikasının mobil operatoruna məxsus +**********99 saylı mobil nömrəli ilə aşağıdakı məzmunda mesajların mübadiləsi aşkar olunmuşdur: 13 iyun 2022-ci il +**********99: "Salam” (mətn) 10:19+**********99: "Vahidi irani” (mətn) 10:20 +**********99: "Birazadan vaxtun olsa mene zeng ilersen” (mətn) 10:30 Vüsal: " Salam qardaw men sene dediyim adam bakidadi qoy gelsin sobet edim ona razi olsa sene xeber edecem” (mətn) 10:32 +**********99: "Qardas basva dunim senun” (mətn) 10:33 +**********99: "mal kecib de ovandadi” (mətn) 10:34 +**********99: "gur ne is gurysen” (mətn) 10:34 Vüsal: "Qaqa o iw menniy olan wey deyil o adam razi olsa seni onan ranis edecem” (mətn) 10:34 +**********99: "Hacan geleceg” (mətn) 10:35 Vüsal: "Axsama qaydacag” (mətn) 10:35 +**********99: "gudrem seni” (mətn) 10:35 Vüsal: "050 386.04.27 qardas nomresi budu” (mətn) 12:06 Vüsal: "Yazi yazma ses at” (mətn) 12:06 Vüsal: "Ona” (mətn) 12:06 +**********99: “Dansdun ondan” (mətn) 12:06 Vüsal: “He usdu ortulu danisdim” (mətn) 12:07 Vüsal: “Etrafli ozunuz dansin” (mətn) 12:07 +**********99: “dedi ki numremi ver dansm” (mətn) 12:07 Vüsal: “He” (mətn) 12:07 +**********99: “Buraxılmış səsli zəng” 12:59 +**********99: “gardas bu menden pol istir” (mətn) 13:19 +**********99: “Mende deyirem mali gutur verim” (mətn) 13:19 19 iyun 2022-ci il +**********99: “Gardas mel bagladim atdim axsam kecezeg” (mətn) 16:59 +**********99: “beylgana” (mətn) 17:00 +**********99: “sen balon cani bir adam tap sabah axsam gutursin aparsnlar bakiya” (mətn) 17:00 +**********99: “2000 min azn pol veryem” (mətn) 17:01 +**********99: “vallah burcun icindyem” (mətn) 17:01 +**********99: “pis gundyem sene agz acram” (mətn) 17:01 19 iyun 2022-ci il Vüsal: “Salam” (mətn) 13:12 Vüsal: “Sen adam tapa bildin” (mətn) 13:12 +**********99: “Salam qardas” (mətn) 14:32 +**********99: “yux anam cani” (mətn) 14:32 Vüsal: “O oglan razi oldu” (mətn) 14:32 Vüsal: “Sen danisan” (mətn) 14:33 +**********99: “pis gundyem bu isim de alnmasa day olem” (mətn) 14:33 Vüsal: “Prosdu deyir” (mətn) 14:33 +**********99: “ne deyir” (mətn) 14:33 Vüsal: “Harda vereceyler” (mətn) 14:33 Vüsal: “Ona” (mətn) 14:33 +**********99: “Bakiya 40dene galan” (mətn) 14:33 +**********99: “guymaram bakiya gereler” (mətn) 14:33 Vüsal: “Burda onu buna kim verecey” (mətn) 14:34 +**********99: “nece” (mətn) 14:34 +**********99: “Zeng ile” (mətn) 14:34 Vüsal: “Beylaqanda mali ona kim verecey” (mətn) 14:35 +**********99: “Gardas bir yere guyacaglar meli bu da gedib gutreceg” (mətn) 14:35 +**********99: “Bu jec kimi gurmyeceg” (mətn) 14:35 +**********99: “Onvam dyecem gedib gutrezeg” (mətn) 14:35 Vüsal: “Bildim ee axsam getse hardan goturecey” (mətn) 14:35 +**********99: “Bu gun yux” (mətn) 14:36 +**********99: “Sabah axsam” (mətn) 14:36 Vüsal: “Gucnen razi salmisam” (mətn) 14:36 Vüsal: “Olsun” (mətn) 14:36 Vüsal: “Prablem yoxdu” (mətn) 14:36 +**********99: “Sabah hazrdi” (mətn) 14:36 +**********99: “O adam” (mətn) 14:36 Vüsal: “Axsam onan etrafli dansacam” (mətn) 14:37 Vüsal: “Prosdu deyir is risqlidi” (mətn) 14:37 +**********99: “Hele razi olmyib” (mətn) 14:37 Vüsal: “Pulu az verir” (mətn) 14:37 +**********99: “2500verem” (mətn) 14:37 +**********99: “Valah mene ac pol galir” (mətn) 14:38 +**********99: “yuxsa cux pol vererdim” (mətn) 14:38 Vüsal: “Bilirem” (mətn) 14:38 +**********99: “Canmsan” (mətn) 14:38 Vüsal: “Ee prisdu” (mətn) 14:38 Vüsal: “Deyir azdi” (mətn) 14:38 Vüsal: “Gorum axsam ne deyecey” (mətn) 14:38 Vüsal: “2500” (mətn) 14:39 +**********99: “Be negder istyir” (mətn) 14:39 Vüsal: “3000” (mətn) 14:39 +**********99: “2500verem” (mətn) 14:39 +**********99: “500de malmi satsnlar verem” (mətn) 14:39 Vüsal: “Yaxsi” (mətn) 14:40 +**********99: “Bo ne isdi” (mətn) 21:13 +**********99: “Sarybsuz adami” (mətn) 21:13 +**********99: “Be men sene demedim 2500verecem” (mətn) 21:13 +**********99: “500de catanda verecem” (mətn) 21:14 +**********99: “Be buna ne deyibsen” (mətn) 21:14 +**********99: “Bu ne isdi axi” (mətn) 21:15 +**********99: “O bele deyir sen bele deyirsen” (mətn) 21:15 Vüsal: “O getib senin yukunu goturecey” (mətn) 21:40 Vüsal: “Yukun bunun evinde olanda” (mətn) 21:41 Vüsal: “Sen onun 2500 pulun gonder oda aparib yukunu verib qaydacag” (mətn) 21:41 +**********99: “Oldu” (mətn) 21:45 +**********99: “men hazram” (mətn) 21:45 +**********99: “2500 vrazam” (mətn) 21:45 +**********99: “Mali gutrsun evine aparsn guzum ostunde 2500vryam” (mətn) 21:45 19 iyun 2022-ci il +**********99: “salam” (mətn) 07:48 +**********99: “Bu gun mal gutrezeg” (mətn) 07:50 Vüsal: “Yaxsi” (mətn) 07:51 +**********99: “Ne oldu gardas” (mətn) 11:42 Vüsal: “Malini o goturen kimi” (mətn) 12:03 Vüsal: “Pulunu vurassan” (mətn) 12:03 Vüsal: “Da elemi” (mətn) 12:03 +**********99: “2500vracam” (mətn) 12:04 Vüsal: “Yaxsi” (mətn) 12:05 26 iyun 2022-ci il +**********99: “Salam” (mətn) 12:48 +**********99: “gaedas o uglann vatsapi bagldi” (mətn) 12:49 +**********99: “ona zeng vurasan menden elage saxlya” (mətn) 12:49 +**********99: “bu gun mali gutreceg” (mətn) 12:50 Vüsal: “Yaxsi zeng vuraram ona” (mətn) 12:50 +**********99: “gun batanda” (mətn) 12:50 +**********99: “Sagul” (mətn) 12:50 +**********99: “Gardas” (mətn) 18:48 +**********99: “Ona zeng ile denen sat 7de cxa” (mətn) 18:48 +**********99: “Gun batdi gutresen” (mətn) 18:48 Vüsal: “O saat” (mətn) 18:49 +**********99: “orda beylgana gednceg gun batacag” (mətn) 18:49 Vüsal: “10 dan tez” (mətn) 18:49 Vüsal: “Cixmiyacag” (mətn) 18:49 +**********99: “10dan tez cxmasa alnmaz axi” (mətn) 18:49 Vüsal: “Vallah o menim masinimi” (mətn) 18:50 +**********99: “2satda yulu du bunun” (mətn) 18:50 Vüsal: “Goturecey” (mətn) 18:50 Vüsal: “Mende 10 dan tez gelw bilmiyecem” (mətn) 18:50 +**********99: “Gardas 10da cxsa hacana gedib catar axi” (mətn) 18:50 Vüsal: “11” (mətn) 18:50 +**********99: “valkah be vaxt olacag” (mətn) 18:51 Vüsal: “Sabah” (mətn) 18:51 Vüsal: “Aldirmag olar” (mətn) 18:51 Vüsal: “11 dw” (mətn) 18:51 +**********99: “Sat hec olmasa 9da cxsin” (mətn) 18:52 Vüsal: “Goturse olmaz?” (mətn) 18:52 +**********99: “Yux gardas sabah olmaz bu gun” (mətn) 18:52 +**********99: “Sabah istemirem” (mətn) 18:52 Vüsal: “Onda 11 de giturecey” (mətn) 18:52 +**********99: “Ay da” (mətn) 18:52 +**********99: “Day yurldum allaha and olsun” (mətn) 18:53 Vüsal: “Tezden deseydiz” (mətn) 18:53 Vüsal: “İsimi ona gore qurardim” (mətn) 18:53 +**********99: “Bu mal gedib bakiya gedsydi olmezdim” (mətn) 18:53 +**********99: “Gardas sene men seherden deyirwm d3” (mətn) 18:54 Vüsal: “Neyse saat 10 da evde olaxam” (mətn) 18:54 Vüsal: “Verecem masini getsin” (mətn) 18:54 +**********99: “Bir ser de alnmasa day menim malim batar” (mətn) 18:59 +**********99: “Beylgana” (mətn) 18:59 Vüsal: “Rayonun ici olmasin” (mətn) 18:59 +**********99: “Beylgann uzune” (mətn) 18:59 Vüsal: “Polis qayniyir” (mətn) 18:59 +**********99: “Gardas icinde olmyazag” (mətn) 18:59 Vüsal: “Yaxsi” (mətn) 18:59 +**********99: “hele gelsin icine” (mətn) 18:59 +**********99: “Men onvan atacam” (mətn) 19:00 +**********99: “Gragda guteceg” (mətn) 19:00 Vüsal: “Ele olsunki” (mətn) 19:00+**********99: “tez verde masini” (mətn) 19:00 Vüsal: “Yesiz yer olsun” (mətn) 19:00 +**********99: “Oldu” (mətn) 19:01 Vüsal: “Yaxsi” (mətn) 19:01 Vüsal: "O cixdi” (mətn) 21:30 +**********99: "Yaxşı oldu qardaş çatan kimi mənə xəbər eləsin də 10 kilometr qala 10 dene qalan Beyləqana mənə xəbər de” (səs yazısı) 21:32 Vüsal: "Onun ee demeli Beyləqana iki tərəfdən girişi var biri daşburun terefden biri nedi bu biri Ağcabədi tərəfdən deyir hansı tərəfdən gedim” (səs yazısı) 21:33 +**********99: "Bir deyqa duz sene deyim” (səs yazısı) 21:36 +**********99: "Elə onların hankisinnan keçsense ferqi yoxdu ele ikiside ele gidir o şəhərə” (səs yazısı) 21:56 Vüsal: "E şəhər nədie şəhərin içinə girilejey şəhər demədin axı sən şəhərdən qıraq dedin ” (səs yazısı) 21:58 +**********99: "Sən hələ girginən şəhərin içinə onnan sora qayıdıb deyecem dana harda götrəssən” (səs yazısı) 21:59 +**********99: "Hələ sən çatginən ora 5-10 dənə qalan mənə xəbər deginən deyəcəm harda şəhərin içi yox hələ sən çat ora” (səs yazısı) 21:59 Vüsal: "Ə qaqa biz pataloku 20-25 dəyqəyə çatajıyıxe ora ama şəhərin içinə biz girmiyəjik dana şəhərin içinə hardasa bir 10 kilometr qalmış bəridə şeyliyəjiyik gözdüyəjiyik” (səs yazısı) 21:59 +**********99: "Oldu oldu oldu çatanda mənə xəbər elərsiz” (səs yazısı) 22:01 Vüsal: "Catddig” (mətn) 22:27 +**********99: "Ne gder galysuz” (mətn) 22:27 Vüsal: "5” (mətn) 22:27 Vüsal: "K” (mətn) 22:27 +**********99: "Gardas catan kimi de” (mətn) 22:30Vüsal: "Ə məzə qılırsan deyirəm çatmışam dana” (səs yazısı) 22:30 +**********99 (yönləndirilib): "Qardaş sen onlara denen gelsinler daşburun terefe” (mətn) 22:32 +**********99 (yönləndirilib): "Hamı tanıyır oranı” (mətn) 22:32 +**********99: "Bura gedun” (mətn) 22:32 Vüsal: "Aə nə daşburun nə danşırsan sən bu tərəfdən gəlib girib Ağcabədidən gəlib girən tərəfdən gedib sən demədin daşburun tərəfdən getməsin o da bu tərəfdən gedib gedib qalıb orda bu nə danışıqdıe bu sözü danışanda bir dəfənlik danış indi burda ordan rayonun içinnən keçməlidi daşburuna?” (səs yazısı) 22:33 +**********99: "Gardas denen gedsin ura de ne olar” (mətn) 22:35 +**********99: "Siz hardasuz” (mətn) 22:38 Vüsal: "Peyğəmbər yolunun üstündə” (mətn) 22:38 +**********99: "Daşburunun kruqunun yanına gedin atacaq şekilleri” (mətn) 22:41 +**********99: "Gardas seb balun zani” (mətn) 22:41 +**********99: "burda hel ile” (mətn) 22:41 Vüsal: "Ə ged ora yoxe daşburunan menim aram bizim aramız 18 kilometrdi sən 75 kilometr bizi gəzdirmisən ey çerez belə fırrana fırrana bunu əvvəldən de də ordan ora nə yoldu ki18 kilometr yoluydu dana indi 75 kilometr yol fırranırıq burda belə iş görmüyün də denən şəkilləri atsın ma” (səs qeydi) 22:42 +**********99: "Ne yneg gardas” (mətn) 22:44 +**********99: "Bagsala ne olar” (mətn) 22:44 Vüsal: "Şəkilləri denən at ey şəkilləri haradı oranın şəklin atsın ” (səs qeydi) 22:44 +**********99: "evezin cxaram” (mətn) 22:44 +**********99: "basva dunum” (mətn) 22:44 +**********99: “Canmsan” (mətn) 22:44 +**********99: “Valkah evzin cxaram” (mətn) 22:45 +**********99: “Gardas atb gedbler bagsala” (mətn) 22:47 +**********99: “evezin cxaram” (mətn) 22:47 +**********99: “yaxsi gardas deyirem atlara” (mətn) 22:47 +**********99: “negderecatarsan ora” (mətn) 22:47 Vüsal: “15 dey” (mətn) 22:48 +**********99: “5 deqiqeye atıram şekli” (mətn) 22:52 +**********99: “Ne galysuz ora” (mətn) 22:58 Vüsal: “uzağı 4 dəyqəyə daşburun kruqun keçiriy 4 dəyqəyə” (səs qeydi) 22:58 +**********99: “Das burunda gudun” (mətn) 22:59 +**********99: “deyim” (mətn) 22:59 Vüsal: “Ə nəyi deyirsən nəyi atırsan biraz tez ol şəkl burdayıq dana daşburundayıq” (səs qeydi) 23:00 +**********99: “1 deyge atdim” (mətn) 23:02 +**********99 (yönləndirilib): “Şəkil” (mətn) 23:02 +**********99 (yönləndirilib): “Şəkil” (mətn) 23:02 +**********99: “Esemyen zapruvga” (mətn) 23:03 Vüsal: “Bura haradi” (mətn) 23:03 +**********99 (yönləndirilib): “Dasburunnan fuzuliye gedende islemeyen zapravkanin arxasi siferin alti” (mətn) 23:05 Vüsal: “Bildim” (mətn) 23:05 +**********99: “Basna dunim gardas” (mətn) 23:06 +**********99: “Gutren kimi de mene” (mətn) 23:07 +**********99: “Mene xeber de gutren kimi” (mətn) 23:09 +**********99: “Ne xeber” (mətn) 23:21 Vüsal: “Goreyde” (mətn) 23:22 +**********99: “Nece” (mətn) 23:22 Vüsal: “Senneneme onnan bidene soruş burda iki dənəsi vareyy denen bu xestexananı keçənnən də Fizuliyə tərəf xəstəxananı keçənnən sonra olan zapravkadı yoxsa o terefkidi denen xestexananı daşburunnan fizuliyə tərəf gedəndə xəstxananı keçənnən soradı?” (səs qeydi) 23:25 +**********99: “Bir deyge gud” (mətn) 23:26 +**********99 (yönləndirilib): “İşləməyən zaprafka” (mətn) 23:28 Vüsal: “Ə nə işləmiyən zaprafkae işliyən zaprafka var burda işləmiyəni deyrem dana məndə” (səs qeydi) 23:29 +**********99: “DAŞBURUN dan keçen kimi , fizulu terefe. Kruqdan fizuli terefe gedende 150 - 200 m gedende sol terefde i” (mətn) 23:30 +**********99: “Gardas gud” (mətn) 23:38 +**********99 (yönləndirilib): “Qardaş fizuli xəstəxanasından daşburuna gələndə daş burunun kruquna çatmamış yolun qırağında şekilde olan işləməyən zaprafka” (mətn) 23:40 +**********99: “Gardas tandun” (mətn) 23:41 +**********99 (yönləndirilib): “Şəkil” (mətn) 23:45 +**********99: “Burdadi” (mətn) 23:45 +**********99: “Gurdun” (mətn) 23:45 +**********99: “Bax bu zaprafka işləmir bax təkdi işləmir” (səs qeydi) 23:45 +**********99: “Hec kimde yuxdu bumb busdu” (mətn) 23:46 +**********99: “Tandun” (mətn) 23:46 Vüsal: “He” (mətn) 23:48 Vüsal: “Ə bu zaprafkanın dalı camaatın həyətidi həyətə qoyub bu keçmişdi həyətə it yemişdie bunu dalıda ağaşlıqdı onun harasındadı o” (səs qeydi) 23:50 +**********99: “Sənə mən şəklin atdımdə dalı həyət məyət dəyil bildün iranet var iranet onun altındadı elə onun dalında altın” (səs qeydi) 23:51 +**********99 (yönləndirilib): “şəkil” (mətn) 23:52 +**********99: “Qardaş dalında butana bunnarın altında” (səs qeydi) 23:52 +**********99: “Gardas bunun altnda” (mətn) 23:52 +**********99: Buraxılmış səsli zəng - 23:54 +**********99: “Ne oldu” (mətn) 23:54 +**********99 (yönləndirilib): “Zapravkanın heyetidir” (mətn) 23:55 +**********99: Buraxılmış səsli zəng - 23:56 +**********99: “Ne oldu gutrduz” (mətn) 23:56 +**********99: “Zvab ver” (mətn) 23:56 +**********99: “Day zvab ver” (mətn) 23:58 27 iyun 2022-ci il +**********99: “Qardaş noldu malları götürdün qardaş mənə bir xəbər de” (səs qeydi) 00:37 +**********99: “Qardaş o 5 kilo yarım qıraindı xoob 5 kilo yarım qıraindı girmi listdə dərmandı oları götürginan saxlaginan yaxşı mən deyən ünvanda aparıb ataceysan” (səs qeydi) 00:37 +**********99: “Qardaş mənə bir xəbər de də dörüm malları götürdün ya yox qardaş o 5 kilo yarım qıraini götürdün ya yox igirmi listdə dərmandı bıları mən deyən ünvana aparıb ataceysən mənə hə yoxun deginən xəbər de mənə ” (səs qeydi) 00:37 Fotoşəkillər olan qovluqda Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən sahibsiz yanacaqdoldurma məntəqəsinə gedən yolu göstərən, sahibsiz yanacaqdoldurma məntəqəsini, şifer qırıqlarını əks etdirən fotoşəkillər aşkar edilmişdir. İşdə olan, Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 şöbəninin rəisi Rüstəm Cəfərova ünvanladığı 26 iyun 2022-ci il tarixli təqririndən görünür ki, o həmin təqrirlə müraciət edərək Beyləqan rayonunun İmamverdili kəndində yaşayan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və külli miqdarda güclü təsiredici həbləri əldə edib saxlamaqla üzərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21074 markalı ** NU *** dövlət nömrə nişanlı avtomobildə daşımaqda şübhəli olduqlarını və hazırda Beyləqan rayonu ərazisində hərəkət etdiklərini və onların ifşa olunmasından ötrü əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi bildirilmişdir. İşdə olan, əməliyyat müvəkkili Şahid1 26 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Beyləqan rayonunun İmamverdili kəndində yaşayan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və külli miqdarda küclü təsiredici həbləri əldə edib saxlamaqla üzərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21074 markalı ** NU *** dövlət nömrə nişanlı daşımaqda şübhəli olduqlarını və hazırda Beyləqan rayonu ərazisində hərəkət etdiklərini və onların ifşa olunmasından ötrü əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan, Beyləqan Rayon Polis Şöbəsinin 08 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 23 iyun 2022-ci il tarixli 20606 nömrəli əməliyyat işi olmuşdur. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in X19 əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarı qanuni və əsaslı hesab edilmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən əməlləri törətmişlər. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaq zamanı verdikləri ifadələrinə əsaslanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı hər ikisi cinayəti törətmədiklərini, narkotik vasitələriun qoyulduğu yeri uzaqdan müşahidə edərək həmin ərazini narkotk vasitələri götürmədən tərk etdiklərini göstərmiş olsalar da istintaq zamanı verdikləri ifadələrində narkotik vasitəni götürmələrinin təfsilatı barədə ətrafl məlumat vermişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələri işdə olan digər sübutlarla əlaqəli təhlili nəticəsində müəyyən edilir ki, istintaq zamanı verilmiş ifadələr işdə olan bütün digər sübutlarla tamamlandığından birinci instansiya məhkəməsi düzgün olaraq onların istintaq zamanı verdikləri ifadələrinə üstünlük vermişdir. Müdafiəçinin apellyasiya şikayətində göstərilən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 206.2-cı maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməsinin əsassız olması dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi şikayətində bu məsələyə münasibətini aşağıdakı kimi təqdim edir: “Birinci instansiya məhkəməsinin köməkçilik, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddə ilə qəbul edilmiş ittiham hökmü ilə bağlı qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçi cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir. Köməkçi cinayətdə iştirakçıların növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan istənilən hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin kl, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşərdi). İştirakçılığın subyektiv əlamətləri isə odur kl, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. Cinayət işi materiallarında olan danışıqlarla müəyyən olunur ki iranlı olduğu iddia olunan şəxs 13 iyun 2022-ci il tarixində saat 10:34-də +**********99: “mal kecib de ovandadi” (mətn) məzmununda məktub göndərib. Bundan başqa hər hansı bir sübut iş materiallarında mövcud deyil. Belə olan halda, Təqsirləndirilən şəxs1 AR CM-nin 32.5, 206.2-ci maddəsi ilə verilmiş ittiham qanunsuz və əsassız olmuşdur.” Məhkəmə kollegiyası bu dəlillərə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs1, eləcədə Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının məzmunu ondan ibarət olmuşdur ki, onlar cinayətin İranda olan iştirakçısı (təşkilatçısı) Vahid adlı şəxsə onun təşkilatçılığı ilə Azərbaycan ərazisinə keçiriləcək narkotik vasitələri qəbul edib yerbəyer etmək vədini vermələri qaçaqmalçılıq cinayətinin digər iştirakçılarında, o cümlədən icraçısında narkotik vasitənin qəbuyl ediləcəyi əmənliyi yaratmaqla onların bu cinayətin obyektiv tərəfini icra etmək məqsədlərini qətiləşdirmişdir ki, bu təfsilat da tam olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinin, eləcə də 32.5, 206.2-ci maddələrinin tərkib hissələrinin əlamətləri ilə üst-üstə düşür. Ona görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinion tövsif edildiyi maddələrin sırasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.2-ci maddəsinin yer alması düzgün olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 apelyasiya şikayətində göstərdikləri, mal bazarından geri qayıtmaları zamanı narkotik vasitənin İranlı tərəfindən qoyulduğu, yolun kənarında yerləşən istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin arxasındakı şiferlərin arxasında yerləşdirilmiş narkotik vasitələrin götürülməsindən imtina edərək Bakı istiqamətində hərəkətlərini davam etdiklərini, və hərəkətə başlamazdan əvvəl İranlı ilə sonuncu dəfə danışaraq bu danışıq zamanı narkotik vasitəni götürməyəcəklərini və götürmədən getdikləri barədə bildirmələrini və beləliklə cinayəti törətməkdən könüllü imtina etdiklərini göstərdiklərini, bu mesajı ona Vüsalın telefonu vasitəsi ilə göndərdiklərini, lakin sonradan həmin telefona və bu telefona daxil olan və çıxan məlumatlara baxılması zamanı onların İranlıya göndərdikləri son mesajın, yəni cinayəti törətməkdən imtina edərək yollarına davam etdiklərini ona bildirmələri barədə mesajın silinmiş olmasını göstərdiklərindən apellyasiya baxışı zamanı müdafiəçinin vəsatəti əsasında 09 yanvar 2024-cü il tarixdə məhkəmə-fonoskopik və məhkəmə-videofonoqrafik, məhkəmə komputer-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında qeyd edilən telefondan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasından bir qədər əvvəl aparılmış sonuncu danışığın silinib silinməməsi barədə rəy verilməsi, əgər silinibsə onun bərpa edilməsi barədə qərar qəbul etmişdir. Məhkəməyə daxil olmuş rəyin nəticə hissəsindən görünür ki, 1 Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A22” markalı “SM-A225F” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. “Tədqiq hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A22” markalı “SM-A225F” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-passvord) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. “Tədqiq hissəsi”nin 2-ci bəndində götərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A22” markalı “SM-A225F” medelli mobil smartfonun yaddaşəndada hər hansı bir (kontakt, zəng “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olubolmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin tədqiqi hbissəsinin 1-ci və 2-ci bandlərində göstərilir ki, 1 .Tədqiqata təqdim edilmiş arxa hissəsində “Samsung” yazısı olan mobil smartfon tədqiq olunur. Tədqiq olunan mobil smartfonun hansı markalı, modelli, “imei” kodlu və işlək vəziyyətdə olub-olmamasını müəyyənləşdirmək üçün mobil smartfonun texniki göstəriciləri, xarici görünüşünə baxış keçirilərək və “imei.info” rəsmi internet resursuna daxil olaraq ekspert tərəfindən müvafiq əməliyyatlar aparılaraq tədqiq olundu. Beləliklə, aparılmış tədqiqat işlərinə əsasən təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş markalı “Samsung Galaxy A22” “SM- A225F” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdir. 2.Təqdim edilmiş “Samsung Galaxy A22” “SM-A225F” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidinin ləğv edilməsi üçün “7.68.0.809 versiyalı UFED 4PC” proqram təminatına qoşaraq tədqiqat aparmaq istədikdə həmin qurğunun proqram təminatının metodlar bazasında tədqiq olunan mobil smartfona tətbiq edilmiş xüsusi şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidində keşid üçün texniki (bölmə) imkanının olmaması müəyyən olundu. Beləliklə Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində, eləcə də Təqsirləndirilən şəxs1 vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayətində göstərilən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətməkdən könüllü imtina etmələrini təstiq edə biləcək sübutlardan biri kimi telefondan məlumatların silinməsi faktının müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan digər sübutlar isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürdükdən sonra saxlanılmalarına dəlalət edən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3, və 240.3.2ci maddələri ilə irəli sürülmüş ittihamın düzgün olmasını hesab etməyə əsas verən sübutlardır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi də işin hallarına, əməlin xarakterinə və ictima təhlükəliliyinə, onların şəxsiyyətinə və onlardan aşkar edilmiş narkotik vasitələrin növünə və miqdarına uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı onlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddə çəkməsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)- 191/2023 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin izahatını, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin olunmaması barədə rəyini, müdafiəçilərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-191/2023 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3, və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 1(099)-191/2023 saylı hökmü, həmin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən və Təqsirləndirilən şəxs1 vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar