Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-360/2024 31.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğu X4 Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(099)-5/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(099)-5/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cəlil Nəbiyev), xx xxxxxxx 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarında fəhlə işləmiş, Masallı rayonunun Sığdaş kəndində qeydiyyatda olmaqla faktiki olaraq Masallı şəhəri, Həzi Aslanov küçəsində yaşamış, barəsində 10 iyun 2022-ci ildə həbs qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2022-ci ildən hesablanmaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, onun, Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarında onunla birlikdə fəhlə işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun bir neçə dəfə onunla yersiz zarafatlar edərək özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində bir neçə dəfə mübahisələri olmuş, sonuncu dəfə 08 iyun 2022-ci ildə, saat 17 radələrində işdə olarkən avtomaşına yük vurduqları zaman Zərərçəkmiş şəxs kənarda durmaqla işləmədiyini görüb ona öz iradını bildirməklə işləməsini tələb etməsindən sonra, Zərərçəkmiş şəxs ona əhəmiyyət vermədiyindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına yenidən nalayiq söyüşlər söyməsi səbəbindən X7 onu cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə qəsdən sol əli ilə onun sifətinə bir yumruq zərbəsi vurub yerə yıxaraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına ağır zərər vurmaya aid ağır qapalı kəllə-beyin travması, baş-beynin yumşaq qişasına qansızma, sağ gözyuvası ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, sağ gözün içəri bucağına yaxın hissədə sıyrıq, üst dodağın selikli qişasında qansızma ilə müşaiyət olunan xəsarətlər yetirməsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəmənin hökmündən apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla əlaqədar məhkəməyə bildirirmişdir ki, özünü Azərbaycan Respublikası 120.1-ci (və ya 126.3- cü) maddəsi üzrə təqsirli bilmir, həmin ittihamı rədd edir, ona qarşı irəli sürülmüş ittihamın heç bir faktiki və hüquqi əsasının omadığını və özünün yalnız Azərbaycan Respublikasının CM-nin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi üzrə təqsirli olduğunu bildirir. Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, onun iş yoldaşı olan zərəçəkmiş şəxsin onu təhqir etməsindən qəflətən baş vermiş ruhi həyacan səbəbindən zərəçəkmiş Zərərçəkmiş şəxs Həsənağa oğlunun sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur. Onun özünün boyu -165 sm., çəkisi - 60 kiloqram, Zərərçəkmiş şəxs isə boyu - 180 sm, çəkisi - 90 kiloqram olduğundan onun Zərərçəkmiş şəxs vurduğu yumruq zərbəsi o qədər də güclü olmamışdır. Lakin, buna baxmayaraq, zərərçəkmiş şəxs zərbədən sonra arxa tərəfə yıxılmış və yıxıldığı zaman onun başının arxa tərəfi həmin ərazidə yerə döşənmiş beton metlax plitələrə möhkəm çırpılmışdır. O Zərərçəkmiş şəxsla birlikdə anbarda fəhlə kimi işlədiyi vaxtdan Qadir heç bir əsas və səbəb olmadan söz ataraq onunla yersiz zarafat etməyə, sataşmağa, onun və ailə üzvlərinin ünvanına yazılışı və deyilişi mümkün olmayan kobud sözlər deməyə başlamışdır. Ünvanına dediyi sözlərə görə o əvvəlcə Qadirə əhəmiyyət vermədiyi üçün sonuncu daha da ürəklənib onunla şit zarafatlar etmiş və ünvanına kobud ifadələr demişdir. O bir neçə dəfə Zərərçəkmiş şəxs iradını bildirib onunla zarafat etməməsini və ünvanına söyüş söyməməsini demiş, lakin Qadir ona qulaq asmayıb hərəkətlərindən əl çəkməmişdir. 0, 08 iyun 2022-ci il tarixdə, saat təxminən 10 radələrində işə gəlmiş, əslində isə iş vaxtı saat 09 radələrində başlamışdır, ü işə bir az gec gəldiyi üçün Zərərçəkmiş şəxs bunu fürsət bilərək onunla sözlü mübahisə yaradaraq işə gecikməsi ilə bağlı irad tutmuş, özü isə ona əhəmiyyət verməmişdir. Onun işə gecikməsi ilə bağlı Qadirin ona irad tutmaq səlahiyyəti olmamışdır. Bu səbəbdən Qadirə iradını bildirib fəhlələrə kömək etməsini ondan tələb etmiş,sonuncu isə əhəmiyyət vermədən onu nəzərdə tutaraq "it hürər karvan keçər" cavabını vermişdir. Qadirdən həmin ifadəni onun ünvanına işlədib işlətmədiyini soruşmuş, Qadir də həmin sözü ona dediyini bildirib nə edəcəyini demişdir. Bu səbəbdən onların arasında təxminən 1 dəqiqə davam edən sözlü mübahisə baş vermiş, həmin mübahisə zamanı Qadir onun və ailə üzvlərinin ünvanına deyilişi və yazılışı olmayan sözlər söymüşdür. Odur ki, o əsəbiləşib Qadirin hərəkətlərindən bezərək anbarın giriş qapısının qabağında, yük avtomaşının sağ arxa tərəfində dayanmış Zərərçəkmiş şəxs sifətinə qəflətən sol əllə var gücü ilə bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Qadir arxası üstə yerə yıxılmışdır. Yumruq zərbəsinin təsirindən yerə yıxılan Qadirin başı kafel-metlaxa dəymişdir və o, özü bunu aydın şəkildə görmüşdür. Qadiri yumruqla vuran zaman yanında anbarda fəhlə işləyən Pərviz, Sərdar, anbardar Cəlal və adlarını xatırlamadığı digər fəhlələr olmuşdur. Qadir yerə yıxılandan sonra işçilər yaxınlaşıb onu ayıltmağa çalışmış, lakin Qadir ayılmamışdır. Qadir yerə yıxıldıqdan sonra Qadiri hər hansı digər əşya, predmet, yumruq və yaxud təpiklə vurmamışdır. Məlum hadisədən əvvəl onun Qadirdən başqa hər hansı digər şəxslə narazılığı, ziddiyyəti, ədavəti, mübahisəsi və yaxud münaqişəsi olmamışdır. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, onun sol əlinin iki barmağı yəni - birinci (baş) və ikinci (şəhadət) barmaqları 2020-ci ildə sınmışlar və düzgün bitişməmişlər. Bu səbəbdən o, özünün sol əlinin barmaqlarını tam büküb normal yumruq halına gətirə bilmir. Ona görə də onun yumruq zərbəsinin gücü ola bilməz ki, o, Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yəni - üst dodağının sağ tərəfinin arxa hissəsindəki sıyrıq şəklində olan yüngül xəsarətdən əlavə hər hansı xəsarət yetirə bilsin. Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Həsənağa oğlunun ölümü onun ehtyatsızlığından baş vermişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs ölümü onun yumruq zərbəsindən sonra arxası üstə yerə yıxılması zamanı başının arxa hissəsinin metlax döşəməyə çırpılması səbəbindən olmuşdur. Belə olduğu halda Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməsi düzgün olmamışdır. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı məhkəmə iclasında apellyasiya şikayətinin əsassız olduğunu göstərmiş, Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edildiyini, onun cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə alındığını və ona ədalətli cəza təyin edildiyini, buna görə də apellyasiya şikayətinin təmin edilməməli olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs vəkili apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilməsini və ona həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə dəyişdirməsi düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadəsi, ekspert rəyləri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından anbarda fəhlə kimi işləməyə başlamış, bir dəfə işdən çıxıb sonra yenidən işləmək üçün anbara qayıtmışdır. Onunla birlikdə işləmiş Zərərçəkmiş şəxsla aralarında əvvəllər heç bir narazılıq olmamış, lakin sonralar Qadir ona söz atmaqla söyüş söydüyündən aralarında mübahisələri yaranmış, aralarında olan mübahisələri onlarla birgə işləyən yoldaşları sakitləşdirmişlər. 08 iyun 2022-ci ildə anbardan müxtəlif malları gətirib avtomaşına yükləyərkən Qadir kənarda dayanıb ona göstəriş vermiş, Qadirə iradını bildirib kömək etməsini desə də, sonuncu buna əhəmiyyət verməyib onu nəzərdə tutaraq “it hürər karvan keçər” deyib sonra söyüş söymüş, Qadirin bu sözünə görə ona yaxınlaşıb sifətindən bir yumruq zərbəsi vurmuş, Qadir yerə yıxılmış, orada fəhlə işləyən şəxslər Qadiri ayıltmağa çalışsalar da, o, ayılmamış, sonuncu anbarda olan maşınla xəstəxanaya aparılmış, o isə həmin vaxt kənarda dayanmış, sonradan ona zəng edib Qadirin rəhmətə getdiyini demişlər. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sonuncu ona nalayiq söyüşlər söydüyü üçün onu cəzalandırmaq məqsədi ilə cəmi bir yumruq zərbəsi vurmuşdur. Hazırda əməlindən peşmanlıq hissləri keçirməsini nəzərə alaraq barəsində ədalətli qərar edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Oğlu arvadı və bir azyaşlı uşağı ilə birlikdə onunla yaşamışdır. Qadir 2022-ci ilin yanvar ayından Masallı şəhərində yerləşən topdansatış anbarda fəhlə işləmiş, oğlu hər gün səhər işə getmiş, axşam isə işdən evə qayıtmışdır. 08 iyun 2022-ci ildə, saat 18 radələrində evdə olduğu zaman Masallı rayon mərkəzi xəstəxanasından evinə zəng edilərək oğlu Qadirin iş yerindən ölmüş vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat verilmiş, sonra öyrənib bilmişdir ki, həmin günü iş yoldaşı Təqsirləndirilən şəxsla oğlunun söz-söhbəti olmuş, Hüseynxan qəfildən Qadirin sifətinə bir yumruq zərbəsi vuraraq onu yerə yıxmış, zərbənin təsirindən Qadir yerindəcə ölmüşdür. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla ailəsini başsız qoymuş və Qadirin azyaşlı uşağı yetim qalmışdır. Təqsirləndirilən şəxslə barışmadığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, anbarda fəhlə işləmiş, Qadir və Hüseynxan arasında olan söhbəti eşitməmiş, onlara yaxınlaşarkən onların gərgin vəziyyətdə, yəni bir-biri ilə xoş münasibətdə olmadığını görmüş, Hüseynxan Qadirə işləməməsi ilə bağlı iradını bildirdikdə Qadir də cavabında “it hürər karvan keçər” sözlərini demiş, həmin vaxt Hüseynxan Qadirin sifətinə bir yumruq vurmuş, Qadir isə arxası üstə yerə yıxılmış, Qadirin yıxıldığı yer kafel döşənmiş vəziyyətdə olmuş, hadisədən sonra onlar Qadiri anbarda olan maşına mindirib xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt anbarda “Kamaz” markalı maşınına yük vurarkən səs eşidib baxdıqda Qadirin yıxıldığını görmüş, sonra digər iş yoldaşları ilə köməkləşib Qadiri “Vita” markalı avtomobilə mindirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 da Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğu yer - Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarın giriş qapısının ön tərəfidir. Baxış zamanı kafel - metlaxın üzərindəki qurumuş qanabənzər ləkələrdən tampona hopdurularaq götürülmüşdür. Eyni zamanda baxışda iştirak edən Şahid8 Nuru oğlunun təqdim etdiyi hadisənin qeydə alındığı çəkilişi özündə əks etdirən 01 ədəd disk götürülərək protokolda əlavə edilmüşdür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2022-ci il tarixli 693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 iyun 2022-ci il tarixli, 25 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: ağır qapalı kəllə-beyin travması. Baş beynin yumşaq qişasına qansızma, sağ gözyuvası ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, sağ gözün içəri bıcağına yaxın hissədə sıyrıq, üst dodağın selikli qişasında qansızma.Müəyyən olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda göstərilmiş şəraitdə yəni yumruql vurulan güclü zərbə nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə baş-beyinin yumşaq qışasına qansızma səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 19 iyul 2022-ci il tarixli, 401/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta /İİ/. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus köynək və hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin əksər ləkələrdə alfa və beta aqqlyutininləri də alındı. Beləliklə bu qan ləkələri Oalfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi üzrə inkar olunur. Təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, papaq, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus şalvar, manjeti və yaxası zolaqlı olan köynək üzərində ləkələrdə qan və Zərərçəkmiş şəxs məxsus trusik, Təqsirləndirilən şəxs məxsus digər köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 24 iyul 2022-ci il tarixli, 1668 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xronki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, adaptivlik və s. kimi əsas fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının 25 iyul 2022-ci il tarixli 316/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın arxa səthinin sağ yarısındakı cibin üzərində dəlibkeçməyən, yalnız üst qatın zədələnməsi ilə müşaiyət olunan bir ədəd zədə vardır. Bu zədə cırılmış zədədir, küt mexanizmdən, paltarın həmin nahiyəsinin dartılması, o cümlədən ilişib dartılması nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin və tumanın üzərində zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvar üzərində olan zədəyə görə onun xəsarət alan zaman hansı daha çox ehtimal olunan vəziyyətdə (ayaq üstə, oturmuş, uzanmış) olması və ona qəsd edənin daha çox ehtimal edilən qarşılıqlı vəziyyəti (qarşıqarşıya, qəsd edənin zərərçəkmişin arxasında, sağ və ya sol yanında, üzərində və s. olmaqla) barədə fikir söyləmək mümkün deyil. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus iki ədəd qısaqol koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilməsi düzgün olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsasında Təqsirləndirilən şəxs əməlinin tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə dəyişdirilməsi əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əlavə olaraq apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə-tibbi ekspertizasını keçirərək müvafiq rəy vermiş ekspert X12 apellyasiya baxışına dəvət edilərək şahid kimi dindirilmiş, o, Zərərçəkmiş şəxs Həsənağa oğlunun ölümünün birbaşa Təqsirləndirilən şəxs tərəfindən vurulmuş yumruq zərbəsi ilə bağlı olduğunu göstərmiş, Zərərçəkmiş şəxs Həsənağa oğlunun meyidinin müayinəsi zamanı onun başının arxa hissəsində hər hansı əzik, sınıq müəyyən etmədiyini, Zərərçəkmiş şəxs ölümünün Təqsirləndirilən şəxs yumruq zərbəsi nəticəsində beyninə qan sızması nəticəsində ölmüş olmasını göstərmişdir. Şahid qeyd etmişdir ki, mərhumun ölümünün səbəbi yerə yıxılmadan qaynaqlanmır. Ekspertlər meyiti daxili müayinə edərkən başın ənsə nahiyyəsində heç bir zədə aşkar etməmişlər. Ənsə dedikdə başın daxili hissəsi yəni beyinin arxa nahiyyəsini nəzərdə tutur. Güclü yumruq zərbəsindən sonra beynin yumşaq toxumasına qansızma olub. Təqsirləndirilən şəxs təyin edilmiş cəza işin hallarına, əməlin ictimai təhlükəliliyinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənlərə əsasən apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(099)-5/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, müdafiəçi Çingiz Bbayevin çıxışını və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə rəyini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 399.1.5-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçici Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(099)-5/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-360/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-360/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver