Məhkəmə qərarları › İş №1(106)-37/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-37/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-37/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Univerisal” vəkil bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə. 26 avqust 1966-cı ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə, xx xxxx 1976-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhərində yerləşən "NZS" firmasında sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə, xx xxxx 1973-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 60.1-ci maddəsinə əsasən cəzası 06 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 29 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Şirvan şəhəri M. Mirzəyev küçəsi ev 4-34 B-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(057)-42/2024 saylı hökmündən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi6, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(057)-42/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmış, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu döngə 2 ev 80-də yerləşən evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 06 (altı) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 iyul 2024-cü tarixdən hesablanması, barəsində «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən olunmuşdur. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28,206.3.1, 28,206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Fərəməz Hüseynovun onun qohumu Şahid3 adına 2022-ci ilin iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Bakı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonuna qanunsuz hazırlayıb göndərdiyi Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini Təqsirləndirilən şəxs2 çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra Fərəməz Hüseynovun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə onlara göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyərində 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxs2lə birlikdə alaraq, həmin məbləğdən 17.020 manat dəyərində 10.000 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu sonuncu əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 verib, qalan 10.180 manat pulu Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə, eləcə də, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022ci ilin dekabr ayının 16- da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28,206.3.1, 28,206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs1 onun və Təqsirləndirilən şəxs3 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Fərəməz Hüseynovun qohumu Şahid3 adına 2022-ci ilin iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Bakı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra Təqsirləndirilən şəxs3 ona məxsus ***-***-**-** nömrəli mobil telefonuna qanunsuz hazırlayıb göndərdiyi Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra, Fərəməz Hüseynovun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə onlara göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyərində 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxs1lə birlikdə alaraq, həmin məbləğdən 17.020 manat dəyərində 10.000 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 verib, qalan 10.180 manat pulu Təqsirləndirilən şəxs1lə öz aralarında bölməklə, eləcə də, Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022ci ilin dekabr ayının 16-da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında Bakı şəhərində tanış olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28,206.3.1, 28,206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə qrup üzvləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs1 onun və Təqsirləndirilən şəxs2 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Fərəməz Hüseynovun qohumu Şahid3 adına 2022-ci ilin iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Bakı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra o, istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə hüquq verən Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini qanunsuz hazırlayıb, həmin saxta bildirişi Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefona göndərmiş, Təqsirləndirilən şəxs2 saxta məhkəmə bildirişini çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra, Fərəməz Hüseynovun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyərində 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alaraq, həmin məbləğdən 10.180 manat pulu sonuncular öz arasında bölməklə, yerdə qalan 17.020 manat dəyərində 10.000 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşdıqları kimi ona vermiş, eləcə də, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022-ci ilin dekabr ayının 16-da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Hökm məhkəmə istintaqında məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxsin ibtidai və məhkəmə istintaqında vermiş olduğu ifadələr, şahid ifadələri və digər toplanmış, yoxlanılmış və qiymətləndirilmiş əsas sübutlarla əsaslandırılmışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçi6 Təqsirləndirilən şəxs1 münasibətdə apellyasiya şikayəti: -Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza onun şəxsiyyətinə və işin digər hallarına münasibətdə sərtdir. -Belə ki, Salyan rayon məhkəməsinin bəhs edilən hökmündə göstərilir ki, məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, o, zərərçəkmiş şəxsə böyük məbləğdə vurduğu ziyanı ödəməmiş, həmin ziyanı aradan qaldırmağa heç bir cəhd göstərməmiş, zərərçəkmiş şəxs ondan şikayətçidir. Bu da, onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi nəzərə alınması üçün məhkəməyə əsas verir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. -Zərərçəkmişə ziyan hər üç təqsirləndirilən şəxs tərəfindən birgə vurulmuş və ziyanın bir hissəsi ümumi alınmış pulun hesabına qaytarılmış və Söhrət Alıyev məhkəmə baxışı zamanı verdiyi ifadəsində bu xüsusata toxunmuş və azadlığa çıxarsa müvafiq iş fəaliyyəti ilə məşğul olub vurulmuş ziyanın qalan hissəsini ödəyə biləcəyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən Salyan rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza hissəsində dəyişdirilərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi3 Təqsirləndirilən şəxs2 münasibətdə apellyasiya şikayəti: -Salyan Rayon Məhkəməsində aparılmiş məhkəmə istintaqı səthi araşdırılmış, təqdiq edilmiş sübütlara ədalətli qiymət verilməyərək hökm çıxardılmışdır. Təqsirləndirilən şəxs2 4350 ABŞ dolları, yəni məzənnə üzrə 7395 manat pul qalmış, həmin pulu Şakirin Gürcüstanda yaşayan ailəsinə göndərmiş, bu barədə müvafiq qəbzlər vardır. Onun Şakirə borcu qalmamış, pulları tam qaytarmışdır. O, heç kimə Ali Məhkəmədə işləməsi barədə söz deməmişdir. Rüfətin bu işdə xeyri olub-olmadığını bilmir, əgər iş alınsaydı onun da xeyri olacaqdı. Şakirin işi düzəlsə idi onun 3-4 min manat gəliri olacaqdı, lakin iş alınmadı. Şakirin arvadı Elnarə ona ümumilikdə 2300 manat vermişdir ki, Şakirə versin, Elnarə həmin pulun 700 manatını nağd, qalanını isə onun kartına göndərməklə vermişdir. O, da həmin pulu aparıb kalonda nəzarətçilər vasitəsilə Şakirə vermişdir. Əməlindən peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Şakirə onun tərəfindən vurulmuş ziyan ona aid hissədə tam ödənilmişdir. -Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4cü maddələrində nəzərdə tutulan 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab etmişdir. -Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 4350 ABŞ dolları - yəni məzənnə üzrə 7395 manat pul qalmış, həmin pulu Şakirin Gürcüstanda yaşayan ailəsinə göndərmiş, bu barədə müvafiq qəbzlər vardır. Zərərçəkmiş şəxs borcu qalmayıbdır. Qeyd olunanlara əsasən Salyan Rayon Məhkəməsin 1(057)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 cəzasınin yüngüləşdirilərək daha yüngül cəza ilə əvəz edilməsi qərar çıxarılmasını xahiş olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti: -Cinayət işi materiallarından da göründüyü kimi o, tam təqsirsizdir, ona verilmiş pul vəsaitlərini Şöhrətə və Samirə qaytarmışdır, onlar da ifadələrində bunu təsdiq etmişlər. Dələduzluq etməmiş, saxta sənəd hazırlamamışdır, tam təqsirsizdir. Göstərilən dəlillərə əsasən Salyan Rayon Məhkəməsin 1(057)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Müdafiəçi5 təqsirləndirilən Təqsirləndirilən şəxs3 münasibətdə apellyasiya şikayəti: -Təqsirləndirilən şəxsə hadisə ilə bağlı hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə birinci instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və hökmün apellyasiya qaydasında dəyişdirilməsi üçün əsaslar yaranmışdır. - Belə ki, iş materiallarından da görünür ki, müdafiəçisi olduğu şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilsədə, zərərçəkmiş şəxsin cəzasının azaldılması üçün aldığı 23500 manat pulu dərhal işin düzəlmədiyini görərək geri qaytarmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, digər təqsirləndirilən şəxslərdə Zaurun aldığı 23500 manat pulu qaytardığını, heç bir borcunun qalmadığını, 23500 manat pulu barəsində cinayət işi başlamamışdan əvvəl qaytardığını, Salyan Rayon Məhkəməsi bu halları nəzərə almadan ittiham hökmü qəbul etmişdir. Müdafiə etdiyi şəxsin əməlində dələduzluq cinayətinin tərkib əlamətləri yoxdur. - Bundan başqa Salyan rayon Məhkəməsi Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edərək Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddəti hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirmədə düzgün nəticəyə gəlməmişdir. - Belə ki, iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001 )- 533/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Lakin Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan 09 ay 29 gün şərti olaraq vaxtından əvvəl azad etmə cəzası xx.xx.2023-cü il tarixdə tam icra edilmiş və o, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 şərti cəzasını törətmiş olduğu digər bir cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb və həbs edilməmişdən əvvəl çəkib qutarmışdır. - Məhkəmə cəza təyin edərkən müdafiə etdiyi şəxsin ağır şəkər xəstəsi olmasını və açıq ürək əməliyyatı keçirməsinidə nəzərə almamış, cinayət işi üzrə ibtidai istintaqın gəlmiş olduğu ziddiyətli və düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin hökmünün qanunsuz hesab edilməsi və hökmün apellyasiya qaydasında dəyişdirilməsi üçün əsaslar yaranmışdır. - İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti olmamış, yalnız verdiyi vədin alınmadığını görüncə aldığı pulu geri qaytarmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri yoxdur. Göstərlənlərə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(057)- 42/2024 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibinin olmaması əsasına görə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrilə təqsirləndirilməsi hissəsində barəsində bəraət hökmü çıxarılmasını, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin hökmdən xaric edilməsini və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə aşağı həddə cəza verilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində çıxarılmış hökmlə razı olmadığını, onlara yüngül cəza təyin edildiyi üçün təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını xaniş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Salyan Rayon Məhkəməsin 1(057)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, ona dəymiş maddi ziyan tam ödənilməmişdir. Bu səbəblə hesab edir ki, təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmuşdur. Ona görə də onlara daha ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6 Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(057)-42/2024 saylı hökmünün Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza hissəsində dəyişdirilərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, ona cəmi 38000 manat pul verilmiş, həmin pulun 33000 hissəsini Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 də həmin pulun 23500 hissəsini Təqsirləndirilən şəxs3 vermişdir. Sonradan Təqsirləndirilən şəxs3 qeyd olunan 23500 manat pulu onlara geri qaytarmışdır. Hal-hazırda hesab edir ki, onda 10000 ABŞ dolları pul qalmışdır. Qalan məbləği Zərərçəkmiş şəxs yanına gedib-gələrkən onun ehtiyaclarına xərcləmişdir. Maddi imkanı zəif olduğuna görə ziyanı ödəyə bilmir. Xahiş edir ki, cəzası yüngülləşdirilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 Salyan Rayon Məhkəməsin 1(057)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs2 cəzasınin yüngüləşdirilərək daha yüngül cəza ilə əvəz edilməsi qərar çıxarılmasını xahiş etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, pulu zərərçəkmiş şəxsin qohumlarından Təqsirləndirilən şəxs1 almış və ona 30000 manat pul vermişdir. Həmin puldan Təqsirləndirilən şəxs3 23500 manat vermiş, sonradan Zaur həmin pulu tam olaraq ona qaytarmışdır. O, da həmin pullardan 4350 ABŞ dolları pulu isə zərərçəkmiş Şakirin ailəsinə göndərmiş, qalan məbləği isə Şöhrətə vermiş, lakin Şöhrət pulu aldığı adama qaytarmamışdır. Qeyd olunanlara əsasən cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi5 Salyan Rayon Məhkəməsinin 1(057)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibinin olmaması əsasına görə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi hissəsində barəsində bəraət hökmü çıxarılmasını, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin hökmdən xaric edilməsini və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə aşağı həddə cəza verilməsini xahiş etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs sonradan tanımışdır. Belə ki, əvvəllər bir yerdə cəza çəkdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs işi ilə əlaqədar Heydər adlı şəxslə danışmış, məhz Heydərin vermiş olduğu məhkəmə bildirişini Zərərçəkmiş şəxs göndərmişdir. Bildiriş onun tərəfindəт hazırlanmamışdır. Ona 23500 manat pul verilmiş, həmin məbləği tam qaytarmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Təqsirləndiirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, o cümlədən zərərçəkmiş Şakir Hüsyenovun apellyasiya müraciətlərinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, CPM-in 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş “Cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir” prosessual əsaslarından çıxış edir. Təqsirləndirilən şəxs3 isə verilmiş ittihamlar üzrə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4. və 320.1-ci maddələri ilə təqsirsizliyini iddia edərək, hökmün ləğv olunması üçün Cinayət-Prosessual Məcəlləsinin 402.0.1-ci maddəsində nəzərdə tutulmuş “İrəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilmədikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir” prosessual əsasından çıxış edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 399.1.3cü maddəsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından birini müəyyən edir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs apellyasiya şikayətinə münasibətdə qeyd edir: -Zərərçəkmiş şəxs apellyasiya şikayətində və çıxışında qeyd etdiyi kimi, onun hökmdən şikayəti verməsinin əsasları təyin olunmuş cəzanın yüngül olmasında ifadə olunur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin əsaslarını təqsirləndirilən şəxslərin hər birinə münasibətdə fərdi yanaşmaqla təhlil edərək qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Cəza təyini ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəmənin Plenum Qərarında qeyd olunmuş tövsiyyələrə görə, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkar şəxslərin şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları da nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimaifaydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb formalaşmaması, Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi hallar nəzərə alınsın. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 59.1.13. və 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın tam ödənilməməsi əsasından çıxış etdiyinə görə, məhkəmə kollegiyası həmin məsələyə hər bir təqsirləndirilən şəxsə münasibətdə hüquqi qiymət vermişdir. Belə ki, CM-in 64.1. və 64.2-ci maddələrinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki; -Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş, dəymiş ziyanı bu günədək ödəməməsi və buna heç bir cəhd göstərməməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olması onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi qəbul edilmişdir. Cinayət kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs1 münasibətdə onun şəxsiyyətini, cinayət əməlinin törədilməsində xüsusi rolunu, cinayət təqibinə məruz qaldığı vaxdan sonrakı davranışlarını, yəni hətta digər təqsirləndirilən şəxslərin maddi ziyanı Zərərçəkmiş şəxs qaytarılması üçün ona tam vermələrinə baxmayaraq, həmin məbləği qaytarmaması kimi hallara görə cəza növü düzgün seçilsə də, həmin cəzanın həddinə aid hissədə birinci istansiya məhkəməsi aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Belə ki, CM-in 178.2.2. və 178.2.4-cü maddələrinin sanksiyasında daha ciddi cəza 02 ildən 05 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ittihama əsasən zərərçəkmiş şəxsə 40255 manat ziyan dəymiş, zərərçəkmiş şəxsin ifadəsinə görə həmin puldan Təqsirləndirilən şəxs2 ümumilikdə 15395 manat pul ödəniş etmiş, işin hallarına görə də 24860 manat ödənilməmiş pul məbləği tamamilə Təqsirləndirilən şəxs1dir. Təqsirləndirilən şəxs1 həmin məbləğdən heç bir ödəniş etməmişdir. Belə olan halda təyin olunmuş cəza təqsirkarın şəxsiyyətinə uyğun hesab olunmamalı, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, rolu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və gələcəkdə onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təyin olunmuş cəza ağırlaşdırlaraq, Təqsirləndirilən şəxs1 daha yuxarı həddə, yəni 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin şikayəti üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaların növü və həddini onların şəxsiyyətinə uyğunluğu, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsul və rolu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və gələcəkdə onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi baxımından müzakirə etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində CM-in 59.1.14-cü maddəsində nəzərdə tutulmiş “Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi” cəzanı yüngülləşdirən halının olması, hər birinə münasibətdə əvvəlcədən razılaşdıqları və əldə etdikləri pul məbləğlərini, qabaqcadan əlbir olan qrupun digər üzvü Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qaytarmaq üçün vermələri kimi cinayət əməlindən sonrakı müsbət davranışlar nəzərə almış və bu qənaətə gəlmişdir ki, onlara təyin olunmuş cəza növü qanuni və ədalətlidir. Belə ki, Təqsirləndirilən şəxs2 ilk dəfədir məhkum olunur, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə o islah oluna bilər. Təqsirləndirilən şəxs3 əvvəllər CM-in 178.3.2-ci maddəsi ilə, yəni ağır ağır cinayətə görə məhkum olunmuş, əməlində cinayətin residivi vardır. İşin halları nəzərə alınaraq ona residivə görə aşağı həddə cəza təyin olunması, onun şəxsiyyəti, özünə münasibətdə ziyanı tam geri qaytarması kimi hallar baxımından islahedici cəza kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfi olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya şikayətlərinin cəzanın yüngülləşdirilməsi barədə dəlillərini müzakirə edərək qeyd edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətində qeyd olunan dəlillərə yuxarıda göstərilən əsaslarla qiymət verilərkən, onlara daha yüngül cəza təyin olunması barədə əsaslarının təkzib olunması aşkardır. Ona görə də prosessual qənaət prinsipi baxımından həmin halların təkrar qeyd olunmasına zərurət yoxdur və məhkəmə onlara daha yüngül cəza təyin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs3 apellyasiya şikayətinin əsasları onun təqsirsizliyi ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlilləri ona irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların birinci instansiya məhkəməsinin hökmündə qanunda göstərilən sübutlarla təsdiq edilməsi hüdudularında yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1.-21.3-cü maddələrinin tələbləri üzrə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: -351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; -351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; -351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; -351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddənin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-125.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməyən hallar araşdırılmış, onların qəbul edilməsinin yolverilməzliyinin əsasları müəyyən olunmamışdır. Belə olan halda əksi sübut olunmayana qədər hüquqi cəhətdən doğru sayılan faktın qəbul edilməsi prezumpsiyası qəbul olunmalı, mübahisəli halı iddia edən tərəfin qeyd etdiyi hallar mötəbər və təkzibolunmaz sübut kimi qəbul edilməməlidir. Təqsirləndirilən şəxs3 münasibətdə Cinayət Məcəlləsinin 178.2.1. və 178.2.4-cü maddələri verilmiş ittiham üzrə müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilib-yetirilməməsi ilə əlaqədar, toplanmış sübutların birinci instansiya məhkəməsi tərəfindən yoxlanılması və qiymətləndirlməsinin qanunauyğunluğu apellyasiya baxışında yoxlanılmış, şikayətin dəlillərinin həmin sübutlarla tam təkzib olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməsə də, vermiş olduğu ifadələrində dələduzluq əməli üzrə toplanmış sübutları təkzib edən və yaxud şübhə altına alan əsaslı bir xüsusat qeyd etməmişdir. Belə ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onun birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Hazırkı cinayət hadisəsi baxımından qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 178.2.1. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət işi materiallarında olan sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslərlə birgə hərəkət etməsinə etiraz etməmiş, törədiləcək əməlinin ictimai təhlükəliliyinin nəticəsi olaraq cinayət hadisəsinin baş verməsini, qanunla qadağan olunmasını və buna görə təqsirin müəyyən olunmasını dərk etmiş, cinayət əməlinin törədilməsinə şüurlu surətdə razılıq vermiş vermişdir. Beləliklə cinayət kollegiyası dələduzluq cinayəti ilə bağlı birinci instansiya məhkəməsində tədqiq edilmiş və yuxarıda qeyd edilmiş sübutların mötəbərliyi, əldə edilməsinin qanuniliyini müzakirə etmiş və yuxarıda qeyd edilən təkzibedici hallara görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanın yüngülləşdirilməsi, eləcə də Təqsirləndirilən şəxs3 dələduzluq cinayəti ilə bağlı təqsirsizliyi ilə bağlı apellyasiya müraciətlərinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 şikayəti üzrə CM-in 320.1-ci maddəsi üzrə verilmiş ittihamı yoxlamış və bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 həmin ittiham üzrə təqsirli bilməkdə səhvə yol vermişdir. Belə ki, həmin maddədə qeyd olunmuşdur ki, “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma” cinayət əməli hesab olunur. Təqsirləndirilən şəxs3 haqqında qeyd olunan ittiham Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini qanunsuz hazırlayıb Təqsirləndirilən şəxs2 göndərməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmin ittihamla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin şərhi barədə 15 noyabr 2019-cu iıl tarixli Qərarına istinad etməyi zəruri hesab edir. Qərarda qeyd olunanlara əsasən, hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Beləliklə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Cinayət Kollegiyası şərhdə göstərilən halları bu dələduzluq cinayət işi üzrə Təqsirləndirilən şəxs3 əməli ilə qarşılıqlı təhlil etmiş, eləcə də məhkəmə bildirişinin rəsmi sənəd olaraq hüquq verən və ya vəzifələrdən (öhdəliklərdən) azad edən sənəd olubolmamasını müzakirə etmiş, nəticə olaraq qənaətə gəlmişdir ki, qeyd olunan məhkəmə bildirişi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat xarakteri daşımaqla, bildirişin ünvanladığı şəxsə bu barədə xəbərdarlıq xarakteri daşıyır. Məhkəmə bildirişində hüquq əhəmiyyətli faktları müəyyən edən hal qeyd olunmur, Zərərçəkmiş şəxs həmin bildirşlə hüquqi vəziyyəti dəyişmir, eləcə də qanunsuz olaraq hər hansı hüququ əldə etmir və ya vəzifədən azad edilmir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etmir. Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair Təlimatın cinayət icraatı barədə 189-cü bəndinə görə, məhkəmə bildirişləri (çağırış vərəqələri) işin baxılması təxirə salınıb başqa günə təyin edilməsi, işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlmə və getmə vaxtının qeyd olunduğu, bu qeydin kargüzarlıq xidmətinin məsul işçisinin imzası və məhkəmənin ştampı ilə təsdiq olunduğu sənəddir. Həmin Təlimatın 9.3-cü bəndində qeyd olunmuşdur ki, rəsmi sənəd - şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd hesab olunur. Cinayət işində saxta hesab olunan məhkəmə bilidirişinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs kassasiya şikayəti ilə əlaqədar cinayət işinin məhkəmə baxışının 16 dekabr 2022-ci il tarixə, saat 10:30-a təyin edilməsinin, bu barədə aidiyyəti şəxslərə məlumat verilməsinin qərara alınması qeyd olunmuşdur. (cild 1, səh: 5) Halbuki təlimata əlavələrlə müəyyən edilmiş həmin forma və məzmunda məhkəmə bildirişi ümumiyyətlə müəyyən olunmamışdır. Ali Məhkəmənin Plenumunun dələduzluq cinayəti ilə bağlı Qərarının 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qeyd olunanlar əsas verir ki, ittihamın verilməsinə əsas olan saxta formada hazırlamış məhkəmə bildirişini rəsmi sənəd hesab etmək mümkün deyil, saxta hazırlanmış həmin məhkəmə bildirişi dələduzluq hərəkətinin həyata keçirilməsinin üsulu kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 məhz həmin bildirişi təqdim etməklə, Zərərçəkmiş şəxs etibarını qazanmağa, pulun ələ keçirilməsi üçün sonuncunun razılığının əldə olunmasına nail olmuş, bu hərəkəti ilə aldatmanın üsulu kimi çıxış etmişdir. Məhkəmə Kollegiyasının qənaətinə görə həmin hərəkət dələduzluq cinayəti əməli ilə əhatə olunur. Nəticə olaraq məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyasiya baxışının nəticəsinə görə CM-in 320.1-ci maddəsi ilə ittihamın Təqsirləndirilən şəxs3 istinad edilməsi hissədə birinci instansiya məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun deyil. Belə olan halda həmin maddə ilə təqsirli biinməsi və cəza təyin olunmasına aid hissələr Təqsirləndirilən şəxs3 münasibətdə ittihamdan xaric olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətləri qismən əsaslı hesab olunmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlilləri əsassız hesab olunmalıdlr. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Salyan Rayon Məhkəməsin 1(057)- 42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 403, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi5, Zərərçəkmiş şəxs apellyasiya şikayətləri qismən təmin olunsun. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi6 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətləri təmin olunmasın. Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(057)-42/2024 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi artırılaraq 03 (üç) il həddində müəyyən olunsun. Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(057)-42/2024 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən verilmiş ittiham Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə əhatə olunduğuna görə, həmin maddə ilə təqsirli bilinməsinə və cəza təyin olunmasına dair müddəalar hökmdən xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 09 (doqquz) ay, 29 (iyirmi doqquz) gün müddət yeni hökmlə ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(057)-42/2024 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar