Məhkəmə qərarları › İş №1(106)-383/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-383/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-383/2023 22.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X15 üzrə İdarənin, Apelyasiya instansiyası məhkəmələrində X15 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Müdafiəçi6, bəraət verilmiş şəxslər X10, X18 və X16, müdafiəçilər: Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Şirvan Regional Bürosunun vəkilləri Müdafiəçi8 və Müdafiəçi9 iştirakları ilə, X10, X19 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(049)- 132/2022 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(049)-132/2022 saylı hökmü (hakim İsayev Mütəllim Allahverdi oğlunun sədrliyi ) ilə, X10, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədildməsində təqsirsiz hesab edilərək və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, xx.xx.1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəl Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədildməsində təqsirsiz hesab edilərək və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, X16, xx.xx.1976-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədildməsində təqsirsiz hesab edilərək və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi, məhkəmə məsrəfi və mülki iddia məsələləri həll edilmişdir. Hökmdən narazı qalan Dövlət ittihamçısı1 apellyasiya protesti, mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev isə apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 1(106)- 520/2022 nömrəli qərarı ilə, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, X10, X19 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(049)-132/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 1(106)- 520/2022 nömrəli qərarından narazı qalan Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X25 tərəfindən isə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-196/2023 nömrəli qərarı ilə, kassasiya protesti və kassasiya şikayəti təmin edilərək, X6, X13 və X11 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarı ləğv edilib, cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəci ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) təsisçisi və direktoru X16 və X18 ilə qabaqcadan əlbir olmaqla faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 744811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X1 Əlibala Sərdar oğlu və X18 ilə qabaqcadan əlbir olmaqla faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı ünvan 4dəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 2087296,666 manat, ƏDV-ni 375713,40 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 375713,40 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 375713,40 manat ƏDV-ni az hesablamaqla dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X1 Əlibala Sərdar oğlu və X18 ilə qabaqcadan əlbir olmaqla "xxxx" MMCninadından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2018-ci il üzrə dövriyyəsi 11174281,80 manat, xərcləri 9311901,50 manat, vergi tutulan mənfəəti 1862380,30 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 372476,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəni 112582,99 manat, xərclərini 93819,16 manat, vergi tutulan mənfəətini 18763,833 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 3377,49 manat göstərməklə, 369098,57 manat mənfəət vergisini az hesablamaqla 369098,57 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) təsisçisi və direktoru X16 və X10 ilə qabaqcadan əlbir olmaqla faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1,173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 744811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X18 cəmiyyətin direktoru X16 və X10 ilə qabaqcadan əlbir olmaqla hüquqi ünvanı ünvan 5 ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 2087296,666 manat, ƏDV-ni 375713,40 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 375713,40 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 375713,40 manat ƏDV-ni az hesablamaqla dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X18 cəmiyyətin direktoru X16 və X10 ilə qabaqcadan əlbir olmaqla "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2018-ci il üzrə dövriyyəsi 11174281,80 manat, xərcləri 9311901,50 manat, vergi tutulan mənfəəti 1862380,30 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 372476,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəni 112582,99 manat, xərclərini 93819,16 manat, vergi tutulan mənfəətini 18763,833 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 3377,49 manat göstərməklə, 369098,57 manat mənfəət vergisini az hesablamaqla 369098,57 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəci ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) direktoru vəzifəsində işləyərkən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş X18 və X10 ilə qabaqcadan əlbir olmaqla cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 744811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X3 Bəxtiyar Vəli oğlu və X10 ilə qabaqcadan əlbir olmaqla hüquqi ünvanı ünvan 4dəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 2087296,666 manat, ƏDV-ni 375713,40 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 375713,40 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 375713,40 manat ƏDV- ni az hesablamaqla dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X3 Bəxtiyar Vəli oğlu və X10 ilə qabaqcadan əlbir olmaqla "xxxx" MMCnin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2018-ci il üzrə dövriyyəsi 11174281,80 manat, xərcləri 9311901,50 manat, vergi tutulan mənfəəti 1862380,30 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 372476,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəni 112582,99 manat, xərclərini 93819,16 manat, vergi tutulan mənfəətini 18763,833 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 3377,49 manat göstərməklə, 369098,57 manat mənfəət vergisini az hesablamaqla 369098,57 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022-ci il tarixli hökmündən X15 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən apelyasiya protesti və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş apelyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində X10, X18 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə olan cinayət işinə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini,təqsirləndirilən şəxslərin barəsində istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə bəraət hökmü çıxararkən xx.xx.2021-ci il tarixli 9/2992 saylı və xx.xx.2021-ci il tarixli 9/8513 saylı ekspert rəylərini əsas götürərək, "xxxx" MMC-nin heç bir vergi borcunun olmadığı qənaətinə gəlsə də, cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 3474 saylı ekspert rəyini nəzərə almamışdır. Halbuki həmin rəydən görünür ki, "xxxx" MMC-də 2018-ci il üzrə 375713,40 manat məbləğində əlavə dəyər vergisi və 372476,06 manat mənfəət vergisi olmaqla ümumilikdə 74481197 manat vergi məbləğinin təşkil etdiyini, 120014,30 manat vergilərin ödənilməsi nəzərə alındıqda 624822,76 manat dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin olması qeyd olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmə istintaqı zamanı əldə olunmuş 13 iyul 2021-ci il tarixli, 9/2992 saylı və 28 dekabr 2021-ci il tarixli, 9/8513 saylı ekspert rəyləri tam əsassızdır: Belə ki, ekspertlər hər iki rəydə qeyd edirlər ki, “Müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan verginin məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə faktura, e-qaimə faktura, ödəniş sənədləri, kassa mədaxil-məxaric orderləri, VHF-lər, e- VHF-lər və s.), yük gömrük bəyannamələri və s. tam şəkildə öz əksini tapmamışdır. Bu halda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə ekspert məhkəmə ekspertizasının aparılmasından imtina edir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” xx.xx.1999-cu il tarixli 758-İQ nömrəli qanunun 12-ci maddəsinin tələbinə əsasən ekspert tərəfindən rəy verməkdən imtina etməli idi. Qanunun 12-ci maddəsinə əsasən tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə ekspert rəy verməkdən imtina edir. Göründüyü kimi, ekspertin vəsatətinə əsasən zəruri sənədləri tam təqdim etmədiyi halda ekspertin yarımçıq sənədlər əsasında rəy verməyi tamamilə qanunsuz və əsassızdır və ekspertizanın prosessual pozuntuya yol verilməklə keçirilməsini təsdiq edir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda (verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə) rəy verməyin qeyri-mümkünlüyü barədə təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) yazılı formada məlumat vermək ekspertin vəzifəsidir. Lakin ekspert tam şəkildə zəruri biliyindən kənara çıxan hüquqi müstəvidə olan suallara cavab vermiş və maddi hüquq normalarının tətbiqi üzrə fəaliyyət göstərmişdir. Belə ki, Vergi Məcəlləsinin normalarının düzgün tətbiqi ilə bağlı məsələlər hüquqi aspekt olmaqla məhkəmənin səlahiyyətində olduğu üçün və qeyd olunan suallara cavab verilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertin qanunvericiliyin tətbiqi ilə bağlı suallara cavab verməsi doğru olmamaqla qanunvericiliyə birbaşa ziddir. Hüquqi məsələlərlə bağlı ekspertizanın təyin edilməsi isə qanunvericilikdə müəyyən olunmamışdır. Göründüyü kimi məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən kifayət qədər əsaslar olduğu təqdirdə imtina etməmiş, tərəf olaraq mülki iddiaçının hüquqlarının pozulması ilə nəticələnə biləcək şəkildə rəy vermişdir. Eyni zamanda, ekspertlər rəyində belə nəticəyə gəlmişlər ki, ekspertiza tədqiqatına verginin hesablanması üçün əsas olan sənədlər qismən təqdim olunmuşdur. Lakin buna baxmayaraq ekspertin gəldiyi nəticəni təsdiq edəcək aşağıdakı zəruri məlumatların heç biri ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində öz əksini tapmamışdır: -xərci və gəliri təsdiq edən sənədlərin konkret növü, sayı, tarixi və digər rekvizitləri; -konkret sənədlər üzrə öz təsdiqini tapmış xərc və gəlir məbləğləri; -iddiaçının əməliyyat apardığı hər bir konkret vergi ödəyicisi üzrə xərc və gəlirin ayrılıqda məbləği; Qeyd olunan məsələlər yoxlanılmadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün olmadığı üçün adıçəkilən rəylər mötəbər sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 744.811,97 manat məbləğində mülki iddiaının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq zamanı təsdiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X16, X18 və X10 qabaqcadan əlbir olmaqla hüquqi ünvanı ünvan 4dəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 2.087.296,66 manat, ƏDV-ni 375.713,40 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 375.713,40 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 375.713,40 manat ƏDV-ni az hesablamaqla dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X16, X18 və X10 ilə qabaqcadan əlbir olmaqla "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2018-ci il üzrə dövriyyəsi 11.174.281,80 manat, xərcləri 9.311.901,50 manat, vergi tutulan mənfəəti 1.862.380,30 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 372.476,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəni 112.582,99 manat, xərclərini 93.819,16 manat, vergi tutulan mənfəətini 18.763,83 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 3.377,49 manat göstərməklə, 369.098,57 manat mənfəət vergisini az hesablamaqla 369.098,57 manat mənfəət vergisini ödəməkdən yayındırmaqla ümumilikdə, xüsusilə külli miqdar təşkil edən 744.811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmişdir. Lakin, məhkəmə araşdırmalarını, sübutların yoxlanılması və qiymətləndirilməsini bəraət istiqamətində həyata keçirərək, şəxsin təqsirli olduğunu heç bir şübhə olmadan müəyyən edən sübutlara heç bir münasibət bildirmədən və qiymət vermədən gəldiyi qənaəti əsaslandırmağa çalışmışdır. Halbuki cinayət prosessual qanunvericiliyə əsasən əldə olunmuş bütün sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilməli və həqiqətin müəyyən olunması baxımından qeyd olunan sübutların rolu əks olunmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Dövlət ittihamçısı3 apelyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apelyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsini, X10, X18 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə, olan cinayət işinə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmasını xahiş etdi. Apelyasiya instansiyası məhkəməsində iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Müdafiəçi6 verilmiş apellyasiya şikayəti və apellyasiya protestinin təmin edilməsini,10 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini, 06 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 744.811,97 manat məbləğində mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya instansiyasında məhkəmə baxışı zamanı bəraət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi2 çıxış edərək, müdafiəçisi olduğu şəxsin təqsiri heç bir mötəbər sübutla təsdiq olunmadığından,birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini, buna görə də apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini,Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında bəraət almış şəxs X10 müdafiəçisi Müdafiəçi2 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsini,birinci instansiya məhkəməsinin onun barəsində olan bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiyasında məhkəmə baxışı zamanı bəraət almış şəxs X12 müdafiəçisi Müdafiəçi9 apellyasiya protesti və apellyasiya şikayətinə etiraz edərək, Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(049)-132/2022 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan bəraət hökmünün qüvvəsində saxlanımasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında bəraət almış şəxs X18 müdafiəçisi Müdafiəçi9 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiyasında məhkəmə baxışı zamanı bəraət almış şəxs X7 müdafiəçisi Müdafiəçi8 çıxış edərək, birinci instansiya məhkəməsinin hökmününədalətli və əsaslı olduğunu bildirdi və Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan bəraət hökmünün qüvvəsində saxlanımasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında bəraət almış şəxs X16 müdafiəçisi Müdafiəçi8 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestində və apellyasiya şikayətində X10, X19 və X11 bəraət verilməsinə dair hökmün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143, 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş üzrə keçirilmiş ekspertiza rəylərini, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək Rövşən Rüstəmov, Bəxtiyar Məmmədov və Əlibala Məmmədovun barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət hökmü çıxarmışdır. Apellyasiya protesti və apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, lakin Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022-ci il tarixli hökmü mülki iddia hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protest və şikayətdə qeyd edilən əsas məsələlərə, yəni cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 3474 saylı ekspert rəyinin nəzərə alınaraq ona uyğun yekun qərar qəbul edilməli olduğu halda birinci instansiya məhkəməsi əksinə olaraq xx.xx.2021-ci il tarixli 9/2992 saylı və xx.xx.2021-ci il tarixli 9/8513 saylı ekspert rəylərinə istinad edərək, "xxxx" MMC-nin heç bir vergi borcunun olmadığı qənaətinə gəlməsi və bəraət hökmü çıxararkən düzgün nəticəyə gəlməməsi ilə bağlı dəlillərə qiymət verilməlidir. Apellyasiya protesti və apellyasiya şikayətində qeyd edildiyi kimi, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 fevral 2020-ci il tarixli 3474 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan sənədlər və mal qalığının olmaması nəzərə alındığı təqdirdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 371220,78 manat məbləğində əlavə dəyər vergisinin az hesablanması, 4492,62 manat məbləğində məfəət vergisinin artıq hesablanması müəyyən edilsə də, bu xüsusat birinci və apellyasiya instansiya məhkəmələrində aparılan məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə biri digərini tamamlayan və aşağıda göstərilən ekspert rəyləri ilə təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2187 saylı ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadı. Həmçinin qeyd edilmişdir ki, tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və mənfəət vergisi üzrə bəyannamələr təqdim edilmişdir ki, həmin mənfəət vergisi bəyannaməsində 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi 3377,49 manat məbləğində göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin komission məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2992 saylı ekspert rəyindən görünür ki, ekspertlər qarşısında suallarda göstərilən dövriyyələr üzrə **********186563 saylı xx.xx.2019cu il tarixli səyyar vergi yoxlaması aktında hesablamalar aparılmış və həmin hesablamalar üzrə vergilər hesablanmışdır. Yəni həmin dövriyyələr üzrə hesablanmış vergilər səyyar vergi yoxlamasında öz əksini tapmışdır. (Səyyar vergi yoxlaması aktının 9- 11 səhfələri) İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar komission məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8513 saylı ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlamalar (kameral və səyyar hesablanmış) ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadı. Həmçinin qeyd edilmişdir ki, tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və mənfəət vergisi üzrə bəyannamələr təqdim edilmişdir ki, həmin mənfəət vergisi bəyannaməsində 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan vergi 3377,49 manat məbləğində, ƏDV bəyannamələrində isə dövlət büdcəsinə ödənilməli olan vergi 13370,45 manat göstərilmişdir. İş materiallarında olan müəssisənin şəxsi hesab vərəqəsindən göründüyü kimi, müəssisə tərəfindən bəyan edilmiş göstərilən məbləğlər ödənilmişdir. Yəni, müəssisənin 3377,49 manat məbləğində mənfəət vergisi və 13370,45 manat məbləğində ƏDV üzrə borcu mövcud deyildir. Dövlət büdcəsinə ödənilməkdən yayındırılan vergi məbləğlərinin mövcud olubolmamasına aydınlıq gətirilməsi üçün təkrar məhkəmə ekspertizasının təyin edilməsinin zəruri olmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli qərarında qeyd edilən göstərişə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təkrar komission məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2023-cü il tarixli, 9/8513 saylı ekspert rəyindən görünür ki, ekspertlər həmin rəydə komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2992 saylı və təkrar komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8513 saylı rəylərinə istinad etməklə hazırki rəyin təsviri əsaslandırıcı hisəsində aşağıdakıları qeyd etmişlər: - Rəyin tədqiqat hissəsində göstərilənlərəəsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlamalar (kameral və səyyar hesablanmış) ilə dövlət büdcəsinəəlavə olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadı. Həmçinin qeyd edilir ki, tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi üzrə bəyannamə təqdim edilmişdir ki, həmin bəyannamədə 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi 3.377,49 manat məbləğində göstərilmişdir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlamalar (kameral və səyyar hesablanmış) ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadı. Həmçinin qeyd edilir ki, tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və mənfəət vergisi üzrə bəyannamələr təqdim edilmişdir ki, həmin mənfəət vergisi bəyannaməsində 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan vergi 3.377,49 manat məbləğində, ƏDV bəyannamələrində isə dövlət büdcəsinə ödənilməli olan vergi 13.370,45 manat göstərilmişdir. Qeyd edilir ki, iş materiallarında olan müəssisənin şəxsi hesab vərəqəsindən göründüyü kimi, müəssisə tərəfindən bəyan edilmiş göstərilən məbləğlər ödənilmişdir. Yəni, müəssisənin 3.377,49 manat məbləğində mənfəət vergisi və 13.370,45 manat məbləğində ƏDV üzrə borcu mövcud deyildir. Həmin rəyin nəticə hissəsində isə qeyd edilmişdir ki, Ekspertlər qarşısında qoyulan suallara əsasən tədqiqat zamanı müəyyən edildi ki, müəssisənin ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı bir qism gəlir-xərc sənədləri (e-qaimə fakturalar, bank və kassa sənədləri və s.) mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə və mühasibat uçotu üzrə həyata keçirilən fəaliyyətə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Rəyin tədqiqi hissəsdə qeyd edildiyi kimi, ekspertlər qarşısında qoyulan suallarda göstərilən dövriyyələr üzrə xx.xx.2019-cu il tarixli, **********186563 saylı səyyar vergi yoxlaması aktında hesablamalar aparılmış və həmin hesablamalar üzrə vergilər hesablanmışdır. Yəni həmin dövriyyələr üzrə hesablanmış vergilər səyyar vergi yoxlaması aktında öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı vəsatət verərək yuxarıda qeyd edilən rəyin kifayət qədər aydın olmadığını bildirib rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsini xahiş etmiş, məhkəmə kollegiyası cinayət prosesi tərəflərini dinləyib vəsatəti təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən iqtisad ekspertizaları şöbəsinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu X17 ifadəsində bildirdi ki, komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2992 saylı və təkrar komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8513 saylı rəyləri ilə sonuncu rəy, yəni onların tərəfindən verilən 14 avqust 2023-cü il tarixli, 9/8513 saylı ekspert rəyi üstüstə düşür. Yalnız hazırki iş materiallarında olan və ibtidai istintaq zamanı verilmiş məhkəməmühasibatlıq ekspertizasının 24 fevral 2020-ci il tarixli 3474 nömrəli rəyi ilə məhkəmə istintaqı zamanı verilmiş rəylərin arasında fərq mövcuddur. Bu fərqin səbəbi isə ibtidai istintaq zamanı rəy verilərkən iş materiallarındakı sənədlərin natamam olmasıdır. Sonradan ekspertlərin vəsatətləri əsasında iş materiallarına əlavə edilmiş sənədlərə uyğun olaraq növbəti rəylər verilmişdir. Ekspert X2 cavab olaraq bildirdi ki, mənfəət vergisinin əvvəlki hesablama qaydası Vergilər Məcəlləsinə zidd olmuş, ədv vergisinin hesablanması zamanı isə anbara baxış keçirilməmiş, inventarizasiya aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında dindirilən şahid, iqtisad ekspertizaları şöbəsinin aparıcı eksperti, İ dərəcəli ədliyyə qulluqçusu X22 da X8 ifadəsinə uyğun ifadə verdi. İş materiallarından görünür ki, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı ekspert tərəfindən xx.xx.2021-ci il tarixdə Lənkəran rayon məhkəməsinə vəsatətlə müraciət edilmiş, həmin vəsatət əsasında Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları və həmin məktublara əlavə olunmuş müvafiq sənədlər Ekspertiza Mərkəzinə göndərilmişdir. Göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələrində aparılan məhkəmə istintaqı zamanı əldə edilmiş ekspert rəyləri üst-üstə düşmüş və bir-birini tamamlamışdır. Bu hal da özlüyündə qeyd edilən ekspert rəylərinin sübut olaraq mötəbərliyinə dəlalət edən haldır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş ittihamın həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza rəylərinin mötəbərlilik baxımından qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir. Sadalananlardan aydın görünür ki, məhkəmə bəraət hökmü çıxararkən ayrı-ayrılıqda keçirilmiş üç ekspertiza rəylərinə, ittiham tərəfi isə sonradan keçirilən ekspert rəyləri ilə təkzib olunan yalnız bir ekspert rəyinə əsaslanmışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizaların daha ətraflı və obyektiv keçirilməsini və bu rəylərin ibtidai istintaq zamanı keçirilmiş ekspert rəyindən daha mötəbər sübutlar hesab edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edir. Birinci instansiya məhkəməsinin ibtidai istintaq zamanı əldə olunmuş ekspert rəyinin ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməməsi barədə gəldiyi qənaət cinayət və cinayət prosessual qanunvericiliyin prinsip və normalarına uyğun olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin,müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəlıi sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ittihamın əsası kimi təqdim edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 fevral 2020-ci il tarixli 3474 nömrəli rəyi Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının müəyyən etdiyi sübut standartlarına malik olmadığından, həmin ekspert rəyi Rövşən Rüstəmov, Bəxtiyar Məmmədov və Əlibala Məmmədovun təqsirini birbaşa təsdiq edən mötəbər dəlil kimi qiymətləndirilə bilməz. Bu baxımdan da apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş və düzgün olaraq Rövşən Rüstəmov, Bəxtiyar Məmmədov və Əlibala Məmmədovun təqsirlilikləri sübuta yetirilmədiyinə görə Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən onların hər birinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət vermişdir. Bununla belə, nəhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianı rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndinə əsasən təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq-cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq-onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Rövşən Rüstəmov, Bəxtiyar Məmmədov və Əlibala Məmmədova bəraət hökmü CPM-in 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla-təqsirliliklərinin sübuta yetirilməməsinə görə çıxarılmış, həmin əsasla bəraət hökmü çıxarıldıqda mülki iddia baxılmamış saxlanılmalı olduğu halda rədd edilmişdir. Bu səbəbdən, hökm həmin hissədə dəyişdirilməli və mülki iddia baxılmamış saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X10, X19 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022ci il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin “dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ziyanın (vergi məbləğinin) mülki cavabdeh "xxxx" MMC-dən tutulub dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar