Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-39/2025 11.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər- Şirvan regional vəkil bürosunun vəkilləri Müdafiəçi4 oğlunun və Müdafiəçi5 iştirakları ilə. xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbəsi mədən 2, Korpus 77, ev 36-da qeydiyyatda olmaqla hazırda Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyi bina 9, mənzil 51-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə məhkum edilməsinə, xx xxx 1987-ci il tarixdə Beyləqan rayon Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan-Binəqədi şosesi X4 fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(099)-197/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(099)-197/2024 saylı hökmü ilə (hakimlər - X5 (sədrlik edən), X6 və X3) Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 iyul 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müyyən edilmiş; Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 01 il, 06 altı ay müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 01 il, 06 altı ay müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 iyul 2023-cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və İran İslam Respublikasının (bundan sonra İİR) ərazisində olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əvvəlcədən ümumi razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxs 01 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 1220 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “yolların daralması” xəbərdaredici yol nişanı dirəyinin yaxınlığındakı ağacın altında gizlədildikdən sonra bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, daha sonra sonuncu 04 iyul 2023-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai i30” markalı ** XS *** dövlət nömrə nişanlı avtomobillə onunla birlikdə həmin yerə sözügedən narkotik vasitəni götürmək məqsədilə gələrək, Biləsuvar-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyindən Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbə istiqamətində gedərkən həmin yolun sol tərəfində quraşdırılan “yolların daralması” xəbərdaredici yol nişanı dirəyinin yaxınlığında əkilmiş ağacın altında gizlədilmiş həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmək istəyən zaman Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanıldıqlarından cinayət əməllərinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 iyul 2023-cü il tarixdə saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə “Hyundai i30” markalı ** XS *** dövlət nömrə nişanlı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “yolların daralması” xəbərdaredici yol nişanı dirəyinin yaxınlığında dayanaraq qeyd olunan yol nişanının yaxınlığında olan ağacın ətrafında gizlədilmiş 01 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 1220 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı götürmək istəyərkən polis əməkdaşlarının yaxınlaşdıqlarını görərək hadisə yerindən qaçmalarına baxmayaraq Cəbrayıl sakinlərinin yaşadığı yaşayış məntəqəsində yaxlanmışlar və Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına mobil telefonunda olan konuma uyğun olaraq qeyd olunan narkotik vasitə marixuananı təqdim etmişdir. Hökm məhkəmə istintaqında məhkum edilmiş şəxslərin ibtidai və məhkəmə istintaqında vermiş olduğu ifadələr, şahid ifadələri və digər toplanmış, yoxlanılmış və qiymətləndirilmiş əsas sübutlarla əsaslandırılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində qeyd etmişdir: -O, marixuna aludəçisi olmuş və 50 qram marixuana götürməyə getmiş, lakin polis əməkdaşları onun narkotik vasitəni götürməyə imkan verməmiş və bölməyə apararaq 1 kq 200 qram marixuananın onun olduğunu deyərək zorla imza etdirmişlər. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan gün 50 qram çəkidə narkotik vasitəqurudulmuş marixuana götürmək üçün getsə də, lakin nə həmin çəkidə, nə də ittihamda göstərilmiş çəkidə narkotik vasitə götürmədiyi, hər hansı bir şəxslə narkotik vasitənin götürülməsi və ya satışı ilə bağlı danışıqlar aparmadığı məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamın əsassızlığı, eləcə də şübhəli olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur, ona qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamışdır. Təqsirləndirilən şəxs1 tamamilə təqsirsizdir və hətta o, öz təqsirsizliyini sübut etməyə borclu da deyildir. Göstərilən dəlillərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində olan 29 avqust 2024-cü il tarixli, 1 (099)-197/2024 saylı ittiham hökmü ləğv edilsin və Təqsirləndirilən şəxs1 bəraət verilməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində qeyd etmişdir ki, təyin edilmiş cəza ilə razı deyil. Bu cinayət işində onun heç bir günahı yoxdur. İşinə yenidən baxılmasını və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində qeyd etmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılarkən məhkəməyədək ibtidai araşdırma zamanı qanunsuz üsul və vasitələrlə toplanılmış ilkin etirafedici izahat və ifadələrin alınması, videoçəkilişdən öncə onunla edilmiş pis rəftar, nəticədə səhhətinin pisləşdiyindən təcili tibbi yardımın çağırılması, şəxsi axtarışı aparan Cəbrayıl RPŞ-nin təhqiqatçısı Şamo Mehdiyevin çəkiliş zamanı şəxsi axtarışı müdafiəçinin iştirakı ilə hər dəfə dayandırmaqla bir neçə dəfə çəkiliş etməsi və ondan istədiyi sözü deməsini tələb etməsi və buna nail olmaqla şəxi axtarış çəkilişinin aparılması ilə, sair psixi və fiziki zorakılıq metodlardan istifadə edilməklə sübutlar toplandığına görə, məhkəmə həmin sübutların məcmusuna obyektiv qiymət verməmiş, əsas şahidlərin siyahısında olan Şahid3 məhkəmədə dindirilməsi barədə vəsatət təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə” Protokolunda qeyd olunur ki, “Əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 20.40-da 6 saylı qəsəbədə yerləşən körpünün yaxınlığında əməliyyat müşahidəsinə götürüldü. Təqsirləndirilən şəxs1 məxsus Hyundai İ30 **-XS-*** d.q.n avtomobili təxminən 30 dəqiqə müşahidə etdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 6 saylı qəsəbədə yerləşən asfalt yolunun daralması nişanının yanında saxlayan zaman əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə dərhal qeyd olunan şəxsə yaxınlaşıb özümüzü təqdim etdik və həmin şəxsləri Təqsirləndirilən şəxs1 idarə etdiyi Hyundai İ30 **-XS-*** d.q.n avtomaşınla birlikdə Cəbrayıl RPŞ-nə gətirdik.” Qeyd olunan əməliyyat tədbiri xx.xx.2023-cü il tarixdə saat 20.40-dan 30 dəqiqə müddətində (saat 21.10-dək) müşahidə aparılmaqla keçirilmiş, müşahidə keçirilən zaman Təqsirləndirilən şəxs2 avtomaşından düşüb narkotik vasitənin atıldığı yerdən götürməyə cəhd etməsi və polisləri görüb geri qaçaraq qayıdıb avtomaşına minməsi faktı qeyd olunmamış, təqsirləndirilən şəxslərin olduqları avtomobil 6 saylı qəsəbədə yerləşən asfalt yolunun daralması nişanının yanında dayandıqdan sonra təqsirləndirilən şəxslər saxlanılmışlar. xx.xx.2023-cü il tarixdə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 04 iyul tarixində Təqsirləndirilən şəxs2 zəng edərək onu Salyan rayonuna aparmasını xahiş etmiş, Təqsirləndirilən şəxs2 idarə etdiyi Hyundai İ30 **-XS-*** avtomaşını ilə Salyan rayonu istiqamətində getməyə başlamışlar, yolda İranlı Möhsünlə telefonla danışmış, Möhsun narkotiki Biləsuvar rayonunda gizlətdiyini demiş, Salyana çatanda Biləsuvar rayonu ərazisinə getməyi bildirmiş, Təqsirləndirilən şəxs2 halının yaxşı olmadığı üçün avtomobili ona idarə etməyə tapşırmış, Salyan rayonunda avtomobildən düşərək kafedə dincələn zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün getdiyini demiş, Təqsirləndirilən şəxs2 etirazını bildirməmişdir, sonra yolda X10 Mürsəliyevin telefonuna atdığı konuma uyğun olaraq avtomobillə Cəbrayıl qəsəbəsinə çatmışlar və orada narkotiki götürmək istəyərkən polis əməkdaşları tərəfindən tutulmuşlar. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs2 müdafiəçisi X1 iştirakı təmin olunmadan keçirilmiş, Təqsirləndirilən şəxs2 müdafiə hüquqları pozulmuş, istintaq hərəkətlərinin icraatı qaydaları pozulmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolu mümkünsüz sübut hesab olunmalı, ittiham sübutu kimi qəbul olunmamalıdır. Göstərilənlərə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini və ya məhkum Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(099)-197/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 oğlunun apellyasiya şikayətlərinin dəlillərini müdafiə etmiş, onlar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1-(099)-197/2024 saylı ittiham hökmünün ləğv edilməsini və bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 AR CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə bəraət verilməsi və ya məhkum Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Apellyasiya müraciətinin dəlillərindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri təqsirsiz olduqlarını iddia edirlər və bununla da hökmün ləğv olunması üçün CPM-in 402.0.1-ci maddəsində nəzərdə tutulmuş “İrəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilmədikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir” prosessual əsasından çıxış edirlər. Belə ki, CPM-in 399.1.3-cü maddəsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından birini müəyyən edir. Odur ki, müraciətin dəlilləri təqsirsizlik prezumpsiyasının tələblərinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 21.1.-21.3-cü maddələrinin tələbləri üzrə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham hökmü üzrə müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilibyetirilməməsi ilə əlaqədar, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutların yoxlanılması və qiymətləndirlməsinin qanunauyğunluğu apellyasiya baxışında yoxlanılmış, şikayətin dəlillərinin həmin sübutlarla tam təkzib olunması, eləcə də hökmün CPM-in 346 və 351-ci maddələrinin tələblərinə uyğun olması müəyyən edilmişdir. Məhkum edilmiş şəxslər hal-hazırda və birinci instansiya məhkəməsində özlərini təqsirli bilməsələr də, ittihamla əlaqəli toplanmış sübutları təkzib edən və yaxud şübhə altına alan əsaslı bir xüsusat qeyd etməmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində beş-altı ildir narkotik vasitələrdən marixuanadan istifadə etdiyini, sosial şəbəkədə özünü İİR vətəndaşı kimi təqdim edən Möhsüm adlı şəxslə tanış olmasını, Möhsümün ona əlli qram marixuana pay göndərəcəyini vəd etmsini, 04 iyul 2023-cü ilin günorta saatlarında Möhsüm ona zəng edərək narkotik vasitənin yeri barədə məlumat verməsini, həmin vaxt Beyləqan rayonuna yas mərasiminə gedən Məhəbbətlə danışmış, birlikdə Bakı şəhərindən yola düşmələrini, Məhəbbətə əvvəlcə zarafatyana “nəşə”, daha sonra Biləsuvarda ağsaqqal adamla görüşüb pay götürəcəyini deməsini, Möhsümün ona narkotikin yeri barədə konum göndərməsini, lakin narkotikin yerin tapa bilmədiyini, elə həmin vaxt ağ rəngli Niva markalı avtomobilin gəlməsini, idarə etdiyi avtomobili sürüb qəsəbələr olan yerə çatmasını, orada polislər onlara çatıb, ikisini də şöbəyə aparmalarını bildirmişdir. Bundan başqa qeyd etmişdir ki, şöbədə baxış keçirilmiş, lakin narkotik maddə aşkar etməmişlər. Sonra polislər telefonundakı konumu aşkar etmişlər. Bundan sonra birlikdə konumla gəlmişlər, görmüşdür ki, orada sellofan bükülü var. Polislər həmin bükümü götürməsini istəmişlər, o isə əl vurmamışdır ki, bunun ona aidiyyəti yoxdur. Həmin bükümü tərəziyə qoymuşlar 1220 qram olmuşdur. Göstərilənlərdən əlavə Təqsirləndirilən şəxs1 ibtidai istintaqda həmçinin bildirmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonunda yolda olan zaman o, Təqsirləndirilən şəxs2 demişdir ki, “mənə özünü Möhsüm kimi təqdim edən İİR vətəndaşı narkotik vasitə olan qurudulmuş marixuana göndərib, Salyan rayonuna onu götürməyə gedirəm”. Təqsirləndirilən şəxs2 isə ona bir söz deməyərək razılaşmış və yollarına davam etmişlər.” Bundan əlavə həmin ifadədə “...Hərəkət edərkən yol üzərində olan körpünü keçmişlər və “konumun” son nöqtəsinə baxmayaraq narkotik vasitənin gizlədildiyi yeri dəqiq tapa bilməmişlər. Ona görə də avtomobillə asfalt yolla düz istiqamətdə hərəkət edərək yaşayış olan yerə qədər getmişlər və yoldan sağa dönmüşlər. Həmin yolla bir qədər hərəkət edərək tanımadığı yaşayış məntələqəsinə çatmışlar, lakin orada olan tanımadığı mağazalardan birindən su almışlar. O, yenidən avtomobili idarə etməyə başlamış və narkotik vasitənin gizlədildiyi yerə uyğun konumu tapmağa başlamışlar. Konuma uyğun olaraq yenidən geriyə doğru hərəkət edərək gəldikləri asfalt yola çıxmışlar, sola dönərək təxminən 1-2 kilometr yol qət edib, yenidən Biləsuvar-Bəhrəmtəpə avtomobil yoluna çıxmışlar. Sonra yenidən konuma uyğun olaraq qəsəbə istiqamətində, yəni geriyə hərəkət edib “yolun daralması” nişanına çatmışlar. Həmin vaxt avtomobili o idarə etdiyi üçün şəkildə olan həmin yol nişanın yanında avtomobili saxlamışdır. İranlı Möhsümün ona göndərdiyi konumun son nöqtəsinin olduğunu və şəkil atdığı ağacın yanında gizlətdiyi yeri dəqiq olduğunu görmüşdür. Bu vaxt saat təxminən 20 radələri olmuş və gün batmağa başlamışdır. O, avtomobili saxlamış və təxminən bir dəqiqə orada gözlədikdən sonra yanında əyləşən Təqsirləndirilən şəxs2 ağacın dibində olan bükülünü götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş və yol kənarında olan ağacın ətrafına baxaraq ağacın dibində olan bükülüyə yaxınlaşmaq istəyərkən ağ rəngli “Chevrolet Niva” markalı avtomobilin onlara tərəf gəldiyini görmüş və həmin avtomobilin polis əməkdaşlarına məxsus olduğunu anlamışdır. Buna görə də, Təqsirləndirilən şəxs2 qışqıraraq polis əməkdaşları gəldiyini və təcili avtomobilə əyləməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 bükülünü götürmədən geri qayıdaraq avtomobilə əyləşmiş və o, təcili avtomobili yaşayış məntəqələri istiqamətində idarə etmişdir. “Chevrolet Niva” markalı avtomobil mənə yaxınlaşmış, lakin o idarə etdiyi avtomobili sağ-sol edərək “Chevrolet Niva” markalı avtomobilin yanından keçib yaşayış məntəqələri istiqamətində hərəkətini davam etdirərək yaşayış məntəqələrinə daxil olmuş və dəqiq tanımadığı küçədə avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşüb hərəsi bir tərəfə qaçmışlar. Lakin qaçmaqlarına baxmayaraq polis əməkdaşları onları tutaraq polis şöbəsinə gətirmişlər.” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istintaqda verdiyi ifadələrini təsdiq etmir, müstəntiq tərəfindən o döyülüb, təhdid edilməmiş, lakin həmin ifadələri oxumadan imza etmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaqda demək olar ki, eyni məzmunda ifadə vermiş, həmçinin ibtidai istintaqda Təqsirləndirilən şəxs1 ona “nəşə” almasını zarafatla deməsini bildirmişdir. İş üzrə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “... 04 və ya 05 iyul 2023-cü il tarixdə yaşadığı evin həyətində olan vaxt yaşadığı camaatın küçəyə çıxdığını və polis əməkdaşlarının kimlərisə axtardığını bilmişdir... Gərmə qalağının yanında bir nəfər şəxsin əlində telefonu saxlayaraq gizləndiyini görmüşdür. Bu zaman təcili qışqıraraq həmin şəxsi tapdığını demiş və polis əməkdaşları onun yaşadığı evin həyətinə daxil olaraq şəxsi yaxlayıb aparmışlar. O, həmin şəxsə qandal vurulmasını görməmiş, o heç bir müqavimət göstərməmiş, ona fiziki təsir etməmişlər...” Birinci instansiyanın məhkəmə istintaqında dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunda və təqsirləndirilən şəxslərin ibtidai istintaqda olan ifadələrinə uyğun ifadə vermişlər. 05 iyul 2023-cü il tarixli “Baxış keçirilmə və götürmə barədə” protokoldan və videoçəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus “İphone 8” markalı mobil telefonun “WhatsApp” ani yazışma proqramına “Möhsüm İ.N” adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi şəkil və konuma, eyni zamanda Tahir Müsrəliyevin konuma uyğun olaraq təqdim etdiyi yerə, yəni Biləsuvar-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyindən Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbə istiqamətində gələn zaman həmin yolun sağ tərəfində quraşdırılmış “yolun daralması” xəbərdaredici yol nişanı dirəyinin yanında olan ağacın dibində gizlədilmiş bir ədəd qara rəngli sellofan torbada bükülü paketdə yaşıl rəngli, spesifik iyə malik və 1238 (bir min iki yüz otuz səkkiz) qram çəkidə narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə olması müəyyən olaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. (c İ, i.v 54-56) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsustaları təsdiq edərək, 04 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə yol gələn zaman sonuncuya Salyan rayonundan narkotik vasitə götürmək üçün getdiyini dediyini və Təqsirləndirilən şəxs2 isə ona heç bir etiraz etmədiyini, eyni zamanda yolda birlikdə gələn zaman iranlı Möhsüm ona narkotik vasitəni gizlətdiyi yerin konumunu və şəkillərini göndərdikdən sonra o, həmin konum və şəkilləri avtomobildə sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs2 göstərdiyini bildirərək Təqsirləndirilən şəxs2 üzünə demişdir. (c İ, i.v 98-99) Təqsirləndirilən şəxs1 istifadəsində olan «İPHONE 8» markalı mobil telefonda olan «Whatsapp» proqramında zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 “Bakcell” operatoruna məxsus +**********86 saylı mobil nömrə ilə «Whatsapp» proqramından qeydiyyatdan keçmiş və həmin nömrə ilə «Whatsapp» proqramında profil açaraq istifadə edir. İran mobil operatoruna aid “Möhsüm İ.N” adı ilə qeydiyyata alınmış +98 933 097 1988” mobil nömrəsi Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********86 saylı mobil nömrəyə «Whatsapp» proqramı vasitəsilə 04 iyul 2023-cü il saat 18:53-də “Qaqaw”, “Hardasa”, “Catmadin”, “Ora”, saat 19:12-də “Qaqaw”, saat 19:12-də “Qaqa eşidirsən qadanalım deyir gəlsin Səmədabada, Səmədabad bilmirəm haradı bidənə internetdə vur, gör Səmədabada ordan nə qədərdi, deyir 15 dəqiqə 10 dəqiqə yoldu da deyir, Səmədabadın girişində bir yerdə saxlasın mən deyir atım sənə, sən at ona”, saat 19:49-da yol və həmin yolun sağ tərəfində “yolun daralması” xəbərdaredici yol nişanı və həmin yol nişanının yanından oxla işarələnmiş ağac, bundan başqa ağac və otluq yerdə bir ədəd bükülü olan iki ədəd şəkil, saat 20:03-də “Qaqa götürdün yaz ha qadanalım, götür tez get ha başınadönüm o uşaq səni gözləyir”, saat 20:06-da “Guturdun xeber ele”, saat 20:22-də “Noldu”, “Tahir”, “Guturdun” və “Yoxsa yo”, saat 20:38-də “Noldu”, “Qaqaw”, saat 20:50-də “Ay qaqa cavab verde sene gorban”, saat 20:53-də “Alo”, “Ay qardas oyda”, “Cavab yazde”, “Noldu ne xeber”, saat 21:08-də “Qaqa”, saat 21:10-da “Qaqaş nə xəbər ay qardaş, qaqa sənə bir elə zəng edirəm cavab verdə, yığıram açda bir, nə oldu qardaşım sən mənə dedin beş dəqiqəyə, beş dəqiqən sənin nə oldu üstündən iki saat bu nə hərəkətdi bir zəngimə cavab verdə”, saat 21:12-də “Qaqaw ne danısırsan sen”, “Birdene düzgün cavab ver”, saat 21:16-da narkotik vasitənin gizlədildiyi yerə, yəni Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun 49-cu kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbəyə gedən yola aid konum (məkan) bildirimi, eyni zamanda yuxarıda göndərilən, yəni yol və həmin yolun sağ tərəfində “yolun daralması” xəbərdaredici yol nişanı və həmin yol nişanının yanından oxla işarələnmiş ağac, bundan başqa ağac və otluq yerdə bir ədəd bükülü olan iki ədəd şəkil, saat 21:18-də “Ay qaqaw sen burda menen durub mezelenirsen”, saat 21:21-də “Tahir bu ne hereketdi nece gundu deyirsen mene mal ver mal ver verenende sora durub burda menen mezelenirsen. Bu ne hereketdi”, “Yeke oğlansan”, saat 21:36-da “Mənim qardaşım nağarırsan netersen qaqa, mənə birdənə cavab ver qadanalım, orda 1.200 (bir kilo iki yüz) qram vəsairdi başına dönüm, götürübsən ya yoxsa yox, mənə bidənə cavab ver də, gah deyirsən bayramın mübarək, gah deyirsən qurbanın mübarək, bidənə konkret cavab de də qardaşım belə şey olmaz axı”, saat 21:37də “Sən bu gün nüçə gündü mənə deyirsən ki, mal ver, mal ver, mal ver qardaşım malı verirəm başına dönüm, bidənə cavab verdə, belə şey olmaz axı, bir kilo iki yüz qram maldı götürüb telefonu söndürürsən, yekə oğlansan əə əyibdi”, saat 21:45-də “Ay qaqaw”, “Cavab ver isim var”, “Yekə oğlansan”, “Eh”, saat 21:53-də “Senol tahir seni baki da gutuzdurum ha menim malmi ver”, “Yekə oğlansan”, “Eyib olunsun sene”, saat 22:14-də “Alo”, “Cavab ver”, saat 22:17-də “Tahir”, “Senol ayib olsun sene”, “Apar o mali ye prablim yoxdu”, saat 22:28-də “Qaqaw”, “Niye cavab vermirsen”, “cavab verde”, saat 22:39-da “Menim evimi yixdin sen ama burda yaxşı iş gurmursen”, saat 22:40-da “Senol”, “Yere goye burcum var”, “Allahdan gurx”, saat 22:41-də “Mene cavab ver”, “Kecen defe ele yedin budefede bele”, “Qaqa”, saat 22:42-də “Xahis edirem cavab ver”, 05 iyul 2023-cü il tarixdə saat 00:22-də “Alo” və “Kişisen cavab ver” sözləri yazılan və qalın şriftlə qeyd olunan sözlər yazılan səsli mesaj göndərildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində aparılan istintaqla yoxlanılmış və qiymətləndirilmiş yuxarıda isnad olunan sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr müəyyən olunmur, apellyasiya şikayətinin dəlilləri həmin və digər sübutlarla təkzib olunur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirmiş, təqsirləndirilən şəxslərin ifadələrinin bu hissəsini mötəbər sübut kimi qəbul etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxslərin “məkan” göndərilən ərazini tapmaq üçün israrla axtarmaları, orada hər hansı adamın olmaması, polis əməkdaşlarını gördükdən sonra qaçıb gizlənməyə cəhd göstərmələri birinci intansiya məhkəməsinin qənaətinin doğru olmasına bir daha zəmin yaradır. Beləliklə məhkum еdilmiş şəхslərin və müdafiəçilərin apellyasiya şikayətlərində göstərilən dəlilləri, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlarla qarşılıqlı surətdə tədqiq edilmiş, əsaslı hal müəyyən edilmədiyi üçün apellyasiya baxışı məhkəmə istintaqı olmadan keçirilmişdir. Kollegiyanın qənaətinə görə apellyasiya baxışında məhkum edilmiş şəxslərin və müdafiəçilərin çıxışı yuxarıda qeyd olunanlara görə konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddənin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 125.2.2-ci maddəsinə görə zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunmuş əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa CPM-in 399.3-cü maddəsi tələb edir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 12-ci bəndində qeyd olunub ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə kоllеgiyаsı hеsаb еtmişdir ki, ibtidаi аrаşdırmа zаmаnı qаnuni üsullаrlа tоplаnmış, birinci instаnsiyа məhkəməsinin məhkəmə iclаsındа iş üçün mühüm əhəmiyyət kəsb еdən bütün hаllаr аydınlаşdırılmаqlа tаm, hərtərəfli və оbyеktiv аrаşdırılmış, mənbəyinin mötəbərliyi və əldə еdilməsinin qаnuniliyi şübhə dоğurmаyаn və hökmdə qаnunа müvаfiq qаydаdа qiymətləndirilməklə ətrаflı şərh еdilmiş bu sübutlаr əsаsındа Lənkəran Ağır Cinayətlər Məhkəməsi hаqlı оlаrаq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham оldunduğu mаddələrdə nəzərdə tutulmuş cinаyət əməlini törətməsi bаrədə işin fаktiki hаllаrınа uyğun оlаn qаnuni və əsаslı nəticəyə gəlmiş və düzgün оlаrаq onların əməlini CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif еtmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyasiya baxışının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət- Prosessual Məcəlləsinin 402-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun və tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(099)-197/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(099)-197/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-39/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-39/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver