Məhkəmə qərarları › İş №1(106)-397/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-397/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-397/2024 12.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4 oğlnun, onun müdafiəçisi X8 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3, onun müdafiəçisi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(099)-32/2024 saylı hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(099)-32/2024 saylı hökmü ilə (sədrlik edən hakim Əli Əliyev) xx xxxxxx 1976-cı ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1982-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxxx 1995-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 və xx xxxxxxx 1984-cü ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023cü il tarixdən hesablanmaqla 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(018)-181/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkum edilmişlər ona görə ki, onlar Zərərçəkmiş şəxs dəniz vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirib, satışı ilə məşğul olmasını hesab edərək bu barədə öz aralarında müzakirə apardıqdan sonra Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan, həmin vaxt Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW” markalı, “**- ZL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs Astara şəhəri, Ə.Muxtarov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs evindən çağırıb, avtomobillə Təqsirləndirilən şəxs2 məxsus Astara şəhəri, S.Vurğun küçəsi, ev 111, mənzil 2 ünvanına bir yerdə apardıqdan sonra 05 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri ilə eyni niyyətlə çıxış edən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq döş qəfəsi nahiyəsində sıyrıqlar, sağ körpücük nahiyəsində qançır kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq edərək, Zərərçəkmiş şəxs onlara 24 saat müddətində xeyli miqdar hesab olunan 10000 (on min) manat məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmişlər, pulu vaxtında verməyəcəyi təqdirdə butulka üzərində otuzdurub bu barədə rüsvayedici məlumatları el arasında yayacaqları ilə hədələyərək Zərərçəkmiş şəxs xeyli miqdarda pulu zor tətbiq etməklə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-32/2024 saylı hökmü ilə ona təyin edilmiş cəzadan narazıdır. Məhkəmə işi tam araşdırmamışdır. Etmədiyi əmələ görə ona haqsız olaraq ağır cəza təyin edildi. İstintaq ona münasibətdə qərəzli və saxtakarlıqla aparılmışdır. Onun hüquqları pozulmuşdur. Kobud prosessual qanun pozuntularına yol verilib. Onun saxlanması zamanı qeyri qanuni olaraq 5 gün Astara rayon polis idarəsində kabinetlərdə bağlı şəraitdə saxlanılmışdır. Heç vaxt narkotik vasitə qəbul etmədiyi halda ona narkomaniyadan məcburi müalicə təyin edildi. O ailəlidir, biri azyaşlı olmaqla iki övlad atasıdır. Özü də fəqərə sümuyu ağrısından əziyyət çəkir. Məhkəmədən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)- 32/2024 saylı hökmünü ləğv etməklə əməlinə düzgün hüquqi qiymət verilməsini, ədalətli istintaqın aparılması üçün cinayət işinin ibtidai istintaqa qaytarılması üçün qərar verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, çıxarılmış hökm ona münasibətdə ədalətsiz omuşdur. Belə ki, məhkəmə lazımı qədər araşdırma aparmadan qərar qəbul etmişdir. İstintaq qərəzli və saxtakarlıqla aparılıb. Polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qalmışdır. Buna etiraz olaraq cinayyət işi ilə tanış olmaqdan imtina etmişdir. Hadisənin iştirakçısı olmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə göstdi ki, onun tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. Eynilə şahidlər də onun günahı olmamasını təstiq etmişlər. Məhkumluğu olmamışdır. O heç kimdən pul tələb etməmişdir. Onun xəstə, ürək xəstəsi olan anası vardır. Ona ondan başqa baxan yoxdur. Atası da bu haqslızlığa dözməyib vəfat edib. Qeyd etdiklərini nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-32/2024 saylı hökmünün ləğv edilməsini, günahsız olduğu üçün barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs4 apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi oinun etiraz və vəsatətlərini qəbul etmədi. Məhkəmə işin hallarını arsaşdırmadan qərar qəbul etdi. Məhkəmədə Zərərçəkmiş şəxs etiraf etdi ki, onun tərəfindən ona qarşı zor tədbiq olunmayıb. Ona qarşı hər hansı tələbi olmayıb. Zərərçəkmiş şəxs özü məhkəmədə etiraf etdi ki, yalnız Asif Əliyev ona yeyib içən yerdə narkotik vasitə satmaması üçün bir şillə vurub. Polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq göstərilib. Ailəlidir, bir azyaşlı uşağı var. Ailəyə ondan başqa baxan yoxdur. Məhkəmədə yalançı şahgidlər dindirilmişdir. Qeyd edilənlərə əsasən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif edilməsini, ona bu maddə ilə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 apellyasiya şikayətinjdə göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-32/2024 saylı hökmündən narazıdır. Ona görə ki, məhkəmə lazımı qədər araşdırma aparmamışdır. Etmədiyi əmələ görə onu ittiham edərək ağır cəza təyin etmişdir. Onun hətta cinayət etmək niyyəti olmamışdır. İbtidai istintaq ona qarşı qərəzli aparılıb. Saxtakarlığa və prosessual pozuntiulara yol verilib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs onun ünvanına heç bir ağırlaşdırıcı hallar deməyib. Bütün bunlara baxmayaraq məhkəmə oina ağır cəza təyin etdi. Himayəsində ağır xəstə olan anası vardır. Qeyd edilənləri nəzərə alaraq onun barəsində olan cəzanın daha yüngül cəza ilə vəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edildiyini, istintaq zamanı və məhkəmədə ətraflı araşdırma aparıldığını qeyd edərək şikayətlərin əsassız hesab edilməli olduğunu, hökmün dəyişdirilməməli olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs1 vəkili apellyasiya baxışı zamanı hüquqlarını müdafiə etdiyi şəxsin verdiyi apellyasiya şikayətini müdafi etdiyini, apellyasiya şikayətinin təmin edilməsi üçün həm hüquqi, həm də faktilki əsasların olduğunu göstərmişdir. Sübutlar arasında ziddiyyətlər vardır. Birinci instansiya məhkəməsi isə həmin ziddiyətləri araşdırmamışdır. Təqsirləndirilən şəxslərin hamısı günahsız olması barədə ifadə verirlər. Baxmayaraq ki, istintaqın topladığı ən vacib sübutlar elə təqsirləndirilən şəxslərin etirafları olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs həmçinin azərbaycan dilində yaxşı yazıb oxuya bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsə qarşı bu cinayətin törədilməsi iş materialarında olan ifadələrdən başqa heç nə ilə sübuta yetirilmir. Odur ki məhkəmədən Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vəkili apellyasiya şikayətinin dəlillərində qeyd edilən halları nəzərə almaqla və məhkəmədə hüquqlarını müfdadiə etdiyi şəxsin verdiyi ifadələri nəzərə alaraq apellyasiya şikayətinin tələbinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs4 vəkili hüquqlarını müdafiə etdiyi şəxsin verdiyi apellyasiya şikayətini müdafi edtdiyini, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olduğunu, onun müdafiə etdiyi şəxsin apellyasiya şikayəinin dəlillərində göstərdiyi kimi təqsirli olmadığını diqqətə çatdırmışdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 vəkili Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilməsinin nəzərə alınmalı olduğunu göstərmişdir. Onun özünü təqsirli bildiyi hissə isə sadəcə həmin şəxslərlə birlikdə orada içki içdikdən sonra zərərçəkmiş şəxsə qarşı müəyyən təhqiramiz ifadələr səsləndirməsini göstərmişdir. Təqsirləndirilən şəxs3 latın qrfikasını yaxşı yazıb, oxuya bilmir. Təqsirləndirilən şəxs isə apellyaisya şikayərində səhvən bəraət əvəzinə cəzanın yüngülləşdirilməsini qeyd etmişdir. Ona gör də ona bəraət verilməsini xahiş edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, məhkum edilmiş şəxslər apellyasiya şikayətlərində əsasən məhkəmənin lazımı qədər araşdırma aparmadan qərar qəbul etməsindən, istintaqın qərəzli və saxtakarlıqla aparılmasından, polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qalmalarından, cəzalarının ağır olmasından şikayətlənirlər. Ona görə də məhkəmə kollegiyası bu dəlillər üzrə araşdırma apararaq aşağıdakıları müəyyən edir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə işdən gəlib yaşadığı evdə yatmışdır. Təxminən saat 22 radələrində həyətin giriş qapısını kiminsə döydüyünü eşidib, oğlu Şahid1 qapını kimin döyməsini öyrənməsi üçün göndərmişdir. Oğlu Asif həyətə düşüb, qaytımış "Dədə” ləqəbli şəxsin onu istədiyini demişdir. Özü də əyninə yüngül paltar geyinmiş və qapıya yaxınlaşmışdır. Sonradan adını bildiyi Yusifi görmüş və BMW markalı maşının qapıya gəldiyini görmüşdür. Yusifə yaxınlaşdıqda Yusif əlini uzatmış, lakin onu tanımadığından görüşmək istəməmişdir. Bundan sonra avtomobilin qapısı açıldıqda Anar maşından düşüb üstünə tərəf gəlməyə başlamış, avtomobilin içərisində isə işıq yanmış, işıq yandıqda avtomobili idarə edən şəxsin tanışı, Təqsirləndirilən şəxs2 olduğunu görmüşdür. Rəşad adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 sözünün olduğunu, maşına oturmasını demişdir. Rəşadda nə məsələ olduğunu soruşmuş, o isə demişdir ki, gəl otur Asif deyəcək. Rəşadın avtomobildə olduğunu gördükdən sonra Rəşadı tanıdığından könüllü olaraq avtomobilə oturmuşdur. Avtomobilə daxil olduqda Anar Yusiflə birlikə avtomobilin arxa oturacağında oturmuşdur. Arxada sağında Yusif, solunda isə Anar oturmuşdur, qabaq sağ sərnişin oturacağında Təqsirləndirilən şəxs1 oturmuş, avtomobili isə Təqsirləndirilən şəxs2 idarə etmişdir. Avtomobilə oturduqdan sonra Təqsirləndirilən şəxs2 avtomobili hərəkət etdirməyə, Astara şəhərinə tərəf sürməyə başlamışdır. Avtomobildə olan zaman Təqsirləndirilən şəxs1 onunla söhbət etmiş, dəniz vasitəsilə Astara şəhərinə narkotik vasitə gətirdiyini və gətirdiyi narkotik vasitəni başqa şəxslərə verdiyini və satdığını demişdir. Asifə səsləndirdiyi fikirlərin yalan olduğunu, narkotik vasitələrdən uzaq olduğunu, istifadə etmədiyini və satmadığını demişdir. Asif isə kiməsə narkotik vasitə satdığını sübut edəcəyini və sübut edəcəyi halda nə olacağını ondan soruşmuş, Asifə kiməsə narkotik satdığını sübut edəcəyi halda hər şeyə razı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobili Kələdəhnə kəndi tərəfə sürmüşdür. Rəşadgil hadisəni qabaqcadan planlaşdırmışlar. Onlar Kələdəhnə kəndi istiqamətində gedərkən də Asif ona tez-tez narkotik vasitə satdığını demiş, buna etiraz etdikdə, yanlarında oturan Anar və Yusif onun böyrünə yumruqla zərbələr vurmuşlar, demişlər ki, Asifin sözünü kəsmə. Anar və Yusif onun Asifə ağır cavab verməsini istəməmişlər. Onlar Kələdəhnə körpüsünə çatmamış Təqsirləndirilən şəxs2 avtomobili dayandırmış, Asif, Yusifdən onun narkotik verdiyi şəxsi çağırmasını istəmişdir. Yusif telefonunu götürüb, kiməsə zəng etmiş, lakin ora heç kim gəlməmişdir. Sonra Asif bir də narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, Asifə narkotik istifadə etmədiyini dedikdə Asif araq içib-içmədiyini soruşmuşdur. Asifə toyda düşəndən-düşənə bəzən içdiyini demişdir. Sonra getmişlər Astaraya Ataxanın dükanının yanında dayanmışlar, Yusif maşından düşüb araq almışdır. Araq alandan sonra maşını isti suya sürmək istəmişlər, lakin Təqsirləndirilən şəxs2 özünün evinə getməyi təklif etmiş, sonra onu avtomobillə Rəşadın evinə aparmışlar. Asif evdə də narkotik vasitə istifadə edib-etmədiyini, həmçinin satıb-satmadığını soruşmuş, Asifə satmadığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs3 avtomobilində "tester” adlanan alət olduğunu və həmin alət vasitəsilə narkoman olubolmadığını müəyyən edəcəyini demiş, Anar bu sözü dedikdən sonra avtomobilinə gedərək avtomobildən ‘‘tester” adlandırdığı aləti gətirmiş və ona həmin alətin onun narkoman olduğunu sübut edəcəyini demişdir. Anar testeri gətirdikdən sonra Asif, testerə ehtiyac olmadığını, araq içdikdən sonra hər şeyi etiraf edəcəyini demişdir. Asif, "şüşə” çəkən adamın araq içdiyi halda bül-bül kimi hər şeyi etiraf edəcəyini demişdir. Daha sonra ona araq içirməyə başlamışlar. Bir qədər araq qəbul etmişlər, Təqsirləndirilən şəxs1 yenə də İİR-dən Azərbaycan Respublikasına dəniz yolu ilə Şahid3 və Elburusa narkotik vasitə daşıdığınıbildirmiş, bunu təkzib etdikdə Təqsirləndirilən şəxs1 ona sillə ilə zərbə vurmuş, sonra isə qarın nahiyəsinə ayaqla zərbə vurmuşdur. Asifin onu döydüyünü görən Təqsirləndirilən şəxs3 də qarnına bir neçə dəfə zərbə vurmuşdur. Asiflə Anar onu döydükdən sonra gözündən yaş axmağa başlamış, özünü pis hiss etmişdir. Asif onu döydükdən sonra demişdir ki, -"sənə, Şahid3 1 ay vaxt verirəm, 1 aya 10.000(on min) manat pul verməlisən.” Həmçinin Asif ona dediyi sözləri Şahid3 çatdırmasını istəmiş, Asifə həmin məbləğdə pulunun olmadığını, narkotiklə məşğul olmadığını deyib, onunla işinin olmamasını xahiş etmişdir. Bundan sonra Asif boğazından tutub, sıxaraq həmin pulu hazırlamalı olduğunu demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs1 onun ünvanına nalayiq ifadələr işlədərək, həmin pulu 1 aya deyil, 24 saat müddətində çatdırmasını istəmiş, həmçinin Asif həmin pulu 24 saat ərzində vermədiyi və bu barədə polisə məlumat verdiyi təqdirdə stolun üzrərində olan araq butulkasını göstərib, onu butulka üzərində otuzdurub, bu barədə hamıya məlumat verərərək alçaldıb, rüsvay edəcəyi ilə hədələmişdir. Asif arağın şüşə butulkasını ona göstərib, onu həmin butulka üzərində oturzduracağını, daha sonra isə hamıya bu barədə məlumat verəcəyini demiş, Asifin yanında olan Anar, Yusif və Rəşad da həmin hərəkətləri edəcəklərini bildirmişlər. Həmin hədəni real qəbul etmiş, gözündən yaş gəlmiş, razı olmasa dedikləri ilə hiss etmiş ki, bu hərəkəti edəcəklər, çünki gəlib Anar və Yusif şalvarına əl atmışlar, başa düşmüşdür ki, onların fikirləri ciddidir, ona görə də nə desələr razılaşmışdır. Hadisə 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs2 məxsus Astara şəhərində yerləşən fərdi yaşayış evində baş vermiş, Asif ondan hədə-qorxu yolu ilə pul tələb edən zaman Anar da tez-tez ona "nə verə bilərsən” deyə sual vermişdir. Asif demişdir ki, narkotik vasitə sataraq pul qazanır və həmin səbəbdən də pul verməlidir. Asif ondan pul istəyən zaman Yusif, Rəşad və Anar da Asifin dediklərini təsdiq etmiş, onlar Asifə dəstək olaraq pulun verilməli olduğunu demişlər. O da onlarla razılaşmış, bundan sonra Rəşad öz evində qalmış, Asif, Anar və Yusif onu evinin yaxınlığında yolda düşürmüş, ona söyüş qoymuşlar, sonra o evinə getmişdir. Evə girəndə çox qorxmuş, gedib otağına qapanmışdır. Bir qədər fikirləşdikdən sonra Rəşad dostuna zəng vurub, demişdir ki, hal-qəziyyə belədir. Rəşad dostu isə demişdir ki, evin qapısını bağla, telefonu söndür, heç kimə qapı açma, yıxıl yat. Özü isə səhərə kimi yata bilməmiş, səhərin açılmağın gözləmişdir. Səhər isə eşitmişdir ki, Rəşad dostu bunlara zəng vurub bunlara öz aralarında söbhət olub, gediblər görüşə Rəşad dostu tüfəng atıb həmin vaxt, polisdədirlər. Bu zaman polisə getmiş və hadisə barədə hər şeyi danışmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onlarla barışmır, barələrində qanuna uyğun cəza təyin edilməsini xahiş edir. Məhkum edilmiş şəxslərin Zərərçəkmiş şəxs, ondan tələb etdikləri pulları Şahid3la birlikdə yığıb gətirmələrini tələb edərkən nəzərdə tutduqları, Zərərçəkmiş şəxslə iş ortağı hesab etdikləri Şahid3 birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdən Aftandillə balıqçılıqla məşğul olduqlarından birlikdə dənizə getmiş və günortadan sonra evlərinə qayıtmışlar. Həmin gecə təxminən saat üçə işləmiş Zərərçəkmiş şəxs zəng edərək, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birləşib, birlikdə onun evinə gələrək onu Təqsirləndirilən şəxs2 məxsus evə apardıqlarını, orada onu döydüklərini, ünvanına nalayiq ifadələr işlətdiklərini, Təqsirləndirilən şəxs1 Aftandilə Elbrus və onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyərək, hədə-qorxu yolu ilə ondan 10.000 manat pulu 24 saat müddətinə tələb etdiyini, əks təqdirdə onu butulka üzərində otuzdurub, rüsvay edəcəkləri ilə hədələdiyini, həmçinin bu barədə polisə müraciət edəcəyi təqdirdə oğluna xəsarət yetirəcəyi ilə hədələmələri barədə məlumat vermişdir. Aftandil daha sonra onlarla razılaşdığını, iki dünya bir ola pulu tapıb verməli olduğunu demişdir. Aftandil telefonda danışarkən Aftandilin çox qorxduğunu hiss etmiş, evdə ailəsinin ağlaşma səslərini eşitmiş, onları sakitləşdirməyə çalışmış, zəng vurub söhbət edəcəyini bildirmişdir. Aftandilin dediyi şəxslərin hamısını tanımışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 zəng etmiş, Təqsirləndirilən şəxs2 telefonu açdıqda ondan nəyə görə Aftandili evinə apardıqlarını, hansı səbəbdən Aftandildən hədə-qorxu yolu ilə pul tələb etdiklərini və hansı səbəbdən adını narkotik vasitələrin satışında hallandırdıqlarını soruşmuş, bu nə hərəkətdi etdiklərini soruşmuşdur. Təqsirləndirilən şəxs2 yaxşı etdiklərini, onun da Aftandillə birlikdə narkotik satdığını, "bariqa” olduqlarını və həmin səbəbdən də pul verməli olduqlarını demişdir və telefonunu söndürmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs1 ona zəng etdiyini görmüş, Asifin zəngini açdıqda Asif onunla kobud danışmışdır. Asif onunla danışarkən öz hərəkətlərinə haqq qazandırırmış və o da təbii ki, Asifə Aftandildən nahaq yerə pul tələb etdiyini demişdir. Bu zaman o, Asiflə telefonda mübahisə etməyə başlamış, həmin vaxt Asif onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin telefonda Asiflə birlikdə olan Yusif və Anarın da onun ünvanına küçə söyüşləri işlətdiyini eşitmişdir. Əsəbiləşib, Asif, Yusif və Anara qarşılıq vermiş, bu zaman Asif ondan görüşməyi istəmişdir. Asif ona şəhərdə Elməddinin mağazasının yanına gəlməyini demiş, o isə Asifə 200-300 metr qarşıda hərbi şəhərcik tərəfə gələcəyini bildirmişdir. Daha sonra, 05 yanvar 2023-cü il tarixdə, gecə onlarla Astara şəhərində yerləşən "qaradok” adlanan köhnə hərbi şəhərciyin yaxınlığında görüşmüş, onları qorxutmaq məqsədi ilə özü ilə gətirdiyi ov tüfəngi ilə 5 dəfə yerə atəş açmışdır. İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. İşdə olan, 09 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 iştirakı ilə ona məxsus BMW markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin arxa hissəsində atəş nəticəsində səpmə qırma izləri aşkar olunmuşdur. Həmin qırmalar avtomobilin arxa sağ farası, üst banı və avtomobilin arxa hissəsinin hər yerində tüfəngdən açılmış atəş nəticəsində qırma izləri aşkar edilmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli, 09 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində - sağ gözaltı, qarın, sağ baldır, hər iki pəncə nahiyələrində qançırlar, hər iki baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan, 01 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 15C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkumluğu ödənilməmişdir. İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinib üzərində 01 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkumluğu ödənilməmişdir. İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 13.10.201-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsili bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli Şahid3 ilə Təqsirləndirilən şəxs2 üzləşdirmə prtokolundan görünür ki, üzləşmə zamanı Şahid3 Zərərçəkmiş şəxs ona zəng vurub hadisə barədə danışdıqdan sonra Təqsirləndirilən şəxs2 telefonla zəng edərək, əlaqə saxladığını, Təqsirləndirilən şəxs2 nəyə görə onun adını narkotik satmaqda hallandırdığını, tanışı Aftandildən hədə-qorxu ilə pul tələb etdiklərini, onun da Aftandillə birlikdə 10000 manat pul verməli olduğunu soruşmasını, Təqsirləndirilən şəxs2 ona "yaxşı elədim, sən narkotik satırsan və ona görə də bizə pul verməlisən”-deyə cavab verməsini və telefonu söndürməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İşdə olan, Astara RİHB-nın Şiyəkəran kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X12 rayonu, Şiyəkəran kəndində yaşayır, ailə üzvləri anası və atasından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan, Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Astara rayonu, Ərçivan qəsəbəsində yaşayır, ailə üzvləri qardaşlarından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan, 05 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ayrıca ********* saylı cinayət işinin ayrılaraq icraata qəbul edilməsi nəzərə alınmış, istintaq zamanı üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılarkən qeydə alınan videogörüntüləri özündə əks etdirən 07 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 28 fevral 2023-cü il tarixli, 4670 saylı, 28 fevral 2023-cü il tarixli, 4667 saylı və 02 mart 2023-cü il tarixli, 4910 saylı məktublarla göndərilmiş 03 ədəd CD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(018)-04/2022 nömrəli sorğuya cavab məktubundan və xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində 01 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökm xx.xx.2023-cü ildə qanuni qüvvəsini almışdır. İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(018)-79/2023 nömrəli sorğuya cavab məktubundan və xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 01 il 10 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm xx.xx.2023-cü ildə qanuni qüvvəsini almışdır. İşdə olan, Astara Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (018)-181/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş əsas cəza hissəsi cəza müddətinin sonu ilə bağlı xx.xx.2022-ci il tarixdə şöbənin icraatından çıxarılmış, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəza hissəsində isə məhkum tərəfindən çəkilməmiş müddət xx.xx.2023-cü il tarixə 09 ay 28 gün təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və məhkəmənin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə tövsif etmələri düzgün olmuşdur. Onların qeyd edilən cinayəti törətmələri Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid3 və Şahid2 qıznın ifadələri, üzləşdirmə protokolları və yuxarıda sadalanan digər sübutlar əsasında sübuta yetirilir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən əməlləri törətmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri əsassızdır. Belə ki, məhkum edilmiş şəxslər apellyasiya şikayətlərində əsasən məhkəmənin lazımı qədər araşdırma aparmadan qərar qəbul etməsindən, istintaqın qərəzli və saxtakarlıqla aparılmasından, polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qalmalarından, cəzalarının ağır olmasından şikayətlənirlər. Məhkəmə kollegiyası qeyd edilən dəlillər üzrə araşdırma apararaq müəyyən edir ki, işin ibtidai araşdırması kifayət qədər ətraflı olmuş, əldə edilmiş sübutlar məhkum edilmiş şəxslərin hər birinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə ittiham irəli sürülməsinə əsas vermişdir. Məhkəmənin hökm çıxararkən istinad etdiyi sübutlar bir-birini tamamlayan sübutlar olmuşdur. Təqsirləndirilən şəxs1 əlavə olaraq məhkəmənin onun barəsində narkomaniyadan məcburi müalicə təyin etməsi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 19 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulundan yaranan Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şikayətlərində həmçinin istintaq zamanı onlara qarşı fiziki təsirlər göstərildiyini və döyüldüklərini göstərmişlər. İşdə olan, 15 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 şikayət ərizəsi əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 174C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, 15 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 şikayət ərizəsi əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 173C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 həmin qərarlardan məhkəməyə şikayət verməmişlər. Məhkum edilmiş şəxslərdən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadə verməkdən imtina etmişdir. Digər məhkum edilmiş şəxslər məhkəmədə verdikləri ifadələrində özlərini təqsirli bilməsələr də (Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bildiyini bildirmişdir) istintaq zamanı verdikləri ifadələrdə qismən təqsirli bilərək daha ətraflı ifadələr vermişlər. Məhkəmə onların istintaq zamanı verdikləri ifadələrinə üstünlük vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkum edilmiş şəxslərin məhkəmədə verdikləri ifadələri işdə olan digər sübutlarla müqayisəli şəkildə araşdırılarkən onların istintaq zamanı verdikləri ifadələrin işin hallarına daha çox uyğun olduğu müəyyən edilir. Ona görə məhkəmənin məhkum edilmiş şəxslərin işin ibtidai istintaqı zamanı verdikləri ifadələrə üstünlük verməsi düzgün olmuşdur. Bu ifadələr işdə olan üzləşdirmə protokolları ilə, Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid2 ifadələrinə uyğun olduğu görünür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar da işin hallarına, əməlin ictimai təhlükəliliyinə, xarakterinə və onların şəxsiyyətinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin əldə edilməsi onların, onlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaları çəkmələri ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçilərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şiksayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(099)-32/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(099)-32/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar