Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-401/2022 21.04.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – X10 və X7 ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Ağcabədi rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Laçın Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə (hakim Cavad İbrahimov) xx xxx 1994-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə saat 21.00 radələrində idarə etdiyi “İj” markalı motosiklet ilə balıq tutmaqdan geri qayıdarkən Ağcabədi rayonu Taxta-körpü ərazisi Qarakeçdi obasında tanımadığı bir fermanın ərazisində su içmək üçün dayandıqda ətrafda heç kəsin olmadığını görüb yaxınlıqdakı X6 məxsus yaşayış olmayan evə girib oğurluq etmək qərarına gəlib, bu məqsədlə evin pəncərəsinə bərkidilmiş karton örtüyü əli ilə itələyərək maneəni aradan qaldırıb qanunsuz olaraq yaşayış sahəsi sayılan evin içərisinə daxil olaraq otaqdakı 2 (iki) ədəd, ayrı-ayrılıqda çəkiləri 2 (iki) kiloqram, qədimi, küncləri dairəvi, diametri 1 (bir) metr, dərinliyi 20 (iyirmi) santimetr olan ümumilikdə 16 (on altı) manat dəyərindəki ləyən, 1 (bir) ədəd, çəkisi 1,5 (bir tam onda beş) kiloqram, dərinliyi 25 (iyirmi beş) santimetr, təxminən 2008-2010-cu illər aralığında alınmış, aşağı hissəsi oval formada, yuxarı hissəsi isə nisbətən geniş, diametri təxminən 80 (səksən) santimetr, küncləri dairəvi formada olan 8 (səkkiz) manat dəyərindəki ləyən, 2 (iki) ədəd, ayrıayrılıqda çəkiləri təxminən 5 (beş) kiloqram, 20 (iyirmi) litrlik həcmində, hündürlüyü 50 (əlli) santimetr, diametri 30 (otuz) santimetr, ağızları dəmir qulpla bağlanan və aliminium materiallı qapaqla örtülən, 50 (əlli) manat dəyərindəki aliminium su bitonu, 1 (bir) ədəd, çəkisi təxminən 4 (dörd) kiloqram, 20 (iyirmi) litrlik həcmində, hündürlüyü 40 (qırx) santimetr, diametri 40 (qırx) santimetr, aşağı yan tərəfdən əllə tutmaq üçün aliminium materialdan qaynaq olunmuş yarımdairə formasında qulpu olan, ağzı aliminium materiallı qapaqla örtülən 25 (iyirmi beş) manat dəyərindəki aliminium su bitonu, 4 (dörd) ədəd, ayrı-ayrılıqda çəkiləri təxminən 5 (beş) kiloqram, 20 (iyirmi) litrlik həcmində, hündürlüyü 50 (əlli) santimetr, diametri 30 (otuz) santimetr, 1 (bir) ədədinin alt hissəsində tarazlığını təmin edən aliminium materiallı hissəsi qopmuş vəziyyətdə olan, ağzı aliminium materiallı qapaqla örtülən 100 (yüz) manat dəyərindəki aliminium su bitonu, 1 (bir) ədəd, çəkisi təxminən 1 (bir) kiloqram, diametri 80 (səksən) santimetr, dərinliyi 3 (üç) santimetr, qıraqları naxışlı olan 5 (beş) manat dəyərindəki qədimi sini, 2 (iki) ədəd, ayrı-ayrılıqda çəkiləri təxminən 1 (bir) kiloqram, sovet dövründən qalma, diametri 70 (yetmiş) santimetr, dərinliyi 1 (bir) santimetr olan 8 (səkkiz) manat dəyərindəki sini, 1 (bir) ədəd, çəkisi təxminən 1 (bir) kiloqram, diametri 60 (altmış) santimetr, dərinliyi 1 (bir) santimetr olan 4 (dörd) manat dəyərindəki sini, 1 (bir) ədəd, çəkisi təxminən 5-6 (beş-altı) kiloqram, ağız hissəsinin diametri 30 (otuz) santimetr, aşağı hissəsinin diametri 40 (qırx) santimetr, alt hissəsi oval formalı, hündürlüyü 20 (iyirmi) santimetr olan qapağı isə olmayan 50 (əlli) manat dəyərindəki tunc qazan, 1 (bir) ədəd, çəkisi təxminən 4 (dörd) kiloqram, 40 (qırx) litr həcmində, hündürlüyü 30 (otuz) santimetr, qədimi, aliminium materialdan qapağı olan, 15 (on beş) manat dəyərindəki aliminium qazan, 1 (bir) ədəd, çəkisi təxminən 2 (iki) kiloqram, 20 (iyirmi) litr həcmində, hündürlüyü 40 (qırx) santimetr, qədimi, kvadrat formalı, termos kimi istifadə olunan, ayrıca qapağı olmayan aliminium materiallı 10 (on) manat dəyərindəki qazan, 1 (bir) ədəd, çəkisi qapağı ilə birlikdə təxminən 3 (üç) kiloqram, 20 (iyirmi) litr həcmində, hündürlüyü 25 (iyirmi beş) santimetr, dairəvi formada, 15 (on beş) manat dəyərindəki aliminium qazan, 30 (otuz) ədəd, 14-lük 1.2 metr uzunluğunda 14,40 (on dörd manat qırx qəpik) manat dəyərindəki armatur, 2 (iki) ədəd, ayrı-ayrılıqda hər biri 23 (iyirmi üç) kiloqram, dairəvi formada, diametri təxminən 25 (iyirmi beş) santimetr, qalınlığı 10-12 (on - on iki) santimetr, orta hissəsində 5 (beş) santimetr diametrində dairəvi deşik olan 20 (iyirmi) manat dəyərindəki sal dəmir, 1 (bir) ədəd, çəkisi ümumilikdə 3 (üç) kiloqram, materialı bütünlüklə aliminium, 4 (dörd) hissədən ibarət olan, birinci hissəsi süd tökülən qab, ikinci hissəsi yağ ayırıcı hissə, üçüncü hissəsi yağ süzən hissə, dördüncü hissəsi isə süd süzən hissə olan süd çəkən aparatın 12 (on iki) manat dəyərindəki aliminium qab dəsti və 1 (bir) ədəd “Stihl-5200” markalı, benzin yanacağı ilə işləyən 75 (yetmiş beş) manat dəyərindəki odun doğrayan mişar olmaqla ümumilikdə 427,40 (dörd yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində Misir Misirova məxsus özgə əmlakını qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: X1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə təyin olunmuş cəza sərtliyinə görə açıq-aydın ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar – zərərçəkmiş şəxslə barışıq əldə etməsi, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, cinayət nəticəsində dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi, əməli səmimi etiraf edərək peşman olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, anasının yaşlı və xəstə olmasını, evinə qazanc gətirən yeganə şəxs olması kifayət qədər nəzərə almamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Laçın Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində, yəni 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X11 müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Laçın Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun X1 apellyasiya şikayətini müdafiə edib, Laçın Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində, yəni 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs X9 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Müdafiəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə məhkum edilmiş şəxsin həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində, yəni 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi barədə apellyasiya tələbini Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxsin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin qərara əsasən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə ayrı-ayrı şəxslərin həyətindən və maşınlarından gizli yolla oğurluq etdiyinə, xx.xx.2021-ci il və xx.xx.2021-ci ildə ayrı-ayrı şəxslərin aldatma yolu ilə pullarını ələ keçirdiyinə görə Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən barəsində 1 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər etdiyi oğurluq əməlinə görə cərimə cəzasına məhkum olunsa da, hazırkı iş üzrə ibtidai araşdırma aparılan dövrdə (xx.xx.2021 – xx.xx.2021) belə, hətta barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsinə baxmayaraq 4 (dörd) dəfə xırda talama, yəni oğurluq əməli, 1 (bir) dəfə xırda talama, yəni mənimsəmə əməli törətmişdir. Artıq qeyd olunan hallar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan islah olunmasının mümkünsüzlüyünü təkzibedilməz qaydada təsdiq edir. Qeyd olunanları fonunda birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, əməli səmimi etiraf edərək peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evinə qazanc gətirən yeganə şəxs olmasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti (əvvəllər törətdiyi oğurluq əməlinə görə bir dəfə məhkəmənin hökmü ilə cərimə cəzasına məhkum edilmiş, altı dəfə isə xırda talama (oğurluq, mənimsəmə) əməllərinə isə barəsində inzibi həbs tənbeh tədbiri tətbiq olunmuşdur), törətdiyi cinayətin xarakteri (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq əməli törətməsi) və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs anasının xəstə olması cəzanı yüngülləşdirən hal kimi irəli sürülsə də, Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinə müvafiq olaraq buna dair nə iş materiallarına, nə də ki, apellyasiya şikayətinə hər hansı bir sənəd əlavə olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Bununla da məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Laçın Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Laçın Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İlkin Abdullayev Hakimlər: Rafiq Cəfərov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-401/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-401/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver